Manat bahalaşıb
29.03.2016
Martın 29-da Azərbaycan manatı əksər xarici valyutalara nəzərən bahalaşıb. Yalnız Braziliya rialı (1 Braziliya rialı 0,434 manatdır) və Yeni Zelandiya dolları (1 Yeni Zelandiya dolları 1,062 manatdır) qarşısında ucuzlaşma qeydə alınıb.
Transparency.az-ın məlumatına görə, dolların rəsmi məzənnəsi 1,5876 manatdan 1,5737 manata enib.
Avro və Rusiya rublu da dəyər itirib. Avronun rəsmi kursu 1,7722 manatdan 1,7611 manata, rublun məzənnəsi 0,0233 manatdan 0,0229 manata düşüb.
Mərkəzi Bank digər valyutalar üzrə kursu belə müəyyən edib:
1 gürcü larisi – 0,6682 manat
1 ingilis funt sterlinqi – 2,24 manat
1 İsveçrə frankı – 1,6144 manat
1 türk lirəsi – 0,5483 manat.
Dostları ilə paylaş: |