Lüğətçə:
Bargah: Saray.
Ərvah: Ruhlar.
İxtilal: Üsyan
Gümrah: Yol azmış adam.
Yelda: Qışın ən uzun gecəsi.
Ridai-diyanət: Dinin əbası.
Asi: İtaət etməyən.
(Rza Tövfiq Bölükbaşı tərəfindən yazılmış Sultan Əbdülhəmid Xana həsr edilmiş, türklərin padşaha qarşı göstərdikləri nankorluq və vəfasızlığından bəhs edən şe’r)
On beş il bundan qabaq İstanbulda, Sultan Əhməd məscidi tərəfdə yerləşən bir kitab dükanına girmişdim. Orada sırf təsəvvufa aid ingiliscə kitablar satılırdı. Dükan sahibi bir neçə amerikalı müştərisi ilə ingiliscə söhbət edirdi.
Mən isə bu adama, nədənsə, türkcə müraciət etdim. Bu onun acığına gəldi. Hiss etdim ki, o, ermənidir. O, dedi dükanımdan çıx, sənə heçnə satmayacağam. Görünür ki, o, mənim ləhcəmdən anlamışdı ki, mən Bakıdan gəlmışəm.
Mən buna oxşar çoxlu əhvalatlar eşitmişəm. Qorbaçev vaxtlarında da belə hadisələr olmuşdu. Mənə məlumatlar gəlib çıxmışdı ki, İstambulda bizim adamlar, dəfələrlə, ermənilərin dükanlarından oranın sahibləri tərəfindən təhkir edilib qovulmuşdular. Belə görünür ermənilər İstanbulda özlərini çox asudə his edirlər, əmindirlər ki, hər nə olursa olsun, hər vəziyyətdə
Türkiyənin hökuməti, polisləri ermənilərin tərəfini saxlayacaqlar.
Anladığıma görə türklər ermənilərdən bərk qorxurlar. Bunu kobud bir şəkildə ifadə desək – it kimi qorxurlar. Həmişə, hər vəziyətdə onlara yaltaqalanmağa çalışırlar.
Bu yaxınlarda Türkiyənin başçısı, “1916-cı ildə erməni əhalinin Anadoludan Osmanlının başqa vilayətinə köçürülməsi üçün üzüntü hissi keçirirəm, qırılan ermənilərin nəvələrinə başsağlığı verirəm” demişdi, erməni xalqından üzr istəmişdi. Halbuki onları dövlətə xəyanət etdikləri üçün, törətdikləri qeyri-insani hərəkətlərə, üsyan qaldırıb iki milyona gədər dinc müsəlman əhalini qırdıqlarına görə sürgün etmişdilər. Ermənilər bu işlərinə görə üzüntü hissi keçirirlərmi? Müsəlmanlara başsağlığı vermişdilərmi? Verməmişdilərsə, onda daha sən nə üçün onlar üçün üzüntü hissi keçirirsən, erməni xalqına başsağlığı verirsən?
Mən Təbrizdə və Tehranda bir-iki gün qalmışdım, lakin hiss etdim ki, İran erməniləri oranın hökumətindən çəkinirlər, orada özlərini quzu kimi aparırlar. İstanbulda etdiklər hərəkətləri İranda edə bilmirlər.
Təbrizdə hər kəs bizim dildə danışır fərgi yoxdur o, farsdır, kürddür, yəhudidir ya ermənidir. Orada anamla bir zərgər dükanına girdik. Anam dükan sahibindən soruşanda ki, siz farsınız ya türk? O, alçaq səslə, sixila-sıxıla cavab verdi, dedi ki, mən, erməniyəm.
Şah vaxtı Bakıda İrandan təzə gələn bir “həmşəhərli” mənə danışdı ki, Tehranın ən yaraşıqlı küçəsinin tamamı, bütün evlər, dükanlar varlı, milyonçu ermənilərin əlindədir, onlara məxsusdur.
Lakin bu gün bu daha belə deyil, ermənilərin əksəriyyəti başqa ölkələrə köç etmişdilər. Onlar başa düşdülər ki, İslam inqilabından sonra bu ölkədə onların bazarları kasad olacaq, daha şah vaxtında olan kimi əl-qol atmağa imkanları olmayacaq. Şah vaxtı o küçənin adı, deyəsən, “İstanbul xiyabanı” idi. Bu gün isə onun adı “Vəliyi-əsr xiyabanı”dır. Onikinci imamın, Sahib-əl-əsr vəzzamanın (“Zəmanənin imamı”nın) adını daşıyır.
Türkiyədə “Qur’an” sözünü “Kuran” kimi, yə’ni ki səhf, təhrif olunmuş bir şəkildə tələffüz edirlər. Deyirlər ki, “Biz müsəlmanıq” lakin müqəddəs kitabın adını, avropanın xristyan xalqlarının tələffüz etdiyi bir şəkildə tələffüz edirlər. Məgər Türkiyənin ali məktəblərinin ilahiyyət fakultetlərində gələcək ilahiyyətçilərə “Qur’an” sözünün düzgün tələffüz edilməsini öyrətməyiblər?
“Əfəndi” sözü Türkiyədə qəbul olunmuş bir nəzakət müraciət şəklidir. Bir türk alimi deyib ki, əvvəllərdə osmanlılar bunun əvəzində “bəy” sözündən istifadə edirdilər. Övliyaların adına isə “həzrət” sözü əlavə edilirdi. Keçmişdə “əfəndi” sözü sırf xristianlara qarşı istifadə olunurdu. Lakin sonralarda yunan dilindən alınmış bu söz müsəlmanlar üçün də istifadə edilməyə başlanıldı. Orada, həttə ruhanilər “peygəmbər əfəndimiz” kəlməsindən tez-tez istifadə edirlər. Yə’ni ki Həzrəti Məhəmmədin (s.ə.s) adına gavurların dilindən alınmış bir sözü əlavə edirlər.
Türkiyədə mətbuatda və televiziyada siyasətçilər və qeyriləri tərəfindən İran İslam rejimi, quruluşu daima pislənilir. Lakin bu kinin, nifrətin səbəbini aydınlaşdırmırlar. Türkiyənin dinsiz dairələrin İranın Şəriət dövlətini pisləməsini başa düşmək olar. Fəqət bunu dindar dairələrin nümayəndələri də edirlər. Bəlkə bu məzhəb ayrilığından qaynaqlanır?
Ancaq mənim təzə ağlıma gəlib ki, “AK” partiyanın siyahətçiləri İranı söyəndə əslində bunu Amerikadan, İsraildən və ölkə daxili hakim təbəqədən, dinsiz dairələrdən qorxduğu üçün edir. Bu mühafizəkar firqənin fərdləri qonşu ölkəni pisləyəndə bunları sakitləşdirmək, narahatçılığlarını yatırtmaq və özünü bunlara şirin tutmaq istəyirlər. Yə’ni ki, bizdən qorxmaq lazım deyil, biz, əsla, şəriətçi deyilik, İslam dövləti qurmaq fikrimiz yoxdur.
Türkiyə Cümhuriyyətinin din adamları, ruhanilər deyirlər ki, biz düzgün məzhəbin nümayəndələriyik, fəxrlə özlərini “əhli-sünnət və cəmaat” adlandırırlar, fəqət bununla yanaşı İslam dövlətinə, Şəriət üsuli-idarəsinə qarşı olduqlarını bildirirlər. Axı bu necə müsəlmançılıqdır? Əgər siz, türkiyəlilər xaçpərəstlərdən və cuhudlardan bu cür qorxursunuz, daima xof və vahimə içində yaşayırsınız onda gedin xristyanlığı və ya yəhudi dinini qəbul edin, bununla bir dəfəlik şühurunuzu rahatlandırın, bir dəfəlik bu vahiməyə, qorxuya son qoyun.
Xaricdə olanda bir-neçə gün bir Türkiyəli kürd ilə mehmanxanada, bir otaqda qaldım. Bir dəfə onun Nazim Hikmətin şe’rlərini oxuduğunu gördüm. Kitabdan bir-iki şe’r oxudum. Dedim ki, Nazimi şair kimi çox-çox tərifləyirlər, lakin bu şe’rlər axmaq bir şeydir, heç şe’rə oxşayışı yoxdur. O, da bunu təsdiq etdi. Dedi ki, mən də onları oxuyanda təəcüb etdim, anlamadım ki, bunun nəyini tərifləyirlər?
N.Hikmət kommunist, marksist bir fərd olduğu üçün, Lenini, Stalini və bolşevik inqilabını mədh etdiyi üçün Sovet İttifaqının rəhbərliyi tərəfindən yaxşı qarşılanırdı. Türkiyədə isə onu marksist təmayüllü dairələr, əsasən, PKK-çılar sevirlər.
Bilindiyi kimi Hikmətin babası Polşa yəhudisi olub. Yəhudilər isə dünyanın hər yerində marksist hərakatının əsas fəalları, beynidir.
Kreml Türkiyə kommunistlərinə yardım edir onları hökumət əleyhinə üsyan etməyə təhrik edirdi. Rusiya Türkiyədə sol qüvvələri hakimiyyətə gətirib, bu ölkəni özünə tabe’ etdirmək istəyirdi. Hikmət kimi adamlar əslində türk millətinə, müsəlmana xain çıxmışdılar, dövləti düşmənə, ruslara satmaq istəyirdilər.
Hikmət təkcə dövlətə deyil, həm də arvadına da xain çıxmışdı. Yə’ni ki, şəxsi həyatda da satqın, vəfasız adam olub.
Türkiyə hökuməti dövlətə xəyanət etdiyinə, marksist fəaliyyətinə görə onu tutub on il iş vermişdi. Onun arvadı bütün bu uzun illər ərzində hər gün ona evdən xörək pişirib gətirirdi. Əri isə o dadlı xörəkləri yeyib böyrü üstə yatırdı. Dustağxana gözətçiləri deyirdilər ki, biz iş təcrübəmizdə bu cür sədaqətli, vəfalı arvada rast gəlməmişik.
Hikmət həbsxanadan çıxandan sonra evdə üçcə gün yaşadı. Sonra sərhəddən keçib Bolqarıstana qaçdı. Oradan Moskvaya, ağalarının yanına getdi.
Sovet hökuməti, Mərkəzi Komitə onun bir yəhudi qadını ilə evlənməsini məsləhət gördü. Hikmət naəlac qalıb bu evliliyə razı oldu. Əslində, bu qadın KGB işçisi idi. Kreml bu qadının vasitəsi ilə Hikməti daima nəzarət altında saxlamaq istəyirdi.
Hikmət bir dəfə bizim respublikaya da gəlmişdi. Kəndlərimizi gəzəndən sonra dedi ki, sizin kəndçiləri görəndə Türkiyə yadıma düşdü. Dedi ki, bu bir vətən həsrətidir. Mən isə, ona deyərdim, vətəninə xəyanət etməsəydin, orada yaşayıb qalsaydın, onda vətən həsrəti də çəkməzdin. Hikmət Türkiyəyə getməyə can atırdı, fəqət vətən sevgisinə görə deyil, ora gedib təxribatçılıqla məşğul olmaq məqsədi ilə.
Hikmətə dedilər ki, anladığımıza görə siz məşhur sovet şairi Mayakovskinin şe’rlərindən bəhrələnmisiniz, nəzminizi onun üslubuna oxşatmısınız. Hikmət isə həyasızlıqla belə cəvab verdi, mən Mayakovskini deyil, Mayakovski məni yamsılayıb, şe’rlərinin üslubunu mənim nəzmimə oxşadıb. Halbuki Mayakovski öləndə Hikməti hələ ki, tanıyan yox idi.
TÜRKİYƏ
İyirmi il bundan qabaq Bakıda bir neçə türk tələbə ilə tanış olmuşdum. Türkiyənin universitet tələbələri siyasətlə çox maraqlanırlar. Onların hərəsinin ayrıca bir əqidəsi, nəzər nöqtəsi vardır. Sağ və solçusu, türk və kürd millətçisi və çox-çox başqa cür siyasi mövqe’ tutanları vardır. Bu tələbələr isə görünür dindarlar, Şəriət dövləti tərəfdarları idilər. Bu söhbət əsnasında onlardan biri mənə dedi ki, Türkiyənin dövlət TV kanalı “TRT” sionistlərin əlindədir, onun müdiriyyətində duranlar yerli yəhudilərdir. Bu doğru sözdür. Hər halda son bir-iki ilə qədər bu vəziyyət belə idi və kanalın sionistpərəst siyasəti bu cür davam edirdi.
Bakıda bizim vətəndaşlar respublikanın “Avroviziya” musiqi müsabiqəsində iştirak etməsinə görə çox sevinib, fərəhlənirlər. Mən isə buna qarşıyam. Əvvəla, biz avropalı deyil, asiyalıyıq. Həm coğrafi, həm də ki irqi nəzərdən. Dinimiz, adətimiz, mədəniyyətimiz də avropadakılardan fərqlidir. Qərbpərəst siyasət aparan hakim dairələr əhali arasında təbliğat aparırlar ki, gəlin hər şeydə avropalıları təqlid edək, onlara oxşamağa çalışaq. Əvvəllərdə, bunlar hər şeydə şərq xaçpərəstlərinə, ruslara oxşamaq istəyirdilər. Bu gün isə qərb xaçpərəstlərinə oxşamaq istəyirlər. Təqlidçilik, adama deyil, meymuna xas bir xususiyyətdir. Mənə görə isə müsəlman çalışmalıdır ki, öz kimliyini itirməsin, saxlasın, heç bir şeydə xaçpərəstlərə oxşamasın, nə zahirdə nə də ki daxildə. Dinimizdə müsəlmanın zahiri görünüşdə özünü xaçpərəstə və ya yəhudiyə oxşatması düzgün sayılmır.
Avropa ürəfası bu musiqi müsabiqəsinə qiymət verərək, onu “kitç”ə aid ediblər. Alman dilindən gələn bu sözün mə’nası – az savadlı, aşağı zəkalı geniş xalq kütləsinin xoşuna gələn və, adətən, aşağı keyfiyyətli bir şey. Məsəl üçün zövqsüz, səfeh bir sənət əsərinə “kitç” deyirlər.
Ancaq dərindən düşünəndə görürsən ki, “Avroviziya” heçdə zərərsiz, sırf əyləncə üçün olan bir şey olmayıb, siyasi bir şeydir. Onların “Avroviziyada” apardıqları siyasət ap-açıq fisqi fücurdur. Yə’ni ki, bu siyasət əxlaqsızlıq, pozğunluq təbliğatından başqa bir şey deyil. Bu bir dinsizlik, mə’naviyyatsızlıq təbliğatıdır ki, bunun arxasında sionistlər, masonlar durur.
Mən “Avroviziyanı”, onun məzmununu bir əcnəbi sözlə ifadə edə bilərəm – “pornoqrafiya”. Fars dilində buna “süvəre-qəbihe” deyirlər. Yə’ni ki qəbih, xilafe-iffət, iffətə xilaf olan, biədəb, surətlər, şəkillər. “Avroviziya”da təqdim olunun mahnılarda əsas şey əsla musiqi deyil, rəqs də deyil çünki, o mahnılarda rəqqasların göstərdikləri eybəcər, ədəbsiz hərəkətlərin çoxunu rəqs də adlandırmaq çətindir. Əslində, orada, əsas şey musiqi və rəqs yarışması pərdəsi altında qadın və kişi müğənnilərin, rəqqas və rəqqasələrin yarı-çılpaq bədənlərini nümayiş etməkdir. Lüt və çılpaq bədənlərin nümayişinə başqa bir ad verərək, abırlı zahiri bir görünüş yaratmaq istəyirlər. Əsas məqsəd isə dediyim kimi xaçpərəst, müsəlman və başqa dindən olan tamaşaçıları əxlaqdan, dindən, mə’naviyyatdan uzaqlaşdırmaq, kənar salmaqdır.
Bu müsabiqə ilə əlaqəli bir məzəli (ağlamalı?) məsələ var. Müsabiqədə iştirak edilir, fəqət bizim dildə onun adını necə tələffüz etmək lazım olduğunu heç kəs bilmir. Hər qəzetçi, hər jurnalist onu fərqli bir şəkildə, tərzdə tələffüz edir. Ancaq hansı tərz düzgündür heç kəs dəqiq bilmir. Bir dəfə eşitdim ki, bir televiziya kanalında bir jurnalistimiz “Avroviziya” sözünü bir cümlədə üç şəkildə tələffüz edib. Yəqin ki, o, bu tərzlərin hansısının daha düzgün olduğunu bilmədiyi üçün, bunu üç şəkildə verib. Fikirləşib ki, hər-halda, üçündən biri düz olar.
Bə’zən onu ingilis sayaq “Yurovijn” kimi, ancaq, əksər hallarda, “Yevrovijn” kimi tələffüz edirlər. İkinci halda sözün birinci hissəni rus sayaq, o biri yarısını ingilis sayaq edirlər. Müsabiqədə birinci yer aldıq deyərək sevinclərindən atılıb-düşürlər. Özləri ilə fəxr edirlər. Fəqət, respublikada orta məktəb səviyyəsində savadı, biliyi olan bir adam yoxdur ki, bu sözü düzgün tələvvüz edə bilsin.
Ruslar buna “Yevrovideniye” deyirlər, çünkü onların dilində Avropa “Yevropa”dır və televiziya “televideniye”dir. Bu söz “Avropa” və “televiziya” sözlərinin birləşməsindən əmələ gəldiyinə görə bizim dildə o, “Avroviziya” kimi olmalıdır.
15-16 il bundan qabaq bu müsabiqədə bir israilli müğənni iştirak edirdi. Asiyada yerləşən, bu qeyri qanuni varlığın Avropa müsabiqəsində iştirakı, özü-özlüyündə, bu yarışmanın sionizmlə əlaqəli bir şey olduğuna işarət edir. İsrail qonşu ərəb ölkələrinin əksəri ilə müharibə vəziyyətindədir, siyasi, mədəni və idman əlaqələri yoxdur. Görünür ki, elə buna görə bu sionist rejimin müğənnilərinə və idmançılarına Avropada keçirilən yarışlara qatılmağa icazə verirlər.
Bu müğənni, cinsini dəyişmiş əcaib, eybəcər bir məxluq idi. Onun oxuduğu mahnı, bədii cəhətdən o biri iştirakçıların ifa etdikləri nəğmələrdən daha zəif idi. Ancaq buna baxmayaraq o, şübhəli bir şəkildə, birinci yerə layiq görüldü. Müsabiqənin aparıcıları e’lan etdilər ki, guya tamaşaçıların əksəriyyəti bu əcaib adama səs verdilər.
Bunun bir səbəbi onda idi ki, o il İsrail rejimi quruluşunun altmış illiyini qeyd olunurdu. Bu birinci yer mükafatı, bir növ, bayramları münasibəti ilə yəhudilərə verilmiş bir hədiyə idi. O biri səbəbi isə o idi ki, bu cür yaramaz, cinsi şübhəli adamları cəmiyyətə zorla qəbul etdirmək istəyirlər.
Qərbin peyk kanallarına baxanda son vaxtlarda amerikanın gəncləri arasında dəbə düşmüş adını bilmədiyim bir “rəqsi” gördüm. Rəqs bu cürdür. Oranın diskotekalarında hər oğlan qabağında duran bir qızı belindən tutur. Sonra bunlar bir-birlərinə sıx birləşərək, birlikdə, bir ahənglə bellərini qabağa-arxaya hərəkət etdirib guya ki, rəqs edirlər, əslində isə bu cür biədəb hərəkətlər etməklə cinsi əlaqəni təqlid edirlər. Cavanlar, oğlan və qızlar bu şəkildə uzun bir sıraya düzülüb hamısı birlikdə bu cür eybəcər, ədəbsiz hərəkətlər edir və sonra biz rəqs edirik, bu son dəb rəqsidir, deyirlər. Bundan sonra Qərb bizə deyir ki, bizim mədəniyyətimiz sizinkindən üstündür, bizim mədəniyyətimizi mənimsəyin, bizim kimi qabaqda gedin, inkişaf edin. Belə görünür ki, bunlar inkişafı dindən, adətdən və əxlaqdan uzaqlaşmaqda görürlər.
“Avroviziya” ilə əlaqəli “TRT” kanalını misal gətirim. İki-üç il bundan qabaq, bu kanalın verlişlərini izləyən hər kəs müşahidə edə bilərdi ki, orada gün ərzində, hər saat başında, xəbərlərdə bir türkiyəli müğənninin “Avroviziya” üçün hazırladığı mahnıdan danışırdılar. Bu müğənni yerli yəhudi qızı idi. Bu beləcə dörd ay sürdü. İki ay müsabiqədən qabaq və iki ay müsabiqədən sonra. Guya Türkiyədə, məmləkətdə bundan, “Avroviziya” müsabiqəsindən daha vacib bir mövzu’ yoxdur.
Bu mahnının bir yerində müğənni qız, rəqs adı altında, bədəninin çanaq-bud hissəsi ilə yaramaz, ədəbsiz hərəkətlər göstərir. O, on-on beş saniyə ərzində budlarını ədəbsiz şəkildə arxaya-qabağa hərəkət etdirib, cimanı, arvadla kişi arasında gedən cütləşməni təqlid edirdi.
Bu məsələnin daha pis cəhəti onda idi ki, televiziya rejissorları pis bir niyyətlə, qəsdən, mahnıdan, klipdən ancaq elə bu iyrənc və ədəbsiz mahiyyətli hissəni seçib, onu televizor ekranında türk tamaşaçılarına təqdim etdilər, göstərdilər. “TRT”nin, onun rejissorlarının göstərmək istədikləri şey mahnı deyildi, musiqi deyildi, başqa bir şey idi. “TRT” bu şəkildə Türkiyənin müsəlmanlarını alçaltdı, təhqir etdi, müsəlmanın əxlaqına, adətinə zidd əlan şeyləri dəfələrlə, dörd ay ərzində dövlət kanalında göstərdi. O ölkənin bir müsəlmanının durub buna e’tiraz etməsini eşitmədim. Etsə də nə olacaq, orada, bu dünyəvi (dinsiz) dövlətdə onun e’tirazına kim baxacaq?
Türkiyədə Tarkan adında məşhur bir müğənni var. Onun səhnədə duruşu, cilvəsi, qaş-qöz etməsi, kişiyə yaraşmayan hərəkətləri adamda ona qarşı bir növ ikrah hissi yaradır. İstər-istəməz, onun kimliyi və nəliyi barəsində fikrə gedirsən, şübhələnməyə başlayırsan.
İnternetdə ingiliscə yazılmış kitabdan bir fəsil oxudum. Orada yazılmışdı:
Tarkanın üslubu, bədəni və hərəkəti Qərbin iki-mə’nalılıq söhbətlərinə müvafiq olub, həmfikirdir. O, belə etməklə, üstüörtülü bir şəkildə, qeyri-təbii sevgi tərəfdarlarının, həmcinsi ilə cinsi əlaqədə olan adamların, bu növ pozğunluğun tərəfdarları olan dəstənin rəmzli, şifrlənmiş dilində danışmağa çalışır.
Qeyri-təbii eşqbazlıq cəmiyyətində, istər xaricdə, istər İstanbulun gecə klublarında, bu bir sirr deyil ki, Tərkan özü onlardandır, “qey”dir, lotudur.
Türkiyə nümayəndəsinin “Avropa musiqi müsabiqəsi”ndə (“Avroviziya”da) birinci yer alması xəbəri İstanbulun həmcins eşqbazlıq həvəskarlarının yığışdıqları şəhər klublarına və meyxanalarına çatanda oradakılar böyük bir şadlıq keçirdilər, çox sevindilər. Çünki, bu müsabiqənin təbliğ etdiyi şeylərin bu topluluğun xeyrinə olduğunu hesab edirlər.
Türkiyədə 2000-ci illərdə “Lesbiyen ve Gey Topluluğu” (qısaldılmış şəkildə LEGATO) adında homoseksualların, ali məktəb professor və tələbələrinin təşkilatını yaratdılar. O, bu günə qədər fəaliyyət göstərir və bu ölkənin böyük şəhərlərində öz təbliğatını aparır.
Bu yaxınlarda İnternetdə “İstanbul fahişəxanaları (istanbulbrothels.com) saytına rast gəldim. Xarici müsafirlər, qonaqlar üçün nəzərdə tutulan bu saytda pozğun qadınların fotoları və ingiliscə bu yazı var idi:
QIRMIZI FƏNƏRLƏR MƏHƏLƏSİNƏ AVTOBUS GƏZİNTİSİ. İstanbulda təkcə türk qızlarını (fahişələrini) deyil, həmçinin Ermənistan, Rusiya, Ukrayna, Azərbaycan, Ərəbistan və Rumıniya qızlarını da tapmaq olar. Orada nə desən var – küçə fahişələri, zəng vurmaqla gələnlər və ev fahişələri. Masaj salonlarında və bərbərxanalarda isə cinsi xidmətlər məntəqənin əsas işinə bir əlavədir. Ancaq bütün bu cür işlər qeyri-qanuni sayılır. Ona görə qonaqlar üçün məsləhətli deyil. Başınıza iş açmaq istəmirsənizsə, belə yerlərdən uzaq durun.
Bizim avtobus sizi mehmanxanadan götürüb, ölkənin, axır zamanlarda sayları azalmış, Qırmızı fənərlər məhəllələrinin sonuncu birisinə aparacaq.
İstanbulun baş fahişəxanası, şəhərin mərkəzində, Qaraköydə, Qalata Körpüsünün yaxınlığında, Zürafə və Qədəm küçələrində yerləşib. Orada, 10-15 məntəqədə 200 fahişə işləyir. Qiymətlər 30-40 dollar arasında.
1923-cü ildə yaradılan Türkiyə Cümhuriyyətinin ilk çağlarında fahişəlik qanunlaşdırıldı və dövlət tərəfindən tənzim olunmağa başladı. Bu cavan cümhuriyyətdə fahişəlik dövlət tərəfindən nəzarət edilirdi. Və bu da 1920-30-cı illərdə İstanbul şəhər məhəllələrinin görünüşünü dəyişdirdi.
Matilda Manukyan adında bir erməni işgüzar arvad, əlli il ərzində, İstanbulda, Bəyoğlu fahişə məhəlləsi səltənətini ta ki 2001-ci ilə, ölümünə qədər, idarə edirdi. O, öləndən sonra, onun mühəndis oğlu bu pozğunluq yuvalarını bağladı. Bu səbəbdən şəhər özünün ən məşhur beş-altı fahişəxana məntəqəsini itirdi.
Cümhuriyyət dövründə, Mustafa Kəmalın dünyavi Türkiyəsində İslamın övliyalarını yetişdirən mə’naviyyət ocaqları, xangahlar bağlanıldı, sufi təriqətlərinin failiyyətləri gədağan olundu, onların yerində isə meyxanalar, qumarxanalar və faişəxanalar açdırıldı.
Yadımdadır ki, 1991-də Berlində çıxan bir türk qəzetində İstanbulun fahişəxanaları haqqında yazılmış bir neçə səhifəlik məqaləni oxumuşdum. Jurnalist bir istanbullu dəyyusdan müsahibə götürürdü. Dəyyus bir məhəllənin adını çəkərək dedi ki, burada yerləşən mehmanxanaların əksəriyyəti, əslində, fahişəxanalardır.
Məqalədən ancaq bir azı yadımda qalıb. Bu adam danışdı ki, bu fühuş yuvalarında işlədilən fahişələrin çoxu evlərindən oğurlanmış qızlardır. Ondan başqa dedi ki, burada həm də bakirə qızlar saxlanılır. Bakirə qızlarla yaxınlıq etmək istəyənlər 400 dollar pul ödəməlidirlər. Varlı işgüzar adamlar arasında belə şeyin həvaskarları çoxdur.
Bir işgüzar adam jurnalistə belə dedi, “Elə ki arvadımın yaşı qırx oldu, mən ona dedim ki, arvad, bundan sonra bizim aramızda sevgi-məhəbbət bitdi... Mən həftə sonunda həmişə bura gəlirəm. 14-15 yaşında qorxan, utanan qızlarla yatmaq mənə daha çox zövq verir, bu adamı həyacana gətirir. Belə olanda, qırx yaşında olan arvadı neyləyirəm”.
O illərdə Berlində türk dilində qəribə bir qazet çıxırdı. Bu qazeti Almaniya türkləri nəşr edirdi. Böyük həcmli qazetin bütün səhifələri rəngli çılpaq və yarı-çılpaq qızların nəhənq fotolarından ibarət idi. Elə ki, səhifəni açanda lüt qızın baş tərəfi bir səhifədə ayaqları o bir səhifədə. Qızların bədənlərinin tutmadığı boş qalmış yerlərdə isə siyasi və başqa xırda xəbərlər yerləşdirilirdi. Naşirlər buna belə bəraət qazandırırdılar ki, belə etməsək qazet satılmaz.
Bir gün Berlin metrosunda qəzet köşkünün yanında dururdum. Bir cavan alman kioska yanaşdı. Gözü türk qazetinə dəydi. Bu 10-15 səhifəlik qəzeti vərəqləyəndə, hər səhifəsində lüt qızların nətaraz şəkillərini görəndə onun gözləri təpəsinə çıxdı, mat-mat baxdı. O, ömründə bu cür əcaib bir qəzet görməmişdi.
Dostları ilə paylaş: |