Lyrique.Lirik. “Mövcudluğun dözülməz yüngüllüyü”ndə qadın düşkünlərinin iki tipi barədə danışılır: lirik (hər bir qadında öz idealını axtaran) və epik (qadınlarda qadın dünyasının sonsuz müxtəlifliklərini axtaran). XVIII yüzilin sonunda Almaniyada yaranan, Hegelin “Estetika” əsərində mükəmməl inkişaf etdirilən klassik lirika və epos (və dramlar) bu tiplərə uyğun gəlir: lirika subyektiv etirafın ifadəsi, epos isə obyektiv dünyanın dərk olunma ehtirasıdır. Lirika və epos məndən ötrü estetika ilə məhdudlaşmır, onlar insanın özünə, dünyaya və başqalarına (lirik yaş gəncliyin yaşıdı) münasibətdə iki mümkün mövqeyi ifadə edir…