XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə63/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   59   60   61   62   63   64   65   66   ...   97
Rewriting. Təkrar işləmə. Müsahibələr, söhbətlər, söhbətlər məcmuəsi. Uyğunlaşdırma, çevirmə, kinematoqrafik və televiziya variantları. Vaxt gələcək ki, keçmişin bütün mədəniyyəti tamamilə təzədən yazılacaq və yeni variantının arxasında tamam-kamal unudulacaq…

Roman. Roman. Müəlliflərin təcrübəli eqolarının (personajlarının) köməyilə insan mövcudluğunun bəzi vacib mövzularını mahiyyətinəcən araşdırdıqları iri prozaik formadır.

Roman (et poesie). Roman (və poeziya). 1857-ci il: yüzilin ən möhtəşəm ili. “Şər çiçəkləri” (Şarl Bodlerin poetik toplusu): lirik poeziya öz ərazisini, öz mahiyyətini kəşf eləyir. “Madam Bovari” (Qustav Floberin romanı): roman ilk dəfə olaraq poeziyanın (niyyəti “hər şeydən əvvəl gözəlliyi axtarmaq; hər bir ayrıca sözün vacibliyi; mətnin ardıcıl melodiyası; hər bir detala orijinal yanaşma”) yüksək tələblərinə cavab verməyə hazırdır. 1857-ci ildən romanın tarixi “poeziyaya çevrilən roman”ın tarixi olacaq. Amma poeziyanın tələblərinə cavab vermək heç də romanı lirikaya çevirmək (ona xas olan kinayədən imtina eləmək, ətraf aləmdən üz çevirmək, romanı şəxsi etiraflarına çevirmək, bər-bəzəklə yükləmək) demək deyil. “Şair olan romançılar”ın ən nəhəngləri: Flober, Coys, Kafka, Qombroviç antilirikdirlər. Roman antilirik poeziyadı.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin