XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə43/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   39   40   41   42   43   44   45   46   ...   97
Aphorisme. Aforizm. Yunancada “tərif, şərh” mənasını verən aphorismos sözündəndir. Aforizm tərifin, şərhin poetik formasıdır.

Beaute (et connaissance). Gözəllik (və dərk etmə). Broxla1 (German Brox, Avstriya yazıçısı (1886-1951), “Ay adamları” (1931-1932), “Yoldan çıxaran”(1953), “Günahsızlar”(1950) romanlarının müəllifi) birlikdə dərketməni romanın yeganə əxlaqı sayanları, elmlə əlaqəsi üzündən həddən artıq gözdən salmış “dərketmə” sözünün dəmir haləsi çaşdırır. Buna görə də əlavə eləmək lazımdır ki, roman kəşf elədiyi mövcudluğun bütün cəhətlərini gözəllik kimi açır. İlk romançılar macəranı kəşf eləyiblər. Əgər macəra bizə gözəl görünürsə və əgər ona vurulmuşuqsa, bu, onların sayəsində baş verib. Kafka faciəvi tərzdə tələyə düşmüş insanın vəziyyətini təsvir eləyib. Bir vaxtlar kafkaşünaslar yazıçının bizdən ötrü ümid yeri qoyub-qoymadığı barədə mübahisə eləyirdilər. Yox, söhbət ümiddən getmir. Məsələ burasındadır ki, hətta bu dözülməz vəziyyətdə belə Kafka qəribə, kədərli gözəlliyi kəşf eləyir. Gözəllik, ümiddən məhrum olmuş insanın axırıncı mümkün ola bilən qələbəsidi. Sənətdə gözəllik, qəfildən yandırılmış işıq, ilk dəfə deyilmiş sözdür. Böyük romanlara hopmuş işığı zaman söndürməyə qadir deyil, çünki insan nə qədər ki, unutqanlıqdan yaxa qurtarmayıb, romançıların kəşfləri öz köhnəliyinə baxmayaraq, həmişə bizi heyrətləndirəcəkdir.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin