YALNIZLIQ
Günəşsiz bir yolla
Gedirəm ümidsiz yalnız
Sevgisiz bir hava kəsdirmiş ətrafımı
Yaxınlaşır kipriklərimə
Mavilərlə dolu bir səma
Çılpaq yollar qədər
Çılpaq həqiqət
Tamamlayır üzüntümü qətrə-qətrə
Səssizlik ətrafa işləmiş
İliklərimə qədər
Yalnızam dəniz dolusu
Doldurur yuxumu
Gecələrlə dolu bir həsrət
Hər döngə ayrı bir nağıl gizləmədə –
Uzanarkən yollar-yollarca
Uzanarkən addımlar dolusu yorgunluq
Yazılırdı alın yazıma qaralarca
Örtməyə başladı göyüzünü
Qara bir əl
Uzaqlarda
Dilək dolu bir yalnız kaydı
Gözlərim uzaq ulduzla yandı
Gərilməyə başladı düşüncələrim
Köy-köy, umud-umud...
DƏNİZ RÖYASI
Bir şəhər vardı
Gümüşü sularında yaxanırdı günəş
Mövsümlər təzə rənglər
İnsanlar incə zövqlər
Quşlar yeni nəğmələrlə gəlirdi
Dənizi
Dənizlərin ən mavisi
İnsanları həsir-nəsir
Suların dibinə enib
Balıqların nağıllarını dinlərdim
Günlər
Dördnala atlar gətirirdi mənə
Elə ani keçdi ki o mövsüm
Nəfəs-nəfəsə qaldım
Bağçalar soldu birər-birər
Artıq hər kəs öz düşüncəsində
Hər kəs yalnız
Dənizlər mavi deyil
Quşlar dərdli
Və mən qərib
Uzaq bir dəniz xülyasında
Acı həqiqətlər dünyasında
YARALI QUŞ
Biz də torpağında yetişən
Bir sünbülün dənələriydik
Dəlicə ruzigarlar
Diyar-diyar
Məmləkət-məmləkət dağıtdı bizi
Keçdi neçə dörd mövsümlər
Dörd rəng içində
Arzularım
Dəmir çevrənin içində unudulmuş
Bir aslan hirsi
Əslim
Dədəmin gümüş qılıncının qəbzəsində
Tozlanmış
Bir yanar bir sönər
Yalnız ulduzlu bir səma yuxusu
Aydınladır dərdlərimizi
Bir gün
Uzaq bir diyardan
Yaralı bir quş gəldi
Halsizdi bitkindi nəfəssizdi
“Onu gördüm” dedi
“Sənin üçün ağlar
Yarası var irmaq-irmaq
Dərdləri var dağlar-dağlar
Sənə salam göndərdi
Torpaq qoxulu
Ana kimi isti bir salam
Sonra can verdi yaralı quş
canlanan əməlimə
silkindi sənələr
tozlanmış xatirələrdən
Və qabardı aslan hirsim
Paslanmış dəmirlər arasında
Parladı əslim
Dədəmin gümüş qılıncından
Nəhrlər daşdı yol verdi
Genişləndi dostluğu unutmuş dar yollar
Gərildi savaş illərinin yayı
Ta Kərkükdən Ərbilə qədər
Dostları ilə paylaş: |