Oubli.Unutqanlıq. “İnsanın hakimiyyət əleyhinə mübarizəsi unutqanlığa qarşı mübarizədi”. “Gülüş və yaddaş” kitabının personajlarından biri Mirekin söylədiyi bu ifadə çox vaxt romanın ideyası kimi misal çəkilir. Çünki əvvəlcə oxucu romanda “artıq tanış olan”ı görür. Bu romanın “artıq tanış olan”ı – Oruelin3 (Ceyms Oruel – məşhur ingilis yazıçısı) məşhur mövzusudu: totalitar hakimiyyətin sırıdığı unutqanlıq… Unutmaq istəyi hər şeydən əvvəl siyasi yox, antropoloji problemdir; öz bioqrafiyasını təzədən yazmaq, özünün, həm də başqalarının izlərini silmək istəyi insana həmişə tanışdır. Unutmaq istəyi sadəcə nəyisə gizlətmək həvəsi deyil… Unutqanlıq eyni zamanda mütləq ədalətsizlik və mütləq təskinlikdir. Unutqanlıq mövzusunun roman şəklində öyrənilməsi nəticə və yekunu nəzərdə tutur.