XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ


Meditation. Meditasiya, düşüncə



Yüklə 381,02 Kb.
səhifə56/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   52   53   54   55   56   57   58   59   ...   97
Meditation. Meditasiya, düşüncə. Romançının üç çıxış imkanı: tarixçəni danışmaq (Fildinq), tarixçəni təsvir eləmək (Flober), tarixçəni təsəvvür eləmək (Müzil). XІX yüzildə roman təsviri ruhla (pozitiv, elmi) harmoniya təşkil eləyirdi. XX yüzildə romanı daimi düşüncəylə əsaslandırmaq dövrün daha fikirləşmək istəməyən ruhuyla ziddiyyətə girmək deməkdir…

Metaphore. Məcaz. Mən məcazı yalnız bəzək olduğu hallarda sevmirəm. Təkcə “çöllərin yaşıl xalısı” kimi çeynənmiş ifadələri nəzərdə tutmuram, həmçinin: “Gülüş onların ağzından yaralardan irin axan təki tökülürdü”(Rilke). Yaxud: “Dua artıq onun dodaqlarından quru ağac kimi çıxıb ətrafa yayılırdı” (Malta Lauridis Briggenin qeydləri). Məncə, Kafka məcazdan qəsdən imtina eləyib, özünü şüurlu surətdə Rilkeyə qarşı qoyurdu. Bununla belə, məcaz mənə əşyaların, hadisələrin gedişini, personajların mahiyyətini gözlənilmədən açmağa nail olmaq üçün əvəzolunmaz vasitə kimi görünür… Mənim qaydam: romanda çox az sayda məcaz işlətməli; amma elə işlətməli ki, onlar əsərin kulminasiya nöqtələri olsunlar.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin