Xi-xix əsrlərdə geyim formalarının analizi” mövzusunda magistr dissertasiyasi


Milli qadın geyimlərində rəng özəlliyi



Yüklə 4,92 Mb.
səhifə4/5
tarix31.01.2017
ölçüsü4,92 Mb.
#7159
1   2   3   4   5

3.2 Milli qadın geyimlərində rəng özəlliyi.

Milli qadın geyimlərinin formalaşmasında biçim, forma, bəzək elementləri, zinət əşyaları ilə yanaşı onların rəng çalrlarıda böyük əhəmiyyətə malikdir. Azərbaycan milli geyimləri özünəməxsusluğu,bənzərsizliyi ilə göz oxşayırvə dünya xalqlarının geyimləri arasında seçilən bir yerə sahibdir.

Azərbaycanda istehsal olunan geyim məhsulları və hazır geyim nümunələridigər ölkələrdə yüksək qiymətləndirilirdi.Bunundabaşlıca səbəbi bu materialların müxtəlif təbii rənglərlə boyanması idi.

Hələ qədim dövrlərdə sənətkarlar öz duyğularını rənglər vasitəsilə ifadə edirdilər.Sanki bu rənglər vasitəsilə ələqə qurur,fikirlərini ifadə edirdilər. Bu dövrün miniatürlərinə nəzər salsaq rəng çalarlarının nə qədər vacib bir element oldugunu aydın görə bilərik. N. Gəncəvinin əsərlərinə görə, bu dövrdə rənglər özündə böyük bir həyat fəlsəfəsini ifadə edirdi. Dahi şair geyimlərdə istifadə edilən rəngləri rəssam məharəti ilə təsvir edir və dövrün geyimlərinin estetik 34 gözəlliyini oxucuya çatdırırdı. O qeyd edir ki, hər bir rəng təbiətdən götürüldüyü üçün hər bir rəngin yaranışının və istifadəsinin müvafiq fəlsəfəsi vardır.

Erkən orta əsrlərdə Azərbaycandan ixrac olunan xammallar sırasında, boyaq maddələri də xüsusi yer tuturlar. Bu dövrdə təbii boyaq maddələrinin ixrac olunduğu barədə müəyyən mənbələrdə məlumatlara rast gəlinir. Qırmızı rəng bu boyaq maddələri içərisində ən qiymətlisi hesab edilirdi. Orta əsrlərdə xalq arasında da qırmızı rəngdən daha çox istifadə edilirdi. Qırmızı rəngli geyim sevinc, xoşbəxtlik rəmzi sayılır, toy mərasimlərində bəy və gəlin nəinki təkcə qırmızı rəngli paltar geynərdilər, həmçinin əllərini də, biləyə qədər xına ilə qırmızı rəngə boyayırdılar. XV əsrin miniatürlərinə nəzər saldıqda deyə bilərik ki, qadın geyimlərində əsasən qırmızı, yaşıl, mavi, yasəməni, şabalıdı və s rənglərdən istifadəyə üstünlük verilirdi. Üst geyimlərində istifadə olunan parçalar sadə olurdular. Üst geyimi olan çuxa və cübbə astarlı tikilirdi. Hər birinin üz və astarı müxtəlif rənglərdə olur, məhz bu səbəbdən də bir geyim dəstində bir neçə rəng görünürdü. Geyim materialı kimi rəngli parçalardan istifadə olunması geyimlərə daha da gözəl estetik görünüş bəxş edirdi. Bir dəst geyimində bir neçə rəng çalarlarından istifadə olunurdu. Əsas fərqləndirici xüsusiyyətləri ondan ibarət olurdu ki, üst-üstə geyinilmiş geyimlərin yaxasına xeyli bəzək vurulurdu və elə tikilirdi ki, hər bir geyimin altından digər geyimin yaxası görünürdü. Bu geyimlərin forması eyni olurdu. Amma yaxa kəsiyi müxtəlif olurdu. Bu geyimlər bir-birindən ancaq rəng çalarlarına görə seçilirdilər.

XVI əsrdən başlayaraq saraylarda al qırmızı, ləl rəngli, yaşıl, qara və digər rənglərdə parçalar istifadə olunurdu ki, bu da saray həyatının rəngarəngliyindən geyimə nə dərəcədə əhəmiyyət verildiyindən xəbər verirdi. Parçalar saraya xüsusi sifarişlə gətirildi. Bu parçaların rəngləri al-qırmzı, bənövşəyi, innabı, şabalıdı və s olurdu ki, bunlardan ancaq yüksək vəzifəli insanlar istifadə edirdilər. Qalanları isə başqa açıq rənglərdən məsələn, kürən, yaşıl, açıq yaşıl və s rənglərdən istifadə edirdilər. Bu dövrdə Azərbaycanda hazırlanan geyimlər müxtəlif rənglərdən ibarət idi. Qadınlar tünd zeytuni, qırmızı, sarı rəngli paltarlar geyinir, lakin al qırmızı rəngə daha çox üstünlük verərdilər. Bu dövrdə Azərbaycanda geyimlərdə bütün rənglərdən istifadə edilsə də, əsasən dəbdə olan rəng al qırmızı və onun çalarları idi. Bu dövrdə yaşıl rənglərdən istifadə edilməsinə Azərbaycan miniatürlərində də rast gəlinir. XVI-XVII əsrlərə aid Azərbaycan miniatürlərinə baxdıqda qadınların alt köynəyinin ağ parçadan ibarət olduğunu görmək olar. Beləliklə müxtəlif dövrlərdə çəkilmiş miniatürlərə nəzər saldıqda milli geyimlərimizdəki fərqlər nəzərə çarpır.



i:\foto\14.jpg

Şəkil.8 Qız geyimi




i:\foto\12.jpgi:\foto\07.jpg

Şəkil.9 Milli geyimlər.


Milli geyim dəstinin hazırlanmasında müxtəlif rəng çalarlarından istifadəolunduğunu 1636-1639 cu illərdə Azərbaycanda olmuş alman səyyahı A. Oleri yazırdı: gözəllər geyimlərində müxtəlif rəngli xəzlərdən də (göy, mavi və s) istifadə edərdilər.

Azərbaycan xalqının zəngin rəng duyumu vardır. Xalq sənətkarlarının yaratdığı xalça, parça, keramika və digər sənət əsərlərində bunun şahidi oluruq. Al və yaşıl rənglər Azərbaycan xalqının geyimində uğurla işlədilən əsas rənglər hesab olunur. Yaşıl rəng təbiətin canlanmasının başlanğıc, bünövrə mənasını daşıyır. Tanrının yaratdığı təbiətin bütün rəngləri: qəhvəyi ağac gövdəsi, al-əlvan gül çiçəklər, payızın sarı-qızılı rəngi öz başlanğıcını əsasını ancaq yaşıl təbiətdən alır.

XIX əsrin sonlarından başlayaraq Azərbaycanda iqtisadiyyatın zəifləməsi özünü yerli parça istehsalında da açıq-aydın göstərirdi. İdxal olunan parçalar öz bədii tərtibatına və milli üslubdan uzaq idi.Onlardan rəng və naxış bəzəklərində milli geyimlərin hazırlanmasına istifadə edilidi. Xalqın geyimində istifadə etdikləri rənglər zövqə, yaşa, cəmiyyətdəki mövqeyə, geyimin ifadə sahəsinə ən əsası isə yaşatdığı təbiətinə uyğunlaşdırılırdı. Xalq sənətkarları arasında işlənən al qırmızıya ''alışdım yandım'' al ilə yaşıl ''xoş yaraşır '', ''qırmızı-sarı'', ''çığırma barı'' kimi deyimlərdən aydın olur ki, onlar yaratdıqları sənət əsərlərinə yad rəng, yad çalar qəbul etmirdilər. Ancaq bir-biri ilə uyuşan rəngləri və çalarları istifadə edərək güclü rəng koloriti yaratmağa çalışırdılar. Bu xüsusiyyət Azərbaycan milli geyimlərinin rəng seçimində özünü daha çox biruzə verir. Geyim dəstlərində, istər kübar geyimləri olsun, istərsə də sadə kənd geyimi, bütün detallardan, rənglərdən düşünülmüş şəkildə istifadə edilirdi. Geyim dəstinin rəngi, koloriti ən əvvəl onun material seçimində nəzərə alınırdı.

i:\foto\02.jpg

Şəkil.10 Uşaq geyimi.

Geyimin rəngi onu geyinənin şəxsiyyətin təqdimatında başlıca vasitə hesab olunurdu. Geyim dəstinin rəngi dedikdə yalnız seçilmiş bir rəng nəzərdə tutulmur, o həm də bir arada yerləşən müxtəlif rəngli detalların kəsb etdiyi mürəkkəb birləşmələri özündə cəmləşdiridi. Geyim dəstlərindəki rəng uyumu onların konstruksiya həllində də nəzərə alınırdı və nəticədə bir-birinə uyğun gələn rənglərin nizamlı yerləşdirilməsinə cəhd olunurdu. Bu rəng harmoniyasıhesab olunur, bu koloritidir.

c:\users\user\desktop\aaaaaaaaaaaaa.jpg

Şəkil.11XIX əsr Azərbaycan kişi geyimi.


Azərbaycanda XVIII əsrdə xanlıqların yaranması bütün sahələrə təsir etdiyi kimi, Azərbaycan milli geyiminə də təsirsiz ötüşməmişdir. Milli geyimlərdə meydana gələn fərqlər xanlıqların müxtəlif coğrafi ərazilərdə yerləşməsi ilə əlaqədar olmuşdur. Belə ki, rəng çalarları da bölgələr üzrə dəyişkən olurdu. Hər bir bölgənin geyim dəsti özünə məxsus rəng koloriti vardır. Bunu həmçinin həmin bölgələrin təbiəti ilə də əlaqələndirə bilərik. Abşeronun təbiətinə uyğun olaraq Bakı geyimlərinin rəngi seçilirdi. Şəhər qadınlarının geyim dəsti ansambl təskil edirdi.

Geyim dəstində ən çox bənövşəyi rəngin çalarlarından və innabi rəngdən istifadə olunurdu. Lakin Suraxanı xalçalarında olduğu kimi açıq qəhvəyi, solğun xardal rəngi, həmçinin ağ və tünd mavi rənglər üstünlük təşkil edirdi. Geyimin rəngindən aslı olmayaraq onların kənar bəzək və tikmələrində mütləq şəkildə, mavi və qızılı sarı rənglərdən istifadə edilirdi. Bakı qadınları öz geyimlərində də təbiətlə həmahəng olmağa çalışmışlar, dənizin, səmanın ağ, mavi, göy, sahilin qızılı sarı qum rənginə üstünlük vermişlər. Naxçıvanda geyimlərin rəng seçimində innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və 37 uyğun çalarda seçilirdi. Geyim dəstinin ayrı-ayrı elementləri güllü parçadan tikilsədə, mütləq şəkildə sakit rənglərdən də istifadə olunurdu.

Qarabağ geyimlərində üst tumanı və üst çiyin geyimi ya eyni, ya da uyğun rənglərdə olurdu. Köynək isə tuman və arxalığın rənginə nisbətən açıq və parlaq rənglərdə seçilirdi.

XIX əsrə məxsus olan bizə məlum materiallarının analizi göstərir ki, geyim dəstini hazırlayarkən ilk öncə geyimin estetikası yəni kənardan baxanın zövqünü oxşaması əsas əhəmiyyət kəsbedirdi. Paltarı geyinənin özünü bu paltarda rahat hiss etməsinə ikinci dərəcəli amil kimi baxılırdı.

Geyimlərdə əsas etibarı ilə al yaşıl rənglərdən istifadəyə üstünlük verilirdi. Al rəngi geyimlərdədə görmək o dövrün insanına xoşəhval-ruhiyə bəxş edirdi. Hətta kişilər də,belə geyimlərində al rəngdən istifadə edirdilər. Al, yaşıl rənglərdən həm kişi həm qadınların geyimində məharətlə istifadə olunardı. Gəncədə tünd yaşıl və şabalıdı rənglərdən də istifadə geniş yayılmışdı. Şəki geyimlərində müxtəlif rənglərdən istifadə edilsə də, geyim dəsti bütünlükdə ansambl təşkil edirdivə rənglər bir-birini mütləq şəkildə tamamlamalı idi. Çox vaxt ağ, mavi, göy bəzən isə tünd qırmızı rənglər istifadə edilirdi. Qırmızı rəngli paltarlar əsasən toy paltarı hesab edilirdi. Bütün bölgələrdə gəlin paltarı ancaq qırmızı rəngdə idi. Gəlinlik paltarları daha çox qorunub saxlandığından dövrümüzə qədər gəlib çatmış paltarların əksəriyyəti qırmızı rəngdədir.

Borçalı-Qazax qadınları geyimlərində əsasən ətrəngi, sarı, mavi, qırmızı, yaşıl rənglərdən istifadə edirdilər. O dövr qadınları arasında mavi, narıncı-qırmızı, bir qədər bozyaşıl və zoğalı rənglər də dəbdə olmuşdur. Lənkaran qadınlarının öz geyimlərində daha çox al-qırmızı, badımcanı, açıq qəhvəyi rənglərdən istifadə edirdilər. Lənkaranın dağ kəndlərində yaşayan əhalisi daha çox güllü-çiçəkli parçalara üstünlük verirdilər.

Sadaladığımız bölgələrin hər birinə nəzər salsaq aydın görə bilərik ki, bu rəng çalarlarının müxtəlifliyi sırf iqlimlə əlaqədar olmuşdur. İnsanla təbiətin rənglərini öz geyimlərində əks etdirməklə özünündə təbiətin bir parçası olduğunu göstərməyə çalışmışdır.

3.3 Geyimlərin kompozisiya tərtibatında bəzək əşyalarının və tətbiq olunan bəzək ünsürlərinin rolu.

Geyimlər və bəzəklər maddimədəniyyətin mühüm tərkib hissəsi kimi qəbul edilir və öyrənilir. Busahələrin yetərincə araşdırılması xalqın milli xüsusiyyətlərinin inkişafı səviyyəsini, estetik və bədii zövqünü göstərməklə yanaşı, etnik və sinfimənsubiyyətinin müəyyənləşdirilməsində qiymətli mənbədir. Təsadüfi deyildir ki, geyim və bəzəklər öz məqsəd, məram və məzmunu etibariləmənəvi mədəniyyətin də tədqiqinə işıq salır, köməklik göstərir. Əsrlərcə arxaikliyini və dəyişikliyini qoruyub saxlayan geyim və bəzəklərmüəyyən mənada xalqın etnogenezi məsələsinin öyrənilməsindəyardımçı olur. Geyim mədəniyyətinin ilkin izlərinin tarixi qədim daş dövrünə aid edilir. Məlumdur ki, geyim mədəniyyətinin inkişafındatəbii-coğrafi şərait, xüsusilə iqlimin rolu böyük olmuşdur. Buraya əhalinin dünyagörüşü, mənəvi-əxlaqi, sosial-iqtisadi durumu dadaxildir.

Etnoqrafik materiallarının təhlili göstərir ki, Azərbaycan qadınlarının bəzək-zinət əşyalarının hazırlanmasında müxtəlif qiymətli daşlar, (mirvari, yaqut, əqiq, kəhrəba, zümrüd, firuzə, mərcan, şəvə, hətta brilyant) mühüm yer tutmuş, mürəkkəb əsaslı zinət məlumatlarının komponent tərkibi olmuşdur.

c:\users\user\desktop\aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.jpg

Şəkil.12 XIX əsr Azərbaycan qadınının bəzək əşyalarından olan qızıl boyunbağı.



c:\users\user\desktop\folkarts_04_8 km\'\'\'\'rrr.jpg

Şəkil 13. Metaldan düzəldilmiş XVI – XVII əsr kəmər.


Bəzək və zinət əşyalari milli geyimlərimizin bir dəst şəklində tamamlayırdı. Kişi və qadın geyim kompleksinin tamamlayan, onlara xüsusi yaraşıq verən bəzəklərin meydana gəlməsi tarixi geyim mədəniyyətinin özünün tarixi qədər qədimdir. Bəzək-zinət əşyaları istehsalı, xüsusilə də qadın bəzəklərinin geniş çeşidi haqqında məlumatlar klassiklərin əsərlərində və dastan yaradıcılığında aydın izlənilir.

Dahi mütəfəkkir N. Gəncəvi “Xəmsə” də bəzəklərlə bağlı xalq təsəvvürlərindən, daş-qaş və zər-zivərin rəmzi məna daşımasından, onların çeşidinin müxtəlifliyindən və milli ornamentlərin misilsiz təkrarsızlığından ürəkdolusu bəhs etmişdir. Əsərlərində rast gəldiyimiz üzəri sikkələr və gövhərlərlə bəzədilmiş qızıl kəmər, qaşlı və ya qaşsız, tacidar möhürü rolunu oynayan üzüklər “tuği”, “gərdənbənd”, “xalxal”, “zərli həmayıl”, zənəbrinə boyunbağı, “tac”, saça taxılan ağa möhrələr, sırğalar, eləcə də libasa vurulan bəzəylər Azərbaycan qadının milli libaslarının bəzək elementlərinin zənginliyini göstərir. Bəzək əşyaları, zinətlər geyimləri tamamlayır və onların milli xüsusiyyətlərini zənginləşdirirdi. Geyimlərə xüsusi yaraşıq verən bəzək məluamtlarının hazırlanması və satışı XVIII-XIX yüzilliklərdə yüksək xətlə inkişaf etmişdir.




c:\users\user\desktop\folkarts_04_7serppppp.jpg


c:\users\user\desktop\uzuuuuuuuuuuuk.jpg
Şəkil.14 XIX əsr Zinət əşyası.
XIX əsrdə Naxçıvan, Gəncə, Şəki, Şamaxı, Bakı, Quba, Lənkəran, Şuşa və Salyan şəhərləri başlıca zərgərlik mərkəzləri sayılırdı.

Azərbaycan zərgərlik geyimlərində bəzək şeylərini bədii formasını və naxışlarını (dekorativ bəzəyini) gücləndirmək məqsədilə həm yekcins qızıl və gümüşdən həm də, müxtəlif cəvarihatın ahəngdar qarşığından məharətlə istifadə etməklə bu və ya digər zinət növünün hazırlanmasında həndəsi, nəbati, zoomorf və astral motivli naxışlar tətəbiq edilir, məlumatların surəti (ay, ulduz, günəş, yarpaq, gül, şaxə, balıq, quş və s.) təbii-dekorativ formalarda alınırdı.

Kustar sənət üsulu ilə (döymə, qəlbkarlıq, basma, savadlanma, şəbəkə, minasızlıq, xatəmkarlıq və s.) hazırlanan bəzək-zinət məlumatlarının əksəriyyəti Azərbaycanın sənət mərkəzlərində ərsəyə gəlsə də, bəzən varlı əyanların tacir-tüccar əhalinin qadınlarının bəzkələri içərisində xaricdə hazırlanan, üzəri kəsmə sikkələrlə (ərəfi, impreial, çervon, lirə, real, tilani və s. tərtiblənən bahalı kəmər, boyunbağı və qolbaqlara da rast gəlmək olurdu.

Azərbaycan qadınlarının qiymətli metallarla ləl-cavahiratın qarşılıqlı tətbiqindən hazırlanan zinət əşyaları istifadə qaydasına və gəzdirilmə tərzinə görə baş, qulaq, boyun, sinə, bel, qol, barmaq bəzəkləri olmaqla müxtəlif qruplara bölünürdü. Lakin qadın bəzəkləri təkcə bunlarla məhdudlaşmırdı. Qadın üst geyimlərinin boyunluğunu, yaxalığına, qollarının ağzına, ətəklərinə hətta bəzən çiyinlərinə də müxtəlif üsullarla bəzəklə vurulurdu. Müxtəlif bəxyə, bafta, zəncir, həşyə, güləbətin tikmə və s.-dən ibarət olan bu əlavələr dekortivbəzək funksiyası daşıyırdı.

Qulaq bəzəkləri Azərbaycanda zaman-zaman “altun küpə, “tana”,”güşvarə”, “sırğa” və başqa adlarla məlum olmuş, və çox geniş çeşiddə hazırlanmışdır. “Darağı”,”səbəti”, “gilası”, lolu (lola”), kufə, “minarə”, piyalı-zənn”, “buta,”, “badamlı”, “heydəri”, “aypara”, “yarpaq”, “qozalı,”, “fındığı”, “piyalə”, “pərəkli”, “qırxdüymə”, “satıl” “üçdüymə”, “zanqaguş”, “ətəkli”, “şarlı” və s. sırğa növləri, cavahir tana uzun zaman Azərbaycan qadınların istifadə etdiyi bəzək əşyası arasında üstün yer tutmuşdur.

Оrtа əsrlərdə üst gеyimlərində istifadə olunan ornamental üst gеyimlərin bəzədilməsində əsasən bəzək ünsürləri olan ornamеntal kompozisiyalardan istifadə olunurdu. Qadın bəzəklərinin böyük əksəriyyətnin boyun (boğaz) və sinə (döş) bəzəkləri təşkil edirdi. Bunlar həm bahalı daşlardan tərtiblənən muncuqlardan, həm qiymətli metallardan (qızıl, gümüş), həm də daş-qaşla (cavahiratla) əlvan metalların kombinəsindən xüsusi incəliklə hazırlanırdı.

Maddi cəhətdən imkansız olan qadınlar, bəzənmək xatirinə, hətta adi muncuqdan tuncdan, misdən, iydə və xurma çəyirdəklərindən boyunbağı taxırdılar. Çəyirdəkli boyunbağını düzəltmək üçün yetişən meyvələrin çəyirdəklərinin içərisini qızdırılmış iynə ilə uzununa və ya eninə deşir, sapa düzürdülər. Uzun müddət istifadədə olan bu muncuqlar “sürtülərək” parıldayırdı.

Kişi və qadın geyimlərinin ayrılmaz tərkib hissələrini təşkil edən bel bəzəkləri, xüsusilə də toqqa və kəmərlər özünün bədii-ornamental xüsussiyyətlərinə, tətbiq məqamına (əməli və ya bəzək funkisyasına), yayılma arealına və lokal fərqlərinə görə müxtəlif idi. Azərbaycanda kişi və qadın bel bəzəklərinin “ətəkli” (“sallama”), “taxta kəmər”, təkbənd”, “gül belbağı”, “saltoqqa”, “çilik toqqa”, “qabırğalı kəmər”, “düzmə kəmər”, “girvənkə toqqa”, “körpü kəmər”, “sikkə kəmər” və s. kimi çoxlu çeşidi olmuşdur. Qadın kəmlərinin içərisində yayılma arealına görə (“ətəkli”) kəmər tuturdu. Bu növ kəmərlərin qayışı dəridən 10-12 sm.enində hazırlanır, qayış kəmər toqqasına bərkidildikdən sonra üzərinə 20 qəpiklik gümüş pullar üç cərgədə bənd edilirdi. Kəmərin toqqa hissəsi iki ayr-ayrı hissələrdən düzəldilərək, bir-birinə iki qarmaq və halqa vasitəsilə bağlanırdı. Ümumiyyətlə isə kəmərə ona görə “sallama” kəmər deyilirdi ki, onun aşağı hissəsinə, kəmərdən aşağıya doğru 10-15-20 qəpiklik qulplu gümüş pullar gümüş zəncirlər vasitəsilə aypara formasında bir-birinə bənd edilirdi. Rəqs və hərəkət zamanı bu gümüş pullar bir-birinə toxunaraq metal səciyyəli melodik səslər verirdi. Etnoqrafik materiallar nəzərən, gəlin köçən qızların toy-nişan paltar dəstləri arasında üzəri həndəsi, nəbati, astralı motivlərlə bəzədilmiş gümüş bəzən qızıl kəmərin olması vacib idi. Bir qayda olaraq kəməri qızlar deyil, gəlinlər gəzdirirdilər. Kəmər təkcə əməli və bəzək əhəmiyyəti kəsb etməmiş, həm də sosial mənsubiyyəti müəyyənləşdirmiş, dini-magik xüsusiyyətlər daşımışdır.

Azərbaycan qadın bəzəklərinin bir qismini də libasa bənd edilən ənənəvi zərgərlik sənt nümunələri (yaxalıq, ətəklik, çalkeçirqarışqa, qoza-düyymə, zəngəbənzər qurov, sikkə-düzmələr, və s. ), toxunma və hörmə bəzəklər (bafta, qaytanlı naxış, şapara, hərəmi, qaragöz, sərmə, şəms, pürçüm, qotaz, pitik, buta, şahpəsənd, güləbətin, muncuqlu tikmə, zəncirə və s.) və paltara vurulan müxətlif bəzəy, tikiş və həşiyələr (nəlbəki, görüş, dördtikə, büzmə, dejurka, cəhrəpəri, qayçıqulplu, qoşasırıq, xoruzsayağı, qıyı, dəhrəburnu, xanımsalladı, dördsaplı, ikisaplı, üçsaplı, doldurma tikiş, quyrum və s.) təşkil edirdi. i:\foto\13.jpg

Şəkil.15 Qadın geyimi. Şuşa.


Özünəməxsus yaradıcılıq zövqü, tikmə və naxışsalma qabiliyyəti olan səriştəli qadınlar yuxarıda sözügedən toxuma, hörmə və naxış-tikiş nümunələrinin mahir yaradıcıları idilər.

c:\documents and settings\admin\рабочий стол\kkkkkkkk\08.jpg

Şəkil.16 Qadın geyimi.
Bafta enli və dar biçimli olub, ipək və zərli saplardan toxunur, lavada, küləcə, arxalıq, baharı, çəpkən və s. kimi qadın geyimlərinin yaxa, boyun, ətək və qol kəsiklərinə tutulurdu.

Qadın geyim kompleksini tamamlayan bəzək nümunələrinin əksəriyyəti qaş-daşdan və qiymətli metalların zərif işlənməsindən ibarət olmuşdur. Bu bəzək-zinət nümunələrinin tərtiblənməsində, mürəkkəb quruluşlu, təkrarasız naxışlı qadın bəzəklərinin araya-arsəyə gəlməsində Azərbaycanın zərgərlik sənəti mərkəzlərində fəaliyyət göstərən, fərdi yaradıcılıq qabiliyyətinə malik xalq sənətkarlarının rolunu xüsusilə qeyd etməliyik. Həm sırf estetik-bədii bəzək funksiyası daşıyan, həm əməli əhəmiyyət kəsb edən bəzək nümunələrini ictimai təbəqələr arasında sosial bərabərsizliyi daha dəqiq əks etdirməklə, bəhs olunan dövrün xüsusiyyətlərini, xalqın həyat və məişət tərzini, xalqlar arasında etnogenitik əlaqələri, yaş dövrünün ayı-ayrı pillərində bəzəklərdən istifadə edilməsində meydana gələn dəyişiklikləri və s. özündə daha dolğun əks etdirir. Bəzəklərdən az və ya çox dərəcədə istifadə edilməsinin bir xüsusiyyəti də şəxsin (qadının) yaş mənsubiyyəti ilə bağlı idi. Adətən, uşaqlıq və yeniyetmə çağlarında qadın bəzəkləri azlıq təşkil edir, nişanlılıq və gəlinliyin ilk dövrələrində qadın zinətlərinin sayı xeyli çoxalır, ailədə övlad artdıqca və ya qadın yaşa dolduqca üzük və sırğa istisna olmaqla, bəzəklər getdikcə geyim dəstinin tərkibindən çıxır, cehiz, saxlanc və ya hədiyyə predmetinə çevrilirdi.



NƏTİCƏ VƏ TƏKLİFLƏR

Azərbaycanın milli geyimləri tarixən uzun və çox mürəkkəb inkişaf yolu keçmişdir. Geyimlər xalqın tarixi ilə sıx bağlı olaraq, onun maddi mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən hesab olunur. Geyimlər maddi mədəniyyətin ünsürü kimi, xalqın milli xüsusiyyətini əks etdirirlər. Milli geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq baxımından, xalqlar arasında mədəni-tarixi əlaqələri məsələləri müəyyənləşdirmək üçün yardımçı vasitə rolunu oynayır.

Xalqların inkişaf tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini onların geyimlərində tapır. Bu xüsusiyyətlər özünü həm geyimlərdə və onların bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid e.ə III minillikdə tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, qədim insanlar paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən e.ə II minillik tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə V əsrə aid möhür-barmaqçıllar bizə o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevirdə aşkarlanan katakomba qəbirlərində müxtəlif ipək parçalarından tikilmiş geyimlərin qalıqları da tapılmışdır.

Azərbaycan xalqı çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olmuşdur. Bakı şəhərindəki Şirvanşahlar sarayının yanındakı məqbərədə aparılan tədqiqat işləri zamanı qiymətli xara və ipək parça qalıqları aşkara çıxarılmışdı.

Şübhəsiz ki, parça xalqın mədəniyyətini əks etdirən əsas elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa kömək edirdi. Həmçinin geyimlər xalqın müxtəlif sinifi təbəqələrin numayəndələrini fərqləndirməyə imkan verirdi. Azərbaycanda əhali arasında qanovuz, darayı, mov, zərbaf, xara, atlas, məxmər, tafta, fay, tirmə və başqa parçalar geniş istifadə olunurdu.

Qadın paltarları əsasən ipək parça və məxmərdən tikilirdi. Kişi geyimləri isə əksər hallarda mahuddan və evdə toxunan şal parçadan hazırlanırdı.

İstər qadın və istərsə də kişi alt paltarları kətan və pambıq parçalardan hazırlanırdı.

XVI - XVII əsrlərdə Azərbaycan geyimləri zəngin inkişaf yolu keçmişdir.

Bu dövrdə Azərbaycanda milli geyim məktəbi yaradılmışdır.

XVI əsrdə Azərbaycan geyimləri içərisində ən diqqət cəlb edəni baş geyimləri idi. XVI-XVII əsrdə Azərbaycanda çalma ilə yanaşı, orijinal kiçik şlyapaya bənzər papaqlar da istifadə edilirdi. XVI-XVII əsrlərə aid Azərbaycan qadın baş geyimləri də müxtəlifliyi iləseçilir. Bu baş geyimləri öz formalarına,mürəkkəbliklərinə görə seçilirdi. Əsas istifadə olunan qadın baş geyimlərindən biri araqçın hesab olunurdu.

XVI-XVII əsrlərdə Azərbaycanda istifadə olunan üst geyimləri də çox müxtəlif və rəngarəng olmuşdur. Bu dövrün geyimləri əvvəlki illərin geyimlərinə bənzəsədə geyim formalarında yeniliklər də var idi. Zaman keçdikcə geyimlər daha da təkmilləşir və yenilənirdi.Dəyişiklik əsasən ayrı-ayrı detallarda, naxış və bəzəklərdə hiss olunurdu. Bu dövrə aid qadın üst geyimləri də müxtəlif olmuşdur. Əsas etibarı ilə geyimlər biçiminə görə həmin dövrün kişi geyimlərini bənzəyirdi.

XVIII əsrdə Azərbaycan milli geyimləri öz rəngarəngliyi ilə seçilir.Bu dövrdə ölkədə baş verən siyasi proseslər geyimlərdə özəksini tapmışdır.

Azərbaycan ərazisini şərti olaraq bir neçə tarixi-etnoqrafik zonaya bölmək olar. Bu tarixi-etnoqrafik zonalarda yaşayan azərbaycanlıların geyimlərinin əsasən eyni olması onların tarixən vahid etnik qrupa mənsub olmaqlarına bir sübutudur. Bu zonaların əhalisinin yalnız lokal xüsusiyyətlərini əks etdirirdi. Bu dövrdə dəgeyimlər onun sahibinin hansı təbəqəyə məxsus olduğunu göstərirdi.

Müasir dövrümüzdə bu dövrlərdə istifadə olunan Azərbaycanın milli geyimlərinə ölkənin müxtəlif muzeylərində rast gəlmək olar. Apardığımız tədqiqatlar, əldə etdiyimiz məlumatlar, bir sıra təkliflərinmeydana gəlməsinə imkan yaradır. Azərbaycan geyimləri özünəməxsus vəfərqlidir. Dizaynerlərin milli ornametlərdən,tikmənövlərindən istifadə etməklə yeni geyim tərzləri yarada bilərlər. Bu geyimlər özündə yalnız müasir elementləri deyil, qədim geyim nümunələrini də birləşdirir. Milli geyimlərimiz olduqca müxtəlif və əsrarəngizdir incəliklərlə zəngindir. Hal-hazırda parça istehsalı ölkəmizdə geniş inkişaf etmişdir. Yeni texnologiyalar vasitəsilə o dövr parçalarının bəzədilmə və toxunulma texnikasından istifadə etmək mümkündür.

Bəzək ünsürləri geyimləri tamamlayan və onun milli xüsusiyyətlərini özündə birləşdirən bir vasitədir. Bəzək əşyalarının müasir dövrümüzdə yeni texnoloji avadanlıqlar vasitəsilə yenidən canlandırılması və geyimləri yenidən dekor edilməsi məqsədə uyğun hesab edilə bilər.




Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin