11 yanvar
Antonio, Karlos və Arturo yaxınlıqdakı bulağa kəşfiyyata getmişdilər. Gecə qayıdıb gəldilər və bildirdilər ki, bulaq bizim adətən ov etdiyimiz rançonun yaxınlığında Nyakauasuya tökülür. Alexandro və Pombo Arturonun qazmasında oturub xəritə tərtib etməklə məşğul oldular. İşlərini bitirəndən sonra mənə məruzə etdilər ki, bütün kitablarım nəm çəkib, bəziləri isə ümumiyyətlə pis günə düşüb. Radioaparatura da nəm çəkib və pas atıb. Bu azmış kimi hələ iki ratsiya da nasaz çıxıb. Arturonun kompetensiyası ilə bağlı kədərli nəticələrə gəlirik.
Gecə Markos qayıdıb gəldi; Nyakauasu boyunca yorulmadan xeyli irəliləsə də onun Frias çayına töküldüyü nöqtəyə gedib çıxa bilməyib. Mən bizim xəritələrimizin doğruluğundan və naməlum çayın həqiqətən də Frias olmasından get-gedə daha çox şübhələnirəm.
Aniseto və Pedronun36 qayğıkeş rəhbərliyi altında keçua37 dilini öyrənməyə başladıq.
Boro milçəyi38 günü. Markosun, Karlosun, Pombonun, Antonionun, Moronun və Xoakinin dərisinin altından milçəyin sürfələrini çıxardıq.
Dostları ilə paylaş: |