XƏZƏr universiteti humanitar və sosial elmlər faküLTƏSİ


p11                  Naməlum               Yüksək



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix01.01.2017
ölçüsü1,24 Mb.
#4279
1   2   3   4   5   6

 16p11 

                Naməlum 

             Yüksək 

 22 q silinməsi 

                SHANK3 

              1% 

 Kövrək X xromosomu 

                FMR1 

      Kişilər arasında 25%, 

      Qadınlar arasında  6%              



 Rett sindromu 

                MECP2 

              0.5% 

 Fragile-x Xq27.3 

                FMR1  

              7-8% 



 Joubert sindromu 

  Xromosom 17p11 mövqeyi 

              Naməlum 

       


       ABŞ-in  Yale,  Harvard,  Vaşinqton  Universitetləri  tərəfindən  həyata  keçirilən 

üç  ayrı  araşdırmada

11

  uşaqlarda  bu  xəstəliyin  görülmə  riskinin  valideynlərin  yaşı 



artdıqca artdığı və xüsusilə 35 yaşından yuxarı atalar üçün bu riskin daha yüksək 

olduğu  ifadə  edimişdir.  Bu  xəstəliklə  bağlı  araşdırmalarının  dönüş  nöqtəsi  ola 

biləcək  üç  araşdırmada  de  novo  mutasiyalar  olaraq  bilinən  və  nadir  rast  gəlinən  

genetik  pozuntulara  diqqət  yetirilir.  Valideynlərdə  xəstəliyin  əlamətinin 

olmamasına  baxmayaraq,  uşaqları  autizm  xəstəsi    olan  cütlərin    qanlarındakı 

genetik materiallar analiz edildi.  

11.

Otizm çalışmalarındaki son gelişmeler.(türkcə) http//www.e-psikiyatri.com// 



14 

 

 



 

     Beləliklə,  ana    və    atadan      keçmiş    genetik    xüsusiyyətlərin    araşdırılması  

yerinə  autizm    xəstəliyinə    səbəb    ola    biləcək  ilk  mutasiyaların  araşdırılması 

planlaşdırıldı. 



    De  novo  mutasiyalar  irsi  olmasada,   hamiləliyin   əvvəlində  və  ya  hamiləlik  

müddətində təbii olaraq ortaya çıxır.  

       İlk  araşdırma  Yale  Universitetində  genetik  mühəndis  və  uşaq  psixiatrı 

Dr.Matthew Sate tərəfindən aparıldı. Tədqiqatlarda bir-biri ilə qohumluğu olmayan 

autizm  xəstəsi  iki  uşağın  eyni  genlərində  de  novo  mutasiyalar  aşkarlandı.                          

Ikinci  tədqiqat  Vaşinqton  Universitetində  Dr.Evan  Eichler  tərəfindən  aparıldı. 

Oxşar nəticə verən bu araşdırmadada eyni gendə genetik pozuntular təsbit edildi.        

Üçüncu  və  bənzər  araşdırma  Harvard  Unviversitetində  Mark  Daly  və  qrupu 

tərəfindən  reallaşdırıldı.  Hər  üç  araşdırma  autizm  riskinin  valideynlərin  yaşının 

irəlilədikcə  artdığını  göstərirdi.  Kişilərdəki  DNT-in  qadınlara  nisbətən  genetik 

pozuntuya  səbəb  olma  ehtimalının  dörd  qat  daha  çox  olduğu  təsbit  edilmişdir. 

Autizm  xəstəsi  bir  uşağa  sahib  olma  riskinin  25  yaşındakı  kişilərə  nisbətən  35 

yaşındakı kişilərdə artması, yaş faktorunun təsiri tətbiq edilmişdir.  

       ABŞ-ın  Cold  Spring  Harbar  Laboratoriyasında  (CSHL)  Amerikalı  professor 

Michael Wigler 2007-ci ildə autizm xəstəsi uşaqlarda 16-cı xromosom üzərindəki 

bəzi genlərin kiçik bir hissəsinin “silindiyini” tədqiq etmişdir.

12

 Bu hissə “16p11.2” 



adı  verilən  gen  bölməsindəki  27  genə  təsir  edir.  Həmin  lobaratoriyada  professor 

Aleo  Mills  və  qrupu  xromosom  mühəndisliyi  deyilən    bir  texnika  ilə  “autizm 

xəstəsi” edilən siçanlarla bir model meydana getirdiklərini və ilk dəfə bu genlərin 

daha  az  sayda  surətinin  genetik  miras  olaraq  keçməsinin  uşaqlardakı  autizm 

xəstəliyinə  bənzər  simptomlara  yol  açdığını  göstərdi.    İnsanlardakına    uyğun    bir  

şəkildə  gen  qrupunun “silinməsinin” nəyə  yol açdığını öyrənmək üçün 16p11.2 

xromosom  hissəsində  eyni  anomaliya  yaratmaq  məqsədi  ilə  siçanlarda  edilən 

genetik  dəyişiklik  klinik  olaraq  heyvanlarda  autizm  xəstəsi  insanlardakına  bənzər 

davranışlara  yol  açdı.  Tədqiqatçılar  bu gen qruplarının alındığı siçanların normal  

12.


 

Аутизм


генетические причины.http//www.medici.ru//news

 


15 

 

 



 

siçanlardan tamamilə fərqli davranışlar göstərdiklərini ifadə edərək  bu siçanlarda 

autizm  xəstəliyində  görülən  ətraf  mühitə  uyğunlaşmada  çətinlik,  yuxusuzluq  və 

təkrar hərəkətlər kimi davranışlar müşahidə edilmişdir. 

      Dünyanın böyük araşdırma proyekti olan  Autizm  Genom  Layihəsi  sayəsində 

aparılan tədqiqatlar autizmlə bağlı genlərin  təsnifatlaşdırılması və genetik testlərin 

kompleks tətbiqi, autizm diaqnostika və müalicəsində mühüm vasitədir. 

     


Autizm  Genom  Layihəsinə  11  ölkədən  50-dən  çox  elmi-tədqiqat  mərkəzi 

daxildir.  Bu  xəstəliklə  bağlı  genetik  istiqamətdə  araşdırmalar  hələ  də  davam 

etməkdədir.  Əgər  autizmə  genetik  faktorların  səbəb  olduğu  sübut  olunarsa, 

uşaqların  autizm  sindromlu    xəstə  olaraq  dünyaya  gələcəyi  ana  bətnində  olarkən 

müəyyən ediləcək və müxtəlif dərmanlarla müalicəsi aparılacaq.

13

 



     Autizmin  yaranmasında  ekoloji  amillərin  rolu.  80-ci  illərdən  etibarən  ekoloji 

zərərli  maddələrin  autizm  üzərində  olan  təsirləri  daha  geniş  araşdırılmağa  

başlanılmışdır.  Bu  araşdırmalara  görə  autizmin  genetik  alt  quruluşu  olan 

infeksiyalar,  zəhərli  kimyəvi  maddələr,  qidaların  tərkibinə  daxil  olan  zülalar  və 

peptitlər inkişaf pozuntularına gətirib çıxardan səbəblərdir.  

      Kaliforniyada  aparılan  bir  araşdırmada

14

  uşaqların  ən  az  biri  autizm  diaqnozu 



olmuş  200  əkiz  uşaqlar  tədqiqata  cəlb  edildi.  Elmi  olaraq  autizmin  tamamilə 

genetik  olduğu  nəticəsinə  gəlmək  üçün  tək  yumurta  əkizlərinin  hər  ikisində  

autizmin inkişafı və ya inkişaf etməməsi lazımdır. Buradan yola çıxan tədqiqatçılar  

4  il  boyunca  əkizləri  izlədi  və  qiymətləndirmədə  müasir,  inkişaf  etmiş  üsullardan 

faydalandı. Nəticələr ekoloji faktorların autizmə təsir etmədə genetik faktorlardan 

daha güclü olduğunu  müəyyən etdi. Genetik faktorların 37% , ekoloji faktorların 

isə 55% nisbətində təsiri müəyyən olundu. 

     Autizmin yaranmasına ekoloji amillərə aşağıdakılar aid edilir: 

     1. Toksiki-kimyəvi maddələr 

2.Ağır metallar 

3.Viruslar və bakteriyalar 

13. 


Dr.Çetin Özbey.Otizm ve Otistik çocukların eğitimi. İnkilap Yayıncılık, İstanbul 2005.s28 

14.


Prof.Dr.Ahmet Aydın,Uzm.Dr.Cem Kınacı.Otizme Çözm Var.Hayykitap,İstanbul2015.s18 

16 

 

 



 

      4.Peyvəndlərə qarşı həssaslıq 

      Bu xəstəliyin sürətlə artması antibiotiklərin istifadəsinə başlanan zaman ilə üst-

üstə  düşür.  1950-ci  ildə  ABŞ-da  200  ton  olan  antibiotik  istehsalı  1990-cı  ildə 

20.000 tona çatmışdır, yəni təxminən 100 qat artmışdır. Bu gün tərkibi bilinməyən  

təxminən 80.000 sintetik kimyəvi maddələr dünyada istifadə olunmaqdadır. 

     Həmçinin   hər   il   1500   yeni   kimyəvi   maddələr   istehsal   olunur.  Bu  gün  

orqanizmdə  60  il  əvvəl  bilinməyən  təxminən  400-500  kimyəvi    maddələr 

aşkarlanıb.  Autizm  sindromlu  uşaqlarda  bəzi  minerallar,  bəzi  aminoasitlər  lazımı 

qədər  olmur.  Xəstələrin  böyük  qismində  ağır  metallarla  zəhərlənmə  müşahidə 

olunur. Bu uşaqların 85%-indən çoxunda həzm sistemindəki  sorulma  patalogiyası  

ilə  əlaqədar  qidalanma  probleminə  rast  gəlinir. 

     1980-ci  ildə  bir  çox  araşdırmalarda

15

  bu  xəstəlikdən  əziyyət  çəkən  uşaqların 



sidik  nümunələrində  opioidə  bənzər  peptitlərə  rat  gəlinmişdir.  Opioidlər  insanda 

davranış  dəyişikliklərinə  yol  açan  maddələrdir.  Opioid  proteinləri  beyində  və 

bağırsaqlarda reseptorlara bağlanaraq davranış dəyişiklikləri, qəbizlik, şişkinlik və 

ishala  səbəb  olur.  Ağır  metalların  neyrotoksik  yəni  sinir  sisteminə  zərər  verəcək 

formada  olması  tibbə  yaxşı  məlumdur.  Cədvəl  1.3-də  ağır  metal  artıqlığının 

orqanizmdə yaratdığı fəsadlar qeyd olur.   



                                                                                                                    Cədvəl.1.3.                                                                                                                                                                                                                                                                                                                       

      Metallar 

Bu metal artıqlığının orqanizmdə yaratdığı fəsadlar 

 Qurğuşun(Pb)  Allergiyalar,   ümumi   inkişaf    pozuntuları   əlamaətləri,    koordinasiya  

çətinliyi,   qəbizlik,   nitq geriliyi,   baş ağrısı,   hiperaktivlik,   yuxusuzluq, 

əzələ zəifliyi. 

   Kadmiyum  

   (Cd) 


Şəkər  miqdarında  disbalans,  qripə  oxşar  əlamətlər,  inkişaf  geriliyi, 

hiperaktivlik,  aqressiv  davranışlar, öyrənmə  çətinliyi,  sümük əriməsi. 

  Arsen(As) 

Anoreksiya,  allergiyalar,  qarında  yandırıcı   ağrılar,   ishal,   nəfəsdən  

sarmısaq   iyinin   gəlməsi,   əzələ   ağrıları,   spazmalar,   gücsuzlük,  

xoruldama, boğazda sıxılma hissi. 

  Alminiyum 

   (Al) 


Anemiya, iştahsızlıq, davranış problemləri, qəbizlik, quru ağız,quru  

dəri, halsızlıq, hiperaktivlik, hafizə zəifliyi, reaksiyaların olmaması,  



17 

 

 



 

    Ağır metallar xüsusilə yağla zəngin orqan və toxumaları seçir. Beynin təxminən  

60-70%-i  yağla  əhatə  olunmuşdur.  Buna  görədə  beyin  və  sinir  sistemi  ağır 

metallardan daha çox zərər görür. Ağır metalların varlığını araşdırmaq üçün saç və  

sidikdən alınan nümunələrin xüsusi üsulla müayinəsi lazımdır. Normal uşaqlardan 

götürülmüş  saç  nümunələrindən  normal  miqdarda  ağır  metallara  rast  gəlinməsi 

müəyyən olunmuşdur.  Autizm sindromlu uşaqlarda isə bu miqdar ya çox aşağıdır 

yada  ağır  metallara  rast  gəlinmir.  Autizmli  uşaqlarda  aparılan  araşdırmalarda  bu 

xəstələrin  çoxunda A, B1, B3 və B5 vitaminləri, selenyum,  sink və maqneziyum  

aminoasitlər   və    omega-3 yağ   asitləri   əksisk   olduğu   müəyyən   olunmuşdur. 

(BaxCədvəl 1.4.)



16 

                                                                                                                    Cədvəl  1.4. 

 

 

 



 

 

 



 

 

      Autizm sindromlu uşaqlarda ən çox rast gəlimən mineral missdir. Orqanizmdə 



misin  miqdarının  yüksək  olması  davranış  pozuntularına,  hiperaktivlik,  diqqət 

əksikliyi  və  göbələk  xəstəliklərinə  yol  açır.  Sink  və  molibdenin  miqdarını  aşağı 

salır.  Əlavə  olaraq  yenidən  qəbul  olunması  mövcud  vəziyyəti  daha  da 

çətinləşdirir.Sinkin  miqdarının  yüksək  olması  immum  sistemi  əksikliyi,  nitq 

geriliyi  və  diqqət  əksikliyinə  yol  açır.  Maqneziyum  əksikliyi  hiperaktivlik,  əzələ 

spazmaları və enurezə yol aça bilər. Vitamin  B6  ilə  birlikdə   istifadəsi   autizmdə    

15.

 

Dr.Jerry Kattzinel.Tərcümə edən:Hande Ölçeroğlu.A-dan Z-ye Otizm Rehberi.Pegasus 2012 



16. 

Otizmin nedenleri.(türkcə) htpp://www.otizm-autism.tr// 

               Autizmli xəstələrdə görülən başlıca vitamin və mineral əksikliyi 

 C vitamini 

 K vitamini 

 B1 vitamini(tiamin) 

 Selenyum  

B3 vitamini(niasin) 

 Magnezyum 

B6 vitamini 

 Fol turşusu 

B12 vitamini(metilkobalamin) 

 Sink 

Biyotin  



 Lityum 

A vitamini 

 Omega-3 yağ asitləri 

D vitamini 

 Kalsiyum  


18 

 

 



 

müalicə  edici  təsirə  malik  olduğu  güman  edilir.  Autizmli  uşaqlarla  aparılmış  18 

tədqiqatda  B6  vitaminin  xüsusilə  maqneziyum  ilə  birlikdə  təsiri  xəstələrin  ən  az 

50%-ində müsbət təsirlər göstərmişdir. 

      Bir  çox  araşdırmalar  nəticəsində  müəyyən  olunmuşdur  ki,

17

  peyvəndlərin 



tərkibinə  daxil  olan  thimerosal  adlı  civə  və  alüminiyum  kimi  metallar  autizmə 

səbəb  olan  faktorlardır.  Thimerosal  (metilcivə)  peyvəndlərin  tərkibinə  daxil  olan 

qoruyuculardır,  onların  mikroba  yoluxmasının  qarşısını  alır.  Thimerosalın 

(metilcivə)  49.6%-ni civə təşkil edir.  

      Kəskin  civə  zəhərlənməsi  ölümə  yol  açarkən, xroniki civə zəhərlənməsi  ürək-

damar  xəstəlikləri,  autizm,  nitq  pozuntusu,  hiperaktivlik  və.s  xəstəliklərə  səbəb 

olur.  Xroniki  civə  zəhərlənməsində  rast  gəlinən  sensor,  nevroloji,  motor  davranış 

pozuntuları və biokimyəvi  pozuntular  autizm  xəstələrindədə  görülməkdədir. Civə 

birləşmələrinin  yağda  ərimə  xüsusiyyətləri  çoxdur.  Beyin  və  sinir  sistemi 

hüceyrələrinin böyük bir hissəsi yağlardan meydana gəldiyi üçün civədən daha çox 

zərər  görür.  Civə  xüsusilə  membran  quruluşundakı  zülallara  bağlanaraq  hüceyrə 

pərdələrinin  funksiyalarını  pozur  və  membran  sərtləşərək  hüceyrənin  tez 

yaşlanmasına  səbəb  olur.  Araşdırmalar  autistik  uşaqların  müəyyən  bir  hissəsində 

qan  və  toxumalarda  yüksək  civə  miqdarının  olmasını  göstərir.  Lakin  bu  vəziyyət 

hər  autistik  uşaq  üçün  keçərli  deyil.  Civəyə  məruz  qalan  hər  bir  uşaqda  autizmin 

görülməməsi genetik, immunitet və qida faktorlarının təsiri ilə bağlıdır. 

      7 iyul 1999-cu ildə Amerika Pediatriya Təşkilatı (AAP) və Amerika Birləşmiş 

Ştatları  Xalq  Sağlamlığı  Təşkilatı  (PHS)  timerosalın  (civə)  peyvəndlərin 

tərkibindən  çıxarılmasına  qərar  verdilər.  Lakin  bəzi  peyvəndlərin  və  müxtəlif 

qidaların autizmə yol açdığı qeyd edilsədə elmi araşdırmalar bu fərziyyəni təkzib 

etmişdir.

17 


      Autizmə  sosial  faktorların  da  səbəb  olması  fərziyyəsi  irəli  sürülür.  Sosial 

faktorların    autizmə    səbəb  olmasına  sübut  olaraq,  tək  yumurta  əkizlərindən  biri 

autist, digərinin sağlam olmasını göstərmək olar.  

17.


Prof.Dr.A. Aydın, Uzm.Dr.Cem Kınacı. Otizme  Çözm  Var. Hayykitap, İstanbul 2015.səh271 

203-207 


19 

 

 



 

   Bəzi  araşdırmalara  görə  beynin  bəzi  hissələrindəki  struktur  fərqlərinin  autizmə 

səbəb  ola  biləcəyini  təsdiqləyir.  Autizm    xəstələrində    beynin    ön  və    yan 

hissələrində qan axınında fərqlilik təyin olunmuşdur. 



      

Autizdən əziyyət çəkən  uşaqların  baş beyni normal uşaqlarla müqayisədə 13% 

daha  böyükdür.  Hamiləlik,  prinatal  və  postnatal  travmaların  autizmə  səbəb 

olduğunu  qeyd  edən  mütəxəssislərdə  vardır.  Genetik  olaraq  autizmə  meyilliliyi 

olan  uşaqların  doğum  zamanı  beyinə  oksigen  getməməsi  və  doğumdan  sonra 

yüngül beyin travması keçirməyin də autizmə  yol açdığı vurğulanır. Lakin bütün 

bu fərziyyələri sübut edəcək kifayət qədər məlumat yoxdur.        

 

 



 

 

 



 

 

 



20 

 

 



 

II FƏSİL. AUTİZMİN  DİAQNOSTİKASI  VƏ  KORREKSİYA  ÜSULLARI 

        2.1. Autizmin ümumi əlamətləri və diaqnostikası. 

       Autizm  erkən  yaş  dövrlərindən  başlayaraq  sosial  münasibətlər  və  ünsiyyət 

sferasında  problemlərin  olması  ilə  özünü  göstərən  ümumi  inkişaf  problemidir. 

Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır, lakin 

autizm  diaqnozu  üç  yaşından  etibarən  qoyulur.  Autizmin  əlamətlərini  müəyyən 

etmək  çətindir,  çünki  bu  xəstəlikdən  əziyyət  çəkən  hər  bir  uşaq  özünəməxsus 

əlamətlərə  malikdir.  Bu  uşaqların  əlamətləri    yaş  dövrlərinə  görə  aşağıdakı  kimi 

qruplaşdırılır:

19 

      Körpəlik  dövrü.  Autizm  xəstəliyindən  əziyyət  çəkən  uşaqların  körpəlik 

dövründəki  fiziki  inkşafı  yaşıdlarından  fərqli  deyildir.  Yuxu  və  qidalanma 

problemlərinin  görülməsinə  baxmayaraq  ümumi  inkişafları  normaldır.  Bununla 

yanaşı bu uşaqların 30%-ində 12-24 aylar arasında inkişaf geriliyi müşahidə olunur. 

Hələ  tam  olaraq  açıqlanmamış  bu  gerilik  bəzi  uşaqlarda  ani  bir  şəkildə  autizm 

əlamətlərinin meydana çıxması ilə, bəzi uşaqlarda isə yüngül autizm əlamətlərinin 

daha  da  ağırlaşması  şəklində  özünü  büruzə  verir.  Autizm  əlamətləri  müşahidə 

olunan  körpələrdə  iki  tip  davranış  forması  özünü  göstərir.  Bunlardan  birincisi: 

fasiləsiz  ağlamaq,  narahatlıq,  yuxu  pozuntuları  və  uyğun  olmayan  davranışlar 

aiddir.  Onlar  adətən  nadinc  olaraq  adlandırılan  körpələrdir.  İkinci  qrupa  daxil 

olanlar  isə  sakit,  dinc,  bütün  gününü  yataqda  keçirən  körpələrdir.  Ac  olanda  belə 

ağlamamaları  səbəbi  ilə  onlara  baxmaq  asan  olsada  anadan  heç  bir  qayğı 

görməmələri,  ətrafına  qarşı  laqeyd  olmaları  valideynləri  narahat  edən 

xüsusiyyətlərdir.  Bir  yaşın  sonlarında  onları  qucaqlamaq  istədikdə  reaksiyasız 

qalmaları, ətrafdakı səslərə, cisimlərə və insanlara qarşı maraqsız olmaları ailənin 

diqqətini çəkməyə başlayır. Körpələrdə müşahidə olunan bu davranış valideynlərdə 

uşaqların  əqli  geri  olduğunu  düşündürür.  Bu  əlamətlərə  əlavə  olaraq  autizm 

əlamətləri  göstərən  körpələrin  göz  qabağında  itən  əşyaları  və  istəklərini  ifadə 

etmək üçün işarə barmaqlarından istifadə etməmələri   müşahidə  olunmuşdur. 

19.


A.Kandır.Gelişimde 3-6 yaş:çocuğum büyüyor. Morpa Kültür  İstanbul 2003 s110,s43-46

 


21 

 

 



 

    Normal  inkişaf  dövrü    keçən  körpələr   ilk   üç    ayından  etibarən anasına  baxar, 

anası  onunla  danışarkən  gülümsəyər,  qucağa  alınmaq  üçün  qollarını  qaldırar, 

insanlarla ünsiyyətə girməkdən xoşlanar. Lakin bu xəstəliyə düçar olmuş uşaqlarda 

bu davranışlara əks olan davranışlar  müşahidə olunur. 

     Məktəbəqədər  dövr.  2-7  yaş  arasında  olan  və  autizm  xəstəliyindən  əziyyət 

çəkən uşaqlar normal populyasiyaya nisbətən daha qısa boylu olmağa meyillidirlər. 

Məktəbəqədər  dövrdə  bu  uşaqlar  aktiv  dəyişikliklərə  qarşı  həddindən  artıq  tez 

reaksiya  verirlər.  Xəstəliyin  əlamətləri  bu  dövrdə  daha  da  diqqətə  çarpır.  Oyun 

qurmaqda,  həmyaşıdları  ilə  əməkdaşlıq  etməkdə  yetərsizliklər  olduğu  nəzərə 

çarpmaqdadır. Hərəkətləri təqlid etmək, kiçik motor bacarıqları tələb edən kəsmək, 

yazı  yazmaq  bacarıqları  məhdud  dərəcədədir.  Oyuncaqlarla  məqsədli  şəkildə 

oynamağı  bacarmırlar.  Məsələn:  oyuncaq  maşını  sürmək  əvəzinə  onu  tərsinə 

çevirib  saatlarla  təkərlərini  fırlada  bilərlər.  Körpəlik  dövründə  müşahidə  olunan 

sosial  yetərsizliklər,  ətraf  mühitə  qarşı  maraqsız  olmaları  bu  dövrdə  daha 

nəzərəçarpan dərəcədə özünü büruzə verir. İnsanlarla göz kontaktı qurmamaları və 

anlıq  deyilə  biləcək  dərəcədə  qısa  baxışlardan  sonra  dərhal  gözlərini  qaçırmaları 

diqqəti  çəkir.  Məktəbəqədər  dövr  uşaqların  xəyali  gücü  və  yaradıcılıqların  ən 

yüksək səviyyədə olduğu dövrdür. Lakin bu uşaqlarda xəyal gücünün yetərsizliyi 

ilə bağlı olaraq yaradıcı və sosial oyunlar oynamaq bacarığının olmadığı müşahidə 

edilir. 3-5 yaş dövrü autizm əlamətlərinin ən diqqətə çarpan dövrüdür. Buna görədə 

autizm diaqnozunun qoyulması üçün bu dövr çox əhəmiyyətlidir.  

      Məktəb  dövrü.  Autizm  xəstəliyinə  düçar  olmuş  uşaqlar  bu  dövrdə  məhdud 

şəkildə olsada ətrafına və yaşıdlarına maraq göstərməyə başlaya bilər. Üç yaşında 

bənzər xüsusiyyətlərə malik iki autizm sindromlu uşaqda məktəb dövrünə gəldikdə 

fərqli xüsusiyyətlər müşahidə etmək olar. Belə ki, məktəb dövründə bu uşaqlardan 

biri  dili  ünsiyyət  vasitəsi  kimi  heç  istifadə  etmədiyi  halda,  digəri  danışmağa 

başlaya bilər. Lakin bu nitq məqsədli şəkildə olmaz və  uşaqlar bu nitqdən istifadə 

edərək  ətrafdakı  insanlarla  sosial  ünsiyyətə  girməzlər.  Onların  nitqi  məqsədsiz 

şəkildə olar,  əksər  hallarda  isə  exolaliya  şəklində  təzahür  edilir. Bu xəstəlikdən 

əziyyət  çəkən  uşaqların  əksəriyyəti  şəxs əvəzliklərindən düzgün istifadə etmirlər,  


22 

 

 



 

onlar üçüncü şəxsin dilindən çıxış edirlər. 



     Yeniyetməlik dövrü. Bu  uşaqlar yeniyetməlik dövrünü yaşıdları kimi keçirirlər. 

Bu  dövrün  bəzi  uşaqların  inkişafına  müsbət  təsir  etdiyi  halda  bəzi  uşaqların 

inkişafına  mənfi  təsir  etdiyi  müşahidə  edilmişdir.  Belə  ki,  bəzi  uşaqlarda 

ağırlaşmalar  yəni,  inkişafda  gerilik  müşahidə  edilir.  Bu  geriləmə  sosial 

münasibətlərə  təsir  etməklə  yanaşı,  bəzi  hallarda  nitqin  itməsi  və  akademik 

bacarıqlarda  nəzərəçarpan    geriliklə    təzahür  edilir.  Bəzi  hallarda  bu  dövrdə  

yeniyetmələr  öz  vəziyyətlərini  dərk  edirlər  və  bunun  nəticəsində  onlarda 

depressiya halı müşahidə olunur. Yeniyetməlik dövründə fiziki cəhətdən  güclənən 

bu uşaqlar nisbətən aqressiv olurlar, istəklərini və ya onları narahat edən hər hansı 

bir  halı  fiziki  şiddət  göstərməklə  ifadə  edirlər.  Bu  dövrdə  qızların  oğlanlara 

nisbətən daha aqressiv olduğu  müşahidə edilir. Həmçinin əks cinsə maraq göstərə 

bilərlər, lakin bunu ifadə etmək tərzləri yaşıdlarından fərqlidir. 



     Yetkinlik dövrü. Autizm sindromlu insanların çox az bir qismi yetkinlik dövrünü 

normal  insanlar  kimi  keçirirlər.  Əksər  hissəsi  isə  ağır  şəkildə  həyatlarına  davam 

edirlər.  Bu  dövrdə  autizm  sindromlu  insanların  bəziləri  özlərini  ətraf  mühitdən 

izolyasiya edirlər. Bəziləri isə sosial fəaliyyətlərdə iştirak edə bilərlər. Lakin sosial 

bərabərliyi  şəxsi  həyatlarında  yaşaya  bilməzlər.  Yeniyetməlik  dövründən  etibarən 

bu  insanların  bir  peşəyə  yönləndirilməsi  və  sosial  həyata  daxil  edilməsi  çox 

vacibdir. Peşə fəaliyyəti autizm sindromundan əziyyət çəkən insanların  rahat  bir  

yetkinlik  dövrü  keçirtmələrini  asanlaşdırır. 



     Fiziki inkişafı  və motorika bacarıqları. Autizmli uşaqların fiziki inkişaflarında 

və  xarici  görnüşlərində  hər  hansı  anormallıq  görülməz,  lakin  motorika 

bacarıqlarında  normal  uşaqlara  nisbətən  gecikmələr  olur.  Oturma,  iməkləmə  və 

qaçma bacarıqlarını normadan gec qazanırlar. Sağlam körpə ətrafında gördüyü hər 

şeyi  ağzına  salır,  yerə  vurur,  qırmağa  çalışır.  Danışmağa  başlamazdan  əvvəl 

ağlayaraq,  mənasız  səslər  çıxararaq,  gülərək  danışmadan  əvvəlki  hazırlığı 

tamamlayır.  On  ikinci  aya  qədər  bir  çox  bacarıqlarını  təqlid  yolu  ilə  qazanır. 

Beləliklə,  həm  böyük  həm  də  kiçik  əzələləri  inkişaf  edir.  Lakin  bu  uşaqların 

ətrafına  olan  marağı  çox  az  olduğuna  görə  böyük  əzələləri,  əsasən  isə  kiçik 


23 

 

 



 

əzələləri  lazimi  inkişaf  səviyyəsinə  çatmır.  Bu  səbəblə  autizm  sindromu  ilə 

doğulan uşaqlar kifayət qədər bacarıqlı olmurlar. Yazı yazmaq, verilmiş sərhəddin 

içini rəngləmək, qayçı ilə kağız kəsmək, ipə muncuq düzmək kimi kiçik motorika 

qabiliyyətləri lazımi səviyyədə inkişaf etməz.

 

      Qaçma,  yerimə  və  topa  vurmaq  kimi  böyük  motorika  bacarıqlarında  sağlam 



uşaqlar  kimi  davranırlar.  Məsələn,  ya  çox  cəld  ya  da  çox  yavaş qaçırlar,  bəziləri 

yüngül  yana  meyilli  gəzdiyi  halda,  digərləri  önə  doğru  əyilmiş  vəziyyətdə  gəzir. 

Bəziləri həyatlarının ilk illərində, bəziləri isə həyatlarının sonuna kimi ayaqlarının 

ucuna basaraq gəzir, lakin bu gəziş forması çox nadir hallarda təsadüf olunur. Bir 

qismi  gəzərkən  və  ya  qaçarkən  qollarını  çarpaz  qoymağı  bacarmaz  və  yaxud  gec 

öyrənər.  Uşaqların  bir  qismi  tutarsız  əzələ  bacarıqlarına  malikdir.  Məsələn,  çox 

yaxşı  qaçan  və  gəzən  uşaq  nərdivanlara  yaxşı  çıxa  və  tullana  bilməz,  gözəl  yazı 

yazan uşaq böyük muncuqları belə ipə düzə bilməz, əl qabiliyyətləri yaxşı olduqda 

belə  düzgün  gəzə  bilməz  və  s.  Təkrarlayıcı  davranışlara  görə  əzələlərin  bir  qismi 

çox güclü olsada  digər qismi zəif qala bilər. 



     Duyğular.  Hər  bir  insanda  eşitmə  duyğuları  hələ  ana  bətnində  olarkən  inkişaf 

edir.  Yüksək  səsələrə  qarşı  əl,  ayaq  və  qollarda  hərəkətlilik  olur,  bir  neçə  dəfə 

dinlənilən musiqi və ananın səsinə qarşı ürək döyüntülərində dəyişikliklər görünür. 

Anadan  olduqdan  sonra  anasının  səsini  digər  səslərdən  ayır  edərkən,  üçüncü  və 

dördüncü aydan etibarən  motorika bacarıqları ilə bağlı səsin mənbəyinə yönəlirlər.  

Lakin  Autizm  sindromuna  malik  uşaqlar  səslərə  qarşı  adətən  heç  bir  reaksiya 

göstərmirlər, hətta səsləri eşitdikləri halda belə eşitmədikləri kimi davranırlar. Belə 

ki, çağalıq dövründə səsə qarşı reaksiya vermədiklərinə görə valideynlər uşaqlarda 

eşitmə probleminin olduğunu düşünürlər. Bu uşaqların səslərə reaksiyaları ünsiyyət 

bacarıqları  ilə  eyni  səviyyədədir.  Ünsiyyət  qurmağı  bacaran  uşaqlar  səslərə  qarşı 

mənalı  reaksiya  verdiyi  halda,  ünsiyyət  qurmaqda  çətinlik  çəkən  uşaqlar 

reaksiyasız qalır və yaxud mənasız reaksiyalar verirlər. Bəzi uşaqlar  əlindəki əşya 

ilə ətrafdakı cisimlərə vuraraq çıxan səsi həzz ilə dinləyir. Uşaqların bir qismi isə 

musiqiyə  qarşı  olduqca  emosional  yanaşır  və  musiqiyə  qulaq  asmaqdan  böyük 

həzz alır. Hətta ana və atasının qayğısından imtina edə bilər, sevilməkdən, qucağa 


24 

 

 



 

alınmaqdan və oxşanmaqdan xoşları gəlməz. Sosial mühitdə heç  kimin olmadığı  

kimi  hərəkət  edir  və  insanlara    baxmaq    ehtiyacı    duymur.  İnsanlara  obyekt  kimi 

baxırlar. Tanımadığı insanlara qarşı maraqsız və ya qorxmuş kimi davrana bilərlər. 

     Göz təması yoxdur və yaxud çox zəifdir, baxışları isə donuqdur. Danışıqlara və 

mimikalara  reaksiya vermirlər. Valideynlərə bağlılıq yoxdur. İfrat sevinc, əsəbilik 

və  sıxıntı  hisslərindən  başqa  duyğusuz  üz  ifadəsi  vardır.  Bir  qisminin    duyğu 

orqanları ətraf mühitə  qarşı həddindən artıq həssasdır. Məsələn:  səs, işıq, qoxu və 

taktil  qıcıqlandırıcılara  qarşı həddindən artıq  həssasdır. 

      Bu  xəstəlikdən  əziyyət  çəkən  uşaqların  bir  çoxu  hissiyat  orqanları  vasitəsi  ilə 

qəbul etdikləri məlumatları qəbul etməkdə və onları təhlil etməkdə çətinlik çəkirlər. 

Eyni uşaq müxtəlif vaxtlarda  eyni bir qıcığa qarşı  hiper və ya hiporeaksiyalar verə 

bilər .

20

(Bax:Cədvəl.2.1) 




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin