17 avqust Tezdən yola çıxdıq və səhər doqquzda Rositaya çatdıq. Koko iki atəş səsi eşitdi və biz tez-tələsik pusqu qurduq, amma heç bir hadisə baş vermədi. Günün qalan hissəsi bərbad keçdi: cığırı itirdik, qeyri-mütəşəkkil hərəkət etdik. 16.30-da Rio-Qrandeyə çıxdıq və düşərgə saldıq. Mən ay işığında yola davam etməmizi istəyirdim, amma adamlar çox yorulublar. Bizim iki günlük at ətimiz qalıb (mənim üçün bir günlük rasion motedi62). Yəqin, daha bir atı kəsməli olacağıq. Radio məlumat verdi ki, Nyakauasu çayı yaxınlığındakı dörd xəlvətxanadan tapılan sənədlər və digər dəlillər çap ediləcək. Görünür, Monos bulağı yaxınlığındakı xəlvətxananı da tapıblar. Astmanın mənə rəhmi gəldi və nəfəs almağa imkan verdi.
Yüksəklik 640 metr (açıq-aydın yanlışlıq var, çünki dünən 600 metr idi).