XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə24/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   20   21   22   23   24   25   26   27   ...   97
2 dekabr
Səhər tezdən Çino gəldi. Ruh yüksəkliyi hiss olunurdu. Bütün günü söhbətləşdik. Gəlinən nəticələr bunlardır: o, vəziyyət haqqında şəxsən məruzə etmək üçün Kubaya yollanacaq. Beş perulu bizə iki ay sonra döyüş əməliyyatları başlayanda qoşulacaq. İkisi isə indi gələcək: radist və həkim. Çino silah istədi. Razılaşdıq ki, o bizdən bazuka və bir neçə “mauzer” tüfəngi götürəcək. Bundan başqa, mən ona M-1 alacağam, eləcə də gizli fəaliyyətin təşkili üçün beş perulunun Titikaka çayının o biri sahilindəki Puno rayonuna göndərilməsinə kömək edəcəyəm. Çino Peruda başına gələn müsibətlərdən danışdı və Kalikstonun19 azad olunması ilə bağlı cəsarətli planını bölüşdü – məncə, olduqca utopik plandı. O hesab edir ki, o yerlərdə pərən-pərən salınmış gerilyeroslardan sağ qalanlar fəaliyyət göstərirlər, amma oralara bizimkilərdən heç kimin ayağı dəyməyib, ona görə də bununla bağlı tam əminlik yoxdur.

Bir az da ordan-burdan söhbət etdik. Çino bir neçə fotoşəklimizi götürüb elə gəldiyi ruh yüksəkliyi ilə də bizimlə vidalaşdı. Kokonun vəzifəsi Sançeslə20 (onunla mən sonra görüşəcəyəm), eləcə də İntinin prezidentin informasiya xidmətinə rəhbərlik edən və bizimlə çalışmağa hazır olduğunu bildirən qaynı ilə əlaqə yaratmaqdır. Şəhərdəki agentura şəbəkəsi hələ bələkdədir.



Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin