197
cərəyanlar cəmlənərək yerdə yekün qalvanik və induktiv cərəyan
yaradır. İnduktiv üsulda qidalandırıcı xətt kimi ya birdolaqlı, ya
çoxdolaqlı çərçivədən istifadə edilir və yaxud da böyuk konturlu
ilgək Yerin üstünə qoyulur. Buradan buraxılan cərəyan özünun
dəyişən maqnit sahəsi ilə süxur qatında
ikinci induktiv elektrik
cərəyanı yaradır. Radiodalğalar üsulunda qapalı çərçivələri açıq
konturlarla əvəz edirlər, buna dalğa buraxmaq antenası deyilir.
Dəyişən cərəyanın əsas xususiyyəti ondan ibarətdir ki, bu dəyişən
maqnit sahəsi yaradır, bu da öz növbəsində ikinci (induktiv) elektrik
sahəsi yaradır. Beləliklə, mürəkkəb elektromaqnit sahəsi yaranır.
Birinçi və ikinci sahələr eyni zamanda mövcud olurlar, ölçmələr
zamanı bu iki sahənin həndəsi cəmini ölcüruk. Dəyişən ikinci maqnit
sahəsi və ikinci induktiv elektrik sahəsi birinci sahədən fazasına görə
geri qalır.
Maraqlı haldır ki, dəyişən cərəyan
sahəsində keçiriçinin müqa-
viməti cərəyanın tezliyi artdıtça artır, omik müqavimətdən başqa
induktiv müqavimət də yaranır. Cəryanın tezliyi artdıqca induktiv
cərəyan keçiricinin səthi ilə yayılmağa başlayır, bu da naqilin en
kəsiyinin sahəsinin azalması deməkdir və
yaxud omik müqavimətin
artmasına səbəb olur.
Dəyişən cərəyanın yaratdığı sahənin ikinci xususiyyəti var ki,
cərəyan mənbəyindən uzaqlaşdıqca sahə zəifləyir. Bu, onunla izah
olunur ki, keçiriçi mühit elektromaqnit sahənin enerjisinin bir
hissəsini udur,
beləliklə, bu enerji istilik enerjisinə çevrilir.
Cərəyanın tezliyi və mühitin elektrik kəçiriciliyi artdıqca enerjinin
udulma əmsalı artır.
Beləliklə, dəyişən cərəyanın Yerin dərin qatlarına getməsi təkcə
AB xəttinin uzunluğundan yox, cərəyanın tezliyindən və süxurların
keçirciliyindən asılıdır. Cərəyanın tezliyi və mühitin elektrik
keçiriçiliyi nə qədər çox olsa, cərəyanın dərin qatlara keçməsi bir o
qədər az olaçaqdır.
Hər bir nöqtədə yaranan elektromaqnit
sahəsi burada yaranan
elektrik sahəsinin gərginliyi, E və maqnit sahəsinin gərginliyi H ilə
təsvir olunur.
downloaded from KitabYurdu.org
198
Elektrik sahəsinin gərginliyini E ölçmək üçün sabit cərəyan
üsulunda olduğu kimi yeryə çalınmış
qəbuledici elektrodlara MN
mikrovoltmetr birləşdirilir. MN elektrodları arasındakı məsafəyə aid
olan potensiallar fərqi MN kəsiyinin mərkəzində sahənin gərginliyinə
yaxın E qiymətini verir.
Maqnit sahəsinin gərginliyinin H qiymətini induktiv üsulla
qəbuledici çərçivə ilə ölcürlər. Kütlənin ölçüləri nə qədər böyuk olsa
və onun elektrik keçiriçilyi yuksək olsa, maqnit sahəsinin gərginliyi
H normal sahənin gərginliyinə nisbətən güclü olaçaq. İnduktiv
üsulun köməyi ilə yaranan və ölçülən elektromaqnit sahəsi elektrik
kəşfiyyatında mühüm üstünlüyə malikdir,
bu nəinki üsulun istifadə
sahəsini genişləndirir eyni zamanda burada yerə elektrodlar ça
lmağa ehtiyac qalmır, həm də üsul qış mövsümündə iş aparan zaman
böyük əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: