XƏZƏr universiteti humanitar və sosial elmlər faküLTƏSİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix01.01.2017
ölçüsü1,24 Mb.
#4279
1   2   3   4   5   6
                                                                                                                   Cədvəl.2.1. 

        


Hissiyat 

              Hiperreaksiya 

            Hiporeaksiya 

 

Vestibulyar  hissiyat 



Uşaq sakit olur, sensor hisslərdən  

çəkinir, hərəkətdən qorxur. 

Nəqliyyatda ürəkbulanma hissi keçirir 

 

Uşaq öz yerində fırlanmağı, 



yellənməyi  sevir. Uşaqda  

hərəkət edən eksperimentə qarşı   

qorxu hissi olmur. 

 

Taktil hissiyat 



Yüngül  toxunmaları, qucaqlanmağı, 

qıcıqlandırıcı   geyimləri   xoşlamır,  

oyanıq olur. Ağrı hissi yüksək olur. 

 

Ağrı hissiyatı aşağı olur, uşaq 



hər şeyə toxunmağa cəhd edir. 

Daim ağrı qıcıqlarını axtarır. 

  

Propriosepsiya 



Bədən üçün yumşaq və rahat vəziyyət 

 axtarır. 

Uşağın bədəni daim gərgin olur, 

daima qəribə vəziyyətlər almağa 

çalışır.  Barmaqlarının   ucunda 

gəzir. 


 

Görmə hissi 

Gur  işıqdan  çəkinir,  gözünü  qıyır, 

qaranlığa üstünlük verir 

Barmaqlarını daim göz önündə 

hərəkət etdirir. 

Gözlərini qırpmadan işığa baxır. 


25 

 

 



 

 

Eşitmə hissi 



 

 

Səs-küydən    çəkinir.   Elektrik  



cihazlarının   səsindən  qorxur. Çox  

vaxt ətrafdakı səsləri üstələmək üçün 

səsələr çıxarır. 

 

Öz şəxsi səslərini çıxarır. 



Müxtəlif   yüksək səs çoxluğuna  

daim ehtiyac duyur. 

 

Qoxu hissi 



Qoxu hissiyatı yüksək olur. 

Uşaq qoxulardan çəkinir 

Uşaq daim ətrafdakı qoxuları 

iyləyir.   Ətrafdakı   əşyaları 

iyləməyə çalışır. 

 

Dadbilmə hissi 



Uşaq yumşaq qidalara üstünlük verir 

Eynitipli qidaları yeyir 

Uşaq daim yeni qeyri-adi  

qidalar arzusunda olur. 



      

      Autizm  və  nitq.  Bir  ünsiyyət  problemi  olaraq  təyin  olunan  autizmin  ən  əsas 

xüsusiyyətlərindən biri də  ünsiyyətin təməl elementi olan əlaqə qurmaqda yaşanan 

çətinlikdir.  Bu  xəstəlikdən  əziyyət  çəkən  uşaqların  ətraf  mühitlə  ünsiyyəti  öz 

istəkləri  istiqamətindədir.  Uşaqlarda  normal  dil  inkşafını  izləyərkən,  meydana 

gələn  çatışmazlıq  bu  problemin  ilk  əlaməti  olmaqdadır.  Həyatın  birinci  ilində 

diqqətə  çarpan  ilk  əlamətlər  şifahi  olmayan  ünsiyyətə,  gülümsəmə,  əl  yelləmə, 

qucağa  alma,  qucağa  almaq  istədiyində  qolunu  qaldırmaq  kimi  təməl  bəzi 

hərəkətlər  və  jestlərin  istifadə  edilməsi  nitqin  başlanması  olaraq  qəbul 

edilməkdədir. Normal inkşaf edən uşaqlarda bu bacarıqlar reallaşdığı halda, autizm 

sindromulu uşaqlarda bu bacarıqlar inkişaf etmir. 

      Bu xəstəliyə düçar olmuş uşaqların ən diqqətə çarpan xüsusiyyət dil inkşafında 

olan  yetərsizlikdir.  Müəyyən  bir  dövrə  qədər  danışan  uşaqların  müəyyən  bir 

müddətdən  sonra  danışmadıqları  müəyyən  olunmuşdur.  Təxminən  25-30%  heç 

zaman danışmır.

 

Bu uşaqlarda nitq inkişaf etsədə, dilin funksional olaraq istifadəsi 



çox azdır və yaxud yoxdur. Musiqi və hərəkətləri təqlid etmə bacarığı zəifdir.

 

      Thimann  və  Goldsteine   görə



21

  autizm  sindromlu   uşaqların  sosial  ünsiyyət 

20.

Dr.Çetin Özbey. Dünden Bu Güne Otizm. Yuva Kids,s232,s128 



21.

Altunel  M.Otistik  özellikler  gösteren  öğrencilere  sorucevaplama  becerilerinin  öğretiminde 

küçük qrup düzenlemesi ile sunulan öğretimin etkinliyi.Anadolu Universitesi,Eskişehir 2007 


26 

 

 



 

bacarıqları,  qarşılıqlı  ünsiyyət  qurmaq,  böyüklərlə  müxtəlif  məqsədlər  üçün 

ünsiyyət  qurmaq,  şifahi  olmayan  dili  istifadə,  məzmunu  və  uyğun  davranışları 

anlama və şərh davranışlarından ibarətdir.

 

      Nitqin inkşafı əslində zehni inkşafın bir hissəsidir. Uşağın nitqi inkişaf etdikcə 



özünənəzarət    qabiliyyətidə    artır,  davranışların    təşkili    və    başqalarına    təsir 

etmədən    sözlərin  gücünü  kəşf  edir.  Ətrafına  diqqət  yetirməyən  bu  uşaqlar 

valideynlərinin  və  digər  ətraf  insanların  laqeyd  olması  onların  hər  istiqamətdə 

inkişafadan  geri  qalmasına  səbəb  olur.  Nitq  qabiliyyətlərini  qazana  bilməyən  bir 

çox  uşaqlar  öz  istəklərini  qışqıraraq,  aqressiv  şəkildə  bildirir.  Bəzi  uşaqlar 

isəistəklərini  bildirmək  üçün  valideynlərinin  əlindən  tutaraq  istəklərinə 

istiqamətləndirmə edərək izah yolunu seçir. Məsələn: qapının açılmasını  istədikdə 

valideynlərinin  əlini  qapının  qoluna  götürməyə  çalışır.  Uzun  və  qayda-qanunlu 

cümlə qura bilməmə, müəyyən   bir   mözu   üzərində   dayana   bilməmək, söhbət  

məqsədi  ilə  danışmağa başlamamaq, nitqdə intonasiya və duyğunun olmaması bu 

uşaqların  nitqində  nəzərə  çarpan  xüsusiyyətlərdir.  Uşaqlar  12  aylıq  inkişafa 

çatdıqları  zaman  digər  insanların  maraqlarını  və  diqqətini  çəkmək  üçün  göz  və 

sadə  bədən  hərəkətlərindən  istifadə  edir.  autizm  əlamətləri  olan  uşaqlarda  bu 

üsullardan istifadə qeyri-kafidir. 

      Autizm  sindromlu  uşaqların  nitq  inkişafları  aşağıdakı  şəkildə  açıqlanmışdır: 

normal  nitq  ikişaf  xüsusiyyətlərinə  bənzərlik  olduğu  qədər  fərqliliklərdə  görülür, 

fonetik,  sintaktik  inkişaf    yavaşdır.  Həmçinin  özlərinə  məxsus  sözlərdən 

(neologizm)  istifadə  edirlər.  Eyni  zamanda  bir  sıra  uşaqlarda  öyrənilən  nitq 

qabiliyyətinin müəyyən bir müddət sonra yox olduğu görülmüşdür. 

       5 yaşından əvvəl təhsilə başlayan autist uşaqların 85-90%-ində şifahi nitqin bir 

ünsiyyət vasitəsi olaraq təkrar qazanılığı qeyd olunmuşdur.

22 


     Autizmin  diaqnostikası.  Tibb  elmində  erkən  diaqnozun  müalicənin  müsbət 

nəticə    verməsi  üçün  nə  qədər  vacibdirsə,  autizmdə  də  erkən  diaqnoz  o  qədər 

mühümdür. Çünki erkən diaqnoz ilə uşağa lazımlı təhsil verilməyə başlanılır.  

   Uşaqlarda əqli inkişafın ən yüksək olduğu, başqa sözlə beynin ən intensiv inkişaf 

22.

Karacan E.Bebeklerde ve Çocuklarda Dil Gelişimi,Klinik Psikiyatri3,2000. s263 



27 

 

 



 

etdiyi dövr ilk 5 ildir. Uşaqlarda ilk 5 illik dövr öyrənmə qabiliyyətinin  inkşafına 

ciddi    mənada    təsir  göstərir.  Şəxsiyyət  inkşafının  əsasları  bu  dövrdə  qoyulur. 

Autizmdən əziyyət  çəkən uşaqların bu dövrdə aldıqalrı təhsil qalıcı olur. Həmçinin 

bəzi qabiliyyətlərin öyrənilməsi yaş dövrləri ilə də bağlıdır. Məsələn: üç yaş ətrafı 

autizm  diaqnozu  qoyulmuş  uşaqlar  danışa  bilmək  üçün  verilən  təlimə  müsbət 

reaksiya verərkən, beş yaşdan yuxarı uşaqlarda elə də çox təsir görülmür. 

       İnkişaf    prosesi  normal  gedən  uşaqlar  ilk  beş  il  ətraf  mühitlə  davamlı 

münasibət qurur və ətrafında gördükləri hər şeyi araşdırırlar, insanları təqlid edirlər. 

Həyatı boyu  istifadə edəcəkləri bacarıqların əsasını ilk beş il ərzində əldə edirlər, 

lakin autizmli uşaqlarda öyrənmə bacarığı olmadığına görə mövcud olan “bacarıq 

əldə  etməyə  meyillilik”  və  digər  potensiallarını  da  itirirlər.  Möhkəmlənmiş  və 

sonradan  bərpası  çətinləşən  vərdişlər  və  davranış  problemləri  yaranır  həmçinin 

sonradan  təhsil  alması  çətinləşir.  Erkən  təlim  ilə  autizmli  uşaqlarda  həm  qalıcı 

davranışlar  qazandırılır,  həm  də  mövcud  olan  mənfi  davranışların  aradan 

qaldırılması asanlaşır. 

       Autizmlə bağlı ilk diaqnostik əlamətləri Kanner müəyyən etmişdir. Kanner bu 

uşaqlarda gördüyü 9 xüsusiyyəti nəzərə alaraq, xəstəliyi diaqnostikasında aşağıdakı 

əlamətlərin meyar olaraq istifadə olunması təklif etmişdir:

 

      1. Başqaları ilə  qarşılıqlı münasibətdə olmurlar 



      2.Nitq gec inkişaf edir və nitqdə ləngimələr yaranır 

      3.Nitqdən ünsiyyət məqsədi ilə istifadə edilmir 

      4.Exolaliya(təkrarlama) mövcutdur 

      5.Şəxs əvəzliklərindən düzgün istifadə edilmir 

      6. Dəyişkənlikləri qəbul etmirlər 

      7.Təkrarlayıcı, məqsədsiz davranışlar müşahidə edirlər 

      8.Normal əqli inkşafa və yaxşı hafizəyə sahibdirlər 

      9. Xarici görünüşləri normaldır. 

      Autizmin  diaqnostikasında  Autizm  Spektr  Pozuntularına  diqqət  yetirilir. 

Xəstəliklərin    Beynəlxalq    Təsnifatında  (XBT-10)

23 

Autizm   Spektr   Pozuntusu 



 

23. 


XBT-10, Ümumdünya Səhiyyə Təşkilatı, Cenevrə, 2012.  Səh. 256-257 

28 

 

 



 

aşağıdakı  formada təsnif edilir: 

 

1. F.84.0. Autizm 



2. F.84.1. Atipik autizm 

3. F.84.2. Retta sindromu 

4. F.84.3.Uşaqlıq dezinteqrativ pozuntusu 

5. F.84.5.Asperger  sindromu 



     Atipik autizm. Atipik autizm “Məşhur İnkişaf Pozuntusu” olaraq da adlandırılan, 

eyni  zamanda  autizm  xəstəliyinin  əlamətlərini  özündə  əks  etdirən  bir  xəstəlikdir. 

Göstərilən  statistikalara

24

  əsasən    2000-ci  ildə  150  uşaqdan  bir  görülürdüsə,  indi 



hər  100  uşaqdan  birində  rast  gəlinir.  Atipik  autizm  dil  və  ictimai  ünsiyyətlə 

əlaqədar  problemlər,  həddindən  artıq  utancaqlıq,  gündəlik  həyatında  müəyyən 

prinsiplərə  həddindən  artıq  bağlılıq  kimi  özünü  göstərir.  Bu  əlamətlər  zamanla, 

yaxşı  təhsil  və  əlverişli  şəraitdə  tamamilə  normal  vəziyyətə  qayıda  bilər.  Bu 

səbəbdən erkən diaqnoz  və müalicəyə sürətli keçid əhəmiyyət daşır. 

     Əsas əlamətlər isə aşağıdakılar kimi sıralanır: 

 

Göz kontaktı qısamüddətlidir 



 

Xarici görünüşlərində narahatlıq hiss olunur. 



 

Verbal və qeyri-verbal kommunikasiyaya qarşı reaksiyasız qalmaq 



 

Təhlükə və qorxu  duyğusu  hiss etmirlər. 



    Atipik autizm ilə Asperger sindromu arasında  eyni zamanda oxşar və fərqli 

xüsussiyyətlər  mövcuddur.  Bu  sindromların ən əsas  fərqli  xüsusittətləri ondan 

ibarətdir  ki,  Asperger  sindromlu  uşaqlarda  nitq  qabilliyətlərinin  qüsurlu 

olmamasıdır.  Lakin  atipik  autizm  diaqnozu  qoyulmuş  uşaqlarda  ilk  yaşlarında 

qüsurlu nitq  müşahidə  olunur.  Buna  baxmayaraq,  uzun  müddət  aparılan  təhsil 

proqramları ilə bu problemi aradan qaldırmaq mümkündür. 

      Atipik  autizm  sindromu  3  yaşından  etibarən  uşaqlarda  müşahidə  olunur, 

Asperger sindromu isə 3 yaşından sonra uşaqlarda müşahidə edilir. 

       24. 

Prf.Dr.Nahid Motavalli Mukaddes.Otizm Spectrum Bozuklukları Tanı ve Tkip Et. Nobel  

         Kitab Evi-2013.s196 


29 

 

 



 

     Retta  sindromu.  İlk  dəfə  1964-cü  ildə  Dr.Andreas  Rett  tərəfindən  təyin 

edilmişdir.  Dünya  səviyyəsində  tanınması  isə  Dr.Bengt  Hagbergin  mövzuyla 

əlaqədar  yayınından  sonra  reallaşmışdır.

25

  X  xromosomu  üzərində  olan  MECP2 



geninin  qüsurlu  olması  ilə  bağlı  meydana  gelir.  Xüsusi  ilə  qız  uşaqlarında  rast 

gəlinir.  Bunun  səbəbi  kişilərin  bir  ədəd  X  xromosomu,  bir  ədəd  Y  xromosomu 

daşımaları,  yaranmada  qüsurlu  olanının  kompensasiya  edə  biləcək  ehtiyatı 

olmaması və beləcə MECP2 mutasiyasını edərək fetusun ölümünə yol açmasıdır. 

     Bu  əl  hərəkətləri,  əl  yuma,  əl  bükmə,  əl  çırpma,  əli  ağıza  aparmaq  kimi 

şəkillərdə  özünü  təkrar  edər  və  zamanla  dəyişə  bilər.  Tutma,  nəfəs  alma 

pozuntuları, diş qıcama, bel sümüyünün S şəklini alması (skolioz) kimi problemləri 

ortaya çıxara bilər.Bu sindromun bir ailədə yalnız bir dəfə ortaya çıxma vəziyyəti 

99.5%-dir.  Xəstəliyə  və  ya  komplikasiyaya  qarşı  alınacaq  tədbirlər,  uşağın  yetkin 

yaşlara  qədər  həyatda  qalmasını  təmin  edir.Tipik  xüsusiyyətləri  arasında 

gözlənilildiyi  kimi  barmaqlarını  gəmirmə  də  sayıla  bilər.  Bəzi  uşaqlar  danışma 

qabiliyyətlərini  itirmədən  əvvəl  tək-tək  sözlər  istifadə  etməyə  başlaya 

bilər.  Apraxia   (tarazlıq pozuntusu),    ən    təməl   bədən    hərəkətlərinin    yerinə 

yətirilməsində  çatışmazlıq  və  Rett  sindromunu  səbəb  olduğu  bütün 

maneəli davranışların müşahidə olunduğu vəziyyətdir. 

      Skolioz  Rett  sindromunun  nəzərə  çarpan  xüsusiyyətləri  arasındadır.Rett 

sindromunda inkişaf ümumiyyətlə yavaşdır. Bir çox Rett sindromlu qadınlar yaşına 

görə  olduqca  kiçik  görünürlər.  Güclü  iştahları  varmış  kimi  görünmələrinə 

baxmayaraq   böyük nisbətlərdə qeyri-kafi qidalanma  problemi  ilə  qarşı-qarşıya 

olduqları görülür. 

      Bunun  səbəblərini  aşağıdakı  kimi  sıralana  bilər:  çeynəmə  çətinlikləri,  udma 

çətinlikləri, qidaları geri çıxarmaq, dişlərini sıxmaq, qidaları ağıza apara bilməmə, 

dəstəyə möhtac olması, enerji istifadəsində disbalans. 

     Erkən  başlanğıc:6  aydan  1.5  yaşa  kimi  müddəti  əhatə  edir.  Bu  mərhələ 

ümumiyyətlə,  Rett    sindromunun    görünən    və    şübhələnilən    simptomlarının  

araşdırma mərhələsidir. 

25.

Prf.Dr.Gönül Kırcaali İftar,Prf.Dr.Bulud Sucuoğlu,Otizm SpectrumBozukluğu ve Eğitim s122 



30 

 

 



 

     Körpə  çox  az  göz  kontaktı  qura  bilir  və  oyuncaqlara  qarşı  əlaqəsi  azalmışdır. 

Ümumiyyətlə  “yaxşı”,  sakit  və  itaətli  bir  körpə  olaraq  təyin  olunur.  Əsas 

motorikanın  fəaliyyətində  gecikmələr  ola  bilər.Spesifik  olmayan  əl  bükmələri  və 

baş böyüməsində yavaşlama müşahidə oluna bilər.

 

    Sürətli  destruksiya:  1.5-4  yaşa  kimi  müddəti  əhatə  edir.  Bu  mərhələ  sürətli  bir 

başlanğıca  malikdir  və  ya  mənalı  əl  hərəkətlərinin  başlaması  və  dil  istifadəsində 

itki  kimi  daha  pilləli  ola  bilər.  Şablon  əl  hərəkətləri  ortaya  çıxmağa  başlayır  və 

bunun ilk ifadəsi də tez-tez əlin ağıza müraciətidir. Hərəkətlər ən tez bədənin orta 

hissələrinə bərabər gələn bölgədə əl bükmə yada əl yuma hərəkətləri şəklindədir və 

bunu  israrla  oyaq  olduqları  vaxtlar  edirlər,  yatdıqları  zaman  bu  tip  hərəkətlər 

müşahidə olunmur. Bu hərəkətlərin xaricində digər əl hərəkətləri əl çırpma və əli 

yüngülcə bir yerə vurma şəklindədir. Əllər, bəzən bədənin arxa tərəfində möhkəm 

kilidlənir yada təsadüfi toxunuş, anlayışa, sərbəst buraxma kimi spesifik pozlarda 

bədənin yan tərəflərində dayanır. Bu mərhələdə tənəffüsdə nizamsızlıqlar müəyyən 

oluna  bilir.  Nəfəs  tutma  və  boş  öskürək  böhranı  ilə  birləşən  çox  nəfəs  alma 

vəziyyəti  kimi.  Tənəffüs,  yuxu  əsnasında  ümumiyyətlə  normaldır.  Bəzi  uşaqlar 

ictimai ünsiyyət və qarşılıqlı təsiri itirməklə birlikdə autistik görünüş sərgiləyirlər. 

Ümumi  küsəyənlik  vəziyyəti  və  yuxu  nizamsızlığı  görünür.  Xüsusilə 

həyəcanlananda açıq-aşkar titrəmə, yellənmə tutmalarına girə bilər. 



      Plato  mərhələsi:  Məktəb  illərindən  sonuna  kimi.    Bu  mərhələ,  sürətli 

desktruksiya  mərhələsinin  ardınca  2  ilə  10  yaşlar  arasında  yaşanır.  Apraxia, 

mühərrik  problemləri  və  tutmalar  nəzərə  çarpır.  Bu  vaxt  daha  az  küsəyənlik, 

səbilik,  daha  az  ağlama,  daha  az  autistik  xüsusiyyətlərin  görülməsi  kimi 

davranışlarda  inkişaf  qeydə  alınır.  Ətrafına  daha  çox  maraq  göstərir  və  diqqət 

dağınıqlığı  olur,  əlaqəsi,  ünsiyyət  bacarığı  inkişaf  edir.  Bir  çox  Rett  sindromlu 

insanlar həyatının çoxunu 3-cü mərhələdə qalaraq keçirir.

 

      Heç  vaxt  gəzməyən:  10  ildən  artıq  müddəti  əhadə  edir.  Bu  mərhələ 

ümumiyyətlə  10  yaşından  sonra  başlayır  və  mobilitenin  azalması  ilə  xarakterizə 

olunur. Bəziləri heç vaxt gəzmir, bəziləri gəzməyi buraxırlar. İdrak qabiliyyətində, 

ünsiyyətdə  və  ya  əl  qabiliyyətində  hər  hansı  bir  eniş  olmaz.  Təkrar  edilən  əl 


31 

 

 



 

hərəkətlərində  azalma  ola  bilər.  Skolioz  ən  nəzərə  çarpan  xüsusiyyətdir.  Gözünü 

dikib  baxma  xüsusiyyəti  yaranır.  Sərtlik  və  dystonia  (patoloji  səviyyədə  əzələ 

uyğunlaşmasının və ya gövdə mövqelərinin azalması) xarakteristikdir.  



     Uşaqlıq    dezinteqrativ  pozuntusu.  Dezinteqrativ  pozuntu,  digər  adı  ilə  desək 

Heller sindromu  3 yaşından sonra uşaqlarda yaranır. Bunun nəticəsində uşaqların 

nitqində, motorikasında, sosial həyatında geriləmə baş verir. Yaranma səbəbləri isə 

hələ məlum deyil. Heller sindromu ilk dəfə 1908-ci ildə Avstralyalı Theodor Heller 

tərəfindən  aşkar  edilib.  O,  3-4  yaşlarına  qədər normal  inkişaf etmiş  və   sonradan 

ciddi inkişafdan qalma əlamətləri göstərən 6 uşağı müşahidə edib. Bu uşaqlar 3-4 

yaşlarına  qədər  sakit,  daha  sonra  isə   sözə  qulaq  asmayan,  qapalı,  səbəbsiz 

əsəbləşən,  mızıldayan  uşaqlara  çevrilmişdilər.  Bu  mərhələdə  streotip 

hərəkətlər   artmış,  tək  başına  yemək  yeye  bilməmişlər  və  getdikçə  geriyə  doğru 

inkişaf  başlamışdır. Klinik göstəricilərə əsasən oğlanlar arasında qızlara nisbətən 

4-8  dəfə  çox  yayıldığı  göstərilib.  Dezinteqrativ  pozuntunun  yaranma  səbəbi   tam 

dəqiq olmasa da bəzən onun yaranmasında dərman preparatlarının və psixososial 

hadisənin  rolunu  göstərirlər.  Psixososial  hadisələrə  isə  bunlar  aid  edilir:  ayrılıq, 

ölüm,  ailədaxili  davalar,  yeni  bir  uşağın  doğumu,  məktəbə  başlamaq,    yaşadığı 

evdən köçmək və s. Tibbi səbəblərə isə: qızılca, yüksək dərəcəli qızdırma, hepatit 

və s aiddir. Xəstəlikdən əziyyət çəkən uşaqlar üçün müalicə zamanı terapiyalardan 

istifadə edilir. Davranış terapiyasının məqsədi  uşaqlarda  yenidən dil vərdişlərinin,  

özünə baxmaq bacarığının və sosial bacarıqların qazandırılmasına xidmət edir.    

      Bəzən autizmlə səhv salınır, lakin bunu autizmlə səhv salmaq olmaz. Uşaqlığın 

 

dezinteqrativ  pozuntusundan əziyyət çəkən bir uşaq adətən iki yaşına qədər norma 



bir inkişafda olur və hər şey o zamana  qədər  qaydasında olur. Ancaq iki yaşından  

on yaşına qədər qazandığı   bacarıqlar   aşağıdakı sahələrin ən az ikisində tamamilə  

itirilir: Oyun bacarıqları,  Dil bacarıqları (danışıq) Tualet ehtiyacını saxlaya bilmək 

bacarığı, Sosial  bacarıqlar  və özünə baxa bilmək bacarığı. 

Heller sindromu fərqli formada irəliləyir.Belə ki, bəzən xəstəliyin əlamətləri yavaş-

yavaş özünü göstərsə də bəzən isə tez bir zamanda ortaya çıxır. 

     Heller sindromunun inkişaf mərələləri: 


32 

 

 



 

1.  2  il içərisində nitq, insanlarla əlaqə,oyunlar formalaşır 

2.  3  yaşdan  10  yaşa  qədər  isə  oyun,  nitq,  davranış,  matorika  qabiliyyətlərinin 

böyük hissəsi itirilir. 

3. Yaşıdları ilə oynamaq, əlaqə saxlamaq itir. 

4. Nitq bacarıqları itir. 

5. Nitqdən sonra motorika bacarıqlarıda itir. 

   Asperger  sindromu. Asperger sindromu ilk dəfə Avstriyalı uşaq psixoloqu Hans 

Asperger  tərəfindən  1944-cü  ildə  kəşf  edilmişdir.  Hans    Asperger    daha    böyük  

yaşdakı    uşaq    və    yeniyetmələrdən          ibarət      bir        qrupda        gördüyü        bəzi   

davranış    pozuntularını “Autist Psixopatiya” olaraq qeyd etmişdir. Hans  Asperger  

bu  izahını   müharibə   illərində  və   alman  dilində   verdiyinə  görə beynəlxalq 

miqyasda  geniş  tanınmamışdır.  Daha  sonra  aparılan  araşdırmalarda  Kanner  və 

Aspergerin  eyni  xəstəlikləri  müəyyən  etdikləri  ortaya  çıxmışdır.  

     Asperger    sindromlu  insanlar  normal  və  yüksək  intelektə  malik  olsalar  da, 

lakin  onların  sosial  qabiliyyətləri  və  vərdişləri  zəif  inkişaf  etmiş  olur.  Onların 

emosional  və  sosial  inkişafı  ləngidiyindən  həmçinin  inteqrasiyası  da  gecikmiş 

 olur. Asperger sindromu təxminən 200 yeniyetmədən birində görünə bilər. Oğlan  

uşaqlarında qızlara nisbətən 8 dəfə daha çox rast gəlinir.  Autizmdə olan bir sıra 

xüsusiyyətlər Asperger sindromunda da görülməkdədir: əlaqə qurmaqda çətinlik, 

ictimai  əlaqələrdə  çətinlik,  xəyal  gücündə  və  yaradıcı  oyunlarda  əksiklik. 

Asperger sindromu olan insanlar orta və ya üstün orta zəkaya malikdirlər. Buna 

görə  də  bu  sindromdan  əziyyət  çəkən    uşaqlar  normal  uşaqlarla  eyni  məktəbdə 

təhsil  ala  bilər.    Eyni  zamanda  düzgün  dəstək  və  cəsarətlə  doğru  bir  şəkildə 

irəliləyib,  daha  yüksək  səviyyədə  təhsillərinə  davam  edə  bilər  və  iş  sahibi  ola 

bilərlər. 

      Asperger  sindromunun  səbəbləri  dəqiq  olaraq  öyrənilməmişdir,  lakin 

Asperger  sindromun  beyin  inkişafına  təsir  edən  dəyişik  fiziki  təsirlərdən 

qaynaqlandığını  göstərən    dəlillər  vardır.  Asperger  sindromunun  xarakterik 



xüsusiyyətləri. Asperger sindromunun əsas üç diqqəti çəkən xüsusiyyəti vardır: 

33 

 

 



 

 



Duyğuların ifadəsində çətinlik 

 



Empatiya qurmaqda çətinlik 

 



Sözlərin məcazi mənasını anlamaqda yaranan çətinliklər 

      Asperger sindromunun autizmlə bir çox ortaq xüsusiyyətləri vardır. Asperger 

sindromu  olan  insanlar  üçün  bəzi  xüsusiyyətlər,  ictimai  əlaqələrdə  bəzi 

çətinliklər,  ümumiyyətlə  qapalı  və  ətraflarındakı  dünyaya  laqeydmiş  kimi 

görünən  klassik  autizmli  insanlardan  fərqli  olaraq,  Asperger  sindromu  olan  bir 

çox  insan  ictimailəşmək    üçün  çox  çalışırlar  və  insanlarla  ünsiyyətə  girməkdən 

məmnunluq  duyurlar.  Lakin,  üz  ifadələri  kimi  şifahi  ola  bilməyən  siqnalları 

anlamaqda çətinliklərlə üzləşirlər. 

Belə  uşaqlar  ətrafdakı  insanlarla  münasibət  qurmaqda  çətinlik  çəkir,  sözlərin 

yalnızca   birbaşa  mənasını   anlayırlar,  zarafatları  başa  düşə  bilmirlər,  ünsiyyət 

bacarıqlarında  isə  jestlərdən,  mikadan  istifadə  etmirlər.  İnsanlarla  göz  təması 

qurmaqdan qaçırlar. Qarşısındakı insanı dinləmək əvəzinə  öz maraq dairələrində 

olan  mözudan  danışa  bilirlər.  Çox  zaman  kolleksiya  toplamağa  meyilli  olurlar. 

Texniki  sahədə,  riyaziyyatda  xüsusi  istedadlı  olurlar,ümumiyyətlə    uşaqların 

əksəriyyətində  hər hansı bir xüsusi qabiliyyət, istedad olur. Yaddaşları olduqca 

güclüdür, belə uşaqlar hətta bir il əvvəl  danışılan söhbəti olduğu kimi xatırlayıb  

ən xırda detallarına qədər nəql edə bilərlər. 

        2.2. Autizmlə bağlı dünya təcrübəsində aparılan korreksiya üsulları 

       Autizmin  intensiv  öyrənilməsi  müalicənin  iqtisadi  və  effektiv  metodlarının 

tətbiq  edilməsini  tələb  edir.  İntensiv  tədqiqatlara  baxmayaraq  hələdə  autizmin 

müalicəsində  müvəffəqiyyət  əldə  olunmayıb.  Bunun  səbəbi  xəstəliyin 

etiologiyasının hələ tam məlum olmaması ilə əlaqəlidir.

26 

     Autizmlə  bağlı  həyata  keçirilən  müalicə  metodlarına  aşağıdakı  tendensiyalar  



aiddir. 

1.

 



Autizmin    bioloji   təbiəti   haqqında   biliklərin   azlığı  onun psixodinamik  

26.


Хельмут Ремшмидт. Аутизм-Клиничиские проявления,причины,лечение.Москва2003 

34 

 

 



 

           nəzəriyyəsinin və müalicə metodlarının əhəmiyyətini itirir. 

2.

 

Əsas  diqqət  individual  terapiyaya  verilir  ki,  burada  konsultantın  əməyi  və 



ətrafdakıların  münasibəti vacibdir. 

3.

 



Autizm  sindromlu uşaqların şəxsi xüsusiyyətlərinin tədqiqatı  terapiya  üçün 

vacib şərtdir. 

4.

 

Metodların  tətbiq  olunmasında  məqsədyönlülük  və  tam  həcmli  yanaşma 



zəruridir. 

5.

 



Müalicənin  aparılmasında  maxsimal  erkən  terapiya  çox  böyük  əhəmiyyət 

kəsb edir. 

6.

 

Müalicə  prosesi  ailəyə  də  öz  təsirini  göstərir.  Burada  böyük  rolu  valideyn 



birliyi orqanizasiyaları oynayır ki, onlar valideynlərə mənəvi dəstək olmaqla 

uşaqların müalicəsinə yardımçı olur. 

Tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  autizm  müalicə  olunmayan 

xəstəlikdir.  Buna  görədə  xəstəliyin  “Autizmin  müalicəsi”  anlayışı  birmənalı 

qarşılanmır.  “Autizmli  İnsanların  Ümumdünya  Təşkilatı”  belə  hesab  edir  ki,  

autizmi  “müalicə  etmək”  deyil  “dəyişmək”  yaxud  “normal  vəziyyətə”  gətirmək 

onları olduğu kimi qəbul etmək lazımdır. 

  Autizmin  müalicəsində  onlarla  metodlar  vardır  ki,  onlarında  hər  birini  

tərəfdarları  və əlehdarları vardır. Bir çox metodların effektiv təsirinə baxmayaraq 

elmi  ədəbiyyatlarda  onlar  öz  təsdiqini  tapmamaışdır. 

Lakin  elmi  ədəbiyyatlarda  öz  təsdiqini  tapan  metodlar  praktikada  geniş  tətbiq 

olunmur.  Valideynlər  isə  eyni  zamanda  bir  neçə  metodları  tətbiq  etməklə  tez 

nəticəyə nail olmaq istəyirlər. 

      Autizmin  müalicəsində  istifadə  olunan  terapiya  üsulları  aşağıdakı  kimi 

qruplaşdırılmışdır:

27 


      Davranış terapiyası. 

1.

 



Tətbiqi davranış analizi- Applied Behavior Analysis(ABA) 

2.

 

Evdə  intensiv  davranış  terapiyası-  Home-based  İntensive  Behavioral 

Treatment. 

27.


http://autism-aba.blogspot.com 

35 

 

 



 

3.

 



Məktəbdə intensiv davranış terapiyası- School-based İntensive Behavioral  

          Treatment. 

4.

 

Əsas reaksiyaların öyrənilməsi- Pivotal Response Treatment (PRT) 



5.

 

Təbbi öyrənmə paradiqması- Natural Learning Paradigm(NLP) 



6.

 

Pozitiv davranış terapiyası- Positive Behavior Therapy 



7.

 

Verbal davranış terapiyası- Verbal Behavior Therapy 



Qeyd  etmək  lazımdır  ki,  davranış  terapiyalarının  müxtəlifliyi  müxtəlif  təhsil 

metodlarına  əsəslanır.  Məsələn:  evdə  davranış  terapiyası  özündə  təbbi  öyrətmə 

paradiqması metodunu əks etdirir. O, kommunikasiya vərdişlərinin və tez reaksiya 

vermək qabiliyyətini korreksiya edir. 



      Uşağın “aparıcı rol”oynadığı terapiyalar.  

1.

 



Qrinşpana modeli- Greenspan “floor-time”(DİR) 

2.

 



Son-Rise proqramı- Options İnstitute/ Son-Rise proqram 

3.

 



Qarşılıqlı münasibətin inkişafı- Relationship Development İnterventions  

4.

 



“Danışmağın öyrənilməsi” proqramı- Learning to speak program 

      Bio-tibbi  terapiyalar:  Kazein  və  Gluten  dietası,  “Qidalı  maddələrin 

çatışmazlığı”  

dietası,    Katagenik    dieta,    Venadaxili    imunoqlobin    müalicəsi,    Vitamin    B6  

dəstəyiMagnezium  dəstəyi,  Ağır  metalların  təmizlənməsi  və.s.  Ağır metalların  

təmizlənməsi terapiyasından başqa terapiyaların əks göstəriciləri yoxdur. 

      Alternativ  terapiya  üsulları:  Qrup  terapiyası,  Delfinlərlə  müalicə-Dolphin 

Assised  Therapy  (DAT),  Sensor  inteqrasiya,  Vizual  terapiya,  Musiqi  terapiyası, 

Art terapiya,  Heyvanlarla terapiya, Əmək terapiyası və.s  

      Davranış  terapiyaları  içərisində  ən  geniş  istifadə  olunan  terapiya  üsulu  ABA 

(Applied Behavioral Analysis -Tətbiqi Davranış Analizi) terapiyadır. 

      TEACCH  (Treatment  and  Education  for  Autistik  and  related  Communication 

Hondicapped Children) proqramı. 

      Bu  proqram  vasitəsi  ilə  autizmdən  əziyyət  çəkən  uşağın  yüksək  səviyyədə 

sərbəstliyinə və cəmiyyətdə inteqrasiyasına nail olmaq mümkündür. Bu proqramda 

valideynlərin dəstəyi mütləqdir. 



36 

 

 



 

Proqram  həftədə  40  saat  olmaqla  həyata  keçirilir.  Valideynlər  bu  sistemə  həm 

psixoloji, həm də fiziki hazır olmalıdır. 

     TEACCH  1970-ci  ildə  Eric  Schopler  tərəfindən  ABŞ-ın  Şimali  Karolina 

əyalətində inkişaf etdirilmişdir. Bu proqram autizmi fərqli bir düşüncə tərzi olaraq 

şərh  edir.  Bu  proqrama  görə  insanlarda  iki  dəyişik  mədəniyyət  vardır.  Yeni  bir 

mədəniyyətlə  tanış  olan  şəxs  köhnə  mədəniyyətinə  görə  düşünüb  qiymətləndirmə 

edərsə  yeni  mədəniyyəti  anlamaz  və  onun  kənarında  qalar.  Bu  iki  mədəniyyət 

arasındakı əlaqəni valideynlər və müəllimlər yaradır.

28 


     TEACCH  proqramının  əsas  məqsədi  autizmli  uşaqların  mədəniyyətinə  yəni 

düşüncə  və  həyat  tərzinə   hörmət  göstərərək onlara  olduqları yerdə  təhsil təqdim 

etmək  və  bu  uşaqların  mümkün  olduğu  qədər  müstəqil  ola  bilməsi  üçün 

çalışmaqdır. 

      Bu proqramda əsasən 3 istiqamətdə çalışırlar:  

1.

 



Uşaq-uşağı anlamaq, fərdi öyrənmə proqramını ortaya çıxarmaq, fərdi təhsil 

proqramını hazırlamaq. 

2.

 

Ailə-ailəyə  məlumat  vermək,  ailə  ilə  duyğusal  bağlar  qurmaq,  ailəyə 



tövsiyyələr və kömək təklifləri etmək. 

3.

 



Məktəb-məktəbə məlumat vermək, məktəbə tövsiyyələr vermək. 

Proqrama görə aparılan testlərlə əvvəlcə uşaqların zəif və qüvvətli tərəfləri, maraq 

dairələri   müəyyənləşdirilir.  Uşağın  ailəsindən,  müəllimindən  məlumatlar  alınır, 

 müşahidə edilir və reaksiyalar qiymətləndirilir. 

     Edilən  müşahidələr  aşağıdakılardan  ibarətdir:  uşaq  nəyi  edir,  nəyi  edə  bilmir, 

nəyi  etməyə  meyillidir, fiziki  köməyə  ehtiyac duyurmu,  jestlərlə,  sözlərə  yoxsa 

göstərərək  kömək  istəyir,  maraq  dairələri  hansılardır,  davranışları  necədir  və.s. 

Burada  əsas  məqsəd  uşaqları  asılılıqdan  qurtarmaq,  mümkün  qədər  müstəqil  bir 

yetişkin olaraq formalaşdırmaqdır. Müşahidələrə əsasən zaman və məkan müəyyən 

edilir. 


Zamanın müəyyənləşdirilməsi. Burada xüsusi otaq seçilir, fərdi iş və oyun üçün yer 

ayrılır. Stol pəncərədən çölü görə bilməyəcək yerə qoyulmalı,divarlar boş olmalıdır. 

28.

Dr.Selvi Bozzancı Persson.Otizm El Rehberi(TEACCH proqramı),Yuva Kids Yayınları,s168 



37 

 

 



 

Günlük   sxem  həyata   keçirilir.  Bu   sxemdə  ne  ediləcəyi,  nə   zaman  ediləcəyi 

müəyyənləşdirilir.  Bu  sxemə  uşaqların    nə  xoşladığı,   etməyə   meyilli   olduğu 

davranışlar qeyd olunur. 

Vaxtın  nizamlanması.  Buraya  həyata  keçirilən  davranışların  nə  qədər  müddət 

ərzində ediləcəyi  və nə zaman bitiriləcəyi daxildir.  



      Glutein və kazein dietası. Glutein taxıllarda, kazein isə süddə olan proteinlərdir. 

Autizmli  uşaqların  bağırsaqları  həddidən  artıq  keçirici  olduğundan  bu  maddələr 

həzm  olunmur. Keçirici  bağırsaq  qida  allergiyaları, soya, qlutein və kazeinə qarşı 

həssaslığın  yaranmasında önəmli  rol oynayır.  Beləliklə, qlutein  və  kazein keçirici 

bağırsaqdan  keçerək  qan  dövranına  qatılır  və  beyinə  çatır.  Buda  beyində  sinir 

oyanıqlığının yaranmasına səbəb olur.

29

 

     Bu fərziyyə elmi olaraq təsdiqlənmiş olmasada  Kazein-Glutein dietası autizmli 



uşaqlarda  tətbiq  olunmaqdadır.  Bu  dietada  buğda  unu  əvəzinə  düyü  unu,  süd 

məhsullarına  alternativ  olaraq  soya  südü  istifadə  olunur.  Bəzi  valideynlər  və 

həkimlərin  müşahidələrinə  görə  bu  dietaya  riayət  edən  uşaqların  bəzilərində 

hiperaktivlikdə  azalma,  qavrayış  və  göz  kontaktında  artım,  həzm  və  immunitet 

sistemində problemlərin azalmasını görmək mümkündür. Lakin bu dieta ciddi zülal, 

vitamin  və  mineral  çatışmazlıqlarına  yol  açdığı  unudulmamalıdır.  Bu  səbəbdəndə 

ilk öncə uşaqlarda glutein-kazein tolerantlığının olub-olmaması araşdırılmalıdır. 

      Vitamin-mineral dəstəyi. Autizm uşaqların bağırsaqları həddindən artıq keçirici 

olduğundan  onlarda  bir  çox  vitamin  və  mineral  çatışmazlığı  güman  edilir.  Bu 

vitamin  və  minerallar  arasında  ən  əhəmiyyətlisi  vitamin  B6  və  maqnezium 

mineralıdır.  B6  vitamin  əksikliyi  uşaqlarda  mərkəzi  sinir  sisteminin  işinin 

ləngiməsinə səbəb olur. Maqnezium isə sümüklərin, sinir  və  əzələ  hüceyrələrinin  

inkşafına  təsir edən bədəndəki fermentlərin işini artıran bir maddədir. 

     Autizmlə bağlı aparılan 18 tədqiqatda

30

 B6 vitaminin xüsusilə maqneziyum ilə 



istifadəsi  xəstələri  ən  az  50%-ində  müsbət  təsir  göstərmişdir.  Bu  uşaqlarda 

həmçinin C vitamini əksikliyi müşahidə olunur. Vitamin C orqanizmdə artıq  

29.

Prf.Dr.Ahmet Aydın,Uz.Dr.Cem Kınacı.Otizme Çözm Var.Hayykitab 2015. S271 s76 



30.

 Otizmde beslenme ve vitaminler.http//www.otizmdunyasi.com// 



38 

 

 



 

miqdarda  olan  civə,  qurğuşun,  arsen  və  bəzi  metalların  atılmasına  kömək edir.  

Autizmli  uşaqlar  gün  ərzində  25-100  mg  C  vitamini  verilməsi  tövsiyye  edilir.  

 C  vitaminin  46%  xəstələrdə  faydalı,  52%    xəstələrdə  təsirsiz,  2%    xəstələrdə  isə 

zərərli olduğu ifadə edilmişdir. 

     Hiperbolik-Oksigen müalicəsi(HBOT- Hyperbaric Oxygen Therapy). Bir təzyiq 

otağında xəstəyə  100% saf oksigen verməklə tətbiq olunan bir  müalicə üsuludur. 

Bu  müalicədə  məqsəd  tənəffüs  yolu  ilə  ağciyərlərə  ötürülən  oksigen  vasitəsi  ilə 

bütün bədən hüceyrələrinin vəzifələrini icra edə biləcək vəziyyətə gətirməkdir.  Bu 

müalicə  üsulu  bütün  dünyada  beyin  yarımkürələrinin  və  yanıqların  müalicəsində 

geniş  istifadə  olunur.  Autizm  sahəsində  istifadə  son  illər  geniş  yayılmışdır,  lakin 

onun təsiri ilə bağlı təcrübi araşdırmalar yoxdur. 

     Delfinlərlə  müalicə(  DAT-Dolphin  Asissted  Therapy).  ABŞ,  İsrail,  Rusiya  və 

Meksika  başda  olmaqla  Türkiyədədə  geniş  istifadə  olunan  terapiya  üsuludur. 

Delfinlərlə  müalicənin  autizmli  uşaqlar  üzərində  müsbət  təsirləri  olduğu 

istiqamətində  müxtəlif  araşdırmalar  aparılmışdır.  Bu  məqsədlə  açılan  müalicə 

mərkəzlərinin sayı olduqca artmaqdadır. Delfinlər təbii ultrasəs “şüalandırıcısıdır”. 

Ultrasəs  dalğalarının  təsiri  ilə  hüceyrə  mayesinin  səthində  yaranan  xüsusi 

zonalarda  diametri  təxminən  100  mikron  olan  mikroqabarcıqlar  yaranır.  Hər  bir 

qabarcıq mikrosaniyə ərzində mövcud olur. Onların partlaması nəticəsində ayrılan 

yüksək   enerji   konsentrasiyasının  hesabına   mikromolekulların depolimerizasiya  

yaxşılaşır,  buda  öz  növbesində  hüceyrəarası  maddələr  mübadiləsini  tənzimləyir, 

mayenin sirkulyasiyasını yaxşılaşdırır.  



       Musiqi  və  rəqs  terapiyası.  Musiqi  terapiyası  sayəsində  duyğusal  əlaqələrin 

qurulması,  davranış  problemlərinin  azaldıması,  müvəffəqiyyət  duyğusunun 

yaradılmasına nail olunur. 

      Vizualizasiy üsulu. 2004-cü ildə yaradılmış bir üsuldur. Psixoloqun uşaqla fərdi 

qaydada iş aparması ilə yanaşı valideynlərlə də   psixoloji işin aparılması nəzərdə     

tutulur. Tətbiq olunan  üsulun  köməyi  ilə  uşaq  qapalı  vəziyyətdən  çıxarılır. 

     Qum terapiyası. Autizmə  düçar  olmuş  yeniyetmələrin  inkişafına  müsbət təsir  

göstərir.  Aromaterapiya  və  musiqi  terapiyası  ilə gücləndirildikdə isə daha böyük 



39 

 

 



 

imkanlar tətbiq edir. Qumla məşğələlər,  xüsusi  seçilmiş  musiqi parçalarının eləcə 

də  təbiət  səslərinin  sədası  altında  daha   effektli  təsir edir.  Emosianal  vəziyyəti 

tənzimləyir. 



       Holding  terapiya.  1938-ci  ildə  həkim  M.Welch  tərəfindən  yaradılmış  sadə 

psixoterapevtik texnikadır. Bu terapiya autizm xəstəliyindən əziyyət çəkən uşaqları 

olan ailələrə psixoloji kömək forması kimi tətbiq olunur. Holding üsulu 3 hissədən 

ibarətdir: konfrontasiya, müqavimət və icazə üsulu. 

  

       2.3. Autizmə məruz qalmış uşaqların ailələrinin keçirtdiyi sosial-psixoloji  



               mərhələlər və maarifləndirmə işləri. 

      Ailə  insan  növünün  davamlılığını  təmin  edən,  ilk  ictimailəşdirmə  müddətini 

meydana  gətirən,  qarşılıqlı  əlaqələri  müəyyən  qaydalarla  bağlayan,  cəmiyyətin 

mədəniyyətini nəsildən-nəsilə ötürən, bioloji, sosial, psixolji, iqtisadi, hüquqi və.s 

istiqamətləri  olan  ictimai  bir  qrumdur.  Ailə  həmdud  bir  böyüklüyə  sahibdir  və 

sosial  varlıqların  ən  kiçiyidir.  Ailənin  bir  çox  funksiyaları  mövcutdur:  bioloji, 

iqtisadi,  psixolji,  status təmin etmək, təlim funksiyası, sosial funksiya və s. 

     Uşaqların  ailəyə  gəlişi  isə ailənin həyatında ən əhəmiyyətli keçid  dövrlərindən 

biridir. Ailə üçün bir  uşaq  dünyaya  gətirmək  qərarı  ilə başlayan  müddət  doğumla 

birlikdə ailədə rolların yenidən təşkil edilməsini, yeni şablonların yaradılmasını və 

daha  bir  çox  sahədə  meydana  gələcək  dəyişikliklərə  uyğunlaşmağı  tələb  edir. 

Uşağın  mənliyi  ailədə  formalaşır  və  ilk  davranışlar  ailədə  qazanılır.  Valideynlər 

uşaqların  həyatında  ən  güclü  təsirə  malik  insanlardır.  Uşaqlar  doğulduqları  ilk 

gündən bir çox bacarıqları anaları, ataları və digər ailə üzvlərindən öyrənirlər. 

      Uşaqları  sağlam  dünyaya  gələn  valideynlərin  cəmiyyətdəki  ana-ata  rolunu 

mənimsəyərək  uşaq  böyütmələri  daha  məqsədəuyğundur.  Lakin  övladlarının 

problemli  olaraq dünyaya  gəlməsi,  uşaqlardakı  qalıcı  sağlamlıq problemləri,  ana-

ata  rollarında  dəyişikliklər  yaratmaqdadır.  Bu  zaman  valideynlərin  şəxsi 

həyatlarında, sosial münasibətlərində, arzularında, planlarında, iş həyatlarında, ailə 

funksiyalarında dəyişikliklər müşahidə olunur. Bir ailə üçün ən çətin və ən stressli 



40 

 

 



 

anlardan  biri  övladlarının  autizm  xəstəliyinə  sahib  olduqlarını  öyrəndikləri  ilk 

andır.  Problemli  bir  uşağa  sahib  olduğunu  öyrənən  ailələrdə  fərqli  emosianal 

reaksiyalar  müşahidə  olunur.  Bu  ailələrin  göstərdikləri  emosianal  reaksiyaları 

araşdıran  müxtəlif   modellər  qarşıya  qoyulmuşdur. 

     Mərhələ modeli. Ailənin müxtəlif mərhələlərdən keçərək qəbul və uyğunlaşma 

mərhələsinə  gəldiyini  fərz  edən  modeldir.  Bu  mərhələ  şokla  başlayıb  qəbul  etmə 

mərhələsinə  qədər  uzanan  emosional  bir  müddəti  özündə  ehtiva  edir. 



     Şok  mərhələsi.  Övladlarının  problemli  olduğunu  öyrənən  ailələrdə  müşahidə 

edilən  reaksiyalardan  ilkidir.  Ümumiyyətlə  bu  vəziyyət  ağlamaq,  reaksiyasız 

qalmaq, çarəsiz qalmaq şəklində özünü göstərir. 

     İnkar  etmək.  Ailələr  bu  mərhələdə  uşaqların  problemli  olduğunu  qəbul  etmək 

istəmirlər.  Bəzi  valideynlər  bu  problemi  inkar  etmək,  uşaqda  sadəcə  müəyyən 

çatışmazlıq olduğunu fikirləşərək olan reallıqdan qaçmağa çalışırlar. Valideynlərin 

əksəriyyəti  isə  diaqnozun  səhv  qoyulmuş  ola  biləcəyini  düşünərək  reallığı  inkar 

edirlər.  Bəzi  valideynlər  isə  ümumiyyətlə  uşaqları  inkar  edirlər.  Övladlarının 

gələcəkdə  nə  edə  biləcəyinə  istiqamətlənmiş  narahatlıqlar,  qəbul  edilməsi  lazım 

olan  məsuliyyətlər,  “uşağın halı  necə  oldacaq”  sualına  verilən  qeyri-kafi  cavablar 

ailənin bu vəziyyəti rədd etməsinə səbəb olan göstəricilərdir. 



     Qəzəb  və  depressiya.  Bir  çox  ailələr  diaqnozu  qoyan  və  uşağı  müalicə  edə 

bilməyən  mütəxəssislərə  qəzəblənirlər.  Lakin  qəzəbin  əsas  hədəfi  uşağın  özüdür. 

Valideynlərin  uşağa  istiqamətlənmiş    “niyə  sən  də  hər  kəs  kimi  normal  bir  uşaq 

olaraq  doğulmadın”  kimi  açıq  ifadə  edə  bilmədiyi  gizli  düşüncələri  vardır.  Bəzi 

ailələr  isə  belə  bir  uşağa  sahib  olduqları  üçün  özlərinə  və  bir-birlərinə  həddindən 

artıq  qəzəbli  olurlar.  Bu  qəzəbin  ən  fundamental  səbəbi  fərdin  özünün  və  ya 

yoldaşının normal uşaq dünyaya  gətirəcək qədər yetərli olmadığını düşünməsidir. 

Qəzəb çox güclü mənfi təsirə malikdir və çox vaxt valideynlərin problemin fərqinə 

varıb  onun  vaxtında  qəbul  etməməsinə  səbəb  ola  bilər.Qəzəb  hissi  zamanla 

depressiyay  çevrilə  bilir.  Depressiya    qəzəbin  daxilə  yönəlmiş  halıdır.  Ailənin 

autizmə  düçar  bir  uşağa  sahib  olduğu  üçün  yaşadığı  depressiya  demək  olar  ki 

qaçılmaz bir haldır və bəzi ailələrdə bu depressiya ömür boyu davam  etməkdədir. 



41 

 

 



 

Valideynlər  övladlarının  inkişafı  üçün  çox  çalışırlar,  lakin  övladlarındahər    hansı  

bir  dəyişikliklər  görmədikdə  bütün  ümidlərini itirirlər. Bu hal onlarda depressiya 

ilə nəticələnə bilər. 



      Günahkarılq  hissi.  Günahkarlıq  hissi  valideynlərin  öhdəsindən  gəlməli 

olduqları  ən  çətin  mərhələlərdən  biridir.  Bu  duyğunu  ən  çox  analar  yaşayırlar. 

Günah hissi bir neçə formada təzahür edə bilər: bəzi valideynlər uşaqların autizm 

olmalarına  özlərinin  səbəb  olduqlarını,  yaxud  keçmişdə  işlətdikləri  hər  hansı  bir 

günahlarına  görə  cəzalandırıldıqlarına  inana  bilərlər.  Bir  çox  hallarda  isə 

valideynlər  bir-birlərini  günahlandırırlar.  Valideynlər  bu  müddətdə  bir-birlərini 

günahlandırmaları,  günahı  digərində  və  onun  ailəsində  axtarışları  və  mühakimə 

etmələri problemin həllini daha da çətinləşdirir. 



       Utanc 

hissi. 

Autizmli 

uşaqların 

cəmiyyət 

tərəfindən 

birmənalı 

qarşılanmamasından  qaynaqlanan  bir  hissdir.  Hər  bir  valideyn  uşaqlarının 

müvəffəqiyyətli  olmasını  arzulayar  və  bundan  son  dərəcə  qürür  duyurlar.  Lakin 

belə  uşaqların  valideynləri  uşaqlarına  qarşı  cəmiyyətdəki  digər  fərdlərin  hiss 

etdikləri  ,uşağa  qarşı  yazığı  gəlmək  və  yaxud  uşağı  qəbul  etməmək  kimi  mənfi 

duyğu  və  düşüncələrlə  qarşı-qarşıya  qalırlar.  Bir  çox  hallarda  valideynlərin 

övladlarına qarşı hiss etdiyi utanc hissi onları evdən çıxmamağa belə təhrik edəcək 

qədər böyük ola bilər. 

     Qarşılıqlı  razılaşmaq.  Qarşılıqla  ortaq  məqsədlər  istiqamətində  razılaşmağa 

çatmaq kimi davranışların müşahidə edildiyi bu dövr  ailənin xəstəliyi qəbul etmək 

müddətinə doğru irəlilədiklərinin göstərən mərhələdir. 

     Qəbul  etmək.  Hər  bir  valideynin  bu  mərhələyə  keçid  tərzi  müxtəlifdir.  Bəzi 

valideynlərdə  əvvəlki  mənfi  hisslər  heç  vaxt  tam  olaraq  aradan  götürülə  bilmir. 

Onlar  övladlarındakı  bu  problemi  heç  vaxt  qəbul  etmirlər.  Əvvəlki  mərhələləri 

müvəffəqiyyətlə  keçmiş  valideynlər  isə  artıq  yüksək  qayğı  hissinə  baxmayaraq 

həyat  tərzlərini  və  dəyər  sistemlətini  yenidən  nəzərdən  keçirməyə  başlayırlar. 

Valideynlərdə  uşaqların  problemlərini  açıq  müzakirə  etmək,  problemlə  bağlı 

məlumatlar  toplamaq,  müdaxilə  müddətinə  qoşulmaq,  övladları  ilə  birlikdə 

cəmiyyət içərisində daha çox zaman keçirtmək kimi davranışlar müşahidə edilir. 



42 

 

 



 

Valideynlər   artıq  bu  xəstəliyin yaranmasına  heç  kəsin  günahkar  olmadığını,  

xəstəliyin   valideynlərin  davranışlarına görə ortaya çıxan bir pozuntu olmadığını 

qəbul edirlər.  

      Autizmli  uşaqların  valideynləri  yaşadıqları  çətinliklər  qarşısında  təbii  olaraq 

müxtəlif    reaksiyalar  verirlər.  Bu  reaksiyalar  valideynlərin  şəxsi  xüsusiyyətləri, 

mövcud  vəziyyəti  dərk  etmək  tərzləri  və  öz  aralarındakı  şəxsi  münasibətlərin 

keyfiyyətindən  asılı  olaraq  dəyişir.  Bu  uşaqlara  mütəmadi  baxım,  ehtiyaclarının 

qarşılanması  və  gələcəyinin  zəmanət  altına  alınacaq  olması  ailədə  narahatlığın 

yaranması  və  bu  vəziyyətə  adaptasiya  olmaqlarında  çətinliklər  törədir.  Autizmli 

uşağa sahib olmaq ailəyə bəzi məsuliyyətlərlə birlikdə bir sıra problemlər gətirir. 

Ailənin yaşadığı problemlər aşağıdakı şəkildə sıralana bilər: 



     İqtisadi  problemlər.  Ailələr  uşaqların  müalicə,  xüsusi  təhsil,  baxım  və.s  kimi 

xərclərini  qarşılamaqda  çətinliklərlə  qarşılaşırlar.  Azərbaycanda  bu  xəstəlikdən 

əziyyət  çəkən  şəxslərin  əksəriyyətinin  ailəsi  az  təminatlı  olduğundan    ciddi 

problemlərlə üzləşirlər. 



    Sağlamlıq problemləri. Yaşanılan bu stressə görə ailə üzvlərində bəzi sağlamlıq 

problemləridə  ortaya  çıxa  bilər.  Artan  əzələ  gərginliyi,  qan  təzyiqinin  yüksək 

olması,  iştahdakı  ani  dəyişikliklər,  sinir  sistemində  pozuntular,  xroniki  mədə 

ağrıları,  baş  ağrıları,  yuxusuzluq  kimi  fiziki  problemlər,  bir  işə  diqqəti  cəmləyə 

bilməmək,  dalğınlıq,  unutqanlıq,  həddindən  artıq  xəyal  görmək  kimi  zehni 

problemlər,  qəzəb,  səbəbsiz  ağlamaq,  qorxular,  geri  çəkilmək,  təcavüzkarlıq, 

depressiya kimi emosianal və psixoloji pozuntular yaşana bilməkdədir. 

    Sosial  problemlər.  Cəmiyyətdən  gələn  mənfi  reaksiyalar,  ailədəki  digər 

uşaqların  autizmli  bacı   və   qardaşlarından   utanması,  qəzalardan   qorxmaq  və  

ailənin sosial hərəkətliliyinin azalması qarşılaşan çətinliklər arasındadır. 

    Həddindən  artıq  qorumaq,  digər  ailə  üzvlərinə  zaman  ayırmamaq,  uşağı 

günahlandırmaq, uşağa qarşı  məsul olduğuna inanaraq günahkarlıq hissi keçrmək 

kimi psixoloji problemlər ailə daxili gərginlik və qarşıdurmanı artıra bilər.   

Beləliklə , ailə  daxili əlaqələrin təşkil edilməsimdə çətinliklər yaşanır. Bu vəziyyət 

bəzən evliliklərdə ciddi problemlər və cütlərin boşanması ilə nəticələnə bilər 



43 

 

 



 

                III FƏSİL. AZƏRBAYCANDA  AUTİZM   PROBLEMİ 

     3.1. Azərbaycanda autizm səviyyəsi 

     XXI  əsrin  qlobal  problemi  hesab  olunan  autizm  xəstəliyi  Azərbaycandada  öz 

aktuallığı ilə diqqət mərkəzindədir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin 

1%-i  yəni  yetmiş  milyon  əhali  autizm  xəstəliyinin  qurbanıdır.  Qeyri-rəsmi 

statistikaya əsasən  Azərbaycanda təxminən dörd minə yaxın autizm sindromundan 

əziyyət çəkən uşaqlar qeydiyyata alınmışdır. Dəqiq rəqəmlərin olmaması ailələrin 

bu  xəstəliyi  gizlətmələri,  onların  bu  xəstəliklə  bağlı  məlumatlarının  olmamasıdır. 

Digər məqam isə onların müxtəlif adlarla qeydiyyata düşmələri, kömək üçün yanlış 

yerlərə müraciət etmələri və  xəstəliyin  başqa  xəstəliklər  adı  altında qeydiyyata 

alınmasıdır.  

     Azərbaycan  autizm  sindromlu  uşaqların  artımına  görə  2014-cü  ildə  dünya 

ölkələri sırasında 3-cü yeri tutmuşdur. Hesablamalara görə uşaqlarda aşkar edilən 

autizm  xəstəliyi  QİÇS,  şəkərli    diabed    və    xərçəng    xəstəliklərinin    ümumi 

sayından çoxdur. 

31 

     Əvvəlki  illərlə  müqayisədə  son  illər  autizm  problemi  Azərbaycanda  daha  çox 



tanınır.  Lakin  Azərbaycanda  xəstəlik  sadəcə  olaraq  tanınır.  Bu  barədə  qanun 

layihəsi  və  həmin  uşaqlar  üçün  reabilitasiya  mərkəzləri  yoxdur.  Qanunda  xüsusi 

qayğıya ehtiyacı olan uşaqların sırasında autizmli uşaqlar yoxdur.  

     Autizm  xəstəliyindən  əziyyət  çəkən  uşaqların  digər  problemlərindən  biri  də 

onlar  üçün  xüsusi  məktəblərin  olmamasıdır.  Bu  uşaqlar  daun  və  digər  sindromlu 

uşaqlarla  birlikdə  onların  təhsil  proqramlarına  uyğun  şəkildə  təhsil  alırlar.  Lakin 

onlar  üçün  xüsusi  təhsil  proqramı  hazırlanmalıdır.  Autizm  yüksək  davranış 

pozuntusu olduğuna  görə ənənəvi tədris aparılan məktəblərdə təhsil ala bilməz. 

     Azərbaycanda autizmli uşaqlar və onların ailələrinin əsas problemlərinin biri də 

bu xəstəlikdən əziyyət çəkənlərə təlim keçəcək  peşakar kadrların az olmasıdır. 

    Azərbaycanda autizmin maarifləndirilməsi ilə bağlı bir çox tədbirlər planı həyata 

keçirilməkdədir.

32

 2010-cu ildə ABŞ-da başladılan və indiyədək 6 qitə 136 ölkə və  



31.

Azərbaycan  Respublikası“Autizm”Defektoloji  və  Psixoloji  Yardım  Mərkəzi  İctimai  Birliyi. 

http//www.autizm.az 


44 

 

 



 

keçirilməkdədir.

32

 2010-cu ildə ABŞ-da başladılan və indiyədək 6 qitə 136 ölkə və 



600  şəhərdə  icra  edilən  “Mavi  İşıqlarla  İşıqlandır”  layihəsinə  2012-ci  ildə 

Azərbaycan dövlətin  ən  üst  səviyyədə  dəstəyi  ilə  qoşulmuşdur.  

      2 Aprel  Dünya  Autizm   Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci 

il 62,139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunmuşdur. 

     2012-ci ildə Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı aprelin 2-

sində Beynəlxalq miqyasda qeyd olunan “Mavi İşıqla İşıqlandır” aksiyasını həyata 

keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuş və Milli parkdakı binalardan 

biri  Bakı  Biznes  Mərkəzi  mavi  işıqla  işıqlandırılmışdır.  2013-cü  ildə  isə  Heydər 

Əliyev  Fondu  UNİCEF  və  Autizm  Defoktoloji  və  Psixoloji  Yardım  Mərkəzi 

İctimai  Birliyinin  birgə  layihəsi  əsasında  Baki  Four  Seasons  oteli  mavi 

işıqlandırıldı.  Artıq  bir  neçə  ildir  ki,  həyata  keçirilən  “Mavi  İşıqla  İşıqlandır” 

layihəsi  getdikcə  yayılmaqda  olan  autizm  xəstəliyi  haqqında  insanların 

məlumatlarını  artırmaqa  yönəldilmiş  nadir  qlobal  təşəbbüsdür.  Həmin  gün  Yer 

kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə 

çarpan binalarının birini mavi işıqla işıqlandırılır. 

       3.2. Azərbaycanda   autizm    xəstəliyinin   müayinə   və   müalicə  profilli 

              müəsissələri 

      Azərbaycanda autizmin kooreksiyası ilə bağlı bir sıra özəl müəsissələr fəaliyyət 

göstərir.  Mərkəzlərin  əsas  məqsədi  autizm  və  cəmiyyət,  cəmiyyətin  bu  uşaqlara 

münasibəti,  autizm  sindromlu  uşaqları  olan  valideynləri  xüsusi  treninqlərə  cəlb 

edərək  valideynlərin  öz  uşaqlarına  yanaşma  tərzinin  dəyişdirilməsi  sayəsində 

maarifləndirmə,  autizmli  uşaqlara    xüsusi  iştirakçılar  tərəfindən    defektoloji, 

psixoloji  məşğələrlə  yardım  etmək,  ölkəmizin  bütün  regionlarında  geniş  autizm 

maarifləndirmə    layihələri    həyata    keçirtmək,  autizmlə  bağlı    müsbət  beynəlxalq 

təcrübələrin öyrənilməsi və ölkəmizə tətbiqindən ibarətdir. 

       Bu  müəsissələrdə   bir  çox layihə və tədbirlər planı  həyata  keçirilir: “Autizm  

stiqma” layihəsi, “Autizm maarifləndirmə”, “Regionlarda Autizm Maarifləndirmə” 

32.


 Əlil Təşkilatlar İttifaqı,Autizm Günü Layihəsi.http://www.udpo.az 

45 

 

 



 

“Autizmlə  mübarizə  -  imkansız  ailələrə    dəstək”  layihəsi,  “Autizmli    ailələrə   

dəstək - valideyn   treningləri”, “Fevral-Mart- Aprel   Autizm Ayları”  layihəsi və.s

 

Azərbaycanda fəaliyyət  göstərən müəsissələr və ictimai birliklər: 

    1.  Memoria  Center. Uşaq  Reabilitasiya  Mərkəzi 

    2.  Peşakar  Psixologiya  Mərkəzi 

    3.  Mədinə  Tibb  Mərkəzi 

    4.  Müasir  Psixologiya  Mərkəzi 

    5.  Sosial  Xidmətlər  Təşəbbüsü  İctimai  Birliyi 

    6.  “Autist   Uşaqların  Reabilitasiyasına  Kömək”  İctimai  Birliyi 

    7.  Müşfiq  Adına  Əlil  Uşaqlara Yardım  İctimai Birliyi 

    8.  Sumqayıt  Uşaq  İnkişaf  Mərkəzi 

    9.  Azərbaycana  Birgə  Yardım - UAFA 

   10. “Oriqami” Uşaq Reabilitasiya  Mərkəzi 

   11. Loqos  Psixoloji  və  Nitq  İnkişaf  Mərkəzi 

   12. “Autizm”  Defektoloji  və  Psixoloji  Yardım  Mərkəzi  İctimai  Birliyi  

   13. Narinc  Uşaq  Psixologiya  Mərkəzi  

       Bu  mərkəzlərin  autizmin  müalicəsi  ilə  bağlı    müxtəlif    terapiya    üsullarından 

istifadə  olunur;  ABA  (Applied  Behavioral  Analysis)  terapiya,  PECS  (Picture 

Exchange Communication  System) , Qum terapiyası,  Musiqi  və  rəqs terapiyası, 

Qrup terapiyası və.s   

      Bu  korreksiya  üsulları  autizm  xəstəliyindən  əziyyət  çəkən  uşaqların  müxtəlif 

sahələrdə  inkşafına  müsbət  təsirlərini  göstərir.  Eyni  zamanda  mərkəzlərdə 

valideynlərlə  bir  sıra  maarifləndirmə  işləri  aparılır.  Burada  məqsdə  valideynlərin 

autizm  xəstəliyinə  düçar  olmuş  övladları  ilə  nece  davranacaqlarını,  onlarla  necə 

münasibət quracaqları haqqında məlumatlar verməkdir. 

    Azərbaycanda  fəaliyyət  göstərən  belə  mərkəzlərin  cəmiyyətdə  autizm 

xəstəliyinin    tanınmasında    müsbət  təsirləri  vardır.  Müxtəlif  təhsil  ocaqlarında, 

məktəblərdə,  universitetlərdə  aparılan  maarifləndirmə  işləri  cəmiyyətin  autizmə 

düçar olmuş uşaqlarla münasibətini nisbətən dəyişmişdir. Bu mərkəzlərini sayının 

artırılması və maarifləndirmə işlərinin genişləndirilməsi vacib hesab olunur. 


46 

 

 



 

      3.3. Autizmlə  bağlı  aparılan  kooreksiya  üsullarının Azərbaycan nümunələri. 

      Azərbaycanda  autizmin  korreksiyası  ilə  bağlı  bir  çox  üsullarından  istifadə 

olunur:  ABA  (Applied  Behavioral  Analysis)  terapiya,  PECS(Picture  Exchange 

Communication    System)  ,  Qum  terapiyası,    Musiqi    və    rəqs  terapiyası,  Qrup 

terapiyası və.s   



ABA(Applied  Behavioral  Analysis)  terapiya.  İntensiv  strukturlaşdırıcı  metoddur. 

Uşağın  maraqlarından  istifadə  etməklə,  uşağın  etdiyi  hər  yeni  uğura  görə 

mükafatlandırma ilə səhvləri aradan qaldırmaqla təkrarlandırıcı metoddur. Uşaq bu 

proqram  vasitəsi  ilə  davranışları  təkrarlamır,  əksinə  müxtəlif    situasiyalarda 

müvafiq  davranış  göstərməyi  anlayır.  Terapiyanın  əsas  məqsədi  9  vacib  sferada 

inkişafa  nail  olmaqdır:  imitasiya,  qəbuletmə,  əllərin  incə  və  böyük  motorikası, 

əllərin və gözlərin iradi koordinasiyası, elementar fəaliyyətlərin qavranılması, nitq, 

özünəqulluq və sosial münasibətlər. 

       Bu  terapiyanın  əsası  bir  elmi  araşdırmaya  söykənir.  Dr.İvar  Lovaas  və 

həmkarları 1987-ci ildə 19 autist uşaqlarla həftədə 40 saat olmaqla həm ev həm də 

məktəb mühitində davranış terapiyası tətbiq etmişlər. Digər bir qrupda isə 21 uşaq 

olmaqla  həftədə  10  saat  müalicəyə  vaxt  ayırırlar.  Hər  iki  qrupdakı  uşaqların 

stereotip bacarıqları, niqi, inkişaf səviyyəsi və oyun bacarıqları eyni səviyyədədir. 

Alınan nəticələrə əsasən birinci qrupdaki 19 uşaqdan 9-u(47%) normal məktəblərə 

gedirlər  və  İQ  səviyyələrində  irəliləyiş  müşahidə  olunur  (İQ=  94-120).  8 

uşaq(42%)  birinci  sinfi  bitirir,  nitqdə  ləngimə  və  orta  dərəcədə  İQ  səviyyəsinə 

malik əqli geri uşaqlarla olan qrupda yer alır. Digər iki uşaqda isə inkişaf müşahidə 

olunmur. İkinci kontrol qrupda isə yalnız bir uşaq ibtidai məktəbi bitirir və normal 

İQ səviyyəsi göstərir.

33 


     Hər  iki  qrupda  yer  alan  və  müalicə  nəticəsində  normal  funksiya  göstərən 

uşaqlar 13 yaşlarında təkrar müşahidələr zamanı qazandıqları dəyərləri qoruduqları 

müşahidə  edilmişdir.  ABA  geniş  bir  terapiya  üsuludur.  Lakin  ən  bilinən  müalicə 

yuxarıda qeyd edilən  Lovaas metodudur. 

33.

Tohum  Otizim  Vakfı.  Otizmde  Eğitim,  Terapi  ve  Tedavi  Yöntemleri  2003,  Otizimle  ilgili 



araşdırmalar.

 


47 

 

 



 

     ABA terapiya özündə müxtəlif metodları cəmləşdirir: 



Fərdi  bloklarla  təlim.  Bu  metodun  əsasını  praktika  nəticəsində  uşaqlarda 

vərdişlərin  formalaşdırılması  təşkil  edir.  Bu  terapiyanın  strukturu  individual 

metodlardan  və  intensiv  təlimdən  ibarətdir.  Bu  metodun  köməyi  ilə  çoxsaylı 

təkrarlarla  müəyyən  bacarıqlarformalaşdırılır.Təkrarlar  uzunmüddətli  yaddaşın 

möhkəmləndirilməsinə    kömək  edir.  Xüsusi  davranış  formaları  (göz  kontaktı, 

diqqət,  əlləri  yumaq  və.s)  təlimatçı  tərəfindən  təlimatlandırılır  və  hər  birinə  fərdi 

yanaşılır.  Uşaqlarda  müsbət  davranışlar  müşahidə  olunduqda  onları 

mükafatlandırmaq tələb olunur. 



Təsadüfi  təlim.  Bu  metoddan  istifadə  qazanılmış  bacarıqların  artırılmasına  kömək 

edir.  Bu  təlimdən  istifadə  edərək  təlimatçılar  təbii  imkanlar  hesabına  uşaqlarda 

nitqi formalaşdırmağa çalışırlar. 

Bacarıqlara  dəstək  təlimi.  Uşaqlarda  motivasiyanı  yüksəldərək  onların 

bacarıqlarının inkişaf etdirilməsi.  

      Bu  terapiyada  əsasən  mükafatlandırma  və  cəzalandırma  mexanizmlərindən 

istifadə  etməklə  uşaqlarda  müəyyən  davranışları  artırmaq,  arzuolunmaz 

davranışları  isə  azaltmağa  çalışırlar.  Autist  fərdlərdə  artırılması  hədəflənən 

davranışlara nümunə olaraq təqlid bacarıqları, oyun bacarıqları, ictimai və ünsiyyət 

bacarıqları,  özünəqulluq  və.s,  azaldılması  hədəflənən  davranışlar  isə  aqressiv  və 

sterotipik  davranışlar  aiddir.  Bu  davranışlar  sistemli  müşahidələr  nəticəsində 

müəyyən olunur və qeydə alınır. Daha sonra xüsusi hazırlanmış texnikalar vasitəsi 

ilə korreksiya edilir. 

Tətbiqi  davranış  analizi  autizmə  tətbiq  olunan  digər  üsullarla  müqayisədə 

müvəffəqiyyətini təcrübi araşdırmalarda sübut etmişdir. 

Aparılmış  tədqiqatlarda  uşaqların  90%-ində  əqli  və  sosial  inkişaf  sferalarında 

yüksək irəliləyişlər müəyyən olunub. 



        PECS(Picture  Exchange  Communication  System)  terapiya  üsulu.  Bu  üsul 

Amerikalı    psixoloq  Andy  Bondy  və  Lori  Frost  tərəfindən  inkişaf  etdirilmişdir. 

Autizmli  uşaqlarla  aparılan  korreksiya  üsullarından  biridir,  uşağın  ətraf  mühitlə 

olan  ünsiyyətini  və  əlaqəsini  artırmağa  istiqamətlənmiş  sistemli  bir  üsuldur. 



48 

 

 



 

Burada  məqsəd  danışmayan  və  məhdud  söz  ehtiyacı  olan  uşaqlarda  ünsiyyətin 

inkişafı və istəklərini şəkillər vasitəsi ilə istifadə etməklə bacarıqların artırılmasıdır. 

Terapiya  üsulunun  əsas  məqsədlərindən  biridə    müəyyən  zaman  içərisində 

uşaqlarda şəkillərlə ünsiyyəti sözlərlə əvəz etməkdir.

34 


      Aparılan  araşdırmalar  PECS  üsulu  ilə  təhsil  alan  autist  uşaqların  ünsiyyətə 

başladığını,  istəklərini  ifadə  etdiklərini  və  şifahi  bacarıqların  artdığını 

müəyyənləşdırmişdi. 

      PECS terapiyaya  uşağın çox sevdiyi və sevmədiyi  yemək, oyun və tədbirlərin 

siyahısı  hazırlanaraq  başlanılır.  Daha  sonra  bu  siyahıda  qeyd  olunanlara  uyğun 

olaraq  şəkilli  kartlar  hazırlanır.  Metodu  mütləq  ailə  üzvləridə  tətbiq  etməlidir. 

PECS üsulu 6 mərhələdən   ibarətdir  və  hər  mərhələdə  fərqli   öyrənmə   üsulları  

həyata  keçirilir. 

1.

 

Fiziki  yardımlarla  dəyişiklikləri  öyrətmək.  Bu  mərhələdə  əsas  məqsəd 



uşaqların  şəkilli  kartları  pedaqoqa  uzadaraq,  pedaqoqda  olan  hər  hansı  bir 

əşyanı almaqdır. Bu mərhələdə diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli 

xüsusiyyət uşaqların şifahi ifadələrlə yönləndirilməsidi. 

2.

 



Təbiiliyin  və  davamlılığın  təmin  edilməsi.  Burada  uşaq  şəkilli  kartları  özü 

seçir və ünsiyyət ortağına verir. Bu mərhələdə diqqət uşağın tək pedaqoqla 

və məhdud mühitlərdə çalışmamasına yetirilməlidir. 

3.

 



Rəsmləri  ayır  etmək.  Birdən  çox  şəkilli  kartlar  arasında  seçim  etməyi 

öyrətməkdir. 

4.

 

Cümlə strukturları. Cümlə strukturlarının şəkillərin köməyi ilə yaradılması. 



5.

 

Nə istəyirsən? sualına cavab. İstək bildirməyi öyrətmək. 



6.

 

Obyekt  və  fəaliyətlərlə  əlaqəli  fikir  bildirməyi  öyrətmək.  Uşaqlar  nə 



istəyirsən,  nə  görürsən,  nə  eşidirsən,  burda  nə  var  və.s  kimi  sualları 

cavablandırı və öz fikirlərini bildiri. 

 Amerika  Birləşmiş  Ştatlarının  Autizm  Layihəsinin  tədqiqqtlarına  əsasən  PECS 

sistemi  ilə bir  ildən  çox  təhsil  görən  uşaqların 76%-ində ünsiyyət bacarıqlarının 

 Inkişafı müşahidə olunub. 

34.  


PECS sistemi.(türkce) htpp://www.otizm-autism.tr

 

 



49 

 

 



 

       Musiqi  və  rəqs  terapiyası.  Musiqi  terapiyası  sayəsində  duyğusal  əlaqələrin 

qurulması,  davranış  problemlərinin  azaldıması,  müvəffəqiyyət  duyğusunun 

yaradılmasına nail olunur. 

      Qum  terapiyası.  Autist  yeniyetmələrin  inkişafına  müsbət  təsir  göstərir. 

Aromaterapiya və musiqi terapiyası ilə gücləndirildikdə isə daha böyük imkanlar 

tətbiq edir. Qumla məşğələlər, xüsusi seçilmiş musiqi parçalarının eləcə də təbiət 

səslərinin sədası altında daha effektli təsir edir. Emosianal vəziyyəti tənzimləyir. 

       Qrup terapiyası. Qrup  terapiyası  Kitahara  metodikasına   əsaslanaraq Tokio  

şəhərində  xüsusi  məktəbdə  tətbiq  olunmuş  sonra  isə  Boston  məktəbində  hansı 

ki,  autik    uşaqların    normal    uşaqlarla    birlikdə    təhsil    aldığı    məktəbdə    tətbiq 

olunmuşdur. 

      Əsas prinsip: uşaqda  “həyat ritminin”  qrup  prosesləri  əsasında  formalaşması. 

Əsas  məqsəd:  uşaqlarda    emosional    sferanı  stabilləşdirmək,    fiziki  inkşafın  və 

uşaqların  özünəxidmət  vərdişlərini  intellektual  inkişafını  qrup  normaları 

çərçivəsində  təmin etməkdir. 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



50 

 

 



 

               IV. FƏSİL. AUTİZMİN  KLİNİKASI  VƏ  KORREKSİYASI .         



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin