Xəbər bülleteni №22


Avro və rubl bahalaşıb, dolların kursu düşüb



Yüklə 458,92 Kb.
səhifə11/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

Avro və rubl bahalaşıb, dolların kursu düşüb


04.02.2016

pul 2Mərkəzi Bank dolların rəsmi məzənnəsini aşağı salıb. Fevralın 4-də 100 ABŞ dolları 158 manat 58 qəpiyə təklif olunur. 100 ABŞ dolları ötən gün rəsmən 158 manat 94 qəpiyə satılıb.

Transparency.az xəbər verir ki, avro fevralın 3-ü ilə müqayisədə bahalaşıb. 100 avro 173 manat 48 qəpikdən 175 manata 82 qəpiyə yüksəlib.

100 Rusiya rublunun rəsmi məzənnəsi isə bu gün 2 manat 6 qəpik müəyyən olunub. Dünənki rəsmi məzənnə 1 manat 99 qəpik idi.

Sahibkarın prokurorluğa müraciət etmək hüququ yoxdur?”


04.02.2016

eli kerimli 1AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində hakimiyyəti islahat imitasiyasında ittiham edib. “Azadlıq” qəzetinin məlumatına görə, müxalif lider dövlət başçısı İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla yaradılmış Apellyasiya Şurasını səlahiyyətsiz qurum adlandırıb.

3 fevral fərmanında Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə yaradıldığı bəyan edilib.

Əsasnaməyə görə, Apellyasiya Şurası ictimai əsaslarla (ödənişsiz əsaslarla) fəaliyyət göstərən kollegial orqandır. Şuranın tərkibini (sədri və digər səkkiz üzvü) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla prezident müəyyən edir.

Dövlət başçısının başqa bir fərman ilə mərkəzi və yeri icra hakimiyyəti orqanlarında da Apellyasiya Şuraları yaradılır.

AXCP sədri Əli Kərimli prezident fərmanına belə münasibət bildirib: “İslahat əvəzinə imitasiya siyasəti davam edir. İndi də guya sahibkarların şikayətlərinə baxmaq üçün Apellyasiya Şurası yaradıblar. Qanunların işləmədiyi, müstəqil məhkəmə hakimiyyətinin olmadığı, sahibkarlığı əzməyin dövlət siyasəti olduğu ölkədə Prezident Administrasiyası əməkdaşlarından ibarət yeni bir qurum yaratmaq nəyi dəyişə bilər? Şuranın da ən böyük səlahiyyəti bu olacaq ki, lazım gəlsə (?), prokurorluğa müraciət edəcək. Sahibkarın özünün prokurorluğa müraciət etmək hüququ yoxdur ki? Prokurorluq sahibkarın birbaşa müraciətinə niyə baxmamalıdır ki, hələ ona müraciət üçün də əlavə qurum yaradılsın? Ölkədə nazirliklər, komitələr, icra hakimiyyətləri, onların hamısına nəzarət edən Prezident Administrasiyası qanuni işləmiş olsalar, sahibkarların şikayətlərini qəbul etmək üçün əlavə bir qurum yaratmağa ehtiyac olmaz. Yox, bütün dövlət orqanları qanunsuzluğu, rüşvəti, korrupsiyanı, süründürməçiliyi gündəlik iş normasına çeviribsə, Prezident Administrasiyasının bir şöbəsi qədər səlahiyyəti olmayan yeni qurumun yaranması nəyi dəyişəcək?”

AXCP sədri qeyd edib ki, sahibkarlara problemi yalnız yerli icra hakimiyyətləri yaratmır: “Əlbəttə, yerli icra hakimiyyətləri də bacardığı qədər sahibkarları sıxır, onların qazanclarına şərik olur. Amma yerli icra hakimiyyətlərinin bu soyğunçuluğu özfəaliyyət deyil ki. Ölkədəki ümumi siyasətin tərkib hissəsidir”.

Müxalif lider hakimiyyəti sahibkarlardan qanunsuz vergi toplamaqda, inhisarçılığı himayə etməkdə, sahibkarlara hüquq mühafizə orqanlarının əli ilə basqılarda günahlandırıb: “Sahibkarlığa yaradılan maneələr rejimin mahiyyətindən doğur. Ölkədə rejim dəyişməyincə, hüququn aliliyi, demokratiya, ədalət prinsipləri bərqərar olmayınca, hakimiyyət seçki yolu ilə formalaşmayınca, müstəqil və peşəkar məhkəmə hakimiyyəti bərqərar olmayınca sahibkarlar da hamı kimi əziləcək”.

Prezident yanında Apellyasiya Şurasının sədri Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevdir. Şuranın 7 üzvü Prezident Administrasiyasında çalışır, 1 üzvü isə İqtisadiyyat Nazirliyini təmsil edir.


Dövlət sərhədində təxribat


04.02.2016

Fevralın 3-ü saat 17:50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Rəsmi məlumatda qeyd olunur ki, Silahlı Qüvvələrin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti açıqlama yayıb


04.02.2016

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti Apellyasiya Şurasının yaradılması ilə bağlı açıqlama yayıb. APA-nın məlumatına görə, açıqlamada bildirilir ki, şuranın yaradılması yerli icra hakimiyyəti orqanlarının və mərkəzi icra hakimiyyəti orqanlarının sahibkarların hüquqlarının qorunması sahəsində məsuliyyətini bir qədər də artırıb: “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında əsasnamədə (Apellyasiya Şurası haqqında əsasnamə) şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq göstərişlər verilməsi üçün prezidentə müraciət etmək hüququnun, şikayətlərin araşdırılması zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq hüququnun və şuranın qərarlarının yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək hüququnun təsbit edilməsi bunun bariz nümunəsidir.

Sahibkarların hüquqlarının qorunması fonunda ölkə prezidentinin həyata keçirdiyi islahat sahibkar-dövlət orqanı münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verəcək və sahibkarların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı təminatların genişləndirilməsinə yönəlməklə yanaşı insan hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində yeni bir mərhələ olacaq”.

Açıqlamada o da bildirilir ki, prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti görülmüş və görüləcək işlər barədə məlumatları mütəmadi olaraq ictimaiyyətə mətbuat vasitəsilə çatdıracaq.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidməti ötən ay yaradılıb. Yanvarın 25-də dövlət başçısı İlham Əliyev Natiq Əmirovu iqtisadi islahatlar üzrə köməkçi təyin edib. Natiq Əmirov həmin təyinata qədər vergilər nazirinin birinci müavini idi.

Açıqlamada prezidentin 3 fevral fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına da toxunulur. Qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası  qabaqcıl beynəlxalq prinsiplərə əsaslanaraq Azərbaycanda qiymətli kağızlar və sığorta bazarları, investisiya fondları, ödəniş sistemləri və kredit təşkilatları, o cümlədən milli poçt operatorunun maliyyə-bank fəaliyyətinin tənzimlənməsinin bütün aspektlərini həyata keçirəcək, lisenziyalaşdırılma, iqtisadi və hüquqi davranış normalarının müəyyən edilməsi və tətbiqinə nəzarətlə yanaşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyəti də əlaqələndirəcək.



Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin