XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə33/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   29   30   31   32   33   34   35   36   ...   97
26 fevral
Səhər Markosla Paçonu yanıma çağırıb izahat tələb etdim. Hər iki tərəfi dinləyəndən sonra belə qərara gəldim ki, Markos, doğrudan da, Paçonu təhqir edib və maçete ilə ona tərəf qolaylanıb, amma üzünə zərbə endirməyib. Demək lazımdır ki, Paço da az aşın duzu deyil: daim hamı ilə öcəşir və xoruzlanmağa meyllidir.

Mən hamını bir yerə yığdım və döyüşçülərlə söhbət apardım. Rositaya çıxmağın bizim üçün önəmini vurğuladım; bu günə qədər üzləşdiyimiz məhrumiyyətlərin daha çətin sınaqların müqəddiməsi olduğunu, hazırsızlığımızın iki kubalı arasında baş verən bu cür utancverici toqquşmalara gətirib çıxardığını anlatdım. Markosa yoldaşına qarşı hörmətsizlik və kobudluq etdiyinə görə töhmət verdim. Paçoya isə bildirdim ki, belə hal bir daha baş versə onu dəstədən çıxaracağam. Əvvəlcə o, ratsiyayla bağlı əmri yerinə yetirməyib, sonra komandirlə arasında münaqişə baş verməsi faktını məndən gizləyib, lap axırda isə Markosun onun üzünə zərbə endirdiyi haqqında yalan söyləyib.

Boliviyalılara dedim ki, onlardan hansısa yola davam etmək istəmirsə və ya bacarmırsa, kələklərə, təxribatlara əl atmasın, birbaşa mənə söyləsin. Mən onu problemsiz buraxacağam.

Biz sahillə irəliləmək üçün Rio-Qrandeyə tərəf yürüməyə davam etdik. Çaya çatanda təxminən bir kilometr yolu aşağı ilə qət etdik, amma qayaya dirəndiyimizə görə yuxarı qalxmalı olduq. Benxamin44 bel çantasında eşələnə-eşələnə geri qaldı; gəncin tam əldən düşdüyünü görüb, bizə çatmağını əmr etdim. O, qrupla birlikdə 50 metr addımlayandan sonra cığırı itirdi və ətrafa göz gəzdirmək üçün dikə çıxdı. Mən Urbanonu ona köməyə göndərdim, amma bu vaxt Benxamin qəfil yırğalanaraq çaya yıxıldı. O üzə bilmirdi. Güclü axın ona ayağa qalxmağa imkan vermirdi. Biz ona kömək etmək üçün irəli atıldıq, amma paltarlarımızı soyunana qədər o suya qərq oldu. Rolando ona tərəfə üzdü və suya baş vurmağa başladı; axın onu alıb aparırdı. Beş dəqiqə sonra bütün ümidlərimiz kəsildi. Benxamin var gücü ilə çalışsa da, müharibənin əzab-əziyyətinə hazır olmayan zəif gənc idi. Sınaq onu sındırdı, fiziki hazırlığı ambisiyalarına və istəklərinə uyğun gəlmədi... Biz Rio-Qrandenin sahilində ilk ölüm sınağından keçdik. Böyük uğursuzluq.

Rositaya çıxmadan 17.00-da düşərgə saldıq. Lobyanın qalanını yedik.
8 mart
Gözlənilməz hadisələrlə dolu gərgin gün. Çox az irəlilədik. Ova yollanan Rolandonun geri dönməsini gözləmədən səhər saat 10-da düşərgəni tərk etdik. Saat yarımdan sonra maçeteroslarla (Urbano, Migel, Tuma), ovçularla (El Mediko [Moro] və Çinçu [Rikardo]) qarşılaşdıq. Sonuncular xeyli tutuquşu tutub, digər sahildə dəmir çən görəndən sonra geri dönüblər. Mən düşərgə salmağı əmr etdim və çənə baxmağa yollandım: neft quyusuna oxşayır. İnti və Rikardo çayı üzüb keçərək ovçu cildində kəşfiyyata yollandılar. Paltarlarını çıxarmadılar. Yarıyolda İnti boğulmağa başladı, Rikardo onu güc-bəlayla xilas etdi. Zorla, çığır-bağırla qarşı sahilə çıxdılar və gözdən itdilər. Bu, günorta vaxtı baş verdi. 15.15-də mən çay sahilindən ayrılanda onlar hələ gəlib çıxmamışdılar. Bütün axşamı onları gözlədik. 21.00-da qayıdıb gələn sonuncu növbətçi də o biri sahildə heç kimi görmədiyini dedi.

Çox narahatam: iki dəyərli yoldaşımız, bəlkə də, təhlükə ilə üz-üzədirlər, biz isə bundan xəbərsizik. Qərara gəldik ki, sabah tezdən iki ən yaxşı üzgüçümüz – Alexandro və Rolando onları axtarmağa yollanacaq.

Palma özəyimiz olmasa da Rolandonun vurduğu bir yığın tutuquşunun və iki meymunun hesabına əvvəlki günlərlə müqayisədə daha doyumlu axşam yeməyi yedik.
16 mart
Atı yemək qərarına gəldik. Belə ki, yoldaşlarımızın çoxunun ayağı şişib və bu da ciddi narahatlıq doğurur. Ayaq şişindən Migel, İnti, Urbano və Alexandro bu və ya digər dərəcədə əziyyət çəkir. Mən də zəifləmişəm. Biz hesablamışdıq ki, Xoakin öz adamları ilə birgə çayı keçib bizə qoşulacaq, amma belə olmadı. Səhər tezdən Rubio və El Mediko [Ernesto] ona köməyə yollandılar, ancaq axınla bacarmayıb suda gözdən itdilər. Xoakin keçid etmək üçün radio ilə icazə istədi. Mən icazə verdim. Onun dəstəsini də axın bizdən yan apardı. Mən Pombo və Tumanı axtarışa göndərdim. Onlar heç kimi tapmayıb hava qaralandan sonra geri döndülər. 17.00-da atı kəsdik və doyunca at əti yedik. Qorxuram sabah bunun altını çəkək. Bu gün Rolando düşərgəyə gedib çatmalıdır.

32№-li radioqramın şifrini tam açdıq. Özü ilə qlyukantin ehtiyatı gətirən boliviyalının gəlişi xəbər verilir. Bu hələ döyüşçülərdən heç birində müşahidə olunmayan leyşmanioza45 qarşı vasitədir.


23 mart
Hərbi əməliyyatlar günü. Pombo azuqə dalınca qondola göndərmək istədi, amma mən Markosun əvəzlənməsi ilə bağlı məsələ həll olunmayınca bunu qadağan etdim. Təxminən səhər səkkizdə Koko hövlənk gəldi və bir qrup əsgərin pusquya düşdüyünü xəbər verdi. İlkin hesablamalara görə, üç 60 millimetrlik minomyot, 16 “mauzer” tüfəngi, iki bazuka, üç “uzi”, bir 30 mm çaplı pulemyot, iki ratsiya, ayaqqabılar və s. ələ keçirilib. Yeddi əsgər qətlə yetirilib, dördü yaralanıb, on dördü isə əsir alınıb. Təəssüf ki, onların yanında ərzaq olmayıb. Xəritə və əməliyyat planı da ələ keçirilib. Bu plana görə, ordu yarı yolda birləşəcək iki dəstəyə bölünüb Nyakauasunun hər iki sahili boyunca hücuma keçəcək. Biz tələsik döyüşçülərimizi digər sahilə göndərdik; Markosun rəhbərliyi ilə ön dəstə hücuma keçən düşməni qarşılamaq üçün tam heyətlə irəli atıldı; əsas qrup və aryerqard müdafiəyə hazırlaşdı. Braulioya ikinci dəstənin yolu üzərində pusqu qurmaq tapşırılıb. Bu mövqeni gecəboyu əlimizdə tutub saxlayacağıq. Bəlkə sabah tərifli reyncerləri gördük. Əsir alınmış iki zabit – mayor46 və kapitan47 – tutuquşu kimi çərənləyirlər.

Çinonun gətirdiyi məlumatın şifrini açdıq. Burda Debrenin48 səfərindən söz açılır, 60 min dolların göndərilməsi müzakirə olunur, Çinonun tələbləri təhlil edilir, eləcə də nəyə görə İvana heç kimin heç nə yazmadığına aydınlıq gətirilir. Bundan başqa, Sançesdən Mitonun yerləşdirilməsinin mümkünlüyündən söz açılan məlumat aldıq.



6 aprel
Həddən artıq narahat bir gün. Səhər dörddə Nyakauasunu keçdik və havanın işıqlanmasını gözləyib yolumuza davam etdik. Migel iki dəfə kəşfiyyata çıxdı – hər ikisində əsgərləri görüb geri döndü. 8.00-da Rolando məlumat verdi ki, bizim yenicə ayrıldığımız dərə girişində 12 əsgər peyda olub. Biz yavaş-yavaş, çox səliqə ilə geri çəkildik. 11.00-da artıq təhlükəsiz yerdə – keçidin yanında idik. Rolando dərədə, ən azı, 100 əsgərin olduğunu məruzə etdi.

Gecə bulağa yaxınlaşanda çay tərəfdən səslər eşidildi. Biz ora bir qrup göndərdik. Dörd çoban və Alqaranyasa məxsus olan inək sürüsü ələ keçirdik. Çobanların dediyinə görə, ordu onlara on iki inəyi axtarmağa icazə verib. Onlar yalnız bəzilərini tuta biliblər. Biz iki inəyi onların əlindən aldıq və yaxaladığımız çobanları – iki muzdlu işçini (ata və oğul), eləcə də biri Çukisakidən, o birisi isə Kamiridən olan iki kəndlini çay boyunca bizim bulağın yanına gətirdik. Kamiridən olan kifayət qədər qanacaqlı və perspektivli gənc çıxdı. Yaymağa vəd etdiyi bəyannamənin bir neçə nüsxəsini ona verdik. Dillərini dinc qoyacaqları ilə bağlı and içdirəndən sonra əsirləri azad etdik.

Gecəni yeyib-içməklə keçirdik.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin