İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə29/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   25   26   27   28   29   30   31   32   ...   50
Şərhsiz (məzəli rəsm). Mənim anladığıma görə İnternetdə tapdığım bu rəsmdə işarə

olunur ki, bizim vətəndaşlar Şuşanı və onun ətrafındakı əraziləri, zəif və gücsüz bir ölkədən,

Ermənistan Respublikasından geri ala bilmədikləri halda qüdrətli Rusiya Federasiyasından

Dərbəndi almağ iddiasına, xəyalına düşüblər.

İnternetdəki Rusiya ləzgilərinin saytında talış ictimayi xadiminin, Fəxrəddin Abbaszadənin maraqlı bir məqaləsini tapdım. “Ləzgi və ya talış Azərbaycan prezidenti ola bilərmi?” sərlövhəli məqalədən bir parça:


Növbəti seçkilər ərəfəsində Azərbaycanda çox adam anlamağa çalışır kı, əgər birisi ürək edib respublika prezidentliyinə öz namizədliyini irəli sürmüş olsa onun qarşısına hansı “yazılmamış qaydalar” və siyasi tələblər qoyulacaqdır.

Bu çox məzəli bir məsələdir ki, Azərbaycan Respublikası adlanan dövlətin tarixin səhnəsində peyda olmasının ilk anından bu yana onun hakimiyyətində bir dəfə də olsun “əsl türk” olmayıb!

Həttə, 1918-ci ildə onun varlığı haqqında dünyaya xəbər çatanda da bu dövləti quranların arasında bir nəfər belə türk olmayıb. Baxmayaraq ki, sonradan, bunların bə’ziləri özlərini türk millətçıliyinin qizğın tərəfdarları kimi göstərməyə çalışırdılar, əfsus ki, milli mənsubiyyətlərinə görə onların hamısı “yadlar” olublar.

Məsələn, Azərbaycanda türkçülük məfkurəsinin əsas təmsilçisi “Musavat” partiyasıdır. Onu tə’sis edənlərdən biri Məmmədəmin Rəsulzadədir ki, o da pars (dağlı tatı) idi. Fətəli xan Xoyski isə kürd xalqının nümayəndəsi idi və ilaxir.

Sovet hakimiyyətinin ilk günlərində Azərbaycanın hakimiyyətində, əsasən, özlərini tat kimi gələmə verən yəhudilər olub ki, bunların da ən tanınmışı Nəriman Nərimanovdur. Bir az keçəndən sonra respublikada hakimiyyət, həmçinin, tat kimi qələmə verilən Quba yəhudisinə, Mircəfər Bağırova e’tibar olunmuşdu.

Bağırovdan sonraki illərdə də hakimiyyətdə cürbəcür millətlərin nümayəndəri olublar. Məsələn, İmam Mustafayev (1954-59) – tsoxur, Vəli Axundov (1959-69) dağlı tatı və s.

Azərbaycan dövlətçiliyi sün’i bir şəkildə yaradılmışdı. Bu varlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, rəhbərlərinin demək olar ki, hamısı qeyri-türklər olduğu halda, bu varlığı yaşatmaq üçün, onlar türkçülük məfkurəsini önə çəkməyə məcburdurlar.

Bu respublikanın qisa ömrü onu sübut edir ki, Azərbaycanda türk millətindən olan adam heç vaxt dövlət başçısı ola bilməz. Təkrarən, qətiyyətlə bildirirəm ki, milliyətinə görə türk xalqına mənsub olan fərd heç vaxt Azərbaycanın Prezidenti olmayacaqdır.

Əfsus ki, əhalinin böyük qisminin türk milliyyətçiliyi azarına tutulduğu bir zamanda, heç bir türk ləzginin və ya talışın prezident olmasına razı olmaz, belə namizədə səs verməz.
Belə görünür ki, bu müəllif çox məlumatlıdır. Bizim bilmədiyimiz şeylərdən xəbəri var.

Atam deyirdi ki, Bağırovun baçısı onların kənddəki evlərinin üzbəüzündə yaşayırdı. O, bə’zən, oraya bacısını görməyə gəlirdi. Ancaq atam mənə onun yəhudi olması barəsində bir söz danışmayıb.

Respublikanın ləzgi və talış millətçiləri, həmişə, şikayət edirlər ki, türkdillilər onlara zülm edir. Bu yazıçı da həmçinin. Ancaq onun bu sözlərində bir təzad var. Hərgah bizim dövlətin başında heç vaxt türk əhalinin nümayəndəsi olmayıb, o vaxt onlar necə ləzgilərə və talışlara zülm edə bilərdilər? Axı hakimiyyət onların deyil, azlıqların əlindədir.

Mən belə düşünürəm ki, Sovet vaxtı Moskva Qusar tərəfdə yaşayan ləzgi əhaliyə söz verib, onları inandırmışdı ki, bir vaxt böyük bir ləzgi respublikası yaradılacaq və bizim respublikanın bu ərazisi də ona qatılacaq. Görünür elə bu səbəbdən Qusarın ləzgiləri məktəblərdə rusca oxuyuyub, gələcəkdə Rusiya Federayisasında yaşacaqlarına ümüd bəsləyirdilər.

Qorbaçev vaxtı ermənilər Moskvada, syezdlər sarayında Qarabağa müstəqillik tələb edib, bizim xalqı pisləyir, lənətlər oxuyurdular. Ancaq bizim deputatlar susurdular, söz alıb danışmağa, bizim mövqeyi anlatmağa cəhd etmirdilər. Onlardan soruşulanda ki, ermənilərə nə üçün lazımlı cavab vermədiniz? Cavabında “mən orada deyildim, xəstə idim” deyib, canlarını qurtarırdılar.

Anlaşılır ki, onlar bizim Mərkəzi Komitənin göstərişinə görə (“qoy ruslar və ermənilər nə danışırlar danışsınlar, siz isə yerinizdə sakit oturun, səsinizi çıxartmayın”) hərəkət edirdilər. Bizim hakim dairələr, deputatlar Qorbaçevin inqilab hərəkatından təlaşa düşmüşdülər, vəzifələrini itirmək qorxusu ilə yaşayırdılar.

Bu yığıncaqlar Sovet İttifaqının hər yerinə televiziya vasitəsi ilə canlı şəkildə yayımlanırdı.

Bir dəfə yenə də bir nəfər erməni mikrofona çıxıb bizim əleyimizə danışmağa başladı. Erməninin danışdığı vaxt bizim bir deputat kadra düşdü. Televiziya operatorunun kameranı ona tuşladığını görəndə bu deputat təşvişə düşdü, üzünü başqa tərəfə çevirdi. Qorxdu ki, respublikada onun orada olduğunu və ermənin ittihamlarını cavabsız qoyduğunu biləcəklər.

Rus operator kameranı başqa tərəfə çəkmirdi, elə hey bizim bu “igid” deputatımızı, ziyalımızı göstərib dururdu. Bu deputatın gövdəsi və kəlləsi çox böyük olduğundan, baxmayaraq ki, o, başını o yan bu yana döndərirdi, yerə əyirdi yenə də istədiyinə nail ola bilmirdi.

Ola bilər ki, bu rus operator bunun bizim respublika nümayəndəsi olduğunu bilirdi. Bəlkə də bilmirdi. Olada bilər ki, o, deputatın bu hərəkətlərindən, üzünü gizlətmək cəhdlərindən şübhəlmənmişdi, fikirləşirdi ki, burada nə sə var, kameranı ondan çəkməyəcəyəm.

Bir dəfə də bizim başqa deputatımızı, H.Turabovu göstərdilər. O, birinci sırada oturmuşdu, qaşlarını çatıb mikrofona danışan erməniyə baxırdı. Ondan soruşsalar ki, bəs sən niyə susurdun, söz alıb danışmırdın? Cavab verəcəkdi ki, mən ona acıqlı şəkildə baxdım və o, dərsini aldı, bildi ki, mən də demək istəyirəm.

Belə adamlar artistlər, müğənnilər, rəqqaslar deputat ediləndə məqsəd onların millət üçün səmərəli bir iş görməsi deiyl, məqsəd bir görünüş yaratmaqdır.

Axı artist syezddə və ya milli məclisdə nə danışa bilər? Artistin öz sözü yoxdur. O, yalnız başqasının yazdığını əzbərləyib səsləndirə bilər. Mikrofonun qarşısına çıxardılsa, ancaq göz-qaş oynada bilər, başqa şey bacarmaz. Rəqqas deputat milli məclisdə ancaq rəqs edə bilər, müğənni deputat isə ancaq nəğmə oxuya bilər.

Bizim yerli hakim dairələr Cavidləri, Müşviqləri ittiham edib, Sibirə ölümə göndərirdilər. Bunu etməklə rütbələr qazanır, yüksək vəzifələr alırdılar. Ziyalılarımız isə: yazıçılar, şairlər, bəstəkarlar bir-birlərini satırdılar və bunun hesabına yüksək adlara nail olurdular: Xalq şairi, Xalq yazıçısı olurdular. Zənnimcə, hərgah hər hansı yazıçı və ya şair Stalin, Bağırov vaxtı tululmayıb, məhkum edilib, Sibirə göndərilməyib, deməli o, yoldaşlarına, dostlarına, həmkarlarına xain çıxmışdı, onları satmışdı.

Bir neçə il bundan qabaq birisi televiziya verilişində Cavidin məhkum olunmasından danışdı. O, dedi ki, akademiyada yığıncaq çağırmışdılar. Məruzəçilər bir-bir tribunaya çıxıb onu tənqid edirdilər. Bunlardan biri Bülbül idi. Müğənni Cavidi sovet hökumətinin, quruluşunun düşməni kimi, pantürkist kimi təsvir edib, pislədi. Onda, əli çəlikli Cavid ayağa qalxıb, axsaya-axsaya zalı tərk etdi. O, başa düşdü ki, onun işi bitdi, çünki, adətən, bu cür ittiham olunanlar, belə yığıncaqlardan sonra, həbs olunurdu.

Ancaq nədənsə bu verilişdə ancaq Bülbülün adı çəkildi. Halbuki, o yığıncaqda başqa tanınmış incəsənət xadimləri, yazıçılar, şairlər də iştirak ediblər. Şübhəsiz ki, onlar da Cavidi tənqid edən çıxışlar ediblər. Görünür ki, onun Bülbüllə qarşı şəxsi qərəzliyi var idi, odur ki, təkcə onun adını çəkib.

Bunlar, bu şəkildə, Cavidi ittiham edərək, Sibirin ölüm düşərgələrinə göndərib, rütbələr, yüksək vəzifələr qazandılar. Sonra, bu gün isə eyni adamlar şəhər meydanında Cavidə nəhəng bir heykəl ucaldıb özlərini millət qəhrəmanları kimi göstərmək istəyirlər.

Cavidi satan adam üçün, Bülbülə də Bakıda ayrıca bir heykəl qoyublar.

Bir nəfər Londondakı səfirliyimizdə səfir vəzifəsini tuturdu. Sonra onu işdən çıxartdılar. O, Bakıya qayıdıb bir müddət işsiz qaldı. Axırda jurnalistlərə şikayət etməyə başladı. Dedi ki, bilmirəm bizim bu Xaricı İşlər nazirliyi nə cür adamları səfirliyə işləməyə tə’yin edir. Dövlət dilini bilmirlər, milliyəti nədir o da aydın deyil. Çox güman hamısı xarici dövlətlərin xeyrinə işləyirlər, cəsusdurlar. Səfirlikdə işlərini bitirəndən sonra isə respublikaya qayıtmırlar, xarici dövlətlərin vətandaşlığını qəbul edirlər. O, bunu qəsdən edirdi. Yə’ni ki, hökumətə işarə vururdu, “əgər mənə yüksək bir vəzifə verməsəniz, onda açaram sandığı, tökərəm pambığı”. Yə’ni ki, sizin zibil işlərinizin üstünü açacağam.

Bu müsahibədən çox qısa zaman keçəndən sonra, hökumət ağzını yumdurmaq üçün, onu yaxşı bir vəzifəyə tə’yin etdi.

7-8 il bundan qabaq Bakıya Roma papası gəlmişdi. Bunlardan soruşasan görək, papanın müsəlman ölkəsində nə işi var, onu buraya nəyə gətirtmisiniz? Respublikada axtarsan bəlkə iki-üç nəfər katolik vətəndaşını tapmaq olar, bundan artıq olmaz. Aydındır ki, hakimiyyət Qərbə, xristian dünyasına yaltaqlanmaqdan ötrü bu səfəri təşkil edib.

Eşitdim ki, Dini Təşkilatlarla Iş Üzrə Dövlət komitəsinin sədri televiziyada e’lan etdi ki, Roma papasını respublikaya də’vət olunması fikri birinci mənim ağlıma gəlmişdi, bütün təşkilatçılıq işini də bizim komitə görmüşdü. Ondan başqa papa mənim özümün şəxsi mehmanxanamda qalırdı. Bu komitə sovet vaxı KGB-nin, bu gün isə DTN-in şöbəsi kimi failiyyət göstərir. Deməli təşəbbüs Dövlət Təhlükəsizliyi nazirliyinin təşəbbüsü idi. Axı bütün dini məsələlər onun səlayiyyətindədir. Mehmanxana da görünür bu nazirliyinin, rəsmi ya da qeyri-rəsmi, xüsusiyyətidir.

Papa üçün təşkil olunmuş qarşılanma mərasimi xüsusi təmtərahla hazırlanmışdı. Təyyarədən düşəndən sonra onu xüsusi bir taxtda oturtdurlar. Bunun ardınca Qərb ölkələri səfirləri və məmləkətin bütün hökumət adamları, şahın hüzuruna gələn kimi, papanın qabağına gəldilər. Kimi onun əlindən öpürdü, kimi tə’zim edirdi.

Anam mənə dedi ki, respublikanın rəhbəri də onun əlindən öpmüşdü. Mən bunu görmədim, bu sözə çox da inanmıram.

Qafqazın baş mollası, Allahşükür də gəlmişdi. Bu özü-özlüyündə müsəlmanların alçaldılması mə’nasına gəlir. Güya papa bizim şeyxülislamdan daha üstün adamdır. Əgər Paşazadə papa ilə görüşmək istəyirdisə, onda o, gərək papanı öz iqamətxanasına də’vət edəydi. Qoy sən deyil, papa sənin ayağına gəlsin. Bu səfəri hazırlayanların məqsədi elə bu idi – müsəlmanları, İslamı alçaltmaq, dinimizi nüfuzdan salmaq. Müsəlmanları xaçpərəstlərlə müqayisədə ikinci sinif adamlar kimi, İslamı isə xristian dini ilə müqayisədə ikinci dərəcəli bir din kimi göstərmək.

Ələlxüsus şeyxülislam üçün bu belədir. Dövlət adamlarının hava limanında Vatikan dövlətinin başçısını qarşılamasına bəhanə tapmaq olar. Ancaq şeyxülislam üçün olmaz. Məsəl üçün, Vatikana hər kim gəlsə, papa onu qarşılamaq üçün çölə çıxmaz. O, hamını öz iqamətqahında, sarayında qarşılayır. Yə’ni ki, o, özünü hamıdan üstün tutur, daha vacıb adam hesab edir. Katoliklərin inanclarına görə papa yer üzündə Allahın baş nümüyəndəsidir. Müsəlmanlar üçün isə Roma papasının məqamı əhəmiyyətsiz bir şeydir.

Axşam isə papanın xatirinə bir stadionu on min adamla doldurdular. Əksəri yerlilər olub. Bir miqdar xarıcılər də var idi.

Papa stadionun bir başında taxtda oturanda orada bir hadisə baş verdi. Adətən, o, hər-hara getsə onu özünün xüsusi cangüdənləri qoruyarlar. Lakin onlar papanın yanında görünmürdülər. Görünür, bizim dövlət təhlükəsizliyi idarəsi Vatikan tərəfiini əmin edib ki, o, papanı qorumaq işini öz üzərinə götürür və onun təhlükəsizliyinə tam tə’minat verir.

Yığıncağın bir yerində stadionun qapısından bir səs gəldi. Sonra televiziya operatorları bir çolaq kişini göstərdilər. Bu adam qoltuğağacını havada silkələyərək və qışqıra-qışqıra papa tərəfə qaçırdı. Qoruqçılar, polislər və xəfiyələr onu saxlamağa heç bir təşəbbüs göstərmədilər. O, uzun bir məsəfəni o şəkildə yürüyür və papanın 10-15 metrəliyində (görünür ki, qabaqcadan şərtləndiyi bir yerdə) durur. Uzun bir zaman ərzində əlindəki ağaçı havada silkələyir və nəsə qışqırırdı.

Çox təəcüblü bir məsələdir ki, heç kəs yerindən qımıldanmadı, onu zərərsizləşdirmək üçün hərəkətə gəlmədi.

O vaxtlarda artıq papanın səhhəti pis vəziyyətdə idi. Lakin üzünün ifadəsindən aydın idi ki, o, bərk qorxmuşdu. Axı onun xatirində idi ki, bir dəfə Romada bir Türkiyə vətəndaşı, bozqurdçu tapancadan güllə atıb onu yaralamışdı. Bilirdi ki, bizim respublikanın əhalisi də, əksərən, türkdür.

Nəhayət, polis paltarı geyinmış DTN işçiləri çolaq adamı tutub, stadiondan çıxartdılar.

Mən bunu belə başa düşdüm. Bizim DTN bu hadisəni qabaqcadan hazırlamışdı. Papanı hədələmək, xoflandırmaq üçün. Bunu da İsrailin sifarişi ilə ediblər. Əvvəllərdə respublikanın təhlükəsizlik idərəsi Moskvaya tabe’ idi, bu gün isə belə görünür ki, Tel-Avivin təbeçılıyindədir və Mossadın bir şöbəsi kimi failiyyət göstərir.

Sionistlər belə hadisələr yaratmaqla dünyanın dövlət başçılarını, siyasət adamlarını, dini xadimlərini, tanınmış adamlarını, daima, qorxu altında saxlamağa çalışırlar. Buna oxşar vaqiələr yaradaraq, suiqəsdlər törədərək onlara işarə edirlər ki, sionistlərin bir sözünü iki edənlər, onlara zidd mövqe’ tutanlar mütləq bir şəkildə məhv ediləcəklər.

Çox jurnalistlər və müəlliflər kitablar yazaraq İsraili, sionistləri ittiham edərək bildirirlər ki, Amerikanın başçısını Kenedini və onun senator qardaşını yəhudilər öldürtdürüblər. Bə’zi müəlliflərin fikrinə görə onlar bunu Kenedinin müstəqil Fələstin dövlətini yaratmaq fikrinə düşdüyü üçün ediblər. Başqa müəllifləri buna ayrı səbəb gətiriblər -- Kenedi dolları buraxan Federal Rezerv Fondunu yəhudi sahibdarların əlindən alaraq, milliləşdirilməsinə qərar verdiyi üçün.

Başqa misal gətirim. İşveçin başçısını Palmenin müəmmalı, sirli suiqəsdi. Mənim fikrimə görə bunu da sionistlər ediblər. Dünyada belə müəmmalı suiqəsdlərin sayı-hesabı yoxdur.

Bu səbəbə dünyanın hökmdarları sionistlərin qarşısında tir-tir əsirlər, acıqlarını tutdurmaq istəmirlər.

Bu bozqurdçu da çox güman ki, yəhudilərin əmrinə, tapşırığına görə papaya güllə atmışdı. Qərb bu hadisədən sonra Sovet İttifaqını günahkar etdi, güya ki, Ağca Moskvanın, KGB-nin tapşırığı ilə hərəkət edirdi. Halbuki, bu büsbütün yalan idi.

Görünür ki, yəhudilər katolik aləminin birinci adamını və ümumiyyətlə bütün xristianları vahiməyə salmaq istəyirdilər. Yə’ni ki, biz yəhudilər kimliyindən asılı olamayaraq bizim əl-ayağımıza dolaşan hər kəsi qətl edə bilərik, istər bunlar dövlət başçıları və ya dini rəhbərlər olsun.

Ondan əlavə bir türkün, müsəlmanın əlinə tapancanı vermək ilə yəhudilərin məqsədləri həm də katolik aləminin gözündə müsəlmanları düşmən etmək idi. Sionistlər həm də İranın bir neçə din xadimini, ayatollasını öldürtmüşdü.

Axır zamanlarda, Roma papaları, seçildikdən üç gün sonra, yəhudilərə hörmət göstərmək üçün Romanın sinaqoquna gedirlər. Sionistlər papaları məcburən sinaqoqa gətirərək, öz qüdrətlərini dünyaya nümayiş etdirmək istəyirlər. Axı katolik aləminin baş keşişinin sinaqoqda nə işi var? Hz. İsanı öldürənlər yəhudilər olub. Musəvilər İsanı peygəmbər saymirlar, daima ona lənətlər oxuduqları halda papa onlara bu cür hörmət göstərir. Aydındır ki, o, bunu öz xoşuna görə etmir. Bunu ona qorxu vadar edir.

30-40 il bundan qabaq bir Roma papasını zəhərləyib öldürmüşdülər. Bu suiqəsdin arxasında da hansısa qaranlıq güvvələr dururdu.

Bakıda ingilis dilində bir qəzet çıxırdı. Orada, məqalədə bir amerika katoliki papanın Bakıya səfəri barəsində yazırdı. Ancaq, nədənsə, stadionda baş verən bu hadisə barəsində bir söz belə yazmamışdı. Fəqət, stadiona yığılan bizim vətəndaşları bir şeyə görə bərk qınayırdı.

Stadionda bir keşiş xristianların bir müqəddəs dini ayinini keçirirdi, ona yaxınlaşan xristianların ağızlarına bir həb qoyurdu. Bizim vətandaşlar ailəcə: ər, arvad və uşaqlar, ümumiyyətlə, bütün stadion yaxınlaşıb o həbləri udurdu. Jurnalisti mə’yus edən şey o olub ki, bizim adamların anlayışına görə bu italiyan şiriniyyatı idi, halbuki bu möhüm bir xristian dini ayinidir. Onu narahat edən, o idi ki, bizimkilər bu ciddi dini mərasimi, məzəkəli bir tamaşaya çevirmişdilər.

Bir xaricı şəhərdə əlimə Bakıda çıxan bir qazet düşdü. Respublikadakı vəziyyətdən xəbərdar olmaq üçün onu maraqla oxudum. Birinci səhifədə əllərində avtomat olan oğlan və qızın şəkli vurulmuşdu. Görünür ki, bunlar yerli inqilabçılar idi. Orada həm də maraqlı bir yazı var idi. Yazılmışdı ki, Bakıdakı Milli Məclis binasının qarşısında camaat, nümayişçilər yığılmışdı. Nəyisə tələb edirdilər. Bu vaxt qarşıdakı mehmanxana binasından bir pulemyotçu onlara güllə atmağa başladı. Ölən və yaralananlar oldu. Nəhayətdə, adamlar binaya daxil olub pulemyotçunu zərərləşdirdilər. Bu adamların yerində hər-hansı başqa millət olsa, ingilis, rus və ya erməni, onlar o adamı yerindəcə parçalayardılar, tikə-tikə doğrayardılar, öldürərdilər. Axı, bu adam sənin yoldaşını, dostunu, vətəndaşını gülləyə tutub.

Ancaq məqaləyə görə bizimkilər ona toxunmadılar və aparıb KQB-yə təhvil verdilər. Yə’ni ki, qoy onu hökumət cəzalandırsın. Bizim bu adamlar, bu nümayişçilər özbaşına hərəkət etməkdən qorxurlar, yuxarıdan əmr gəlməsə özləri heç bir qərar ala bilmirlər.

Bunlar həm də başa düşmürlər ki, o pulemyotçunu ora hökumət göndərib və o, dövlət təhlükəsizlinin işçisidir. Aydın məsələdir ki, KGB ona heç bir şey etməyəcək, tapşırığı yerinə yetirdiyi üçün ona təşəkkür e’lan edəcək, bəlkə də rütbəsini artırdacaq.

Gorbaçevin inqilabı Moskvada, paytaxtda baş verirdi. Bakı kimi əyalətlərdə isə yerli hakimiyyət buna çox pis baxırdı. Yerli hakim dairələr qorxurdular ki, onlar bu inqılab nəticəsində vəzifələrini itirə bilərlər. Bu dairələr hər cür fənd ilə sovet hakimiyyətini qorumağa, onun ömrünü uzatmağa çalışırdılar və xalq hərakatına qarşı idilər...

Bu yaxınlarda Bakıda, küçədə siqaret çəkən bir qız gördüm. Görünüşündən yəhudiyə oxşayırdı. Məncə bu qeyri adı bir şeydir, qadınlar şəhərin küçələrində siqaret çəkməkdən hələ də çəkinirlər. Bununla əlaqəli bir şey yadıma düşdü.

Bir gün məktəbdən çıxıb evə gedəndə, “26-lar bağı”ından keçəndə Axundov kitabxanasının qarşısında siqaret çəkən bir qız gördüm. Ömrümdə birinci dəfə idi ki, şəhərdə siqaret çəkən qız görürdüm. O qızın hər iki tərəfində möhkəm bədənli bir cavan oğlan dururdu. Bu düz bir ay çəkdi. Hər gün məktəbdən çıxanda orada siqaret çəkən qızı və onu qoruyan oğlanları görürdüm. Bunlar hər dəfə fərqli adamlar olurdu. Uşaqlığda buna bir mə’na verə bilmədim. Ancaq sonralarda, böyüyəndə bu hadisəyə düzgün qiymət verə bildim. Başa düşdüm ki, bunlar KGB-nin adamları olub və onlar sovet hökumətinin göstərişi ilə müsəlman camaatı üzərində təcrübə aparırdılar. Dinsiz hakimiyyət çalışırdı ki, millət dindən, adətdən üz çevirsin, əxlaqı pozulsun. Bizim xalqı hər cür pozğunluğa, əxlaqsızlığa alışdırırdılar. Bircə şeyə, qadınların küçədə siqaret çəkməsinə nail ola bilmirdilər. Görünür ki, onların bu təcrübəsi, cəhdi də boşa çıxdı.

Bir axşam bir adamdan video kaset alıb evə qayıdırdım. O vaxtlarda bizim xalqın aşağı təbəqəsinin nümayəndələri tez-tez nümayişlərə çıxırdılar, Qorbaçevin siyasətinə e’tiraz edirdilər. O axşam da bulvar tərəfdə bir küçədə böyük bir izdiham var idi. Ensiz küçədə lampalar yanmadığına görə heçnəyi görmək olmurdu, sakitlik idi. Ancaq hiss olunurdu ki, bu dar küçədə minlərlə adam yığışıb. Mən o vaxt bu cür nümayışlərə əhəmiyyət vermirdim, e’tinazsızlıq göstərirdim. Bizim qara camaatın inqilab etmək bacarığına inanmırdım. Ancaq bu dəfə gərara gəldim ki, dayanıb, baxım.

Bir az keçəndən sonra kimsə qışqırdı ki, ay, camaat qaçın, rus əsgərləri gəlir!

Birdən qaçaqaç düşdü, minlərlə cavan adam bulvara tərəf, mən tərəfə qaçmağa başladı. Bu mənə televizorda tez-tez gördüyüm vəhşı öküz sürüsünün aslanlardan qaçışını xatırlatdı. Mənim üçün ayaq altında qalmaq, tapdalanmaq qorxusu yarandı. Divara sıxılıb qalmışdım. Tərslikdən yanımda bir qız uşaqı və onun kiçik qardaşı dururdu. Bunları qorumaq məqsədi ilə orada durub qaldım. Qız isə qaçan soydaşlara baxaraq hırtıldayıb gülürdü, vəziyyətin ciddiliyini başa düşmürdü. Nəhayətdə, nümayişçilər qarşımızdan qaçıb keçdilər.

10-15 milis nəfəri təbliğat aparırdı, vətəndaşlara məsləhət görürdü ki, onlar dağılıb getsinlər. Birdən dəbilgəli, əllərində şəffaf plastmas qalxanlar tutan rus əsgərləri görsəndilər. Sifətlərindən hamısı uşağa oxşayırdılar, çox gənc idilər. Yeganə silahları əllərindəki dəyənəklər idi. Sayları 30-40 nəfər olardı. Dörd-beş min cavanın qırx nəfər silahsız rus əsgərindən qorxması mənə gülünc görsəndi.

Fikirləşdim ki, beş dəqiqə də gözləyim, baxım. Birdən sol qolumda bərk ağrı hiss etdim. Dönəndə başa düşdüm ki, bir rus əsgəri dəyənəklə qoluma vurmuşdu. Bərk hirslənmışdim. Rus mənim üzümdəki ifadəni görüb səhv etdiyini anladı, axı mən nümayişçi deyildim, tamaşaçı idim.

Əsgər qaçıb getdi.

Xoşbəxtlikdən mən qapı pilləkənlərində dururdum və dəyənəyin zərbəsi dirsəyimə dəymişdi, halbuki başıma dəysəydi bu beyin silkələnməsi ilə nəticələnərdi. Axı bu rezin dəyənəyinin içində polad yay var idi. İki ay ərzində dirsəyim ağrıdı.

Mənim ağlıma səfeh bir fikir gəldi. İstədim ki, ruslardan birisini tutub onun plastmas qalxanını və dəyənəyini əlindən alım, onları bir qərinə kimi evə aparım.

Yeraltı keçidin qabağında beş-altı bizim adam dururdu. İki nəfər şıq geyimli oğlan ətrafına gədə-güdəni yığıb onlara öyüd-nəsihət verirdi. Onlardan biri bizim dili zəif, o birisi isə heç bilmirdi.

Dedi ki, biz siz tərəfəyik. İstəmirik ki, ruslar sizi qırsınlar. Dağılın, gedin evlərinizə.

Gədə-güdə isə qulaqlarını sallyıb onlara qulaq asırdı. Başa düşdüm ki, o iki hərif hökumətin xəfiyələri, KGB işçiləri idi. Onların söhbətlərinə müdaxilə etdim. Acıqla dedim, nə üçün camaatın dağılıb getməsini istəyirsən. Silahsiz əsgərlərdənmi qorxacayıq? Minlərlə sayda adam qırxca nəfər rusdan qorxmamalıdır.

Bunu eşidən KGB işçiləri qollarımdan tutub çəkməyə başladılar, dedilər ki, indi biz səni hara lazımdır apararıq. Mən sıyrıldım çıxdım və oradan uzaqlaşdım.

Şaumyan küçəsi ilə evə tərəf getdim. Bir az gedəndə yerdə divardan sökülüb yerə atılmış küçəni bildirən dəmir lövhəni gördüm. Üstündə “Şaumyan” yazılmışdı. Mən əntiq şeylərin həvəskarı olduğum üçün onu götürüb evə aparmaq istədim. Axı o tarixi bir şey idi. Ancaq nədənsə götürmədim.

Bir başqa gün Bakı Soveti metrosunun qarşısında bir izdiham gördüm. Ayaq saxlayıb baxdım. Bir nəfər fəal camaatı şəhərin bir yerinə yığılmağa təşfiq edirdi. Başqa birisi isə, bir cavan oğlan əlində səsucaldan cihaz adamları tamamı ilə başqa yerə getməyə çağırdı. Bundan qabaq danışan adam, fəal onun üstünə acıqlandı və sonra qışqırdı ki, bunun sözünə baxmayın, bu bir təxribatçıdır.

Anladım ki, səsucaldanlı oğlan KGB işçısıdir, onu ora qəsdən göndəriblər. O, ifşa olunduğunu görüb uzaqlaşdı. Bu məndən də arıq və cılız adam idi. Xəfiyələrdən acığım gəlir. Fikirləşdim ki, gedim cihazı onun əlindən götürüb, boynunun ardına da bir-iki şapalaq vurum. Ancaq etmədim, işimin dalınca getdim...

Bizim mətbuat illər boyu, daima Qorbaçevi pisləyib durur. Qara camaat da bunun ardınca bu adama kin və nifrət bəsələyirlər.

Bundan başqa hamı, bütün millət respublikanın müstəqilliyini daima tə’rif edirlər. Ancaq başa düşmürlər və boyunlarına almaq da istəmirlər ki, bu müstəqilliyi onlara Qorbaçev vermişdi, qazandırmışdı. Zorla, başlarına döyə-döyə. Həqiqət budur ki, sovetin bütün müsəlman xalqları siyasətdən çox uzaq dururdular, onunla maraqlanmırdilar, müstəqillik həvəsində deyildilər və rusdan ayrılmaq istəmirdilər.

Qorbaçev, yəhudi və erməni məsləhətçiləri ilə birlikdə, düşünərək cürbəcür məkrli tədbirlər tökürdü. Axı onlar Qafqazda və Orta Asiyada hökumət və əhali arasında baş verən qarşıdurmaları, münaqişələri, sün’i bir şəkildə, qəsdən yaratmışdılar. Qorbaçev, bunu etməklə müsəlmanları qıcıqlandırmağ, silkələmək, qəflət yuxusudan oyatmağa çalışırdı. Bu işləri görməklə onun məqsədi Sovet İttifaqının təməllərini sarsıtmaq idi. Bu, Qorbaçevin bir oyunu idi, bir “şahmat oyunu”.

Odur ki, əgər Qorbaçev olmasaydı Sovet İttifaqı hələ yüz il də durardı və sovetin müsəlman xalqları həmişə olduğu kimi hökumətin təşkil etdiyi rəsmi nümayişlərdə çoşqunluqla qışqıracaqdılar – “Eşq olsun Leninə, Şaumyana və Karl Marksa! Yaşasın Sovet İttifaqının kommunist partiyası!”.

SSRİ-də yaşayanda, o dövrdə Bakıda hər hansı bir müsəlmanın hökümətdən narazı olduğunu görməmişdim, sovet quruluşunu pislədiyini eşitməmişdim. Müsəlmanın xasiyyətində hökumətə itaət etmə, qüclülərə tabe’ olma xüsusiyyəti var.

Bir gün respublikanın rəhbərliyi e’lan etdi ki, bu gecə “Azadlıq” meydanında gənclər üçün disko, kütləvi rəqs etmə gecəsi təşkil olunacaq. Dedilər, qoy bizim gənclər, oğlanlar və qızlar, şənlənsinlər, səhərə kimi orada rəqs etsinlər. Özüdə, bu dinsiz hakimiyyət bizim adətlərimizdən kənar olan bu tədbiri, qəsdən, şiyə dini təqviminin matəm gününə, aşuraya saldı. Yaxşı gənclik yetişdirirlər! Onlar bu gəncləri dindən, adətdən və əxlaqdan kənar tutmaq istəyirlər. Onlar azadlığı belə başa düşürlər. Yə’ni ki dindən və əxlaqdan uzaqsan, deməli azadsan.

Türkiyənin televiziyasında tarixi bir hadisədən danışıldı. Tatar Krım xanlığı Osmanlı Dövlətinə tabe’ bir ərazi idi. Bir axmaq xan müstəqillik eşqinə düşdü. Buna görə xaçpərəst ölkədən, Rusiyadan kömək istədi, rus ordusunu yarım adaya dəvət etdi. Rus çarının ordusu gəlib Krıma yerləşəndə xan e’lan etdi ki, bu gün biz müstəqil bir Krım dövlətini qurduq. Osmanlı Dövləti o vaxtlarda çox zəifləmişdi vu bu səbəbdən bu işə müdaxilə edə bilmədi.

Sonra, xan rus ordu başçısına dedi, Osmanlıdan ayrıldığ, müstəqil bir dövlət qurduğ, artıq bizim rus ordusuna ehtiyacımız yoxdur. Siz Rusiyaya geri qayıda bilərsiniz. Rus isə ona cavab verdi ki, rus ordusu deyil, sən buradan gedəcəksən. Rusiyanın Qara dənizə çıxması üçün ona Krım yarımadası lazım idi. Bizə Krımı tutmaq üçün sənin kimi bir axmaq, bir “maşa” lazım idi. Bu axmağı da tapdıq, artıq bizim sənə ehtiyacımız yoxdur.

Beləliklə Rusiya Krımı, müsəlman ərazisini ələ keçirdi. Xan isə canını rusların əlindən qurtarmaq öçün Osmanlı Dövlətinə pənah aparmalı oldu, orada sığınacaq tapdı.

Bunun eynisi də Qafqazda baş verdi. Axmaq, şüursuz xanlar İrandandan ayrılmağa təşəbbüs göstərdilər, ayri-ayrı kiçik müstəqil dövlətlər qurmaq istədilər. Axırda, bunun nəticəsində Rusiya gəlib Qafqazı tutdu.

Əslində isə Qafqaz müsəlmanları İranın tərkibində olanda müstəqil idilər. O vaxtlardan bu günə qədər Cənubi Qafqaz müsəlmanları özlərinin həqiqi müstəqilliklərini itirmişlər. Çünki onlar öz iradələrini, əqidələrini avropalılara, xristiyan dövlətlərinə təslim etmiş, onların əmrinə tabe’ olmuşlar. Yə’ni ki, mahiyyətinə görə deyil, sözdə müstəqildirlər.

Bakıda hökumət adamları tez-tez deyirlər ki, “bizim ordu regionda ən güclü ordudur”. Bunlar demək istəyirlər ki, bizim ordu Ermənistanın və Gürcüstanın ordularından güclüdür. Fəqət bizim “regionda”, yaxın ərazidə həm də Türkiyə, Rusiya və İran var. Onlardan ki, güclü deyil. Onların güclü orduları qarşısında bizim ordu, heçnədir.

Qorbaçev vaxtı təzə əlverişli vəziyyətdən istifadə etmək istədim, düşündüm ki, artıq vaxt çatıb ki, mən açıq bir şəkildə dini failiyyətə keçim. Dini təşkilat, bir dərviş dərnəyi yaratmaq fikrinə düşdüm. O vaxt artıq xariclə yazışmağa icazə verilirdi. İngiltərənin bir tanınmış sufi cəmiyyəti ilə yazışdım. Onlar mənə qalın cildli bir kitab yolladılar. Məzmunu, onların pirinin, cəmiyyətin mərhum mürşidinin tərcümeyi-halı idi. Mən isə bunun qarşılığında cəmiyyətin başçısına Misirin qədim dini abidilərindən bəhs edən qiymətli bir kitab göndərdim. Belə gərara gəldim ki, bu sufi cəmiyyətinin bir şöbəsini Bakıda açım. Düşündüm ki, bu məşhur, beynalxalq sufi cəmiyyətinin adından istifadə etsəm, yerli adamlarda maraq oyanar və onlar dərnəyin üzvü olmağa həvəs göstərərlər.

Mən Hökumət Evində yerləşəh Dini İşlər üzrə komitənin idarəsinə getdim. Müdürə dedim ki, Bakıda sufi cəmiyyətini tə’sis etmək, qeydə almaq istəyirəm. Müdür dedi ki, bilirəm ki, qabaqlarda, bizim bu ərazilər sufi təriqətlərinin şitilliyi olub. Lakin, biz bu gün şəhərdə belə bir təşkilatın failiyyətinə icazə verə bilmərik. Bu qətiyyən mümkün deyil. O, “biz” deyəndə KQB-ni nəzərdə tuturdu, çünki ölkədə bütün dini məsələlər onun nəzərəti altında idi və, əslində, bu idarə də ona tabe’ idi, onun bir şöbəsi kimi failiyyət göstərirdi. Mən tə’kid etdim, dedim, “bəs Moskvada dini failliyətlərə azadlıq veriblər, bu Bakıda nəyə görə olmasın?”. Müdür dedi, sözün qısası, əgər siz belə işlərlə məşğul olmağa davam etsəniz bu sizin üçün çox pis nəticələnəcək.

Lap axırda, dedi, dini cəmiyyəti qeyd etmək üçün müraciət ərizəsinə iyirmi nəfər tə’sisçinin qol çəkmələri tələb olunur. Görünür ki, siz bizim adamların xasiyyətinə bələd deyilsiniz. Bu şəhərdə heç kəs ürək edib buna qol çəkməyəcək. Əgər siz heç olmasa bir nəfər adam tapsanız, onda mən adımı dəyişərəm. Bu çox səmimi və ağılı bir söz idi. Axırda onun sözü düz çıxdı mən iyirmi adam tapıb, dərnəyi tə’sis edə bilmədim.

Əvvəlcə, “Vəcihə Səlahova adına rəssəmlıq sərgisi”nə gedib müdürdən icazə istədim ki, oranın e’lanlar lövhəsinə bir müraciyyət, e’lan vurum. E’landa Bakıda bir sufi təşkilatını yaratmaq üçün təsisçilər axtardığımı bildirmişdim. Sərginin müdürü kağızı oxuyub təəcüblə soruşdu ki, yə’ni bizim hökumət belə şeyə icazə verir? Yalandan dedim, verir. Onda o, dedi, əgər hökumət idərəsindən rəsmi bir kağız gətirsəniz ki, belə şey icazəlidir o halda e’lanı gətirib vura bilərsiniz. Çarəsiz qalıb Yazıçılar İttifaqına gedib oranın müdüriyyətinə eyni mürüciyyətdə oldum. Orada bir otaqda masa arxasında beş-altı adam oturmuşdu. Onlardan fasonlu birisi e’lanı oxuyub güldü və məclisdəki tanınmış bir yazıçıya müraciət edib dedi, “Süleyman müəllim, görün bunlar nə istəyir, şəhərdə dərviş dərnəyi yaratmaq həvəsinə düşüblər”. Yə’ni, o, demək istəyirdi ki, Qorbaçev camaatı elə qudurdub ki, indi bunlar artıq dinlə məşğul olmaq istəyir. Yə’ni ki, qabaqlarda bu cür təşəbbüs göstərən adamların atalarını yandırardıq, amma əfsuslar olsun ki, indi vəziyyət dəyişıb, xalq cızığından çıxıb.

Süleyman Rüstəm isə bir söz demədi, sadəcə donquldandı, vəssəlam. Sonra, fasonlu adam belə dedi, get icazəni Anardan istə.

Anarın katibəsi cavan bir qız idi. E’lanı götürüb Anarın otağına girdi. Qayıdanda rusca dedi, Anar müəllim icazə vermədi. Soruşdum, nə dedi. Qız, Anar müəllim dedi ki bu adamın qarabasması var. Soruşdum, bəs, nə üçün o, bu cür kobud bir şəkildə cavab verdi? Qız dedi, mən nə bilim nə üçün, mən sadəcə onun sözünü sizə çatdırdım.

Bu məqsədlə Dövlət unuversitetinə də getmişdim. Bir otağa girdim, masa arxasında müdürə oxşayan bir kişi oturmuşdu. Ondan başqa orada bir nəfər də var idi. E’lanımı müdürə oxuyanda o biri kişi tez cavab verdi ki, mən bu ərizəyə qol çəkə bilərəm, çünki dinlə maraqlanıram, namaz qılmağı bacarıram, ancaq təkcə sufilik nədir, nəmənədir, bilmirəm.

Sonra soruşdu ki, siz sufi elmini tədris edib sonunda mənə bir icazə, sənəd verəcəksinizmi? Dedim ki, yox. Hərifin acığı tutdu, dedi, o haldu bu tədrisin mənə nə xeyri var. Sənəd versəniz, onda mən tələbə toplayıb, pul qarşılığında bu elmi onlara öyrədərəm. Mən cavab verdim ki, biz dini elmi öyrənəndə bunu hər hansı bir maddi qazanc əldə etməkdən ötrü etmirik. Soruşdu, bəs onu nə üçün öyrənirsiniz? Mollalar dini məsələləri öyrənəndən sonra tələbələrinə dərs verərək pul qazanırlar. Qazanc olmasa daha onlar nəyə görə başlarını yorub o elmləri öyrənirdilər? Mən nə qədər çalışdımsa xeyri olmadı. O, elə hey deyib dururdu, mən hec cür başa düşə bilmirəm əgər din gəlir gətirmirsə onda daha o nəyə lazımdır? Müdir isə biz danışdıqca gülürdü. Görünür ki, o, bu birisinə nisbətən daha mədəni, dərrakəli adam idi. Başa düşürdü ki, din nədir, anlayırdı ki, dini maarif əldə etmək istəyənlər bunu qazanc xatirinə deyil, elə maarif əldə etmək üçün edirlər.

Sonralarda eşitdim ki, Əbülfəz Elçibəy adında bir adam tərkibində, əsasən, aşağı təbəqə camaatı olan “Xalq cəbhəsi” adında bir təşkilat qurub. Fikirləşdim ki, əgər ona müraciət etsəm, bəlkə o, başına topladığı minlərlə adamlardan iyirmisini dilə tutdu və ərizəyə qol çəkdirdi.

O vaxt Elçibəy Əlyazmalar fondunda işləyirdi. Səhər tezdən ora getdim. İçəridə bir milis nəfərindən Elçibəyi soruşdum. Onun, şüluğ, sovet quruluşunun əleyhinə çalışan bir adam olduğuna görə milis mənə acıqlı şəkildə baxdı. Ancaq sonra dedi ki, bayırda gözlə, bir azdan gələr.

Nəhayət, Elçibəy bir neçə yoldaşı ilə qapıya yanaşdı. Mən onu danışdırdım, məqsədimi bildirdim. O, cavab verdi ki, mən dini məsələlərlə maraqlanmıram, ancaq sizi bir tanış mollanın yanına göndərə bilərəm. Mən istəmədim, çünki bilirdim ki, adətən, mollaların və əhli-təsəvvüfun sözü düz gəlmir.

O dövrdə respublikanın əhalisi, müsəlmanlar çox pərişan halda idilər. Moskva TV kanalları daima ermənilərin xeyrinə danışırdılar. Bizimkilərin isə səsi çıxmırdı. Elə bu məsələ ilə əlaqəli Elçibəyə dedim, bizim xalqın arasında bir ağıllı adam yoxdurmu ki, çıxıb bizim xeyrimizə danışsın? O, isə cavab verdi, niyə ki, bizim xalqın arasında da çox ağıllı-kəmallı adamlar var. Görünür ki, Elçibəyə görə, o ağıllı adamlardan biri də elə özü idi.

İndi başa düşürəm ki, musavatçılıq türk milliyətçiliyi məfkurəsi olub, fəqət dinsiz bir hərəkatdır. Bu səbəbdən Elçibəy kimilərindən dindarlara kömək gəlməz. Elə ki, mənim Bakıda sufi, dərviş cəmiyyətini qurmaq təşəbbüsümdən bir şey çıxmadı.

Sovet vaxtı, Elçibəy dövlət əleyhinə göstərdiyi failiyyətlərinə, millətçi tələbə dəstəsi yaratdığına görə KGB tərəfindən tutulmuşdu. O, bir müddət həbsxana həyatı sürmüşdü. Eşitmişəm ki, təhlükəsizlik komitəsi xəfiyyə əldə etmək üçün çox vaxt bir üsuldan istifadə edir. Əllərinə keçən bir adamı tutub qısa bir müddət həbsxanada saxlayırlar. Sonra qarşısına bir şərt qoyaraq, bir kağıza qol çəkdirib, azadlığa buraxırlar. Kağızda yazılan şərtlərə görə bu adam azadlığda, daima, KGB-nin xeyrinə işləməli, xəbərçılık etməli, sovet quruluşuna muxalif olanlar haqqında məlumat toplamalı idi. DTK belə tərəf dəyişdirmiş adamlara tapşırırdı ki, onlar yalandan özlərini dövlətin müxalifətində olan adamlar kimi göstərsinlər, sovet hökumət quruluşunu pisləsinlər. O halda ki, kimsə belə adamların, xəbərçilərin bu sözlərinə aldanıb onlara qoşulub hakimiyyəti pisləyirdi, KQB, dərhal, məlumatlandırılırdı və o adam tutulurdu.

Gizli xidmətlər hər cür ehtimalı, ağlagələn hər şeyi nəzərə alaraq qabaqcadan hazırlıq görürlər. Yə’ni ki hər mümkünatı: dövlət çevrilişini, inqilabı, dövlət quruluşunun dəyişilməsinini və s. Buna görə, daima, qabaqlayıcı tədbirlər tökürlər, özlərini hazırlaşdırırlar. İnqilabdan, dövlət çevrilişindən sonrakı hakimiyyətdə öz adamlarını, öz kadrlarını, qabaqçadan hazırlanmış simaları görmək istəyirlər.

Ola da bilər ki, KQB Elçibəyi, gələcəkdə baş tuta bilən sovet siyası rejimin çökməsi kimi hadisələr üçün, vacib bir kadr sayırdı. Yə’ni ki,bu adam KQB-nin bir ehtiyat siyasətçisi, ehtiyat dövlət başçısı idi. Onlar üçün İslam tərəfdarı, Şəriətçi rəhbərdən, siyasət adamındansa türk millətçisi, turançılıq tərəftarı hər halda daha münasib bir namizəddir. SSRİ-ı mahiyyətçə yəhudi-mason quruluşu idi. Yəhudilər hakimiyyətdə olmaq istəyirlər və bunun üçün hansı quruluş olur olsun (ya kommunist, ya kapitalist və ya da ki faşist) onlara fərq etmir. Təki hakimiyyəti əllərində saxlasınlar. Masonlar din düşməni olduqlarına görə bunlar üçün ən namünasib bir ehtimal dövlətin başına mömün adamların, dindarların gəlməsidir. Çünki dindar rəhbər masonları məhv etmək və hakimiyyətin təzədən möminlərin, Şəriət tərəfdarlarının əlinə keçməsini istəyəcək.

Bakıda Şəhidlər xiyabanında qəbirlərdə yatan adamlar “şəhid” adlandırilmışlar. Mən ilahiyatçı alim deyiləm. Lakin məndə olan cüz’i, təməl dini biliklərə görə, onlar şəhid deyillər. Yə’ni ki, baxmayaraq ki, bizim dünyavi hökumət onları şəhid hesab edir, sırf dini, İslami nöqteyi nəzərindən baxanda onlar əsla şəhid deyillər. İranın bir ilahiyyatçısı də bunu təsdiq etdi. Kimsə bizim vətəndaş ona müraciət edib bu sualı verəndə, o, qət’i bir şəkildə cavab verdi ki, İslam dini bu adamları şəhid hesab edə bilməz.

Dinimizə görə şəhidin müsəlman olması şərtdir. Müsəlman olmayan şəhid adlana bilməz. İslamda dinin ehkamlarına əməl etməyən şəxs müsəlman sayılmır. Axı müsəlmanlıq irqlə əlaqəli bir şey deyil. Belə hesab olunur ki, dünyada bir milyard müsəlman var, fəqət, əslində, bunların tərkibində olan yalnızca dindarları, mömin qismini müsəlman saymaq düzgün olar. Qeyriləri isə, yə’ni ki, binamazlar, yalnız əcdadlarının müsəlman olduğuna görə, şərti olaraq, müsəlman adlanırlar. Əksinə, belələri daha pis bir dəstə hesab olunur, İslamda bunlara mürtəd deyilir. Yə’ni ki, qabaqlarda müsəlman olub, ancaq sonradan İslamı rədd edib, üz çevirmişlər. Bu ən pis günahdır və Şəriətə görə bunların cəzası ölümdür, ölümə məhkumdurlar.

Hakimiyyət, bizim dünyavi rejim bu məsələdə İslamın tələblərini, rə’yini hesaba almadan, qeyri-dini anlayışlara əsaslanaraq, sovet ordu hissələri və ermənilər tərəfindən qətl olunmuş vətəndaşları “şəhid” adlandırıb. Dünyavi hakimiyyət, əslində, dinsizlik mövqeyində durduğundan dini anlayışları qəbul etmir (məsələn cənnət kimi, əbədi həyat kimi) və buna görə “şəhid” ifadəsini dindən alıb onu başqa, qeyri-dini mə’nada istifadə edir.

Türkiyənin “İslam ensiklopediyası”na görə “şəhid dini bir istilah olaraq Allah yolunda vuruşarkən öldürülən müsəlmanı ifadə edər”. Və “şəhidlik mərtəbəsini qazanan kimsələri ifadə etmək üçün” istifadə olunur. Ondan başqa orada yazılır ki, “canını Alah yolunda fəda edən kimsənin dərhal cənnət ne’mətlərinə qovuşmasına Allah və mələklər tərəfindən şahidlik edildiyindən, “görən” (şahid) anlayışını əsas alıb belə adlandırmışlar”.

Həmçinin orada “mürtəd” ifadəsi bu cür tə’yin edilir: tarixən “İslam hüquqçular arasında irtidad (İslamı rədd) edən kişinin cəzasının ölüm olduğu xüsusunda görüş birliyi vardır. Hənəfi və Cəfəri məzhəblərinə görə qadının cəzası tövbə edənə qədər həbsdir... Həzrəti Peyğəmbər, dinini dəyişdirəni öldürün, demişdi”.

Fəqət sovet dövründə, çarəsizlikdən, bizim əksəriyyətimiz mürtəd olmuşdur. Buna görə üzürlü sayıla bilərik. Mən bir molladan soruşdum ki, mürtəd tövbə edərsə, təzədən müsəlman sayıla bilərmi? O, dedi ki, olar.

Türkiyədə “Lələgül TV” kanalında dini söhbətlər aparan Cübbəli Əhməd Xoca kimi tanınan bir ilahiyyətçi də bu suala cavab verəndə demişdir ki, “şəhidin müsəlman olması şərtdir”, “şəhid olmaq üçün müsəlman olmaq gərək”, “müsəlman olmayana şəhid demərik”. Sonra əlavə etdi ki, “erməni necə şəhid sayıla bilər?”. Onun demək istədi odur ki, Türkiyənin əsayişini qoruyanlar, polislər, jandarmalar və əsgərlər öldürələndə onlar mütləq bir şəkildə “şəhid” sayılırlar.

Ancaq məncə bu fərd də dünyavi rejimlərin bütün ruhaniləri kimi riyakarlılq edir, dünyavi rejimin eşitmək istədiyi sözləri deyir. Ölən adam dindar, mömin bir müsəlman olmadığı halda, necə şəhid sayıla bilər? Dünyavi rejimin gözündə o, şəhiddir, İslamın gözündə isə, deyil. Əksinə, əgər bu polis nəfəri və ya əsgər erməni əsilli bir adamdır və buna baxmayaraq müsəlman, mömün bəndə olmuşsa və müharibədə, deyək ki, İran İslam Cümhuriyətinin döyüşcüsü qismində həlak olmuşsa o, sözsüz ki, şəhiddir. Bunun əksinə dünyavi Türkiyə dövlətinin, yə’ni ki, dinsiz, ziddi-İslami bir dövlətin hakimiyyətini qoruyanda həlak olan polis nəfəri və ya əsgər necə şəhid sayıla bilər? Axı bu adam canını Allah yolunda deyil, dinsiz bir dövlət üçün fəda edib.

Dünyavilər dindar, dindarlar isə dünyavi ola bilməzlər. Sovet İttifaqında hakimiyyət səmimi və açıq bir şəkildə özünü dinsiz adlandırırdı, dini şərtsiz rədd edirdi. Fəqət, şura hökuməti xarici dindarların rəğbətini qazanmaqdan ötrü məscidləri, kilsələri tamamı ilə bağlamaq istəmirdi. Failiyyətdə olan kilsə və məscidlər gözdən pərdə asmaq üçün istifadə olunurdu. Sovet İttifaqında din ölmüşdü.

Burjua, kapitalist quruluşu da, həmçinin, dünyavidir, dinsizdir. Ancaq marksistlərdən fərqli olaraq kapitalistlər həm də riyakardırlar. Sözdə “din azaddır” deyirlər, həqiqətdə isə dinin qatı düşmənidirlər, niyətləri dini və əxlaqı aradan aparmağdır...

Bədnam “Sovetski” məhəlləsində gəzəndə orada bir evin divarına vurulmuş bir lövhəyə rast gəldim. Sən demə “Milli qəhrəman” adına layiq görülmüş jurnalist bu evdə yaşamışdı. Bu adam Qarabağda bir kənddə ermənilər tərəfindən öldürülmüş vətəndəşlarımızın başları üzərində hönkür-hönkür ağladığı üçün, kütlənin, cahil adamların büyük rəğbətini qazanmışdı. Mən isə bunların əksinə, o lenti görəndə ondan zəndi-zəhləm getdi.

Jurnalistə tə’lim verəndə öyrədirlər ki, bu sənət təmkin, mətanət tələb edir, jurnalist hər bir vəziyyətdə sakitliyini saxlamalı, soyuqqanlığını itirməməlidır.

TV kanalının müdiri olsaydım bu jurnalistin çəkdiyi lenti görəndən sonra onu möhkəm danlayardım, sonra isə işdən çıxardardım. Və əlavə edərdim ki, mən səni Qarabağa artistlik etməyə göndərməmişdim, jurnalist kimi göndərmişdim. Bala, səndən jurnalist çıxmaz, get qabiliyyətinə, özünə layiq bir iş tap. Məsləhət görürəm gedib teatrda işləyəsən. Əlinə də bir kağız verərdim, orada yazardım ki, bu fərdin peşəkarlığı, iş gabiliyyətləri jurnalist sənətinin tələblərinə münasib olmadığı üçün işdən azad olunur. Ya da kanalda saxlayıb ona münasib başqa bir iş verərdim, məsəl üçün, artist kimi seriallarda oynamaq işini.

Ondan sonra mən onun müharibə zamanı çəkdiyi başqa bir lenti də gördüm. O, hayasızlıqla, burada da jurnalist sənətinə yaraşmayan şeylər görürdü, artistlik, təlxəklik edirdi. Əsgərlər qızgın bir döyüş zamanı ermənilərə topdan atəş açırdı. Bu utanmaz adam isə əsgərləri kənarlaşdırıb, özü topdan atəş etmək istədi. Görünür ki, o kino operatora qabaqçadan tə’limatlar verib ki, mən topdan atəş edəndə sən məni bu tərəfimdən, o tərəfimdən çəkərsən. Yə’ni özünü reklam edirdi.

Mənim acığımı tutduran şey, bu yaramaz jurnalistin mübaribə kimi ciddi bir məsələni bir teatr tamaşasına çevirməsidir. Məqsəd – özünü televiziya tamaşaçılarına, ölkə əhalisinə sevdirmək, ad qazanmaq. Onu döyüş meydanına göndəriblər ki, əsgərləri çəksin, onların qəhrəmanlığından danışsın, amma o, kadra girərək özünü qəhrəman kimi göstərməyə çalışıb.

Ancaq, yəqin ki, o adı ona döyüş zamanı həlak olduğuna görə veriblər. Mən olsaydım verməzdim, çünkü zənnimcə o, döyüş meydanına gedəndə millətə lazımlı bir iş görmək üçün deyil, özünə şan-şöhrət, ad-san qazanmaq üçün getmişdi. Ad-san da qazandı. Ancaq o, buna layıq deyildi. Nəşəxorlar, nəşə satanlar və cinayətə təmayüllü adamların məhələsindən çıxan adam bundan artıq olmayacaq ki! Müharıbədə minlərlə vətəndaş həlak olub, bu adam isə döyüş meydanını teatr səhnəsinə çevirib, orada əsas rolu da özününə verdi.

Onu lap əvvəldən jurnalist işindən uzaqlaşdırıb, teatra göndərsəydilər, onda hərif, həyatda öz əslikar yerini tapardı, həm də sağ qalardı. Artistlik edib şan-şöhrət qazanmaq istəyirsən teatr səhnəsinə çıx, daha müharibə meydanını nə üçün teatra, məzəkəyə çevirirsən.

Hökumətin bu adama “Milli qəhraman” adını verməsinin özündə bir riya vardır. Hakimiyyət bunu etməklə qara camaatın, cahil adamların rəğbətini qazanmaq istəyirdi. Deyir, görürüsünüz hökumət millətin əhəmiyyətli adamlarını hörmətli tutur.

Belə hərəkətlərinə görə, belə artistlik edən jurnalistlərə töhmət vermək, cəzalandırmaq lazımdır. Yoxsa qalan jurnalistlər də ona baxıb, cahil adamların rəğbətini qazanmaq üçün artistlik edəcəklər, ciddi bir sənəti məzəkəyə çevirəcəklər.

Bu bir tərəfdən həm də irqi məsələdir. Avropalılar təmkinli, düşüncəli adamdan xoşları gəlir, qaraçılıq edən, hay-küyçü, hisslərini cilovlaya bilməyən adama isə nifrət bəsləyirlər. Asiya irqinə mənsub olanlar isə əksinə soyuqqanlı adamdan deyil, hissiyata qapılan, hissiyatını zahirə vuran adamdan xoşları gəlir.

Mənim artistlik qabiliyyətlərim yoxdur. Bəlkə elə buna görə artistləri sevmirəm, ələlxüsus, həyatda, məişətdə artistlik edənləri, yüngül adamları. Yalançılar, hiyləgərlər, kələkbazlar və fırıldağçılar, adətən, artistlik bacaran adamlardan çıxır.

Fəqət bu dünya artistlik bacaran adamları təqdir edib, bacarmayanları isə rədd edir. Bu dünyada artistlik bacaranlar qabağa gedir, bacarmayanlar isə dala qalır. Çünki bu dünya zahiri görünüş yaratmaq yeridir.

Müsəlman tarixində neçə-neçə hadisələr olub, hansında ki, cahil şəhər camaatı zahirdə artistlik edib, möminlik görünüşünü yaratmaq istəməyən övliya fərdləri küçələrdə əvvəlcə işgəncə verib, döyüb, sonrada öldürmüşdü.

Hitler az savadlı, az zəkalı bir adam idi. Buna baxmayaraq artistlik hesabına bütün Almaniyanı özünə məftun etməyi bacardı. Deyirlər ki, o, saatlarla güzgünün qabağında durub mə’ruzə oxuyur, məşq edirdi. Onun məruzələrinin məzmunu çox sadə və bəsit idi, fəqət güclü artistlik qabiliyyətinə malik olduğuna görə danışanda dinləyənlərini ovsunlaya bilirdi.

Stalin də artistlikdə Hitlerdən geri qalmırdı.

Ronald Reqan Hollivud artisti idi. Sonra onu siyasət səhnəsinə dəvət etdilər. O, Amerikanın rəisi kimi məruzə oxuyanda hamı tərəfindən yaxşı qarşılanırdı. Reqan qüvvəli başçı sayılırdı, halbuki beynalxalq siyasətdən heç bir anlayışı yox idi. Bir artist kimi onun yaxşı yaddaşı var idi və başqalarının yazdığı mə’ruzələri əzbərləyib oxuyurdu. Camaata isə onun him-cimi, duruşu, səsi xoş gəlirdi.

Müasir dünya siyasəti, siyasət səhnəsi bu cür artistlik bacaran siyasətçiləri sevir.

İngilislərdə belə bir məsəl var, “Dünya səhnədir, adamlar isə, artist”. Mən əvvəllər elə düşünürdüm ki, bunlar da elə mən dediyimi deyirlər. Halbuki, keçmişdə ingilis fəlsəfəçilərin və ruhanilərin tez-tez işlətdikləri bu məsəlin tamam başqa bir mə’nası var. Onlar bununla demək istəyirdilər ki, Allah adama həyatda hansı simanı veribsə, o, onu ifa edib, dünya səhnəsində canlandırmaq məcburiyyətindədir, onun başqa bir simanı ifa etmək imkanı yoxdur...
1993-cü ildə Amerikanın Bakıdakı səfirliyinə getmişdim. Orada səfirin iti ilə birlikdə gəzişdiyini görmüşdüm. Ondan başqa bir Amerikalını görmədim. Halbuki bu səfirlikdə 20-30 bizim respublika vətəndaşı işləyirdi. Cavan oğlanlar və qızlar. Hamısa da yəhudi əsillilər. Səfirliyin muhasibi də bir yerli yəhudi idi. Bunun bir səbəbi var. Amerika xarici ölkələrdə yaşayan yəhudiləri və erməniləri dost xalqların nümayəndələri saydığı üçün onları səfirliklərində işləməsini məqbul sayır. Rusları və ya müsəlmanları isə düşmən xalqlar hesab etdiyinindən onları səfirliklərində işləmisini münasib bilmir, işə götürmür. Bu Amerika xaricı işlər nazirliyinin sərəncamıdır. Əgər bu gün Bakıda çoxlu erməni yaşasaydı amerikalılar onların da səfirlikdə işləməsinə məmnuniyyətlə razılıq verərdilər. Ələlxüsus, bizim millətin səfirlikdə işləməsinə razılıq verməzlər, çünki bizim xalqın İranla yaxınlığı, qohumluğu var. İranı isə Amerika bir nömrəli düşmən sayır. ABŞ hökuməti bizimkilərin Amerikanın dövlət sirrlərini İrana ötürəcəklərindən ehtiyat edir.

“AZƏRBAYCAN” VİRUSU


Dövlətin adı “Azərbaycan Respublikası” deyil, “Aran Cümhuriyyəti” olsun!

Keçmişdən bəri, Qafqaz ərazisində Aran, Şirvan, Muğan, Qarabağ, Dağıstan, Naxçıvan və s. torpaq adları mövcud olub. Lakin müsəlmanın tarix və coğrafiya elminə görə Qafqazda “Azərbaycan” adında bir yer olmayıb. Tarixən, “Azərbaycan” adında ərazi Araz çayından cənuba, Təbriz şəhərinin ətrafındakı torpaqlara aid olunurdu.

Əvvəllər mənə elə gəlirdi ki, “Azərbaycan Respublikası”, “Azərbaycan xalqı” mövhumları Sovet dövrü zamanı, Şura hökuməti siyasətçiləri: Şaumyan, Lenin və Stalin kimiləri tərəfindən uydurulmuşdur. Məqsədləri isə fitnə-fəsad olub, adların oxşarlığını bəhanə edib sonralar İranın şimal ərazilərini də zəbt edib, Sovet İttifaqına qatmaq, onlar hesabına Sovetin sərhədlərini cənub istiqamətinə genişləndirmək, İran xalqlarını da rusun, xaçpərəstin əsarəti altına salmaq istəyi olub.

Sonradan mənim əlimə köhnə manat əsginası düşdü. Bu əsginas 1919-cu ildə, Cənubi Qafqazda buraxılmışdı. Pulun üzərində “Azərbaycan Cümhuriyyəti” yazılmışdı. Başa düşdüm ki, Qafqazın bu ərazisinə “Azərbaycan” adını verən bizim düşmənlərimiz deyil, sovet hökuməti deyil, Şaumyan deyil, bizim öz adamımız, M.Ə.Rəsulzadə olub. Görünür ki, onun da gözü İranda olub, İrana qarşı ərazi iddiasında olub. Bilindiyi kimi o vaxtlarda Osmanlı Dövlətində pantürkistlər qiyam edib hakimiyyətə gəlmişdilər. Onlar, Osmanlıda öz yerlərini bərkidib sonra isə bu mason, dinsiz, pantürkist məfkurəsini Qafqaza, İrana və Türküstana yaymağa cəhd edirdilər. Rəsulzadə isə Cənubi Qafqazda və İranda bunların mənafeyini güdürdü.

Fikrimcə Azərbaycan Respublikasının adi dəyişdirilib ya “Şirvan”, və ya, daha yaxşısı, “Aran”(“Aran Cümhuriyyəti”) qoyulsa, məntiqə uyğun, daha məsləhətli olar. Tarixçilərə görə “Aran” və “İran” mənşəyi eyni olan sözlərdir. Yə’ni Aranda elə İrandır, eyni ərazilərdir.

Daha sonralarda eşitdim ki, Rəsulzadədən də qabaq, keçən əsrin əvvəllərində, bizim bir yerli jurnalist, Aranı, Şirvanı “Azərbaycan” adlandırmaq təşəbbüsünü ortalığa atıb.

Ancaq mən həmişə sübhə edirdim ki, bu qondarma ad kənardan, düşmənlərdən, qeyri-müsəlmanlardan gəlib. Və sonra, nəhayət, öyrəndim ki, ilk dəfə Qafqazın bu ərazisini belə adlandırmaq fikri XIX əsrin sonlarında, bir yəhudinin ağlına gəlib və o, bunu “Yəhudi Ensiklopediyası”nda bir məqalədə qeyd edib. Elə ki, bu fitnənin əsl mənbəyi aydın oldu.

Bu yaxınlarda Amerikada, ingilis dilində nəşr olunan “İran ensiklopediyası” (“Encyclopaedia Iranica”) saytını tapdım (www.iranicaonline.org). Bu sayt, on beş cildlik, qiyməti 4200 dollar olan möhtəşəm bir nəşrin elektron şəklidir. İranın tarixi və mədəniyyəti məsələləri ilə maraqlananlar, alimlər ondan yaxşı faydalana bilərlər. Onun məqalələrini dünyaca tanınmış olan, mötəbər Qərb və Şərq iranşünasları yazıb. Orada “Azərbaycan” başlığı altında bir məqalə tapdım və onun məzmununu burada gətirmək istəyirəm:


Azərbaycan, Əxəmənilər dövründən başlayaraq şimal-qərb İranın, Urmiyə gölünün şərqində yerləşən ərazinin adıdır. Bu ad 1918-ci ilin may ayının 26-da, öz müstəqilliyini e’lan edən Rusiya əleyhdarları separatist qüvvələr tərəfindən, tarixi İran vilayəti olan Aran üçün qəbul olundu və o, “Azərbaycan Demokratik Cümhuriyyəti” adlandırıldı. O vaxtı Azərbaycan hökuməti İranın narahatçılığını yatırtmaq üçün, xaricdə istifadə olunma üçün nəzərdə tutulan sənədlərdə “Qafqaz Azərbaycanı” ifadəsindən istifadə edirdi.

Bu yeni varlıq özündə, keçmiş İranın Aran xanlıqlarını, yə’ni Qarabağı, Bakını, Şirvanı, Gəncəni, Talışı, Dərbəndi, Qubanı və Naxçıvanı, birləşdirirdi, hansılar ki, Rusiya tərəfindən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri vasitəsi ilə Cənubi-Şərq Qafqaz adı altında idxal edildi, öz ərazilərinə qatıldı.

1920-21-ci illərdə bu ərazi Rusiya bolşevikləri tərəfindən təkrarən fəth olunandan sonra, təzə yaradılan Qafqaz ölkələri (Ermənistan, Azərbaycan və Gürcüstan) Sovet İttifaqına idxal olundu və 1922-ci ilin martın 12-də onların adı dəyişdirilib “Cənubi Qafqaz Sovet Sosialist Respublikası” adlandırıldı. Bir vaxt keçəndən sonra onlara Sovet respublikalar arasında ayrıca siyasi, hüquqi səlahiyyət verildi. Sonralarda, İosif Stalinin əmri ilə Azərbaycanın rəsmi dili türkdən azəri dilinə dəyişdirildi. Bu yeni varlıq üçün, bu ərazi üçün “Azərbaycan” adının və türk dili üçün “azəri dili” adı seçilməsi həm tarixi, həm də dilçilik nöqteyi-nəzərindən şübhə doğuran məsələdir.
Məqalənin axırında yazılır ki, bu məsələyə dair, “Azərbaycan” məfhumuna dair, daha geniş mə’lumat almaq istəyənlər filankəslərin, filan tarixçilərin kitablarını oxusunlar.

Qorbaçev vaxtı ermənilər Qarabağ məsələsini ortaya atanda Bakıda Lenin meydanında izdihamlı nümayişlər keçirilirdi. Deyilənə görə o nümayişlərdə hər dəfə bir milyon adam iştirak edirdi. Milyon olmasa da hər halda yüz, iki-yüz min adam olardı. Elə görünüş yaranırdı ki, bütün millət o meydanda idi. Deyəsən, respublikada bircə mən o meydana getmirdim. Ancaq mənim bütün qohumlarım həmrəylik göstərib o nümayişlərdə iştirak edirdilər. Anam da ora gedirdi. Anama ora getməyi məsləhət görmürdüm. Ancaq o, mənim sözümə baxmırdı. Ona belə deyirdim, ola bilər kimsə zarafat üçün “Ay camaat, ermənilər (və ya ruslar) gəlirlər, qaçın”, qışqırsa, qaçaqaç düşə bilər və sən ayaq altında qalarsan”.

Bizim qonşu, bir erməni qadını, bir dəfə anamın Lenin meydanına bu e’tiraz nümayişinə getmək üçün hazırlaşdığını görəndə onun qabağını kəsib dedi, “Siyasət hara, azərbaycanlılar hara! Get, o, meydana yığışanlara de ki, qoy qandıqları şeylə məşğul olsunlar”. O sözdən sonra anam bir daha onunla danışmadı.

Bir dəfə xalam oğlu bizə gəlmişdi. Ondan soruşdum: “Mən çox maraqlanıram ki, görəsən o meydanda nə danışılır, hansı müraciətlər səsləndirilir?”

O isə, orada heç nə danışılmır, dedi. Mən buna inanmadım, soruşdum, necə olar ki, camaat hər gün saatlarla orada, meydanda durur, ancaq heç nə danışmır? Onda o, dedi, biz, bə’zən qışqırırıq. Nə qışqırırsınız? “Azərbaycan”, deyə qışqırırıq. Soruşdum, o nə deməkdir ki? “Azərbaycan, Azərbaycan” qışqırmaqla nə demək istəyirsiniz? O isə, biz “Azərbaycan” qışqırmaqla elə onu, “Azərbaycan” demək istəyirik. Axı mən bu sözlə sizin nə demək istədiyinizi başa düşmürəm, dedim. O isə, düşmənlərimiz bizim nə demək istədiyimizi başa düşərlər, dedi.

Bu bir neçə ay belə davam etdi. Yüz minlərlə adam Hökumət Evinin qarşısında yığılır, saatlarla susur, bə’zən də “Azərbaycan” deyə qışqırırdı.

Bir neçə aydan sonra Bakı telekanalına üç hökumət nümayəndəsi gəldi. Biri respublika baş prokurorunun müavini, biri daxili işlər nazirinin müavini, biri isə Mərkəzi Komitənin mə’sul işçisi idi. Onlar çox sərbəst bir şəkildə, ayaqlarını uzadaraq oturub, öz aralarında gülüşürdülər. Sonra biri kameraya baxıb dedi, “Xalq, uzun müddət ərzində, bizdən, danışmaq üçün söz almaq istəyirdi. Biz də xalqa icazə verdik. Lenin meydanına çıxın, nə sözünüz var deyin. Kim bilir bəlkə elə oldu ki, biz sizin sözünüzü qəbul etdik. Ancaq nə oldu? Camaat meydana çıxıb “Azərbaycan, Azərbaycan” deyib durur, başqa heç bir şey demir. Axı biz başa düşmürük “Azərbaycan” deməklə xalq nə demək istəyir?”.

Bunu eşidib çox sevindim ki, deməli bu respublikada heç olmasa üç nəfər ağıllı adam var. Və bunlar, bu sözün, “Azərbaycan” kəlməsinin heç bir mə’na vermədiyini başa düşür.

Bizdə, respublikada, “Azərbaycan” məfhumunu, sözünü rezin kimi, o tərəfə, bu tərəfə çəkirlər, onunla hər şeyi əhatə etməyə çalışılır. Danışdığımız türk dilinə “Azərbaycan dili” deyirlər. Bu işdə Stalinin əmrinə əməl edir, onun quraşdırdığı məfhuma sadiq qalırlar. Bütün vətəndaşların cümləsinə isə “Azərbaycan xalqı” deyirlər. Deməli türk, talış, kürd, tat, ləzgi, rus və erməni vətəndaşlar hamısı azərbaycan xalqıdır. Onda, mənə görə, bu ifadə heç bir aydın mə’na vermir.

Bə’zəndə deyirlər ki, “Azərbaycan xalqı” ulu bir xalqdır, türksoyludur. Bu ifadə ilə türkdilliləri nəzərdə tuturlarsa, onda bəs respublikadakı başqa türkdilli olmayanlar hara getdi. Bəlkə onlara demək istəyirlər ya türkləşin ya da buradan rədd olub gedin.

Respublikanın əhalisinin doğsan faizdən çoxu müsəlmandır. Bu qundarma ifadədən fərqli olaraq, bizim xalq ulu bir “müsəlman xalqıdır” deyilsə, bu söz müsəlman əksəriyyətin narazılığına səbəb olmaz, əksinə onları razı salar.

Əslində, bunlar “müsəlman xalqı” sözünü dilə gətirməyi sevmirlər. Bunların türk sevgisi hamısı riyadan başqa bir şey deyil. Deyirlər bura türk dövlətidir. Ancaq əgər bu doğru bir söz olsaydı onda nazirlərimizin arasında heç olmasa bir nəfər də olsa türk soyundan olan adam olardı.

Belə görünür ki, bu dövləti quranlar “Azərbaycan” mövhumunu bir tilsimli söz sayıblar və onlar bu sözlə milləti ovsunlamaq istəyirdilər. Bu dövləti bu gün idarə edənlər də, həmçinin, bu sözdən istifadə edib, camaatı tilsimə salıblar, ovsunlanmış vəziyyətdə saxlayırlar. Mənim yadımdadır ki, uşaqlıqda Bakıda loru dildə danışan adamların “azərbaycanlısan?” əvəzinə “müsəlmansan?”, “azərbaycanca bilirsən?” əvəzinə isə “müsəlmanca bilirsən?” sözlərini işlətdiklərini eşidirdim. Sadə adamların bu sözləri mənə xoş gəlirdi və hesab edirəm ki, bunlar daha məsləhətli, düzgün ifadələrdir.

Əgər bu məfhum vətəndaşlar üçün bu qədər sevimli və əzizdirsə bəlkə, onda vətənpərvərliyimizi bütün aləmə sübut etməkdən ötrü, respublikada olan hər şeyə bu adı verək: dənizə, gölə, dağa, çaya, şəhərlərə, küçələrə, soy adlarına və şəxsi adlara. Məsəl üçün – Azərbaycan Azərbaycan oğlu Azərbaycanov. Və Azərbaycan Azərbaycan qızı Azərbaycanova. Bəlkə bu “Azərbaycan” sözünü, fəxrlə, alnımıza, bədənimizə, döşümüzə döydürək?

Onda, bəlkə bu məvhuma olan sevgimizi dünyaya göstərmək üçün ərazilərimizin bir hissəsini erməniyə, bir hissəsini gürcüyə, bir hissəsini rusa bağışlayaq. Ardından, məmləkətin bütün sərvətlərini paylayaq: amerikalıya, ingilisə, fransıza verək. Sonra isə ucadan hayqıraq, deyək, aparın, bu maddi şeylər bizə lazım deyil! Biz, özümüzə yalnız “Azərbaycan” məfhumunu saxlayacağıq ki, o bizə hər şeydən daha vacib, əziz və dəyərlidir. Onunla kifayətlənərik. O bizim üçün hər şeydən: havadan, sudan daha qiymətlidir. Bu mövhum üçün canımızı da verməyə hazırıq! Onda bütün dünya bizi alqışlayacaq. Hamı deyəcək, belə xalq yer üzündə bir dənədir.

“Kompüter virusu” adında bir ifadə var. Bu “virus” kompüterə düşəndə o, xarab olur, yararsız hala düşür. Mənim zənnimcə “Azərbaycan” sözünü Cənubi Qafqaz müsəlmanlarının beyninə qəsdən yeridiblər. Onu xarab etməkdən ötrü. Bu söz, bir kompüter virusu kimi, müsəlmanın beyninə girərək, bu cihazı yararsız hala salır, beynin düşüncə qabiliyyətini yox edir.

Levon adlı bir erməni qonşum var idi. Bir dəfə görüşəndə, o mənə belə dedi: “Dünən atamla danışırdım. Bizim maraqlı bir söhbətimiz oldu. Mən ona dedim ki, ata, bu azərbaycanlılardan mənim heç xoşum gəlmir, dəyərsiz adamdırlar. Atam isə qayıtdı mənə dedi, oğlum, sən azərbaycanlıları görmüşsənmi ki, biləsən onlar yaxşıdırlar, ya pisdirlər. Mən ona dedim, necə yəni görməmişəm, məgər Bakıda yaşamıram? O isə cavabında mənə dedi ki, bu gördüklərini demirəm, mənim cavanlıqda gördüyüm, əvvəlki, əsil azərbaycanlıları deyirəm. Onlar tamamı ilə başqa adam olublar”.

Yə’ni, o erməninin demək istədiyi sözün mə’nası budur ki, bizimkilər, qabaqlar, hələ müsəlman olanda bir şey olublar, dünya əhəmiyyətli ulu bir dinin, İslam mədəniyyətinin nümayəndəsi olublar. İndikilər isə, öz müsəlman kimliklərini itiriblər, ruslaşdırılmış bir tayfa şəklini alaraq “azərbaycanlı” olublar, yə’ni ki, olublar bir heç nə.

Yə’ni ki, milli kimliyini itiriblər, olublar – bir sürü yol azmış insan.

Mən belə fikirləşirəm ki, bizim xalqın şüurunu sağlam şəklə gətirməkdən ötəri bu “virusu”, kənardan, xaincəsinə lüğətimizə gətirilən “Azərbaycan” məfhumunu aradan aparmaq lazımdır.

Dilimizi “Azərbaycan dili” deyil, təzədən, “türk dili” kimi adlandıraq. Bunu etdikdən sonra isə biz Türkiyə hökumətinə müraciət edib məsləhət görməliyik ki, hal-hazırda ölkədə istifadə olunan qondarma dil, “Aram dili” ləğv edilsin. Onun əvəzində isə ənənəvi Osmanlı dili bərpa edilib dövlət dili e’lan edilsin. Onda onların dili “Osmanlı dili” kimi adlanar, bizim dil isə “türk dili”. Onda, həm də, “azəri türkcəsi” kəlməsindən istifadə edilməsinə ehtiyac qalmaz.

QAFQAZ MÜSƏLMANLARININ QƏTLİ-AMI ABİDƏSİ


Bu məqbərə (və ya abidə) Qafqazın ən böyük şəhərində, Bakıda inşa olunmalıdır. O, Rusiya və Sovet imperiyaları tərəfindən kütləvi qırğınlara mə’ruz qalmış məntəqənin müsəlman xalqlarının (türk, avar, çeçen, çərkəz, ləzgi və s.) xatirəsini əbədiləşdirməkdən ötrü tikilməlidir. Rus ordusu Qafqaza soxulduğu zamandan, Rusiya dövləti bu ərazinin müsəlmanlarına qarşı ardıcıl surətdə kütləvi qırğınlar və qətli-amlar siyasəti aparıb. Kremlin bu siyasəti, Qafqazda, bu günə qədər davam edir. Erməni millətçilərinin bu ərazidə müsəlmanlara qarşı törədikləri qətli-amlar da rus dövlətinin himayəsi və təşviqi sayəsində olmuşdu. Rusiyanın yardımı və himayəsi olmasaydı ermənilər o cinayətləri törədə bilməzdilər, buna cürət etməzdilər.

Ruslar Şimali Qafqaza soxulanda çərkəz xalqı rus ordusuna güclü müqavimət göstərirdi. Ruslar onlarla savaşda uğur qazana bilmirdi. Onda onlar bir hərbi hiyləyə getdilər. Çərkəz və rus qoşunu üz-üzə gələndə müsəlmanlar gördülər ki, kazakların nizələrinə çərkəz qadınlarının, uşaqlarının və qocalarının başları sancılmışdı. Bundan çərkəz əsgərləri sarsıntı keçirtdilər. Onlar dedilər, biz vətənimizi, dinimizi qorumağa və bu yolda canımızı da fəda’ etməyə hazırıq, ancaq biz tələf olanda bu, qaniçən ruslar bizim qadınlarımızı, qocalarımızı, uşaqlarımızı öldürəcəklər. Biz buna razı ola bilmərik. Bundan sonra çərkəz kişilər arvad-uşaqlarını yığıb Qafqazdan getdilər, sığınmaq üçün Osmanlı torpaqlarına köçdülər. İndi Qafqazda tək-tük çərkəz yaşayır. Hal-hazırda çərkəz xalqının bir qismi İordaniyada yaşayır. Yəqin ki, səfa dolu Şimalı Qafqaz dağlarından sonra, bu gün, isti, boş-biyaban ərəb səhraları onlara Cəhənnəmi xatırladır. Bu yaxınlarda çərkəzlər Kremldən öz vətənlərinə qayıtmaq üçün izn istədilər. Moskva isə bunu rədd etdi.

Bir vaxt Rusiyanın bir siyasətçisi demişdi ki, Rusiyaya müsəlman əhalidən təmizlənmiş bir Qafqaz lazımdır. Çeçenlər vuruşan, mətin bir xalq olduğundan başqa bir rus siyasət adamı demişdi ki, axırıncı çeçen öldürülməmiş Rusiya “Qafqaz bizimdir” deyə bilməz.

Bir nəfər o vaxtın hadisələri haqqında babasından eşitdiyini mənə hekayət etdi. Naxçıvanda Andronikin hərbi dəstəsi fəaliyyət göstərirdi. Andronik bir kəndə qabaqcadan adam göndərib onun camaatını inandırmağa çalışdı ki, əgər onun dəstəsi kəndə buraxılarsa kəndçilərə xətər dəyməyəcək, onlar sadəcə orada gecələyib səhərkisi gün gedəcəklər. Ancaq kəndçilər onun sözünə inanmadılar, çünki bundan qabaq, bu mə’lun erməni ətraf kəndlərin camaatını da bu cür sözlərlə aldatmışdı. Sonradan hər dəfə kəndə daxil olanda ermənilər, bütün əhalini qırmışdılar. Bu kəndin adamları isə ağıllı tərpəndilər, razı olmadılar. Dairə şəklində kəndin ətrafına silahlı adamlar qoydular. Andronikin əsgərləri görəndə ki, bu kəndin əhalisi müqavimət göstərəcək, itki verməkdən qorxaraq kəndə girmədilər, çıxıb getdilər.

Bu yaxınlarda öyrəndim ki, “Erməni genosidi” ifadəsi ilk dəfə 1944 ildə, Rafael Lemkin adında Polşa yəhudisi, sionisti tərəfindən istifadə olunmuşdu, onun tərəfindən uydurulmuşdu. O, demişdi ki, Osmanlı torpaqlarında baş vermiş bu erməni faciəsinə bir ad fikirləşdim və bu ifadənin dünyaca qəbul olunmasına çalışdım. Onun ardınca, sonralarda bu ifadə Qərb siyasətçiləri tərəfindən qəbul olundu, geniş şəkildə istifadə olunmağa başlandı. Bu qondarma hadisəni əksər xaçpərəst dövlətləri bir həqiqi tarixi hadisə kimi qəbul ediblər (Rusiya, Fransa, İngiltərə, Almaniya, Hollandiya, Kanada, Vatikan və s.).

Bu uydurulmuş məsələ (“erməni genosidi”) qərbdən şərqə, bütün xristian dövlətlərin ümumi əfsanəsidir, siyasətlərinin ümumi bəndidir. Bunların məqsədi müsəlmanları, türkləri ittiham etməkdir. Xristian siyasətçilər bu cür söhbətlər apararaq öz ölkələrində, əhali arasında türklərə qarşı kin və ədavət hissini yaratmaq istəyirlər. Bu məsələ onlara, bir bəhanə kimi, Türkiyəyə qarşı müharibə e’lan etməkdən ötrü lazımdır. Onların tarixi kitablarında və bədii ədəbiyyatında ermənilər, daima, məzlum bir xalq kimi təsvir olunur.

Halbuki, bu xaçpərəst ölkələr həqiqi qırğınları, Qərbi Anadoluda və Qafqazda ruslar və ermənilər tərəfindən törədilən qırğınları, yüz minlərlə, bəlkə milyonlarla sayda müsəlmanın kütləvi şəkildə qətli-am olmasını təsdiq edib tanımaq istəmirlər.

İrəvanda bu uydurulmuş qətli-ama abidə inşa ediblər, ancaq nə Ankarada, nə Bakıda iqtidarlar, Qərbin və Şərqin təcavüzkar və istilaçı dövlətlərindən, cahangirlərdən çəkinərək, xaincəsinə, öz millətinin bədbəxt hadisələrinə aid abidələr inşa etmək istəmirlər.

Və nəhayət bir neçə il bundan qabaq Türkiyədə, Van gölünün yaxınlığında bir abidə inşa edildi. O abidə, keçən əsrin əvvəllərində bu ərazidə ermənilər tərəfindən müsəlmanlara (türklərə və kürdlərə) qarşı törədilən qətli-amın xatirə abidəsidir. Fəqət ermənilər, İrəvandakı abidəni respublikaya gələn bütün qonaqların gözünə soxduqları halda, Türkiyədəki abidə isə ucqar, heç kimin görə bilməyəcəyi bir yerdə, çölün düzündə ucaldılmışdı. Nəyinki xaricdə, heç Türkiyənin özündə belə, oranın vətəndaşları bu abidənin varlığı haqqında mə’lumatlı deyillər.

Ermənilərin, Türkiyədə və Cənubi Qafqazda, müsəlmanlara qarşı etdiyi qətli-amları sırf ermənilərin və türklərin arasında baş verən toqquşmalar kimi göstərilmək istənilir. Halbuki bu qətli-amın və silahlı münaqişələrin himayədarları Rusiya, İngiltərə və Fransa təcavüzkar qüvvələri olub. Onların təhriki və yardımı olmasaydı o qətli-amlar, o hadisələr də olmazdı. Türkiyə və Azərbaycan Respublikası iqtidarları bu həqiqəti o səbəbdən ört-basdır etmək istəyirlər ki, ingilisi, fransızı və rusu təmizə çıxardıb, onlarla qurduqları iqtisadi, hərbi, siyasi və mədəni əlaqələrə xətər yetirməsinlər. Halbuki bunların, xaçpərəst ölkələrin təhriki və yardımı olmasaydı ermənilərin o cinayətləri törətməyə nə cəsarəti, nə də ki imkanı olardı.

Abidənin divarında ərəb dilində hüsn-xətt ilə yazılacaq:
“Allah yolunda şəhid olanlara “ölü” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz”(Qura’ni-kərim, Bəqərə, 2/154).




Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin