İslam səNƏTİ


ÖMƏR XƏYYAMIN MƏQBƏRƏSİ. NİŞAPUR. İRAN



Yüklə 11,59 Mb.
səhifə30/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   26   27   28   29   30   31   32   33   ...   50
ÖMƏR XƏYYAMIN MƏQBƏRƏSİ. NİŞAPUR. İRAN

ŞƏHİD EDOARDO ANYELLİ


1997-ci ildə hələ ki, Londonda yaşayanda əlimə bir qəzet düşmüşdü. Bir məqalədə yazılırdı ki, İtaliyanın tanınmış sənayeçisi, Fiatın sahibi şirkətin rəhbərliyinə öz oğlunu deyil, 20 yaşlı nəvəsini tə’yin etmişdi. Onun oğlu, katolik ailəsində anadan olmasına rəğmən, şərq fəlsəfəsinə və dininə maraq göstərdiyinə görə və şirkətin işlərinə biqanə yanaşdığı üçün, bu məqama layiq görülməyib. Məqalənin bu yeri mənim diqqətimi çəkdi. Mən bu adamla məktublaşmaq, tanış olmaq istədim.

O vaxt bir dini cəmiyyət tə’sis etmək istəyirdim. Bu işdə mənə kömək edə bilən adamlar axtarırdım. Fikirləşdim ki, bu italiyalı həm varlıdır, həm də Şərq fəlsəfəsi ilə maraqlanır. Bu əsil mənim axtardığım adamdır. Beləsi bizim cəmiyyətin maliyə ehtiyaclarını qarşılaya bilərdi. Onun adresini bilmirdim. Fiatın Turin şəhərindəki adresinə məktub yazdım ki, onu Edoardoya ötürsünlər. Ancaq buna ümüdüm az idi. Fikirləşdim ki, çox güman onu cırıb atacaqlar. Axı Fiatın müdüriyyəti Edoardonun dinlə maraqlanmasını, dini işlərlə məşğul olmasını istəmirdilər.

Və bu yaxınlarda öyrəndim ki, Edoardo çoxdan, hələ 2000-ci ildə faciəli bir şəkildə ölmüşdü.

Edoardo Anyelli 9 iyunda 1954-cü ildə Nyu Yorkda doğulmuşdu. Atası Fiat şirkətinin yiyəsidir. İtaliyanın sənayesinin böyük hissəsi: banklar, qəzetlər və “Yuventus” futbol klubu ona məhsusdur. Maşınqayırma sənayesi həmçinin. Məsələn, bu şirkətlər kimi: Alfo Romeo, Chrysler, Dodge, Ferrari, Lancia, Mazerati, Lamburgini və Iveco. Bunların illik gəliri 60 miliyrad dollardır. Yə’ni ki, İranın neft gəlirlərindən üç dəfə artıq.

2000-ci ilin noyabrında onun cansız bədəni Turin şəhərinin yaxınlığında, körpünün altında, çay sahilində tapılmışdı. Qapıları açıq boş maşını isə körpünün üzərində idi. Polis bu ölümü intihar saydı.

Bir italiya qəzetində çıxan “Edoardo bir şiə şəhidi olub” məqaləsindən bir parça:


“Edoardo Anyelinin istintaq işinə təzədən baxılsın”. Bu şüarı daşıyan nümayişçilər Tehrandakı İtaliya səfirliyi qarşısında yığışıblar. Bunlar, İmam Sadıq universitetinin tələbələri, əllərində zərif quruluşlu, əli çəlikli adamın şəklini tuturdular. Bu adam doqsanıncı illərdə tez-tez bu tələbələrlə görüşürdü. Buradan yaxın bir məsafədə İslam Şəhidlərinin muzeyi yerləşir. Orada bir şöbə qeyri-iranlı şəhidlərə ayrılıbdır. Neçə ildir ki, bu şöbənin bir yeri şəkilli səcdəgaha çevrilib və Fiat varisinə həsr olunub. Muzeyin dilli-dilavər işçisi ziyarətçilərə həm bu məşhur İran əfsanəsi, həm də “İtaliya sionistləri” bərəsində məruzə oxuyacaq. Bu hekayəyə görə Edoardo Anyelinin ölümü suiqəsd deyil, qətl idi. Sonra isə Anyelinin Qumda Ayatollah Xomeyni ilə görüşməsi, Tehranda Xameneyi ilə birlikdə cümə namazında iştirak etməsindən danışacaq. Anyeli 2000-ci ilin 15 noyabrında Turində körpudən aşağı tullnandan sonra İran İslamçıları bir əfsanə yaratmaq fikrinə düşdülər. Bu əfsanənin məzmunu bundan ibarətdir “sionist Elkanlar ailəsi” müsəlman olmuş Anyelini öldürdü. İddiayə görə Anyelilərin mülkü üstündə gedən dava nəhayətdə bir dini müharibəyə çevrilmişdi.
2001-də İranın kino işçiləri Edoardonun faciəli ölümü haqqında sənədli televiziya filmi çəkmək üçün İtaliyaya gəldilər. Polislər bu dörd nəfər iranlını Romada, Vatikanın yaxınlığında çəkiliş apardıqları zaman saxladılar, həbs etdilər. İki-üç gündən sonra onlar İran səfirliyinə tə’fil olundular və nəhayətdə ölkədən çixarıldılar. Bu film çəkənlərin İtaliyaya gəlişinə dörd il qədağa qoyuldu. Onlar Vatikanı partlatmağa cəhd etməkdə, terrorçuluqda ittiham olunmuşdular.

İnternetdə, həm “Vikipedia”da, həm də “Yutyub”da ingiliscə bu filmə tamaşa etmək olar (“Documentary on Edoardo Agnelli”). Qərb mətbuatı, qərəzliklə, Eduardonu utancaq, zəif bir adam, hətta, nəşəxor və ruhi xəstə kimi, yol azmış birisi kimi təsvir etməyə çalışır. Halbuki iranlılar, bunun əksinə, onu gözəl, nəcib, insanpərvər bir adam, İslamın şəhidi kimi təsvir edirlər.

Filmin əvvəllində ekranda belə yazılar getdi:
Bu filmin çəkilməsi çətin bir zamana düşdü. Bir tərəfdən hərtərəfli mə’lumatı olanlar Fiatın sahiblərindən qorxaraq baş vermiş hadisələr barəsində danışmaq istəmirdilər. O biri tərəfdən isə İtaliya polisi bu lahiyənin üzərində çalışan film çəkən dəstəni həbs etdi. Bir neçə gündən sonra isə onları terrorçu adlandıraraq ölkəni tərk etməyə məcbur etdilər. Məqsədləri həqiqətlərin aşkar olmasına mane’ olmaq idi.
Filmin məzmunu, əsasən, iranlıların müsahibələrindən ibarətdir.
Doktor Həsən Qadiri:

Mən İranın Romadakı səfirliyində işləyirdim. Həftə sonu qapıçı mənə zəng vurub dedi ki, bir cavan italiyalı məni görmək istəyir. Qapıçıya dedim, mənim iş vaxtım qurtarıb, qoy o adam sabah gəlsin. Bir azdan qapıçı təzədən zəng vurub dedi, oğlan xahiş elədi ki, sizə onun bu sözlərini çatdırım – “Allah bütün qapıları açır”. Bunu eşidəndə dedim, burax qoy gəlsin.

O, hündür boy bir oğlan idi, 24-25 yaşlarında. Bir-birimizə əl verdik. O, özünü Eduardo Anyelli kimi təqdim elədi. Soruşdum, tanınmış Anyelli ailəsi ilə qohumluluğunuz varmı? Dedi, var. Mən Cyanni Anyellinin oğluyam. Təəcübləndim. Axı Anyellilər İtaliyanın ən varlı və qüdrətli ailəsidir.



Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin