29.03.2016
Prezident İlham Əliyev Elm, Texnika, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibini təsdiq edib. Fərmana görə, komissiyaya baş nazir Artur Rasizadə sədrlik edəcək.
Komissiyanın üzvləri bu şəxslərdir:
Elçin Əfəndiyev – baş nazirin müavini
Akif Əlizadə – Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – mədəniyyət və turizm naziri
Oqtay Şirəliyev – səhiyyə naziri
Mikayıl Cabbarov – təhsil naziri
Abbas Ələsgərov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Arif Mehdiyev – Ali Attestasiya Komissiyasının sədri
İsmayıl Sadıqov – Nazirlər Kabineti Aparatının humanitar məsələlər şöbəsinin müdiri
İbrahim Quliyev – Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli – Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev – Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Əhliman Əmiraslanov – Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi
Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru
Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Altay Hacıyev – xalq rəssamı
Arif Məlikov – xalq artisti
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Mövlud Süleymanlı – xalq yazıçısı
Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri.
Dostları ilə paylaş: |