Qamma spektrometrik üsul.
Bu üsuldan adətən dəqiq işlər zamanı
istifadə olunur. Müşahidələr əvvəlcədən seçilmiş ərazilərdə aparılır.
Profillər anomaliyanın böyük oxuna perpendikulyar seçilir.
Müşahidə məntəqəsində sahəsi 1m
2
olan açıq sahə seçilir. Cihaz işə
başlamazdan yarım saat qabaq işə salınır. Hər bir müşahidə
məntəqəsində cihazın gücləndiricisinə etalonla düzəliş verilir. Sonra
süxurun aktivliyi seçilmiş iş intervalında ölçülür, bu cihazın üzərində
qoyulmuş çar vasitəsiiə aparılır, bu üç kanaldan ibarətdir-kali, üran
və radium. Uranın, torinin və kaliumun süxurun tərkibindəki
downloaded from KitabYurdu.org
291
zənginliyini işçi düsturla hesablayırlar bu formula spektrometri
dərəcələdikdə tapılır. Həcmi böyük olmayan işləri əllə
nomoqramlarla hesablayırlar. Açıqlıqda yataqlar təbii şəraitdən asılı
olaraq başqa süxurlarla üstü örtülü olur, bə'zən anomaliyaların
üstündə intensivlik zəif olur, adi qamma planalma ilə də qeyd
olunmur. Belə halda kiçik ölçülü dəlik qamma planalmadan yaxud da
dərin quyulardan istifadə olunur.
Dəlik (şpur) qamma planalınma. Axtarış SRP-68-03 və ŞQ-
25 patronu ilə aparılır. Dəliyin dərinliyi 0,8-1 m olur, bunu əl ilə
linglə qazırlar. Əgər torpaq qatı 3 m- dən çox olduqda dərin quyu
axtarışı tamamilə üstü bağlı iki yarusa malik olan sahələrdə tətbiq
olunur, alt yarus qədim süxurlardan təşkil olunub, üst yarus daha
cavan süxurlarla təqdim olunur, bir qayda olaraq üst yarus üfüqi
yatır. Mədən ola bilsin aşağıdakı struktur quruluşa malik olan
yarusda aşkar olunsun. Bunun üçün ya dərin dəlik, quyu yaxud da
geniş sahəli yeraltı tunel açılır. Bu dəliklər məhsuldar qatla kəsişənə
kimi davam etdirilir.
Emanasyon planalma dəqiq işlər aparılanda üstü qalın (10
metrlər) məsaməli gəlmə torpaqla örtülən ərazilərdə irimiqyaslı
xəritəalmada istifadə olunur. Emanasyon planalmanın dərinliyi
qamma planalmanın dərinliyindən xeyli çox olur, bu eyni zamanda
torpaq qatına qazın diffuziyasından asılıdır. Qazın diffuziyası o yerdə
ən böyük qiymətə malik olur ki, orada torpaq həm quru, həm də çox
məsaməi olsun, digər tərəfdən torpaq məsaməsiz olanda, nəmliyi çox
olanda və torpaq donmuş olanda qaz diffuziyası zəif olur. Ölçmə
işləri ayrı ayrı profillərdə aparılır.Ölçmə məntəqələri arasındakı
məsafə bir-birindən 0-10 metr aralıda olur, profillər arasındakı
məsafə 5-100 metr olmalıdır. Müşahidə məntəqəsində operator 1m
dərinliyinə qədər dəlik qazır, oraya nümunə gətürmək üçün xüsusi
hazırlanmış nümunə götürən salır (zond) sonra operator cihazı
həmin nöqtəyə qoyub təbii radioaktiv fonu kamerada ölçür, sonra
kameraya torpaqdan çıxan qazı doldurub klapanı bağlayır və
ölçmənin nəticələrini cihazın göstəricisindən götürür. Hər 10-15
nöqtədən bir normal sahədə və anomal nöqtədə 15-60 saniyə iki
downloaded from KitabYurdu.org
292
ölçmə işi aparır. Bu toron və radonun zənginliyini havada ayrıca
təyin etməyə imkan verir (T
2
1
=3,82 sutkada) rado,( T
2
1
= 54,5 saniyə)
toron anomaliyanın hüdudlarında bir neçə nöqtədə 5-3 dəqiqə ərzində
qazın zənginliyini təyin edirlər, bu da ölçmənin dəqiqliyini artırır.
Anomal nöqtələrdə təkrar ölçmə işləri ümumi ölçülən işlələrin 5—
10%-ni təşkil etməlidir. Bunu başqa dəstə aparır. Gündə üç dəfə
nəzarət məntəqəsində hesablama aparmaq üçün nümunələr
götürülür.Emanasyon planalmanın nəticələrini hesablamaq üçün
götürülən bölgülərlə ölçülmüş qiymət emanasiya zənginliyinə
çevrilir Bk/m
3
. Emanasyanın ümumi zənginliyi hesablanır, sonra isə
ayrılıqda radon və toronun zənginliyi hesablanır.
C
Rn+Tn
=n
15s”
C
Rn
=1,6(n
60s”_
-0,5n
15s"
)K; C
Tn
=n
15s”
K-C
Rn
C
Rn
=0,88(n
3 min
-0,1n
15s”
)K; C
Tn
=n
15s”
K-C
Rn’
Burada C
Rn
+
C
Tn
, C
Tn
, C
Rn
radon R
n
və toronun T
n
qazda ümumi
zənginliyidir n
15c”
, n
60c
, n
3dəq
cihazdan 15s 60s və 3 dəqiqədə
götürülən bölgülərin sayıdır. K isə 1 bölgünün emanasiyadan sonrakı
qiymətidir. Alfa hissəciklərin təsirindən sonra əmələ gələn
impulsların sayını qeyd edən üsula elektron alfametriya deyilir və
silisiumlu detektorlara əsaslanıb. Bu üsul emanasiyaya görə həm də
dərinliyə görə böyük həssaslığa malikdir.
Radiohidrogeoloji planalma uran, tori və radonun suda parıl-
tılı şüalanma qabiliyyətinə malik olmasına əsaslanır və uran
yataqlarının axtarışında istifadə olunur. Planalmanın məqsədi yeraltı,
lay və yerüstü sulardan götürülən nümunələrdə hansı radioaktivliyin
olmasını təyin etməkdən ibarətdir. Suda mexaniki qarışıq
olmamalıdır(suda tarazlıqda olan hissəciklər, suda həll olunmuş
izotoplar, o cümlədən uran radium elementlərini özlərinə adsorbsiya
edən). Nümunələr ağzı bağlanan təmiz qablarda götürülür, qabların
ağzı parafin yaxud surqucla möhkəmləndirilir. Süxurların çatlarından
çıxan, böyük təzyiqli qazlı sular, özüllü süxurların içindən çıxan
sular tədqiqat üçün böyük maraq kəsb edir.
EM-6M və EM-6P emonometrlərin köməyi ilə laboratoriyada su
buxarlarında radium və radonun zənginliyini təyin edir. Su
downloaded from KitabYurdu.org
293
nümunəsini kip bağlanan barboterə tökür, bir neçə sutka saxlayırlar
ki, radon qazı toplansın. Yığılan radon qazını emanometrin ölçmə
kamerasına keçirirlər, kranı bağlayıb üç saat gözləyirlər. Kameranın
divarlarında lüminisensiya yaradan alfa hissəciklərin miqdarı üç saat
ərzində 27 dəfə artır, uyğun olaraq emanometrin göstərişi də bir o
qədər artır. Nümunədə radonun miqdarı aşağıdakı düsturla təyin
edilir:
Q
Rn=
n
3saat
K/2,7;
N
3saat
radonu kameraya verilən vaxtdakı qiyməti ilə üç saatdan sonra
göstərdiyi qiymət arasındakı fərqdir.K emanotorun bir bölgüsünün
qiymətidir. Nümunədə radonun zənginliyinin təyin olunma anı
aşağıdakı düstur ilə hesablanır.
C
Rn=
Q
Rn
/V
n
burada, V
n
-ölçülən suyun həcmidir.
Radonun zənginliyini mənbədən götürülən su nümunəsinin
götürmə anında təyin etmək üçün aşağıdakı düsturdan istifadə
edirlər.
CoR
n
=CR
n
/e
-λ∆t
t nümunə götürülən andan ölçmə anına qədər olan vaxtdır, saatlarla
radonun parçalanma sabitidir, radiumun miqdarını su nümunəsində
radon emanasiyasının miqdarına əsasən təyin edirlər:
t
k
saat
t
Rn
Rn
e
V
Kn
e
Q
Q
1
(
7
,
2
10
1
3
10
V
k
- emanatorda kameranın həcmidir. t barbatorda radonun yığılması
üçün sərf olunan vaxtdır.
radonun parçalanma sabitidir Radiumun
zənginliyini nümunədə asanlıqla Q
Rn
nümunənin həcminə bölməklə
V
n
almaq olur.
Geofiziki və geoloji məlumatları tədqiq etmək üçün anomal
sahələrdə ya dağ mədən işləri, ya da quyu qazma planlaşdırılır.
Mədən işlərində üstü açılmış süxurların radioaktivliyi qamma
planalma cihazları ilə öyrənilir. Datçiki tunelin divarlarında
gəzdirməklə müxtəlif tezlik impulslar telefonda qulaq asırlar.
Ölçmələrin nəticələrinə cihazı əhatə edən süxurların təsirini yox
etmək üçün datçikin üstünə qurğuşun ekran geyindirilir. Anomaliya
downloaded from KitabYurdu.org
294
aşkar edilən kimi ölçmə nöqtələri arasındakı məsafə 10-20 sm
sıxlaşdırılır. Nəticələr jurnala yazılır. Quyularda isə qamma karataj
işi aparılır (XXIII fəsilə bax).
Dostları ilə paylaş: |