Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   47   48   49   50   51   52   53   54   ...   168
geofiziki kesfiyyat usullari

§30. Maqnitometr M-33 
Maqnitometr M-33 kvant tiplidir, 1975-ci ildə işlənib hazırlanmışdır, 
cihaz maqnit induksiyasının həm mütləq, həm də nisbi qiymətini 
təyin etmək üçün istifadə olunur. Cihaz yüksək dəqiqliyi və sabitliyi 
ilə fərqlənir (0,1—1 nTl). Şkalanın qiymətinin dəyişməsi 8 saat 
ərzində 1,5 nTl-dır. Bir ölçməyə 3 saniyə sərf olunur. Bu, cihazın 
böyük iş qabiliyyətinə malik olması deməkdir. Cihaz yol boyu 
müşahidə məntəqəsi yanında surəti azaltmaqla ölçmə işi aparmağa 
imkan verir. Cihaz həm avtomatik, həm də əllə idarə oluna bilir. 
Dəyişmələr arasında fasilə 15-30-60 saniyədir. 
Cihaz üç blokdan ibarətdir. 1. Maqnit sahəsinə həssas olan 
hissə (datçik), 2. Ölçən və qeydiyat aparan blok, 3. Enerji mənbəyi. 
Burada 6.3 voltlu akkumulyator yaxud quru batareyalarından istifadə 
olunur. Bütün bloklar kabellə bir biri ilə birləşdirilir. 4. M-33-nin iş 
prinsipi Zeyman effektinə əsaslanıb: yəni maddənin atomları tərə-
findən buraxılan işıq dalğalarının uzunluğu maqnit sahəsinin təsi-
rindən dəyişir. Cihazda istifadə olunan buxar qələvi metalın 
(seziumun) buxarıdır (şəkil 36). Cihazla iki nəfər işləyir, fəhlə datçiki
aparır (şəkil 35), operator isə ölçən blokunu 2 və batareyaları aparır 
3. İş başlamamışdan qabaq: 1. Blokların bərkidilməsinə və bir- biri 
ilə birləşdirilməsini təmin etmək. 
downloaded from KitabYurdu.org


109 
Şəkil 35

M-33 maqnitometrin ümumi görünüşü

Şəkil
36. 
M-33 maqnitometrin maqnitə həssas dəyişdiricisinin blok sxemi. 
2. Maqnitli şeylər ölçmə blokundan uzaqlaşdırılmalı, yəni datçiki 
aparan fəhlənin üstündə heç bir dəmir əşya götürməməlidir. 3. Cihazı 
iş rejiminə salmaq (ya əl ilə, ya da avtomatik), lazımi həssaslığı 
qoymaq lazımdır (0,1 yaxud; 1 nTl). Çöl işi qurtardıqdan sonra lent 
dəstənin rəhbərinə təhvil verilir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin