- Zamanın haradan başlaması
və harada bitəcəyi məsələsi bir çox
fiziklərin toxunduğu məsələdir. Be-
lə bir fikir mövcuddur ki, yaşadığı-
mız dünya zamandan ibarətdir və
bir gün o bitəcək. Yeri gəlmişkən,
bu, ədəbiyyatda da yer alıb. “Alisa
möcüzələr diyarında”, “Zaman
maşını” kimi əsərlərdə yerin, vax-
tın yalnız bir nöqtədə dayandığı
mərkəzindən bəhs edilir... Maraq-
lıdır ki, Quranda, İncildə də günlə-
rin həddindən artıq qısalacağı və
qiyamət günü barədə danışılır...
- Mən Quranda və ya İncildə cid-
di bir elm olması fikrinin tərəfdarı de-
yiləm. Bunlar əxlaq kitabları, düz-
gün sayılan yaşayış qaydaları kitabı,
həyat məcəlləsidir. Əlbəttə, orda
müdriklik var. Amma bu, elm deyil.
Kim deyirsə ki, ay nə bilim, Nyuto-
nun yaratdığı cazibə qanunu Quran-
da da var - belə söhbətlər primitiv ya-
naşmanın təzahürüdür. Quranın, İn-
cilin məqsədi o deyil. Amma belə bir
şey var -uzun zaman İslam dünyasın-
da Qurana ehtiram çox böyük olub
və bir zamanlar da elmi səviyyə dü-
şüb aşağı. Yəni orta əsrlərdə Xarəz-
mi, İbn Sina, Biruni, İbn Heysəm, Nə-
45
XƏZƏR XƏBƏR JURNAL |
sirəddin Tusi kimi nəhənglər var idi,
amma sonra səviyyə düşdü, İslam
dünyasını böhran bürüdü, hərbi
uğurlara uyuldu, tənqidi düşüncə,
elm unuduldu. Avropa irəli getdi. On-
da sanki bu geriqalma kompleksi ilə
kefsizləşən islam dünyası başlayır
ki, sizin Nyuton var, bizdə də Quran-
da hər şey var. Belə şeylər əmələ gəl-
di və dinlə elm arasında çəkişmə düş-
dü.
Abbasqulu Ağa Bakıxanovun ast-
ronomiya tarixinə aid “Əsrar əl-
Məlaküt” (“Göylərin sirri”) adlı əsə-
ri var. Ərəbcə yazıb, Türkiyədə sulta-
na bağışlayıb. O dövrdə türkcəyə də
çeviriblər. O əsərdə Abbasqulu Ağa
Bakıxanov qədim dövrdən öz dövrü-
nəqədər astronomik görüşləri-
alimlərin dediklərini yazıb, qədim yu-
nanlardan başlayıb Kopernik və Kep-
lerə qədər gəlib çıxıb. Bəzi şeyləri də-
qiq deyib, riyaziyyatçı, fizik olmadı-
ğından bəzi şeylərdə səhvlər edib.
Amma yaxşı bir iş görüb, maarifçi ki-
mi Avropada kainat haqqında edil-
miş kəşfləri xalqa (yəni oxumaq istə-
yənlərə və oxudanlara) sadə dildə çat-
dırıb. Əsərin axırıncı paraqrafı odur
ki, müasir elmlə Quran arasında zid-
diyyət yoxdur. Çünki o zaman, bir tə-
rəfdən, elmlə məşğul olanlar arasın-
da Qurana küfr edənlər olurdu, bir tə-
rəfdən də din xadimləri elmə qarşı çı-
xırdılar.
Bakıxanov çox geniş düşüncəli, o
dövrün ən hərtərəfli ensiklopedik
bilik sahibi olan şəxsi olub. Avro-
paya gedib, gəzib, fəlsəfə, coğrafiya,
elm tarixi və siyasi tarixlə tanış və
məşğul olub, dilçi və tərcüməçi olub.
Başa düşürdü ki, elm gözəldir. Gö-
rürdü ki, dünyanın inkişafında elm
nə qədər rol oynayıb. Amma, bunun-
la bərabər, çox mömin adam olub.
Ona görə də, həmin əsərin bu paraq-
rafı çox maraqlı və əhəmiyyətlidir.
Orada o da həmin fikri deyir ki, bu nə-
zəriyyələr Quranla uyğun gəlir. Am-
ma bu yazı, o dövr üçün idi. Mən dü-
şünürəm ki, bu dövrdə elm bir şeydir,
din tamam başqa bir sahədir. İkisi
bir-birinin işinə qarışmamalıdır. Dün-
ya gözümüzün qabağında dəyişir, tex-
nologiya inkişaf edir. Bu gün yaşa-
mağı daha rahat, daha maraqlı edən
nə varsa, o cümlədən texnologiya, el-
min övladıdır. Elmin də insanların
inancına, dinə hücum eləməyə ixti-
yarı yoxdur. Çünki elə suallar var ki,
elm ona cavab verə bilmir. Məsələn,
insan həyatı, insan xarakteri, xeyir nə-
dir, şər nədir, yaxşı-pis nədir,...-
bunların elmi nəzəriyyələri yoxdur.
Elmdə din axtarsan səhv edəcəksən,
dində elm axtarsan səhv edəcəksən-
mənim fikrim belədir.
Qaldı ki, zaman haqqında fiziki
və mistik fikirlərə, Eynşteynin nisbi-
lik nəzəriyyəsinə görə işıq sürətinə
yaxın hərəkət zamanı fəza və zaman
müəyyən əyilmələrə məruz qalır. Bir
adam işıq sürətinə yaxın kainatın
uzaq yerlərinə səfər edirsə, orada za-
man Yerdəki zamana nisbətən az ke-
çir. Məsələn, adam o uçuşda kainat
baxımdan 3 il zaman sərf edirsə, yer-
də həmin vaxt, deyək ki, 30 il olacaq.
Və adam Yerə qayıdanda öz uşağın-
dan kiçik yaşda ola bilər...
- Axı, bəzi fiziklər qiyamətin ne-
cə baş verəcəyi haqqında nəzəriy-
yə irəli sürürlər...
- Dünyada populyarlıq qazan-
maq üçün elmdən istifadə edən o qə-
dər insanlar var ki… Məsələn, Harun
Yəhya var, bütün dünyada onun “el-
mi-dini kəşfləri”nə istehza ilə baxır-
lar...
- Şeirlərinizdən belə görünür
ki, Allaha inanırsınız...
- Şeirlərimdəki “Allah” ifadəsi da-
ha çox müraciət formasıdır. Hətta də-
rin ateist olanlar da “Allah”, “Tanrı”
sözlərindən istifadə edirlər, “vallah”
deyirlər. Mən Peyğəmbərin varlığına
çox rahat inanıram, o olub, böyük iş-
lər görüb – bu gerçək tarixdir, anlaşı-
lan bir şeydir. Amma Allahın varlığı-
nı hərə bir cür başa düşür. Onu antro-
pomorfik (insanabənzər) təsəvvür
edə bilməzsən, ziddiyyətlər əmələ gə-
lir. Bəs, necə təsəvvür edəsən? Yəni
bu, elə “ilk partlayış” kimi bir şeydir!
Qızılgül Abdin
“Aydın yol” qəzeti
06.02.2015
46 | XƏZƏR XƏBƏR JURNAL
Kral Salman 1935-ci il dekabrın 31- də anadan olub. Kral Abdü-
ləziz ibn Saudun 25 oğlundan biridir. Anası Həssa əl-Südairidir.
Kral Abduləzizin bu arvadından olan yeddi oğlundan altıncısıdır.
Kral Salman 1962-2011-ci illərdə Ər-Riyad vilayətinin quberna-
toru, 2011-ci ildən isə Səudiyyə Ərəbistanının müdafiə naziri vəzi-
fəsini icra edib. 2012-ci ilin 18 iyunundan öz qardaşı şahzadə Naifin
ölümündən sonra baş nazirin birinci müavini və varis şahzadə təyin
edilib. Salman ibn Abduləziz qardaşı kral Abdullahın səhhətindəki
problemlərə görə 2012-ci ildən faktiki olaraq ölkəni idarə edib.
Yeni kral oğlu Məhəmməd bin Salmanı ölkənin müdafiə naziri
təyin edib. 34 yaşlı şahzadə, həmçinin, Kral Məhkəməsinin sədri və
xüsusi müşavir postlarına da təyinat alıb. Kralın 55 yaşlı qardaşı
oğlu Məhəmməd bin Naif daxili işlər naziri postuna təyin olunub.
DÜNYA
Müsəlman dünyasının, eləcə də dünyanın ən varlı ölkələrindən biri olan Səudiyyə
Ərəbistanının kralı Abdullah ibn Abduləziz əs-Səudun 91 yaşında vəfatından sonra
yanvarın 23-də taxta onun qardaşı Salman əs-Səud çıxıb
SƏUDİYYƏ ƏRƏBİSTANININ YENİ
KRALI - SALMAN İBN ABDULƏZİZ ƏS-SƏUD
Siyahı hazırlanarkən ölkələrin nüvə potensialı nə-
zərə alınmayıb, orduların quruda, havada və dənizdə
adi silahlardan istifadə imkanları, həmçinin ölkənin
malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyəti
əsas götürülüb.
Ümumilikdə 50 faktor əsasında tərtib olunan siya-
hıya ABŞ Ordusu başçılıq edir. İkinci yerdə Rusiyadır.
İlk onluğun sıralaması isə belədir: Çin, Hindistan, Bö-
yük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Ko-
reya, Yaponiya.
Azərbaycan siyahıda 50-ci yerdədir. Azərbaycan
Ordusu 52-ci yerdə olan Belarusu, 64-cü yerdə olan
Gürcüstanı və 80-ci yerdə olan Qazaxıstanı geridə
qoyub.
Ukrayna 21-ci yerdə qərarlaşıb.
Ermənistan isə ümumiyyətlə siyahıya düşə
bilməyib.
AZƏRBAYCAN ORDUSU DÜNYA ORDULARI SIRASINDA
50-Cİ YERDƏDİR
“Global Firepower” təşkilatının yanvarın 21-də açıqladığı reytinq siyahısında 106 ölkə yer alıb
Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına
görə, seçki bülletenlərinin hamısı sayıldıqdan sonra
36,34 faiz səs toplayan SİRİZA növbədənkənar parla-
ment seçkilərində qələbəsini təmin edib. Solçular par-
lamentdəki 300 yerin 149-na sahib olublar. İkinci yeri
27,81 faiz səslə (76 yer) keçmiş Baş nazir Antonis
Samarasın başçılıq etdiyi sağ mərkəzçi “Yeni demok-
ratiya” partiyası tutub.
SİRİZA və parlamentdə 13 yer qazanmış “Azad yu-
nanlar” (ANEL) partiyasının liderləri arasında koalis-
yon hökumətin yaradılması barədə prinsipial razılaş-
ma əldə edildiyi bildirilir.
Növbədənkənar parlament seçkilərində qələbə qazanan Radikal sol qüvvələrin
koalisiyası – SİRİZA-nın lideri Aleksis Tsipras yanvarın 26-da Yunanıstanın yeni
Baş naziri qismində and içib
YUNANISTANIN YENİ BAŞ NAZİRİ – ALEKSİS TSİPRAS
47
XƏZƏR XƏBƏR JURNAL |
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu yanvarın
13-də jurnalisrlərə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, belə bir fikir formalaşıb ki,
Avropa tarixində sanki bu cür qarşıdurmalar yaşanmayıb: “Ən
qanlı məzhəb qarşıdurmaları elə Avropada yaşanıb. Bu
səbəbdən zehinlərdə çox güclü bir daxili narahatlıq var”.
Davudoğlu onu da qeyd edib ki, İslam Avropada artıq kök
salıb: “Yəni müsəlmanları Avropada qaçqın kimi görmək
mümkün deyil”.
ƏHMƏD DAVUDOĞLU:
"ƏN QANLI MƏZHƏB QARŞIDURMALARI
AVROPADA YAŞANIB"
“Tarixdə Avropada otuz,
yüz illik müharibələr baş verib”
“Novinite” xəbər agentliyinin məlumatına əsasən,
bunu Bolqarıstanın maliyyə naziri Vladislav Qoranov
yanvarın 19-da Litvanın avrozonaya daxil olması ilə
bağlı keçirilən rəsmi tədbirdə bildirib.
Bolqarıstan Avropa Valyuta Mübadiləsi Mexaniz-
minə (ERM-2) 2018-ci ildə daxil olmağı planlaşdırır.
Avropa İttifaqının 2014-cü il konvergensiya məruzəsi-
nə əsasən, Bolqarıstan avrozonaya daxil olmaq üçün
qiymətlərin sabitliyi, ictimai maliyyə və faizlərin kon-
vergensiyası kimi üç meyarı yerinə yetirib. Buna bax-
mayaraq, Bolqarıstan hökuməti qanunvericilik baxı-
mından qoyulan tələbləri yerinə yetirə bilməyib.
“Ölkə tezliklə avrozonaya daxil olmaqla bağlı danışıqlara yenidən başlamağı arzulayır”
BOLQARISTAN 2018-Cİ İLDƏ AVROZONAYA
DAXİL OLMAQ NİYYƏTİNDƏDİR
“Hərbi sahədə qarşılıqlı fəaliyyətin nəzəri əsası
qoyuldu. Biz Rusiya və İran limanlarına hərbi gəmilərin
daxil olması praktikasını genişləndirmək barədə qərara
gəlmişik” - deyə, Sergey Şoyqu sənədlə bağlı bildirib.
Danışıqlar zamanı tərəflər, həmçinin, iki ölkənin
hərbi idarələrinin qarşılıqlı praktiki fəaliyyətinin
gücləndirilməsi, nümayəndə heyətlərinin səfərləri, bu
sahədə danışıqların aparılması, müşahidəçi qismində
təlimlərdə iştirak, hərbi kadrların hazırlanması,
sülhməramlı sahədə təcrübə mübadiləsi və terrorla
mübarizə sahələrində əməkdaşlıq barədə razılığa
gəliblər.
Rəsmi hökumətlərarası akt Rusiyanın müdafiə naziri,
ordu generalı Sergey Şoyqu və İranın Müdafiə və
Silahlı Qüvvələrə dəstək naziri, briqada generalı
Hüseyn Dehqan arasında yanvarın 20-də Tehranda
imzalanıb
RUSİYA VƏ İRAN ARASINDA
HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIĞA DAİR
MÜQAVİLƏ İMZALANIB
TASS-ın verdiyi xəbərə görə, Kuba hökuməti ölkə həbsxanalarında olan 53 dissidenti azadlığa buraxıb və bu
barədə Vaşinqtonu məlumatlandırıb.
Bu addım ABŞ-la diplomatik əlaqələrin bərpası haqda bu yaxınlarda əldə olunan razılığa əsasən atılıb. Həbsdən
buraxılanların arasında “Amnesty İnternational” təşkilatının “vicdan məhbusu” saydığı tanınmış fəallar,
mədəniyyət xadimləri də var. Hüquq müdafiəçiləri həmin şəxsləri siyasi məhbus saysa da, Kuba hakimiyyəti
onların müxtəlif qanun pozuntuları əsasında həbs olunduğunu bildirirdi.
Kuba hökuməti ABŞ-ın siyahısında olan bütün dissident məhbusları həbsdən azad edib
KUBA BÜTÜN DİSSİDENTLƏRİ AZADLIĞA BURAXIB
48 | XƏZƏR XƏBƏR JURNAL
After gaining independence, Azerbaijan began to
implement huge changes in a variety of fields. One of
these fields, education, has undergone several changes.
These reforms encompass adoption of new education
law and new educational programs, including cur-
ricula and assessment standards.
Since the beginning of the 90's, discussions were
held on the reforms in education system, but reforms
were not implemented systematically due to the absen-
ce of a strong concept of reform or an implementation
mechanism. After approval of “Reform Program of
Azerbaijan Republic on education sphere” by Heydar
Aliyev in 1999, the reforms started to be implemented
purposefully in the whole education system, including
on the level of higher education. According to the same
program, structural changes were made in the whole
educational sphere, networks of establishments were
optimized and new specialties were added to the
specialist preparation structure.
Later, the “Law of Azerbaijan Republic on Educa-
tion” was approved by the Decree No. 156, dated Sep-
tember 5, 2009, by the President of the Republic of
Azerbaijan. For the purpose of implementing of this
Decree, Order No. 247 dated September 17, 2009 of
the Cabinet of Ministers' “Actions plan” was approved
by the Order No. 1084, dated September 25, 2009, of
The Ministry of Education. According to the same
plan, work has been done to coordinate the require-
ments of the Law of Azerbaijan Republic “On
Education,” the legislative basis for higher education.
The President of the Republic of Azerbaijan has
also recently issued the challenging Decree “On appro-
val of the National Strategy for the Development of
Education in the Republic of Azerbaijan.”
All these measures are also focusing on improving
the pre-service and in-service education system in
Azerbaijan. For example, Articles 1.2.5-1.2.7 envisage
revising textbooks used in Azerbaijani schools and
bringing them up to higher standards.
As we have a very centralized education system, all
the issues including teaching requirements and stan-
dards are determined by the Ministry of Education.
This in some cases prevents our education from deve-
loping. As Professor Hamlet Isaxanli, the Founder of
Khazar University states, there should be some kind of
flexibility of teaching standards and freedom in the
choice of textbooks allowed.
Since many university graduates in our country
lack necessary professional skills, special attention
should be paid to boosting internships. İnternsip prog-
rams can provide a great opportunity for prospective
employees to gain experience in their fields.
Although a substantial number of new textbooks ha-
ve been published, there are very few books that pro-
vide guidelines for teachers on how to use newly pub-
lished textbooks. In order to eliminate this gap, com-
prehensive methods and methodology must be writ-
ten.
In our opinion, one of the best practices to generate
progress in the fields of in- and pre-service education is
to thoroughly study the experience of the countries
that have advanced in their education system. Thus,
visiting these countries and making systematic
observations, as well as inviting experts of those
countries to Azerbaijan, are of great and practical
importance.
Furthermore, the latest modern equipment is
needed in all facets of the education system to meet
international standards. Financial resources should be
made available to fulfill the above-mentioned need and
from this view, private organizations should more rigo-
rously be involved in allocating some funding required
to enhance the level of our education system.
Another key point is lack of a wide range of
educational research available. Issues regarding in-
service and pre-service are no exception. A deep study
should be made on different levels including teacher-
teacher, teacher-learner, and teacher-manager roles.
We also need a large number of professional people
in the field on all levels of education. Training teach-
ers and education administrators must be a priority,
as the level of any country's education system largely
depends on teachers, administrators and educators.
Training those people both in the country and abroad
may soon yield the desired results.
st
With the advent of the 21 century, life skills and
lifelong learning have become significant factors in
education. Teaching programs should be revised,
placing special emphasis on life skills. What's more,
government should encourage educational bodies to
establish lifelong institutions.
Last but not least, educational administration
should be decentralized; autonomy of educational
institutions should be gained and financial support
should be provided.
ABOUT SOME MEASURES TO BE TAKEN TO IMPROVE
PRE-SERVICE AND IN-SERVICE EDUCATION IN AZERBAIJAN
(ORGANIZATIONAL APPROACH)
Eldar Shahgaldiyev
Associate Vice-Rector, Head of Division
for Graduate Studies and Research
Jeyhun Karimov
Department of English Language and Literature
Zarifa Aliyeva
Assistant Dean, School of Education
In this article the authors share their
opinions about some necessary
measures to be taken to strengthen pre-
service and in-service training services
in Azerbaijan.
EDUCATION
49
XƏZƏR XƏBƏR JURNAL |
Bunu Türkiyə Cümhurbaşkanlığının sözçüsü İbra-
him Kalın fevralın 2-də Ermənistan prezidenti Serj Sar-
kisyanın Türkiyəni və türkləri hədəf alan sözlərinə ca-
vab verərkən deyib.
TÜRK DÜNYASI
ATATÜRKÜN
DOĞULDUĞU EV TAPILDI
Doğan xəbər agentliyinin verdiyi məlumata görə,
həmin ev Selanik yaxınlığındakı Lanqada qəsəbəsində
yerləşir.
Bələdiyyə sədri deyib: "Atatürk türk ola bilər, amma
əvvəlcə selanikli və böyük bir şəxsiyyət. Selanikin
Osmanlı keçmişi bir gerçəkdir, biz tarixi ortaya çıxarmaq
və tanıtmaq istəyirik. Düşmənliklərə son qoyulmalıdır".
Qeyd edək ki, Atatürkün uşaqlıq və yeniyetməlik
illəri Selanikdə keçib. Onun uşaqlıq illərində yaşadığı
ev barəsində konkret tarixi faktlar olsa da, doğulduğu
yer haqqında zaman-zaman mübahisə və qeyri-
müəyyənliklər yaranırdı.
TURKİYƏDƏN SARKİSYANA SƏRT CAVAB
O qeyd edib ki, Ermənistan rəhbərliyi 2015-ci ili
Türkiyəyə və türklərə qarşı beynəlxalq kampaniya
aparmağa həsr etmək niyyətindədir: "Buna görə də, təh-
qir və nifrət dolu, diplomatik etiketin sərhədlərini aşan
ifadələr işlədirlər. Son olaraq Ermənistan prezidenti
Serj Sarkisyan yanvarm 29-da İrəvanda Çanaqqala sa-
vaşını anma törənlərinə ölkəsinin dəvət edilməsinə mü-
nasibət bildirərkən bütün sərhədləri keçib. Onun hör-
mətli prezidentimizin Ermənistana olan dəvəti barədə
danışarkən diplomatik etiketin sərhədlərini keçməsi
qəbuledilməzdir. Sarkisyanın bir dövlət adamının ağ-
zına yaraşmayacaq ifadələrini eynilə ona geri qaytarı-
rıq".
İ.Kalın qeyd edib ki, Türkiyə hər zaman Ermənis-
tanla münasibətləri normallaşdırmaq üçün addımlar at-
sa da, bunlar qarşılıqsız qalıb: "Ermənistan hakimiy-
yəti 1915-ci il olaylarının siyasi manipulyasiyadan
uzaq, tarixi baxımdan araşdırılması, həmçinin Dağlıq
Qarabağm işğalına son verərək Türkiyə və Azərbay-
canla əlaqələrin normallaşması, bölgədə sülh və
sabitlik təsis edilməsi ilə bağlı təklifləri rədd edir. Bu
rəftar isə hər kəsdən və hər şeydən öncə Ermənistana
və ermənilərə zərər verir".
İ.Kalın Çanaqqala zəfərinin 100 illiyinin dövlət
səviyyəsində, bir çox ölkənin dövlət və hökumət baş-
çısınm iştirakı ilə qeyd ediləcəyini də xüsusi vurğula-
yıb.
Yunanıstanın Selanik vilayətinin bələdiyyə sədri
Yiannis Boutaris görkəmli tarixi şəxsiyyət Mustafa
Kamal Atatürkün doğulduğu evi tapdıqlarını söyləyib
"Türkiyə tək tərəfli baxışa, tarixin istismarçı
siyasətlə manipulyasiya edilməsinə yönəlmiş bütün
cəhdlərə qarşı olacaq "
50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir
QANUNVERİCİLİK
1. Giriş
2015 - 2025 - Cİ İLLƏRDƏ
AZƏRBAYCAN GƏNCLƏRİNİN İNKİŞAF STRATEGİYASI
Son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm
uğurlar qazanmış, insan potensialının inkişafına görə
“orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan
inkişafı ölkələri” kateqoriyasına daxil olmuşdur. Bu,
əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün
iqtisadi imkanların yeni səviyyədə yaradılması, hü-
quqların genişləndirilməsi və maddi təminatın möh-
kəmləndirilməsi deməkdir. Ötən dövrdə sosial müda-
fiə sistemi təkmilləşdirilmiş, aktiv məşğulluq siya-
sətinə əsaslanan əmək bazarı formalaşdırılmış,
yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilmişdir.
Bunlarla yanaşı, mədəni irsin qorunması, gənc-lərlə iş
və idman siyasətinin çevikliyinin artırılması,
demoqrafiya və miqrasiya məsələlərinin effektiv
tənzimlənməsi kimi vacib tədbirlər yeni nəsil üçün
yüksək sosial rifah və insan kapitalının inkişafını
təmin etmişdir.
Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri hə-
mişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslə-
rin önündə olmuşdur. Gənc nəsil istər sovet dövründə,
istərsə də müstəqillik illərində Azərbaycan Respub-
likasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni hə-
yatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq
miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş,
idmançılarımızın qələbələri sayəsində Azərbaycan
bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər
mədəniyyətlərarası dialoqun aparılmasında, beynəl-
xalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nə-
ticəsində müxtəlif dövlətlərdə və beynəlxalq
qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun
tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlu-
matlar çatdırılmışdır. Xarici ölkələrdə təhsil alan azər-
baycanlı gənclər və məzunlar, orada çalışan gənc
mütəxəssislər Azərbaycan diasporunun formalaşma-
sında və lobbiçilik fəaliyyətində yaxından iştirak edir-
lər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəl-
miş, onların idarəetmədəki rolu artmışdır.
Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib
tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin
dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məq-
sədyönlü tədbirlər kompleksidir. Dünyada baş verən
qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin
yeni inkişaf imkanları Azərbaycanda gənclər siya-
sətinin yeni strategiyasının hazırlanmasını və qəbulu-
nu zəruri edir.
Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin
hələ XX əsrin 70-ci illərində yaranmışdır.
Ümummilli lider Heydər Əliyevin səyləri
nəticəsində gənclərin məişət, təhsil, mədəni
tələbatının ödənilməsi istiqamətində ardıcıl və
məqsədyönlü tədbirlər görülmüşdür. Təkcə onu qeyd
etmək kifayətdir ki, hər il yüzlərlə gənc SSRİ-nin
qabaqcıl ali təhsil müəssisələrində oxumağa
göndərilmiş, oradan yüksək ixtisaslı mütəxəssislər
kimi qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini
vermişlər. Həmin dövrdə gənclərin asudə vaxtının
səmərəli təşkili üçün hər bir yaşayış məntəqəsində
zəruri infrastruktur yaradılmış, onların hərtərəfli
inkişafının təmin olunmasına xidmət edən zəruri
maddi-texniki baza formalaşdırılmışdır. Eyni
zamanda, ictimai-siyasi həyatda gənclərin fəallığını
stimullaşdıran müxtəlif tədbirlər görülmüşdür.
XX əsrin sonlarında xalqımızın milli azadlığı və
ölkəmizin ərazi bütövlüyü uğrunda gedən
mübarizədə də gənclər fəal iştirak etmiş, dövlət
müstəqilliyinin əldə edilməsi üçün həyat və
sağlamlıqlarını əsirgəməmişlər. Minlərlə gəncimiz
bu mübarizədə şəhid və əlil olmuş, göstərdikləri
igidliyə görə müxtəlif mükafatlar və fəxri adlarla
təltif edilmişdir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev
xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan
sonra gənclər daim dövlətin diqqət mərkəzində
olmuşlar. Gənclər siyasətini tənzimləyən normativ
hüquqi baza və onun həyata keçirilməsi üçün
cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı -
Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərin
problemlərinin həlli üçün müxtəlif dövlət
qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə,
beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanmışdır.
Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial
müdafiəsi və digər sahələrdə dövlət tərəfindən
genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu
diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan
Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və
Dostları ilə paylaş: |