Xəbər bülleteni №22


“Texnikabank”ın lisenziyası ləğv edildi



Yüklə 458,92 Kb.
səhifə4/22
tarix30.11.2016
ölçüsü458,92 Kb.
#468
1   2   3   4   5   6   7   8   9   ...   22

Texnikabank”ın lisenziyası ləğv edildi


02.02.2016

texnikabank“Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. Qərarı Mərkəzi Bankın İdarə Heyəti fevralın 1-də çıxarıb. Rəsmi məlumata əsasən, “Texnikabank” məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, onun məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olub, ASC kreditorları qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada qurmayıb.

Fevralın 2-dən banka müvəqqəti inzibatçı təyin edilib. Mərkəzi Bank bildirir ki, Əmanətlərin Sığortalanması Fondu “Texnikabank” ASC-də əhalinin qorunan əmanətləri üzrə kompensasiyaların ödənişini həyata keçirəcək.

Transparency.az-ın məlumatına görə, “Texnikabank” ASC 1994-cü ildə fəaliyyətə başlayıb, ASC-nin ilk adı “Rəşadbank” olub.

2016-cı ildə Mərkəzi Bank daha 6 bankın lisenziyasını ləğv edib: “Bank of Azerbaijan”, “Gəncəbank”, “Yunayted Kredit Bank”, “NBCBank”, “Atrabank” və Qafqaz İnkişaf Bankı.


Gənclərin məşğulluğu hesabatı verilib


02.02.2016

meshgulluq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən rəsmi məlumata görə, ötən il Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi 29 min nəfər işsiz və işaxtaran şəxsin 40 faizi (11604 nəfər) gənclər olub: “Həmin dövrdə ödənişli ictimai işlərə cəlb olunan 1626 nəfərin 29 faizini (471 nəfər), əmək birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən 4117 nəfərin 42,2 faizini (1738 nəfər) gənclər təşkil edib. Keçən il Dövlət Məşğulluq Xidmətinin xətti ilə müxtəlif peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən 4147 nəfər vətəndaşın 71,5 faizi (2964 nəfər) gənclərdir”.

Hesabatda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yaradılması həmin gənclərin peşə reabilitasiyası istiqamətində tədbirlərin xeyli güclənməsinə şərait yaradıb: “Mərkəzdə ötən müddətdə 700 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına cəlb olunub”.

Dövlət uşaq müəssisələrini bitirən, valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması məsələsinə toxunan nazirlik qeyd edir ki, ötən ilin noyabrında Abşeron rayonunun Masazır qəsəbəsində 120 mənzilli yaşayış binası istifadəyə verilib: “Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu binada qeyd olunan şəxslərin məşğulluğunun təminatı da diqqətdə saxlanıb. Müəssisədəki iş yerlərində (kafe, bərbərxana, ticarət salonu, stolüstü oyun və internet zalları, camaşırxana və s. ) burada yaşayan gənclərin özlərinin işləməsi nəzərdə tutulub və bununla da ümumilikdə 35 məzunun işlə təminatı üçün şərait yaradılıb.

Gənclərin əmək bazarına çıxışının dəstəklənməsi yönündə tədbirlər tələbə və məzunları da əhatə edir. Təkcə ötən il “Karyerada ilk addım” devizi altında 11 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə tələbə və məzunlara əmək bazarı barədə ətraflı məlumatlar verilərək onlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulması təmin olunub.

Bununla yanaşı son illərdə tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə praktik bacarıqlara malik olmaları üçün ali təhsil müəssisələrində virtual (təcrübə) müəssisələrinin yaradılmasına başlanıb. Gənclərin düzgün peşə seçiminin onların gələcəkdə uğurlu əmək fəaliyyəti üçün mühüm önəm kəsb edir və bu məqsədlə təkcə keçən il Dövlət Məşğulluq Xidməti 114,6 min nəfərə yaxın gəncə peşəyönümü məsləhətləri verib”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2016-cı il planı


02.02.2016

tqdk
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafikini təsdiqləyib.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevralı əhatə edir. Qəbul imtahanının 1-ci mərhələsi 6 marta təyin olunub. Jurnalistika ixtisasını seçən bakalavların qeydiyyatı 11-20 apreldə, qabiliyyət imtahanı 26-29 apreldə, proqram seçimi 3-10 mayda olacaq.

Qəbul imtahanının 2-ci mərhələsi 5 iyunda, AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 9-12 iyunda, bakalavrların müsahibəsi 13, 14, 16, 17 iyunda, bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun-11 iyulda, boş qalan yerlərə ixtisaslaşma seçimi 8-14 avqustda, boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-25 avqustda aparılacaq.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 marta təyin edilib. Qəbul imtahanının 1-ci mərhələsi 3 apreldə, 2-ci mərhələsi 29 iyulda, ixtisaslaşma seçimi 1-7 avqustda, namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-15 avqustda, boş qalan yerlərə ixtisaslaşma seçimi 19-22 avqustda, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqustda olacaq.


ABŞ Konqresinin üzvü İlham Əliyevə məktub yazıb


02.02.2016

edvard roys 1ABŞ Konqresinin üzvü, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Edvard Roys prezident İlham Əliyevə məktub yazıb. Azadliq.org-un məlumatına görə, məktubda deyilir: “Bir ildən artıqdır “Azad Avropa/Azadlıq” radiosunun Bakı bürosu məcburən bağlanıb, büronun aparıcı jurnalisti Xədicə İsmayıl isə həbsdə yatır: “Xədicə İsmayıl və digər jurnalistlərin həbsdə saxlanmasının, Bakı bürosunun isə bağlı qalmasının iki ölkənin münasibətlərinə ziyan vuracağından narahatlığımızı ifadə etmək istəyirik.

“Azad Avropa/Azadlıq” radiosunu ABŞ Konqresi maliyyələşdirir və güclü cəmiyyətin məhək daşı olan azad informasiya axınını dəstəkləyir. ABŞ Dövlət Departamenti sözçüsünün qeyd etdiyi kimi, Xədicə İsmayılın həbsi Azərbaycanda insan haqlarının getdikcə daha artıq məhdudlaşdırılmasına bir nümunədir. Buraya mətbuat azadlığının məhdudlaşdırılması da daxildir. Nəticədə Birləşmiş Ştatların aparıcı qəzetlərindən biri baş məqaləsində xəbərdarlıq edib ki, Azərbaycanda tənqidçi jurnalistlərə qarşı kampaniya davam edir. Bu yaxınlarda jurnalist Rauf Mirqədirovun casusluq ittihamı ilə həbsə atılması da bunu göstərir. Sizi Xədicə İsmayılı və digər şübhəli ittihamlarla saxlananları buraxmağa, “Azadlıq” radiosunun Bakı bürosunun işini bərpa etməsinə icazə verməyə çağırıram”.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub. Həmin il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın hökmünü qüvvədə saxlayıb.

Xədicə İsmayıl 2008-ci ildən “Azadlıq” radiosunda işləyib. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib. Bakı bürosunun ofisini 2014-cü il dekabrın 26-da prokurorluq orqanları möhürləyib.



Yüklə 458,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin