23 avqust Ağır gün oldu. Daşlıq təpənin başına dolandıq. Ağ madyan tərslik elədi və yerində durdu, onu palçığın içində qoyub getməli olduq. Ondan heç ət də əldə edə bilmədik. Atılmış ovçu daxmasına gəlib çıxdıq, burada pusqu qurduq. Az keçmiş torumuza iki nəfər düşdü. Onların əfsanələri belədir: dünən on tələ qurublar, indi onları yoxlayırlar. İddia edirlər ki, əsgərlər Varqasın rançosunda, Tatarendada, Karaquatarendada, İpitada və Nyomaoda yerləşiblər. Karaquatarenda yaxınlığında döyüş olduğunu və bir əsgərin yaralandığını da dedilər. Ola bilər ki, orda Beninyo mühasirəni yarmaq və ya ərzaq əldə etməyə çalışıb. Əsirlər onu da söylədilər ki, sabah əsgərlər 15-20 nəfərlik qruplara bölünüb balıq tutmağa yollanacaqlar. Tapir ətini bərabər böldük, boş patrontaşın köməyi ilə tutduğumuz balıqları da ona əlavə etdik. Mən düyü yedim və bundan çox razı qaldım. El Mediko düzəlir. Radio ilə məlumat verdilər ki, Debrenin məhkəməsi sentyabr ayına qədər təxirə salınıb.