Vie (avec le V en majuscule). Həyat (böyük H hərfiylə). Sürrealistlərin “Meyit” pamfletində (1824) Pol Eluar Anatol Fransa qarşı kəskin müraciətlə çıxış eləyir: “Meyit, biz sənin kimiləri daha sevmirik” və i. a. Bunun ardınca gələn sübut tabuta vurulan təpikdən məni daha artıq maraqlandırır: “Daha göz yaşları tökmədən haqqında fikirləşə bilmədiyim, indi yalnız şəfqətin ruhlandırdığı həyat, bu gün hələ əhəmiyyətsiz xırdalıqlarda ortaya çıxır…”
Eluar bədbinliyə, skeptisizmə qarşı əhəmiyyətsiz xırdalıqları, göz yaşlarını, şəfqəti, Həyat şərəfini, bəli, bəli, böyük hərflə yazılan Həyatı qoyur!..
Dostları ilə paylaş: |