Moderne (art moderne, monde moderne). Çağdaş (çağdaş sənət, çağdaş dünya). Lirik vəcddə özünü çağdaş dünyayla eyniləşdirən çağdaş sənət mövcuddu. Apolliner. Texniki tərəqqidən ləzzət almaq, gələcəyə məftunluq. Onunla birgə və onun ardınca: Mayakovski, Leje, futuristlər, avanqardçılar. Amma Apollinerin tamamilə əksi də var – Kafka. Çağdaş dünya insanın içində itdiyi labirint kimidi. Antilirik, antiromantik, skeptik, tənqidi modernizm. Kafkayla birlikdə və onun arxasınca: Müzil, Brox, Qambroviç, Bekket, İonesko, Fellini… “Antiçağdaş modernizm” irsinin əhəmiyyəti bizim gələcəyə doğru hərəkətimizlə artır.