XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə64/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   60   61   62   63   64   65   66   67   ...   97
Roman (europeen). Roman (Avropa romanı). Romanın (roman adlanan hər əsərin) tarixi (vahid davamlı təkamül) mövcud deyil. Yalnız romanın tarixləri – çin, yunan-roma, yapon, ortaçağ və s. mövcuddur. Avropa romanı adlandırdığım roman Yeni tarixin başlanğıcında Avropanın cənubunda doğulur və tarixi hadisəyə çevrilir, sonralar Avropanın hüdudlarından kənara (qismən hər iki Amerikaya) yayılır. Forma zənginliyinə, təkamülün başgicəlləndirici ardıcıllığına, sosial roluna görə, Avropa romanının (Avropa musiqisi kimi) digər heç bir sivilizasiyada oxşarı yoxdur.

Romancier (et ecrivain). Romançı (və yazıçı). Sartrın “Yazıçı nə deməkdir?” adlı essesini təkrar oxuyuram. O, bir dəfə də roman, romançı sözünü işlətmir. Yalnız yazıçı – nasir barədə danışır. Dəqiq fərqləndirmədi.

Yazıçını orijinal ideya və bənzərsiz səs fərqləndirir. O, istənilən formadan (roman da daxil olmaqla) istəsə, istifadə eləyə bilər və onun fikirlərini əks etdirən, səsiylə çatdırılan əsərlərin hamısı onun yaradıcılığının tərkib hissəsidir. Russo, Höte, Şatobrian, Jid, Kamu, Monterlan (Anri de Monterlan (1895-1972), fransız yazıçısı). Romançı öz ideyalarına elə bir əhəmiyyət vermir. O, əlhavasına mövcudluğun naməlum cəhətləri üzərindən pərdəni götürən ilk şəxsdir. O, öz səsindən yox, tapmağa çalışdığı formalardan zövq alır və yalnız arzularına cavab verən formalar onun yaradıcılığının tərkib hissəsini təşkil eləyir. Fildinq, Stern, Flober, Prust, Folkner, Selin, Kalvino. Yazıçı öz dövrünün, öz millətinin mənəvi xəritəsinə, ideyalar tarixinin xəritəsinə daxil edilib.



Romanı başa düşməyin mümkün olduğu yeganə kontekst Avropa romanının tarixidi. Romançı Servantesdən başqa kimsənin qarşısında hesabat verməməlidir.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin