XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə23/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   19   20   21   22   23   24   25   26   ...   97
25 noyabr
Gözətçilər xəbər verdilər ki, rançoya içində iki-üç sərnişin olan “cip” yaxınlaşır. Məlum oldu ki, bunlar malyariya ilə mübarizə xidmətinin əməkdaşlarıdır. Qan nümunələri alandan sonra çıxıb getdilər. Paço və Rolando9 bizim xəritədə gördüyümüz bulağa gedib çıxdıqlarına görə gecəyarıdan xeyli keçmiş qayıtdılar. Çayla üzüyuxarı qalxarkən onlar atılmış zəmilərə rast gəliblər.
27 noyabr
Xorxe hələ də gəlib çıxmayıb. Bütün gecəni keşik çəkməyi tapşırmışdım, amma La-Pasdan ilk “cip” saat 21.00-da gəldi: Koko Xoakini10, Urbanonu11 və bizimlə qalacaq Ernesto12 adlı boliviyalı tibb məktəbi tələbəsini gətirib. Sonra Koko yenə çıxıb getdi və Rikardo13, Braulio14, Migel15 və İnti16 adlı bizə qoşulmaq qərarına gəlmiş başqa bir boliviyalı ilə geri döndü. İndi biz dəstədə on iki, rançonun sahibi rolunu oynayan Xorxe ilə birlikdə isə on üç nəfərik. Koko və Rodolfo əlaqələrin qurulmasıyla məşğul olacaqlar. Rikardo həyəcanlı xəbərlər gətirib: Boliviyada olan Çino17 mənə baş çəkmək və özü ilə 20 döyüşçü gətirmək istəyir. Estanislaonun [Monxe] dəstəyini almadan hərəkatı beynəlmiləlləşdirmək düzgün deyil. Hələlik qərarlaşdırdıq ki, Çinonu Santa-Krusa yönləndirək və orada Koko onu qarşılayıb bura gətirsin. Rikardo və Koko iki “cip”də səhər tezdən çıxıb getdilər: birinci La-Pasa, ikinci isə Xorxenin başına nə gəldiyini öyrənmək üçün don Rembertonun18 yanına yollandı. İnti mənimlə söhbətində Estanislaonun dəstək verəcəyinə o qədər də inanmadığına işarə vurdu. O özü bütün körpüləri yandırıb bizimlə sona qədər bir yerdə olmağa hazırdır.

Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin