Xezer 324 41-70. cdr pdf cdr



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#1005
1   ...   15   16   17   18   19   20   21   22   ...   51
Stefano Benni

BUMERANQ

(

)

Hekayə


53

324

Dekabr  2013

məhdudlaşdı.  İt  ulamırdı,  hansı  vəziyyətdə  olduğunu  sahibinə  heç  zaman  bildirmirdi.  Aradabir 

pəncərədən bağçaya baxır, köksünü ötürüb qüssəli-qüssəli ah çəkirdi.

Sahibi sağalıb ayağa durduğunda heç bir səbəb olmadan itini təpiklədi. Bum çarpayının altında 

gizləndikdə, cənab Remo tutduğu işdən xəcalət çəkdi. İti yanına çağırdı, it yaxınlaşdı. Sahibi saxta 

məsumluqla itini tumarlayıb dedi:

- Bum, səndən qurtulmalıyam. Təəssüf edirəm, amma daha qayğı göstərə bilmərəm sənə. Bu bir 

yana qalsın, nifrət edirəm sənə, bunu anlamağın müşküldür.

İt sonsuz sevgiylə və sədaqətlə baxırdı sahibinə.

Cənab Remo bu iti nəyə görə axı itlər sığınacağına və ya hansısa tanışlarından birinə vermədi? Yəqin 

həm tənbəlliyindən, həm də arvadının sözlərini xatırladığından. Arvadı Dora hələ sağlığında demişdi: 

“Remo, ölüb eləsəm, xahiş edirəm, itimizi tullama”. Remo arvadının bu sözlərinə acıqlanıb, ürəyində 

fikirləşmişdi: iti tullamaq kimi bir rəzilliyə əl atacağım hardan gəldi ağlına bu arvadın?! Amma kasıb 

Dora ərinin qəddarlığından xəbərdar idi.

Doranın  ölümünü  Remo  xəyanət  saydığından,  itdən  qurtulmaqla  taleyindən  intiqam  almağa 

çalışırdı. Maşınına oturub, Bumeranqı şəhər kənarında birgə oynadıqları çəmənliyə apardı. Əvvəllər 

də iti bu çəmənliyə gətirmişdi ki, iradəsinə güvənib çıxıb getsin. Sahibi arxada, it isə irəlidə gedirdi. 

Bumun ritmsiz yerişinə Remo çoxdan diqqət kəsilmişdi. Hər on addımdan bir Bum dal pəncəsini 

qaldırıb axsayır, sanki alışıb-yanan yerin üstüylə addımlayırdı.

Hələ arvadının sağlığında itin bu cürə yerişində baməzəlik, həlimlik duyardılar. İndiysə Sahibi itin 

şişman  arxasının  yırğalanmasına  nifrətlə  tamaşa  edirdi.  Bumun  maraq  dolu  baxışlarından 

uzaqlaşmaq üçün onu ağaca bağlayıb, arxaya çönmədən, çıxıb getdi.

Evə  qayıdıb,  cidd-cəhdlə  nahar  hazırlamağa  girişdi.  Çoxdan  yemək  bişirmirdi.  Bumun  kasasını 

təpiklə küncə itələdi, xaltasını götürüb zibil vedrəsinə atdı.

Gecə saat üçdə taqqıldayan qapı səsinə oyandı. Bumeranq idi. Kir-pasaqlı, bədəni islaq it sevincdən 

uçunmuş  gözləriylə  sahibinin  qarşısında  tullanıb-düşüb  evə  keçdi.  İt  heç  nədən  şübhələnmirdi. 

Sadəlövh canında xəyanətə yer yox idi.

Cənab Remo o gecəni hirsindən yarıyuxulu-yarıoyaq vəziyyətdə keçirdi. Suitilərin amansızcasına 

qətliamı, qıvrımtüklü it cinslərinin yunundan hazırlanmış papaqlar girirdi yuxusuna.

Ertəsi günün axşamı Remo iti maşına qoydu, yüz kilometr yol qət edib, maşını saxladı, yolüstü 

kafenin  avtodayanacağında  iti  tək-tənha  qoyub  getdi.  Şəhərə  qayıdıb,  bütün  Amerika  sakinlərini 

vahiməyə bürüyən dirilmiş bədheybətdən bəhs edən kinoya baxmağa getdi. Kinonun bir epizodunda 

bədheybətin quyruğuyla döyəcləməsi, Bumeranqı xatırlatdı Remoya. Bədheybəti reaktiv mərmilərlə 

və ölümcül zəhərlərlə məhv elədilər. O gecə mışıl-mışıl yatdı cənab Remo. Ertəsi gün supermarketdə 

Bumeranqın rəfiqəsi Tommazinanın sahibəsiylə qarşılaşdı.

- Bəs Bum hardadı?

-  Təəssüf,  bilmirəm  -  Cənab  Remo  əlini  yelləyib  dedi.  Xanım  canıyananlıqla  köksünü  ötürdü. 

Nəzakət nümayiş elətdirib, daha heç bir sual ünvanlamadı Remoya. Əlinə toxunub dedi:

- Nələr çəkdiyinizi təsəvvür edirəm!

- Elədir... - Cənab Remo cavab verdi.

Əlində bazarlıq zənbili evə qayıtdı. Pilləkənlə qalxarkən, eşitdiyi səsi dünyada heç bir səslə səhv 

salmaq mümkün deyildi.

Mərmər üzərində gəzişən caynaqların çıxardığı qıcırtı səsi.

Dəhlizdə sahibini gözləyirdi Bumeranq.

Cənab  Remo  ayaqyoluna  keçib,  bütün  günü  unitazın  qapağı  üstündə  əyləşdi.  Tutqun  qapı 



54


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin