XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə22/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   18   19   20   21   22   23   24   25   ...   97
Rövşən Ramizoğlu


BOLİVİYA GÜNDƏLİYİ
1966

7 noyabr
Yeni mərhələnin başlanğıcı. Maneəsiz gəlib çatdıq; rançoya gecə yetişdik. Koçabambada Paçunqoyla1 mən lazımi şəkildə qrimlənib bir neçə gərəkli tanışlıq əlaqəsi qurduq. Sonra iki gün ərzində iki “cip” ilə ayrı-ayrı yol gəldik.

Bizim kokain istehsalı ilə məşğul olduğumuzu düşünən qonşunu2 şübhələndirməmək üçün rançoya çatmamış bir maşına oturduq. Maraqlıdır ki, şayiələrdə əsas kimyagər bizim bənzərsiz Tumaini3 hesab olunur.

İkinci reys zamanı Biqotes4 mənim kim olduğumu biləndə maşınla xəndəyə uçacaqdı; qabaq təkərlər havadan asılı qaldı. 20 km piyada yol gedəndən sonra rançoya gecəyarıdan keçmiş gəlib çatdıq. Burada bizi artıq üç yoldaşımız gözləyirdi5.

Biqotes partiyanın mövqeyinə baxmadan bizimlə əməkdaşlıq etməyə hazır olduğuna işarə vurdu, amma o, hədsiz hörmət etdiyi və az qala ilahiləşdirdiyi Monxeyə6 sadiq qalacaq. Onun sözlərinə görə Rodolfo7 və Koko8 da bu mövqedədirlər. Çalışmaq lazımdır ki, partiya bizi dəstəkləsin. Mən Biqotesdən xahiş etdim ki, birincisi, danışıqlarda bizə yardımçı olsun, ikincisi, ən azından hazırda Bolqarıstanda olan Monxe geri dönüncəyə qədər öz yoldaşlarına heç bir şey deməsin. O razılaşdı.



Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin