9 fevral Təxminən yarım saat dağa dırmaşmağa çalışdıq, sonra ağlıma gəldi ki, ən yaxşısı cığırdan çıxıb qurumuş çay yatağı ilə irəliləməkdir. Bir az getdikdən sonra qarğıdalı zəmisinə yetişdik. Mən İnti və Rikardonu kəşfiyyata yolladım. Elə bu vaxt məzhəkə başladı. Aryerqard bizim içində kağız olan butulkanı görməyib və qərara gəlib ki, azmışıq. Dörd tərəfə adam göndəriblər. Bu vaxt ön dəstə atılmış ev görüb və digərlərini gözləməyə başlayıb. İnti və Rikardo yerli oğlan uşaqları ilə qarşılaşıblar. Uşaqlar onları atalarının yanına aparıblar; altı uşağı olan cavan kəndli41 qonaqları mehriban qarşılayıb, onlara çox şey danışıb. İkinci söhbət zamanı İnti gerilyero komandiri olmasına işarə vurub. Kəndli uminta42 hazırlamaq üçün iki donuz dartıb gətirib.