|
|
səhifə | 33/50 | tarix | 26.12.2016 | ölçüsü | 11,59 Mb. | | #3530 |
|
ŞE’R
Haradsan şöfkətlim Sultan Həmid Xan,
Fəryadım çatırmı barigahına,
Ölüm yuxusundan bir ləhzə oyan,
Bu nankor millətin bax günahına
Tarixlər ismini andığı zaman,
Sənə haqq verəcək ey qoca sultan,
Bizdik utanmadan iftira atan,
Əsrin ən siyasi padişahına.
Padşah həm zalım, həm dəli dedik,
İxtilalə qiyam etməli dedik,
Şeytan nə dediysə, biz bəli dedik,
Çalıştıq fitnənin intibahına.
Divanə sən deyil, məqər bizmişiz,
Bir çürük ipliyə xülya düzmüşüz,
Sadə dəli deyil, ədəbsizmişiz,
Tüpürdük atalar qibləgahına.
Sonra cinsi pozuq, əxlaqı fəna,
Bir sürü törədi girdi meydana,
Haradan çıxdı bunca vələdi-zina,
Tfu olsun bunlaın həm ərvahına!
Bunlar xalqı didik-didik etdilər,
Qətli-ama qədər sürüb getdilər
Saçak öpməyənlər səcdə etdilər,
Bir asi zabitin pis papağına!
Bu gün varsa-yoxsa Mustafa Kəmal,
Şöhrətinə hər kəs füzuli dəllal,
Aləmi-mə’nadan bax da ibrət al,
Uğursuz taleyin bu gümrahına!
Çox kimsəyə indi vətən məzardır,
Hər kəsin bəladan nəsibi vardır,
Səlamətə çatan, çox bəxtiyardır,
Bu şəbi-yeldanın şən sabahına.
Milliyyət davası fisqə büründü,
Ridai-diyanət yerdə süründü,
Türkün ruhu zorla asi göründü,
Həm Peyğəmbərinə, həm Allahına!
Bu itlər nədənsə mənə saldırmadı,
Bahalıydı başım, kimsə almadı,
Seyrandan başqa iş də qalmadı,
Qürbət ellərin bu səyyahına.
Xoş oldu çilvəsi Cümhuriyyətin,
Dadı qalmamışdı Məşrutiyyətin,
Dəccala dil çalan belə millətin,
Bundan başqa çarə yox islahına...
Dostları ilə paylaş: |
|
|