XƏZƏr xəBƏR №337 fevral 2015 khazar-review


"MÜVƏFFƏQİYYƏT  VƏ  MƏSULİYYƏT"  MÖVZUSUNDA  SEMİNAR



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix07.04.2017
ölçüsü0,96 Mb.
#13627
1   2   3   4   5   6   7   8   9   ...   12

"MÜVƏFFƏQİYYƏT  VƏ  MƏSULİYYƏT"  MÖVZUSUNDA  SEMİNAR

Fevralın 10-da   "Microsoft Azərbaycan" şirkəti-

nin  Təhsildə  Əməkdaşlıq  proqramının  meneceri 

Emin Axundov  Xəzər  Universitetində  Mühəndislik 

və  tətbiqi  elmlər  fakültəsinin  Kompüter  elmləri  və 

Kompüter mühəndisliyi ixtisaslarında təhsil alan tələ-

bələrlə  görüşüb.  Görüşün  məqsədi  tələbələri  Azər-

baycanda keçiriləcək   “Microsoft Imagine Cup” in-

novasiya  müsabiqəsinə  cəlb  etmək  və  müsabiqənin 

şərtləri ilə tanış etmək idi.  

Müxtəlif təhsil müəssisələrindən olan tələbələrin 

iştirakı ilə keçirilən müsabiqə “Oyunlar”, “İnnovasi-

yalar”  və  “Dünya  vətəndaşlığı”  kateqoriyalarından 

ibarət üç istiqamət üzrə təşkil edilib. Milli təsnifat mər-

hələsinin  hər  bir  kateqoriya  üzrə  olan  qalibləri  cari 

ilin  may  ayında  onlayn  rejimdə  keçiriləcək  beynəl-

xalq yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Ya-

rımfinal mərhələsində də uğur qazanmış iştirakçılar 

isə bu ilin iyul ayında ABŞ-ın Sietl şəhərində təşkil 

ediləcək sonuncu – final mərhələsində Azərbaycanı 

təmsil etmək hüququ əldə edəcəklər.

 “MICROSOFT  IMAGINE   CUP”   MÜSABİQƏSİNİN   ŞƏRTLƏRİ   İLƏ   TANIŞLIQ

Fevralın  10-da Azərbaycan  Dövlət  İqtisad  Uni-

versitetində “Ali təhsildə keyfiyyətin təminatı” möv-

zusunda  iclas  keçirilmişdir.  2014-cü  ilin  oktyabr 

ayından 2015-ci ilin aprel ayına qədər davam edəcək 

bu layihə nisbətən kiçik miqyaslı olsa da, onun əsas 

diqqəti gələcəkdə daha iri layihələr üçün bazanın ya-

radılması üzərində cəmləşəcək. Layihənin bir hissəsi 

bütövlükdə Boloniya prosesi, eləcə də ali təhsilin key-

fiyyəti  ilə  əlaqədar  alət  və  vasitələrlə  tanışlığa  həsr 

ediləcək. 

İclasda  Xəzər  Universiteti  Magistratura,  dokto-

rantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə dok-

toru Eldar Şahgəldiyev və Təhsil fakültəsinin dekanı, 

fəlsəfə doktoru Elza Səmədova iştirak etmişlər.

“ALİ  TƏHSİLDƏ  KEYFİYYƏTİN  TƏMİNATI”  MÖVZUSUNDA  İCLAS

 King's College London maqistratura məzunu Pər-

vin Sadıqova fevralın 12-də Xəzər Universitetində tə-

ləbələr üçün “Kibertəhlükəsizliyin əhəmiyyəti” möv-

zusunda  seminar  keçirdi.  Seminarda  Xəzər  Uni-

versitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şura-

sının sədri professor Hamlet İsaxanlı, İT şöbəsinin iş-

çiləri və digər əməkdaşlar da seminarda iştirak etdi-

lər. Tədbirin axırında P. Sadıqova iştirakçıları maraq-

landıran suallara cavab verdi. 

SEMİNAR: “KİBERTƏHLÜKƏSİZLİYİN  ƏHƏMİYYƏTİ”  


39

XƏZƏR  XƏBƏR  JURNAL |  

“Dünya”  məktəbinin  ingilis  dili  müəllimi  Altuntac 

Məmmədovanın "Publications of Ahmed Jafaroghlu about the 

Folklore  of  Azerbaijan  in  Europe”  (“Əhməd  Cəfəroğlunun 

Azərbaycan folkloru haqqında Avropada çap olunmuş əsərləri”) 

adlı  məqaləsi  Ukraynada  Taras  Şevçenko  adına  Kiyev  Milli 

Universitetinin  “

  i 


”  (“Dil  və  mədəniyyət”) 

Мова


культура

jurnalında dərc olunmuşdur (buraxılış 16, cild IV (166), səh. 85-

92).

A. Məmmədovaya elmi yaradıcılığında yeni uğurlar arzulayı-



rıq. 

(

).



Məqalə jurnalın 66-cı səhifəsində dərc olunur

“DÜNYA”  MƏKTƏBİNİN  

MÜƏLLİMİNİN  MƏQALƏSİ  

UKRAYNADA  İNGİLİSCƏ  

ÇAP  OLUNMUŞDUR  

Yanvarın 12-13-də ADA Universitetində Azərbay-

canın 9 univeristetindən (Qafqaz Universiteti, Xəzər 

Universiteti, ADA, BDU, AzTU, İdarəçilik Akademi-

yası, Bakı Ali Neft Məktəbi, ADNA, İqtisad Universi-

teti)  olan  20  müəllimə  Java  Fundamentals  və  Java 

proqramlaşdırma  mövzularında  təlim  keçirildi.  Tə-

limdə Xəzər Universitetinin İnternet İnstitutunun di-

rektoru Rəşad Əliyev və Mühəndislik və tətbiqi elm-

lər fakültəsinin müəllimi Rasim Abdullayev iştirak et-

dilər. 15 həftə ərzində onlayn, 2 gün isə canlı olaraq ke-

çirilən təlimdə əsas məqsəd müəllimlərin bu mövzu-

larda peşəkarlığını artırmaq olub.

Təlimdə  Türkiyədən  gələn  Sinem  Kaya  Oracle 

Akademik Proqramı haqqında təqdimatla çıxış edib. 

Qeyd edək ki, Oracle Akademik Proqramı çərçivə-

sində indiyə qədər dünyanın 96 ölkəsində xeyli sayda 

mütəxəssis bu tip təlimlərin iştirakçısı olub. 

Sonda təlimdə iştirak edən müəllimlər, o cümlədən 

“Xəzər”in əməkdaşları R. Əliyev və R. Abdullayev 

müxtəlif mövzularda təqdimatla çıxış etdilər.

MÜƏLLİMLƏR  ÜÇÜN  TƏLİM

Yanvarın  20-21-də  Gürcüstanın  paytaxtı  Tiflisdə  Davamlı  Təhsil 

Tempus  layihəsinin  “Kadr  hazırlığı”  mövzusunda  növbəti  təlimi 

keçirilmişdir. Təlimdə Xəzər Universiteti, Gürcüstandan və Ermənis-

tandan  olan  universitetlər  və  Avropadan  olan  partnyor  universitetlər 

iştirak etmişdir. Təlimdə universitetlərin davamlı təhsil mərkəzlərinin 

kadr hazırlığı haqqında geniş və ətraflı müzakirə aparılmışdır.

Təlimdə  Xəzər  Universitetini  İnformasiya  sistemlərinin  proqram 

təminatçısı və meneceri Rəşad Xalıqov təmsil etmişdir.

DAVAMLI  TƏHSİL 

  LAYİHƏSİNİN

 NÖVBƏTİ TƏLİMİNDƏ

Fevralın  2-5-də  “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil mü-

əssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tem-

pus  layihəsi  çərçivəsində  Yunanıstanın  Makedoniya  Universitetində 

azərbaycanlı  tərəfdaşların  iştirakı  ilə  seminar  keçirilmişdir.  Tədbirdə 

Şərq dilləri və din araşdırmaları departamentinin müdiri, fəlsəfə doktoru 

Elnurə Əzizova Xəzər Universitetini təmsil etmişdir.

Seminarda əlilliyi olan tələbələrin ali təhsilə inteqrasiyasının təmin 

olunması ilə əlaqədar AB təcrübəsi və qanunvericiliyi haqqında danışıl-

mış, onlara dəstək və konsultasiya xidmətləri haqqında məlumat veril-

miş,  keyzlər təhlil olunmuş, gözdən əlil tələbələrə kitabxana xidmətləri-

nin inkişaf etdirilməsi məsələsi müzakirə edilmiş, əlilliyi olan tələbələrə 

dəstək mərkəzlərinin yaradılması istiqamətində atılacaq addımlar müza-

kirə olunmuşdur. 



ƏMƏKDAŞIMIZ

 ESFIDIP 

SEMİNARINDA

40 | XƏZƏR XƏBƏR  JURNAL

Xəzər Universitetinin Təhsil departamentinin ma-

gistrantı Nuranə Mirişli fevralın 5-də ”Təlimdə tətbiq 

olunan  formativ  qiymətləndirmənin  şagirdlərin 

özünü qiymətləndirməsinə təsiri” mövzusunda elmi 

işini müdafiə etmişdir. 

Magistrantın  elmi  rəhbəri    fəlsəfə  doktoru  Elxan 

Bəylərov, Müdafiə Şurasının üzvləri – fəlsəfə doktor-

ları   İsaxan İsaxanlı, Ulduz Qəzvini, Məhərrəm Əli-

yev  magistr işi barədə  rəylərini söyləmiş, mövzu ət-

rafında müzakirə keçirildikdən sonra iş müsbət qiy-

mətləndirilmişdir. Magistrant Nuranə Mirişli Müda-

fiə Şurasının üzvlərinə,  elmi rəhbərinə, rəyçilərə ona 

göstərdikləri qayğı və köməyə görə təşəkkürünü bil-

dirmişdir.

  TƏHSİL  DEPARTAMENTİNDƏ  DİSSERTASİYA  MÜDAFİƏSİ 

Türkiyəli  müəllif  Metin Turanın  “Kültür  –  Kimlik 

Ekseninde Türk Edebiyatı” (Ürün yayınları, 2015) ki-

tabının dördüncü nəşri çapdan çıxmışdır. Kitabın “Öl-

kə  ədəbiyyatları”adlı  bölümündə  müəllifin  “Yeni 

Azərbaycan şeiri ve Hamlet İsaxanlı” əsəri də yer al-

mışdır (səh.181-190). 

ADA    Universiteti  tərəfindən    “Baku  Dialogues” 

(“Bakı  dialoqları”  cild  №.1/Payız  2014)    kitabı  çap 

olunmuşdur. Kitabın   “ China's Geostrategy in Eura-

sia”  (“Avrasiyada  Çin  geostrategiyası”,      Prof.  Jisi 

Wang, Pekin Universiteti)   fəslində panel iştirakçısı 

kimi  Xəzər  Universitetinin  təsisçisi,  Direktorlar  və 

Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxan-

lının çıxışları da yer almışdır (səh. 21-42).

  “KÜLTÜR – KİMLİK  EKSENİNDE 

TÜRK  EDEBİYATI”

 KİTABINDA  HAMLET  İSAXANLININ 

POEZİYASI  HAQQINDA  MƏQALƏ

“BAKU  DİALOGUES”

  KİTABINDA 

 HAMLET  İSAXANLININ

 ÇIXIŞLARI  VERİLMİŞDİR


41

XƏZƏR  XƏBƏR  JURNAL |  

MÜSAHİBƏ


-Hamlet  müəllim,  hazırda 

Azərbaycanda tərcümə sahəsində-

ki vəziyyəti necə qiymətləndirirsi-

niz?

- Əlbəttə, on il bundan əvvəllə mü-

qayisə edəndə, xeyli inkişaf var. Am-

ma biz bu sahədə qonşu Türkiyə və 

İrandan - hələ mən başqa ölkələri de-

mirəm - çox-çox  geri qalmışıq. Fak-

tiki olaraq, İranda da, Türkiyədə də 

elmin,  fəlsəfənin,  bədii  ədəbiyyatın 

gözədəyən, tutarlı əsərlərini öz dillə-

rinə çevirirlər. Hətta elə kitablar var 

ki, çox oxucusu, bazarı yoxdur, mə-

sələn, monoqrafiyadır - onu da çevi-

rirlər.  Bu  vüsət  bizdə  yoxdur.  Düz-

dür, deyə bilərik ki, onlar böyük öl-

kələrdir,  kitabların,  hər  halda,  satıl-

maq şansı var. Üstəlik, insan qaynaq-

ları,  kadr  potensialları  çoxdur. Am-

ma  mən  bunu  Hollandiya,  Belçika 

haqqında da deyə bilərəm, baxmaya-

raq ki, onların əhalisi nisbətən azdır.

Bədii,  fəlsəfi  və  elmi  ədəbiyyat, 

populyar  elmi  yazılar  dilimizə  çev-

rilməlidir. Bunun üçün sistemli iş get-

məlidir. Sistemli işi isə biz, hələ də, 

sovet  dövründəki  kimi,  dövlətdən 

gözləyirik. Bu, doğru yanaşma deyil. 

Özəl təşəbbüslər olmalıdır. Məsələn, 

bizim  50-dən  artıq  ali  məktəbimiz 

var.  Bu  məktəblər  elm,  mədəniyyət 

ocağıdır-onların özləri də bu işə töh-

fə  verə  bilərlər.  Çünki  o  ocaqlarda 

 “Aydın yol”un suallarını Xəzər Universitetinin təsisçisi və rektoru

tanınmış şair-tərcüməçi, fizika-riyaziyyat elmləri doktoru, professor 

Hamlet İsaxanlı cavablandırır

HAMLET  İSAXANLI: “33  ŞAİRLƏ  RUHƏN  

NECƏ  YAXIN  OLA  BİLƏRƏM ?”


42 | XƏZƏR XƏBƏR  JURNAL

alimlər toplaşıb, bəzilərində dil mü-

təxəssisləri hazırlanır. Amma bəzən 

o  dil  mütəxəssisini  elə  hazırlayırlar 

ki, tədris müddətində heç 5 səhifəlik 

bir yazını tərcümə edib ortaya qoy-

mur. Burada nəşriyyatların da üzəri-

nə çox böyük iş düşür. Nəşriyyatlar 

bacarıqlı tərcüməçiləri işə cəlb etmə-

lidirlər.  Düzdür,  bu,  sərmayə  tələb 

edən bir işdir. Amma, hər halda, bu iş-

ləri görmək lazımdır. Yeni dövrün ya-

zıçılarını, şairlərini təqdim etmək gə-

rəkdir. Təəssüf ki, az universitet bu 

işi görür. 

Elmi ədəbiyyatın bədii ədəbiyya-

ta nisbətən az tərcümə olunması, yax-

şı  hal  olmasa  da,  başa  düşüləndir. 

Heç  olmasa,  dərslik  xarakteri  daşı-

yan  kitabları  tərcümə  etmək  lazım-

dır. Təəssüf ki, bu sahədə də iş axsa-

yır. Azərbaycan ədəbiyyatı nümunə-

lərinin dünya dillərinə tərcüməsi də 

çox  aşağı  səviyyədədir.  Bədii  ədə-

biyyatın  sistemli  tərcüməsi  işi  get-

mir. Ya hansısa yazıçı özü bunu edir, 

yəni öz əsərlərini tərcümə etdirir, ya 

xarici  ölkələrdən  kimsə  özü  maraq 

göstərir. Öz bədii ədəbiyyatımızı, ta-

rixi əsərləri, mədəniyyətimizi əks et-

dirən əsərləri başqa dillərə çevirmə-

liyik. Fikrimi əsaslandırmaq üçün si-

zə bir fakt deyim: mən 1993-cü ildə 

Los-Anceles Kaliforniya Universite-

tində olanda (o vaxt həmin universi-

tetin  kitabxanasında  9  milyon  kitab 

var idi) maraqlandım, görüm, Azər-

baycan haqqında hansı kitablar var. 

Kataloqa baxanda, gördüm ki, cəmi 

200-dən bir az artıq kitab var. Onun 

da çoxu sovet dövründə yazılmış, da-

ha  çox  sovet  təbliğatına  həsr  olun-

muş kitablardır. Əksəriyyəti də rus di-

lində. Sonra erməni dilində hansı ədə-

biyyatın  olduğu  ilə  maraqlandım. 

Məlum oldu ki, ermənilərin orda 66 

minlik  kitabxanası  var  -  ingilis,  al-

man, fransız, erməni dillərində yazıl-

mış ədəbiyyatdan ibarət böyük, ayrı-

ca bir kitabxana. 

Düzdür,  Los-Anceles  ermənilə-

rin  məskunlaşdığı  bir  yerdir.  Onlar 

16-cı  əsrin  sonlarından  Avropada, 

Amerikada  məskunlaşıb, təbliğatla-

rını aparıblar. Amma biz də işləməli-

yik, özümüzü təqdim etməliyik.  

Bununla  belə,  son  vaxtlar Azər-

b a y c a n d a   t ə r c ü m ə y ə   d i q q ə t  

verilməyə  başla nıb.  Prezidentin 

sərəncamı  ilə  Nazirlər  Kabineti 

yanında Tərcümə Mərkəzi yaradılıb. 

Hiss  olunur  ki,  iş  gedir.  Yəni, 

vəziyyət ümidvericidir.

-Bəs,  universitetiniz  bu  istiqa-

mətdə hansı işləri görür?

-Bizim  universitetdə  tərcümə 

mərkəzimiz var. Müəyyən sayda ki-

tab tərcümə etmişik. Onlar çox fun-

damental əsərlərdir. Məsələn, Tade-

uş Svyatikovskinin “Rusiya və Azər-

baycan”  kitabı  kimi.  Bilirsiniz  ki, 

onun bir kitabı var idi - “Azərbaycan 

Rusiya  dövründə”.  Sonra  ikinci-

adını çəkdiyim kitabı da nəşr olundu. 

Bu  sanballı  əsərin  bir  fəslində 

Cənubi Azərbaycandan, bir fəslində 

Şimali Azərbaycandan bəhs olunur. 

Biz o kitabı tərcümə etdik. Və kitabın 

Azərbay can  dilində  nəşri  üçün 

müəllif xüsusi əlavələr etdi. Bundan 

başqa, jurnalistikaya aid sanballı iki 

dərslik  tərcümə  etdik  -  biri,  aşağı 

kurslarda  oxu yan lar,  biri  isə 

doktorantura  və  magist raturada 

oxuyanlar  üçün.  Düşünürəm  ki, 

bunu  da  etmək  çox  vacib  idi.Çünki 

jurnalistika  metodları  qərbdə  və 

burda  xeyli  fərqlidir.  Onlar da 

jurnalistika daha çevikdir, daha rən-

garəngdir. Bədii kitablar da tərcümə 

etmişik.  Paulo  Koelyonun    “Əl-

kimyaçı”sını  bizdə  magistraturada 

oxuyan bir xanım tərcümə edib. Bu-

nun üçün Paulo Koelyonun özündən 

icazə aldıq. Gürcü müəllifinin rusca 

yazdığı  “Gürcüstanda  gürcü,  yoxsa 

erməni kilsələri?” adlı kitabı ingilis-

cəyə çevirdik, Xəzər Universiteti nəş-

riyyatında  işıq  üzü  gördü.  Eyni  za-

manda,  “Poeziya  antologiyası”  bu-

raxmışıq. İngilis, fransız və alman di-

lindən  Azərbaycan  dilinə  və  Azər-

baycan dilindən həmin dillərə şeirlər 

tərcümə etmişik. Kitabın içində tər-

cümə ilə orijinalı yanaşı vermişik. 6 

cildlik  “İngiliscə-Azərbaycanca  lü-

ğət” üzərində işlədik. 3 cildi çıxıb, 4-

cü cild çapdadır, 5-ci və 6-cı cildlərin 

üzərində redaktə işi gedir. Təsəvvür 

edin ki, heç ingiliscə-rusca o boyda 

lüğət yoxdur. Cəmi 3 hərflə, yəni A, 

B, C hərfləri ilə başlayan sözlərin top-

landığı  birinci  cild  800  səhifədir. 

Özü də kiçik şriftlə yığılıb. 

Başqa tərcümələrimiz də olub. Di-

gər tərəfdən, tərcüməçilik  sahəsində 



43

XƏZƏR  XƏBƏR  JURNAL |  

araşdırmalar aparırıq, özüm irihəcm-

li məqalələr yazıram. Elə bir ay əvvəl 

Kanadanın  beynəlxalq  “Meta“  dər-

gisində “Şərq-qərb dəhlizi” haqqın-

da bir məqaləm çap olundu. Məsələ 

burasındadır  ki,  dəfələrlə  bizim  kə-

narda qalmağımızla üzləşirik. Bir mi-

sal. Avropada  ingiliscə  tərcümə  en-

siklopediyası  buraxıblar,  orada  re-

gionlar üzrə xülasələr və araşdırma-

lar veriblər. İslam regionu kimi, ərəb 

dünyasına  aid  ikitərəfli  tərcümələr 

haqqında yazıblar, Osmanlı-Türkiyə 

və İrana aid ikitərəfli tərcümələrdən 

geniş söhbət açıblar. Qalanları haq-

qında heç nə yoxdur. Mən o ensiklo-

pediyanı gördüm, dedim, bəs keçmiş 

Sovetlər  birliyində  olan,  yəni  Rusi-

ya, Orta Asiya və Qafqazdakı müsəl-

man  bölgələr  niyə  unudulub?  Qeyd 

etdim ki, islam dünyasında modern-

ləşmə və islahatların çoxu bu bölgə-

lərdən  başlayıb  və  ya  qaynaqlanıb. 

Azərbaycanda  Mirzə  Fətəli Axund-

zadə,  Əli  bəy  Hüseynzadə,  Əhməd 

Ağaoğlu, Məhəmmədəmin Rəsulza-

də  kimi    ziyalılar  yetişib.  İsmayıl 

Qasprinski  və  digərlərini  yada  sal-

dım.


- Yeri gəlmişkən, fevralda uni-

versitetinizdə  “İslam  mədəniyyə-

tində elm və texnologiya” mövzu-

sunda  simpozium  keçirəcəksiniz. 

Bu  mövzuya  müraciət  etməyiniz 

son dövrlər dünyada baş verən pro-

seslərləmi bağlıdır?

- Bu, çoxdan planlaşdırılmış və ar-

dıcıl aparılan bir işdir. Məsələ bura-

sındadır ki, dünyadakı böyük sivili-

zasiyaların hamısı biri digərindən nə-

lərisə götürüb, inkişaf edib. Məsələn, 

islam sivilizasiyası yunan sivilizasi-

yasından  bəhrələnib.  Bütün  fəlsəfi, 

elmi  ədəbiyyatı  tərcümə  ediblər. 

Onun üzərində islam mədəniyyəti in-

kişaf edib.

 Sonra Avropa mədəniyyəti də is-

lam  mədəniyyətindən  bəhrələnib. 

Amma  Avropada  islam  dünyasının 

rolu unudulub. Bəzən isə, hətta ko-

bud tərzdə deyirlər ki, onlar ancaq yu-

nan biliklərini bizə ötürüblər, başqa 

heç  nə  etməyiblər.  Amma  sonralar 

elə avropalıların özləri bunu təkzib et-

dilər. Böyük məqalələr yazdılar, yeni 

anlayışlar gətirdilər, məsələn, “elm-

də Marağa inqilabı” kimi... Avropalı-

lar özləri yazdılar ki, NəsirəddinTusi 

və onun ətrafındakı alimlər astrono-

miyada  əhəmiyyətli  kəşflər  ediblər 

və onların da böyük hissəsi Nikolay 

Kopernikin kitabında var. Adını çək-

məsə  də,  amma  NəsirəddinTusinin 

məşhur lemması (Tusi cütü) və Tusi 

məktəbinin  digər  nümayəndələrinin 

gəldikləri elmi nəticələr Kopernikin 

əsərlərinə olduğu kimi daxil edilib.



-  Deməli,  Kopernik  plagiatlıq 

edib...

- Müəyyən mənada elədir. Nə za-

mandır araşdırmalar gedir - bu, necə 

olub, hardan götürüb, niyə belə edib? 

Yəni  islam  sivilizasiyası  güclü-

qüdrətli bir sivilizasiya olub, amma 

nisbətən  az  öyrənilib.  Avropalılar 

onu bizdən yaxşı öyrənirlər. Beləlik-

lə, biz islamın elm, fəlsəfə, ədəbiyyat 

tarixini araşdırırıq. Universitetimiz-

də  bu  istiqamətdə  çalışanlar  var  və 

vaxtaşırı  bununla  bağlı  seminarlar, 

konfranslar keçiririk.

- “Koroğlunun Amerika səfəri” 

ilə  bağlı  tapıntılarınız  haqqında 

eşitdik. Bu barədə nə deyə bilərsi-

niz?

- Xeyli maraqlı məlumat verə bi-

lərəm. Ancaq hələ ki yazını bitirmə-

diyim üçün yarımçıq nə isə demək is-

təmirəm...

- Bir az da tərcümə prosesi ba-

rədə. Məsələn, məşhur ingilis şairi, 

mistiki Uilyam Bleyki tərcümə et-

məyin   Corc Bayronu tərcümə et-

məkdən fərqi nədədir? 

- Əslində, istənilən poeziyada bir 

mistika var. Çünki poeziya obrazlar-

la danışır, əgər adi sözü olduğu kimi 

deyəcəksənsə, onda poeziyaya ehti-

yac qalmır. Obrazlarla danışanda isə, 

təbii ki, ora bir mistika gəlir. Ona gö-

rə  də,  mən  düşünmürəm  ki,  Bleyki 

tərcümə edəndə Bayrondan və ya An-

na Axmatovadan fərqli bir dünyaya 

qapılmışam.  Anna  Axmatova  yazır 

ki,  deyirlər, şair özünə bənzəyən, ru-

hən özünə yaxın olan adamları tərcü-

mə eləməlidir. Mən 33 şair tərcümə 

etmişəm, necə ruhən onların hamısı-

na yaxın ola bilərdim? Yazır ki, Vik-

tor Hüqo ilə mən çox fərqli adamla-

rıq, amma onu böyük məmnuniyyət-

lə  tərcümə  etmişəm.  Çünki  insan 


44 | XƏZƏR XƏBƏR  JURNAL

özündən fərqli insanların iç dünyası-

na girməyi bacarmalıdır.

-  Riyaziyyatla  məşğul  olursu-

nuzmu? 

-  Riyazıyyat  möhtəşəm  və  çox 

sevdiyim bir elmdir, ondan aralı düş-

mək mümkün deyil. Ancaq riyaziy-

yatla, əsasən, cavan yaşlarında əsaslı 

məşğul olurlar. Məsələn, mən 25 ya-

şımda  elmlər  namizədi  dərəcəsi  al-

mışdım, dünyanın çox yerlərində də 

məqalələrim  çıxırdı,  dünyanı  gəzir-

dim.  O  vaxtlar  və  sonralar  riyaziy-

yatla bağlı lazım bildiyim xeyli iş gör-

düm. Sonra hesab elədim ki, mənim 

içimdə olan tarix, ədəbiyyat, huma-

nitar düşüncə-bunlara da böyük ma-

raq var. Riyaziyyatla məşğul olanda 

da həmişə o sahənin tarixini araşdı-

rardım.  Moskva  Dövlət  Universite-

tində oxuyurdum (aspiranturada). Tə-

ləbələr də, professorlar da riyaziyyat 

tarixi ilə bağlı bir şey olanda məndən 

soruşurdular. Yəni  içimdə  bir  tarix, 

ədəbiyyat, fəlsəfə sevgisi vardı, necə 

deyərlər, “özüm üçün” qeydlər edər-

dim həmişə. Son 20-25 ildə daha çox 

intellektual tarix haqqında, elm, fəl-

səfə, din, ədəbiyyat, mədəniyyət tari-

xi haqqında məqalələr və kitablar ya-

zıram. Eyni zamanda, tərcümə nəzə-

riyyəsi, müəyyən dil problemləri, lek-

sikoqrafiya və sairə ilə də maraqlanı-

ram. Amma indi daha intensiv huma-

nitar-sosial sahələr və zəka tarixi ilə 

məşğul oluram.

- Fizika-riyaziyyat elmləri dok-

torusunuz, riyazi fizika ilə məşğul 

olmusunuz.  “Böyük  partlayış  nə-

zəriyyəsi”ni qəbul edirsinizmi?

- Elmdə bu, belə deyək, təqribən 

qəbul olunub. Amma şübhə edənlər 

də  var.  XX  əsrin  20-30-cu  illərində 

Amerikada astronomlar belə bir şey 

öyrəndilər  ki,  işığın  spektrində  də-

yişmələr var. Bu, adi dildə o demək-

dir ki, bütün obyektlər uzaqlaşırlar.

Uzaqlaşmanın sürətini ölçərək id-

dia edirlər ki, nə vaxtsa bütün bu ob-

yektlər bir nöqtənin ətrafında imişlər 

və  oradan  uzaqlaşıblar.  Onu  da  he-

sablayırlar ki, təqribən 14 milyard il 

bundan əvvəl, kainat kiçik, qeyri-adi 

dərəcədə sıx bir şey, nöqtə kimi bir 

materiya imiş. Partlayış əmələ gəlib, 

bu partlayışın nəticəsində kainat ya-

ranıb. Sonra ardıcıl nələr baş verib, 

necə baş verib, həyat necə əmələ gə-

lib – bu kimi məsələləri də araşdırıb 

əsaslandırırlar. Yəni bunun müəyyən 

ciddi bir elmi əsası var. 

Amma əleyhinə gedənlər də var, 

çünki orda çoxlu suallar var. Məsə-

lən, sual var ki, o partlayışdan əvvəl 

nə   olmuşdu? Cavab verirlər ki, əv-

vəl yoxdur. Zaman anlayışı da o part-

layışla  başlayıb.  Populyar  bir  nəzə-

riyyədir.  O  nəzəriyyələri  nə  tam  is-

bat, nə də təkzib etmək olur. Elmdə 

belə bir şey var:   model qurursan, o 

model tam real olmasa da, həyatdakı 

hansısa  hadisələri  müəyyən  qədər 

izah edə bilir. Sonra başqa birisi daha 

aydın model düzəldir. Necə ki, Nyu-

tonun bir kainat modeli vardı, Eynş-

teyn onu təkzib etmədi, sadəcə, on-

dan daha mükəmməlini yaratdı. Nyu-

tonun modeli bizim gözümüzlə gör-

düyümüz  dünyanı  izah  edir,  amma 

Eynşteynin modeli işıq sürətinə ya-

xın olan hadisələri, təsəvvür edilməz 

dərəcədə çox-çox uzaqlarda olanı da 

izah edə bilir.



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin