XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə25/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   21   22   23   24   25   26   27   28   ...   97
11 dekabr
Gün sakit keçdi. Gecəyə yaxın Koko və Papi gəlib çıxdılar: özləri ilə Alexandro21, Arturo22 və boliviyalı Karlosu23 gətirdilər. Həmişəki kimi ikinci “cip”i yol qırağında saxlamışdılar. Sonra həkim Moronu24, Beninyonu25 və daha iki boliviyalını – Karanavi rançosundan26 olan kamba27 hindilərini də gətirdilər. Gecə bu cür şərait üçün təbii olan yol sərgüzəştləri haqqında söhbətlərlə keçdi. Antonio28 və Feliksin29 yoxluğunu müzakirə etdik (onlar birinci gəlməli idilər). Papi ilə danışıb ona daha iki səfər edərək Renan30 və Tanyanı31 da gətirməyi tapşırdım. Şəhərdəki hər iki evi satacağıq, xəlvətxanalardan pul götürüb Sançesə 1000 dollar verəcəyik. O, kiçik furqonu özünə saxlayacaq. “cip”lərdən birini Tanyaya satacağıq, ikincisi bizdə qalacaq. Bundan başqa, hələ silah dalınca da getmək lazımdır. Mən bütün Boliviyanın gözü qarşısında yükü burdan-ora yükləməmək üçün bir “cip”lə getməyi əmr etdim. Çino ruh yüksəkliyindən zingildəyə-zingildəyə Kubaya yola düşdü. Qayıdandan sonra bizə qoşulmaq niyyətindədir. Koko ərzaq almaq üçün Kamiridə qaldı. Papi La-Pasa qayıtdı. Təhlükəli hadisə baş verdi; valyeqrandeli ovçu32 bizim izimizə rast gəlib, bizlərdən birini görüb və Pombonun33 salıb itirdiyi əlcəyi tapıb. Bu, planlarımızı dəyişir: sayıqlığı artırmaq lazımdır. Antonio sabah valyeqrandelini tapir üçün qoyulan tələlərə baxmağa aparacaq. İnti salam-kəlamdan dərhal sonra Kubanın uzun əli haqqında söhbət salan, yolda isə partiya razılıq verməyincə əlinə silah almayacağını bəyan edən boliviyalı tələbə Karlosla bağlı narahatlığını bölüşdü. İntinin sözlərinə görə, bu tələbəyə məsələni sona qədər araşdırmayan Rodolfo zəmanət verib.
20 dekabr
Məsləhətləşdik, təşkilati məsələləri həll etdik. 2№-li düşərgədən Alexandronun başçılıq etdiyi qrup gəldi. Bizim düşərgəyə yaxın yerdə onlar ayağına ip bağlanmış ölü maral görüblər. Xoakin bir saat bundan əvvəl oradan keçib və gözünə heç nə dəyməyib. Düşündük ki, maralı ora bizə məlum olmayan səbəblərdən valyeqrandeli atıb. Mən qarovul qoydum və əgər peyda olarsa, ovçunu tutub gətirmələri üçün iki döyüşçünü pusquda durmağa göndərdim. Sonra məlum oldu ki, maral çoxdan ölüb və artıq iylənib. Xoakin də geri qayıdıb onu gördüyünü təsdiqlədi. Koko və Loronun maralı göstərdikləri valyeqrandeli onu bir neçə gün bundan qabaq vurduğunu etiraf etdi. Məsələyə aydınlıq gətirildi.

Mən prezidentin informasiya xidmətindəki adamla əlaqə qurmağı ləngitməmək göstərişi verdim. (Koko indiyə qədər bu məsələnin başını boş buraxıb.) Mexiya ondan başqa həm də Sançes, Tanya və partiyanın sonra müəyyənləşdirəcəyimiz – yəqin ki, Vilyamontesdən seçəcəyimiz nümayəndəsilə də işləyəcək informasiya xidmətinin rəhbəri və İvan arasında əlaqələndirici olacaq. Maniladan məktub gəldi: Monxe cənubdan qayıdır.

Yerli kompartiyanın konspirasiya ilə bağlı problemi yoxdur; amma düzü, yoldaşlarının Monxeyə etibar etməmələri düşündürücüdür.

Gecə saat 1-də La-Pasdan Monxenin gəlib-gəlmədiyini xəbər verməlidirlər.

İvan problemsiz ticarət işləri ilə məşğul ola bilərdi, amma qabiliyyətsizcəsinə düzəldilmiş saxta pasportu ona bunu etməyə imkan vermir. Yenisini düzəltmək lazımdır. Maniladakı dostlara yazacağam ki, bu işi ləngitməsinlər.

Tanya tezliklə yeni göstərişlər almaq üçün gələcək.

Qərara gəldik ki, Rikardo, İvan və Koko Kamiridən təyyarə ilə uçacaqlar, “cip” isə burada qalacaq. Geri dönəndə onlar Laqunilyasa zəng edəcəklər və Xorxe qaranlıq düşəndən sonra “cip”lə onların dalınca gedəcək. Gecə saat 1-də La-Pasla əlaqə yarada bilmədik. Səhər tezdən gənclər Kamiriyə yola düşdülər.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin