§ 99. GEOLOJİ MƏSƏLƏLƏRİN HƏLLİNDƏ RADİOMETRİK ÜSULUN TƏTBİQİ Süxurların radioaktivliyi haqda məlumat çoxlu geoloji
məsələlərin həll edilməsinə imkan verir: Bunlar aşağıdakılardır:
geoloji sərhədlərin xəritəyə alınması, tektonik pozulmaların
izlənilməsi, süxurların litoloji tərkibinə görə tiplərə ayrılması və s.
radioaktiv və qeyri-radioaktiv faydalı qazıntıların axtarışıdır.
Radiometrik üsulun üstün cəhələri ondan ibarətdir ki, tədqiqat
zamanı çox tez məlumat almaq olur, az xərc çəkilir, eyni zamanda
üstü torpaqla örtülmüş ərazidə, su hövzələrində (çay, göl, dənizin
sahillərində) planalma işləri aparmağa imkan verir. Radiometrik
üsullara piyada və aeroqamma planalma süxurların radioaktiv
elementlərin təbəqələri ilə təmasda olduğu yerləri təyin etməyə
imkan verir. Məsələn, yüksək radioaktivliyə malik olan turş vulkanik
süxurlar, gil, gilli şislər, kömürlü şislər və s. süxurlar, radioaktivliyi
az olan süxurlar arasında yaxşı aşkar olunur və xəritəyə alınır.
Tektonik pozulmuş sərhədlərdə (qırılıb dağılmış, çatlı qalxma və
düşmə) karstın əmələ gələn yeri radonu yaxşı keçirir, çox hallarda
yeraltı suların bu hissədə dövr etməsi müşahidə olunur, bu hissə ra-
dioaktiv izotoplarla zənginləşir. Belə ərazilər emanasyon planalma
ilə yaxşı aşkar edilir.
Radiometrik üsul eyni zamanda radioaktiv olmayan faydalı qazıntıların
axtarışında istifadə olunur; bunlardan neft, qaz, fosforit, kalium duzu,
səpələnmiş titan yataqları və s. göstərmək olar. Bunların başqa süxurlar
içərisində yayılmasını aşkar etmək üçün bunlar üzərində radioaktiv fonun
azalıb çoxalmasını müəyyən etməklə öyrənirlər. Məsələn, nadir torpaq
elementlərinin peqmatitlə əlaqədar olması qamma üsulla və emanasyon
planalma ilə aşkar edilir. Çünki hematilərdə həmişə radioaktiv lər olur.
Nəhayət, radiometrik üsul uran və tori filizlərinin axtarışında ən
əsaslarındandır.
downloaded from KitabYurdu.org