Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#1005
1   ...   14   15   16   17   18   19   20   21   ...   51
324 Dekabr  2013

Günlərin birində cənab Remo itinə nifrət etdi. Gönüqalın insan deyildi, amma arvadı öləndən sonra 

daxilində nələrsə çatladı. Bu dul kişinin yalnız bir iti qaldı. Mops-şnops it cinslərinin qarışığından 

yaranmış  yarasa  qulaqlı  bu  qara  kök  it,  hansısa  bir  topu  və  ya  çubuğu  atdıqda,  cəld  qaçıb  geriyə 

gətirdiyindən, Bumeranq sözünün qısaldılmış forması olan Bum adına layiq görülmüşdü.

Bir zamanlar cənab Remo və Bum birlikdə payi-piyadə gəzər, bəşəriyyətdən, heyvan dünyasından 

söhbət  edər,  Dekartdan  tutmuş  Lessiyə  qədər  bütün  məsələləri  müzakirə  edər,  qarşılıqlı  anlaşma 

şəraitində yaşayardılar. Daha danışmırdılar. Cənab kresloda oturub, gözlərini boşluğa zilləyir, Bum 

isə sahibinin ayağına sərilib, sərhəd tanımayan sevgi dolu baxışlarla sahibinə baxırdı. Cənab Remo itin  

sədaqətli və etibarlı baxışlarına nifrət edirdi.

İtkilərdən,  yalqızlıqdan,  ağrılardan  ibarət  həyatda  arabir  quyruğunu  yelləyən,  sevincindən 

zingildəyən,  ucu-bucağı  görünməyən  tüklü  məhəbbətiylə  boşalmış  evi  dolduran  bu  yöndəmsiz 

varlığın bu dəhşətli dünyada nə xeyri dəyə bilərdi?

Sahibi itini daha yemləmirdi. İki gün itini yeməksiz qoydu. Bum isə məhəbbətiylə sahibini təngə 

gətirirdi. Cənab Remo yemək üçün masa arxasında əyləşərkən, it heç nə istəmirdi, heç masaya da 

yaxınlaşmırdı. Maraqla sahibini izləyən Bumun gözlərindən bunu oxumaq olardı: “Sahibimin yemək 

yeməsi  mənim  üçün  kifayətdir.  Əgər  sahibim  doydusa,  onda  mən  də  toxam”.  Sahibi  ağzını 

marçıldadıb  yedikdə,  Bumeranqın  baxışları  ülviləşirdi.  Yemləmək  zamanı  gələndə  isə,  Bum  cəld 

kasaya  tərəf  qaçmırdı,  təmkinlə  və  minnətdarlıq  duyğusuyla  quyruğunu  bulayır,  sanki  demək 

istəyirdi: “Əgər məni çörəklə sınağa çəkirsənsə, demək belə lazımdır. Yada saldığın üçün təşəkkür 

edirəm sənə, ey mənim sahibim”.

Cənab  Remo  bəlkə  də  vicdan  əzabından  xəstələnmişdi.  Hərarəti  qalxdığından,  Bum  sahibinin 

yatağından ayrılmırdı. Gecə sayıqlayıb oyanan Remo sevgi dolu bərəlmiş gözləriylə sahibinə baxan

qulaqlarını  antena  sayağı  dimdik  qaldırmış  itini  gördü.  İt  sanki  deyirdi:  “Əgər  ölüm  sənə 

yaxınlaşmağa cürət etsə, didim-didim parçalayaram ölümü, ey mənim sahibim”. Vaxt ötdükcə cənab 

Remonun  itin  sonsuz  sevgisinə  nifrəti  amansızcasına  artırdı.  Dörd  gün  ərzində  itini  küçədə 

gəzdirmədi.

Cümə günü Bum eyvanın qapısını araladı və içəri keçib, utana-utana sidiyini boşaltdı. Maddələr 

mübadiləsi  iyirmi  damcı  sidik  ifrazıyla,  mədəsini  boşaltması  isə  noxud  dənəsi  boyda  nəcislə 

  Stefano  Benni  müasir  italyan  yazıçısıdır.  1947-ci  ildə 

İtaliyanın Boloniya şəhərində doğulub. “Yer Kürəsi” adlı ilk 

romanı  1994-cü  ildə  çapdan  çıxmışdır.  1994-cü  ildə 

"Feltrinelli"  nəşriyyatında  çap  olunmuş,  iyirmi  yeddi 

hekayənin  yer  aldığı  “Sonuncu  göz  yaşı”  kitabında  Stefano 

Benni  televiziyanın  insanlara  kütləşdirici  təsirini  qrotesk 

üslubda  lağa  qoymuşdur.  Müəllifi  olduğu  “Hürküdülmüş 

gülməli  pəhləvanlar”  kitabı  əsasında  1998-ci  ildə  “Qoca 

heyvanlar  üçün  musiqi”  filmi  çəkilmişdir.  “La  Repubblica”, 

“Il  manifesto”,  “Panorama”  və  digər  italyan  qəzetləri  ilə 

əməkdaşlıq  edir.  Yaradıcılığı  İtaliyanın  bir  neçə  ədəbi 

mükafatına layiq görülmüşdür 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin