Xəbər bülleteni №23


Xarici valyutada kredit götürən şəxslərin borcu ilə bağlı qanun layihəsi hazırlanır



Yüklə 464,64 Kb.
səhifə5/23
tarix28.04.2017
ölçüsü464,64 Kb.
#16012
1   2   3   4   5   6   7   8   9   ...   23

Xarici valyutada kredit götürən şəxslərin borcu ilə bağlı qanun layihəsi hazırlanır


12.02.2016

araz alizadeParlamentin əmək və sosial siyasət komitəsi xarici valyutada kredit götürən şəxslərin banklara borcu ilə bağlı qanun layihəsi hazırlayır. “Azadlıq” radiosuna danışan komitə üzvü, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, xarici valyutada krediti olan şəxslərin banklara borclarını ikinci devalvasiyadan əvvəlki kursla, yəni 1 manat 5 qəpiklə ödəməsini tənzimləyən qanun layihəsi üzərində iş gedir: “Söhbət 10 minə qədər krediti olan şəxslərdən gedir”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 57 qəpikdən bahadır.

Bəzi ekspertlər Mərkəzi Bankı əhaliyə kompensasiya ödəmək mexanizmini reallaşdırmağa səsləyir, ən azı 10 min dollaradək kreditlər üzrə fərqi ödəməsini təklif edirlər.

Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlamalarının birində deyib ki, 5000 dollaradək krediti olan müştərilərə borcu əvvəlki məzənnə ilə qaytarmaları üçün müəyyən güzəştlər edilə bilər. O, güzəştin reallaşması üçün 250 milyon dollaradək vəsaitə ehtiyac olduğunu vurğulayıb. Ancaq sonradan Elman Rüstəmov bildirib ki, hökumətdə komanda mövqeyinə görə, güzəşt maliyyə intizamını poza bilər.

Transparency.az bildirir ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 508 milyon 500 min manata çatıb. 2014-cü ildə vaxtı keçmiş kreditlərin məbləği 976 milyon 300 min manat idi. 2015-ci ildə məbləğ 532 milyon 200 min manat artıb.

2015-ci ildəki problemli kreditlərin 840 milyon 200 min manatı milli valyutada olan kreditlərdir. Xarici valyutada olan kreditlərə gəlincə, bu sahədə vaxtı keçmiş kreditlər 2014-cü illə müqayisədə 208 milyon 800 min manatdan 668 milyon 300 min manata yüksəlib.

2015-ci ilin yanvar ayında xarici valyutada olan kreditlərin 204 milyon 400 min manatı vaxtı keçmiş kreditlər olub. Devalvasiyanın başlandığı fevral ayında bu rəqəm 314 milyon 500 min manata qalxıb, yüksələn xətt üzrə gedib, oktyabr və noyabr aylarında düşmə qeydə alınıb, ilin sonunda isə kəskin çoxalma baş verib.

Müsavat başqanı prezidenti debata çağırır


12.02.2016

arif-hacili-2Müsavat Partiyasının başqanı Arif Hacılı prezident İlham Əliyevi debata çağırıb.

Novator.az-ın məlumatına görə, Arif Hacılı “Facebook” şəbəkəsində “İlham Əliyevi debata çağırıram” başlığı ilə yaydığı qeydində bildirib ki, ölkədə yaranmış indiki vəziyyət real siyasi qüvvələr arasında, ilk növbədə isə iqtidar və xalqın etimad göstərdiyi müxalifət arasında müzakirələrin zəruriliyini diktə edir: “Bir müddət əvvəl Müsavat Partiyası adından İctimai Televiziyada debatların təşkil olunmasını təklif etdik. Cavab da vermədilər.

Baş verənləri və yaxın perspektivdə baş verməsi labüd olan ağrılı təbədüllatları görməzliyə vurmaq çıxış yolu deyil. Böhrana görə əziyyət çəkən vətəndaşlarımızın baş verənlərlə bağlı həqiqətləri bilmək haqqı tanınmalıdır.

Biz qlobal böhrandan ən az itki ilə çıxış yollarını göstərdik. Bizdən daha sərt davranış tələblərinə baxmayaraq azı iki illik müddətləri də müəyyən edən yol xəritəsini təqdim etdik.

Ölkənin gələcəyi üçün narahat olan ictimai-siyasi qüvvələrin, mütəxəssislərin təkliflərinin ümumi müzakirəsi zəruridir. Heç bir ilkin şərt, iddia irəli sürmədən, sivil siyasi davranış qaydalarına uyğun olaraq İlham Əliyevi qeyd etdiyim və cəmiyyətin mənafeləri baxımından zəruri olan digər məsələləri müzakirə etmək üçün debata çağırıram”.

Müsavat böhrandan çıxış paketi verdi

“Böhrandan imkana” yol xəritəsində nələr təklif olunur?

Ekspert ölkənin qapılarını açmağı təklif edir


12.02.2016

qubad ibadoglu“Azərbaycanda viza islahatlarına start verilməlidir”. Transparency.az xəbər verir ki, iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu belə yazır. Böyük Britaniyanın “Wanderlust” jurnalına istinad edən ekspert Azərbaycanın “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına daxil olduğunu bildirir: “Ölkənin xarici sərmayələrə və turistlərə ehtiyacının getdikcə artdığı indiki həssas məqamda bu siyahıda yer almaq ciddi qiymətləndirmə aparıb nəticə çıxarmaq tələb edir. Jurnal Azərbaycana vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olduğunu iddia edir. Baxmayaraq ki, 29 noyabr 2013-cü ildə Avropa İttifaqı ilə viza liberallaşdırılması, 28 fevral 2014-cü ildə isə readmissiya sazişi imzalanıb.

Readmissiya sazişi hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən sənəddir. Düzdür, son zamanlar onlayn anket forması və ərizə qəbulu sahəsində mütərəqqi dəyişikliklər edilib, amma onun tətbiqi sahəsində problemlər müşahidə olunur”.

Ekspert qonşu ölkələrin təcrübəsinə əsaslanaraq ən düzgün yanaşma kimi sərmayə qoyuluşunda öndə gələn seçilmiş ölkələrə viza tətilləri elan etmək təklifi verir: “Bu imkandan son zamanlar Qazaxıstan bəhrələnməyə çalışır. Hökumətin qərarı ilə ABŞ, Almaniya, Avstraliya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britaniya, Fransa, Finlandiya, Hollandiya, İsveçrə, İspaniya, İtaliya, Malayziya, Monako, Norveç, Sinqapur və Yaponiyanın vətəndaşları 16 iyul 2015-ci ildən 31 dekabr 2017-ci ilədək ölkənin sərhədlərini vizasız keçib 15 gün ərzində Qazaxıstanda sərbəst qalmaq hüququna malikdir. Bundan sonra Qazaxıstan Avropa İttifaqı və Böyük Britaniya ilə ikitərəfli qaydada viza proseduralarının sadələşdirilməsi müzakirələrinə başlayıb.

Məlumdur ki, Gürcüstan və Ukrayna vətəndaşları üçün Avropa İttifaqına vizasız daxil olmaq barədə razılaşma əldə edilib. Azərbaycan hökuməti də bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməlidir. Çünki ölkəyə xarici sərmayənin və turistlərin cəlb edilməsi üçün həlli vacib məsələlərdən biri də viza rejiminin liberallaşdırılmasıdır”.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin