İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə35/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   31   32   33   34   35   36   37   38   ...   50
YENİ İLİN QEYD OLUNMASI İLƏ ƏLAQƏDƏR BİR TƏHLİL
Cümhuriyyət zamanı dövlət əliylə, ardıcıl bir şəkildə, cəmiyyət sürətlə bir təqlid, yamsılama, yadlaşma dövrünə soxuldu.

1925 şapka çevrilişi (məcburi başa kepka qoymaq qanunu) ilə şapkadan mədəniyyət çıxardacaqlarını zənn edənlər, şapkadan dovşan belə çıxartmadılar (papaqdan dovğan çıxartmaq hoqqasına işarə edilir). Amma şapka geyməyənlərin dar ağaclarında, müasirlik adına, boyunlarını qopardılar.

1928 hərf və əlifba çevrilişi ilə yeni nəsillərin keçmişlə olan bağları qoparıldı.

Rəsmi tarix bunu gizləsə də qılıq-qiyafət çevrilişinə e’tiraz edən 130 adam bunun bədəlini e’dam səpayələrində (dar ağaclarında) ödədi. Yenə rəsmi tarix gizlətsə də 10 mindən artıq insan da hərf çevrilişinə qarşı çıxdığı üçün e’dam və infaz (icra) edildi.

1930-larda, bu dəfə kəlmə və anlayışlarla məşğul olaraq, nəsildən nəsilə mə’na və irfan daşıyıçısı olan dilimizin mənşəyi ilə oynadılar. Baba nəvənin, ata övladının dilini anlamaz hala gətirildi. Tariximizdən yaxşıca qopduq və uzaqlaşdıq. Məktəblərdə oxudulan kitablar bizi 1920-dən, bir az da o yana, 1881-dən ötəsi olmayan bir millət olaraq anlatmağa çalışırdılar. Bu milləti də, Mustafa Kəmal “yaratmışdı”.

Dinimizin ən vacib və ümumi rəmzi və işarəti olan əzan 1932-də əslindən qopardılıb “öztürkcə” sərsəmliyi altında 1950-yə qədər fərqli bir şəkildə oxuduldu.

Yeməyimizlə, içməyimizlə, qeyinib-qurşaqlanmamızla, həyat tərzimizlə Qərbə bənzədik, onlara diqqət etdik, onları tə’qib etdik. Çoxuşaqlı olmaq müasirliyə zidd olan, uymayan bir şey kimi anladıldı. Gerilik olaraq göstərildi.

Çəngəli sağ əliylə tutanlar aşağılandılar. Ramazan bayramı “Şəkər bayramı” oldu. Qurban bayramı isə heyvanların kütləvi şəkildə qətl edildiyi vəhşi bir adət kimi göstərildi.

Bu arada, həyatımıza “sevgililər günü”, “qadınlar günü”, “analar günü”, “işçilər günü” kimi adına deyilməyən “bayramlar” girdi. Bunları qeyd etmək barəsində bir müddət dirənənlərimiz belə, camaata uydu və onlar da qeyd etməyə başladılar.

Artıq bu “gün”lərin adiləşdiyi bir zamandan keçirik. Kimsə e’tiraz etmir bunlara. Venesiya, Paris, Londona getmək son dərəcə müasir, xoş və edilməsi gərəkli olan bir şeydir. Amma Ümrəyə getmək geriliyin və ərəblərə pul qazandırmaq səbəbi olaraq göstərilir.

Qurban bayramında qurban kəsmək vəhşi bir heyvan qətli-amı; amma yeni ildə hind quşunu kəsmək, ağacları süsləmək gözəl, xoş və mədəni bir ənənə!

Cümhuriyyət dövründə müsəlman əhaliyə edilənlərə baxılsa, qurbağanın, içinə atıldığı suyun, yavaş-yavaş, tədrici olaraq isidilməsi ilə hiss etdirilmədən, ənənələrimiz, mədəniyyətimiz yavaş-yavaş öldürülür və bizə yadlaşdırılır.

Heç kimsə bu millətin tədrici şəkildə mə’nəvi ölümünə “Durun, bunu edə bilməzsiniz” deyə bilmir.

Siz xristianların və ya yəhudilərin öz evlərində Qurban bayramını ya da Ramazan bayramını qeyd etmələrinə şahid oldunuzmu? Və ya xristian və yəhudilərin Mövludun qeyd edilməsinə rast gəldinizmi, heç? Avropalının, amerikalının etdikləri ümumdünya şeylər kimi qəbul edilirsə, dünya nüfusunun (əhali sayının) üçdə-birini təşkil edən, 1,7 milyard müsəlmanın bayramları nədən ümumdünya olaraq qeyd edilmir?

Keçən ay ABŞ-ın baş konsolunun bir türk gənci ilə evlənməsi, toylarının isə Amerikanın bir məkanında olacağı xəbəri yayıldı. Çünki ABŞ-ın bə’zi vilayətlərində həmcinslilərin evlənməsinə izn verilir. Onların bir kilsədə tanış olduqları, bildirilir. Bu iki kişinin İstanbulun Arnavudluq iqamətxanasına yerləşdikləri və birlikdə yaşamaqları da yazıldı. Konsul bu vəziyyətdən ABŞ-ın Xarici İşlər nazirliyini xəbərdar etdi. Onun, hətta, ABŞ hökumətindən də “Bu həmcinslilikdə bir təhlükə, ehtiyat yoxdur” təsdiqini aldığı bildirilir.

Kişinin (konsolun) başqa bir kişi ilə evlənəcəyi amerikalıların 27 noyabrda qeyd etdikləri Şükran günündə dostları ilə birlikdə keçirəcəyi bəyan olundu, bildirildi. Bu cütlük, möhtəmələn (ehtimal var), Milad və Yeni il tə’tilini ABŞ-da keçirəcək.

İndi “bu iyrənc xəbəri nə üçün danışırsan” deyə mənə qızanlar da ola bilər. Qərbin dini bayramlarını, günlərini qeyd etmələrini “ümumdünya” görənlər bu gün Sevgililər gününü qeyd edənlər, bu “Milad deyil, biz Yeni ili qeyd edirik” deyə özünə fətva verən müsəlmanlar, sabah “qey günləri”ni və “həmcins evlilikləri” də adi bir şey görməyə hazır olsunlar.

Belə gedərsə bir vaxtdan sonra, “Məsciddə tanış olan iki kişi, həmcins evlilik edəcəklərini, Şəkər bayramında, ailələri ilə paylaşdılar. Cütlüyün toyu Qurban bayramında olacaq, ardından Ümrəyə gedəcəklər”, xəbəri oxuya bilərsiniz.


Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin