29.03.2016
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin aprel ayında vətəndaşları nə vaxt və harada qəbul edəcəyi açıqlanıb. Qəbul cədvəlini oxucuların diqqətinə çatdırırıq:
Qəbul edən | Gün | Yer | Əhatə olunan şəhər və rayonlar |
Mikayıl Cabbarov
Təhsil naziri
|
4
|
Bərdə
|
Bərdə, Mingəçevir, Yevlax, Ağdaş
|
Ramin Quluzadə
Rabitə və yüksək texnologiyalar naziri
|
7
|
Mingəçevir
|
Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Kürdəmir
|
Əbülfəs Qarayev
Mədəniyyət və turizm naziri
|
8
|
Ucar
|
Ucar, Kürdəmir, Zərdab, Ağdaş, Göyçay
|
Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri
|
8
|
Beyləqan
|
Beyləqan, İmişli, Füzuli, Zərdab
|
Zakir Qaralov
Baş prokuror
|
15
|
Ucar
|
Ucar, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Zərdab
|
Oqtay Şirəliyev
Səhiyyə naziri
|
15
|
Mingəçevir
|
Mingəçevir, Şəki, Yevlax, Bərdə, Goranboy
|
Elçin Quliyev
Dövlət Sərhəd Xidmətinin rəisi
|
21
|
Cəlilabad
|
Cəlilabad, Biləsuvar, İmişli, Neftçala
|
Arzu Rəhimov
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
|
21
|
Qusar
|
Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı
|
Səlim Müslümov
Əmək və əhalinin sosial müdafiəsi naziri
|
22
|
Xızı
|
Xızı, Sumqayıt, Abşeron, Qubadlı
|
Azad Rəhimov
Gənclər və idman naziri
|
22
|
Göyçay
|
Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Kürdəmir, Ağsu, Ucar, Zərdab
|
Şahin Mustafayev
İqtisadiyyat naziri
|
22
|
Lənkəran
|
Lənkəran, Astara, Lerik
|
Heydər Əsədov
Kənd təsərrüfatı naziri
|
22
|
Şəmkir
|
Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax
|
Ziya Məmmədov
Nəqliyyat naziri
|
22
|
Lerik
|
Lerik, Lənkəran, Astara
|
Fazil Məmmədov
Vergilər naziri
|
22
|
Neftçala
|
Neftçala, Şirvan, Salyan
|
Hicran Hüseynova
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri
|
22
|
Tovuz
|
Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən
|
Mübariz Qurbanlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
|
26
|
Qəbələ
|
Qəbələ, Şəki, Oğuz
|
Hüseynqulu Bağırov
Ekologiya və təbii sərvətlər naziri
|
29
|
Füzuli
|
Füzuli, İmişli, Beyləqan, Ağcabədi, Ağdam
|
Fikrət Məmmədov
Ədliyyə naziri
|
29
|
Zərdab
|
Zərdab, Ucar, Ağcabədi
|
Kəmaləddin Heydərov
Fövqəladə hallar naziri
|
29
|
Masallı
|
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad
|
Aydın Əliyev
Dövlət Gömrük Komitəsinin sədri
|
29
|
Şəki
|
Şəki, Mingəçevir, Oğuz, Qəbələ
|
Kərəm Həsənov
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
|
29
|
İsmayıllı
|
İsmayıllı, Qəbələ, Oğuz
|
Ramil Usubov
Daxili işlər naziri
|
30
|
Göyçay
|
Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Ucar, Kürdəmir
| Orta əməkhaqqı 8 faiz artaraq 480 manatı ötüb
29.03.2016
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə məlumat açıqlayıb. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə, 2016-cı il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 488,3 min nəfər olub, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 613,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 480,1 manat olub.
2016-cı ilin yanvar-fevral aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 10,2 faiz artaraq 6 milyard 459,3 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 673,3 manat və ya ayda orta hesabla 356,6 manat təşkil edib.
Dövlət Statistika Komitəsi bildirir ki, gəlirlərin 81 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 5,9 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5 milyard 769,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 601,4 manat vəsait qalıb.
Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi açıqlanıb
29.03.2016
Azərbaycanda əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul (ÜDM) 822,3 manatdır (521,4 ABŞ dolları). Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.
Rəsmi hesabata görə, bu ilin yanvar-fevral aylarında ölkədə 7 milyard 888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz az ümumi daxili məhsul istehsal edilib. ÜDM istehsalının 66,8 faizi qeyri-neft sahələrinin payına düşüb.
Pərakəndə ticarət dövriyyəsi haqqında hesabata əsasən, yanvar-fevral aylarında istehlakçılara 4 milyard 258,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 5,5 faiz artaraq 2 milyard 150 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 3 faiz artaraq 2 milyard 108,2 milyon manata bərabər olub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Dostları ilə paylaş: |