XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə27/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   23   24   25   26   27   28   29   30   ...   97
6 yanvar
Hələ hava işıqlaşmamış Markos, Xoakin, Alexandro, İnti və mən yola çıxıb çılpaq təpə boyunca irəlilədik. Mən aşağıdakı qərarları qəbul etdim: Markos Kamba və Paçoyla birlikdə yerli sakinlərlə təmasdan yayınaraq sağdan Nyakauasuya çıxmağa cəhd edəcək. Migel, Braulio və Aniseto35 əsas yola çıxmaq üçün sıra dağlar üzərindən əlverişli keçid axtaracaqlar. Xoakin, Beninyo və İnti isə – əgər bu sıra dağları Pampa del Tiqredirsə – xəritəyə görə onun o biri tərəfi ilə Nyakauasuya paralel olaraq axan Frias çayına aparan yolları öyrənəcəklər.

Günorta Loro iki qatırla gəlib çıxdı – onları cəmi 2000 pesoya alıb. Diribaş oğlandı. Sapsağlam və sakit heyvanlardı. Köhnə düşərgəyə Braulio və Paçonun dalınca adam yolladım: sabah onlar kəşfiyyata getməlidirlər. Onları əvəzləməyə Karlosu və El Medikonu [Ernesto] göndərdim.

Siyasi məşğələdən sonra əsl gerilyerosa lazım olan keyfiyyətlər haqqında kiçik mühazirə oxudum. Nizam-intizamın vacibliyini qeyd etdim. İzah etdim ki, bizim vəzifəmiz həm də azadlıq hərəkatının sağlam və möhkəm nüvəsini yaratmaqdan ibarətdir. Bu, müvəffəqiyyət qazanmağın açarıdır. Sonda hərbi və siyasi hazırlığın vacibliyini vurğuladım. Döyüşçüləri buraxıb komandirlər – Xoakin, Markos, Alexandro, İnti, Rolando, Pombo, El Mediko [Moro], Nyato və Rikardo ilə söhbətləşdim. Onlara nəyə görə Xoakinin mənim müavinim təyin olunduğunu anlatdım və Markosun bir sıra xroniki çatışmazlığını qeyd etdim. Xoakinin Migellə yeni il insidenti zamanı hərəkətlərini pislədim. Həllindən bizim gələcəyimizin asılı olduğu bir sıra təşkilati məsələləri onların diqqətinə çatdırdım. Axıra yaxın Rikardo İvanla arasında olan insidentdən danışdı: Tanyanın yanında bir-birinin üstünə bağırıb söyüşməyə başlayıblar. İş o yerə çatıb ki, Rikardo əyləci basıb və İvana maşından düşməyi əmr edib. Bax bu cür axmaq hərəkətlərə görə ümumi işimiz ciddi şəkildə axsayır.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin