XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə26/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   22   23   24   25   26   27   28   29   ...   97
1967
5 yanvar
Köhnə düşərgədən əşyaları daşımağa davam etdik. Görünür, hələ bir neçə reys də etməli olacağıq. Generator yerləşdiriləcək anbar da daxil olmaqla radiostansiya üçün qazma bütün yardımçı çalaları ilə birgə hazırdır. Aryerqardın və əsas qrupun silahlarını gözdən keçirdik. Ümumilikdə hər şey qaydasındadır, təkcə Apolinarın tüfəngində nasazlıq var. Bütün kəşfiyyatçılar qayıtdılar. İnti və Karlos Nyakauasu boyunca irəliləyib adamlara rast gəliblər. İkisi ortabab mülkədarlara məxsus olan bir neçə mülk də görüblər. Patronlardan birinin 150 inəyi var, özü isə Laqunilyasda yaşayır. Yaxınlıqda İti adlı kiçik bir kənd var: bu kənddən La-Erraduradan Laqunilyasa aparan yol keçir. Sonra kəşfiyyatçılar yük maşınlarının Vaka-Qusmana getdiyi Tikuçiyə yollanıblar. Geri bizim Yaki adlandırdığımız İkira çayı boyunca qarmaq kimi burulan cığırla dönüblər. Hipotetik Yaki qəsəbəsi atılmış cəmi bir rançodan ibarətdir. Kəndlilər epidemiya üzündən müflisləşdiyinə görə onu tərk ediblər. Xoakin və El Mediko [Moro] aşılmaz qayaya dirənincəyə qədər İkira boyunca irəliləyiblər. Adamlara rast gəlməyiblər, amma izlər görüblər. Markos34, Migel və Beninyo sıra dağlar boyunca uçuruma qədər gedib çıxıblar. Ondan o yana yol yoxdur.

Dəstəmizdə artım var: İnti diri kəklik tutub gətirib. Ona əsgər addımı atmaq öyrədir.



Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin