Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələri yanvar-fevral aylarında 2642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərib. Onlardan 1392 nəfəri stasionar, qalanları isə ambulator şəraitdə bərpa-müalicə xidməti ilə təmin olunub. Rəsmi hesabatda belə deyilir.
Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi, o cümlədən Bakı və Naxçıvan şəhərlərində uşaq bərpa mərkəzləri fəaliyyət göstərir.