XƏZƏr universiteti humanitar və sosial elmlər faküLTƏSİ


Tədqiqatda istifadə olunan klinik  material və metodlar



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix01.01.2017
ölçüsü1,24 Mb.
#4279
1   2   3   4   5   6

     4.1. Tədqiqatda istifadə olunan klinik  material və metodlar 

     4.1.1. Tədqiqat iştirakçıları 

     Tədqiqatda  76  nəfər  autizm  xəstəliyindən  əziyyət  çəkən    uşaqlar  və  onların 

valideynləri  iştirak  etmişdir.    Tədqiqata  cəlb  olunanalar    Müasir  Psixologiya 

Mərkəzi  və  Loqos    Psixoloji    və  Nitq  İnkişaf    Mərkəzinə  müraciət  edən  

xəstələrdən ibarətdir. Araşdırmaya cəlb olunanlar 2-4 yaş arası uşaqlardır. Hər bir 

autizmə  düçar  olan  uşağın  valideyninə  tədqiqatın  məqsədi  haqqında  məlumat 

verilmiş    və  onlara  tədqiqatdan  imtina  etmək  imkanını  olduğun  izah  edilmişdir. 

Eyni zamanda hər bir məlumatın yalnız tədqiqat üçün istifadə olunduğu və anonim 

qaldığı barədə informasiya verilmişdir.  Beləliklə, tədqiqatda iştirak edənlər  iştirak 

haqqında    məlumatlı  razılıq  verilmişdir.    Xəstələrin  seçilməsi  prosesi  zamanı 

aşağıdakı meyarlar əsas götürülmüşdür: 

      1. Ən azı bir il və bir ildən artıq  müalicə olunan  autizm xəstəliyindən əziyyət   

          çəkən uşaqlar 

      2. Bir aya qədər mərkəzlərə müraciət etmiş  autizm xəstəliyindən əziyyət çəkən  

          uşaqlar 

      3. Yaş həddi 2-4 arası təşkil etməlidir. 

     4.1.2. Klinik tədqiqatda istifadə olunmuş metodikalar 

     Tədqiqatda  2  metodikadan  istifadə  olunub:  CHAT(Checklist  For  Autism  İn 

Toddlers)-  Uşaqlarda  Autizm  üçün  Yoxlama  Siyahsı,    CARS(Childhood    Autism 

Rating  Scale)-  Uşaqlarda Autizm Reytinq Şkalası. 

     CHAT-  S.Baron-Cohen,    J.Allen  və  C.Gillberg  tərəfindən  istifadə  edilib. 

Autizm  diaqnozu  alma  riski  olan  uşaqların  18  aylığından    etibarən  təyin  olması 

üçün istifadə edilir. İngiltərə, İspaniya, Çin, Hollandiya və ABŞ-da geniş istifadə 

edilən metodikalardandır. CHAT testində aşağıdakı əlamətlərə əsas götürülür: 

      1. Autizm alma riski 

      2. 18 ayından etibarən təyin olunur 


51 

 

 



 

  3. 5-15 dəqiqə  arası tamamlanmalıdır. 

CHAT testi 14 maddədən və 2 hissədən ibarətdir: 

Hissə A: Valideynlərdən soruşulan  9  sual. Suallara “Bəli-Xeyr” cavabları verilir. 

Hissə B: Tədqiqatçının  müşahidəsindən  ibarətdir. Burada 5 sual cavablandırılır. 

Suallara “Bəli-Xeyr”  cavabları verilir.  

CHAT  testindəki  14  maddədən  5-i  uşağa  autizm  diaqnozu  qoyulma  riskindən 

xəbər verən kritik  maddədir. Bu maddələr aşağıdakılardır: 

Hissə A: A-5, A-7 

Hissə B: B2, B3, B4 

     CARS  -  Eric  Schopler  tərəfindən  müəyyən  edilmişdir.  Ən  çox  istifadə  olunan 

şkalalardan  biridir.  Bu  şkala  2-4  yaş  arası  uşaqlarla  aparılır.    Tədqiqat  

valideynlərin  izahatı  və  uşaqların  birbaşa    müşahidəsi  ilə  aparılır.  Tədqiqat  30 

dəqiqə  müddətində aparılır. 15  davranış sahəsində qiymətləndirmə aparılır: 

      İnsanlara  qarşı  münasibət,  Təqdid  etmə  bacarığı,  Emosiyalar,  Bədəni  idarə 

etmə,  Predmetlərdən  istifadə  etmə,  Dəyişikliklərə  uyğunlaşma,  Görmədə(vizual 

cavab)  istifadə,  Eşitmədən  (eşitmə  cavabı)  istifadə,  Cavab  və  iy  duyğusundan, 

toxunma  hissindən  və  daddan  istifadə,  Aqressivlik  və  qorxular,  Şifahi 

kommunikasiya,  Qeyri-verbal  kommunukasiya,  Fəllığın  səviyyəsi,  Səviyyə  və 

intellektual  cavabın yekdilliyi, Ümumi təəssürat. 

      Şkalanın  maddələrinə  aid  hər  bir  kateqoriya    üçün  davranış  qiymətləndirilir.  

Uşaqların davranışlarını ən yaxşı təsvir edən maddə balla qiymətləndirilir: 1.2,3,4. 

     Qiymətləndirmənin  kateqoriyaları:  ümumi  bal  15-30  autizm  yoxdur,  30-36 

yüngül  dərəcədən    orta  dərəcəyə  qədər  autizmin  təzahürü,  36-60  ağır  autizm. 

Müşahidə  metodundan daha çox psixoterapiya zamanı istifadə edilib. 

     4.1.3. Tədqiqatın strukturu. 

     Tədqiqat 4 mərhələdən ibarətdir. Birinci mərhələdə tədqiqatın dizaynını qurduq 

və  korellasion  eksperimental  tədqiqat  apardıq.  Daha  sonra  tədqiqatın  metodları 

müəyyənləşdirilib.  Azərbaycan  dilində  standartlaşdırılmışdır.  İkinci  mərhələdə  

tədqiqatın  həyata  keçirilməsinə  başlanılmışdır.  Məlumatlar  toplanmış,  kopyuterə 



52 

 

 



 

salınmışdır.  Tədqiqatın  bütün  etik  qaydaları  Azərbaycan  Psixiatriya  Assosasiyası 

tərəfindən təsdiq olunmuşdur. Hər bir autizmli uşaqların valideynlərinə  tədqiqatın 

məqsədi  haqqında    informasiya  verilmiş  və  onların  tədqiqatdan  imtina  etmək 

imkanı  olduqları  bildirilmişdir.  Nəticədə,  bütün  tədqiqatda  iştirak  edənlər 

məlumatlı  razılıq  verilmişdir.  Pasientlərin  seçilməsində  bəzi  meyarlar  nəzərə 

alınmaqla tədqiqata başlanılmışdır. Tədqiqat aşağıdakı metodikaların ardıcıllığı ilə 

aparılmışdır: 

     1. CHAT testi birinci mərhələ, valideynlərə təqdim olunan suallar. 

     2. CHAT testi ikinci mərhələ, uşaqlarla aparılan müşahidə 

     3. CARS uşaqlarda autizm yoxlama siyahsı 

Üçüncü  mərhələdə    əldə  edilmiş  məlumatlara  sistemləşdirmə,  analiz  və  statistik 

işlənmə  aparılmışdır.  Dördüncü  mərhələdə  əldə  edilmiş  bu  işlər  dissertasiya 

formasına salınmışdır. 

      4.1.4. Tədqiqatın statistik təhlili. 

      Nəticələrin  işlənməsi  SPSS  proqramı  16.0  versiyaları  vasitəsi  ilə  həyata 

keçirilmişdir.  Əhəmiyyətliliyin  səviyyəsi  (p<0.05)  olmalıdır.  Dürüstlük  p  əmsalı 

vasitəsi    ilə  yoxlanılmışdır.  Klinik  göstəricilər  arasında  korelyasiya  müəyyən 

etmək məqsədi ilə bivariate korellate, Sperman əmsalından istifadə olunmuşdur.  

       4.2. Klinik  tədqiqatda  istifadə olunan metodikalar və onların  təhlili. 

       Tədqiqata daxil olan xəstələr 2 qrupa bölünmüşdür. Birinci qrupa (əsas və ya 

eksperimental qrup) 1 il və daha uzun müddət  ABA və PECS korreksiya üsulları 

ilə  müalicə  alan  uşaqlar  daxildir.  İkinci  qrupa  (kontrol  qrup)  1  ay  və  daha  az 

müddət ABA və PECS  korreksiya üsulları ilə müalicə alan uşaqlar daxildir. 

       Tədqiqatda  istifadə  edilən  CARS  metodikasının  ümumi  nəticələrinin  faizlə 

göstəriciləri aşağıdaki cədvəldə qeyd edilmişdir. (Bax:Cədvəl.4.1.) 



                                                                                                                    Cədvəl.4.1.                                                                                                                                         

 

   Göstəricilər 

 

                       Göstəricilərin səviyyəsi 

 Yüngül 


     Orta 

   Ağır 


 Çox ağır 

53 

 

 



 

İnsanlara qarşı   

münasibət 

10.5% 


40.7% 

28.9% 


19.7% 

Təqlid etmə 

 Bacarığı 

14.4% 


40.7% 

34.2% 


10.5% 

Emosiyalar 

2.6% 

44.7% 


39.7% 

13.1% 


Bədəni idarə etmə 

7.8% 


35.5% 

43.4% 


13.1% 

Predmetlərdən 

istifadə 

10.5% 


35.5% 

42.1% 


11.8% 

Görmədən istifadə  1.3% 

55.2% 

26.3% 


17.1% 

Eşitmədən istifadə  5.2% 

57.8% 

38.1% 


14.4% 

Şifahi 


kommunikasiya 

6.5% 


39.4% 

47.3% 


6.5% 

Qeyri-verbal 

kommunikasiya 

5.2% 


38.1% 

47.3% 


9.2% 

Ümumi təəsurat 

9.2% 

46.1% 


30.2% 

14.4% 


 

CARS  testinin  ümümi  nəticələrinə  əsasən  uşaqlarda  yuxarıda  qeyd  olunan 

göstəricilərdə  əsasən  orta  və  ağır  səviyyə  üstünlük  təşkil  edir.  CARS  testinin 

nəticələrinin  kontrol  və  əsas  qrupda  fazilə  göstəriciləri  aşağıdakı  cədvəldə  qeyd 

edilmişdir.  (Bax:Cədvəl.4.2

                                                                                                                    Cədvəl.4.2. 

 

Göstəricilər 

 

 



                                      Autizmin səviyyəsi 

                   Əsas qrup 

            Kontrol qrup 

Yüngül  Orta 

Ağır 

Çox 


ağır 

Yüngül  Orta  Ağır  Çox 

ağır 

İnsanlara qarşı 



münasibət 

22.2% 


52.7%   25% 

 0% 


    0% 

15% 


47.5%  37.5% 

Təqlidetmə 

Bacarığı 

19.4% 


58.3 %  22.2%    0% 

    0% 


25% 

57.5%  17.5% 



54 

 

 



 

Emosiyalar 

5.5% 

66.6%  27.7%  0% 



  0% 

15% 


60% 

25% 


Bədəni  idarə  

etmə 


16.6% 

58.3%  16.6%  8.3%    0% 

22.5%  52.5%   25% 

Predmetlərdən 

istifadə 

22.2% 


61.1%  16.6%  0% 

   0% 


15% 

62.5    


22.5    


Görmədən 

istifadə 

8.3% 


63.8   

16.6%  11.1%     0% 



17.5%  50% 

32.5% 


Eşitmədən 

istifadə 

15% 

60% 


 25% 

0% 


   0% 

11.1%  66.6%  22.2% 

Şifahi 

kommunikasiya 



30.5% 

50% 


19.5%  0% 

   0% 


15% 

50% 


35% 

Qeyri-verbal 

kommunikasiya 

11.1% 


61.1%  27.7%  0% 

    0% 


20% 

62.5    


17.5    


 % 

Ümumi təəsurat  19.4% 

61.1%  11.1%  8.3%      0% 

40% 


32.5%  27.5% 

      


     CARS  testinin  nəticələrinə  əsasən  əsas  qrupda  insanlarla  münasibət,  bədəni 

idarəetmə,  predmetlərdən  istifadə,  vizual  cavab,  eşitmədən  istifadə,  şifahi 

kommunikasiya,  qeyri-verbal  kommunikasiya,  fəallıq  səviyyəsi,  təqlid  etmə 

bacarığı və ümumi təəsürat sferasında daha çox inkişaf müşahidə edilir. 

Aşağıdakı  diaqramlarda  isə əsas və kontrol qrupda  nəticələrin müqayisəli təhlili 

göstərilmişdir: 



      1. İnsanlara qarşı münasibətin müqayisəli təhlili. 

      Əsas və kontrol qrupda autizm xəstəliyindən əziyyət çəkən uşaqlarda insanlara 

qarşı münasibətin müqayisəli təhlili: (Bax:Şəkil4.1

      Tədqiqatın  nəticələrinə  əsasən  kontrol  qrupda  (n=40)  uşaqların  insanlarla 

münasibəti 15% (n=6) orta, 47.5% (n=19) ağır və 37.5% (n=15) çox ağır olduğu 

halda, əsas qrupda (n=36) bu nəticələr  22.2% (n=8) yüngül, 52.7% (n=19) orta  və 

25%  (n=9)  ağır  səviyyədədir.  Kontrol  qrupda  insanlara  qarşı  münasibətdə 

uşaqlarda ağır və çox ağır səviyyə üstünlük təşkil edir. Apardığım  müşahidələrin 


55 

 

 



 

nəticələrinə  əsasən  kontrol  qrupda    uşaqlar  təcrid  olunduqlarını  nümayiş  etdiri, 

onların  diqqətini  çəkmək  olduqca  çətindir.  Əsas  qrupda  əsasən  insanlara  qarşı 

münasibət  orta,  səviyyədədir,  uşaqlar  göz  kontaktından  qaçır  və  həddindən  artıq 

utancaqlıq nümayiş etdirir, öz yaşıdları ilə müqayisədə valideynlərindən daha çox  

asılıdır.                                                                                                        



                                                                                                                       Şəkil.4.1. 

                 

 

     2. Emosiyaların   müqayisəli  təhlili. 



     Əsas  (n=36)  və  kontrol  (n=40)  qrupda  autizm  xəstəliyindən  əziyyət  çəkən 

uşaqlarda emosiyaların müqayisəli təhlili: (Şəkil4.2) 

Tədqiqatın  nəticəsinə  əsasən  kontrol  qrupda  (n=40)    uşaqlarda  emosiyalar  15% 

(n=6)  orta,  60%  (n=24)  ağır,  25%  (n=10)  çox  ağır  səviyyədədir.  Əsasən  isə 

emosiyaların  ağır  səviyyəsi  üstünlük  təşkil  edir.  Apardığım  müşahidələr 

nəticəsində  də  müyyən  olunmuşdur  ki,  kontrol  qrupda  uşaqlar  vəziyyətə  və 

emosiyalara uyğun olmayan əlamətlər  göstərir. Uşaqlar  əsasən ağız-burun  əymək,  

gülmək  kimi  hərəkətlər   nümayiş  etdirir və  ya  obyektlərə  və  ətrafında  baş  

verən hadisələrə qarşı hər hansı bir emosiya ifadə etmir. 

      Əsas  qrupda  (n=36)  uşaqlarda  emosiyalar  5.5%  (n=2)  yüngül,  66.6%  (n=24) 

orta,  27.7% (n=10) ağır  səviyyədədir. Əsasən orta  səviyyə daha  çox  üstünlük   

təşkil    edir.    Uşaqlar    bəzi      hallarda  gözlənilmədən  vəziyyətə  uyğun  olmayan 

emosiyalar nümayiş etdirir. 



                                                                                                                       Şəkil.4.2. 

0

5



10

15

20



yüngül

orta


ağır

çox ağır


əsas qrup

kontrol qrup



56 

 

 



 

               

        

      3.Uşaqlarda bədəni idarə etmənin müqayisəli təhlili. 

      Əsas  (n=36)  və  kontrol  qrupda  (n=40)  autizm  xəstəliyindən  əziyyət  çəkən 

uşaqlarda bədəni idarə etmənin müqayisəli təhlili:(Şəkil4.3



                                                                                                                       Şəkil.4.3.                    

                

          

Tədqiqatın  nəticələrinə  əsasən  kontrol  qrupda  (n=40)  bədəni

  idarə  etmənin 

göstəriciləri  22.5%  (n=9)  orta,  52.5%  (n=21)  ağır,  25%  (n=10)  isə  çox  ağır 

səviyyədə  dəyişmişdir.  Apardığım  müşahidələr  nəticəsində  də    müəyyən 

olunmuşdur  ki,  kontrol  qrupda  uşaqlarda  bədəni  idarə  etmənin  ağır  və  orta 

səviyyəsi müşahidə edilir, bu səviyyəyə daxil olan uşaqlarda qeyri-adi davranışlar, 

bədənin və barmaqların qeyri-adi vəziyyəti özünü göstərir.    

     Əsas  qrupda  (n=36)  isə  16.6%  (n=6)  yüngül, 58.3%  (n=21)  orta, 16.6%  (n=6) 

ağır, 8.3% (n=3) isə çox ağır səviyyədə dəyişmişdir. Bədəni idarə etmə daha çox 

orta  səviyyədə  üstünlük  təşkil  edir.  Bu  uşaqlarda  bədəni  idarə  etmə  normaldır, 

lakin bəzi hallarda təkrarlanan davranışlar müşahidə olunur. 

0

5

10



15

20

25



yüngül

orta


ağır

çox ağır


əsas qrup

kontrol qrup

0

5

10



15

20

25



yüngül

orta


ağır

çox ağır


əsas qrup

kontrol qrup



57 

 

 



 

     4.Predmetlərdən istifadənin müqayisəli təhlili. 

     Kontrol  (n=40)  və  əsas  qrupda  (n=36)  autizm  xəstəliyindən  uşaqlarda  

predmetlərdən  istifadənin   nəticələrinin   müqayisəli   təhlili:(şəkil4.4). 

     Tədqiqatın   nəticəsinə  əsasən  kontrol  qrupda  (n=40)  predmetlərdən   istifadə 

istifadə etmənin göstəriciləri 15% (n=6) orta, 62.5% (n=25) ağır, 22.5% (n=9) çox 

ağır olduğu halda, əsas qrupda (n=36) bu göstəricilər 22.2% (n=8) yüngül, 61.1% 

(n=22)  orta,  16.6%  (n=6)    isə  ağır  səviyyədədir.  Apardığım  müşahidələrin 

nəticəsində  də  müəyyən  olunmuşdur  ki,  kontrol  qrupda  uşaqlarda  predmetlərdən 

istifadə  daha  çox  ağır  səviyyədədir.  Uşaqlar  oyuncaqlara  kiçik  maraq  göstərir, 

qeyri-adi  üsullarla  oyuncaqlarla  oynayır,  oyuncağın  bəzi  əhəmiyyətsiz  hissəsinə 

fokuslana  bilərlər.  Əsas  qrupda  isə  orta  səviyyə  üstünlük  təşkil  edir,uşaqlar  əsasə 

oyuncaqlar maraq göstərir və onlarla daha  primitiv səviyyədə oynayırlar.  



                                                                                                                       Şəkil.4.4. 

               

 

     5. Uşaqlarda vizual cavbdan istifadənin nəticələrinin müqayisəli təhlili. 

     Kontrol  və  əsas  qrupda  autizm  xəstəliyindən  əziyyət  çəkən  uşaqlarda  vizual 

cavab (görmədən istifadə) nəticələrinin müqayisəli təhlili: (Şəkil.4.5

     Tədqiqatın  nəticəsinə  əsasən  kontrol  qrupda  (n=40)  görmədən  istifadə  17.5% 

(n=7) orta, 50% (n=20) ağır, 32.5% (n=13) isə çox ağır səviyyədə özünü göstərir. 

Kontrol  qrupda  daha  çox  görmədən  istifadənin  ağır  səviyyəsi  üstünlük  təşkil 

edir.Apardığım  müşahidələrin nəticəsində uşaqların hər hansı bir  əşyaya baxması 

üçün  ona  bunu  mütəmadi  olaraq  xatırlatmaq  lazımdır,  uşaqlar  başqalarının 

gözlərinə baxmaqdan çəkinir.  

0

5



10

15

20



25

yüngül


orta

ağır


çox ağır

əsas qrup

kontrol qrup


58 

 

 



 

                                                                                                                        Şəkil4.5.  

                

 

    Əsas  qrupda  (n=36)  isə  uşalarda  görmədən  istifadə  8.3%  (n=3)  yüngül,  63.8% 



(n=23.) orta, 16.6% (n=6) ağır, 11.1% (n=4) isə çox ağır səviyyədə özünü göstərir. 

əsas  qrupda  görmədən  istifadənin  orta  səviyyəsi  üstünlük  təşkil  edir,  uşaqlarda  

görmədən      istifadə    də      inkişaf    müşahidə  olunur    çox    az    bir    müddət    göz 

kontaktı qurmağı bacarırlar. 

      6. Uşaqlarda eşitmədən istifadənin müqayisəli təhlili. 

      Kontrol  qrupda  və  əsas  qrupda  autizm  xəstəliyindən  əziyyət  çəkən  uşaqlarda 

eşitmədən istifadənin nəticələrinin müqayisəli təhlili.(Şəkil.4.6.) 

                                                                                                                       Şəkil.4.6.  

                   



 

      Tədqiqatın  nəticəsində  müəyyən  olunmuşdur  ki,  kontrol  qrupda(n=40) 

eşitmədən  istifadənin  göstəriciləri  15%  (n=6)  orta,  60%  (n=24)ağır,  25%  (n=10) 

çox  ağır  olaraq  qiymətləndirilir.  Kontrol  qrupda  daha  çox  eşitmədən  istifadənin 

ağır  səviyyəsi  üstünlük  təşkil  edir.  Apardığımız  müşahidələr  nəticəsindədə 

0

5



10

15

20



25

yüngül


orta

ağır


çox ağır

kontrol qrup

əsas qrup

0

5



10

15

20



25

yüngül


orta

ağır


çox ağır

kontrol qrup

əsas qrup


59 

 

 



 

müəyyən olunmuşdur ki, səslərə qarşı uşaqların cavabı müxtəlifdir, hətta  bir neçə 

təkrarda sonra belə  uşaqlar  səslərə  məhəl  qoymur, bəzi gündəlik səsləri eşitdikdə 

qulaqlarını bağlayırlar. 

      Əsas qrupda(n=36) isə eşitmədən istifadənin göstəriciləri 11.1% (n=4) yüngül, 

66.6% (n=24)orta, 22.2% (n=8) isə ağır dərəcədə olaraq qiymətləndirilmişdir. Əsas 

qrupda eşitmədən istifadənin daha çox orta səviyyəsi üstünlük təşkil edir. Uşaqlar 

səslərə  zəifdə  olsa  reaksiya  göstərməyi  bacarırlar,  bəzi  hallarda  uşaqlarda  cavab 

reaksiyaları ləngiyə bilər. 

    7.Şifahi kommunikasiya bacarıqlarının müqayisəli təhlili. 

    Kontrol    və  əsas  qrupda  autizmdən  əziyyət  çəkən  uşaqlarda  şifahi  

kommunikasiya bacarıqlarının nəticələrinin müqayisəli təhlili:(Bax:Şəkil.4.7

   Tədqiqatın  nəticəsinə  əsasən  kontrol  qrupda  (n=40)  şifahi  kommmunikasiya 

bacarıqları əsasən 15% (n=6) orta, 50% (n=20) ağır, 35% (n=14) çox  ağır olaraq 

qiymətləndirilir.  Apardığım  müşahidələrin  nəticəsinə  əsasən    kontrol  qrupa  daxil 

olan uşaqlar dərk edilməmiş nitqə malikdirlər, uşaqlar qeyri-təbii sözlərdən və ya 

frazalardan daim istifadə edirlər. 

                                                                                                                       Şəkil.4.7. 

          

 

      Əsas  qrupa  (n=36)  daxil  olan  uşaqlarda  isə  şifahi  kommunikasiya  bacarıqları 

əsasən    30.5%  (n=11)  yüngül,  50%  (n=18)  orta,  19.5%  (n=7)  isə  ağır  səviyyədə 

qiymətləndirilir. Müşahidələr nəticəsində də müəyyən olunmuşdur ki, əsas qrupda 

daxil  olan  uşaqlarda  şifahi  kommunikasiyanın  pozulması  orta  səviyyədədir. 

İstifadə  edilən  nitqin  bir  hissəsi  dərk  edilmişdir,  əsasən  üçüncü  şəxsin  dilindən 

0

5



10

15

20



yüngül

orta


ağır

çox ağır


kontrol qrup

əsas qrup



60 

 

 



 

müraciət edirlər. Həmçinin nitqdə müxtəlif  jarqonlar və bəzi exolaliyalar müvcud 

ola bilər. 

     8. Uşaqlarda qeyri-verbal kommunikasiya bacarıqlarının müqayisəli təhlili. 

     Kontrol  və  əsas  qrupda    uşaqlarda  qeyri-verbal  kommunikasiya  bacarıqlarının 

müqayisəli təhlili: (Şəkil.4.8.) 

     Tədqiqatlarını  nəticəsinə  əsasən  kontrol  qrupda  (n=40)  qeyri-verbal 

kommunikasiyadan istifadə bacarıqları 20% (n=8) orta, 62.5% (n=25) ağır, 17.5% 

(n=7)  çox  ağır  səviyyədə  qiymətləndirilir.  Apardığım  müşahidələr  nəticəsində  də 

müəyyən  olunmuşdur  ki,  uşaqlar  öz  ehtiyaclarını  və  arzularını  qeyri-verbal  yolla 

ifadə edə bilmir və başqa insanların qeyri-verbal kommunikasiyasını  anlaya bilmir. 



                                                                                                                       Şəkil.4.8. 

             

 

     Əsas    qrupda  (n=36)    isə    qeyri-verbal    kommunikasiyadan    istifadə  



tədqiqatların    nəticəsinə  əsasən  11.1%  (n=4)  yüngül,  61.1%  (n=22)  orta,  27.7% 

(n=10) isə ağır səviyyə olaraq  qiymətləndirlir. Müşahidələr nəticəsində  müəyyən 

olunmuşdur ki, eyni yaş dövrünün uşaqları ilə müqayisədə autist uşaqlar istədiyinə 

nail olmaq üçün daha spesiifik jestlərdən istifadə edirlər. 



     9. Uşaqlarda təqlid etmə bacarığının müqayisəli təhlili. 

      Əsas  və  kontrol  qrupda  autizm  xəstəliyindən  əziyyət  çəkən  uşaqlarda  təqlid 

etmə bacarıqlarının müqayisəli təhlili:(Şəkil4.9.)                                                                                                                    

      Tədqiqatın  nəticəsinə  əsasən  kontrol  qrupda  (n=40)  təqlid  etmə  bacarığı  25% 

(n=10) orta, 57.5% (n=23) ağır, 17.5% (n=7) çox ağır səviyyədə qiymətləndirilir. 

Apardığım  müşahidələr  nəticəsində  də  müəyyən  olunmuşdur  ki,  kontrol  qrupda 

0

5

10



15

20

25



yüngül

orta


ağır

çox ağır


kontrol qrup

əsas qrup



61 

 

 



 

uşaqlar    kömək  və  dəsdək  olduqda  belə  sözləri,  davranışları  təqlid  etməyi 

bacarmırlar. 

    Əsas qrupda (n=36) isə təqlid  etmə bacarığı 19.4% (n=7)  yüngül, 58.3% (n=21)  

orta, 22.2% (n=8) isə ağır səviyyədə qiymətləndirilir.  

Uşaqlar əl çalmaq kimi sadə davranışları və bəzi səsləri təqlid  etməyi bacarır.  



                                                                                                                       Şəkil.4.9. 

                 

 

  10.Ümumi təəssürat. Autizm səviyyəsi. 

                                                                                                                     Şəkil.4.10. 

                 

 

Kontrol  qrupda  autizmin  səviyyəsi  32.5%  (n=13)  orta,  40%  (n=40)  ağır,  27.5% 



(n=11) isə çox ağır olaraq, əsas qrupda isə autizmin səviyyəsi 19.4% (n=7) yüngül, 

61.1%  (n=22)  orta,  11.1%  (n=4)  ağır,  8.3%  (n=3)      çox  ağır    olaraq  

qiymətləndirilir.     

     CHAT testinin ümümi nəticələri və onların təhlili. 

CHAT testinin nəticələrinin fazilə göstəriciləri aşağıdakı cədvəldə qeyd edilmişdir:  

(Bax:Cədvəl.4.3.) 

0

5



10

15

20



25

yüngül


orta

ağır


çox ağır

əsas qrup

kontrol qrup

0

5



10

15

20



25

yüngül


orta

ağır


çox ağır

əsas qrup

kontrol qrup


62 

 

 



 

                                                                                                                    Cədvəl.4.3. 

 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin