Xələfli A. A


§34. Yerüstü çöl işlərinin maqnit kəşfiyyatı üsulu ilə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/168
tarix27.12.2023
ölçüsü2,8 Kb.
#199138
1   ...   50   51   52   53   54   55   56   57   ...   168
geofiziki kesfiyyat usullari

 
§34. Yerüstü çöl işlərinin maqnit kəşfiyyatı üsulu ilə 
aparılmasının xususiyyətləri 
Bütün maqnit axtarışları işi nəzarət məntəqəsinə nisbətən 
aparılır. Nəzarət mən-təqəsi başlanğıc nöqtə rolunu oynayır, bu 
nöqtədə alınan qiymətə əsasən nöqtələrdəki sahənin dəyişməsini 
müəyyən edirlər.
Nəzarət məntəqəsində təyin olunan qiymətlə operator həm də cihazın 
texniki vəziyətini yoxlayır və vaxtdan asılı olaraq bir nöqtədə cihazın 
göstərişinin dəyişməsinə nəzarət edir. 
Nəzarət məntəqəsi iş aparılan ərazidə dəstənin dayandığı 
Yerin yaxınlığında maqnit sahəsinin sabit olan bir nöqtəisndə seçilir. 
Seçilmiş nəzarət məntəqəsinin (NM) yanına 0,5-0,6 metr hündür-
lüyündə ağac basdırılır və üzərində iş aparılan vaxt və par- tiyanın 
qısaca adı və nəzarət məntəqəsinin nömrəsi yazılır. Planalma vaxtı 
orta dəqiqlik (15-5)nTl-dən çox olmamalıdır. Yüksək dəqiqlikli 
planalmada isə dəqiqlik 5nTl olur, bunun üçün ərazidə əlavə olaraq 
nəzarət məntəqaləri yaradılır və növbəti müşahidə məntəqələri 
arasında məsafə elə təyin edilir ki, 2-3 saata gedib gəlmək mümkün 
olsun. Təcrübi olaraq müəyyən edilib ki, maqnitometrin sfır nöqtəsi 
bir neçə saat ərzində düzxətli olaraq Yerini dəyişir. Bunun üçün də 
nəzarət məntəqələri arasındakı məsafə elə dəqiq seçilməlidir ki, 
maqnitometrin ölçülərində böyük dəyişikliklər olmasın, yəni bir 
məntəqədən digərinə adi reys 2-3 saatdan çox olmamalıdır. 
Hər hansı bir düz sahədə planalma işi aparılırsa (İM), istinad mən-
təqəsini profilin çıxışında magistral yolun kənarında (MQ) qoyurlar. 
Qənaət məqsədi ilə (İM) profildən bir qoyurlar və onlara nömrələr 
yazırlar. Bütün istinad nöqtələri nəzarət məntəqələri (NM) ilə iki 
qarşılıqlı hərəkət istiqamətində əlaqələndirilir. İstinad şəbəkəsi üzrə 
iş vaxtı ölçmələr aşağıdakı ardıcıllıqla aparılır. Nəzarət məntəqəsi 
downloaded from KitabYurdu.org


115 
NM səhər 2-3 saat profil üzrə adi ölçmələr İM1 2-3 saat, İM2, adi 
ölçmələr 2-3 saat NM axşam. Proton maqnitometri MMQ-203 və 
kvant maqnitometri M-33 ilə ölçmələr istinad nöqtələri (məntəqəsi) 
olmadan aparılır, bu ölçmələrdə nəzarət məntəqələri kifayətdir. 
O ərazidə ki, anomalya aşkar edilib, orada daha dəqiq yerüstü 
işlər aparılır. Həm də mikromaqnit planlaşdırılması aparılır. Belə 
ərazinin sahəsi (100x100m) sıx şəbəkə yaratmaqla (1x1m) tədqiq 
olunur, süxurların çatlılığı yuyulub gəlmənin istiqaməti aşkar edilir. 
Belə ölçmələrdə nəzarət məntəqəsinə üç adi ölçmədən bir qayıdırlar. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin