İslam səNƏTİ


Şir. Tunc buxurdan. İran. XII əsr



Yüklə 11,59 Mb.
səhifə28/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   24   25   26   27   28   29   30   31   ...   50
Şir. Tunc buxurdan. İran. XII əsr

DİL


Sovet çağında, Bakıda Mixail adında bir tanışım var idi. O, erməni idi. Bir dəfə, söhbət əsnasında ona dedim ki, əslində bizim dilimiz Azərbaycan dili deyil, türk dilidir. O, mənimlə razılaşmadı. Dedi, mən, bir dilşünas alim ilə söhbət etmişdim. Ondan eşitdim ki, Azərbaycan dili türk dili deyil. Ona görə ki, bu dilin tərkibi, əsasən, ərəb və fars mənşəli sözlərdən təşkil olunub. Ancaq rəhbərlik icazə vermir ki, biz bu sözü camaata söyləyək. Bizim başqa alimlər də mənim kimi, milləti aldadaraq, ərəb və fars dillərini bizə yad olan dillər kimi göstərmək məcburiyyətindədirlər.

Bu doğru sözdür. Bizim dil şərti olaraq türk dili adlandırılır.

Dilimizin təməli və ilkin şəkli türk sözlərindən təşkil olmuşdu. Keçmişdə çoxsaylı türki dilləri, ləhcələri köçəri həyat sürən, heyvandarlıqla məşğul olan tayfaların dilləri olub. Ancaq, sonradan, bu tayfalar oturaq həyata keçəndə, şəhərlərə yerləşəndə onların türki dilləri, tədricən, təkmilləşib, mədəniləşib, ərəb və fars mənşəli ədəbi sözlərlə zənginləşdirilib.

Məncə, bizim dilin tərkibi 60-90 faiz ərəb və fars sözlərindən ibarətdir. Sovet dövründə olduğu kimi bu gün də, Bakıda, rəhbərlik milləti inandırmağa çalışır ki, ərəb və fars kəlmələri bizə yad kəlmələrdir, ehtiyac var ki, dilimiz bu kəlmələrdən təmizlənilsin. Bunların niyyəti dilimizdəki 60-90 faiz sözlərin üstündən cızıq çəkib, onların yerinə lüğətimizə rus və latın sözlərini gətirməkdir. Bunların məntiqinə görə ərəb və fars sözləri bizə yaddır, rus və latın mənşəli sözlər isə doğmadır. Məqsəd – bizim inkişaf etmiş, ərəb və fars lisanlarından gələn ədəbi sözlərlə təkmilləşdirilmiş dilimizi, onun mədəniləşmiş halından çıxardıb, az əhəmiyyətli, köçəri həyat sürən, heyvandarlıqla məşğul olan bir tayfanın məişətində istifadə olunan bəsit bir dil şəklinə salmaq, qaytarmaqdır. Onlar istəyir ki, xalq öz dil qabiliyyətini itirsin, ağzı, dili bağlı olsun.

Erkən ingilis dilinin təməli min sözdən ibarət olub. Qədimdə sadə, az mədəniyyətli ingilis tayfaları bu dildə danışırdılar. Romalılar və fransızlar İngiltərəni işğal edəndən sonra bu ibtidai dilə on minlərlə fransız, yunan və latın sözləri əlavə olunub. İngilis dili bu xarici dillər vasitəsi ilə zənginləşdirilib hal-hazırkı mükəmməl bir şəklə salınıb. Əgər bu gün İngiltərədə bir rəhbər işçi millətə müraciət edib desə ki, dilimiz xaricdən gətirilən bu cür sözlərdən təmizlənməlidir, onda ingilislər onu dəli hesab edərlər.

Bir dilşünas alim Türkiyənin bir televiziya kanalında uzun müddət ərzində “Türk dili” verilişini aparırdı. Onun dediyinə görə türk dili 99 faiz ərəb və fars sözlərindən ibarətdir. Onun fikrinə görə türk dilinin yalnız bir faizi mənşəcə əslikar türk sözüdür. Məncə 99 faiz bir qədər şişirdilmiş rəqəmdir. Hər halda o, bunu deyəndə müasir türk dilini deyil, Osmanlı türk dilini nəzərdə tuturdu. Çünki XX əsrdə Türkiyədə dil islahatı keçirildi, Osmanlı dili ləğv olundu, əvvəlki dilin tərkibindəki ərəb və fars sözlərinin çoxu Avropa mənşəli sözlərlə, xristian xalqların lüğətindən götürülən sözlərlə əvəz olundu.

Bakıda camaat elə düşünür ki, Türkiyədə danışılan türk dili bizim danışdığımız dildən daha düzgün və saf türk dilidir, daha mükəmməl dildir. Bu yanlış fikirdir. Bakıda və Təbrizdə danışılan dil İstanbulda danışılandan daha təmiz və düzgün türk dilidir. Son zamana qədər işlənən Osmanlı dili bizim dilə çox yaxın bir dil olub. Fəqət Osmanlı dilində bir qədər yunan dilindən alınmış sözlər vardı.

Bir Yəmənli tələbə mənə belə demişdi. Bakıda yerli əhalinin danışığında ərəb mənşəli sözləri asanlıqla tə’yin edirəm, halbuki türkiyəlilərin danışdıqları türk dilində, türklərin tələffüzündə ərəb sözlərini tanıya bilmirəm. Onlar bizim sözləri çox əcaib, təxrib olunmuş şəkildə tələffüz edirlər.

Həqiqətən, türkiyəlilər ərəb və fars sözlərini xaricilərin, qeyri-müsəlmanların, avropalıların ləhcələrinə uyğun, təxrib edilmiş bir şəkildə, qol-qanadını qıraraq tələffüz edirlər. Məsəl üçün – “kayıt” (qeyd),”fesat” (fəsad), “vakit” (vaxt), “kayıp” (qeyb), “tıp” (tibb), “hamt” (həmd), “levha” (lövhə), “kanaat” (qənaət), “kabz” (qəbz), “kuvvet” (qüvvət), “hakikat” (həqiqət), “nefis” (nəfs), “kalp” (qəlb), “zevk” (zövq), “tevbe” (tövbə), “ufuk” (üfüq), “kasıt” (qəsd), “nutuk” (nitq), “kutub” (qütb), “put” (büt), “aht” (əhd), “ret” (rədd), “akit” (əqd), “nakit” (nəqd, nağd) “vaat” (və’d) və s.

Mustafa Kəmal Türkiyənin başçısı olanda o, bir gün, Aqop Martayan adında erməni əsilli bir adamı öz yanına, Dolmabaxça sarayına çağırtdırdı və ona ənənəvi türk dili olan Osmanlı dilini əvəz edə biləcək başqa bir dil quraşdırmasına tə’limat verdi. Erməniyə, həmçinin, müsəlman əlifbasını latın əlifbası ilə əvəz olunmaq işi verildi. Martayan Avropa dilləri üzrə bir mütəxəssis sayılırdı. Sonradan Türk Dil Kurumu (təşkilatı) yaradıldı və bu erməni uzun illər boyu bu idarənin müdiri oldu. Bu adam hər gün, başından, on-on beş söz uydurub türk lüğətinə əlavə edirdi. Məsəl üçün, onun uydurduğu “önem” (vacib), “anıt” (abidə), “denge” (müvazinət), “onur” (şərəf), “özel” (xüsusi), “açıqlama” (e’lan, bəyanat), “başkan” (rəis), “önder” (rəhbər), “okul” (məktəb), “bakan” (nazir), “önsöz” (müqəddimə), “olay” (hadisə), yargıç (hakim), “tanık” (şahid), “sanık” (müttəhim), “yaşam” (həyat), “eğitim” (təhsil), “öğretmen” (müəllim), “öğrenci” (tələbə), “kurum” (təşkilat), “etki” (tə’sir), “ulusal” (milli), “neden” (səbəb), “ünlü” (məşhur), “evren” (kainat), “barış” (sülh), “bağımsızlık” (istiqlal), “özgürlük” (hüriyyət, sərbəstlik), “düzen” (nizam), “durum” (vəziyyət), “kamu” (ictimayyət), “konu” (mövzu, bəhs), “dikey” (şaquli), “yatay” (üfüqi), yargılı (məhkum), “üye” (üzv) sözləri kimi.

Elə bu səbəbdən türklər, indiki Türkiyədə işlənən dili “Aqop dili” adlandırırlar. Onlar deyirlər “Martayan ərəb və fars kəlmələrə savaş açdı”. Bu gün türklər Aqopu söyərək, o, dilimizi məhv etdi, deyirlər. Onlar şikayətlənirlər ki, türklərin yüz illər ərzində, əsirlər boyu danışdıqları gözəl Osmanlı türkcəsi, ənənəvi türk lisanı yeni, əcaib, eybəcər bir dillə əvəz olundu.
Türk Dil Kurumunun işi ənənəvi türki dilini aradan qaldırmaq, yeni bir dil yaratmaq idi. Məqsəd, avropalaşdırılmış bir dil düzəltmək olub. Buna görə Osmanlı dilinin tərkibindəki ərəb və fars kəlmələri ingilis, fransız, italyan, yunan dillərindən gələn sözlərlə əvəz edilməyə başlandı. Məsəl üçün Osmanlı türkcəsində “rəqqasə” sözü var idi. “Bu söz ərəbdən gəldiyindən o, bizə yaramır” dedilər və bu kəlmə fransız dilindən gələn “dansöz” sözü ilə əvəzləndi. “Mədəniyyət” sözü ərəbdən gəldiyi üçün bunlara məqbul deyildi, amma fransız dilindən gələn “kültür” sözü yararlı oldu. Bu şəkildə, onlar, müsəlman dillərindən gələn on minlərlə sayda kəlmələri Avropa dillərindən gələn sözlərlə əvəz etdilər. Bu işə “dilimizi türkləşdiririk, milliləşdiririk” adı verildi. Bu səbəbdən bu gün Türkiyədə dövlət dili kimi qəbul olunmuş dil, əslində, türk dili deyil, erməni dilidir, çünki onu bir erməni uydurub.

1934-cü ildə Martayan Mustafa Kəmala təklif edir ki, bundan sonra o, özünü “Atatürk” adlandırsın. Bunun qarşılığında Mustafa Kəmal Martayana təzə, “Dilaçar” soy adı verir. Bundan belə çıxır ki, türklər əvvəlcə, yüz illər ərzində Osmanlı türkcəsində danışanda dilləri bağlı idi, ancaq bu erməni türklərə təzə bir dil verəndən sonra onların dili açıldı. Sonralar bu adam adını daima A. Dilaçar kimi yazırdı. Görünür ki, o, Agop adını istifadə etməkdən çəkinirdi, özünün erməniliyini gizlətmək istəyirdi.

Danışırlar ki, bir dəfə Mustafa Kəmal köməkçilərinə göstəriş vermişdi ki, onun bir nitqi üçün Osmanlı dilində deyil, təzə sözlərdən təşkil olunmuş, yeni türk dilində bir məruzə hazırlasınlar, yazsınlar. Onlar mə’ruzəni yazıb ona təqdim etdilər. Yığıncaqdan sonra o, köməkçilərinə dedi, mə’ruzəni kağızdan oxuyub danışdım, ancaq orada nə yazılmışdı, başa düşmədim, bir kəlməni belə anlamadım.

Türk Dil Kurumu A.Dilaçarın (Martayanın) ölümündən sonra da, günümüzə qədər, fəaliyyət göstərir. Hal-hazırda təşkilat bu eybəcər dili başqa türkdilli xalqlara sırımaq istəyir.

Əvvəlcə, Türkiyənin hökuməti ənənəvi türk dilinin bir erməni tərəfindən məhv olunmasına yol verdi. Bundan sonra isə, bu qərbpərəst cümhuriyyət, dünyada olan başqa türki dillərini də aradan götürmək, “Aqop dili” ilə əvəz etmək istəyir. Azərbaycan Respublikasında, Orta Asiya dövlətlərində “türk liseyləri” adlanan məktəblərin vasitəsi ilə yerdə qalan ənənəvi türk dilləri də yox edilmək istənilir.

Sovet İttifaqında bütün müsəlman dilləri kimi, bizimki də rus dili vasitəsi ilə tələf edilirdi. Uzun illər ərzində, Bakıda bizə yad olan rus sözləri və ifadələr dilimizə gətirilirdi. İndi vəziyyət elədir ki, bu ruslaşdırılma siyasəti hələ də davam etdirilir. Ondan əlavə, rus dili vasitəsi ilə mümkün olmayan işlər “Agop dili” vasitəsi ilə görülür.

Eşitmişdim ki, on il bundan qabaq bir türkiyəli Bakıda fabrik açmışdı. O yerli işçilərə özü ilə İstanbul şivəsində danışmağı əmr etmişdi. Ondan başqa o, işçilərə öz aralılarında da bizim ləhcə ilə danışmağı qadağan etmişdi. Kim bu əmrə riayət etmirdi, onu işdən qovurdu. Heç rus belə bunlar kimi zalım olmayıb!

Bir türkiyəli dil islahatından sonra meydana gələn dil haqqında belə demişdi, “ Ruhsal, parasal, soyut, boyut, yaşam, eğilim...Ya bunlar türkcə deyil, ya da mən türk deyiləm!”

Başqa birisi:
Hər kəsin ağzında bir “stres” (gərginlik – A.M.). Çox yaxşı, bəs “stres”dən məqsədin nədir, gözəlim? Dərd mi, gəm mi, qəhr mi, kədər mi, qüssə mi, məlalmı, ənduhmu, hüznmü, hicranmı, iztirabmı, inkisarmı, xəfəqanmı, təəssüfmü, təhəssürmü, vəhm mi, böhranmı, matəm mi, qayilə mi? Söylə hansısı?

Efendim, məni onurlandırdınız! Nə, yə’ni qürurlandırdınız mı demək istəyir, şərəfləndirdiniz mi? Yoxsa izzətli, heysiyyətli, namuslu, e’tibarlı, müəzzəz, möhtərəm, ləyaqətli... Onur bunların hansısı?

Bu, Aqop lisanımızi (türk dilinimizi – A.M.) qısırlaşmış halına salmışdır.
Əlifba dəyişməsi, köhnə yazının çətin öyrənilməsi üçün edilməsini iddia edən dünyəvilik tərəfdarlarına hərf dəyişmə “me’marlarından” biri olan türk siyasətçisindən (İsmət İnönüdən) cavab:
Hərf dəyişmənin tək amacı və hətta ən vacib amacı oxuma-yazmanın kütləviləşməsini tə’min etmək deyildir. Oxuma-yazma səviyyəsinin aşağı olmasının yeganə səbəbi əlifbanın öyrənilməsinin çətin olduğu deyildi (ki, çətin də deyildir. İki ayda altı yaşında uşaqlar çox rahat öyrənə bilirlər). Uzun illər boyu (uzun sürən müharibələrə görə) dövlət tərəfindən kütləvi təhsilə əhəmiyyət verilmirdi. Vermiş olsaydı şübhəsiz ki, daha yüksək olardı. Bu dəyişmənin təməl qayələrindən biri yeni nəsillərə keçmişin qapılarını qapatmaq, ərəb-İslam dünyası ilə bağları qoparmaq və dinin cəmiyyət üzərindəki tə’sirini zəiflətməkdi... Yeni nəsillər köhnə yazını öyrənməyəcəklər, yeni yazı ilə çıxan əsərləri də biz izləyə bilməyəcəyik. Dini əsərlər köhnə yazı ilə yazılmış olduğundan oxunmayacaq, dinin camaat üzərindəki tə’siri azalacaqdı.
Siyasət adamı, Nəcməddin Ərbakan Türkiyənin milli məclisində uzun nitqlər söyləyəndə televizorda onlara axıra qədər qulaq asır, tamaşa edirdım. Ərbakanın dili müasir Türkiyədə danışılan dildən çox seçilirdi, gözəl səslənirdi, adama xoş gəlirdi. O, həmdə bizim dilə çox yaxın bir dil idi. Hiss edirdim ki, onun nitqləri, dili məclisdə oturanları, müxalifətdə olan başqa partiyaların, firqələrin nümayəndələrini də heyran və məftun etmişdi. Onlara təəccüb gəlirdi ki, yə’ni bizim türk dili də bu qədər gözəl səslənə bilərmiş?! Ancaq mən bircə onu bilmirəm ki, bu nitqləri Ərbakan özü, yoxsa onun köməkçiləri yazırdı.

Londonda yaşayanda, bir gün bir Türkiyə cəmiyyətinə getdim və onun sədri, yaşlı bir türklə söhbət etdim. Ona dedim ki, sizin siyasətçilər arasında mənim tək Ərbakanın nitqləri, onun danışdığı dil xoşuma gəlir. Türk isə mənə belə cavab verdi: “Ərbakanın danışdığı dil xocaların dilidir”. Xocalar deyəndə o, molları nəzərdə tuturdu. Yə’ni ki, o, demək istəyirdi ki, Ərbakan ənənəvi türk dilində, Osmanlı Dövlətinin dilində danışır.

Türkiyənin hal-hazırki hökuməti təzəlikdə yeni bir təşəbbüs irəli sürüb ki, gəlin universitetlərdə Osmanlı dili şöbəsini açaq. Bəyanatda deyilir, bu bir dəhşətli vəziyyətdir ki, nəvələrimiz, Osmanlı dilində yazıldığına görə, atalarının, babalarının qəbir daşlarını belə oxuyub başa düşə bilmirlər. Türk kanalının birində bir profesor bu təşəbbüsə tərəfdar çıxdı və sonra buna əlavə etdi ki, qoy heç kəs bundan qorxmasın, çünki burada söhbət, əsla, Osmanlı dilinin bərpasından, təkrarən, qəbul edilməsindən getmir.

Türkiyənin bir ərəb dili müəllimi qileylənirdi ki, mən türk uşaqlarına və gənclərinə “x” hərfinin nə olduğunu başa sala bilmirəm, çətinlik çəkirəm. Axı Martayan latın əlifbanasını Türkiyədə işlədilmək üçün tərtib edəndə, ona “x” hərfini əlavə etməyi lazım bilməyib və sözlərdə gedən “x” səsini “h” ilə əvəz edib.

Görün bir bunlar Osmanlı dilinin bərpası kimi millət üçün vacib bir məsələni dillərinə bilə gətirməyi qorxurlar. Baxanda görürüsən ki, ənənəvi türk dilinin bərpasını istəyənlər, əslində, bir ovuc adamdır. Halbuki Türkiyə əhalisinin əksəriyyəti buna qarşı olacaq, çünki müsəlmanlar çox tənbəl olur, ələlxüsus, elm öyrənməyi sevmirlər və babalarının danışdığı bu dili öyrənməyə ərinirlər, artıq zəhmət çəkmək istəmirlər.

Beşinci sinifdə oxuyanda, Bakıda çıxan respublikanın baş qəzeti, “Kommunist” qəzeti, əlimə düşmüşdü. Qəzetin dörd səhifəsinin tamamını Nikita Xruşovun mə’ruzəsi tuturdu. Bu nitq bizim dilə tərcümə olunmuşdu. Maraqlandım ki, oxuyum görək sovetin başçısı nə danışıb? Yazının başından on-on beş cümlə oxudum, ancaq heç nə başa düşə bilmədim. Hamısı cəfəngiyat idi. Bir cümləni belə başa düşmək olmurdu. Fikirləşdim ki, gəlsən, bu cümlələri rus dilinə tərcümə edim görək onda mə’nalı bir şey alınırmı? Yazını rus dilinə tərcümə edəndə Xruşovun əslində nə dediyi mənə aydın oldu. Anladım ki, bizim yerli tərcüməçi bu rusun öz nitqində, cümlələrində işlətdiyi ifadələrin hərfi tərcüməsini verib. O, Xruşovun işlətdiyi külli miqdarda rus ifadələrini, ata sözlərini hərfən tərcümə edib. Dörd saatlıq mə’ruzə o cür tərcümə edilmişdi ki, orada bizim dildə mə’na verən bir cümlə belə olmayıb.

Bu məsələ məni çox təəccübləndirdi ki, bu qəzet redaksiyasında, bu şəhərdə, bu respublikada bu cür tərcümənin səhv olmasını başa düşən məndən başqa bir adam yoxdurmu? Bu respublikada doğru-dürüst, ağlı başında olan adam yoxdurmu? Tərcümənin qanun və qaydalarını bilən adam yoxdurmu? Əgər belə adamlar var isə, əgər bilirlərsə, onda niyə susurlar, niyə e’tiraz etmirlər? Mən bir məktəb uşağı olmaqla bilirəm ki, başqa dildə işlənən ifadələri, atalar sözlərini tərcümə edərkən onların hərfi tərcüməsini vermək düzgün deyil, onların mə’nasını tərcümə etmək lazımdır. Yə’ni ki, rus dilində işlənən ifadələri və ata sözlərini bizim dilə tərcümə edəndə bizim dildə işlənən ifadələrdən, bizdəki oxşar atalar sözlərindən istifadə etmək lazımdır.

Biz, şəhərli məktəb uşaqları olduğumuz üçün, rus dilini yaxşı bilirdik. O vaxt sinifdə belə bir oyunumuz var idi. Biz, növbə ilə, zarafat üçün, bizim ifadələri rus dilinə hərfən tərcümə edirdik. Belə tərcümənin düzgün olmadığını yaxşı anladığımızdan bu cür hərfi tərcüməyə gülürdük. Məsəl üçün, “mənim gözüm səndən su içmir” ifadəsini hərfən rus dilinə tərcümə etsən bu, təbii ki, cəfəngiyat sayılacaqdır.

Qəzetlərdə bu cür hərfi tərcümə işi uzun illər boyu davam edirdi.

Ola bilər ki, qəzet redaktorları dövlət başçısının mə’ruzələrinin sərbəst tərcüməsini verməyə qorxurdular. Ola da bilər ki, bu, qəsdi-qərəzlikdən, dilimizi məhv etmək niyyətindən törəyirdi.

Bu vəziyyət bu günə qədər davam edir. Rus ifadələri daima bizim dilə hərfən tərcümə olunur və dilimiz məhv olub gedir. Halbuki “Azərbaycan dilinin izahlı lüğəti” kitabında yazılıb, “Tərcümədə mətnin hərfini deyil, ruhunu verməyə çalışmaq lazımdır”, “Hərfi tərcümə dilin qayda-qanunlarını pozur” və “Hərfi tərcümə ən yanlış tərcümədir”. Görünür bu nəzəriyyədir, əməliyyədə, həyatda isə başqa cürdür. Azərbaycan Respublikasında heç bir qanuna məhəl qoymurlar, dilin qanun-qaydalarına, həmçinin.

Türkiyədə də vəziyyət bizimkinin eynidir. Fəqət, orada rus dilindən deyil, ingils dilindən gəlmə külli miqdarda ifadəni hərfən tərcümə edib öz dillərini məhv ediblər.

Sovet çağı, bir gün, Bakının “Vətən” kinoteatrı ilə üzbəüzdə yerləşən baqqal dükanında satıcı qıza yanaşıb qəhvənin satışda olub-olmamağını soruşdum. O vaxt qəhvə çətin tapılan mal idi. Mən ona “Sizdə qəhvə varmı?” demişdim. Bizim millətdən olan satıcı qız mənə acıqla, “Yoxdur, get burdan, get burdan!” dedi. Onun bu cür rəftarı mənə təəccüb gəldi. Dönüb qapıya tərəf getdim. Sonra, sol tərəfə baxıb şüşənin arxasında “Pele” adında Braziliya qəhvəsi qutularının düzüldüyünü gördüm. Təzədən qıza yanaşdım, dedim, bəs deyirsiniz qəhvə yoxumuzdur, bəs bu qutular nədir? Qızın rəngi açıldı “Siz “kofe” istəyirdiniz?” dedi. Təsdiq etdim. Görünür o, “qəhvə” sözünü ömründə birinci dəfə eşitmişdi.

Sonradan bu məzəli əhvalatı bir tanınmış yerli jurnalistə danışdım. Bu jurnalist isə, görünür o qızdan daha nadan adam olub. O, dedi, qızın səninlə acıqlı danışmağa haqqı var idi. Qız düz deyir, “qəhvə” pis sözdür sən gərək “kofe” deyəydin. “Qəhvə” bizim dildə pozğun arvadlara deyirlər. Mən e’tiraz etdim ki, burada hərf fərqi var, pozğun arvadlara “qəhbə” deyirlər, mən isə “qəhvə” demişdim. Jurnalist tə’kid edərək dedi ki, bu, eyni şeydir. Təkrarən, ona başa salmaq istədim ki, “kofe” rus dilindədir, bizim dildə isə bu içkiyə “qəhvə” deyilməlidir. Məsəl üçün, bizim dildə işlənən “qəhvəyi rəngi” sözü “qəhvə” sözündən əmələ gəlib ki, burada qəhvə dənələrinin rənginə işarə olunur, dedim. O isə, yox, Azərbaycan dilində o rəngə “karıçnıvı” deyirlər.

Cavanlıqda Türkiyədə işlənilən “yor” şəkilçisinin haradan gəldiyi haqqında öz-özümə düşünürdüm. Məsəl üçün biz “gəldi”, “getdi” dediyimiz halda Anadolu türkləri “gəliyor”, “gediyor” deyirlər. Bu şəkilçi nə bizim türk şivəsində, nə türkmənlərdə, nə özbəklərdə, nə də ki, uyğurlarda var, təkcə Anadolu türklərində var. Öz-özümə düşündüm, axı türk tayfaların əslikar vətəni Sibir, Mongolustan olub, onlar şərqdən köç edərək, nəhayətdə Anadoluya gəlib, yerləşiblər. Yə’ni bu ləhçələr qərbə tərəf getdikcə dəyişılıb, təhrif olunub. Elə ki, bir qədər fikirləşib belə nəticəyə gəldim ki, çox güman Anadolu türkləri bu şəkilçini yunan dilindən, orada yaşayan yunanlardan mənimsəyiblər.

Otuz il sonra, Londonda, türk kitabxanasında kitab rəfindən keçən əsrin əllinci illərində çap olunmuş bir kitabı götürdüm və onu ayaq-üstü vərəqlədim. Orada bir məqalədə bir Türkiyə dilşünası yazırdı ki, o, otuz il ərzində, araşdırma aparıb İstanbul şivəsində işlənilən “yor” şəkilçisinin mənşəyini tapmaq istəyirdi. Yazırdı ki, axırda tapdım ki, o, bizim türkcəyə yunan dilindən gəlib. Bu mənə məzəli gəldi ki, mən bunun cavabını araşdırma yolu ilə deyil, məntiq yolu ilə tapdım, özü də on-on beş dəqiqəyə. O isə buna, ömrünün otuz ilini sərf edib.

Ərəb və fars dillərini bilmək müsəlmanlar üçün vacibdir. İslam dövlətlərində, Osmanlıda, İranda, Türküstanda, Hindistanda qədim çağdan ta ki son əsrə qədər, ərəb və fars dilləri, mütləq bir şəkildə, məktəblərdə tədris olunan fənnlər olub. Bu dilləri mükəmməl bilməyən adamlar bisavadlar sayılırdı. İslam aləmində dini, elmi və bədii əsərlərin əksəriyyəti bu dillərdə yazılardı. Ərəb və fars dillərində yazılan kitabları təkcə ərəblər və farslar deyil, əksər başqa müsəlman xalqların ürafası, savadlı adamları oxuyub bu əsərləri özününkü, ümum-müsəlmanın mə’nəvi sərvəti sayırdılar. Türki dillərinin lüğətlərinin doxsan faizi ərəb-fars sözlərindən təşkil olduğuna görə, türkdilli şagird və tələbələrin bu iki dili öyrənmələri, bilmələri vacibdir. Bunları mükəmməl şəkildə öyrənməyən, bilməyən heç türk dilində də doğru-dürüst şəkildə danışa bilməyəcək. Fikrini mükəmməl bir şəkildə bildirməyi bacarmayacaq.

Mənə görə, müsəlman şagirdlərə və tələbələrə xaçpərəst xalqların dillərinin tədrisi çox məhdud bir şəkildə olmalıdır. Məmləkətdə, hal-hazırkı vəziyyətin əksinə, böyük vəzifələri rus və ingilis dilini bilənlərə deyil, ərəb və fars dillərini yaxşı, mükəmməl bilən adamlara vermək lazımdır. Dövlətin hakim təbəqəsi ərəb və fars dillərini mükəmməl bilən adamlardan təşkil olunmalıdır.

Mən belə bir fikrə gəlmişəm ki, ərəb dili təkcə ərəb ölkələrində deyil, bütün qeyri-ərəb müsəlman ölkələrində, bütün İslam dünyasında dövlət dili kimi qəbul edilməlidir. Əgər bu hər yerdə tətbiq olunarsa, onda İslam dünyasında elm, iqtisadiyyat, mədəniyyət dirçələcək, intibah dövrü başlayacaq. Hal-hazırda amerikalılar və ingilislər ingilis dili vasitəsi ilə öz mədəniyyətini, düşüncə tərzini bütün dünyada yaymağa çalışırlar. Ərəb dili müsəlman aləmində, bu geniş coqrafiyada, dövlət dili kimi qəbul edilsə, onda daha ingilis dili deyil, ərəb dili dünyada hakim bir dil olacaq, müsəlmanların nüfuzu artacaq və bütün xalqlar ruslar, fransızlar, ingilislər və sairlər ərəb dilini öyrənməyə can atacaqlar.

Keçmişdə olduğu kimi müsəlman dünyasında ərəb dili təzədən elmin dili olmalıdır, bütün elmi kitablar da bu dildə yazılmalıdır.

Bakıda rus dili icbari bir tədris fənidir. Nə üçün məktəblərimizdə rus dili əvəzində Qur’anın dili tədris olunmasın? Rusiyada siyasətçilər fəxrlə deyirlər ki, rus dilində 300 milyon adam danışır. Rus Qafqaza və Orta Asiya respublikalarına gedəndə orada özünü öz evində kimi hiss edir, öz dilində danışır, yerli dilləri öyrənməyə ehtiyac gürmür. Bu səbəbdən Kreml bu əraziləri özününkü hesab edir. Əgər bizim respublikada və Orta Asiyanın tədris müəssisələrində rus dilinin tədrisi dayandırılıb ərəb dili dərsi ilə əvəz olunsa, Kreml dəhşətə gələr, çünki bu halda bu ərazilərdə rus tə’siri azalacaq, sıfır edəcək, Rusiyanın bu əraziləri təzədən özünə qatmaq arzuları boşa çıxacaq, puç olacaq.

Bu gün respublikada hakimiyyət əvvəllərdə, sovet vaxtı olan kimi rusdilli zümrənin, təbəqənin əlindədir. Bunlar isə bizim dilə və həm də ləzgi, kürd, talış dillərinə, ümumiyyətlə bütün müsəlman dillərinə laqeyd, yad münasibət bəsləyirlər. Bunlar üçün respublikada bizim dillin, ərəb və fars dillərinin nüfuzunun artması işi arzu olunmaz, qorxulu bir şeydir. Çünki, əgər ölkədə müsəlman dillərinin nüfuzu artarsa, nəhayətdə, onlar hakimiyyəti itirəcəklər, hökmranlıqları sona çatacaq.

Sovet İttifaqının müsəlman xalqlarına ruslardan gələn ən böyük zərər, onların dilindən, rus dilindən gəlib. Məktəblərə gedib rus dilini öyrənəndən sonra, bu xalqlar, nəyinki ərəb və fars dillərində, hətta, öz ana dillərində belə doğru-dürüst danışa bilmirlər. Onlar həmdə müstəqil düşünmə qabiliyyətini itiriblər. Ruslar rus dili vasitəsi ilə müsəlmanların zehniyyətinə hakim olublar. Bir tanınmış rus dilşünas deyib ki, hər kəs ki, şüurunda rusca fikirləşir o, rusdur. Bundan belə çıxır ki, bizim xalq, əslində rusdur. Ondan da pis. Nə ondandır, nə bundan. Rusdur, ancaq aşağı dərəcəli bir rus.
Bu gün sovetin keçmiş Baltikyanı respublikalarda yaşayan rusdilli adamlara heç vətəndaşlıq belə verilmir. Rəsmi dilləri pis bildiklərinə görə sənədlərində onlara “yad ünsürlər” adı verilib, ayrıca bir dəstə kimi göstərilmişlər. Yə’ni ki, rusdilli məktəbləri qurtardıqlarından, o dövlətlərin rəsmi dillərində tədris verən məktəblərdə oxumadıqlarına görə onlara vətəndaşlıq vermirlər. Bu, bizdə də tətbiq olunmalıdır. Rus dilində tədris alan, dövlətin rəsmi dilini mükəmməl bilməyən təbəqəyə “yad ünsürlər” kimi baxılmalıdır.

Əslində, bizim ölkədə yaşayan əhalinin bu qisminin, belə adamların vətəndaşlıqdan məhrum olunmasına bir lüzum, ehtiyac da yoxdur. Hərgah, dövlətin rəsmi dilini bilməyən bu “ünsürlər”, tutduqları yüksək vəzifələrdən salınsalar və bunun əvəzində onlara özlərinə layiq olan bir iş, əl əməyi işi təklif edilsə, onlar bunu qəbul etməyəcəklər, ailələrini götürüb, öz xoşlarına, ölkəni tərk edəcəklər.

Məmləkətdə bütün rusdilli körpələr evlərinin, uşaq baxçalarının, orta məktəblərinin, ali məktəb şöbələrinin bağlanması, dövlət əhəmiyyətli, vacib bir işdir. Dövlətin rəsmi dilini bilməyən, rəsmi dilə laqeyd yanaşan adam yaxşı vətəndaş ola bilməz. Rusdilli məktəbi qurtaran adam nəyinki yaxşı vətəndaş ola bilməz, eləsi bəlkə hətta dövlət düşməni olacaq. Sovet dövründə hakim dairələr müsəlmanlara əhəmiyyətsiz, aşağı sinif adamlara baxan kimi baxırdı. Onda da, bu gün də, Bakının rusdilli hakim təbəqəsi bizim danışdığımız müsəlman dilini aşağı təbəqənin, bazar əhlinin dili hesab edir. Təmtərahlı şüarlara, türkcülük təbliğatına rəğmən bu, belədir.

Bə’zi, məhdud sayda olan, ixtisaslaşmış təhsil müəssisələrində Qərbi Avropa dillərinin öyrənilməsi lazımlı işdir. Avropa xalqlarından dəqiq elmləri və texnika işini öyrənmək lazımdır. Halbuki xaçpərəst aləmindən “mədəniyyət” adı altında bizə əxlaqsızlığın, mə’nəviyyatsızlığın, dinsizliyin ixrac olunmasının qarşısını almaq lazımdır. Onların şübhəli mədəniyyəti müsəlmana lazım deyil, bizim özümüzün qədim ulu mədəniyyətimiz var ki, Avropada onun tayı-bərabəri yoxdur.

Bu gün bizim maarif ocaqlarımızda Avropa dillərinin tədrisi heç də elmimizi artırmaq, iqtisadiyyatımızı dirçəltmək üçün öyrədilmir. Bu dillər bizim vətəndaşları avropalıların zehniyyətinə əsir etməkdən ötrü tədris olunur. Onların dillərini öyrəndikcə, onların nəzər nöqtəsini, adətlərini və dırnaq arası mədəniyyətlərini mənimsədikcə bizim əhalinin şüuru o, yad xalqların şüurunun, düşüncə tərzinin əsirinə, köləsinə çevriləcək.

Bu gün Bakıda televiziya kanallarına, kameranın qabağına hər hansı bir yerli adam, bir müsəlman gələndə danışdığı hər söz, adətən, onun ruslardan eşitdiyi və oxuduğu şeylər olacaq. O, adətən, ağzını açıb deyir, “rusların bir atalar sözü var”, “bir rus alimi belə deyib”, “bir rus yazıçısı belə yazıb”. O, dünyaya rusun gözü ilə baxır. Eləsi rusun dediyi, yazdığı şeydən kənar heç nə bilmir. Əgər belə adamın yaddaşından ruslardan eşitdiyi bütün sözləri, fikirləri pozsalar, daha yaddaşında bir şey qalmayacaq. Onda o, çaşıb qalacaq, bilməyəcək ki, nə desin, deməyə sözü olmayacaq.

Bizdə, Bakıda, hal-hazırda qəzet, mətbuat dili kimi istifadə olunan dil tamamı ilə sün’i bir dildir, öz müsəlman zəminindən, öz kökündən kəsilib rus dilinə calaq olunmuş eybəcər bir şeydir. Türkiyədə isə bu gün işlədilən müasir türk dili ingilis dilinə bağlanılıb. Orada, mətbuatda işlədilən ifadələrin böyük əksəriyyəti ingilis dillərində istifadə olunan kəlmələrin hərfi tərcüməsindən alınmışdır.

Sovet çağında, Qaraqoyunlu adlanan vilayətin bir kəndində, bir evdə qonaq qalıb, orada, üç gün ərzində, bir qarı nənənin şirin söhbətlərinə qulaq asdım. Çoxlu, ilk dəfə eşitdiyim, heç bir yerdə yazılmayan dastanlar, nağıllar eşitdim. O, savadsız, məktəb görməmiş bir fərd olduğu halda onun danışdığı dil bizim müasir yazıçıların, alimlərin danışdığı dildən daha yaxşı, daha düzgün bir dil idi. Düşünürəm ki, ondan eşitdiyim şifahi ədəbiyyat nümunələrin yanında bizim “xalq şairlərinin”, “xalq yazıçılarının” yazıları heç bir şeydir. Halbuki o qarının cəmiyyətdə tutduğu yeri bunların tutduqları yerlə müqayisə etmək olmaz.

Bu məsələlərlə əlaqəli bir lətifə fikirləşdim.

Bizim xalqın hər hansı bir nümayəndəsindən xitabət kürsüsünə qalxıb, mikrofona bir şey danışmasını xahiş etsələr, o, çaşıb qalacaq, bilməyəcək ki, nə danışsın. Deyəcək, nə danışım? Desələr, nə istəyirsən, onu danış. O, isə yenə bilməyəcək ki, nə danışsın. Səssiz duracaq. Onun çətinlik çəkdiyini, sükut saxladığını görəndə desələr, elə ürəyində nə tutmuşsan, onu danış. O, onda dərin fikrə gedəcək ki, axı mənim ürəyimdə nə var, nə danışım? Bir az da fikirləşəndən sonra ürəyində olan şeylərdən danışacaq, deyəcək, “Küftə... Dolma...Plov...”

Mən bunu belə görürəm ki, bizim millət axırıncı 70-80 ildə tamamı ilə müstəqil düşünmək qabiliyyətini itirib və bu illər ərzində kirayə ağılla, rusların ağlı ilə yaşayıb. Bizim əhali bu illər boyu, bu günə qədər tutuquşu kimi elə, rusun sözlərini təkrar edib durur.

Yadıma bizim adamlardan birisinin dediyi söz düşdü. O, demişdi, bizim millətdən fərqli olaraq rusun başı yaxşı işləyir. Rusun kəlləsi var. Ona görə biz gərək rusun ətəyindən möhkəm-möhkəm yapışaq, o, hər-hara getsə bizdə onun dalınca sürünərik. Biz ancaq bunu etməklə bir yerə gedib çıxa bilərik.

Sovet çağı “cəbhəçilər” hökumətdən onlara söz verilməsini tələb edirdilər. Nəhayət hökumət onlara milli məclisə gəlib millət qarşısında televiziya vasitəsi ilə, canlı şəkildə, danışmağa icazə verdi. Elçibəy xitabət kürsünə qalxıb mikrofona səsləndi. O, görünüşündən özünü itirmiş adama oxşayırdı. İki saat danışdı. Bu məruzə əsnasında bəlkə iki-yüz, üç yüz dəfə “demokratiya” sözündən istifadə etdi. Nə demək istədiyi mənə aydın olmadı. İmkan olsaydı ona deyərdim ki, bu “demokratiya” sözünü kənara qoy, sonra danış ki, görək nə deyirsən.

Elə o dövrdə bizim bir Xalq şairinin oğlu Hollandiyaya gedib “Azadlıq” radiosuna müsahibə vermişdi. Bir saat danışdı, elə hey “proses” sözünü təkrar edirdi. Dəfələrlə “proses getdi, proses gedir, proses gedəcək” cümləsini deyib-dururdu. O, bu söhbətdə bəlkə 200 dəfə bu sözdən istifadə etdi. İmkan olsaydı mən buna da deyərdim, bu “proses” sözünü qırağa qoy, görək nə deyirsən. Lüğətdə bu söz “hadisənin gedişi, inkişaf” mə’nasını verir.

Nəhayətdə, müsahibənin sonunda, dedi -- “proses getdi”. Bu mənim yadımda qaldı. Və bu yaxınlarda öyrəndim ki, bu məşhurlaşmış ifadəni ilk dəfə Gorbaçev işlətmişdi (“Процес пошёл!”). Gorbaçevdən sonra “şair oğlu” bu sözləri tərcümə edib, əzbərləyir və təkrar edir. Yə’ni özünü bir şey bilən adama oxşatmaq istəyirdi. Yə’ni ki, baxın, məndə bir şey bilirəm.

Bu yaxınlarda Bakı televiziya kanalında bizim üç alim, dilşünas professor danışdı. İki sözü bir-birinə bağlıya bilmirdilər. Cəmisi iki-üç kəlmə söz dedilər, halbuki işlətdikləri hər cümlədə bir neçə imla və məntiq səhvi var idi. Öz-özümə fikirləşdim ki, mən məktəbdə oxuyanda Azərbaycan dili dərsindən daima üç qiymətini alırdım. Bunlar alim sayılırlar, ancaq məndən pis danışırlar.

Bir-iki il bundan qabaq rus dilində yazdığım beş səhifəlik işi redaktə edə bilən bir adam axtarırdım. Azərbaycan Akademiyası binasında bir qadına yaxınlaşıb, soruşdum, bu işi kim savadlı şəkildə redaktə edə bilər? O, yazımı oxudu və bir-iki səhv məsləhətlər verdi. Gördüm ki, o, rus dilini məndən də pis bilir. Ona dedim ki, mən həm də bu işi bizim dilə tərcümə edə bilən adam axtarıram. O, isə dedi, mən rusdilli adamam, azəri türkcəsini bilmirəm. Soruşdum ki, sizin sənətiniz nədir. Mən burada, akademiyada işləyirəm, aliməm, elmi sahəm türkşünaslıqdır, dedi. Bunu eşidəndə özlüyümdə güldüm -- bu arvad əslən azəridir, azəri dilini bilmir, rusdillidir rus dilini də sən deyən yaxşı bilmir. Həm deyir mən aliməm, türkşünasam, ancaq bizim azəri türkcəsini bilmir. Onda o, hansı poxun türkşünasıdır?!

Bizim dövlət idarələri bu cür adamlarla doludur, dövlət büdcəsindən bunlara maaş verilir. Halbuki, elələri haqqında deyirlər “iki eşşəyin arpasını bölə bilməz”.

Uşaqlıqda Krımda pioner düşərgəsində dincəlirdim. Orada həm də bir dəstə Qərbi Almaniya məktəb uşaqları var idi. Qırx uşaqdan yalnız biri pul ödənişli gimnaziyada oxuyurdu. Qalanları fəqir-füqaranın oxuduğu yerdə, hökumətin pulsuz məktəblərində təhsil alırdılar. Uşaqların sözünə görə hökumət məktəblərində təkcə yazı-pozunu öyrədirlər, cəbr, həndəsə, kimya və fizika kimi elmləri öyrətmirlər.

Həm o vaxt, həm də bu gün Almaniyada yalnız bu cür qimnaziyalarda dəqiq elmləri öyrədirdilər. Belə çıxır ki, o ölkədə, təkcə gimnaziyanı qurtaran varlı adamların uşaqları ali məktəbdə oxumağa icazəlidirlər.

Deməli, Almaniyada ali təhsil ancaq imkanlı olanlar üçündür. Keçmişdə, bu hər yerdə belə olub – pulun var, oxu, yoxdursa, get əl əməyi ilə məşğul ol.

Bizdə də bu cür olsa daha yaxşı olar. Bu cür təhsil nizamı o ölkənin elminin, sənayesinin inkişafına əsla mane’ olmur. Almanlar başa düşürlər ki, bu cür fərqli-fərqli elmlərin öyrənilməsi əksər əhali üçün lüzumsuzdur. Əməliyyədə, bu biliklər məktəbdən sonrakı həyatda əksər adama qərəksiz olacaqdır. Məncə, bizim indiki tədris nizamımız dövlət pulunun artıq, lazımsız yerə sərf olmasına gətirib çıxardır. Və həm də tədrisin keyfiyyətini aşağı salır.

Kasıb uşağını da bə’zən pullu məktəblərə götürüb dövlət hesabına oxutmaq olar, o halda ki, bu uşaqda qeyri-adi istedadlar aşkar olusun. Belə uşaq yaxşı təhsil alsa, gələcəkdə, cəmiyyətə böyük töfələr verə bilər. Eşitmişəm ki, İranda ölkənin hər şəhərində xüsusi pulsuz məktəblər var ki, ora ancaq qeyri-adi iste’dadı olan uşaqlar qəbul olunur. Külli miqdarda uşaq ora daxil olmağa cəhd edir, fəqət ancaq az bir hissəsi qəbul olunur.

Bizim orta məktəblərdə təkcə bir fənn, ana dili fənni tədris olunsa və bu mükəmməl bir şəkildə olarsa, onda o şagirdlərə bundan artıq heçnə lazım deyil. Çünki, hərgah bu uşaqlar bizim dövlət dillimizi lazımlı səviyyədə bilsələlər, gözəl danışmağı və yazmağı öyrənsələr, onda onların dil qabiliyyəti respublikanın bu günki alimlərindən, nazirlərindən, gəzetçilərindən daha üstün olacaq. Axı bunların dil bacarıqları çox aşağı səviyyədədir. Savadlı, məntiqli cümlələr düzəldə bilmirlər. Cümlələr də hamısı rus dilinin, ifadələrinin üzərində qurulub.

Gürciyev təsəvvufun tədrisi barəsində danışanda demişdi ki, əgər bu elm hamıya verilsə, heç kəsə bəs etməz, boş yerə xərclənər. O, bunu deyəndə, batini, gizli elmləri nəzərdə tuturdu. Lakin bunu bütün elmlərə də şamil etmək olar. Təhsildə kəmiyyətə deyil, keyfiyyətə nail olmaq lazımdır. Milyonlarla adama verilən tədrisin səviyyəsi aşağı olacaq. Səviyyəli təhsil seçkin fərdlər üçün olmalıdır.

Həqiqət budur ki, dünya durduqca adamların əksəriyyətinin ülumdan, fəlsəfədən, elmi-hikmətdən başı çıxmayacaq. Belə kitablar, hər zəmanədə, seçkin insanlar üçün nəzərdə tutulurdu. Sovet vaxtı alimlərdən, yazıçılardan tələb olunurdu ki, əsər yazanda sadə dildən istifadə etsinlər ki, geniş əhali kütləsi bir şey anlaya bilsin. Məncə bu səhv bir yoldur. Başqa bir fikir var. Elmi kütlənin səviyəsinə salmaq əvəzinə, kütləni elmin səviyəsinə gətirmək, qaldırmaq lazımdır. İmtəhası, hamı alim ola bilməz, çünki bu təbiətin qanunlarına zidd bir şeydir.

Sovet dövründə marksist hökumət siasət üçün, sırf təbliğat məqsədi ilə ali təhsil müəsisələrində geniş xalq kütləsini – fəhlələri və kəndliləri və onların uşaqlarını oxutdurub, sonra isə vəzifələr verirdi. Elə ki bunun nəticəsində millət olub bədbəxt. Çünki əksər adamı, əhalinin böyük bir hissəsini nə qədər oxudursan oxut, bunlardan alim, elmli adam çıxmayacaq. Axı, bu kəmsavadlar ali məktəbləri bitirib hamısı vəzifə tələb edəcəklər. Hər cür fənd, biclik işlədib yüksək məqamlarda yer alacaqlar. Onda, bütün cəmiyyət zərər çəkəcək, məmləkət batacaq.

Mən həm də fikir vermişəm ki, respublikada bir neçə qızlı ailədə valideynlər onların arasından ən çalışqanlısını, ağıllısını deyil, ən yaraşıqlısını ali məktəbə oxumağa göndərirlər. Bundan belə çıxır ki, məqsəd qıza elm öyrətmək deyil, başqa şeydir, onu yaxşı ərə verməkdır.

Sovet çağı bir tamaşa var idi. Orada bir qız universitetdə təhsilini bitirib kəndə qayıdanda valedeynlərinə ona dərs vermiş professoru, Xasay müəllimi çox-çox tərifləyirdi. Başqa bir səhnədə isə ata-ana, təsadüfən, qızlarının bir oğlanla söhbətinin şahidi oldular. Qız oğlana qarşı hiss etdiyi sevğidən, məhəbbətdən danışdıqca atası kolun arxasından səslənir, deyir ki, mən qızımı ali məktəbə göndərdim ki o, elm öyrənsin bu Xasay müəllim isə belə görünür ki, orada qızıma başqa şeylər öyrədib, eşqbazlıq dərsləri verib. Bərəkallah, sənə, Xasay müəllım!

Həqiqətən də Bakıda o cür bir müəllim var idi. Halbuki, adı başqa cür idi. Eşitdiyimə görə, onun estetika dərslərində, oğlan və qız tələbələr, qabaqça, partada aralı otururdular. Ancaq, mühazirənin sonuna yaxın isə, onun güclü tə’sirindən, oğlanlar və qızlar bir-birilərinə sarılırdılar, qucaqlaşırdılar. O professor onlara deyirdi, sevgi, məhəbbət ülvi bir şeydir. Cavanlar sevişməlidirlər. Gənclər, gərək heç kəsin sözünə qulaq verməsinlər və sevib-sevilməkdən qorxmasınlar...

Eşitdim ki, ingilis dilli ölkələrin tədrisində əsas fənn dildir. Məncə bu düzgün tədris nizamıdır. Dili zəif bilən alim fikrini nə danışığda nə də ki, yazıda ifadə edə biləcək.

Bir dəfə peyk antenası ilə İrəvanın bir TV kanalında son xəbərlərə qulaq asdım və çox təəcüb etdim ki, bu yarım saatlıq verilişdə bir dəfə də olsun rus və latın kəlməsi işlənilmədi, yanlız xalis erməni sözləri. Gürcüstan televiziyasının son xəbərlər verilişlərində də bizimkindən fərqli olaraq çox nadir halda xarici sözlər işlədilir. Bunun da səbəbi ondadır ki, bu respublikalar həqiqi milli dövlətlərdir, orada bütün xarici və daxili siyasət milli əqidə üzərində qurulub. Bu dövlətlərdə hökumət millətin, xaçpərəstlərin mənafeini güdür. Bu iki xalq xristian olduğu halda başqa xaçpərəst xalqların dilindən gələn sözləri işlətməyi məsləhət görmür. Onlar öz milli əlifbalarını da mühafizə edib saxlayıblar. Bizdəsə, müsəlman olduğumuz halda, buna bir ehtiyac olmadığı halda, dilimizə xristian xalqların dillərindən alınməş bol-bol sözlər gətirilir. Halbuki xristianlar bizə, müsəlmana yad və düşmən xalqlardır.

Bizə həm də ənənəvi, milli əlifbamızdan istifadə etməyə icazə vermirlər. Yalandan deyirlər ki, köhnə əlifba bizim deyil, ərəbindir. Güya ki, latın əlifbası bizim doğma əlifbamızdır.

Məsəl üçün, köhnə əlifbanın nəstə’liq xətti müsəlman ölkələrində ən geniş yayılan, İraqda, İranda, Cənubi Qafqazda, Orta Asiyada, Pakistanda və Hindastanda ən çox istifadə olunan xətt növüdür ki, onu qeyri-ərəb ölkədə, İranın Təbriz şəhərində yerli xəttadlar icad ediblər.

Bu gün bə’zi şüursuz adamlar, xainlər keçmiş dövrdə yaşayan və əsərlər yazan ulu ədiblərimizin istifadə etdikləri dili səhv, qeyri-milli bir dil kimi, pis bir şey kimi, göstərməyə cəhd edirlər. Deyirlər ki, o yazıların lüğətinin tərkibində həddən artıq çox ərəb və fars kəlmələri var idi ki geniş xalq kütləsinin o əsərləri oxuyub, başa düşmək imkanı yoxdur. Halbuki, o ədəbi əsərlər heçdə camaatın, kütlənin oxuması üçün yazılmamışdı. Yüksək savadı olanlar, seçkinlər üçün nəzərdə tutulmuşdu. Ərəb və fars kəlmələri dilimizin ədəbi sözləridir. Yazıda, danışığda ədəbi, elmi ifadələr, gəliz sözlər işlətmək adamın savadının, mədəniyyətinin göstəricisidir. Bunun əksinə, bizim halhazırki vətəndaşın danışığında və yazısında işlətdiyi rus və latın kəlmələr onun mədəniyyətsizliyinin göstəricisidir. Bu cür adam artıq İslam mədəniyyətininə, cəmiyyətinə aid olan birisi deyil. Başqa zehniyyətli bir insandır. Özününkünə yadlaşmış birisidir. Yadların gözündə də beləsinin bir dəyəri, qiyməti yoxdur.

Türk dili, bizim dil çox bəsit və sadə bir dildir. Bu dildə ciddi kitablar elmi, fəlsəfi, dini əsərlər yazmaq mümkün deyil. Yə’ni ki, türkcə belə mövzuya aid kitab yazmaq istəyən adam mütləq bir şəkildə ərəb sözlərindən, ərəb mənşəli kəlmələrdən istifadə etməlidir, buna məcburdur. Başqa cür mümkün deyil. Yada ki, o, səhv bir fikrə düşüb başından təzə sözlər toqquşdurmalı, uydurmalıdır. Bu da səhv, yanlış bir yoldur.

Bakıda özlərini vətənpərvərlər, millətçilər kimi göstərmək istəyən insanlar deyirlər ki, dilimizi ərəb və fars mənşəli sözlərdən təmizləmək lazımdır, çünki onlar bizimki deyil, bizə yad olan kəlmələrdir. Əslində bu adamlar özləri bizimki deyil, bizim millətə və mədəniyyətə yad olan insanlardır. Bunların sözündən belə çıxır ki, Qur’an da bizimki deyil, Peygəmbər, İmamlar, Nizami, Nəsrəddin Tusi, Füzuli də, hamısı, bizimki deyil. Ərəbcə, farsca yazılmış elmi, ədəbi əsərlər də bizimki deyil.

Rusiyada, tarixən, fəlsəfə olmayıb, hikmət elminə aid bir əsər yazılmayıb. Ümumiyyətlə, rus dili elm və fəlsəfədənsə, daha çox bədii ədəbiyyata münasib bir dildir. Çox çalarlı, rəng alıb-verən bir dildir, dəqiq deyil. Buna görə, bu gün rus müəlliflər fəlsəfəyə aid bir kitab yazmaq istəyəndə, böyük miqdarda, Avropa dillərindən, latın və yunan dillərindən gələn sözlərdən isifadə edirlər. Başqa çarələri yoxdur. Fəqət, rus avropalı irqin nümayəndəsidir, xristiyandır. Buna görə rusun Avropa mədəniyyətinə meyl etməsi, ondan bəhrələnməsi işi təbii bir şeydir. Biz isə asiyalı irqin nümayəndəsiyik, müsəlmanıq. Buna görə də bizim Asiya mədəniyyətinə meyl etməyimiz, bəhrələnmək üçün ərəb və fars dillərinə yönəlməyimiz təbii bir şeydir. Bu, belə də olmalıdır.

“Ölülər” tamaşasının müəllifi müsəlman cəmiyyətindəki adamları ölülərə oxşatmışdı. Çünki bu adam dinsiz olub, dinsizlik tərəfdarı olub. Həqiqətdə isə, bizim bu günki dinsiz cəmiyyətin adamlarını “ölülər” adlandırmaq daha düzgün olardı. Bizim müasir, dinsiz cəmiyyət “ölülər cəmiyyətidir”, çünki bizim vətəndaşların müsəlman zehniyyəti, müsəlman kimlikləri yoxdur. Deməli, artıq ruhən ölüdürlər.

MÜSTƏQİLLİK

Belə bir lətifə var. Birisi başqasından soruşur: “Nə təzə xəbər var?” O birisi cavab verir: “Təzə xəbər odur ki, ingilislər Londonu tutub”.

Bakıda televiziya kanallarında hər gün, dəfələrlə, eyni sözü təkrar edib dururlar – “Azərbaycan Respublikasının 20 faiz torpağı düşmən tərəfindən zəbt olunub”. Halbuki, əslində, düşmən çoxdandır ki, Bakıdadır. Düşmən iki yüz ildir məmləkəti tutub, zəbt edib, müsəlmana ağalıq edir, ancaq əhali bunu hələ də başa düşmür, dərk edə bilmir.

Sovet İttifaqı dağılandan sonra xristian əhalinin çoxluq təşkil etdiyi cumhuriyyətlərdə, respublikalarda oranın xalqları milli dövlətlər qura biliblər. Yə’ni ki, Estoniya, Litva, Gürcüstan və Ermənistan kimi. Əksinə, müsəlman respublikaların heç birində milli dövlət qurmaq mümkün olmayıb. Nə Azərbaycanda, nə Özbəkistanda, nə Qırğızıstanda, ümumiyyətlə, heç birində.

Bu respublikaların bir xüsusiyyəti var. Orada hakimiyyət rusdilli zümrənin, təbəqənin əlindədir. Bu zümrə isə hələ sovet dövründə hakim təbəqə kimi təşkil olunub. Onun nümayəndələri məişətdə və evdə arvad və uşaqları ilə rusca danışır, övladları və nəvələri rusca təhsil alır. Əksər hallarda bu təbəqəyə aid kişilərin zövcələri və gəlinləri qeyri-müsəlman millətindən olur.

Sovet dövründə Mərkəzi Komitədə gizli, qeyri-rəsmi bir qayda var idi. Yüksək vəzifə tutmaq, hakim təbəqə arasında yer almaq istəyən hər müsəlmandan tələb olunurdu ki, o, qeyri millətdən arvad alsın, rusdilli ailə qursun. Bunu etməklə özünün millətpərəst adam, millətini sevən birisi olmadığını hökumətə, Moskvaya sübut etmiş olurdu. Bu kişi kimliyindən üz döndərməli, əvəzində ruslaşmış, qeyri-müsəlman bir kimlik qəbul etməli idi. Bu gün də müsəlman respublikaların hakim təbəqəsi, birinci adamları, hamısı bu qəbildən olanlardır – müsəlman dillərini bilməyən, ya da çox zəif bilənlər və arvadlarının, hamısı, qeyri-müsəlman (rus, yəhudi və ya erməni).

Bu gün də bu müsəlman ölkələrində rəhbər məqama, mə’sul vəzifəyə tə’yin olunmaqdan ötəri gərək mütləq bunların tayı olasan. Vətənpərvər müsəlmanları, millətini sevən adamları hakimiyyətə heç vaxt buraxmazlar. Bu respublikaların təməlini, bünövrəsini qoyanlar Leninlər, Stalinlər, Şaumyanlar olub ki, bu quruluşun əsasnaməsinə, düsturuna görə, ən aşağı təbəqə: daima əzilən, döyülən və alçaldılan milli çoxluq olmalıdır, müsəlman olmalıdır. Bunun əksinə, hakimiyyətdə olanlar isə müsəlmanları sevməyənlər, onlara kin-nifrət bəsləyənlər. Bu quruluşun bütün hökumət qurğuları, təşkilatları, ədliyyəsi, polisi və, ələlxüsus, dövlət təhlükəsizliyi idarəsi dövlətin, cəmiyyətin hər sahəsini tənzim edib, bu rejimin davamiyyətini tə’min etməli, vətənpərvər qüvvələrin, müsəlmanın hakimiyyətə gəlməsinin qarşısını almalıdırlar. Dərindən düşünəndə, görürsən ki, əslində, bu respublikalarda hakimiyyət, əsla, milli çoxluğun, müsəlmanın əlində olmayıb, qeyri-müsəlmanların, milli azlıqların əlindədir. Bu ölkələrdə, belə bir quruluşda düşünən beyin həmişə yadlarınkı olub. Belə dövlət quruluşunun düsturunu bizim düşmanlarımız yazıblar.

Həqiqi müstəqillik üçün, ilk əvvəl, gərək bu yad, rusdilli zümrə hakimiyyətdən salınsın.

Bu ölkələrin tam müstəqilliyi üçün zaman keçməlidir. Bu respublikalar, hələlik, keçid dövründə, yarımmüstəmləkə dövründədirlər.

Onu da demək lazımdır ki, ümumiyyətlə, müsəlman aləmində, müstəqil siyasət aparan bir dövlət belə tapmaq mümkün deyil. Bu gün dünyada müsəlman dövlətlərinin bəlkə hamısı yarımmüstəmləkə halındadırlar, Qərbə tabe’ ölkələrdir.

Qırğızıstanın ərazisində həm Qərbin (Amerikanın), həm də Şərqin (Rusiyanın) qüdrətli dövlətlərinin hərbi bazaları yerləşir. Bir-iki il bundan qabaq Qırğızıstanın müvəqqəti hökumətinin başçısı, bir qadın, Oş şəhərində qarışıqlıq baş verəndə, bərk qorxaraq əvvəlcə Amerikanın səfirliyinə qaçıb. Səfirdən xahiş edib ki, qoy Amerikanın hərbi bazasında yerləşdirilmiş ordu hissə gedib üsyanı yatırsın. Amerika səfiri buna rədd cavabı verir. Onda o qadın Rusiya səfirliyinə getdi. Və bu dəfə bu səfirdən xahiş edir ki, Rusiyanın hərbi bazasındakı ordu hissə işə qarışsın, üsyanı yatırtsın. Rus səfiri də buna rədd cavabı verdi. Bu hadisə, bu misal bu cür oyuncaq hökumətlərin, rejimlərin xüsusiyyətini yaxşı əks etdirir – bunlara, ölkədə yerləşən xarici dövlətlərin hərbi bazaları, xristian ordu hissələri özlərini xalqdan, müsəlmanlardan qorumaq üçün lazımdır.

Mənə görə Orta Asiya müsəlman ölkələri çox nahaq yerə “Şanxay Əməkdaşlıq Təşkilatı”na üzv olublar. Belə düşünürəm ki, bu təşkilat Rusiya tərəfindən Orta Asiya ölkələrinin hökumətlərinə “kömək” üçün, “terroristlərə”, yə’ni ki müsəlmanlara qarşı hərbi əməliyyatlar aparmaq üçün yaradılıb.

Rusiyanın başçısı, təşkilatın hazırkı sədri, D.Medvedyev belə dedi, Rusiya dövləti Oş hadisələrinə, Qırğızıstanın daxili işlərinə qarışmadı. Bu məsələdə bizim müdaxiləmizə ehtiyac yox idi. Fəqət əgər İslam tərəfdarları Qırğızıstanda, və ya Orta Asiyanın başqa respublikalarında hakimiyyətə gəlməyə təşəbbüs etsələr, onda, sözsüz ki, biz buna müdaxilə edəcəyik, oradakı ordu hissələrimizi hərəkətə gətirəcəyik.

Yə’ni ki, həm Rusiya üçün, həm də Amerika üçün fərqi yoxdur bu oyuncaq hökumətin, Qırğızıstanın başçısı kim olacaq, Əhməd olacaq, ya Məmməd olacaq. Bunları qorxudan müsəlman ölkələrində vətənpərvər güvələrin, Şəriət tərəfdarlarının hakimiyyətə gəlməsidir.

2002-ci ildə baş verən qanlı “Nardaran hadisələri” yadıma düşdü. Bir Nardaran sakini ölkənin seçmə ordu hissələrinin qəsəbə əhalisinə qarşı istifadə olunması barəsində belə demişdi: “Bizdə, yaxşı tə’limli əsgərlər varsa nə üçün onlar ermənilərlə döyüşmək əvəzinə, ölkənin öz əhalisinə qarşı istifadə olunur?”

Bir-neçə il ərzində bu məsələ məni çox düşündürdü, ona cavab tapa bilmirdim. Hökumət nə səbəbdən, heç bir ciddi ehtiyac olmadığı halda, Nardaranda bu cür silahlı qarşıdurma yaratdı? Nə üçün bu qəsəbənin camaatını gülləboran etdi? Sonradan, dərindən düşünəndə buna yeganə bir düzgün cavab tapdım. Hakim dairələr ölkə əhalisinin, müsəlmanların üsyan etməsindən qorxur, narahat olurlar. Yuxuları qaçır. Bunə görə, Nardaranı bir poliqon kimi, sınaq, tə’lim meydanı kimi istifadə etdilər. Bu hakim dairələr fikirləşirdilər ki, görən əsgərlər yerli əhalini atəşə tutacaqmı, müsəlman müsəlmana güllə atacaqmı? Və görəndə ki, bu hərbi hissə əmrə tabe’ olub camaata qarşı avtomat silahlardan atəş açmaqdan çəkinmədi, onda rahat oldular. Fikirləşdilər ki, əgər, gələcəkdə müsəlman əhali üsyan etsə, onları qoruya biləcək e’tibarlı bir ordu hissəsi var...

Eşitmişdim ki, Sarkisyan haradasa, bir yığıncaqda Obama ilə bir yerdə oturub söhbət edəndə amerikalı qayıtdı erməniyə dedi ki, İranla bütün ticarət əlaqələrini kəsməlisən. Sarkisyan isə bunun cavabında ona çox sərt bir şəkildə cavab verdi: “Siz Amerikanın başçısısınız, mən isə müstəqil Ermənistan dövlətinin başçısıyam. Sizin Ermənistanın başçısına onu elə, bunu eləmə deməyə haqqınız çatmır. Hərgah İranla əlaqə saxlamağın, ticarət etməyin Ermənistana faydası varsa, mən bunu edəcəyəm”. Bax, qeyrətli dövlət başçısı belə olmalıdır. Halbuki bizim rəhbər işçilər qeyrət göstərib Amerikanın prezidentinə bu cür cavab verə bilməzlər. Əvvəllər bunların sənətiləri Şərqin əmrinə tabe’ olmaq, rusca “baş üstə!” (“yest tovariş, komandir!”) demək olub. İndi isə sənətləri Qərbin əmrinə tabe’ olmaq, daima, ingiliscə “baş üstə!” (“yes, sör!”) demək olacaq.

Bakının televiziya kanallarında daima Qərb ölkələrin səfirlərini göstərirlər, ələlxüsus, Amerikanın səfirini. Bu səfir ölkənin hər-hansı tərəfinə gedəndə jurnalistlərimiz onu, həmişə, müşahidə edirlər. Dünyanın heç bir ölkəsində yerli jurnalistlər, Amerikanın səfirinə bizimkilər kimi maraq göstərmirlər. Bunun səbəbi ondadır ki, bunlar başa düşürlər ki, respublikanın həqiqi başçısı, rəhbəri Amerika səfiridir. Ağa, odur. Yerli rəhbərlər isə bu səfirin nökərləridir. Ona görə jurnalistlərlə birlikdə bütün əhali intizarla bu səfirin ağzına baxır ki, görən nə deyəcək, çünki onun sözü bu məntəqədə qanundur. O, nə desə, o olacaq.

Bir neçə il bundan qabaq Amerikanın səfiri kameraya baxıb dedi, “borular bu istiqamətdə çəkiləcək, neft bu istiqamətə axacaq”. Görünür ki, bu məmləkətdə onu yerində oturtacaq bir adam yoxdur. Ona deyən yoxdur ki, axı sən kimsən ki, belə göstərişlər verirsən. Hərgah sən səfirsən onda get otur səfirlikdə, səfir poxunu ye!

Bu səfirə İsrail səfirini də əlavə etmək olar. Bizim məmləkətin həqiqi yiyələri, dövlətin həqiqi başçıları bu ikisidir. Bu məntəqədə onların sözü qanundur.

Qəzetlərdə belə bir mə’lumat getdi. Rusiya Gürcüstana qaz nəqlini dayandırdı. Gürcüstanın başçısı Amerikanın Gürcüstandakı səfirinə müraciət edib dedi ki, bizim vəziyyətimiz pisdir, Rusiya daha bizə qaz vermir. İndi biz nə edəcəyik, bilmirik. Amerikanın səfiri onu sakitləşdirdi. Dedi, heç narahat olma, mən indi Bakıya, filankəsə zəng edərəm ki, sənə qaz versin. Yə’ni ki, bu adam demir ki, Azərbaycan rəhbərliyindən soruşaram və ya xahiş edərəm. O, dedi, deyərəm, edərlər. Yə’ni ki, Azərbaycan Respublikasının başçısının ağzı nədir mənim bir sözümü iki etsin. Hal-hazırkı vəziyyət bax, belədir.

Bir başqa vaxt Gürcüstanın başçısı Amerikanın rəhbərliyinə müraciət edib demişdi ki, respublikanın dövlət xəzinəsi bomboşdur, nə edəcəyimizi bilmirik. Amerikanın başçısı dedi, biz sizə 500 milyon dollar pul borc verə bilərik. Gürcüstanın başçısı dedi, axı bizim o borcu sizə ödəmək imkanımız yoxdur. Amerikanın başçısı dedi, Azərbaycan Respublikası sizin ərazi üzərindən neft boru xətti çəkəcək. Sonra yerdən neft çıxaracaq və sizə, neftin Gürcüstan üzərindən nəql olunma haqqını verəcək. Bizə olan borcunuzu o puldan yavaş-yavaş ödəyərsiniz. Gürcülər o pulu o cür əldə etdilər. Yə’ni ki, borular hələ çəkilməmişdən, neftimiz hələ yerdən çıxmamışdan, biz neftdən hələ bir gəlir əldə etməmişdən də qabaq gürcülər neftin pulunu yeyib, dalından da su içiblər.

Qorbaçev vaxtı Bakının bir televiziya kanalında Qarabağdan, qeyri-adı, bir reportaj getdi. Orada Qarabağda bir kənddə tək-tənha yaşayan bir qoca və bir qarı nənəni göstərdilər. Onlar deyirdilər ki, kənddə təkcə biz qalmışıq, əhali hamısı köç edib. Onların uşaqları ayda bir dəfə kəndə gəlib, valideynlərinə ərzaq gətirirdilər. Qocalar dedilər ki, orada otuz müsəlman yaşayan kənd var idi. Onların hamısının əhalisi evlərini tərk edib, köçüb. Halbuki ermənilər rahat yerlərində dururlar. Qocalar dedilər ki, Bakı hökuməti siyasəti elə qurub ki, ermənilərin yaşaması üçün hər bir şərait var, əksinə, müsəlmanlar isə başını götürüb qaçmağa məcburdurlar. Ancaq biz, ər-arvad burada anadan olmuşuq, burada da öləcəyik, heç yerə gedən deyilik.

Qarabağla əlaqəli bir əhvalat da yadıma düşdü. Mənim anam Şuşanın bir pioner düşərgəsinin tibb məntəqəsində həkim işləyirdi. Məni də ora yanında aparmışdı. Onda dörd yaşım var idi. Bir gün biz, yüzlərlə sayda uşaq, düşərgənin həyətində oynayırdıq. Birdən, düşərgənin ətrafındakı hündür daş hasarlarda və bayır tərəfdəki ağaclarda ora dırmaşmış çoxlu sayda erməni kişilərini gördük. Onlar, qəflətən, bizə daş atmağa başladılar. Daşlar uşaqların qol-ayaq və başlarına dəyir, qanadırdı. Mən öz-özümə təəccübləndim, fikirləşdim, bu necə işdir ki, bu yaşda adamlar, utanmadan, balaca uşaqları bu şəkildə daşa tutublar. Belə aydın olur ki, gözü qızmış millətçi ermənilər, düşmənçilikdən, müsəlmanlara qarşı bəslədikləri kindən və nifrətdən, bu hadisəni törədiblər.

Nəhayətdə, bir rus oğlan məni qucağına alıb həkim otağına gətirdi, anama təhvil verdi. Mən yaxşı qurtardım, ancaq çox uşağın başı yarılmışdı. Anam onlara ilk tibbi yardımı göstərirdi.

Bundan və bunun kimi başqa hadisələrdən aydın olur ki, bizim ermənilərlə bir arada yaşamağımız mümkün deyil. Erməni başqa millətə tabe’ olmağı sevmir, əksinə başqa millətə ağalıq etmək istəyir. Onların xasiyyətində həm də ifrat millətçilik, irqçilik xüsusiyyəti var. Bu səbəbdən onlar daima, taəbəd bizə qarşı fitnə-fəsad törədəcək, pis vətəndaş və pis qonşu olacaqlar. Yə’ni ki, ermənilərin bizim sərhədlər daxilində yaşamasına icazə verilsə, əvvəllərdə olan kimi, onlar dövlətin ən imtiyazlı vətəndaşları sayılacaqlar və belə vəziyyətdən müsəlman əhali heç nə qazanmayacaq ki, itirəcək. Sözdə məmləkət bizim olacaq, əməldə isə, onların. Ermənilər yenə olacaq ağa, biz isə nökər.

Qarabağda və respublikanın digər vilayətlərində buna oxşar hadisələr barəsində çox əhvalatlar eşitmişəm. Bizim yerli hökumət bu cür cinayətlər törətdiklərinə görə erməni vətəndaşları əsla cəzalandırmırdı. O halda ki işlər məhkəmələrə çatırdı, hökmlər həmişə ermənilərin xeyrinə olurdu, cəzalananlar günahsız müsəlmanlar olurdu. O vaxtlarda vəzifə başında olan siyasətçilər bu gün özlərini öyərək deyirlər ki, biz, sovet dövründə öz xalqımıza, öz millətimizə xidmət edirdik və bu gün də eynisini edirik. Fikirləşirsən ki, görəsən bu siyasətçilər “bizim millət” deyəndə hansı milləti nəzərdə tuturlar. Anlaşılır ki, hər halda müsəlmanı deyil, başqa milləti nəzərdə tuturlar.

Bir gün Bakıda Nizami kinosunun qarşısında bir tanış oğlana, erməniyə rast gəldim. O, dedi, burada beş dəqiqə dur, sənə məzəli bir şey danışacağam. Dostum komsomol işçisidir. Dünən onun işlədiyi idarəyə, komsomol təşkilatına getmişdim. O, masa arxasında oturmuşdu. Qarşısında isə bir qalaq kağız var idi. Soruşdum ki, bunlar nədir. Cavab verdi, BAM-a işləməyə getmək istəyən könüllülərin siyahısıdır. Çox təəccübləndim, fikirləşdim ki, görəsən, Azərbaycan kimi günəşli, mülayim və gözəl iqlimli məkandan Sibirə könüllü şəkildə gedib, qırx-əlli dərəcəli soyuqda fəhlə kimi işləməyə, yer qazmağa kim həvəs göstərib, razı olub? Dedim, ver mənə o siyahını, görüm bu axmaqlar, ağlı başında olmayan adamlar kimdir. Bundan sonra erməni mənə baxıb bərk güldü və dedi, inanırsanmı ki, minlərlə sayda adamlar arasında bir rusun, bir erməninin, bir yəhudinin soy adı yox idi. Orada ancaq müsəlman adları var idi.

Bunu belə izah etmək olar ki, bizim bu yurddaşlar o dəmir yolu tikintisinə, işləməyə əlacsız olaraq gedirdilər. O vaxt Bakıda iş yerlərinin əksəriyyəti qeyri-müsəlmanlar tərəfindən tutulmuşdu. Əyalətdən şəhərə axışan insanlar iş tapa bilmirdilər, bu səbəbdən çörək pulu qazanmaqdan ötrü üzlərini iqlimi pis, sərt olan Ural və Sibir kimi səmtlərə tuturdular.

Belə düşünürəm ki, yurddaşların səbirsizliklə, intizarla gözlədikləri “sülh” baş tutsa onun bizə xeyirdən daha çox, zərəri dəyə bilər. Yüz minlərlə erməni, “biz qarabağlıyıq, respublika vətəndaşıyıq, buna bizim haqqımız var” deyib, Bakıya dolacaqlar və əvvəllərdə olduğu kimi müsəlmanları kənara itələyib əksər iş yerlərini tutacaqlar. Onda, biz, bədbəxt müsəlmanlar, əvvəllərdə olduğu kimi iş tapmaq üçün, çörək pulu qazanmaqdan ötrü, təzədən, başqa məmləkətlərə köç etmək məcburiyyətində qalacağıq.

Hökumət isə, sovet dövründə olduğu kim, bu erməni azlığına xüsusi imtiyazlar verəcək. Yə’ni ki mənim demək istədiyim budur. Qarabağ erməniləri bizə xəyanət ediblər. Bizə tabe’ olmaq istəmədilər. Hal-hazırda isə bizim torpaqları tutublar, dilləri uzundur. Şərtlər qoyurlar. Bütün aparılan danışıqlarda dəyəcəklər ki, biz müstəqil olmaq, öz dövlətimizi qurmaq istəyirik. Buna razı olsanız, sülhə razı olarıq. Və ya da, bu, bu, bu tələblərimizi, şərtlərimizi qəbul edin, onda sizin respublikanın tərkibində qalıb, yaşamağa razı olarıq. Bu elə böyük tələblər, şərtlər olacaq ki, belə sülhdənsə, sülhün olmaması daha yaxşı olar. Belə şərtli sülhdən ancaq erməni qazanacaq. Sözdə, görünüşdə Qarabağ bizim olacaq, həqiqətdə isə onların. Elə olanda bizim məmləkətin bütün sərvətləri, əvvəllərdə olduğu kimi, ermənilərin cibinə axacaq, ermənilərin güzəranı bizdən daha yaxşı olacaq.

Bizim adamlar başa düşmək istəmirlər ki, sülhün təminatını üstündə hansısa yazı yazılmış kağız verə bilməz. Sülhün təminatını dövlətin sərhədlərini qorumağı bacaran, qüdrətli ordusu, hərbi qüvvələri verməlidir. Sülhün təminatını nə sülh sazişi, nə də ki harici ölkələr verə bilər, ancaq və ancaq millətin öz qoşunu, ordusu.

Halbuki, hakimiyyət xaçpərəst ölkələrdən kömək gözləyir. Bunda bir sadəlövhlük deyil, riyakarlıq əlamətini görürəm. İstər Amerikası, istər Fransası və ya da Rusiyası olsun, onların hamısı aydın məsələdir ki, öz xaçpərəstinin, erməninin yanında olacaqlar, onun tərəfini tutacaqlar. Onlar Məcnun deyillər ki, düşmən saydıqları müsəlmanların tərəfində dursunlar.

Bizimkilər isə Islamdan kənar düşüblər, kimliklərini unudublar, şübhə içindədirlər. Bilmirlər, müsəlmandırlar, atəşpərəstdirlər, yoxsa xaçpərəst. Bunun əksinə isə xaçpərəstlər bizi həmişə müsəlman sayacaqlar. Fikirləşəcəklər ki, bu gün bunlar dəli olublar, ancaq sabah ola bilər ki, ağılları başlarına gəlsin və özlərini təzədən müsəlman hesab etsinlər.

Ona görə imkan varsa, bizim hərbi gücümüz kifayət edirsə, gedib, hərbi yolla, torpaqlarımızıı ermənilərdən geri almaq lazımdır. Və sonra bu üsyankar tayfanı Qarabağdan və bizim bütün qalan ərazilərdən kənara çıxartmaq lazımdır. Hal-hazırki vəziyyətdə, ərazilərimiz ermənilərin əlində olduğu zamanda hərbi, silahlı təhdid altında imzalanmış sülh sazişi bizə lazım deyil. O, hər cəhətdən zərərimizə olacaq ki, xeyrimizə olmayacaq. Savaşı uduzmuş tərəf kimi biz, bu danışıqdan, bu cür sülhdən heç bir şey əldə etməyəcəyik. Hərbi gücümüz bu cür hərbi hərəkətlərə, hərbi mücadiləyə imkan vermirsə, güc toplamaq, əlverişli siyasi dəyişiklər gözləmək lazımdır. Bu isə, şübhəsiz ki, uzun illər, on-illiklər çəkəcək. Gərək biz, bunda özümüzü aldatmayaq.

Ermənilər bu müharibədə bizim on minlərlə vətəndaşımızı qırdılar, bizi milyardlarla dollar pul zərərə saldılar. Bunun əvəzini kim verəcək, o pulu kim ödəyəcək? Bunlar isə, erməniləri şirnikləndirmək üçün deyirlər ki, “Ay ermənilər, sizə Qarabağda ən yüksək dərəcədə özünü idarə imkanı verəcəiyik”. Yə’ni ki, ən yüksək dərəcədə muxtariyyət veriləcək. Yə’ni ki, Sovet vaxtında olduğu kimi kağız üzərində Qarabağ bizim sayılacaq, əməldə isə ermənilərin olacaq. Yə’ni ki, əslində, onlar müstəqil olacaqlar. Bununla da bitməyəcək – Qarabağın bütün maliyyəti, Stepanakert də buna daxil, bizim büdcə hesabına olacaq. Deməli, onları mənfur əməllərinə görə cəzalandırmaq əvəzinə, mükafatlandırmaq istəyirlər.

Bizim camaatın təxəyyül qüvvəsi zəifdir, mənimki kimi deyil. Bir misal gətirim. Gəlin təsəvvür edək ki, sülh oldu və Qarabağ erməniləri ilə birlikdə yaşadıq. Onları məcbur edə biləcəksənmi ki, Stepanakert şəhərinin adı dəyişdirilib Xan Kəndi olsun? Heç vaxt razı olmazlar. Bu qətiyyən mümkün bir iş deyil. O şəhərdə Şaumyana, Andronikə heykəllər ucaldacaqlar və bunu bizim büdcə hesabına edəcəklər.

Ya da, məsəl üçün, Bakıdakı hökumətdən, bir milyard avro pul tələb edəcəklər. Deyəcəklər, biz o pula idman stadionu tikəcəyik. Respublikanın vətəndaşları kimi həm sizdən o pulu tələb etməyə və həm də stadiona istədiyimiz adı qoymağa haqqımız çatır. Onun adı “Andronik stadionu” və ya da ki, “Şaumyan stadionu” olacaq. Bu şəxsiyyətlər bizim, erməni xalqının milli qəhrəmanlarıdır. Bakının hökuməti çarəsiz qalıb onların istədiyini verəcək. Başqa sözlə daima onların dediyi ilə durub oturacaq. Buna başqa misallar da gətirmək olardı. Indi qoy oxucu bu misalları xəyalına gətirsin, fikrində təsəvvür etsin və cavab versin ki, belə təhgiramiz, şərəfsiz sülh ona lazımdır, ya yox.

Mənə görə bu cür mə’nasız, zərərli sülh axmaq bir şeydir.

Ancaq mən eşidirəm ki, bizim qarabağlı qaçqınlar Şusaya qayıtmaqdan danışırlar, Stepanakertin ermənilərdən boşaldılmasını heç xəyallarına belə gətirmirlər. Deyirlər, axı orada ermənilər yaşayır. Mən isə deyirəm onları qovarsan, sərhəddən o taya atarsan, gedərlər. Bəs ermənilər İrəvan, Qümrü və Dilican şəhərlərini, Zəngəzuru və başqa yerləri müsəlmandan necə boşaltdılar, qovub çıxartmadılarmı? Sənin də bir qeyrətin olsun, bir hünər göstər eynisini elə.

Osmanlı ordusu Qafqaza gələndə bizim İrəvan erməniyə verildi. Türklər, öz ərazilərindən kənarda, Qafqazda erməni dövləti qurulmasına şərait yaratmaqla öz canlarını bu tayfanın fitnəsindən qurtardığlarını sandılar. Yanıldılar. Ermənilər Qafqazda erməni dövləti qurmaqla, özləri üçün bu ərazidə dayaq məntəqəsi yaratdılar. Onlar, bu sayaq millətçi, faşist dövlətini qurduqdan sonra, əsla, rahat durmayacaqlar. Əksinə, bir az da iştahlanıb, ərazilərini hər tərəfə genişlətməyə çalışacaqlar. Erməninin bundan başqa çarəsi yoxdur. Sülh, qonşularla xoş davranış ermənilərə sərf etmir. Qayalıqlarda yerləşən bu kiçik dövlət daxili məxsul hesabına yaşaya bilməz. Ermənilər, həmişə şikayət edib, deyirlər “ərazilərimizdə dəyərli bir şey yoxdur, bizə daşdan-qayadan başqa bir pay düşmədi”. Onlar, ancaq və ancaq, xarici qəsbkar xristian dövlətlərin maraqlarını güdərək, müsəlman ölkələrinə qarşı düşmənçilik hesabına yaşaya bilərlər. Daima, onlardan maddi kömək istəməklə, ərazilərini onların hərbi bazaları üçün icarəyə vermək hesabına dolanacaqlar.

Ermənilər çox nadinc, fitnə-fəsad törədən bir xalq olduğu üçün Xristiyan aləminin, Qərbin və Şərqin təcavüzkar dövlətlərinin onlara böyük bir ehtiyacı var; bu tayfa onların işinə yarayır. Çünki, bu dövlətlər, “müsəlmanlar erməniləri gırırlar; yazıq erməniləri, bizim həmdin, qardaş xalqı incidib, zülm edirlər. Biz gərək onların köməyinə gələk, müsəlman dövlətlərinə müharibə e’lan edək, erməni qırğınlarının qarşısını alaq”. Onlar, həmişə, erməniləri bəhanə edərək, müsəlmanlara qarşı dava etmək üçün hazır vəziyyətdə dururdular və duracaqlar da. Kiçik erməni xalqı bilir ki, onun arxasında güclü, qüdrətli Xristian aləmi durur. Erməninin qudurğanlığı bu səbəbdəndir.

Yə’ni ki, İslam aləmi Xristian aləminə nisbətən halsız, hərbi gücü zəif olduqca müsəlman taəbəd xaçpərəst tərəfindən kötək yeyəcək. Bizim silahımız, hərbi gücümüz onların səviyyəsinə çatmayana qədər bu dava bitməyəcək. Müsəlmanlar bunu anlamırlar, ancaq ermənilər bunu yaxşı başa düşürlər və bu vəziyyətdən istifadə edirlər. Bu məsələ təkcə Qarabağ məsələsi deyil, ümumi, bütün dünya məsələsidir. Qarabağ məsələsi ümumdünya xristian-müsəlman davasının, müharibəsinin bir parçasıdır. Bizim adamlar belə fikirləşirlər ki, İraqda, Əfqanıstanda, Fələstində, Suriyada və müsəlman dünyasının başqa yerlərində gedən dava bizim davamız deyil, yalnız Qarabağ üstündə gedən dava bizim davamızdır. Bu cür düşünən, dünyanın vəziyyətindən anlayışı olmayan xalqın Qarabağ məsələsini çözməsinə nə ağlı, nə də ki imkanı var.

Ümumiyyətlə, Qarabağ məsələsinin çözülməsini uzatmaq, onun həllini təxirə salmaq və, axırda, gətirib beynəlmiləlləşdirmək erməninin xeyrinə, bizim isə zərərimizə oldu. Qabaqlarda erməni hərbi dəstələri ilə vuruşub Qarabağı geri almaq daha asan idi. Bu münaqişəni məntəqə məsələsi səviyyəsindən çıxardıb, bütün dünya məsələsi səviyyəsinə gətirmək səhv işdir. Bu, ancaq erməninin xeyrinə gedə bilən bir siyasətdir. Bu məntəqədən çox-çox uzaqda yerləşən, kənar dövlətləri bu məsələyə cəlb etmək yanlış bir fikirdir. Onların, bizimlə ermənilər arasındakı qarşıdurmaya müdaxiləsi, hər hansı bir şəkildə, qoşulması, istər bu hərbi, istərsə də siyasi olsun, bizə deyil, erməniyə sərfəlidir. Aydın məsələdir ki, bu xristian ölkələr, dövlətlər həm hərbdə, həm də sülh danışıqlarında erməni tərəfində duracaqlar. Hərbdə olduğu kimi danışıqlarda da, erməninin yanında olacaqlar; təzyiq göstərib, Qarabağ məsələsində bizi erməniyə güzəştə getməyə məcbur edəcəklər. Əslinə baxanda Xristian aləminə sülh deyil, müharibə lazımdır. Onlar müsəlman torpaqlarına, daima, ixtilaflar, inqilablar, müharibələr ixrac etməklə məşğul olacaqlar. Onlara, Qafqazda da, həmçinin, əmin-amanlıq, sülh və dinclik lazım deyil, bu onlara sərfəli deyil.

Biz gərək vaxtında ordumuzu xarab ünsürlərdən, müsəlmana xor baxan fərdlərdən təmizləyib, həqiqi milli bir ordu, İslam ordusu yaradaydıq. Bu gün ordumuzda, ordu sıralarında həm Qərb, həm də Şərq təmayüllərə bir dəfəlik son qoymaq lazımdır.

Ordu kadrları arasında xarici kəşfiyyatlara işləyənlər varsa, onları ifşa edib, zərərsizləşdirmək lazımdır. Kim bilir, bəlkə bizim ordu komandirləri, generalları arasında QRU-nun, Rusiyanın hərbi kəşfiyyatının casusları var? Bəlkə biz müharibəni elə ona görə uduzmuşuq? Ordu sıralarımızda Amerikaya, İngiltərəyə və İsrailə işləyən satqınların, casusların olması da, eynən, dəhşətli bir haldır. Bu halda biz mümkün hər müharibəni, hər savaşı uduzacağıq.

Deyirlər ki, “ordumuzun yaxşı silahlarla təchiz olunmasına çalışmaq lazımdır”. Məncə isə əsas silah deyil, əsas onu əlində tutan əsgərdir. Əgər əsgər dostu düşməndən ayıra bilmirsə, onda o silahdan bizə heç bir xeyir çıxmaz.

Bizim əsgər özünü İslam əsgəri, mücahidi kimi görməlidir. Anlamalıdır ki, onun qarşısında duran düşmən təkcə kiçik bir erməni xalqı deyil, düşmən həm də ermənilərin arxası, sayları bir milliyard yarımı ötən xristyanlardır, böyük Xristian aləmidir.

Səddam Hüsein İrana qarşı müharibə e’lan edəndə ölkənin erməni vətəndaşları İmam Xomeyniyə müraciət etdilər ki, erməni əsilli könüllülər də İran ordusu cərgəsində vuruşmaq istəyirlər. Xomeyni onlara cavab verdi, bu cihaddır, bizim əsgərlər də İslam mücahidləridir. Əgər siz bu davada iştirak etmək istəyirsənizsə, onda əvvəlcə dininizi dəyişdirib müsəlman olun. Onda biz sizi ordumuza ala bilərik. Bunu eşidən ermənilər susdular, dinlərini dəyişdirmək istəmədilər və müharibədə iştirak etmədilər.

Dünən, Bakının hakim dairələri xaçpərəst rusunu özümüzə dost saymağa çağırırdı, Rusiyanın apardığı bütün müharibələrdə iştirak etməyə təşviq edirdi. Bu gün isə bizi Amerikanın İraqda, Əfqanıstanda apardığı müharibələrə qoşulmağa çağırırlar, təbliğat aparırlar. Rusiya kimi, Amerika da öz əsgərini qorumaq, müsəlmanı müsəlmanın əli ilə qırmaq istəyir. Əgər əsgərimiz yalnız ermənini düşmən bilsə, dünyadakı ümumi siyasi vəziyyətdən anlayışı olmasa o əsgərdən nə fayda, çifayda? Ordu sıralarında, əsgərdə anlayış olmalıdır ki, bizim müşkülümüz, çətinliyimiz ermənilər deyil, onların arxasında duranlarladır. Erməninin havadarı Xristian dünyasıdır. Erməni, onun bu cür qüdrətli, güclü arxası olduğuna gərə, quduzlaşıb. Elə olmasaydı o, bizə qarşı olan yırtıcı, qurd rəftarını dəyişib, quzuya dönərdi.

Bizim adamlar başa düşməlidirlər, necə ki, İsrail faşist, irqçi sionist rejimi Fələstində, müsəlman torpaqlarında əmələ gəlmiş bir “bədxassəli xərçəng şişidir”, eyni ilə erməni faşist rejimi də Qafqazda əmələ gələn bir “bədxassəli xərçəng şışidir”. Bu qeyri-qanuni varlıqların hər ikisini kəsib atmaq lazımdır. Qafqazda erməni dövlətçiliyini ləğv etmək bizim üçün həyatı bir məsələdir. Necə ki, Amerika və Rusiya İsraili var edib, yaradaraq müsəlmanın canına salıb, Ermənistan dövlətçiliyini yaradanlar da eyni məqsədi güdürdülər. Necə ki Amerika İsraili hər cür silahla, kimyavi, bakterioloji və nüvə ilə tə’min etdi, eyni ilə sabah Amerika və ya Rusiya Ermənistanı da bu silahlarla tə’min edə bilər.

Onda Ermənistan bir neçə cəbhədə (Türkiyə, İran, Suriya və Iraq) müharibəyə başlaya bilər və bu savaşlardan qalib çıxar. Yə’ni ki bir vaxt gələcək ki, İsrail dağılacaq və onda Xristian aləmində Ermənistan kimi bir ölkəyə böyük bir ehtiyac yaranancaq. Onlar İsraili Ermənistanla əvəz etməyə çalışacaqlar. Onu müsəlman ölkələri arasında özləri üçün bir dayaq məntəqəsinə, nüvə silahı ilə təchiz edilmiş, xristian paygahına, hərbi istinad nöqtəsinə çevirəcəklər.

Qorboçev vaxtlarında ermənilər deyirdilər ki, biz Qafqazı Beyruta çevirəcəyik. Yə’ni necə ki Beyrutda, daimi hərbi münaqişələr və müharibələr baş verir, Ermənistan da Qafqazda və onun ətrafında daimi gərginlik mənbəyi olacaq, ardıcılığla, sonu olmayan müharibələr törədəcək.

Ondan başqa ermənilər həmişə deyirlər ki, cuhudlar sionizm fikrini bizdən, ermənilərdən oğurlayıblar. Biz hələ qədim zamanlarda demişdik ki, Ararat (Ağrı dağı) bizim müqəddəs dağımızdır və bir vaxt gələcək ki, biz onun ətrafında özümüzə dövlət quracağıq. Sonradan yəhudilər bizə baxıb dedilər ki, bizim müqəddəs dağımız isə Sion dağıdır, biz də onun ətrafında toplaşıb orada dövlət yaradacağıq.

Həm Qərbin, həm də Şərqin Cənubi Qafqazda xristian xalqlarının nüfuzunun və mövqeyinin güclənməsində marağı var. Onlar bu ərazini özlərinin, xaçpərəstlərin tabeçiliyinə salmaq istəyirlər. Bu məsələdə onların bir-birilərinin arasında da rəqabət var, mövcuddur. Bunlardan, hər tərəf Qafqazı öz tə’siri altına salmağa çalışır. Qərbin və Şərqin xaçpərəst dövlətlərinin istəmədikləri şey, qorxduqları əsas şey Cənubi Qafqazda İslam bayrağının dalğalanması, təzədən ucaldılması işidir. İslamın bu ərazidə hakim bir din olmasını istəmirlər, müsəlmanın burada özünün əvvəlki hakimiyyətini bərpa etməsini, nüfuzunu geri qaytarmasını istəmirlər. Və bunun qarşısını almaq üçün hər cür şəkildə çalışırlar, şə’y göstərirlər.

Amerika bu danışıqlarda müsəlman ölkələrin, Türkiyənin və İranın iştirak etməsinin əleyhinədir. Halbuki Cənubi Qafqaz bu iki ölkənin sərhədində yerləşib. Bizim saray tarixçiləri bunu danmağa çalışsalar da, həqiqət budur ki, Cənubi Qafqaz tarixən İran ərazisi olub və ancaq sonradan rusun tabeçiliyinə keçib. Odur ki, İranın bu məntəqənin işlərində, habelə Qarabağ danışıqlarında, iştirakı vacibdir. Türkiyənin isə bu danışıqlarda mövqeyi bir qədər qərəzli olacaq. Çünki onlar da ermənini razı salmağa, yola verməyə çalışacaqlar və buna görə bizə təzyiq göstərəcəklər.

Onların qorxduğu şey, İrəvanın bizim əlimizə keçməsi, Ermənistan Respublikasının tamamı ilə yox edilməsi və ermənilərin Qafqazdan qovulması ehtimalıdır. Bu onlar üçün ən dəhşətli bir ehtimaldır, nəticədir. Türklər qorxurlar ki, o halda, ermənilər təzədən Anadoluya gəlmək istəyəcəklər, çünki onların əvvəlki yurdları, yaşadıqları yerləri hal-hazırkı Türkiyə Cümhuriyyəti əraziləridir. Yə’ni ki mənim demək istədiyim şey budur – bu məntəqədə bizim həqiqi bir dostumuz varsa. O da İrandır, Türkiyə deyil.

Türkiyə Qafqazı özünə dəxli olmayan, başqalara aid bir ərazi hesab edir. Ancaq Türkiyənin əksinə, bizim kimi İran da, İrəvanı və Qarabağı özünün tarixi ərazisi hesab edir. Türkiyənin sünni camaatı bu gün də, Osmanlı zamanında olduğu kimi, Cənubi Qafqazın əksəriyyətinə, şiə müsəlmanlarınına yad münasibət bəsləyir, özgələrə baxan kimi baxır. Türkiyə buraları öz tabeçiliyinə, öz tə’siri altına salmaq üçün şiələrin məzhəbini dəyişib sünni olmasını istəyir, arzu edir. Bir gör, İgdirda, Karsda yaşayan azəri türkləri nə gündədirlər, şiə olduqlarına görə, təqib olunmamaqdan ötrü öz kimliklərini gizlətmək məcburiyyətindədirlər.

Osmanlı padşahı, sultanı dövlətin sünni rəiyyətinə həmməzhəb, qeyrilərinə, şiələrə isə bə’zən düşmən kimi, bə’zən də ikinci sinif vətəndaşlara baxan kimi baxırdı. Türkiyədə hal-hazırda iqtidarda, hakimiyyətdə olan mühafizəçi sayılan firqə də eynisini edir. Bu hökumət, siyasi və iqtisadi maraqlarını nəzərə alaraq, ikimizin arasındakı qardaşlıqdan danışırsa da, respublika əhalisinin böyük hissəsinin başqa məzhəb nümayəndələri olmasından agahdır, bunu qabartmaq istəmədiyi üçün, ört-basdır etmək üçün türk həmrəyliyindən danışır, guya ki, bu ərazidə türkdillilərdən başqa heç bir başqa xalq, kürd, ləzgi, talış və ya tat, yoxdur, yaşamır.

Yə’ni ki din birdir, ancaq məzhəblər fərqlidir. Bu ziddiyyət, məzhəb ayrılığı daimi bir şeydir. Sünni dövlətinin və şiə dövlətinin maraqları üst-üstə düşməyə bilər və bunlar arasında hər cür rəqabət, ziddiyyət ola bilər, maraqların uyğunsuzluğu müşahidə oluna bilər. Nəcə ki sünni Turkiyə və şiə İranın arasında olan kimi. Sadə dillə danışsaq bunu belə ifadə etmək olar – qardaş olmaqlarına qardaşdırlar, fəqət cibləri ayrı olduğundan xeyirləri də ayrı ola bilər.

İqdır şəhərində bir yerli azəri türkü ilə tanış olmuşdum. O, mənə oranın məşhur alimindən, Əbdülqani Gölpınarlıdan bir şey danışdı. Sən demə o, şiə olub. Bu adam ölənə yaxın Türkiyənin şiə ruhanilərinə məktub yazaraq onları yanına çağırırdı. Yazırdı ki, məndə şiəliyə aid çoxlu nadir əlyazma kitab var. Bu gün sabah öləcəyəm. Gəlin onları aparın, qoymayın ki, onlar bu hökumətə qalsın. Fəqət bu ruhanilərdən, ilahiyyatçılardan heç kəs gəlmədi və dövlət bu kitabları mənimsədi.

Bunu belə başa düşdüm. Görünür ki, o, dünyəvi hökumətin bu dini kitablara qarşı, ələlhüsus, onlar şiə məzhəbinə aid əsərlər olduğuna görə, pis rəftarından, onları məhv etməsindən qorxurdu.

Keçmişdə olduğu kimi bu gün də sünni Türkiyə və şiə İran arasında güclü rəqabət var, mübarizə gedir. Bunların hər ikisi başqa müsəlman ölkələrində öz tə’sirlərini artırmaq və nüfuzlarını möhkəmlətməyə çalışırlar. Onlar bunu fərqli müsəlman ölkələrdə yaşayan həmməzhəbləri vasitəsi ilə etməyə çalışırlar. Bu da ki təbii bir şeydir. Təbiətin, həyatın qanunudur. Həyat daimi bir mübarizədir. Rəqabət olmasa həyat da olmaz. Dinlər, məzhəblər arasında da rəqabət, mübarizə olmalıdır.

Ancaq, Türkiyə hökuməti cümhuriyyət dövründə müsəlman birliyindən uzaq durur. Türk siyasətbazları daha çox millətçi, irqçi şüarlardan istifadə edirlər, türk birliyindən, həmrəyliyindən dəm vururlar.

Bu erməni məsələsində mənim öz mövqeyim var. Qoy bütün dünya Ermənistan Respublikasını, “Hayastanı” dövlət kimi tanısınlar: Azərbaycan Respublikası, Türkiyə və İran həmçinin. Mən isə külli miqdarda müsəlmanı qətli-am edildikdən sonra, müsəlmanların sümükləri üzərində qurulmuş dövləti, bu erməni rejimini heç vaxt tanımayacağam, onu qeyri-qanunu bir varlıq hesab edəcəyəm. Belə hesab edirəm ki, İrəvan, ermənilər tərəfindən, müvəqqəti şəkildə, zəbt olunmuşdur. O, müsəlmanların şəhəridir. Bir zaman orada təzədən bizim olacaq və orada Rəsulzadənin mason bayrağı deyil, İslam bayrağı dalğalanacaq.

Eynilə, qoy bütün dünya Fələstində daimi bir sülhün bərqərar olması üçün iki dövlətin, yəhudi və müsəlman dövlətlərinin, qurulmasının zərurətindən danışsın. Mən isə Fələstindəki yəhudi, sionist rejimini heç vaxt tanımayacağam, həmişə onu qeyri-qanuni bir varlıq hesab edəcəyəm və sionist-faşist dövlətinin məhv edilməsini tələb edəcəyəm...

Bir-iki il bundan qabaq kimsə bizim bir jurnalist qızı öyrədib ölkə başçısının yanına göndərmişdi. Qız ona belə bir sual verdi: “Müstəqillik qazanandan sonra bizim üç milyon yarım vətəndaşımız Azərbaycan Respublikasını tərk edib. Siz buna necə baxırsınız?” Ölkə başçısı cavab verdi: “Qoy getsinlər. Mən bunda bir pislik görmürəm... Siz onlar üçün nəyə görə narahatçılıq hissi keçirirsiniz? Onsuzda, artıq, onların çoxu bizim vətəndaşlıqdan çıxıblar, Rusiyanın, Ukraynanın vətəndaşlığını qəbul ediblər”. Yə’ni ki, onun demək istədiyi budur – onların respublikada qalıb, hökumətə baş ağrısı verməkdənsə getmələri daha yaxşıdır.

Görünür bunlar da Rusiyanın və Sovet İttifaqının siyasətini davam etdirirlər. Rusların siyasətinə görə Rusiyaya, müsəlman əhalisindən boşaldılmış Qafqaz lazımdır.

Qorbaçev vaxtı respublikada cəbhəçilər fəaliyyət göstərməyə başladılar. Nədənsə, mən, həmişə, Bakıda baş verən hadisələrə barmaq arası baxmışam. İdarələrdə işləmədiyim üçün yerli vəziyyəti hər xırdalığı ilə bilmirdim. O vaxt, bir gün bizim evə bir nəfər gəldi. O, xasiyyətinə görə vəzifə və pul hərisi adam idi. O, cəbhəçilərlə, siyasətlə məşğul olan adamlarla durub-otururdu ki, bəlkə onların vasitəsi ilə yaxşı vəzifə tutmağa və ya maddi vəziyyətini düzəltməyə bir yol tapsın.

O adam, maraqlı, mən bilmədiyim bir şey danışdı. Dedi ki, bu siyasətbazların, cəbhəçilərin tanınmış simaların heç biri müstəqil adam deyil, onların hər birinin güclü bir arxası var. Biri Mərkəzi Komitənin, biri Respublika Prokurorluğunun, biri Daxili İşlər Nazirliyinin, biri DTK-nin adamıdır. Onun dediyinə görə Əbülfəz Elçibəy Dövlət Təhlükəsizlik Komitəsinin adamı idi.

Görünür bu “qüvvəli dövlət idarələri” Sovet İttifaqının çökməsi ilə hakimiyyəti itirməkdən qorxurdular. Ona görə bu “inqilabçıları” dəstəkləməklə, hakimiyyətə əmrə tabe’ olan adamları, öz adamlarını gətirmək istəyirdilər.

Bundan görünür ki, bu idarələrdən ən qüvvəlisi, ən qüdrətlisi DTK olub ki, komitə, öz adamını hakimiyyətə gətirə bilib və onun vasitəsi ilə pərdə arxasından məmləkəti idarə edirdi.

Əslində, bu gün bu quruluşlar hakimiyyəti öz aralarında bölüşdürüblər, hərəsi öz sahəsində hökmranlıq edir. Yə’ni ki, Sovet dövründə hakim olan dairələr yenə də hakimiyyətdədirlər. Görünür ünvanların heç bir əhəmiyyəti yoxdur, ya “kommunist” olsun, ya “kapitalist”, fərqi yoxdur, əsas mahiyyətdir, o da ki, dəyişməyib qalıb. Bu mahiyyət isə mason mahiyyətidir, ziddi-din mahiyyətidir. Bu, hər iki məfkurələrin (kommunist və kapitalist) nəzəriyyəçiləri isə Sion müdrikləri, hükəmasıdır.

Bu yaxınlarda eşitdim ki, bizim hökumət Rusiyaya ilə bir müqavilə bağlayıb. Müqaviləyə görə Rusiyanın hərbi gəmilərinə respublikanın dəniz ərazisinə girmək icazə olunur. İndi Rusiyanın hərbi gəmilərinin ta ki, Astara sahilinə qədər, İran sərhədinə kimi getməyə imkanı vardır. İran hökuməti bundan xəbər tutanda Bakıya nota (məktub) göndərib, öz narazılığını bildirib. Notada deyilir ki, bu müqavilə həm Azərbaycan Respublikasının həm də İranın müdafiəsini, Rusiyanın mümkün hərbi təcavüzü qarşısında, təhlükə altına qoyur. Bu, hər ikimiz üçün zərərli bir müqavilədir.

Görünür iranlılar unutmayıblar ki, 1920-ci ildə Şura hökumətinin Xəzər dənizi donanması, Sergo Orcenikidzenin başçılığı ilə, İranın Gilan vilayətində şah əleyhinə üsyan edən marksist inqilabçılarına yardım etmək məqsədi ilə Ənzəli limana yanaşmıdı.

İkinci Dünya Müharibəsində, həmçinin, bu donanma İranın şimalını zəbt etmişdi. O vaxt sovet hərbi gəmiləri Xəzərlə üzüb, İran sahilinə yanaşdı: şurəvi ordusu, birinci dəfədə olduğu kimi, Pəhləvi (Ənzəli) limanından ölkəyə daxil oldu.

Ondan başqa, 1979-cu ildə ABŞ ilə İran arasında qarşıdurma olanda amerikalıların ölkənin cənubunu işğal etməsi təhlükəsi yarandı. Moskva bunu bəhanə edib yenə İranın şimalını zəbt etmək tədbirini tökürdü. Sovet hərbi hissələri İrana girmək üçün yenə də Ənzəli limanını hədəf tutmuşdu. Sovet desantı Xəzədə məşqlər edərək təcavüz üçün hazırlıq işlərini görürdü.

Mən hərbiçi deyiləm, ancaq başa düşürəm ki, dəniz yolu ilə ölkəni zəbt etmək çox asan bir işdir.

Bir il bundan qabaq Moskva e’lan etdi, hər kəs ki Ermənistana müharibə e’lan etsə, Rusiya bu savaşa qoşulub ermənilər tərəfində vuruşacaq. Yə’ni ki, bizim respublika Ermənistana qarşı ciddi şəkildə dava etməyə başlasa həm də Rusiyaya qarşı vuruşmalı olacaq. Belə halda Rusiya silah atmamış da bizim ordumuzu təslim etmyə imkanı var. Məsəl üçün, bizim ordu ermənilərə qarşı hər hansı əsgəri həmlə etsə Rusiya bu müqavilənin verdiyi imkana görə öz hərbi gəmilərini Bakı bulvarının qarşısına gətirib öz hərbi donanma güçünü nümayiş etdirsə, bizimkilər Bakının bombardman olmasından qorxararaq o saat təslim olacaqlar.

Bu yaxınlarda Rusiya Xəzər donanması hərbi gəmilərini bizim paytaxtın sahilinə gətirmişdi. Bizimkilər e’lan etdilər ki, ruslar bizimlə dostluq əlaqələrini möhkəmlətmək üçün, “dostluq nümayişi” üçün gəliblər. Məncə isə Moskva Bakı rəhbərliyni qorxutmaq üçün, xəbərdrlıq vermək üçün bunu etmişdi. Bu gəmilərdən top atılsa Bakı xarabazarlığa çevrilər.

Mən inanmıram ki, Rusiya bizim hərbi gəmilərin bu cür “dostluq nümayişi” göstərməsinə icazə versin. İnanmıram ki, ruslar bizim hərbi gəmilərin Volqa-Don kanalından keçib, Moskva çayı ilə üzüb Kreml qarşısında mövqe’ tutamasına icazə versin.

Mən bunu belə başa düşürəm – bizim dünyavi hökumət hər fəndlə milləti, müsəlmanı zəiflətmək, xarici qəsbkar dövlətlərin qarşısında, xaçpərəstlərin hərbi təcavüzü qarşısında köməksiz etməyə, aciz olmağa çalışır.

Sovet vaxtı bizim yerli hökumət sovetin xaçpərəst xalqlarını “qardaş xalqlar” adlandırırdı, lakin Orta Asiyanın müsəlman xalqlarını tanımaq istəmirdi. Hakim dairələr Moskvadan qorxaraq müsəlman olduqları üçün özbəkləri, türkmənləri, tajikləri qardaş xalqlar adlandırmaqdan çəkinirdilər. Bu siyasət indi də davam edir, xaçpərəst ölkələrlə dostluq etmək istəyirlər, müsəlmanlarla isə yox. Bizim vətəndaşdan soruşsan rusun tarixindən, mədəniyyətindən nə bilirsən? Ruslar barəsində saatlarla danışa bilər. Özbəklər, türkmənlər barəsində isə heç nə bilmir. Televiziyada həm sovet vaxtı həm də indi xaçpərəst ölkələrin mədəniyyəti gecə-gündüz təbliq olunur. Bu müsəlman xalqlar barəsində isə heç vaxt bir şey göstərmirlər.

Özbəklər müğamı bizimkindən bir qədər fərqli, maraqlı bir şəkildə ifa edirlər. Daşkənddə olanda dükanlarda özbək muğamat ustalarının vallarını axtardım ancaq tapa bilmədim. Bizim televiziyada isə özbək muğamatını heç vaxt çalmazlar, çünki “padşah” bunun əleyhinədir. Onun icazəsi olmasa göstərə bilməzlər. Hökumətin rəsmi siyasətinin ziddinə hərəkət etmək istəmirlər.

Mən düşünürəm ki, Orta Asiya respublikalarının müstəqilliyi müvəqqəti bir şeydir. Rusiya bu müsəlman respublikalarını, tədricən, təzədən Rusiyaya birləşdirəcək. Ruslar bunu bir güllə atmamış belə edə biləcəklər. Moskva orada hakimiyyətdə duran fərdlərə deyəcək ki, “dövlət xəzinəsindən mənimsədiyiniz, oğurladığınız bütün pulları, sərvəti özünüzdə saxlaya bilərsiniz”. Belə halda onlar heç bir müqavimət göstərmədən hakimiyyəti ruslara təhfil verəcəklər. Müsəlman qara camaatı isə fikirləşəcək, axı biz bu müstəqillikdən nə qazandıq ki? Heç nə! Onlar da e’tiraz etməyəcəklər. Zənnimcə bütün bu respublikalar, tezliklə, təzədən Rüsiyanın müstəmləkələri olacaqlar.

Moskva üçün bizim respublikanı ələ keçirmək işi bir qədər daha çətin olacaq. Fəqət Kreml belə gərara gəlsə, bunu edə biləcək. Onun buna hər imkanı var. Rusiyanın qarşısını alacaq, ona mane’ ola biləcək nə daxildə, nə də ki xaricdə heç bir güvvə olmayacaq...

Qərb şərqşünasları deyirlər ki, müsəlman xalqlarının hamısında yaltaqlıq xasiyyəti var, fərqi yoxdur bu ərəblər olsun, türklər olsun ya başqaları olsun. Məncə də bu belədir. Ondan başqa müsəlman xalqları məzlum olur, xasiyyətlərinə görə zalımlara tabe’ olmağı sevirlər.






Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin