XƏZƏr xəBƏR №337 fevral 2015 khazar-review



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix07.04.2017
ölçüsü0,96 Mb.
#13627
1   ...   4   5   6   7   8   9   10   11   12

AZƏRBAYCAN  DİLİNƏ 

 

 Tədqiqatçılar planetin əsas dillərinin bir-biri ilə əlaqə xəritəsini ya-

radaraq, müəyyən ediblər ki, Çin və ərəb dillərində çoxlu insanın da-

nışmasına baxmayaraq, bu dillər təsirinə görə həm ingilis, həm də bir 

sıra Avropa dillərindən geri qalır. Yeni araşdırma "Proceedings of the 

National Academy of Sciences" jurnalında dərc edilib.

 Dünya dilləri arasında əlaqəni alimlər üç əsas məlumat tipi əsasın-

da  müəyyənləşdiriblər.  Bu,  1979-2011-ci  illərdə  YUNESKO-nun 

"Index  Translationum"  məlumat  bazasında  qeydə  alınan  tərcümə 

edilmiş 2,2 milyon kitab, "Wikipedia" internet ensiklopediyasının bir 

neçə dildə məqalələrin yazılmasında iştirak edən redaktorlar (382 mil-

yon məqalə üzərində çalışan 2,5 milyon redaktor sayılıb) və 2011-ci 

ilin  dekabrından  2012-ci  ilin  fevralınadək  "Twitter"  sosial  şəbə-

kəsində dərc edilən şərhlər (əlaqə bir "Twitter" akkauntunda iki və da-

ha çox dilin olması üzrə izlənilib) haqqında olan məlumatlardır.

 Müəyyən edilib ki, dillərin qlobal təsir xəritəsi iyerarxik struktura 

malikdir. Belə ki, ünsiyyətin əsas vasitəsi – ingilis dili ikinci dərəcəli 

alman, fransız, ispan, rus və portuqal dilləri ilə əhatə olunub. Halbuki 

ərəb, çin və hind dilləri daha əhəmiyyətli beynəlxalq dillər hesab edi-

lir. Çünki bu dillərdə, məsələn, alman və ya rus dillərində danışan in-

sanlardan daha çox insan danışır.

DÜNYADA 

 HANSI  DİLLƏR  DAHA 

 ƏHƏMİYYƏTLİDİR?

Alimlər dünyada insanların çoxunun ünsiyyəti üçün istifadə 

olunan beynəlxalq dillərin qlobal əhəmiyyətini yeni üsulla 

qiymətləndirməyi təklif ediblər

YENİ  SÖZ  DAXİL  OLUB

250

-YƏ  YAXIN 

 

LİNQVİSTİKA

XƏZƏR  XƏBƏR  JURNAL |  


56

PROZA

O, Ulapur kəndində poçtmeyster idi. Qulluğa bu işdən başlamışdı. Kənd çox balaca idi, ancaq kəndin 

yaxınlığında rəng fabriki vardı, odur ki, sahibkar çalışıb fabrikin nəzdində poçt idarəsi açdırmışdı. 

 Bizim poçtmeyster əslən kəlküttəli idi, bu ucqar kənddə o özünü sudan çıxarılmış balıq kimi hiss 

edirdi. Onun kontoru dörd tərəfini qalın kolluq basmış gölün qırağında, üstü küləşlə örtülü qaranlıq 

daxmada idi. O, tək dolanırdı, çünki fabrik fəhlələrinin, demək olar ki, boş vaxtı olmurdu, bir də ki, 

onlara qoşulmaq əməlli-başlı adama əl verməzdi. Bizim kəlküttəli dost tapmağı bacaran adam deyildi. 

Yad məclislərdə o gah lovğalıq edər, gah da utancaq olardı. Bu qayda ilə poçtmeysterin nə dostları vardı, 

nə də tanışları, üstəlik də, işi az idi. 

  Bəzən  o,  şeir  yazmağa  girişərdi,  bu  şeirlərdə  demək  istəyirdi  ki,  adam  səhərdən  axşama  kimi 

yarpaqların pıçıltısına qulaq asanda, göydəki buludlara tamaşa edəndə həyat ona xoş görünür. Lakin 

təkcə o bir allah bilir ki, əgər gecənin birində ərəb nağıllarındakı qüvvələrdən biri bütün yaşıllıqları və 

ağacları  daş  döşənmiş  küçələrə,  göydəki  ağappaq  buludların  qabağını  tutan  cərgə-cərgə  daş  evlərə 

çevirsəydi, yazıq poçtmeyster nə qədər sevinərdi. 

 Poçtmeysterin maaşı az idi. Buna görə də, yeməyini özü hazırlamağa məcbur idi, hələ o, bu kənddən 

olan yetim, yazıq bir qız da saxlayırdı, qız ona qulluq edirdi. Qızın adı Roton idi, onun on iki-on üç yaşı 



Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və 

Banqladeşin  milli  himnlərinin  müəllifi,  Asiya  qitəsinin  ilk  Nobel 

mükafatı laureatı Rabindranat Taqor 1861-il mayın 7-də Hindistanın 

Kəlküttə  şəhərində  zəngin  brahman  ailəsində  anadan  olmuşdur.  İlk 

şeirlərini kiçik uşaq ikən – səkkiz yaşında yazmışdı. "Şairin tariхçəsi" 

adlı  ilk  poeması  1878-ci  ildə  çap  olunmuşdu.  .  "Aхşam  nəğmələri" 

(1882) və "Səhər nəğmələri" (1883) poetik məcmuələri ilə yetkin şair 

kimi  tanınmışdı.  1912-ci  ildə  şairin  "Gitancali"  ("Qurbanlıq 

nəğmələri")  kitabı  Londonda  çap  edildikdən  sonra  Avropa  və 

Amerikada  məşhurlaşmış,  1913-cü  ildə  Nobel  mükafatı  laureatı 

olmuşdu. Mükafat ona "poetik təfəkkürün müstəsna bir ustalıqla əks 

edildiyi  və  Qərb  ədəbiyyatının  bir  hissəsinə  çevrilən  gözəl,  orijinal, 

hissiyyat  dərinliyi  ilə  seçilən  şeirlərinə  görə"  verilmişdi.  Amerikan 

şairi Ezra Paund "Qərb həyatının хaosu içərisində unudulan müdrük 

həqiqətləri  bir  daha  хatırlatdığına  görə"  Taqorun  yaradıcılığına 

olduqca yüksək qiymət vermişdi.

Qərbdə Taqor daha çoх şair kimi tanınsa da, o, çoхsaylı pyeslərin və 

nəsr əsərlərinin, habelə ilk benqal romanının müəllifidir.

Rabindranat Taqor 70 yaşının astanasında özünü rəssam kimi sınamış və incəsənətin digər sahələrindəki kimi 

burada da uğur qazanmışdı. Onun rəsm əsərlərindən ibarət sərgilər Nyu-York, Paris, Moskva, Münhen kimi 

şəhərlərdə nümayiş etdirilmişdi. Taqor – bəstəkar 2 mindən çoх nəğmənin müəllifi idi. Həmin nəğmələr benqallar 

arasında  bu  gün  də  məşhurdur.  Bir  sözlə,  o,  sağlığında  ölkəsində  və  dünyada  təmsil  etdiyi  хalqın  simvoluna 

çevrilməyi bacarmışdı.

Rabindranat  Taqorun  "Gitancali"  kitabına  daхil  olan  şeirlər,  "Fəlakət"  romanı  və  bir  sıra  nəsr  əsərləri 

Azərbaycan dilinə tərcümə olunmuşdur.

Rabindranat Taqor 1941-ci il avqustun 7-də Kəlküttədə vəfat etmişdir.

POÇTMEYSTER

Rabindranat Taqor

(Hekayə)

XƏZƏR XƏBƏR  JURNAL



57

vardı, lakin ərə gedə biləcəyinə heç bir ümid yeri yox idi. 

 

Axşamlar kənd pəyələrinin üstündən tüstü qalxanda, sisəylər kollarda cırıldayanda, uzaq kənddən 



olan  sərxoş  vişnuitlər  nağara  çala-çala,  ucadan  mahnı  oxuyanda  və  yarpaqların  xışıltısının  seyrinə 

dalmış tənha şairin bədəninə üşütmə düşəndə, poçtmeyster daxmanın küncündəki zəif çırağı yandırır 

və qızı çağırırdı:

 - Roton!

 Qız qapının dalında oturub, bu çağırışı gözləyirdi; ancaq çağırılanda içəri birdən-birə girməzdi. 

 Qız soruşardı:

 - Babu,  sən məni çağırdın?

- Nə iş görürsən?

- Ocağı qalamaq istəyirdim.

 Poçtmeyster deyərdi:

 - Ocağı sonra qalayarsan, hələ gəl, mənim qəlyanımı yandır. 

 Poçtmeyster qəlyanı qızın əlindən alıb soruşardı:

 - Bura bax, Roton, anan yadına gəlir?

 Bu barədə uzun-uzadı söhbət eləmək olardı. Bəzi şeylər qızın yadında qalmışdı, bəzi şeylər isə yox. 

Atası onu anasından çox istəyərdi, qız bunu bilirdi, ancaq atası yadında yaxşı qalmamışdı. O, həmişə 

işdən gec qayıdardı. Qızın xatirində belə axşamlardan yalnız bir neçəsi qalmışdı. Bu söhbət düşəndə 

Roton poçtmeysterin ayaq tərəfində, yerdə oturardı. Qız kiçik qardaşını xatırlayardı, bir dəfə də lap 

çoxdan, dumanlı bir gündə o, qardaşı ilə körpünün qırağında balıq tutmaq oyunu oynayırdı. Tilovu 

ağacdan  qoparılmış  bir  çubuqdan  qayırmışdılar.  Bu  cür  əhəmiyyətsiz  hadisələr  qızın  xatirində 

həyatının ən ağır dəqiqələrindən yaxşı qalmışdı. Başları söhbətə elə qızışardı ki, gecə yarı olardı, daha 

poçtmeyster  şam    hazırlamağa  tənbəllik  edərdi.  Bu  zaman  Roton  tez  ocaq  qalayar,  bir  neçə  kökə 

bişirərdi, səhərdən qalmış sousla bu kökələr onların ikisinə də bəs eləyərdi.

  Ancaq  bəzən  də  axşamlar  poçtmeyster  daxmanın  bir  küncündə  oturub  doğma  evlərini,  balaca 

qardaşını,  anasını,  didisini    -  onu  burada,  bu  qürbət  yerdə  taleləri  narahat  edən,  həyəcanlandıran 

adamları xatırlayardı. Bu fikirlər onun yaxasından əl çəkmək bilmirdi, lakin fabrikdə dərdini danışa 

biləcəyi  bir  adam  yox  idi,  odur  ki,  poçtmeyster  ürəyindəkiləri  qətiyyən  utanmadan,  bu  nadan  qıza 

danışırdı, axırı iş o yerə çatdı ki, qız onun qohum-qardaşlarına, onları çoxdan tanıyırmış kimi, ana, didi, 

dada  deməyə  başladı.  Bir  də  ki,  əslində,  Roton  öz  kiçik  qəlbində  artıq  bu  adamların  surətlərini 

yaratmışdı. 

 Bir gün poçtmeyster bekar idi. Buludlar dağılmışdı, göyün üstü ayazımışdı, xəfif, isti, xoş meh əsirdi; 

qızmar günəşin şüalarına qərq olmuş şehli otların və bitkilərin ətri yorğun torpağın nəfəsini andırır və 

sanki  adamın  bədənini  yandırırdı.  Bir  zəhlətökən  quş  səhərdən  axşama  kimi  elə  hey  qəmli-qəmli, 

yeknəsəq tərzdə dünyadan şikayətlənirdi. Bu gün poçtmeysterin işi yox idi, o sanki bütün varlığı ilə 

yağışın yuyub təmizlədiyi hamar yarpaqların xışıltısına qulaq kəsilmiş, gur yağışın dağıtdığı, günəşin 

işığına qərq olmuş bulud parçalarının seyrinə dalmışdı. Poçtmeyster buludlara baxır və fikirləşirdi:

  “Kaş  indi  yanımda  bircə  nəfər  yaxın  adamım  olaydı!  Bağrıma  basa  biləcəyim  bir  istəkli  adam 

olaydı...” Cavan oğlana elə gəlirdi ki, bu gün susmaq bilməyən quşlar məhz bunu oxuyurdular, ins-cins 

gözə dəyməyən kölgəli günorta çağı ağacların yarpaqları bu barədə pıçıldaşırdılar... Əlbəttə, heç kim 

güman eləməz ki, səhərdən axşama kimi işsiz keçən bir gündə, bürkülü, sakit günorta çağında balaca 

kənddə işləyən, az maaş alan poçtmeysterin ağlına belə fikirlər gələr. 

Poçtmeyster dərindən köks ötürdü və qızı səslədi:

 - Roton!

 Qız meyvə ağacının altında uzanıb kal meyvə yeyirdi. Səsi eşidib, o saat daxmaya tərəf yüyürdü və 

yüyürməkdən təngnəfəs halda soruşdu:

 - Dada, sən məni çağırdın?

XƏZƏR  XƏBƏR  JURNAL |  


58

 Poçtmeyster dedi:

 - Mən istəyirəm ki, sənə bir az oxumaq öyrədim. 

 O, günlərlə qıza əlifba öyrədirdi. Bir neçə gündən sonra qız hərfləri birləşdirib oxumağı öyrəndi. 

Srabon  ayında yağış elə yağırdı ki, elə bil, heç bu ay kəsilməyəcəkdi. Arxları, xəndəkləri, çalaları su 

basmışdı. Gecə-gündüz şırhaşır leysan tökür, qurbağalar quruldaşırdı. Kəndin küçələrindən keçmək 

mümkün deyildi, adamlar bazara qayıqlarda gedirdilər. 

Belə  günlərdən  birində,  obaşdan  bərk  yağış  yağan  vaxt  Roton  qapının  dalında  bir  xeyli  oturub, 

poçtmeysterin onu çağırmasını gözlədi. Ancaq qız əvvəllər olduğu kimi tanış səsi eşitməyib, səhifələri 

qaralmış kitabını götürdü və yavaşca otağa girdi. O, poçtmeysteri çarpayıda uzanmış gördü. Qız cavan 

oğlanın  dincəldiyini  fikirləşdi.  O  dönüb  yavaşca  daxmadan  çıxmaq  istəyirdi  ki,  birdən  çağırıldığını 

eşitdi:


 - Roton!

Qız tez qanrılıb soruşdu:

- Dada, yatmısan?

- Mən, deyəsən, xəstələnmişəm, bir əlini başıma vur, -  deyə, poçtmeyster  zəif səslə cavab verdi. 

  Onun  təklikdən  və  havaların  pisliyindən  üzülmüş  canı  qayğı  istəyirdi.  Xatırlayırdı  ki,  bir  vaxt 

qızdırmadan od kimi yananda alnına zərif, balıqqulağı qolbaqlar dolanmış əllər toxunurdu. O, həmin 

sevimli qayğıkeş qadınların, anasının, bacısının burada, bu qaranlıq otaqda, onun yanında olduğunu 

fikirləşmək istəyirdi... Sürgünün qəribə arzusu yerinə yetdi! Roton artıq əvvəlki balaca qız deyildi, o, 

cavan oğlana analıq etdi. Qız həkim çağırdı, xəstəyə vaxtlı-vaxtında dərman verdi, gecələr səhərə kimi 

xəstənin yanını kəsdirdi, xörəyi özü bişirdi, özü də gündə yüz dəfə soruşurdu:

 - Dada, deyəsən, bir az yaxşısan, eləmi?

 Nəhayət, xəstəlikdən zəifləmiş poçtmeyster yataqdan qalxdı. 

O, özlüyündə belə qərara gəldi: “Yox, hər nə cür olsa da, buradan getmək lazımdır”. Kəlküttəyə ərizə 

göndərib başqa yerə köçürülməsini xahiş etdi, səbəb kimi isə buraların havasının pis olmasını göstərdi. 

  Roton  daha  xəstəyə  qulluq  eləmirdi.  Yenə  qapının  dalına,  həmişəki  yerinə  keçmişdi.  Ancaq 

poçtmeyster  daha  onu  əvvəlki  kimi  çağırmırdı.  Hərdənbir  qız  sakitcə  içəri  baxır  və  onun  ya  stulun 

üstündə  oturub,  laqeyd-laqeyd  göyə  baxdığını,  ya  da  çarpayıda  uzandığını  görürdü.  Roton 

poçtmeysterin onu çağırıb-çağırmadığını bilmək üçün diqqətlə içəri qulaq verdiyi vaxt, cavan oğlan 

səbirsizliklə ərizəsinin cavabını gözləyirdi. Qız qapının dalında oturub dönə-dönə dərslərini oxuyurdu: 

qorxurdu ki, qəfil içəri çağırılanda öyrəndiklərinin hamısını unutmuş olar. 

Bir həftə belə keçdi. Nəhayət, bir axşam onu çağırdılar. Roton ürəyi əsə-əsə tez otağa girib soruşdu:

 - Dada, sən məni çağırdın?

Poçtmeyster dedi:

- Roton, sabah gedirəm. 

- Hara, dada?

- Evimizə.

- Bəs nə vaxt qayıdacaqsan?

- Bir də buraya qayıtmayacağam. 

  Roton  daha  heç  bir  şey  soruşmadı.  Hər  şeyi  ona  poçtmeyster  özü  danışdı:  o,  başqa  yerə 

köçürülməsinə  dair  ərizə  yazdığını  da,  rədd  cavabı  aldığını  da  danışdı,  buna  görə  indi  işdən  çıxıb 

evlərinə gedirdi. Onlar xeyli vaxt danışmadılar. Lampa pis yanırdı, yağış evin deşik-deşik damından 

içəri tökülür, döşəməyə qoyulmuş saxsı qabı dınqıldadırdı. 

 Bir qədər keçəndən sonra Roton yavaş-yavaş yerindən qalxdı və çörək bişirmək üçün mətbəxə getdi. 

Ancaq bu dəfə işi əvvəllər olduğu kimi yaxşı getmirdi. Onun beynində min cür fikir dolaşırdı. Şam 

yeməyindən sonra qız gözlənilmədən soruşdu:

 - Dada, məni də özünlə aparacaqsanmı?

Poçtmeyster güldü:

XƏZƏR XƏBƏR  JURNAL



59

- Bu, mümkün olan işdirmi?

 Cavan oğlan qıza onu nə üçün aparmaq istəmədiyinin səbəbini izah etməyi lazım bilmədi; amma 

poçtmeysterin  istehzalı  “Bu,  mümkün  olan  işdirmi?”  sözləri  səhərə  kimi  Rotonun  qulaqlarında 

cingildədi. 

 

Ertəsi gün poçtmeyster yatağından qalxanda gördü ki, əl-üzünü yumaq üçün su hazırlanmışdır. O, 



Kəlküttə adəti ilə,   içəridə yuyunurdu. Qız ondan nə vaxt yola düşəcəyini soruşmağa ürək eləmirdi, 

buna görə də, hər şeyi qabaqcadan hazırlamaq üçün gecə su daşımışdı. Poçtmeyster əl-üzünü yuyub, 

Rotonu çağırdı. Qız sakitcə otağa girdi və ağasına dinməzcə baxa-baxa onun nə buyuracağını gözlədi. 

 - Roton, - deyə cavan oğlan dilləndi, - mən yerimə gələn adama tapşıracağam ki, səndən muğayat 

olsun. Sən heç bir şey sarıdan narahat olma. 

Heç bir şübhə yoxdur ki, o, bu sözləri təmiz ürəklə, xoş niyyətlə dedi, ancaq qadınlar n qəlbindən kim 

ı

baş çıxarar? Ağası onu tez-tez danlayırdı, qız buna cınqırını da çıxarmadan dözürdü, ancaq bu xoş 



sözlərə dözə bilmədi.

 - Yox, yox, mənim barəmdə heç kimə heç bir şey deməyin! Mən burada qalmaq istəmirəm, - deyə  qız 

,

hönkür-hönkür ağladı. 



  Poçtmeyster heç bir zaman  Rotonu belə həyəcanlı görməmişdi, ona görə də  qızın bu hala düşməsi 

,

onu təəccübləndirdi. 



Nəhayət, təzə poçtmeyster gəldi, cavan oğlan işləri ona təhvil verib yola düşməyə hazırlaşdı. Yola 

çıxmazdan qabaq o, qızı yanına cağ rdı:

ı

- Roton, mən sənə heç bir vaxt, heç bir şeylə kömək edə bilmərəm. Mənim indi sənə verəcəyim, sənə 



yalnız bir neçə günlüyə çatar...

O,  cibindən  maaşını  çıxartdı,  yalnız  yol  xərcini  götürüb,  qalanını  qıza  uzatdı,  lakin  Roton  onun 

qabağında diz çökdü, onun ayaqlarını qucaqlayıb:

  - Dada, yalvarıram, mənə heç bir şey, heç bir şey lazım deyil. Heç kim mənim qayğıma qalmasın, - 

dedi və hönkürə-hönkürə qaçıb getdi. 

  Poçtmeyster  dərindən  ah  cəkdi;  torbasını  qoluna  keçirtdi,  çətirini  götürdü,  göy  və  ağ  xətlərlə 

bəzənmiş alabəzək çamadanını hambalın başına qoyub, ağır-ağır qayığa tərəf getdi. 

Elə  ki  qayıq  sahildən  tərpəndi  və  yağışdan  qabarmış  çayın  dalğaları,  yerin  tərkindən  çıxan  göz 

yaşları  kimi  qaynamağa  başladı,  cavan  oğlanın  qəlbini  kəskin  bir  ağrı  bürüdü.  Sadə  kəndli  qızının 

iztirabdan dəyişmiş sifəti onun gözünün qabağından getmirdi, sanki bütün dünyanın kədəri bu üzdə 

cəmlə mişdi. Bir anlığa poçtmeysterin qəlbində çox güclü bir arzu oyandı: qayıdıb kimsəsiz, heç kimin 

ş

yadına düşməyən bu yetim qızı özü ilə aparmaq istədi. Lakin bu zaman yağış başladı, külək yelkənləri 



şişirtdi  və  qayıq  sürətlə  üzdü.  Tezliklə  kənddən  xeyli  uzaqlaşdılar,  çayın  sahilindəki  qəbiristanlıq 

göründü ti axan çayın seyrinə dalmış daş ürəkli poçtmeyster əsl həqiqəti anladı: dünyada nə qədər 

. İ

görüşlər, nə qədər ölüm var. Qayıtmağın nə mənası? Dünyada heç kim heç kimin deyil. 



  Ancaq  Roton  fəlsəfə  ilə  təsəlli  tapa  bilmirdi.  O  ağlaya-ağlaya  poçt  kontorunun  dörd  tərəfinə 

dolanırdı. Qızın qəlbində hələ də zəif bir ümid vardı, ona elə gəlirdi ki, dada qayıdacaqdır, buna görə də 

evdən heç cür uzaqlaşa bilmirdi...

 

Tərcümə: 

Mehdi Mirkişiyev

XƏZƏR  XƏBƏR  JURNAL |  


60

SOSİAL

Bunu yanvarın 17-də jurnalistlərə açıqlamasında Azərbaycanın 

rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: “Yəqin 

ki, Milli Məclisdə bu qanun layihəsi müzakirə olunacaq və qəbul edi-

ləcək”.

 Nazir qeyd edib ki, bu qanunun qəbul olunması ölkədə mobil da-



nışıq və internetin qiymətlərinə, eləcə də keyfiyyətinə təsir edəcək: 

“Qanun qəbul edilsə, mobil operatorların abunəçilər qarşısında olan 

öhdəliklərinin daha da sərtləşməsi istiqamətində işlər görüləcək. O 

cümlədən, mobil operatorlar tərəfindən əhaliyə lazım olmayan SMS 

və  reklamların  göndərilməsi  və  abunəçilərin  narahatlığına  səbəb 

olması həmin qanuna dəyişikliklərdə əksini tapıb”.



SON  QOYULACAQ

Azərbaycanda “Telekommunikasiya haqqında”

 qanuna dəyişikliklər ediləcək

Dövlət  Statistika  Komitəsindən  yanvarın  19-da   

verilən  məlumata  görə,  əhalinin  sıxlığı  bir  kvadrat 

kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 

1011 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin 

xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 

46,8 faiz təşkil edir.

Komitədən  bildirilib  ki,  son  illər  doğum  səviyyəsi 

yüksək  olaraq  qalmaqdadır.  Belə  ki,  cari  ilin  11  ayı 

ərzində  ölkədə  156,2  min  körpə  dünyaya  göz  açıb. 

Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18 

təşkil edib.

Doğulanların  53,6  faizi  oğlan,  46,4  faizi  isə  qız 

uşaqlarıdır.

Ötən ilin əvvəlindən ölkədə 50,9 min ölüm halı qeydə 

alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 

5,9 olub.

 Ötən il dekabr ayının 1-nə olan vəziyyətə görə, 

Azərbaycan əhalisinin sayı 106,1 min nəfər və ya 

1,1 faiz artaraq 9 583,2 min nəfərə çatıb

ÖLKƏ  ƏHALİSİNİN  SAYI

Bu  barədə  yanvarın  18-də  jurnalistlərə  məlumat 

verən  rabitə  və  yüksək  texnologiyalar  naziri  Əli 

Abbasov  bildirib  ki,  ölkəmizdə  internetin  qiyməti 

Avrasiya məkanında olan orta qiymətlərdən aşağıdır. 

İnternetdən istifadənin reytinqinə görə isə Beynəlxalq 

Telekommunikasiya İttifaqının cədvəlində respublika 

üzrə 38-ci yerdəyik. Bu, yüksək göstəricidir.

Ə.Abbasov internet tariflərinin ucuzlaşdırılması və 

keyfiyyətinin  yüksəldilməsi  istiqamətində  mütəmadi 

tədbirlər görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, 

ölkədə internetin istifadə sıxlığı 73 faiz təşkil edib.

Genişzolaqlı istifadəçilərin sıxlığı isə 55 faizi ötüb. 

Dünya  İqtisadi  Forumunun  qlobal  texnoloji 

hesabatında  Azərbaycan  internetin  istifadə  sıxlığına 

görə, yenə də MDB ölkələri arasında birincidir.



Azərbaycanda internetin inkişafına xüsusi diqqət yetirilir; informasiya-kommunikasiya 

texnologiyaları sahəsində əldə olunan uğurlar bunu bir daha təsdiq edir

AZƏRBAYCAN  İNTERNETİN  İSTİFADƏ  SIXLIĞINA  GÖRƏ  

MDB-DƏ  BİRİNCİDİR

MOBİL  OPERATORLARIN  REKLAM  SMS-LƏRİNƏ

XƏZƏR XƏBƏR  JURNAL



61

"ITAR-TASS"-ın verdiyi məlumata əsasən, "Google"ın rəh-

bəri Erik Şmidt bir çox güclü platformanın peyda olmasına diqqət 

yetirib.


"İnternet qeyb olacaq. Sizin istifadə etdiyiniz o qədər çox IP-

ünvan, qurğu, verici, əşya olacaq ki, siz artıq bunu hiss etməyə-

cəksiniz", - deyə Erik Şmidt şəbəkənin gələcəyi haqda sualı şərh 

edib. 


O bildirib ki, hazırda mobil əlavələrin infrastrukturunun necə 

olacağını demək olmaz, çünki tərkibinə görə artıq superkompüter 

olan  smartfonların  gücünü  artıran  yeni  iştirakçı  qoşunu  bazara 

çıxır.


"Hazırda bu bazar çox açıq və dinamikdir", - deyə Erik Şmidt 

bildirib.



"Google" şirkətinin rəhbəri Davosda Dünya İqtisadi Forumunun 

müzakirələrində internetin sonunun yaxınlaşdığını bəyan edib

  RƏHBƏRİ

  İNTERNETİN  SONUNUN  YAXINLAŞDIĞINI  BİLDİRİB

 Nəqliyyat departamentinin rəhbəri Pol Trombi-

no  bildirib  ki,  sürücülər  smartfonla  yanaşı  plastik 

kartlardan da istifadə edəcəklər. Ancaq yol polisi mü-

fəttişləri onları saxlayarkən, smartfonlarını da gös-

tərə biləcəklər. Bunun üçün isə xüsusi mobil tətbiq 

hazırlanıb. 

Tətbiqin  təhlükəsizliyini  xüsusi  şifrə  təmin 

edəcək. Gələcəkdə isə barmaq şifrəsindən də istifa-

də ediləcək. 



ABŞ-ın Ayova ştatının nəqliyyat departamenti 

plastik sürücülük vəsiqələrini smartfonla 

əvəzləmək qərarına gəlib 

SÜRÜCÜLÜK  VƏSİQƏSİNİ  SMARTFON  ƏVƏZLƏYƏCƏK

“The Boston Consulting Group” (BCG) şirkətinin 

məlumatına görə, dünyada 25 ən uğurlu şirkətdən 6-sı 

mobil  texnologiyalar  sahəsində  qazanır:  “Apple”, 

“Google”, “China Mobile”, “Alibaba”, “Facebook” və 

“Verizon”.

"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” 

saytına  istinadən  bildirir  ki,  bu  halda  mobil 

texnologiyalar inkişaf edən ölkələrlə müqayisədə inki-

şaf  etməkdə  olan  ölkələrdə  insanların  həyatını  daha 

çox dəyişdirir.

Mobil  texnologiyalar  çoxlu  iş  yerlərinin 

yaranmasına  səbəb  olub:  “BCG”  tə rə findən 

araşdırılmış  6  ölkədə  (ABŞ, Almaniya,  Çin,  Cənubi 

Koreya,  Braziliya  və  Hindistan)  11  milyon  iş  yeri 

yaradıb.


İş yerlərinin yaradılması və gəlir əldə edilməsi hər 

bir  ölkə  üçün  fərqlidir.  Məsələn,  “BCG”  Çində 

“Alipay” xidmətinin xüsusi rolu var. Sözügedən servis 

müştərilərə  yerləşdiyi  ərazidən  asılı  olmayaraq  alış-

verişin  pulunu  ödəməyə  imkan  verir.  “BCG”-nin 

hesablamalarına görə, ötən il “Alipay” vasitəsilə 500 

milyard dollardan çox ödəniş edilib.

Yeni tədqiqata əsasən, ötən il mobil sənaye 3.3 trilyon dollar qazanıb. Bu, o deməkdir ki, hər bir kişi

qadın və uşağa 400 dollardan çox düşür


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin