Atam. Kislovodsk. 1963-cü il
Bəylərin adamları dəstələr düzəldib dağlara çəkilmişdilər. Var-yoxları əllərindən alındığına görə bu dəstələr qisas alırdılar, əllərinə keçən komunistləri öldürürdülər. Bir gün, kommunist olduğuna görə atamı tutub boğazını kəsdilər və ölmüş bilib bir çuxura atdılar. Çuxurda səhərə kimi qaldı. Atam görürdü ki, yuxarda itlər onun yerə tökülən qanını yalayırdılar. Səhər onu tapıb Qubaya hospitala apardılar. Müsəlman həkimlər qohumlara dedilər ki, bu adam çox qan itirib, yaşamayacaq, öləcək. Ancaq bir təcrübəli yəhudi həkim, mən onu sağaldacağam, dedi.
Böğazı kəsildiyinə görə atam xörək yeyə bilmirdi. Yəhudi onun boğazının kəsilmiş yerinə nazik boru keçirdib oradan xörəyi içəri tökürdü. Həkim, onu, bu şəkildə iki-üç aya sağaltdı. Ancaq o yaranın yeri qaldı, getmədi.
Atam Kommunist Universitetinin ilk mə’zunlarından biri olduğu üçün ayrı-ayrı vaxtlarda iki vilayət komitəsinin sədri olub. Bağırov vaxtı, müharibədən qabaq Bakıda Mərkəzi Komitədə də işləyib, orada vəzifəsi var idi. Yüksək vəzifələr tutanda o, çox şıq qeyinir, bahalı ingilis yun parçalarından kostyumlar tikdirirdi.
Bir dəfə Mərkəzi Komitənin bir kabinetində iş yoldaşı ilə təklikdə oturanda deyib ki, görəsən Stalin ölsə onun yerinə kim keçəcək? Bu adam bərk qorxub, bir söz demədən otağdan çıxır. Gedib xəbərçilik edir, atamın sözünü rəhbərliyə çatdırır. Bunun ardınca partiya komitəsinin yığıncağı çağırılıb atamın işinə baxıldı. Orada bir nüfuzlu rəhbər işçinin atama yardımı dəydi, bu ciddi məsələ ört-basdır edildi.
Atam Mərkəzi Komitədə işləyəndə yaxınlıqda, filarmoniyanın üzbəüzündə yerləşən keçmişdə bir bəyin mülkü olan evdə mənzil almışdı. Sonradan başqa yerə köçür, birinci arvadı ilə Nizami kinoteatrının qarşısında yerləşən “modern” üslubunda tikilən gözəl bir evdə üç otaqlıq mənzıldə yaşadı.
Atamın sözünə görə Bağırov tez-tez filarmoniyaya, teatrlara gedib müğənnilərə, artistlərə fikir verirdi. Kimdən xoşu gəlmirdisə, onu Şura hökumətinin düşməni adlandırıb tutdururdu. Teatrdan, konsertdən sonra o adamları filarmoniyanın, teatrların qapısında qara maşın gözləyirdi. Onları maşına basıb aparırdılar. Bağırov onların birisinə deyirdi, indi ki, sən padşahı, sultanı və xanı bu cür gözəl şəkildə canlandırırsan, deməli bizim adam deyilsən, fəhlə-kəndli quruluşunun düşmənisən. Başqasına, sən Osmanlı ləhcəsində danışırsan, deməli pantürkist təmayüllü adamsan. Onları Sibirə göndərtdirirdi.
Atam həm də İrəvanda radiyoda, türkdilli şöbədə işləyirdi, mədəniyyət işlərinə baxırdı. Bir gün gənc Niyazi onun yanına gəlib, bir simfoniya bəstələdiyindən danışdı. O, vaxt Niyazini hələ heç kəs tanımırdı. O, istəyirdi ki, atam ona bu məsələdə bir köməklik göstərsin. Atam partiya işçisi olub ki, mədəniyyət məsələrindən başı çıxmırdı. O, notlara baxdı və heç nə anlamadı. Belə olanda Niyazı bəstələdiyi simfoniyanı ağzı ilə çalmağa başladı. Qutarandan sonra atam ona dedi ki, bir həftədən sonra gəlin, onda biz bu simfoniya bərəsində öz qərarımızı verərik.
Niyazı gedəndən sonra atam katibəyə deyir ki, deyəsən bu adamım başı çatışmır, bir də gəlsə qeri qaytarın, deyin ki, müdür idarədə yoxdur.
Niyazi məşhur adam olanda, atam artıq təqaüdə çıxmışdı. Niyazi hər dəfə küçədə atamla rastlaşanda, ona salam verirdi. Atam dedi ki, yaxşı adamdır. Mən İrəvanda ona qarşı yaxşı rəftar etmədim, amma o, mənim bu pisliyimi unudaraq üzə vurmadı.
Atam həm də Bakıda tibb institutunda tarix dərsi müəllimi kimi işləmişdi. O səbəbdən ki, onun bütün dişləri qızıl qapaqlarla örtülmüşdü, tələbələr ona ad qoymuşdular – “qızıl diş müəllim”.
Atamın doktorluq dissertasiyasının müdafiəsi 1941-ci ilin 22 iyununa tə’yin olunmuşdu. Bir yəhudi alim onun bu elmi tədqiqat işinə yaxşı rə’y vermişdi. Elmi işin adı “İnqilab hərəkatında solculuq təmayülləri” idi. Fəqət tale’sizlikdən o günü müharibə başladı və atam daha alim adını ala bilmədi.
Müharibəndən çox-çox sonralara qədər atamın yanına tez-tez doktorluq həvəsində olan adamlar gəlir və o dissertasiyanı ondan pulla almaq istəyirdilər. Atam hər dəfə onlara rədd cavabını verirdi.
Mən bu elmi işi oxumuşdum. Atam onu sadə, anlaşılan bir rus dilində yazmışdı. Görmək olurdu ki, o, bunu başqaları kimi ordan-burdan köçürtmək yolu ilə deyil, oxuduğu kitablardakı fikirləri yaxşı anlayayıb və öz süzgəcindən keçirdikdən sonra, təzədən öz sözləri ilə yazmışdı. Yahudi alim bu elmi işin haşiyəsində yazmışdı ki, atam Plexanovu və başqalarını tənqid edəndə bunu Leninin və Stalinin əsərlərinə istinad edərək etmışdı. Halbuki o, Plexanov kimilərin özlərinin yazdığları əsərləri oxumamışdı. Fəqət, axırda əlavə etdi ki, ümumiyyətlə bu iş yaxşı yazılıb və alimliyə namizad olan bu şəxs bir tarixçi kimi, bir yerli kadr kimi respublika üçün dəyərli bir adamdır.
İkinci Dünya muharibəsi başlayanda sovet ordusu İranın şimal ərazilərini zəbt etdi. Atam məs’ul partiya işçisi olduğundan orduda komandir tə’yin olundu. Bir hospital və onu qoruyan əsgər hissəsi onun əmri altında idi.
Sovet ordusu bir güllə atmamış belə o əraziləri tuta bildi. İranlılar ruslardan elə bərk qorxmuşdular ki, təzə amerika maşınlarını yolların qırağına atıb qaçmışdılar. Sovet əskərləri maşınların yanından keçdikcə, şəhərdə aparıb satmaq məqsədi ilə, onların təkərlərini, güzgülərini, sükanlarını, ümumiyyətlə, hər şeyini “dənləyib” özləri ilə aparırdılar.
Vuruşma, döyüş olmadığı halda əsgərlər arasında böyük itkilər var idi. Ölənlər arasında müsəlmanlar yox idi, hamısı ruslar idi. Görünür ki, bu itki isti iqlimin səbəbəbindən olurdu. Bir də milçəklərdən. Bir cür milçək var idi ki, kimi dişləsə, ölürdü. Bu itkilər də ancaq rus əsgərlər arasında olurdu.
Bir dəfə atama tapşırığ gəldi ki, ona tabe’ əsgərlər bir məntəqədən başqasına getsinlər. Kimsə atama kəsmə yolunu məsləhət etdi. Ancaq bu kəsmə yol səhradan keçdiyi üçün onlar mənzil başına dörd saat gec gəlib çıxdılar. Bu işə görə atam töhmət aldı.
Atam İranda, orada keçirdiyi iki il ərzində kefə baxırdı. Sovet İttifaqında camaat aclıq, korluq çəkəndə, İranda bolluq idi. Bizim əsgərlər İranın bazarlarında çeşidli ərzaq məhsullarını, fərqli-fərqli adlarını bilmədikləri əcaib meyvələri görəndə mat-məətəl qalırdılar.
Atam hospitalla birlikdə İranın cürbəcür şəhərlərində olub: Ərdəbildə, Təbrizdə, Rəşddə və Tehranda. Tehranda İran zabitlərinin hospitalında yerləşəndə görmüşdü ki, oranın bütün döşək ağları ipəkdən idi.
Atam şəhər restoranlarında yemək yeyirdi. Sovet zabiti olduğuna görə iranlılar ondan pul almağa cürət etmirdilər. Atam bu iki il ərzində hər gün dükanlara gedib bazarlıq edirdi, pul verməyib böyük miqdarda ərzağı alıb hospitala aparırdı, öz tabeçiliyində olan adamlarla birlikdə kef məclisləri qururdu. Onun bir rus köməkçisi də bu məclislərə qoşulurdu. Atama xəbər verirdilər ki, bu rus bizimlə birlikdə yeyib-içəndən sonra xəlvətə çəkilib atama qarşı “donos” yazırdı, xəbərçilik edirdi. Lakin atam buna e’tinazsızlıqla yanaşırdı. Atamın şoferi tez-tez deyirdi ki, yoldaş komandir, mənə icazə verin onu küçədə tutub, öldürüm. Müharibədir, haradan biləcəklər ki, kim öldürüb. Atam buna razı olmurdu, deyirdi, eybi yox, qoy nə qədər istəyir yazsın.
Tehranda olanda sovet səfirliyində də olurdu, şəhər valisi ilə də tanış olmuşdu. Bir dəfə şəhər valisi onu yanına çağırdı. Dedi, dünən valilikdə qonaqlıq vermişdim, xarici səfirləri də qonaq çağırmışdım. Sovet səfirinin arvadı bizim binanın piləkənində yıxılıb ayağını sındırmışdı. Qorxuram buna görə sizin rus səfiriniz məni cəzalandırsın. Sizdən çox xahiş edirəm ki, səfəratxanaya gedib bu bədbəxt hadisəyə görə mənim adımdan səfirdən üzr istəyəsiniz.
Atam şəhər valisinə ürək-dirək verdi. Dedi, qorxmayın, mən gedib bu məsələni həll edərəm. O, rus səfirin yanına gedib, onunla bu məsələ barəsində danışdı. Səfir onu inandırdı ki, bu qəzada şəhər valisinin heç bir qünahı yoxdur. Gedin onu rahat edin.
Səfir atama səfirlikdə iş vermək istəyirdi. O, atama dedi, siz iranlılarla yaxşı dil tapa bilirsiniz. Onlar sizə e’tibar edirlər. Səfirlikdə qonaqlıq düzəltmək işini sizə tapşıracağam. Səfirlikdə keçirilən belə məclislər çox ciddi, vacib bir işdir. Biz orada cürbəcür səfirlərlə, iranın nazirləri və sərdarları ilə görüşüb tanış oluruq. Sizin isə belə məclislər qurmağa yaxşı bacarığınız var.
Ancaq atam bu təklifi rədd etdi. Axı, onun Bakıda daha böyük vəzifələri olub.
Atam Tehranda bir dəfə dəlləyə üzünü qırxdırmağa getmişdi. İranlı dəllək sovet zabitinin üzünü qırxdığı üçün bərk qorxmuşdu, əlləri əsirdi. Atam isə onun bu vəziyyətini görüb, dəlləyin onun boğazını kəsəcəyindən qorxurdu.
Bir başqa gün dəlləkdə saçını vurduranda, onun küçədə durmuş hərbi maşınına bir iranlının maşını dəyib, onu balaca əzmişdi. İranlı, maşının sovet zabitinə məxsus olduğunu biləndə dəhşətə gəlmişdi, elə düşünürdü ki, buna görə onu güllələyəcəklər. Atamın ayağına düşüb, “Ağa, məni əfv edin, bu qəsdən olmayıb”, deyərək, yalvarırdı. Sonra dedi, sizin maşınızı öz hesabıma tə’mir etdirəcəyəm. Tə’mir olunana qədər mənim maşınımdan istifadə edin. İranlının maşını Amerikanın “Şevrole”si idi. Atam şoferi ilə bir həftə bu gözəl maşında gəzdi.
Atam o iki il ərzində farsca bir kəlmə belə öyrənə bilməmişdi. Fəqət bir dəfə dedi ki, kibrit satan iranlı uşaqlar küçədə bu cür qışqırırdılar “Kibriti bixətər, səxti şurəvi”. Yə’ni ki, “xətərsiz kibrit, sovet istehsalı”.
Tehranda karxana sahibi varlı bir iranlı qadını atama vurulmuşdu. Ona dedi ki, gəlin siz Bakıya qayıtmayın, İranda, burada mənim yanımda yaşayın. Nikah edək, ər-arvad olaq.
Atam razı olmadı.
Sovet ordu hissələri Tehrandan çəkiləndə küçədə duran iranlılar ədəbsiz hərəkətlər edirdilər. Arxalarını çevirərək və dombalaraq, paltolarının ətəklərini qatlayıb əllərini ilə ombalarına vururdular, belə etməklə sovet əskərlərinə acıq verirdilər. Yə’ni ki, “A rus, ala, ye bunu, tutdun İranı!”.
Fəqət Təbrizdə rəftar başqa cür idi. Görünür təbrizlilər təşviş içində idilər. Çünki, ruslar orada kommunist bir hökümət qurmuşdular. Təbrizlilər başa düşürdülər ki, rusun ordusu çəkiləndən sonra bu kukla hökuməti hökmən dağılacaq, İranın qoşunu şəhərə girəndə bu ayrılma tərəfdarları cəzalandırılacaq, dar ağaclarından asdırılacaqlar.
Vətənə qayıdanda NKVD atamı tutub Tiflis həbsxanasına atmışdı. O, “xalq düşmanı” kimi ittiham olunmuşdü. Odurdu ki, atam cənnətdən, cəhənnəmə düşdü.
Tiflis həbsxanasının bir kabinetində gürcü müstəntiq atamın qarşısına masanın üzərinə üst-üstə yeddi-yəkkiz qalın qovluqlar qoyur. Onların içindəki kağızların hamısı hospitaldakı rusun yazdığı “donos”lar idi. O, cürbəcür əməllərinə görə ittiham olunurdu. Məsələn, bir ittiham o olub ki, müharibə zamanı atam tez-tez Türkiyə radiosuna qulaq asırdı. Başqa ittiham o idi ki, atam hospitalda yığıncaq toplayıb bir-neçə qadın işçinin hamilə olma halını müzakirə etmişdi. O, bu iş üçün bu qadınları tənqid edəndə demişdi ki, siz nə üçün bu işə belə yüngülcəsinə yanaşırsınız. Kim bilir bəlkə bu müharibə heç iki il deyil, dörd il çəkdi. Onda nə edəcəksiniz?
Bu işin pisliyi onda idi ki, Stalin sovet xalqına və’d etmışdi ki, müharibə uzağı iki il çəkəcək. Halbuki atamın sözündən elə çıxır ki, o, rəhbərin bu sözünə şübhə ilə yanaşıb.
Başka bir “donos”da atamın İranın hospitalarında kef məclisləri qurduğundan danışılırdı. Ondan başqa atam həm də ittiham olunurdu ki, onun tabeçiliyində olan əsgərlər Tehranın dükanlardan xalçalar oğurlamışdılar.
Bir dəfə həbsxanaya Moskvadan bir rus qeneralı gəlir, bir kabinetdə atamla təkbətək danışır. General dedi ki, mən Tiflisə məhz sənin məsələyə oxşar işlər üçün gəlmişəm. Bu cür sün’i bir şəkildə qaldırılmış işləri tədqiq edib, ifşa etmək üçün. Lakin atam təsdiq etdi ki, bu iş əsla yalançı ittihamlar üstündə qurulmayıb, özünün qünahkar olduğunu e’tiraf etdi. Atamın bu e’tirafı qeneralı hirsləndirdi və o, söyüş söyməyə başladı. Dedi ki, mən sənə kömək etmək, səni buradan buraxdırmaq istədiyim halda gör sən nə etdin.
Atam mənə danışdı ki, o, bir başqa məhbusun sözü ilə bu cür hərəkət edirdi. O, atama məsləhət etmişdi ki, xalça məsələsini e’tiraf etsən iki il, etməsən daha ağır ittihamlarla on ilə məhkum olunarsan. Stalin vaxtı “xalq düşmanı” kimi ittiham olanlar, adətən, on il iş alırdılar. O, məhbus dedi ki, bu həbsxanaya düşəndən sonra artıq məhkumluk həyatını sürməmiş buradan çıxa bilməzsən.
Atam qalan yerdə yüzə qədər məhbus yerləşdirilmişdi. Barmaqlıqlı pəncərələri şüşələnməmişdi, qara-yağışa açıq idi.
Məhbus həyatının birinci günündə atam özü ilə buxara verilmış kolbasaları gətirmişdi və onları o barmaqlıqlardan asmışdı. Məhbusların havaya çıxmaq saatı gələndə atam hamı ilə birlikdə çölə çıxmışdı. Bir məhbus onlara qoşulmadı və kolbasanın hamısını yemişdi.
Atam hirslənərək onu möhkəm döydü. Sonradan dustaqlar atama dedilər ki, döydüyün o adam Tiflisin tanınmış bir oğrusudur. Bəxtin gətirib ki, həbsxana həyatı onu zəif salıb, elə olmasaydı sən onu döyə bilməzdin.
Həbsxanada bir Türkiyəli məhbus da var idi. O, Almaniyanın xeyrinə cəsusluq etdiyi üçün tutulmuşdu. O, atama Almaniyanın hərbi gücündən, ordusunun texniki təchizindən danışıraq, bu muharibədə almanların ruslara qalib gələcəyinə tə’minat verirdi. Ondan başqa o, sovet həbsxanasındakı vəziyyətdən şikayət edərək, Türkiyə həbsxanalarını tə’rifləyidi. Deyirdi ki, bizim həbsxanalarda sizdə olan kimi dustaq paltarı yoxdur. Orada adam istəsə kostyum, qalstuk geyinib oturar. Dustaqlar istəyəndə özləri üçün şəhər restoranından xörək sifariş edib, gətizdirə bilirlər. O, həmdə, özünün Bursalı olduğundan danışdı. Bu şəhəri çox təriflədi.
Başqa bir hücrədə ölümə məhkum olunmuşlar saxlanılırdı. Oradan dəhşətli səslər gəlir, nalələr səslənirdi. Oradakılar ölüm qorxusundan səhərə qədər bar-bar bağırırdılar. Cavan oğlanların saçları bir qecəyə ağappaq olurdu.
Həbsxanada atamı narahat edən şey həm də dustaqların bir-birini ağır söyüşlə söymələri idi.
İki il keçdi. Buraxılanda atam həbsxanada saxlanılan ona məxsus iki min manat pulu alır. Qatarda gedəndə o pulu onun dal cibindən çəkirlər. Atam o pulun oğurlanmasından çox pərişan olmuşdu. Onunla birlikdə həbsxanadan buraxılan bir bakılı zərgar isə ona ürək dirək verərək dedi, özünü darıxdırma, işləyib, o pulu yenə qazanarsan. Zərgar atamın sakitləşmədiyini görəndə cibindən beş min pul çıxardıb, iki minini atama hədiyə edir. Dedi, götür bu pulu, ancaq qanımızı qaraltma. Axı, biz bu gün azad olmuşuq. Atam pulu götürüb cibinə qoyur, sakitləşir.
Atamın o vaxtlarda çəkdirdiyi şəkli var, sifətdən çox arıqlamışdı. Həbsxanada aclıqdan o qədər zəifləmişdi ki, yerindən qalxmağa belə gücü olmurdu. Əvvəlcə başını yerə əyirdi və ancaq qan başına axandan sonra ayaq üstünə qalxa bilirdi. Buraxılandan sonra həkimə gedib arayış almaq istəyirdi ki, məhbəs işçiləri onu dəfələrlə döymüşdülər. Lakin həkim arayış vermədi, dedi ki, mən sizdə heç bir zədə yeri görmürəm. Görünür ki, orada sizi iz buraxılmasın deyə qarnınızdan vurub, döyürdülər.
Partiyadan çıxardıldığına görə o, çox çətinliklər çəkdi. Özünə layiqli bir iş tapa bilmirdi. Hər-harada işləyirdisə onu orada çox incidirdilər, zülm edirdilər. O vaxtı o cür adamlara çox pis baxırdılar.
Birinci arvadı uşaq doğa bilmədiyinə görə ondan boşandı və mənim anamı aldı. Üç otaqlıq mənzil isə o arvada qaldı. Hər şeyə rəğmən onun hələ bir neçə nüfuzlu dostları qalmışdı. O, Mərkəzi Komitədən bir kağız almışdı. Orada ev bölüşdürmə idarəsinin müdürünə göstəriş verilmişdi ki, bu adam şəhərin mərkəzində yaxşı iki otaqlı mənzillə tə’min olunsun. Kağızı oxuyandan sonra müdür atama acıqla dedi, sənə yalnız bir otaqlı mənzil verə bilərəm. Atam e’tiraz etdi ki, kağızda iki otaqlı ev yazılıb. Onda, mə’mur qışqırdı, bəs sən nə istəyirdin, üç gündən bir arvad alıb boşayacaqsan və hökumət də hər dəfə səni mənzillə tə’min edəcək? Mən sənə iki otaqlı mənzil verməyəcəyəm, get kimə istəyirsən şikayət elə!
Atam naçar qalıb bir otağa razı oldu. Bu yəhudi müdir o idarədə otuz ildən artıq işlədi. Onun apardığı mənzil bölüşdürmə siyasətinə görə mərkəzdə yerləşən evlərdə, şəhərin ən abad yerində, yalnız ermənilər və yəhudilər yaşaya bilərdilər.
Stalin öləndən sonra ölkədə siyasi ab-hava dəyişməyə başladı. Ona gərə 1956-da atam partiya üzvlüyünü bərpa etmək üçün Moskvaya getdi. Məni də yanında götürmüşdü. Mənim onda beş yaşım var idi. Görünür atamın uşağını yanınca götürməsində niyyəti paytaxt mə’murlarının ürəyini yumşaltmaq və sonra müsbət bir cavab almaq idi.
Məni, Kremlin yaxınınlığında yerləşən Mərkəzi Komitə binasının birinci mərtəbəsində qoyub, yuxarı çıxdı. Brejnevin kabinetində onunla yarım saat ərzində söhbət etdi. Brejnev o vaxt hələ dövlətin birinci adamı olmasa da, amma partiyanın mə’sul bir işçisi idi. Atam Brejnevə onun ailəli olduğunu, Moskvaya oğlu ilə birlikdə gəldiyini bildirdi. Sonra həbsxanada onun başına gəldiyi işlərdən, həbsxanadakı pis vəziyyətdən danışdı. Atam bunu danışdıqca Brejnev gülüb-dururdu. Sonralarda atam həmişə deyirdi ki, Brejnevin gülməsinin səbəbini başa düşmədim. Halbuki, Brejnev gülməyib, nə etməli idi? Axı elə çıxırdı ki, atam hökumətdən hökumətə şikayət edirdi.
Moskvada mehmanxanada qalırdıq, restoranlarda yemək yeyirdik. Bir dəfə restoranda bir rus qeneralı ilə bir stol arxasında oturmuşduğ. General atamı tənbeh edib dedi, sən oturub tıxırsan, uşağın isə durub sənə baxır. Atam dedi ki, bu az yeyən uşaqdır. Qeneral onun sözünə inanmadı. Cürbəcür dadlı təamlar, şirniyyat sifariş etdirib, mənim qabağıma düzdürdü. Mən, atamı pərt etməmək üçün o iştah doğuran yeməklərin heç birini yemədim.
Başqa gün Qızıl Meydanda balaca uşaqların əllərində apardıqları gəşəng hədiyyə qutularını gördüm. Atamdan o qutulardan birini mənə də almasını istədim. Öyrəndik ki, o yeni il hədiyyə qutuları Kremldə uşaqlar üçün təşkil olunmuş şənliklərdə paylanılırdı. O şənliklərə ancaq də’vətnaməsi olan uşaqlar buraxılırdı. Də’vətnaməni əldə etmək üçün respublikanın nümayəndəliyinə getdik. Fəqət onlar artıq qurtarmışdı, amma orada mənə o hədiyə qutularından birini verdilər. İçində mandarinlər və cürbəcür şirniyyat var idi.
Biz, nə iş üçünsə Kremlə də getmışdik. Orada olanda mənim qarnım ağrımağa başladı. Atam Kremlin bir əsgərindən soruşdu ki, uşağın qarnı ağrıdı, buralarda yaxında tualet varmı? Cavab verdi ki, xeyr, yoxdur. Sonra bir az fikirləşıb dedi, uşağı o tikinti qedən yerə apar. Mən o taxta hasarın arxasında bayıra getdim. Atam da ətrafına baxandan sonra, işədi.
Bakıya gələndən sonra atam hamıya danışırdı ki, Azər həttə Kremlin içində bayıra gedib. Amma mən deyəndən sonra ki, sən də orada işəmişdin atam daha bu məsələ barəsində danışmağı buraxdı.
Nahəyət cavab gəldi ki, atamın partiya üzvlüyü bərpa edildi. Həyatının bu dövrü onu o dərəcədə yormuşdu ki, təzədən partiyalı olandan sonra dərhal təqaüdə çıxdı. 120 manat fərdi təqəüdçü pulu alırdı. O vaxt bu çox böyük bir pul sayılırdı. Bundan belə çıxır ki, bizim ailə özünün yaxşı maddi vəziyyətinə görə Brejnevin mərhəmətinə, atamın müraciətinə müsbət cavab verməsinə borcludur.
Təqaüdə çıxandan sonra atam ara-sıra Qaqranın, Kislovodskinin istirahət evlərində dincəlirdi. “Kazbek” papiroslarını çəkirdi. Bizim evdə tə’mir işlərini aparan rus usta, atama dedi ki, görünür sizin pulunuz çoxdur. Bu bahalı papirosu yalnız sovetin böyük, vəzifəli adamları çəkirlər.
İçəri şəhərdə, Qoşa qala qapsı tərəfdə bir bərbərxana vardı. Orada Qurgen adında bir erməni usta işləyirdi. Atam üzünü həmişə ona qırxdırırdı.
Bir gün Nizami kinoteatrın qabağında gəzişəndə yanımızdan bir kişi keçdi. Atam mənə onu göstərib dedi ki, bu kişi şair Əlağa Vahiddir. Hər haçan ona rastlaşırsan, görürsən ki, keflidir.
Bakıda Hökumət Evinin binasında Qafqazın köhnə kommunistlərinın yığıncağını təşkil etmişdilər. Atam da ora getmişdi. Orada Tiflisdə birlikdə oxuduğu universitet yoldaşlarını görür. Evə çox pərişan olmuş bir halda qayıtmışdı. Orada rast gəldiyi bu yoldaşlarının hamısının hələ də yüksək vəzifələr tutduqlarını, işlədiklərini öyrənəndə onun qanı bərk qaralmışdı.
Birlikdə Nügədi kəndinə getmişdik, O, çay qırağındakı köhnə qəbristanlığda atasının qəbrini axtardı. Ancaq tapa bilmədi və bundan çox pərişan oldu.
O, vaxtı ilə yüksək dövlət vəzifələri tutduğu üçün kənddə hamı ona çox hörmətlə yanaşırdı. O, hər dəfə kəndə gələndə bütün kənd onu qarşılamağa çıxırdı. Görünür ki, o kənddən hələ heç kəs o səviyyəyə qalxmamışdı, bu cür böyük vəzifə almamışdı. Buna oxşar rəftar hətta o, təqaüdə çıxandan sonra da davam edirdi.
Atamın kənddəki evində ailəsi ilə birlikdə qardaşı oğlu yaşayırdı. Bir dəfə kolxoz sədri atama bir sənəd göstərdi və dedi ki, bu adam kağız düzəltdirərək bu evin ona məxsus olduğunu sübut etməyə çalışıb. Bu kağızı cırın və evinizə yiyə durun. Atam razı olmadı, qoy yaşasın, eybi yoxdur, dedi.
Onda, sədr atama dedi ki, sizə kənddə bir sahə yer ayıracağam, tikinti üçün hər nə lazımdır, daş, ağac, fəhlə verib ev tikdirəcəyəm. Gəlin kənddə o evdə yaşayın. Atam Bakıda mənə dedi, istədiyin bir ev şəkli çək ki, fəhlələr ona əsasən bir ev tiksinlər. Mən kağızda cızma-qara etdim. Nədənsə evin pəncərələrinin yumru olmasını istəyirdim. Ancaq sonradan bu fikirdən daşındıq, çünki kənd evinə baxmaq çətindir, kənd evi çox zəhmət tələb edir.
Bizim əksər əhalinin xasiyyətində biclik var. Bunlardan fərqli olaraq atamın bicliyi yox idi. Təmiz adam olub. Hesabda da, doğru-dürüst. Kinli, paxıl, hiyləgər adam olmayıb. Şəhrətpərəst, pul hərisi, tamahkar olmayıb. Özgəsinin də malına gözünü tikmirdi.
Atamın şəxsi kitabxanasında: Leninin əsərləri, qırx cild, Karl Marksın “Kapital”ı və Tolstoyun “Hərb və sülh” tərcümə kitabının birinci cildi var idi. Soruşdum ki, bəs nə üçün ikinci cildi yoxdur? Dedi, bu əsərdə çoxlu sayda rus adları məni çaş-baş etmişdi, axıracan oxuya bilmədim və ikinci cildi sifariş etmədim. Sonralarda Leninin kitablarını ikinci əl kitab dükanına aparmaq istədim. Oranın yəhudi müdirü dedi ki, onlar bizdə var. Neçə ildir mağazada qalıb, alan yoxdur. Onda mən onları aparıb zibil qutusuna atdım.
Atam həmişə mənə deyirdi ki, dərsliklərini oxu, başqa kitab oxuma. Mən də bu cür etmişəm və həyatda hər şeyə nail olmuşam, vəzifələrim olub. Ancaq əlbətdə ki, onun bu nəsihəti düzgün deyil. O, bunu öz həyat təcrübəsinə əsasən deyib.
Atam hər gün hava almağa dəniz sahilinə gedirdi, orada başqa təqaüdçülərlə otururdu. O, dəniz sahilindən evə qayıdanda hər dəfə bir-neçə maraqlı və məzəli lətifə danışırdı. Hamısı Məzair adında bir adamdan eşitdiyi hekayələr idi. Onlar müasir deyil, keçmiş əyyama aid hikmətli lətifələr, təmsillər idi. Məzair inqilabdan qabaq qimnaziyada oxuyubmuş. O, həm də şəhərdə böyümüş adam olduğundan atamdan qat-qat bilikli, daha məlumatlı bir adam idi. Axı atam kənd yerində böyümüş, ilqilabdan əvvəlki dövrün yalnız 10-12 ilini görmüşdü. Onun müsəlman mədəniyyəti, tarixi və dini haqqında çox az məlumatı var idi. Mən bir dəfə atama dedim ki, məni o kişinin yanına apar. Onun söhbətlərinə qulaq asmaq istəyirəm. Atam dedi Məzairə bir “Qızıl açar” mampasısını versən sənin üçün səhərdən axşama qədər cürbəcür lətifələr danışar.
Atam öləndən sonra Məzairi bir dəfə küçədə görmüşdüm. O, çox qocalmış və arıqlamışdı. İstədim ona salam verim və sonra bir kilo mampası alıb, danışdırım. Ancaq nədənsə etmədim.
Atam, bir dəfə mənə demişdi ki, komunistlər ömürləri boyu dinsiz olurlar, amma ölüm qapısında birdən dindar olurlar.
Atam qocalanda haldan düşdü, bir müddət xəstə oldu. Mən indi çox heyfslənirəm ki, ona qarşı olan övaldlıq borcumu yetərincə ödəyə bilmədim, xəstə olanda ona yaxşı qulluq edə bilmədim. Halbuki bu həyatda mənim ondan daha yaxın adamım olmayıb.
Atam, mən şəhərdə olmayanda 1972-ci ilin avqustun 10-da Bakıda vəfat etdi. O, Çəmbərəkənd qəbirsanlığında dəfn olundu. Lakin, məndən asılı olmayan bə’zi səbəblərə görə onun qəbrinin yerini bilmirəm.
ALMANİYA
Alman zəhmətkeş olur. Bu səbəbdən Almaniya abad və rifahlı bir yerdir. Almanlar zəhmətkeş olduğları üçün ölkələrində tox və firavan həyat sürürlər. Bu tayfa qayda-qanun sevib, cəmiyyətdə qəbul olunmuş bütün qaydalara riayyət edir. Bütün alman cəmiyyəti vəhdət şəkildə saat kimi işləyir. Çox dəqiq adamdırlar.
Almaniyada və İngiltərə kimi yerlərdə yaşayanda anladım ki, bu ölkələr güclü iqtisadiyyata qənaətkarlıq hesabına nail olunmuşlar. Oraların iqtisadiyyatı, hər şeyi qənaət üzərində qurulub. Anladım ki, qənaət olmayan yerdə, iqtisadiyyat olmaz. Başqa sözlə desək, qənaət üzərində qurulan iqtisadiyyat uğurlu olur. Düzgün ailə büdcəsi də qənaət üzərində qurulmalıdır. Atasından çox böyük bir miras qalmış olsa da, əgər oğul, qanaət etməsə, qısa bir zamandan sonra o var-dövlətdən heçnə qalmaz. Başqa sözlə -- iqtisadiyyat hesab üzərində qurulub. Hesab bilməyən adam varlana bilməz. Hər qəpiyi qüdən, bunu bacaran adam axırda mütləq varlanır.
Almaniyada yay isti keçir. Böyük mehmanxanalar və böyük şirkət idarələri hesaba alınmasa, orada heç bir evdə kondisioner yoxdur; mən görmədim. Bir almandan bunun səbəbini soruşanda cavab verdi ki, sən nə danışırsan, gərək millionçu olasan ki, kondisionerin aylıq elektrik pulunu ödəyə biləsən. Bakıya gələndən sonra bunu bizim vətəndaşlara danışdımsa da, heç kəs inanmadı. Dedilər yalan deyirsən, bu ola bilməz. Bu necə ola bilər ki, Almaniya dünyanın ən dövlətli ölkələrindən biri olduğu halda oranın adamları isti havada kondisioner alıb işlədə bilmirlər?!
Almanyanın kənd yollarında toz olmur. Orada olanda, bir gün küçədə asfaltı qırıb, yer qazan balaca boyda bir maşın gördüm. O, qazıntı işindən toz əmələ gəldi. Ağlıma gəldi ki, ilk dəfədir ki, Almaniyada toz görürəm. Mehmanxanama çatanda orada yaşayan ruslara dedim ki, fikir vermisiniz mi ki, Almayiyada heç toz olmur? Onlar da bunu təsdiq etdilər.
Bizdə kənd yerlərində bir maşın keçdimi, toz havaya qalxır. Alman yollarında isə toz görsənmir. Bunun səbəbini anlamaq istədim.
Məncə bunun səbəbi ondadır ki, başqa ölkələrdən fərqli olaraq, Almaniyada istifadə olunmamış, bir şey əkilməmiş torpaq tapmaq mümkün deyil. Bütün torpaq sahələri istifadə edilir, gəlir əldə olunur. Şəhər kənarı maşın yollarının hər iki tərəfində yerləşən əkin sahələrinin bir santimetrini belə boş qoymurlar. Hər hansı bir tarlanın və asfalt yolun arasında bir barmaq enində belə boş yer qoyulmur. Taxılbiçən maşının bugdanı və ya arpanı biçməsinə baxanda, onun arasıkəsilməz maşın axını gedən yola yaxınlaşdığını görəndə adama elə gəlir ki, bunlar axırda toqquşacaqlar. Ancaq ehtiyatlı sürücü həm buna yol vermir, həm də axırıncı buğda qıçasını biçməyincə geriyə gedmir.
Alman ailələr özləri kənd təsərrüfatı ilə məşğul olmayanda da torpaq sahələrinin daima istifadə olunmasına çalışırlar, yaşadıqları ev yanı sahələrini kiməsə icarəyə verirlər. Bu sahələrdə də bir barmaq enində yer belə boş, əkilməmiş şəkildə qalmır. Oranın biçilmə işinə də duraraq təəcüblə baxırdım ki, görüm taxılbiçən maşın buğdanı, arpanı biçə-biçə gedəndə evə toxunacaq ya yox. Məharətli sürücü burada da həm evə toxunmur, həm də ki biçilməmiş bir şey qoymur. Elə bu səbəbə Almaniyada toz olmur, yə’ni ki bütün torpaq əkinti ilə bərkidilib.
Kənar yerdə yerləşən mehmanxanada yaşayanda, binanın yaxınındakı tarlaya zərərvericilərə qarşı istifadə olunun kimyavi dərmanlar səpiləndə evdən qaçırdım, axşama qədər şəhərdə, küçələrdə fırlanırdım. Çünki o dərmanın boğucu qoxusuna durmaq olmurdu.
Yollardakı arası kəsilməyən maşın axınından əmələ gələn qazlar, zəhərlər isə ətrafdakı buğda tarlalarındakı bitkilərin üstünə enirdi.
Almanlar bir ailəlik, bir-iki mərtəbəli şəxsi evlərdə yaşamağa üstünlük verirlər. Bu mülklər də şəhər ətrafında, yaşıllıqlar arasında yerləşir.
Almanyada təəcüb doğuran çox şey gördüm. Məsəl üçün alman avtobuslarının necə işləməsi kimi şeylər. Alman avtobus sürücüləri bizim sürücülərin etdiklərinin tam tərsini edirlər. Onların avtobusları çox dəqiq bir şəkildə, saat kimi işləyirlər.
Bakının sərnişinləri, adətən, dayanacaqlarda intizarlarla yola baxıb, uzaqda avtobusun görünüb-görsənməsini bilmək istəyirlər. Şürücü sərnişin mindirmək üçün avtubusu harada gəlsə saxlayır. Almanyada isə avtobus hərəkət cədvəlinə görə işləyir. Dayanacaqda asılan cədvələ baxıb öyrənirsən ki, avtobus, məsəl üçün, səhər saat doqquz, on iki dəqiqədə bu dayayanacağa çatacaq. Elə belə də olur, dəqiqəbadəqiqə gəlır. Adam bu cədvələ, almanların hər işi dəqiqlikdə icra etmələrinə, inanır ki, daha yola baxmağa ehtiyac görməyib, elə saata baxır. Məsəl üçün, saat doqquz on iki dəqiqəni göstərəndə təəcüb edirsən ki, bəs avtobus harada qaldı. Və birdən onun kəskin bir şəkildə tormozlayıb, qarşında peyda olmasından diksinib, təəcüb edirsən ki, bu avtobus göydənmi düşdü, axı iki saniyə bundan qabaq yola nəzər atmışdım və avtobusu görməmişdim. Avtobus qapılarının açılıb və örtülməsi saniyələr çəkir. Becid olmasan sürüb, qedəcək. Ona görə yerdə bir zolaq çəkilir ki, o da avtobusun qabaq qapısının yerini göstərir, gərək orada durasan ki, daxil olmağa macal tapasan. Çünkü sürücü o biri dayanacağa vaxtında çatmağa çalışır. Ona görə əgər bu qoca adam, uşaq, hamilə qadın olsa belə, lənq tərpənsə avtobus onu gözləməyəcək. Bizimkilər buna düzgün qiymət verməyib deyəcəklər ki, alman sürücülərin bizimkilərdən fərqli olaraq insafı yoxdur. Mən isə bununla razı deyiləm. Almaniyada, bizdən fərqli olaraq qanun-qayda var və bütün əhali buna riayət etməyə çalışır. Bu səbəbdən almanlar sakit olurlar, həyatları sakit və təlatümsüz keçir. Hər şey düzgün işləyəndə daha əsəbləşmirsən, səni narahat edən şeylər olmur.
Almanlar marş musiqisini, yə’ni ki, hərbi musiqini çox sevirlər, dəlicəsinə. Televiziyada il boyu, hər gün saatlarla bu cür musiqini çalıb dururlar. Bu da heyratamiz bir haldır. Televiziyada hər gün məclislər qurulur, yaşlı və cavan orada oturub, bir-birinin ardınca meydana girən hərbiçilərin, polislərin, dənizçilərin, yanğın söndürənlərin və məktəblilərin dumbulla, şeypurla marş çalmalarına qulaq asa-asa əl çalırlar. Elə bu axırıncı məsələyə də təəcüb edib, fikirləşirsən bəs, dörd-beş saat əl çalmaqdan bunların əli ağrımırmı?
Bir dəfə avtomus dayanacağında uzanıb yatan nimdaş paltar geyinmiş bir alman avarasını gördüm. Çox təəcübləndim. Çünki bu, Almaniya üçün qeyri-adi bir haldır. Almanlar avaraları, işləməyən adamları sevmirlər. Alman olasan, ancaq işləməyəsən?!
Rus tanışlarım mənə şəhərin başqa bir tərəfindəki afrikalı qaçqınların yaşadıqları beş mərtəbəli bir yataqxanadan danışdılar. Dedilər ki, oranın qarşısında daima zənci gəncləri durur. İş qurtarandan sonra isə bir sürü alman qızı özlərinə bir gecəlik məşuq tapmaq üçün ora gəlirdilər. Eləcə, maşının içindən ürəklərinə yatan zənciləri barmaqla, işarə ilə çağırırdılar. Maşınlarına mindirib evlərinə aparırdılar.
Bir nəfər alman kişisini utandırmaq istədim. Dedim, alman qızları zənciləri şox sevirlər. Lakin, o, mənim bunu rişhəndlə söylədiyimi anlamadı və dedi ki, sevəcəklər də, bəs necə, zənci kişisi bir sevgili kimi ağ adamdan daha davamlı və güclü olur.
Bir dəfə əlim belimdə, bələcə dururdum ki, fikrimə bir şey gəldi. Mehmanxanama girib bir belorusdan soruşdum, əli belinə qoyub duran almanı görmüsənmi? O, gülüb təsdiq etdi ki, yox, görməmişəm. Bir dəfə o qonaq evinin sahibi məni əlim belimdə duran görüb hirsli bir şəkildə dedi, buraya əlin belində durmağa mı gəlmisən, nə üçün bizim kimi edib, işləməyirsən? Sən deyəsən böyük adamsan, ağasan?!
Almaniyanın karxanalarında işləyənlər danışırlar ki, alman sahibkarlar onları boş durmağa, siqaret çəkməyə belə qoymurlar. Deyəndə ki, işin hamısını görmüşəm, onda alman ona hansısa bir təzə iş tapır. Məsələn, süpürğəni verib deyir, buraları süpür, mən sənə pulu boş durmaq üçün vermirəm, səkkiz saatın səkkizini də işləməlisən, bur dəqiqə belə boş durma.
Sonralarda, bir dəfə Amsterdam şəhərinin qəhvəxanasında İsrailli bir yəhudi oğlan ilə yanaşı oturmuşdum. Almanlardan söz düşəndə o, gülərək dedi ki, alman dilində “yavaş-yavaş” sözü yoxdur, ancaq “tez-tez” sözü var. Yə’ni ki, o, demək istəyirdi ki, alman sahibkar, bir qayda olaraq, fəhləyə qışqıraraq “şneler-şneler” deməyi xoşlayır. Mən isə dedim, axı alman dilində “lanqsam” (yavaş) sözü də var. O dedi, almanların o sözü işlətməsini eşitmisənmi?! Yox, dedim.
Yəhudi buna əlavə etdi, biz yəhudilər qazanc dalınca qaçırıq ki, pul qazanaq və sonra o pulu xərcləyib kefə baxaq. Fəqət, bu səfeh almanlara heç pul da lazım deyil, eləcə işləməkdən zövq alırlar.
Bir alman polisi ilə söhbət edəndə o, mənə dedi ki, Almaniyada həbs olunmaq müşkül bir işdir. Yə’ni ki, Amerka ilə müqayisədə. Almanyanın polisi hesab edir ki, adamı həbsxanada saxlamaq dövlətə çox baha başa gəlir. Buna görə xırda qanun pozuntusuna görə adamı həbs etməyib, ondan cərimə alırlar. Eşitmişdim ki, bir alman küçədə başqa almana bir şillə vurmuşdu. Vuranı tutmadılar, amma ondan üç min alman markası məbləğində cərimə pulu aldılar. Bir 18 yaşlı kürd oğlan gürurlanaraq, fəhrlə dedi, inanırsanmı ki, alman polis nəfərinə bir şillə vurmuşdum. Soruşdum, bəs nə oldu, həbs olundunmu? Yox, dedi, həbs etmədilər, ancaq atam beş min alman markası cərimə pulu ödədi.
Berlində “Kroytsberq” adlanan böyük bir məhəllə var ki, sakinlərinin tamamı türklərdir. Ora düşəndə özünü İstanbulda olan kimi hiss edirsən.
O məhəllədə bir məscidə girəndə sağ tərəfdə sovetin Qırmızı güşəsininə oxşar bir yer gördüm. Sovetin bu cür güşəsi adətən Leninin, Marksın şəkilləri ilə bəzəndiyi halda, bura Mustafa Kəmalın şəkilləri ilə süslənmişdi. Oranın mollası kürd idi. Soruşdum ki, bu necə işdir? Axı bu şəkillər məscid üçün heç də münasib olmayan şeylərdir. Fikirləşdim ki, din düşmanı olan bu adamın şəkillərini nə səbəbdən burada divara vurublar? Molla mənim nə düşündüyümü anladı və dedi ki, biz burada bu güşəni öz xoşumuzla qurmamışıq, buna məcbur edilmişik. Türkiyə hökuməti bu məscidi dövlət hesabına tikib bizə verib. Ancaq bir şərtlə ki, biz burada dünyavi cümhuriyyətin banisinin şərəfinə bir güşə yaradaq.
Mən o molla ilə yarım saat oturub söhbət etdim. Ondan öyrəndim ki, Almanyanın hansısa bir şəhərində bir sufi təriqəti fəaliyyət göstərir və onun başçısı “Adıyamanlı şeyxin albayıdır”. Hər ehtimala görə onların o şəhərdəki ünvanlarını götürdüm. Sufi təriqətlər cümhuriyyət dövründə gədağan olunduğuna görə onlar failiyyətlərini Almaniya kimi xarıcı ölkələrdə aparırlar.
Məsciddən çox fikirli bir halda çıxdım və ətrafıma baxıb müsəlmanları görəndə özümü doğma şəhərimdə, Bakıda olduğumu zənn etdim. Çaşıb qalmışdım, fikirləşırdim, bəs bura haradır, bəs evimiz hansı tərəfdədir? Bura görünüşünə görə “Basin küçəsinə” oxşayır. Sonra, birdən mənə çatdı ki, yad bir yerdə, Berlindəyəm.
Berlində bir rus səyyahla tanış olmuşdum. O, dedi, Berlinə Amsterdamdan gəldim. Hollandiya bizim sovet adamlarının təsəvvür etdiyinə oxşar bir kapitalist ölkəsidir. Halbuki, Almaniya özünün bir çox xüsusiyyətlərinə görə mənə daha çox sosialist ölkəsini xatırladır.
Almaniyanın çimərliklərində gənclər çox halda tumançağ çimirlər, bu orada qanunidir. İctimayi hovuzlarda da cavan qızlar döşləri açıq şəkildə üzdüklərini görmüşdüm. Saunalar da ümumidir, kişi, arvad, uşaq, hamısı isti otaqlarda tam çılpaq durur. Sonra da ümumi duşlarda yuyunurlar. Yalnız paltar dəyişmə otaqları və ayaqyolları cinsə görə ayrı-ayrıdır. Orada oğlanın, qızlara sataşması halları olmur. Almanlar bu cür lüt olma işini təbii və sağlam bir şey sayırlar.
Almanlar da ingilislər kimi zəncilərdən qorxurlar. Almaniyada qaraların sayı Fransa və İngiltərədəki kimi çox deyil. Almanlar bu gəlmə zəncilərə qarşı yaxşı rəftar göstərib, onları yola verməyə çalışırlar. Çünki, irqçilikdə ittiham olunmaq, “faşist” adlandırılmaq istəmirlər.
Bir dəfə Berlinin metrosunda yol kartımın vaxtı keçdiyinə görə, cərimə olunmaq istəndim (70 marka). Bu xoşumə gəlmədi, vaqondakı almanlara üz tutub bərkdən dedim sizlər, almanlar hamıniz faşistsiniz. Mən burada çox qalmayacağam, imkan tapıb Amerikaya gedəcəyəm. Məni cərimə etmək istəyən adam isə mənim bu sözümə acığı tutmadı, əksinə gülərək, dedi, məgər biz səni zorla tutub saxlamışıq, hara gedirsən, get!
Məni vaqondan düşürtdülər ki, get xəzinədən bilet al, gəl. Bir alman rahibəsi, yaşlı arvad öz puluna mənə bilet alıb verdi. Başqa bir alman pul kisəmdə çoxlu pul olduğunu görəndə məni almanca məzəmmət etməyə başladı. Dedi ki, səndə bu qədər çox pul var ikən, kasıb bir rahibədən pul almağa heç utanmadınmı?
Almanlar özlərini dünyanın bir nömrəli milləti hesab edib, hamıdan üstün tuturlar – ingilislərdən, fransızlardan, ruslardan və amerikalardan, ümumiyyətlə hamıdan.
Bir dəfə bir iş üçün Amerika əsgərlərinin qaldıqları hərbi düşərgəyə getmişdim. Bir amerikalı əsgərdən yol soruşdum. O isə cavab vermədən keçib, getdi. Bir az gedəndən sonra, döndü, mənə baxıb soruşdu, axı, deyəsən, sən alman deyilsən? Deyiləm, dedim. O, əli ilə axtardığım yeri mənə göstərdi və sonra dedi ki, bizim, Amerika əsgərlərinin almanlardan xoşumuz gəlmir, çünki onlar bizi sevmirlər. Bir şey soruşsan lal-dinməz olurlar, cavab vermirlər, bizə yalniz işləri düşəndə yanaşırlar.
Bir yerdə idmanla məşğul olurdum, ağırlıq qaldırırdım. Orada bir sarıbaş alman oğlan da var idi. O, mənimlə həvəslə ingilicə danışırdı. Dedi ki, yayda dayımın yanına Amerikaya gedəcəyəm, ona görə ingiliscəni məşq etmək üçün mənə sənin kimi birisi lazımdır. Orada beş ay onunla görüşdüm və səhbət etdim. Axırda onun adını soruşanda o donub qaldı. Sonra, dedi, adımı neyləyirsən, axı? Və əlavə etdi ki, mənim səninlə dostluq etmək fikrim yoxdur, mənim səninlə danışmağım, məhz ingilicəmi məşq etmək üçündür. Yə’ni ki, axı sən alman deyilsən, buna görə bizim nə dostluğumuz ola bilər?
Ondan başqa hər-hansı bir alman qeyri bir almanla durub-otursa, dostluq etsə almanlar ona pis baxacaqlar, məzəmmət edəcəklər. Yə’ni ki, onlar üçün alman olmayan adam, adam deyil.
Almaniyada olanda özümü çox rahat və sakit hiss edirdim. Ömrümdə bu cür sakit həyat keçirməmişdim. Çünki almanlar xasiyyətlərinə görə sağlam, sakit və təmkinlidirlər. Orada həyat da o cürdür ki, səni əsəbləşdirən bir şey yoxdur. Bircə sovet adamlarını görəndə qanım qaralırdı, çünki bizimkilərin arasında mehribançılıq yoxdur, bir-birilərinə qarşı itlə pişik kimidirlər.
Küçələrdə gəzəndə, almanların arasında özümü şəffaf bir şey kimi hiss edirdim. Səbəbi onda idi ki, qeyri-alman birisi olduğumdan, almanlar üçün mən bir heçnə idim. Avtobusda olanda da qabağımda oturanlar elə bil ki, mən yoxam kimi məni görmürdülər. Başqa sözlə Almaniya yaxşı bir yerdir, ancaq almanlar üçün. Türklər min il orada yaşasalar da almanlar onları yad ünsürlər sayacaqlar, heyvanın bir növü hesab edəcəklər.
Bir alman dedi ki, biz, almanlar Avropanın kübarlarıyıq. Həqiqətdə isə alman xalqında kübarlıqdan heç bir əsər-əlamət yoxdur. Onlar mənə daha çox kəndçiləri, kənd sakinlərini xatırladırlar. Əslinə baxanda o alman demək istəyirdi ki, biz, almanlar avropanın ən varlı xalqıyıq. Bir ingilis cavanı Londonda mənə dedi ki, Almaniyaya getmişdim. Anladım ki, biz ingilislər şəhərli, almanlar isə kəndçi xasiyyətli adamlardır.
Almanlar zəhmətkeş olur, zəhmətkeş olmayanları isə sevmirlər. Ona görə alman kişisi ömrü boyu çalışır-çarpışır, qənaətlə yaşayır, təki maddi vəziyəti lazımlı səviyyəyə çatsın. Əgər qırx yaşına çatan alman kişisinin “Mersedes” maşını yoxdursa, onda o, həmvətənlilərin gözündə hörmətdən düşəcək. Onu, tənbəl, işləməklə arası olmayan birisi olduğunu sanacaqlar.
Bir dəfə bir ayaqqabı dükanına getmişdim. Dükana çatanda orada bir “Mersedes”in durduğunu və ondan bir almanın çıxdığını gördüm. Onun geydiyi ayaqqabıya baxdım. Və təəcüb etdim, “Mersedes” sürən bir kişinin ayağında Almaniyada satılan ən ucuz, bizdə “çarıq” adlanan, 30 marka dəyərində olan, mokasin bir çəkmə var idi. Halbuki, maşını olmayan bir adam, yə’ni ki, mən ayağıma yüz əlli marka qiymətində, şıq bir italiya çəkməsi gəymişdim.
Mən qırx gün ərzində bir mətbəədə şagird qismində, müvəqqəti bir fəhlə kimi işlədim. Axırda yaxşı pul qazandım, 2500 marka maaş verdilər. Halbuki mən işləmədim, əksinə o müəsisəyə böyük bir maddi ziyan vurdum. Birini düzəldəndə, ikisini sındırırdım. Mənim işləməyim, Çarli Çaplinin bir filmdə, karxanada işləməsinə oxşayırdı. Nədənsə almanlar, oranın müdüriyyəti və usta başları məni qovmadılar və özüm üçün bir qədər pul qazanmağıma mane’ olmadılar. Nə üçün mənə qarşı bu qədər dözümlülük, mərhəmət nümayış etdilər, yumşaq davrandılar, anlamadım. Mən onların yerində olsaydım, mənim kimi pis işləyən, fərsiz bir fəhlənin işləməsinə bir gün belə dözməzdim. Görünür ki, o almanların nədənsə məndən xoşları gəldi.
Orada təkcə bir türk kişisi, fəhləsi məni bəyənmədi, alman ustaya yaltaqlanmaqdan ötrü şikayət etdi, dedi ki, bu cür pis işçini nəyə görə işdən qovmursunuz. Alman isə türkə acıqlandı ki, get öz işinlə məşğul ol, mənə ağıl vermə!
Mətbəədə iki türk qızı işləyirdi. Özlərini pis aparırdılar. Alman usta başısına yaltaqlanırdılar ki, onları işdən çıxartmasın. Onların yaltaq hərəkətlərindən alman işci qızlar narahat olurdular. Türk qızının, arvad xeylağının bir kişi qarşısında özünü bu şəkildə alçaltması işi onları mə’yus, pərt edirdi. Axı onlar özləri bunu etmirdilər və belə hesab edirdilər ki, usta bizə işimizə görə qiymət verməlidir, başqa bir şeyə görə deyil. Türk qızları isə bu hərəkətləri ilə alman oğlana işarə vururdular ki, biz sənin qulunuzuq, sənin hər əmrinə təbe’ olmağa hazırıq.
İş qurtarandan sonra isə görürdüm ki, bu ustabaşısı qızlardan birisini, ən yaraşıqlısını maşınına mindirib özü ilə aparırdı.
O iş yerini tərk edəndən sonra, bir dəfə bu qıza anası ilə birlikdə küçədə gəzəndə rastlaşmışdım. Qız mənə qöz-qaşı ilə işarə etdi ki, məbada, mənə yanaşıb salam verəsən, nə də ki, danışdırasan. Halbuki, mən onu heç iş yerində də danışdırmamışdım. Yəqin ki, o, qorxurdu ki, mən anasına onun işləri barəsində danışaram. Anlaşılır ki, atası qıza deyib ki, o mətbəədə işləməyə get, orada yaxşı maaş verirlər, ömürlük həyat təminatın olacaq. Nə istəyirsən elə, lap özünü öldür, ancaq çalış ki, səni orada saxlasınlar. Onda qız çarəsiz qalır, atasının qorxusundan, tənbeh olunmamaq üçün hər fəndlə özünü ustaya sevdirməyə çalışır. Bunun günahı atasındadır ki, qızda deyil. Müsəlman kişisinin, türkün qeyrətsizliyində.
Almaniyaya təzə gələn bir türk mənə belə dedi, Burada türklər pul xatırına gecə-gündüz işləyib özlərini həlak edirlər, əlli yaşlarına çatanda isə min-bir xəstəlik tapırlar. Bizlər isə, Türkiyədə yaşayan türklər belə deyilik. Bir qədər çalışıb, işdən sonra isə meyxanalara gedirik. Orada səhərə qədər əylənib, vaxt keçiririk.
Başqa bir yerdə təmizlik aparma işinə düzəlmişdim. Almanca ona “putsen” deyirlər. Varlı alman ər-arvada məxsus bir şirkət idi. Ora türklərdən, daha doğrusu, əksərən, kürdlərdən ibarət olan bir işçi qüvvəsindən təşkil olunmuşdu. Bunlar səhərdən axşama gədər “haram, haram” deyib zarafatlaşırdılar. Məsəl üçün, su içənə “su, haramdır”, çay içənə, “çay, haramdır”, çörək yeyənə, “çörək, haram şeydir” deyirdilər və şaqqanaq çəkib gülürdülər. Mən, hətta, müsülmanlığı, onun adətlərini çoxdan unutmuş vətəndaşlarımızın İslamla əlaqəli məsələlərə rişxənd edib hörmətsizlik etmələrini görməmişdim. Düşündüm ki, bəlkə bunlar PKK tərəfdarlarıdır? Yada ki, yəzidi əqidəsinə məxsus olan kürdlərdəndir, yə’ni ki, müsəlman deyillər.
Bu müəsisə ailə şirkəti olduğuna görə, şirkət sahibinin oğlu, ali məktəb tələbəsi, bə’zən, dərs arası gəlib bizimlə birlikdə işləyirdi. Türklər onunla çox qanacaqsızcasına rəftar edirdilər, daima ələ salırdılar. O isə buna dözürdü, başa düşürdü ki, türklər acıq edib, hamısı birdən işdən çıxsalar, iş dayanar. Çünkü almanlara bu cür az maaşlı iş lazım deyil.
Bir kürd gənci məni iş yerində su içməyə qoymurdu. Mə’nasız bir səbəb gətirib deyirdi ki, bu krant suyu şirkətə məxsusdur, sən oradan su içə bilməzsən. Su içmək istəyirsənsə get onu dükandan al. Bir dəfə də belə söz deyəndə onunla sözləşdim, axı sən kimsən, dedim. O, cavabında dedi, kim olduğumu sənə göstərərəm. Və gedib usta başiya şikayət etdi. Usta başı Türkiyə gürcüsü idi. Soruşdu, sən ona o sözü demisənmi? Demişəm, dedim. Onda, səni işdən çıxarıram. Bunlar, məndən fərqli olaraq başqa bir işçi ilə, bir rusla çox mehriban davranırdılar, yaxşı rəftar göstərirdilər.
İngiltərə televiziyası bir sənədli film çəkmişdi ki, orada birlikdə yaşayan bir ingilis oğlan və alman qızından, nəşəxorlardan söz açılmışdı. Bunlar ayaqyolu təmizləmək hesabına dolanırdılar. Filmin çox hissəsi bu cütlüyün gündəlik işinə, abdəstxana təmizləməsinə həsr olunmuşdu. Sonra, bir gün qıza xəbər gəldi çatdı ki, anası rəhmətə gedib. Bunlar, işdən icazə alıb Almaniyaya gedib özlərini dəfn mərasiminə çatdırdılar. Qızın atasının yaşadığı ev çox sadə və sıravi bir alman evi idi.
Filmin sonunda isə atasına məxsus olan şirkətin apardığı nəhəng bir tikintini göstərdilər. Orada minlərlə fəhlə işləyirdi. Bilindi ki, onun atası Almanyanın ən varlı adamlarından birisi idi. Lakin o, çox sadə bir həyat sürürdü. Nəşəxor qızı isə, İngiltərədə ayaqyolu təmizləyən bir işçi idi.
Bir tanış rus oğlan kolbasa istehsal edən bir müəsisədə işləyirdı. Onun danışdığına görə bu iş yeri hündür divarla əhatə olunmuşdu. Binanın ətrafında, həyətdə isə itlər qaçışırdı. Şirkət sahibinə məxsus olan bu itlər adam görəndə dişlərini qıcırdırdılar. Rus deyirdi ki, binanın pəncərəsindən divara və itlərə baxanda ora mənə həbsxananı xatırladırdı.
İş səhər saat beşdə başlayırdı. Ağır bir iş idi. Heyvan cəmdəklərini daşımaq, dondurucuya girib, oradan da isti, buxarla dolu olan buğlama otaqlarına girmək lazım gəlirdi. Milyonçu qoca sahibkar, iki-üç oğlu, qızları və gəlinlərı hamısı birlikdə o binanın beşinci mərtəbəsində yaşayırdılar. Bütün bu ailə oradan aşağı düşüb fəhlələrlə birlikdə işləyirdilər. Həttə, beş yaşlı nəvədə də onlara qoşulurdu, əynində önlük, ayağında rezin uzunboğaz çəkmə. Bu ailə il boyu orada işləyir, yayda belə tə’tilə çıxmır, dincəlməyə getmirdi.
Bir məqalədə oxumuşdum ki, iki Almanyanın birləşməsindən sonra ölkənin şərqində bütün müəsisələr bağlanmışdı, bu gün orada işsizlik vəziyyəti hökm sürür. Alman adam isə işsiz dura bilmir. Buna görə, şərqdə yaşayanlardan bir dəstə fəhlə hər gün avtobusla məmləkətin qərbinə bir karxanada işləməyə getmək məcburiyyətində idi. Erkən evdən çıxıb, iş yerinə, axşam isə evə qayıdırdılar. İş günlərində evdə yalnız bir saat vaxt keçirməyə imkan tapırdılar. Yuxularını isə yolda avtobusda alırdılar.
Yaşadığım mehmanxana ilə üzbəüzdəki evdə alman ər-arvad yaşayırdı. Təqaüdçi idilər. Ancaq, yenədə boş durmamaq üçün, gün çıxandan, gün batana qədər həyətlərindəki bostanda çalışırdılar.
Yə’ni ki, bütün bunlardan görünür ki, alman, işləməyin dəlisidir.
Kimsə mənə məsləhət verdi ki, Münxen şəhərinə gedib “Azadlıq” radiosuna işə girim. Başqa bir rus isə mənə məsləhət verdi ki, ora gedib Əbdürrəhman Avtorxanov adında keçmiş bir sovet vətəndaşı ilə tanış olum. O, çeçen əsilli bir tarixçi idi ki, “Azadlıq”da işləyirdi, Stalin haqqında bir kitab yazmışdı. Bu fikir mənim xoşuma gəldi, bu cür ağılli, məlumatlı bir adamla görüşüb səhbət etmək istədim. Şəhərdə olanda telefonla oranın müdiri ilə, bir amerikalı ilə danışdım. O isə mənə “Azəri şöbəsi”ində işləyən Mirzə Xəzər ləqəbli adamla danışmağı məsləhət gördü, dedi ki, o da sizin kimi bir Bakılıdır. Mən isə ona dedim ki, mənə, Mirzə Xəzər deyil, Avtorxanov lazımdır.
Mənim bu adamdan əvvəlcədən də xoşum gəlmirdi. Qabağlarda, onun səviyyəsiz verlişlərinə qulaq asmışdım.
Bu adam telefona gəlib, axı sənin Avtorxanov nəyinə lazımdır? O, qulaqları kar xəstə bir adamdır.
Sözün qısası bu çeçenin ev telefonunun nömrəsini mənə vermək istəmədi. Mən başa düşdüm ki, o mənim radioya gəlib işləməyimi istəmirdi. Axırda, dedi, sənin Almaniyada nə işin var? Qayıt Bakıya, get Qarabağda vuruş, oranı azad elə. Bu axırıncı sözü məni lap hiddətləndirdi.
Sonradan Bakıya gələndə eşitdim ki, bu adam yəhudi əsilli, sionist birisidir. Fəqət, radioda artistlik edib özünü Azərbaycan vətənpərvəri olan bir adam kimi qələmə vermək istəyirdi.
İNGİLTƏRƏ
İngiltərədə Londonun Hampsted məhəlləsində bir mehmanxanada yerləşmişdim. Otağımın üstündəki otaqda iyirmi yaşlı bir ingilis qızı yaşayırdı. Hər gecə yanına əlli yaşında bir kişi, aşnası gəlirdi. Gələn kimi də qızı möhkəm döyürdü. Onların davalarının səsi bütün binada, onun dörd mərtəbəsində eşidilirdi. Qızın qışqırmağının səsi, qırılan qab-qacağın, aşırılan ev əşyalarının səsinə qarışırdı. Bu vəziyyət bir neçə ay davam etdi. Qızın mehmanxanadan köçüb getməsinə qədər nə mehmanxananın sahibi, nə də ki orada yaşayan adamlar heç kəsə şikayət etmədilər. Mən isə, bir həftə keçməmiş, oranın mətbəxində bir zəncidən soruşdum ki, bu nə işdir? Bəlkə biz gərək gedib polis çağıraq və bununla yazıq qızı onun qəddər sevqilisinin pəncəsindən qurtaraq? Oğlan isə mənə güldü və dedi, yəqin ki, sən İngiltərəyə təzə gəlmisən və buranın vəziyyətindən xəbərin yoxdur. Sonra o məni başa saldı ki, bu kişi qızın xahişinə görə onu döyür. Qızın bu şəkildə döyülməkdən və bu cür pis rəftardan xüsusi bir zövq aldığı üçün. Yə’ni ki qızın aşnası qıza rəhm edib, onun halına acıyaraq, onu döyür. Axırda afrikalı mənə dedi, burada yaşasan belə şeyləri hələ çox görəcəksən.
Şəhərin o biri başındakı mehmanxanaya köçəndə yənə eyni şeyi gördüm. Yan otaqda bir zənci oğlan və onun ingilis aşnası, cavan bir qız yaşayardı. Zənci o qızı hər gecə möhkəm döyürdü. Dəhşət səs-küy vardı. Səhərləri isə gülümsəyərək mənə salam verirdilər, elə bil ki, gecə heç nə baş verməyib. Bütün gün ərzində də bu cütlük bir-biriləri ilə çox mehriban dolanırdılar. Başa düşülürdü ki, bu halda da oğlan qızı onun istəyi ilə döyürdü, ona zövq vermək üçün. Anladım ki, bu bir ingilis xəstəliyidir. Və bu azar ingilislər arasında geniş yayılmış bir şeydir.
Dünyanın hər yerində olduğu kimi İngiltərədə də fahişəlik mövcuddur. Eşitmişəm ki, bu ölkəyə hətta xaricdən də fahişələr idhal olunur. Deyirlər ki, oranın fahişəxanaları belə qızları on min paund pula alıb, işlədirlər. Fəqət İngiltərənin qızları, arvadları pozgun olduqlarına görə orada fahişələrə ehtiyac belə yoxdur. Görünür ki, belə qızları Londona tamam başqa bir iş üçün gətizdirirlər. Ola bilər ki, o fahişələrin işi, əsas e’tibarı ilə, ingilis kişilərini şapalamaqdır, çünki yerli kişilər elə buna ehtiyac duyurlar, başqa şeylər, fahişələrin başqa xidmətləri onlara lazım deyil.
Londonun mərkəzi hissəsində banklar, dünyaca məşhur şirkətlərin baş idarələri, hökumətin nazirlikləri və s. yerləşibdir. Orada işləyən kişilər də, aydın məsələdir ki, pullu adamlardır. Londonun mərkəzindəki qırmızı rəngli telefon köşklərinin hansısına girilsə orada, telefon aparatının ətrafına icazəsiz yapışdırılmış 20-30 dənə kiçik e’lan kağızlarını görmək olar. Bu kağızlarda fahişələr özlərini reklam edir, öz xidmətlərini müştərilərə təqdim edirlər. Orada qızların mobil telefon nömrələri və şəkilləri olur. Şəkillərdə isə əlində qamçı tutan qızların, fahişələrin şəkli. Fotoların altında isə adətən bircə söz yazılır “ spənking”. Bu ingilis dilində “şapalamaq” deməkdir. Bu, onların imkanlı ingilis kişilərinə göstərdikləri xidmətdir. Başqa fahişə xidmətlərini görən qızlara isə ehtiyac olmadığından onların heç bir e’lanlarını görmək olmurdu. Deməli, bankların mə’sul işçiləri, hökumət adamları, millət vəkilləri, hakimlər, varlı advokatlar işdən sonra, bəlkə də elə iş vaxtında, özlərinin iş otaqlarında bu qızlarla görüşür, yüz paund pul verib, özlərini qamçıladırlar. Bu qamçılanma işi bu varlı kişilərə xüsusi bir zövq verir, ondan son dərəcə böyük bir ləzzət alırlar. Sonra isə xumarlanıb, iş vaxtları qurtaranda evlərinə, arvadlarının, uşaqlarının yanına gedirlər. Ancaq təkcə onu bilmirəm ki, arvadları ərlərinin arxalarında və ombalarında qamçı izlərini görəndə nə düşünür, nə deyirlər?
Ondan başqa, Londonun xüsusi dükanlarında adama işgəncə vermək üçün lazım olan cürbəcür alətlər satılır. Elə ki, şapalamaq işini görən fahişələr ora gedib bu alətləri ala bilirlər. İşgəncə olunmaq həvəskarları da onları özləri üçün ala bilərlər ki, evə aparıb bu alətlər vasitəsi ilə aşnaları və ya arvadları onlara zülüm etsin, bəlkə də ləzzət versin.
Bir ingilis qəzetində yazıldığına görə Londonun hər səkkiz kişisindən biri pis yolun adamıdır.
Həmdə oxumuşam ki, dəniz kənarında yerləşən istirahət şəhəri sayılan Bləkpulun 400 minlik əhalisinin 200 mini pis yolun adamlarıdır, lotulardır. Bu istirahət şəhəri həm də bununla məşhurdur. Bu əhlaqsız adamlar, kişili-arvadlı bilərəkdən butün İngiltərədən köç edib orada toplanmışlar, özlərini asudə hiss etməkdən ötrü və bir-biriləri ilə qaynayıb-qarışmaq, ünsiyyət qurmaq, pozgun həyat tərzi sürmək üçün.
Bir sovet qazetinin London müxbiri demişdi ki, ingilislər meyitlə, meyitxana ilə əlaqəsi olan hər şeyə böyük bir maraq göstərirlər, məsəl üçün meyitin yarılması işi ilə əlaqəli olan ədəbi əsərləri oxumaqdan, meyitxana məsələlərinə aid olan bədii və sənədli filmlərə baxmaqdan xüsusi bir zövq alırlar. Bu onlarda bir növ xəstəlik şəklnini alıb. Bu doğru sözdür.
Məsəl üçün, İngiltərədə yaşayanda oranın bir milli televiziya kanalında meyitxanada baş verən hadisələrlə bağlı, 100-150 qismdən ibarət olan serialı, TV filmini göstərirdilər. Filmin hər qismində mütləq bir şəkildə meyitin yarılmasını hər xırdalığı ilə bərabər tamaşaçılara nümayış edirdilər. Yə’ni ki, ölü adamın qarnı, döş qəfəsi yarılıb, bədənin daxili üzvləri, cihazları – ürək, bağırsaq və s. bayıra çıxarılırdı, başqa buna oxşar şeylər göstərilirdi. İngilis tamaşaçılar isə televizordakı bu görüntüləri həvəslə izləyirdilər.
Onlar televizorda həmdə canlı adam üzərində aparılan cərrahiyə əməliyatlarını izləməyi sevirlər. Belə görünür ki, ingilislər xunxar irqdir, qan axıtılmasına, bədən üzvlərinin kəsilməsinə tamaşa etməyi xoşlayırlar. Bunun səbəbini isə mən belə başa düşürəm. Bu hal sırf şimal xalqlarına xas olan bir irqi xəstəlikdır, bir irqi xüsusiyyətdir. Səbəbi isə şimal ölkələrindəki pis, uyqunsuz iqlim şərayitidir. İl boyu buludlarla örtülmüş göy üzü, günəşli günlərin azlığı, soyuq hava, bütün bunlar, o ərazidə yaşayan adamlarda ümüdsüzlük, dilxorçuluq, qəmginlik hissi yaradır, ki bu da malxulya və bədbinlik xususiyyətlərinin, bu cür xəstəliklərin yaranmasına gətirib çıxardır. Elə buna görə şimal irqinə məxsus olan adamlar qan görüntüsünə sevinirlər. Çünkü qan görəndə, qan axıtma hallarına baxanda qızışırlar, ürəkləri açılır, özlərini daha gümrah hiss edirlər.
Britaniya televiziya kanallarının rəhbərliyi İngiltərə əhalisinin bu xasiyyətindən mə’lumatlı olduğundan, onu razı salmaqdan ötrü, qan tökmə, kəsmək-doğramaq təsvirləri ilə dop-dolu olan filmləri, verilişləri istehsal edib yerli tamaşaçılara göstərirlər. İstəyirlər ki, ingilislərin ürəkləri şad olsun, kefləri kökəlsin, əhval-ruhiyyələri qaydasına düşsün.
Məsəl üçün mən Londonda yaşayanda, İngiltərənin beş ümummilli TV kanallarında hər gün bir-iki saat ərzində hər xırdalıqları ilə bərabər cürbəcür cərrahiyə əməliyyatlarını görmək olurdu. Bu vəziyyət il boyu davam edirdi. Yə’ni ki hər gün bir neçə il ərzində o kanaların heç olmasa birində cərrahlar ürəkdə, beyində və s. əməliyyat aparırdılar. Bu verilışlər həkimlər üçün nəzərdə tutulmurdu, geniş tamaşaçı kütləsi üçün idi. Mən isə belə şeyləırə baxa bilmirəm. Bu səbəbdən kanalları dəyişdirəndə, pultu əlimdə hazır tuturdum ki, hər hansı kanalda bu cür pis şeyləri görsəm tez o biri düyməni basıb kanal dəyişdirim. Bir dəfə qadın döşlərinin kiçildilməsi əməliyyatını göstərəcəklərini e’lan etdilər. Fikirləşdim ki, qadın döşünə baxmaq, kəsilmə işi olsa da, bir o qədər eybəcər, ürək bulandıran görünüş olmaz. Elə ki, özümü sınamaq istədim. Ancaq onu da bacarmadım, bir-iki dəqiqədən artıq baxa bilmədim.
İngilislər həm də divanələr, sovdai xəstələr, yə’ni ki, adam kəsib-doğramaq düşkünləri ilə əlaqədər olan şeyləri sevirlər. Bu cür azara tutulmuş fərdlər haqqında olan ədəbiyyatı və bədii filmləri ifrat dərəcədə xoşlayırlar. Bu millətin nümayəndələri bu cür dəliliyə mübtəla olan fərdlərə həttə qibtə belə edirlər. Mənə görə bunun səbəbi ondadır ki, ingilislər belə divanələri igid, qəhrəman adamlar hesab edirlər, çünki hər bir ingilisin qəlbində tutduğu arzuları, yalnız xəyalında gerçəkləşdirə bildiyi şeyi, bu divanə şəxslər həyata keçirə biliblər. Bundan görünür ki, şimal xalqlarının qanında nəsə bir yırtıcılıq cövhəri mövcuddur.
Bunu da nəzərə alıb, TV kanallarının rəhbərliyi tamaşaçılara kəsib-doğrama düşkünlüyünə tutulmuş adamlardan bəhs edən filmləri, verilişləri il boyu nümayiş edir. Çünki bu rəhbərlik bilir ki, bu millət belə şeyləri çox sevir.
Məsəl üçün, İngiltərədə yaşayanda bir kanalda 150-200 qismli yerli istehsallı bir serialı göstərirdilər ki, orada bir divanənin adam qanı tökməsindən, baş kəsməsindən, adam doğramasından, qarın yırtmasından danışılırdı. O, bunu heç bir səbəbi olmadan edirdi, bundan xüsusi bir zövq aldığı üçün. Halbuki bu film bədii cəhətdən də son dərəcə aşağı keyfiyyətli bir şey idi. Sənətkarlıq nöqtəyi-nəzərindən çox zəif olan belə serialı yalnız yerli tamaşaçı xoşlaya bilər, xaricı ölkələrdə isə belə filmə heç kəs baxmaz.
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, hərgah hər bir ingilis hər gün televizorda birisinin dəlilik edib, mə’nasız qətllər törətməsinə, bədən üzvlərini kəsməsinə tamaşa etməsə o günün hədərə getmış olduğunu hesab edir, dilxor olur. Və əksinə, hər axşam televizorda belə şeylərə baxanda ləzzət çəkir, həzz alır və rahatlanıb yatağa girib, şirin yuxuya dalır.
20-25 il bundan qabaq bir dəlisov ər-arvad, səbəbsiz, yalnızca bundan xoşlandıqları üçün, otuza qədər adamı kəsib-doğrayıb, fərdi evlərinin həyətində yerə basdırmışdılar. Öldürülənlərin arasında onların on-dörd yaşlı qızları da var idi. Xeyli müddət vaxt keçəndən sonra bu mə’nasız qətllərin, cinayətlərin üstü açılır və bu ər-arvadı həbs edib, ittiham edirlər.
Belə ki, nəhayətdə, bu divanə cütlük ingilislərin qəhramanlarına çevrildilər, bütün millət, böyüklü-kiçikli onlara pərəstiş etməyə başladı. Bu gün də ingilis xalqı onları bəlkə də Məryəm Anadan, İsadan və başqa xristian müqəddəslərindən də artıq sevir. Az qala bu dəli ər-arvada sitayiş edir. Elə ki uzun illər boyu, İngiltərənin hər tərəfindən Londona 20 milyon adam səyahət edib, o evə ziyarətə gəlmişdi. Bu adamlar, valideynlər və uşaqlar beləcə, ovsunlanmış bir halda saatlarla orada durub, gözlərini zilləyib, o evə tamaşa edirdilər. Bu iş bu cür beş-on il davam etdi. Axırda, hökumət gördü ki, belə getsə ingilislər xaricilərin gülüncünə çevriləcəklər və buna görə bu biyabırçılığa son qoydu, bir qərara gəlib o evi yerlə bir etdi, yerinə isə ağac əkib, bağ saldırdı.
İllər keçəndə ingilis televiziya kanallarında bir reklamı tez-tez göstərirdirdilər. Reklamda göstərilir ki, həmin o kişiyə, otuz adamı öldürmüş olan dəli adama çox oxşayan birisi əlindəki balta ilə kimisə arxadan vurmağ üçün hazırlaşır. Reklamı görən hər bir ingilis o dəqiqə anlayacaq ki, bu arist həmin o dəlini canlandırır. Belə görünür ki, bu reklamı çəkənlərin fikirlərlərinə görə bu təbliğat çarxı çox məzəli alındı. Halbuki, ağlımca, bu cür dəhşətli qətl hadisəsinin mövzusundan sui-istifadə edərək, bu cinayətləri məzəli bir şey kimi göstərmək böyük bir qanacaqsızlıqdır. Fəqət, İngiltərədə bu reklama heç kəs e’tiraz etmədi.
Londona gəldiyim ilk günlərdə küçədə çox sayda əllərində zənci balalarını saxlayıb, gəzən ağ ingilis qızlarını görürdüm və elə düşünürdüm ki, bunlar dayələrdir, əllərindəki uşaqlar isə afrikalı səfirlərin uşaqlarıdır. Sonradan anladım ki, bu qızlar uşaqların doğma analarıdır, onları qara kişilərdən hamilə qalıb, doğublar. Axı, halhazırda orada yüzminlərlə, hətta milionlarla ağ qız ya zənci kişilərlə zina edir, ya da ki rəsmi nikahda yaşayır.
Mehmanxanamızdakı bir zənci oğlandan soruşdum ki, ingilis qızları nə üçün öz ingilis kişilərindən də çox, sizi sevirlər? O isə cavab verdi: “İngilis kişiləri, bizlərdən fərqli olaraq qızlarla daimi əlaqə saxlamağı sevmirlər. Buna görə”.
Bir zənci qadın, bizim mehmanxana işçisi fərəhlənərək, gürürlu bir şəkildə mənə dedi: “Belə getsə on-on beş ildən sonra İngiltərənin 70 milion əhalisinin hamısı qaralardan ibarət olacaq”. O, bununla elə bu məsələyə işarə vururdu. Yə’ni ki, o bunu demək istəyirdi. İngilis kişiləri arvadlara bir qədər soyuq yanaşırlar, bizim zənci kişiləri isə ehtirasli olurlar. Həm də daimi əlaqədən və evlənməkdən qorxmurlar. Bu ölkə əhalisinin artımı məhz təzə doğulan qara uşaqların hesabına olacaq.
Mən dəfələrlə, orada-burada ingilis qızlarının, arvadlarının ağzından belə sözlər eşitmişəm: “Bizim üçün zənci kişiləri məhəbbət ilahiləridir. Onlar sevgi, eşqibazlıq sənətinin mahir ustalarıdır”.
Qara afrikalılar isə tez-tez gürurla belə deyirlər, bizim rəngimiz qara deyil ha, əslində bizim rəngimiz şokolad rəngindədir.
Avqust ayının son üç günündə Londonun Notting Hill məhələsində Afrika musiqisi günləri keçirilir, bayram edilir. Bir dəfə ora getdim. Özümdən başqa orada bir nəfər də olsa ağ kişi görmədim. Ora yığışanlar hamısı zənci kişilərindən və onların ağ arvadlarından və ya aşnalarından təşkil olmuşdu. Zənci gənclərin əksərinin yanında iki-üç sayda ağ qız vardı. Deməli bu gənclər bir-birilərinin qarşısında yarışa girmişdilər, hərəsi yanınca ən seçkin tanış ağ ingilis qızını gətirmişdi. Qızların da hamısı çox gözəl və yaraşıqlı idi.
Ümumiyyətlə, İngiltərədə qızlar da zənci aşnaları, ərləri ilə fəhr edirlər, onlarla öyünərək, zənci aşnaları olmayan qızlara yanıq verirlər. Başqa qızlar isə bunlara baxıb həsəd aparırlar. Orada vəziyyət belədir.
Sabahısı gün qəzetdə oxudum ki, o gün o bayramda üç milion adam iştirak edib. Gözəyarı baxanda anladım ki, ən azı, iki milion ingilis qızının aşnaları və ya ərləri, qaralardır. Amma bu da hələ hamısı deyildi.
İngilisin bir televiziya filmində elə bu məsələrə işarə edilmişdi. Bu məzəli film bir səhnədən ibarət idi. Yarım saat ərzində yorqan altına yatağa girib, oturan iki məşuğu, zəncini və ağ qızı göstərirdilər. Tam başda qız oğlana deyir, zəncilərin cihazı tənəsüli, cinsi aləti nətaraz, uzun olmalıdır, səninki isə o cür deyil. Zənci isə buna cavab verməyib, başqa mövzuya keçir. Qız isə oğlan danışıb qurtarandan sonra hər dəfə təzədən soruşur, axı, nə üçün səninki o cür uzun deyil?! Zənci yenə də onun fikrini bu məsələdən yayındırmaq istəyəndə, başqa mövzuya keçmək istəyəndə və sonra susanda, qız təzədən o sualı təkrar edib durur, ta ki filmin sonuna qədər.
Deməli, ingilislər özləri də belə məsələlərdən aqah olduqda, gülərək bunun üstündən keçmək istəyirlər.
Bir ingilis qızı demişdi ki, biz ingilis qızları çox ehtiraslı oluruq.
Arada ingilis qəzetlərində və televiziyasında maraqlı və məzəli bir hadisə barəsində danışıldı. Qırx yaşlı ərli bir ingilis arvadı Afrikaya səyahət edib, sonra geri qayıdanda özü ilə birlikdə bir gənc zəncini gətirmişdi. Bu gənc isə Masai tayfasına məxsus birisi idi. O, qurşaqdan aşağıya ağ parçadan don geyinmişdi, bədəninin yuxarısı isə açıq idi. Əlində isə uzun nizəsi var idi. Hava limanınin gömrük işçisi dedi ki, İngiltərəyə silah gətirmək olmaz, silahla ölkəyə daxil olmaq gədağandır. Zənci oğlan isə cavab verdi, bu bizim, Masai tayfasının ənənəsidir. Bizim bütün kişilər, evdən çıxanda, hər-hara getsələr yanlarında nizə gəzdirməlidirlər. Axırda gömrük mə’muru ona güzəştə getdi, ölkəyə daxil olmağa icazə verdi. O, sonralarda şəhərdə hər yerdə: avtobusda, küçədə nizə ilə gəzirdi.
Sonra üç uşağı olan bu arvad bəyanat verdi ki, ərindən boşanıb bu Masai gənci ilə evlənmək fikrinə düşüb. Əri və uşaqları isə başqa bəyanat verdilər ki, bu arvadın əhvali pərişandır, gec-tez ağlı başına gələcək və ailəsinə geri qayıdacaq. Jurnalistlər gəncdən soruşanda ki, İngiltərə xoşuna gəldimi? O, yox, cavabını verdi. Dedi, buralar mənim üçün çox soyuqdur, bizim bu milli paltarımızda çox üşüyürəm. Sonunda o arvadı buraxıb, Afrikaya geri qayıtdı.
Bir ingilis belə məsələlərə işarə edərək demişdi, “İngilis qızlarının hərəkət edən hər şeydən xoşları gəlir”.
İngilislərin kişiləri fransız, italiyan kişilərindən fərqli olaraq bahalı, gözəl paltarlar qeyinməyi sevmirlər. Çox nimdaş və səligəsiz paltarlar qeyinirlər. Bunu isə veclərinə belə almırlar. Təzə-təzə gələndə Londonda kasıbı varlılardan ayıra bilmirdim. Gözəl, bahalı paltarlar geyinmiş gəncləri görəndə onları varlı sayırdım və əksinə pis qeyinənləri kasıb sayırdım. Halbuki həqiqi vəziyyət bunun əksi idi. Dəbə uygun bahalı libaslar geyinənlərin hamısı kasıb qaçqınlar idi, yə’ni ki, Şərqi Avropadan, Asiyadan və Afrikadan gələnlər, yöntəmsiz geyinlər isə varlı ingilislər idi. Ingilis kişiləri paltarla öyünmürlər, öyünəndə başqa şeylərlə öyünürlər, məsələn malik olduqları maşınla, qayıqla, evlə və s. İngilislər deyirlər, “Fransızlar var-dövlətlərini əyinlərində gəzdirirlər”. Yə’ni ki, ingilislərdən fərqli olaraq, fransızlar paltarlara həddən artıq pul xərcləyirlər.
Arada bir, İngiltərədə mal-qara arasında “dəli inək xəstəliyi” azarı baş alıb getdi. Xəstə inəklər tələf olurdu. Xəstəliyə tutulmuş inəyin ətini yeyən adama da bu xəstəlik keçəndə, bir müddətdən sonra o, ölürdü. Hamı kimi mən də müəyyən qədər narahat olmağa başladım, ələlhüsus, o səbəbdən ki, bir müddət ərzində ucuz mal əti kalbasasını alıb, qızardıb yemişdim. Deyilənə görə inək ətinin az dəyərli yerlərindən hazırlanan bu kolbasalar daha təhlükəli sayılırdı, bunlardan yoluxmaq qorxusu daha böyük idi. Elə ki beş il ərzində bir-qədər narahat idim, çünki həkimlərin sözünə görə bu xəstəlik beş il adamın canında gizli qalandan sonra özünü birüzə verir.
İngilis hökuməti çarəsiz qalıb belə bir qərara gəldi, göstəriş verdi ki, məcburi bir qaydada, ölkədə olan mal-qaranın tamamı məhv edilsin, cəsədləri isə yandırılsın. Kənd təsərüfatı ilə məşgül olan adamların e’tirazlarına baxmayaraq dövlət özünün bu fikrindən dönmədi, tədbirini içra etdi.
Sonra bu xəstəliyin meydana gəlməsinin səbəbi bəyan edildi. Səbəbi isə ingilis zehniyyatı idi. İngilisin ifrat qənaətçiliyi, pulgirliyi və simicliyi idi. Bilindi ki, ingilis ferma sahibləri gənaət xatirinə ot yeyən heyvan sayılan inəklərin yeminə kəsilmiş mal-qaranın ovulmuş sümüklərini qatırdılar. Ota bə’zən hətta adam əti də qatırdılar. Yə’ni ki ferma saxlayanlar doğum evlərinin zibil yəşiklərindən doğuşdan sonra qalan atılmış göbəkbağılarını yığıb, sonra onları da (nə hikmətləsə) heyvanın yeminə, samanına qatırdılar. Sonralarda, təbiətinə uyuşmayan bu cür qidanı qəbul etdiyinə görə heyvan quduzluq xəstəliyinə tutulurdu, yə’ni ki, “dəli inək xəstəliyi”nə.
O dövrdə ingilislər, bütün əhali lotereya oynanılmasında iştirak etmə “azarına” tutulmuşdu. O vaxt dövlət böyük uduşlu lotereya buraxma qərarını aldı. Birinci oynanılmada gənc, pakistan mənşəli müsəlman ər-arvadın lotereya biletinə 16 milion paund pul uduşu düşdü. Bu ailədə üç uşaq da var idi. Qonşuların sözlərinə görə ər-arvad bir-birlərini çox istəyir, zəhmətkeş olub, bir fabrikdə işləyirdilər. Bu cür varlandıqlarına görə bütün İngiltərə onlara qibtə edirdi. Fəqət, nəhayətdə, İslamda haram sayılan, qumar hesab olunan bu uduş, bu pul onlara bədbəxtçilikdən başqa bir şey gətirmədi və ailə dağıldı. Halbuki, bu ər-arvad və onların uşaqları qabaqlarda, möhkəm bir ailə idi varlı olmadıqlarına rəğmən özlərini xoşbəxt hesab edirdilər.
Bu belə oldu. Arvad pakistanlı qohumlarına bu xoş xəbəri çatdıranda onlar hamısı tökülüb gəldilər və özləri üçün bu uduşdan milionlarla pul pay istədilər. Guya ki, bu, Asiya xalqları arasında qəbul olunmuş bir şeydir, oralarda qohumlar arasında yardımlaşma adətı var. Lakin, əri buna razı olmadı. Onda qohumlar arvadı sıxışdırmağa başladılar. Kişi isə arvadının tə’kidlərinə, dilə tutma cəhdlərinə baxmayaraq onun əqrabasının tələblərini qəbul etmədi.
Bir vaxt keçdi və arvad ərindən icazəsiz banka gedib, dedi ki, mən pul udan kişinin arvadıyam və o pulun iki milyonunu çəkmək istəyirəm. Bank işçisi onun sözünə baxdı və kişinin adına olan hesabdan o pulu ona verdi. Arvad da pulu aparıb qohumlarının arasında bölüşdürdü. Ər bunu eşidəndə, arvadının bu hərəkətinə bərk hirsləndi. Sabahısı gün banka gegib orada qalan on dörd milion pulu çəkir və arvad-uşağını tərk edib, Afrikanın hansısa ölkəsinə qaçır. Beləliklə bu ailə pula görə dağıldı. İllər keçəndən sonra da kişinin haraya getdiyi heç kəsə mə’lum olmadı.
O vaxtlarda yaşadığım yerin, cəmiyyətin ümumi əhval-ruhiyəsi mənə də tə’sir etmişdi, mən də bir qədər bu “lotereya azarına” tutulmuşdum. Xəbərlərdə eşitmişdim ki, bu adam müsəlman heyriyyə cəmiyyətlərinə uduş pulundan məscid tikilişi və sair bu kimi işlər üçün ianə, yardım vermək istəmişdi. Lakin onun bu yardımı qəbul olunmadı, çünki lotereya Şəriətə görə haram bir şey sayılır. Qəzetlərdə o ər-arvadın evlərinin, mülklərinin şəkli var idi, ancaq yeri, ünvanı verilməmişdi. Ona görə mən onların ünvanlarını öyrənməkdən ötrü bir qəzetə, bu məsələ barəsində məqalə yazmış jurnalistə zəng vurdum. Lakin o dedi ki, o “oğlanın” ünvanını verə bilmərəm, çünki bu qanunsuz bir iş sayılar.
Mən o vaxt Londonda “Batini elmlər cəmiyyəti” adında dini bir təşkilat qurmuşdum ki, onun failliyəti üçün pul axtarışında idim. Əlverişli imkandan istifadə edib bu pakistanlıya müraciət etmək istədim. Deyəcəydim ki, ilahiyyətçilərə görə bu pul haram yolu ilə əldə olunan bir şey sayılır. Amma mən, onlardan fərqli olaraq sizin bu cür maddi yardımınızı qəbul edə bilərəm. O pulu mənim dini təşkilatıma verin. Fikirləşdim ki, o pulu alıb xeyir işlərə xərcləsəm, bu işlərin savabı, günahını üstələyər.
Bu məsələyə aid başqa çoxlu maraqlı əhvalatlar barəsində eşitmişdim. Məsələn, lotereya uduşu üstündə bir cavan oğlan nənəsini məhkəməyə vermişdi. Başqa hekayayə görə bir maşın mexaniki on miliondan artıq pul udandan sonra, sabahısı gün işdən çıxır. Bədxərclik etdiyi üçün iki ildən sonra o puldan heçnə qalmır. Onda, əlacsız qalıb təzədən gedib əvvəki iş yerində işə düzəlir.
Bir zənci isə on iki milion pul udur. O da o saat bədxərclik etməyə başlayır, bir neçə bahalı ev, 10-15 dənə bahalı maşın alır. İki ildən sonra, pulu qurtarır və borca girir. Borclarını qaytarmaq üçün məcbur olur ki, gedib tiryək alveri ilə məşğul olsun. Və, axırda, tutulur.
Üç yoldaş bankda işləyirdilər. Biri bir-neçə milion pul udanda, o biri ikisi onu məhkəməyə verdilər. İttiham edib, dedilər ki, bizə söz vermişdi, əgər onun lotereya biletinə uduş düşərsə, o pulu bizimlə bölüşəcək. Udan adam isə bunu yalan adlandırıb, təqzib edir. Hakim onları haqlı saydı, pulun üçünün arasında tən bölünməsini tələb etdi. Axı onlar iki nəfər idilər və onların şahidliyi qəbul olundu...
Bir dəfə Londonun mərkəzi məscidinə gedəndə, oranın müdiri ilə söhbət etdim. O, mənə Məğrib ölkələrinin adətlərinə müvafiq olaraq nanəli bir çay ikram etdi. Sonra, Bakıdan gəldiyimi eşidəndə Əbülfəz Elçibəydən söz açdı. Dedi ki, bu dövlət başçısı Londona səfər etməli idi. Elçibəyin adamları bizimlə əlaqəyə girib, dedilər ki, o, Londonda olanda bizim məscidə də gələcək. Biz onu qarşılamaq üçün hazırlığ gördük, fəqət, Bakıda dövlət çevrilişi baş verdiyinə görə bu səfər baş tutmadı.
İngilislər həm də “Diana sevgisinə” də tutulmuşlar ki, bu da bir azara, ümumxalq həstəliyə çevrilib. Diana, bilindiyi kimi vəliəhd Çarlzın arvadı olub. Lakın Çarlz çox ciddi, hər hərəkətini ölçüb-biçən, məs’uliyyətli bir adam olduğundan Britaniya əhalisi, geniş xalq kütləsi onu yaxşı qəbul etmirdi, onun əvəzinə Diananı sevib, bəyənirdi. Diana isə öz hərəkətləri, çılqınlığı ilə elə bil ki, Britaniya padşahlıq quruluşunun çökməsini arzulayırdı, bu işi gerçəkləşdirmək istəyirdi.
Mənim isə vəliəhd Çarlzdan xoşum gəlirdi. Sadə və təvazökar adam olduğuna görə. Diana isə bunun əksinə həyat boyu artistlik edib, dururdu. O, özünü teatr səhnəsindəki bir artist kimi aparırdı, əri ilə özü arasındakı gedən hadisələrdən bütün dünyanı xəbərdar etməyə çalışırdı, hamının ona tamaşa etməsini, onun sifətində yaranan üz ifadəsinə baxıb, onun daxili duyğularından aqah olmasını istəyirdi. Onun işi-sənəti hər vaxt, hər yerdə daima fotokameralar qarşısında olmaq idi. Elə ki sarayda baş verən hadisələr, əri ilə onun arasındakı məsələr rəiyyətin dilindən düşmürdü. Əhali bu saray hadısələrinə uzun braziliya seriallarına baxan kimi tamaşa edirdi.
İngiltərənin bütün məcmuələrinin üz cildində gərək, mütləq bir şəkildə, bu arvadın fotosu olaydı, ən azı, heç olmazsa bir küncündə. Məcmuənin sahibləri deyirdilər, biz bu nəşrləri üz qabığındakı bu şəkillər hesabına camaata sata bilirik. Bir dəfə birisini aldım və vərəqləyəndən sonra mə’yus oldum. Çünki məcmuənin yarısından çoxu, altmış səhifəsi Dianaya həsr olunmuşdu, daha doğrusu onun libaslarına. Orada onun iki yüz sayda olan çeşidli paltarlarının böyük rəngli şəkilləri var idi. Elə bu səbəbdən onun ölməsini arzulayırdım, öz-özümə deyirdim bu arvad ölsə, bəlkə onda ingilis məcmuələri ciddi məsələlərə dair məqalələr dərc etməyə başlayarlar.
Bir dəfə bir qəzetdə Diananın küçədə gəzərkən nimdaş paltar qeyinmiş bir kişi ilə birlikdə çəkilmiş şəkli çıxmışdı. O vaxt bu qadın artıq ərindən boşanmışdı. Bu kişi isə Pakistan əsilli bir İngiltərə sakini idi. Deyilənə görə Diana bu kişiyə vurulmuşdu və ona ərə getmək istəyirdi. Ancaq bir rəfiqəsinin sözünə görə bu işdən vaz keçdi. Rəfiqəsi dedi, əgər sən pakistanlıya ərə getsən ingilis xalqının gözündən düşərsən, bunu eləmə. Axı o cəmiyyətdə, ingilislərin gözündə pakistanlılar, zəncilərdən də aşağı bir pillədə yer tuturlar (yeri düşmüşkən deyim ki, yerli türklər kimi).
Bir dəfə radioda eşitdim ki, Diana Parisdə maşın qəzasında həlak olmuşdu. Boynuma alıram ki, buna sevindim. Yuxarıda yazdığım səbəblərə görə. O günü maraq üçün Diananın qabaqca yaşadığı yerə, Kensinqton sarayına getdim. Sarayın tunc hasırının qarşısına, yerə Diana aşiqləri tərəfindən külli miqdarda gül-çiçək qoyulmuşdu. O günü yəqin ki, London sakinlərinin yarısı oraya ziyarətə, bu qadına qarşı olan sevgilərini nümayiş etməyə gəlmişdi. Orada həm də yaşı həştadı ötmüş bir qoca arvadı görmüşdüm. Güclə yeriyirdi, nəvəsi, bir qız uşağı qolundan tutub ona kömək edirdi. O da Diana üçün gül gətirmişdi.
Üç gündən sonra eşitdim ki, mərhumun nə’şini onun doğma yurduna maşınla aparacaqlar. Maşın mən qaldığım mehmanxanadan yaxın məsafədə keçməli idi. Heç bir işim yox idi. Öz-özümə dedim ki, gedim o maşına baxım. Evdən çıxanda təəccüblə baxıb, gördüm ki, minlərlə adam da mənim kimi oraya getməyə can atırdı. Lakin biz elə də bir şey görə bilmədik, çünki cənazəni daşıyan maşın bizim qarşımızdan güllə kimi keçib, getdi.
Diana axır vaxtlarda İngiltərədə yaşayan çox varlı bir misirlinin, Əl-Fəyadın oğluna ərə getməyə hazırlaşmışdı. Əl-Fəyad oğluna Diana ilə yaşaması üçün Parisdə 20 million dollarlıq bir ev almışdı. Ancaq qəzaya görə onların toyu baş tutmadı və orada yaşamaq onlara müyəssər olmadı.
Bir qəzetdə oxumuşdum ki, Əl-Fəyad ürəyində bir məcmuə buraxmaq arzusunu tuturdu. Mənim ağlıma bir fikir gəldi və onun oturduğu idarəyə məktub yazdım. Orada ona təklif etdim ki, əgər o, “Molla Nəsrəddin” adında bir məcmuə buraxmaq istəsə, mən belə bir nəşrin buraxılması işini, yə’ni ki, müdir işini öz üzərimə götürə bilərəm. Fikirləşirdim ki, müsəlman nəzər-nöqtəsindən çəkilmiş məzəli şəkillər dərc edən nəşr yaxşı bir təşəbbüsdür. Zərfin içinə həm də çəkdiyim bir-iki siyasi məzəkəli şəkil də qoymuşdum. O vaxt, hələ ki, keçmişdə bu ad altında Tiflisdə çixan nəşrin, mənfur bir şey olmasından xəbərim yox idi.
Bir həftədən sonra məktubuma cavab gəldi. Əl-Fəyadın katibəsi yazırdı ki, Əl-Fəyad cənabları sizin maraqlı məktubunuzu oxudu və lakin sizin bu işgüzar təklifiniz qəbul olunmadı. Məktubun üst hissəsində bu adamın şirkətlərinin yaraşıqlı nişanları həkk olunmuşdu. Sonradan başa düşdüm ki, mənim bu təklifim çox xam bir fikir idi, yaxşı düşünülməmişdi. Axı məcmuə işində, nəşr işində heç bir təcrübəm yox idi. O işi apara bilməzdim. Ondan başqa bu adam heç vaxt Londonda müsəlmanlarla əlaqəli bir məcmüə, qəzet ya da başqa bir şey tə’sis etmək işinə girişməz. Çünki Böyük Britaniya müstəmləkəçi, qəsbkar bir dövlətdir, müsəlman ərazilərinə yiyələnmək və orada hökmranlıq etmək istəyir. Məlikə Elizabetin müsəlman təbəəsi ingilis dövlətinin müsəlmanlara qarşı apardığı düşmən siyasətdən yaxşı xəbərdardır. Ancaq onlar hökumətin bu siyasətinə qarşı çıxmağa qorxurlar və daima ona sədaqət nümayiş etməyə çalışırlar.
Əl-Fəyad da həmçının bu cür mövqe tuturdu, özünü Britaniya məlikəsinin xidmətçisi, ingilislərin milli xeyirirləri üçün çalışan bir adam kimi göstərmək istəyirdi. Ona görə o, 10 milion paund pul xərcləyib bir qocaman ingilis nəşrini, məzəli şəkillər dərc edən məcmuəni aldı. Lakin bu məcmuə borcun içində üzdüyü, gəlir gətirməyən bir şey olduğu üçün, bir-iki ildən sonra onun nəşri dayandırıldı. Axı bu ərəb onu heç də qazanc əldə etməkdən ötrü almamışdı, yalnizca ingilislərın qılığına girmək, bu xalqa yaltaqlanmaq üçün etmişdi.
Onun ən büyük arzusu ingilis pasportunu, vətəndaşlığını almaq idi. Ancaq o, buna nail ola bilmədi. Baxmayaraq ki, Əl-Fəyad iyirmi il İngiltərədə məskun salmışdı, arvadı ingilis vətəndaşı idi və ondan da uşaqları var idi, İngiltərənin hökuməti ona vətəndaşlıq vermək istəmirdi. O, deyirdi ki, bunun səbəbi onda idi ki, mən müsəlmanam. O, bunda həmdə yəhudi əsilli Daxili İşlər və Xarici İşlər nazirlərini günahlandırırdı. Əl-Fəyad qəzetçilərə tez-tez deyirdi, bəyanatlar verirdi ki, ərəb ölkələrinin silah sifarişlərinə görə İngiltərə dövlətinə bir milyarddan artıq pul qazandırmışam. Londonun futbol komandasını satın almışam, ancaq bunun qarşılığında onlar mənə bir pasport belə vermək istəmirlər.
Sonralarda Əl-Fəyad qəzetlərə söz sızdırıb, hakim partiyanın mə’sul işçilərinə rüşvət verdiyini xəbər verdi. Bunun nəticəsində iyirmi il hakimiyyətdə olan Mühafizəkarlar partiyası hakimiyyətdən düşdü. Bunu etməklə o, bu yəhudi nazirlərdən qisasını aldı.
Dianının maşın qəzasınından sonra o, həm də Britaniya kəşfiyyat idarəsini ittiham etdi ki, guya bu qəzada bu təşkilatın əli vardı. Dedi, bu qəza deyildi, qətl idi. O, ingilis hakim dairələri məhkəməyə verdi, ancaq uduzdu, çünki heç bir dəlil gətirə bilmədi. Əl-Fəyad sübut etmək istəyirdi ki, ingilis dövlətinin gizli xidmətləri bunu sarayın əmri ilə etmişdi, çünki saraydakılar Diananın, ingilis xalqının sevimlisinin bir müsəlmana ərə getməsini arzu olunmaz bir şey sayırdı. Əl-Fəyadın bu oğlu, Dodi, onun ən sevimli oglu idi və onu atasının şirkətlərinin varısı kimi hazırlaşdırırdılar. O, Əl-Fəyadın birinci ərəb arvadından olmuşdu, halbuki o biri uşaqları ikinci, ingilis arvadındandır.
İngilis çox simic adamdır. Məsəl üçün London kimi böyük, ucu-bucağı olmayan şəhərin uzağı altı dənə küçə abdəstxanası var. Dördünün yerini bilirəm. Bundan artığını tikmək istəmirlər, görünür dövlət puluna qənaət etməkdən ötrü.
Axırlarda Londonun şimal səmtindəki bir mehmanxanaya köçdüm. Metro, avtobus pulu çox baha olduğundan (bir günlük metro və avtobus işlətmə kartının qiyməti 3-6 paund arası) çox vaxt ayaqla gedib-gəlirdim. Bir dəfə evdən çıxıb şəhərin mərkəzinə tərəf getdim. Bir saat gedəndən sonra ayaq yoluna getmək istədim və ayaq saxladım, fikirləşməyə başladım. Şəhər mərkəzindəki ayaqyoluna çatmaq üçün mənə iki saat lazım olacağdı. Və qərara gəldim ki, bu gəzintidən vaz keçib, evə qayıdım.
İngilis məlikəsi Elizabetin qənc yaşında çəkdirdiyi şəkillərə baxanda onun sifətinində yəhudi qızlarına xas olan cizgiləri sezdim. Bir ingilis gənci ilə söhbət edəndə ondan soruşdum, bu məlikə yəhudidirmi? Yox, o əsl ingilisdir, deyə cavab verdi. Mən tə’kid etməyə başladım ki, o, mənə yəhudi arvadlarını xatırladır. O, isə öz dediyində dururdu. Lakin, axırda acıqlı bir şəkildə dedi, əslində, Elizabet, alman əsillidir. Bir neçə il keçəndən sonra tarixi kitabda oxudum ki, mən haqlı olmuşam, Elizabet Almanyanın bir yəhudi ailəsində anadan olub, sonralarda isə İngiltərəyə gəlib, məlikə olub.
Amerikanın “Forbs” məcmuəsi var ki, orada dünyanın ən varlı adamlarının siyahısını dərc edirlər. Əslində isə belə nəşrlərə heç inanmaq da düzgün deyil. Mənə elə gəlir ki, bunları nəşr edənlər varlı adamlardan bac alıb adlarını o siyahıya salib, çıxardırlar. Bə’zi zənginlər pullarının çox göstərilməsini istəmirlər, bə’ziləri isə varidatının çox göstərilməsini, şişirdilməsini istəyirlər. Yə’ni ki, belə məcmuələrin naşirləri ondan-bundan rüşvət alırlar. Məsəl üçün dünyanın ən varlı ailəsi yəhudi Rotşildlərin adları o siyahılara heç vaxt düşmür. Elə bizim özümüzün tanıdığımız milyarderlərin adlarını da həmçinin belə siyahılara salmırlar.
İngiltərənin bir məcmuəsində də hər il o ölkənn 500 ən varlı adamlarının siyahısını dərc edirlər. Yə’ni ki, 10 milyon paund pulu olanlardan başlayaraq milliyarderlərə qədər. Mən bir neçə il ərzində bu nəşrləri aldım. Birinci il o ölkənin ən varlı adamı kimi “porno” adlandırılan biyabırçı məcmuələri və vidioları istehsal edən bir nəfəri göstərdilər. Mən birinci dəfə idi ki, belə bir adamın varlığından xəbər tutdum. Yazılmışdı ki, onun bütün varidatı, dörd miliyard pul bu cür əxlaqsız şeyləri satmaq hesabınadır. Bu mə'lumat mənə bir qədər şübhəli kimi görsəndi.
Gələn ilin siyahısına isə onun adı düşməmişdi. Bu da mənə şübhəli görsəndi, belə çıxırdı ki, bir ilə bu adam müflüsləşib, milliyardlarını itirmişdi. Ola da bilər ki, ingilis hökuməti biyabır olmamaqdan ötrü məcmuə sahibinə məsləhət verib ki, əxlaqsızlğı təbliq etməklə məşgul olan bu adamın adını o siyahıdan silsin.
Başqa il, üç miliyard pulla, ən varlı adam Elizabet oldu. Yenə bir il keçəndən sonra məlikə otuzuncu yerə düşdü, pulunu isə 300 milion kimi göstərdilər. Aydın məsələdir ki, bu dəfə saray adamları bu məcmuənin sahibini danladılar və məlikənin pulunu az göstərilməsini tələb etdilər.
“London” adında bir kitab var ki, orada o şəhərin həm yaraşıqlı, həm də me’marlıq və tarixi cəhətdən əhəmiyyətli binalarının adları çəkilib. Qaldığım hotelin yaxınlığında bir möhtəşəm bina var idi. Zənnimcə, saraya oxşayan bu ev Londonun ən gözəl, tarixi bir evidir. Ancaq, nədənsə o kitabda bu evdən heçnə danışılmırdı. Bunun səbəbi mənim üçün bir sirr kimi qaldı. Ola bilər ki, bu evin yiyəsi elə böyük və qüdrətli adamdır ki, ondan qorxub onun evindən danışmağa cürət etməmişlər. Kim bilir bəlkə o ev dünya iqtisadiyyatını əlində tutan, dünyaya hökm edən Rotşild ailəsinin hansısa bir üzvünə məxsusdur.
O evin yanından keçəndə bir neçə dəfə oradan çıxıb metroya gedən qızı görmüşdüm. Onu metrodan evə qayıdan da görmüşəm. Sadə geyinirdi, heç bir gözəlliyi, yaraşığı da yox idi. Onu o evdə işləyən qulluqçu sanmışdım. Sonra, başqa dəfə onu evdən qardaşı ilə, ya da ki nişanlısı ilə çıxdığını görəndə, onların hərəkətlərindən anladım ki, səhv etmişdim. O, qulluqçu deyildi və orada yaşayan adam idi, görünür ki, ev yiyəsinin qızı idi.
İngilis varlı adamlarının qızlarını tez-tez görürdüm, bizimkilərdən fərqli olaraq onlar çox sadə olurlar və var-dövlətləri ilə öyünməyi sevmirlər, ictimayi nəqliyyat vasitələrindən istifadə etməyə üstünlük verirlər. Fəqət, bizim adamlara bu təəcüb doğuran bir şey kimi görünməlidir.
Bir dəfə bir ingilis qızı mənə belə demişdi, ingilis oğlanlarının əsas marağı qızlardır. Mən onunla razılaşmadım. Dedim ki, burada artıq neçə ildir ki, yaşayıram və ingilisləri az-çox görüb tanımışam, odur ki, məni aldada bilməzsən. Əslində, ingilis oğlanlarını maraqlandıran birinci şey – puldur, ikinci şey – içkidir, qızlar isə olsa, olsa onların maraq dairəsində olan ən axırıncı bir şeydir. Elə buna görə ingilis qızları aşna, ər axtarışında olanda gəlmə adamalara, xaricilərə yönəlirlər, onları xaricilər arasında axtarırlar. Hətta kişi axtarmaq üçün başqa ölkələrə üz tuturlar. Qız nə qədər gözəl olsa da İngiltərədə onun heç bir dəyər-qiyməti yoxdur, orada qızın gözəlliyi az əhəmiyyətli bir şey sayılır.
Londonun əksər səkiləri çox ensiz olur, onlardan ancaq bir adam keçə bilər. Bakıda bizim kişilər hansı millətdənsə bir adət götürüblər. Bu adətə görə kişi küçədə gərək həmişə qıza, qadına yol versin. İngiltərədə isə bunun əksini görmüşəm. Orada, adətən, qızlar, qadınlar kişiyə hörmət göstərirlər, yol verirlər. Heç bir ingilis kişisi arvad xeylağına yol verməz, elə yarıb keçər. Bakıda öyrəşdiyim kimi hərəkət edib, arvadlara, qızlara yol verəndə onlar təşvişə düşür, karıxıb dururdular, anlamırdılar ki, nə üçün mən kişi ola-ola onlara yol verirəm.
İngilis qızının hərəkətləri, duruşu və gülüşü kişininkini xatırladır. Onlar hər şeydə kişiyə oxşamaq istəyirlər. Görünür ki, onlar analarındansa atalarına, qardaşlarına qibtə edirlərlər və buna görə onların hərəkətlərini yamsılayırlar.
İngiltərənin oğlanları qızları tə’qib etmir, bunun əksinə qızlar oğlanları təqib edir. Elə görünür ki, ingilis kişilərinin onlara qarşı laqeyd oluşunu görəndə, qızlar məcbur olurlar ki, kişilərlə tanış olmağa özləri təşəbbüs göstərsinlər. Bir amerikalı demişdi ki, bizim qızlardan fərqli olaraq ingilis qızları kişilərə qarşı çox təcəvüzkarcasına hərəkət edirlər. Doğrudur, xoşlarına gələn kişinin yolunu kəsirlər, çox əcaib, ədəbsiz hərəkətlər edirlər. O cür ki, belə şəylər barəsində danışmaq belə olmur.
Londonun küçələrində üstü açıq Mersedes, BMV maşınlarını sürən 16-18 yaşlı qızlar, ara-sıra, maşınlarını saxlayıb adamla dolu küçələrdə məni səsləyib, bu sayaq zarafatyanı sözlər qışqırırdılar: “Ay italiyalı, gəl min mənim maşınıma, səni restorana aparıb yeməyə qonaq edim”. Bunu deyib də, yanında oturan başqa qızlarla gülərək, sürüb gedirdilər. Bu cür hərəkətləri oglanlardan gözləmək olar, qızlardan isə bu heç də düzgün görsənmir.
Halhazırki ingilislər üçün “əxlaq” boş bir sözdür, əhəmiyyətsiz bir şeydir. Buna bir misal gətirim. Bir TV kanalında bir qızı, universitet tələbəsini mikrofona çağırıb, soruşurlar ki, sənin həyatının ən xoşbəxt günü hansi gün olub? O, cavab verdi, bir gün, təsadüfən, bir oğlanla tanış oldum və biz dərhal yaxınlıqdakı ictimayi ayaqyoluna qaçdıq. Orada cütləşdik. Bu mənim həyatımın ən xoşbəxt, şad günü idi. Sonra, qız əlini televiziya kamerasına yelləyib deyir, atamı salamladım. O, indi yoldaşları ilə pivəxanada oturub bizə tamaşa edir. Belə görünür ki, onun atası dostlarına baxıb fəhrlə deyəcək, baxın, bu mənim qızımdır! Çox ağillı uşaqdır.
Bir dəfə on dörd yaşlı incə-mincə bir qız televizyada yay məktəb tə’tili haqqında danışırdı. Dedi ki, mən bu yay Afrikaya səyahətə getmişdim. Atam mənə 4000 paund verib dedi ki, qızım bu pulu götür, hər-hara istəyirsən səyahətə get, sağına-soluna xərclə, kef çək. Mən də onun sözünə baxdım, kefimi sürdüm. Afrikada hündür boy, boy-buxunlu bir zənci ilə onun güləşlə örtülmüş çadırında iki ay yaşadım, onun arvadı oldum. Məktəbdə bütün qızlar bunu biləndə mənim paxıllığımı çəkirlər.
İngilislər hərəkətlərinə görə çox vaxt bizim xalqın etdiyinin əksini edirlər. Məsələn, bizim adamlar, yaxınlarını itirəndə bərkdən qışqıraraq, ağlayırlar, ingilislər isə bunun əksini edirlər, gülürlər. Elə ki əgər birisi faciyəvi bir şəkildə qızını itirmiş atadan bu hadisə barəsində bir şey soruşsa, ingilis ata cavab verə bilər: “Qızım çox yaxşı bir qız idi”. Və bunun ardınca şaqqanaq çəkərək güləcək. Bu cür hərəkət orada yaxşı qəbul olunur. Yə’ni ki, başqasına nə var ki, sənin yaxının ölüb. İngilislərə görə ağlamaq, fəryad çəkərək camaatın qanınını qaraltmaq, pis adətdir.
Tanınmış bir Britania bankının Sinqapur şəhəri üzrə rəisi bir qonaqlığa də’vət olunmuşdu. Bu ingilis kişisi orada, şalvarını, tumanını aşağı salıb və sonra dombalıb çıplaq ombasını qonaqlara göstərmişdi. Qonaqlar, yerli adamlar onun bu ədəbsiz hərəkətini qınayanda, ingilis çox təəcüb edib, dedi, anlamadım, bu adamlar nə üçün buna narazılığ edirlər? Axı bu, ziyansız bir ingilis zarafatıdır.
Başqa bir vaxt həmin bu adam bu hərəkəti restoranda etmişdi. Restorandakı qadınlar Sinqapur polisini çağırıb, şikayət etdilər. İngilis təzədən təəcüblənib dedi ki, bu xaricilər çox əcaib adamlardır, bizim bu məzəli ingilis zarafatını anlamırlar.
Həqiqətən ingilislər bu cür hərəkətləri yaxşı bir ingilis adəti, zarafatı hesab edirlər. Xaricə gedəndə də bu cür işləri görürlər. Sonra isə təəcüb edib deyirlər ki, biz, ingilislərdən fərqli olaraq başqa millət zarafat başa düşmür. Məsəl üçün, bir gün bir İtaliya çimərliyində otuz ingilis oğlanı dizlərinə qədər dənizə, suya girərək, arxalarını sahilə çevirib, dombaldılar. Sonra, hamısı eyni vaxtda tumanlarını çıxardıb ombalarını camaata nümayiş etdilər. Sahildə oturan italian ailələri isə polis çağırdılar. Polis məntəqəsinə gətirilən cavanlar, eynən, təəcüb edərək, dedilər, axı bu bir zarafat idi.
İngilislər bir işin dalınca düşəndə, həmişə mətanət nümayış edib, onu axıra çatdırırlar. Afikada, meşədə gəzən bir ingilis qızı yerli adamlar tərəfindən zorlanmış və sonra da öldürülmüşdü. Atası söz verdi ki, bu cinayəti törədənləri tapıb, həbs etdirəcəyəm. Sonuna qədər bu işin ardınca gədəcəyəm. Bu qətlin günahkarları isə o ölkənin bir neçə naziri olub. Bilindi ki, onlar meşədə ov edəndə bu qıza rast gəlmişdilər. İngilis ata bunları iyirmi il ərzində təqib etdi, çox zəhmət, əziyyət çəkdi və, nəhayətdə, o adamlar vəzifələrini itirəndən sonra hamısının tutulmasına və məhkum olunmasına nail oldu.
İngilis TV kanalında bir sənədli film görmüşdüm ki, orada bir ingilis arvadın uşağlarının bir ərəbin, onların atası tərəfindən qaçırılılmasından söhbət açılmışdı. Ərəb ata doqquz yaşındakı oğlan uşağını və on üç yaşlı qızını öz vətəninə Mərakeşə aparıb, geri gətirməmişdi. Kişi dedi, mən uşaqlarımı müsəlman məmləkətində yaşamalarını istəyirəm, çünki əgər onlar İngiltərədə qalsalar, onda böyüyəndə əksər ingilis cavanları kimi olacaqlarlar, yə’ni ki, qız qəhbə olacaq, oğlan isə tiryaki. Filmdə deyilirdi ki, arvad uşaqları İngiltərəyə qaytarmaqdan ötrü ona bu işdə yardım etmək üçün ingilis gizli xidmətinin bir keçmiş işçisini pul verib, tutmuşdu. O, bu filmin çəkilməsi üçün özü ilə birlikdə Mərakeşə həm də kino işçilərini də götürür. Aydın məsələdir ki, həqiqətdə, “keçmiş cəsus” adında bir şey yoxdur. Məncə, bu “keçmiş cəsusu” arvada tapan elə dövlətin özü idi. Axı bu məfkurəvi bir işdir. Bu məsələdə xristian və müsəlman ixtilafı, Qərb və Şərq dünyalarının qarşıdurması var idi.
Nəhayətdə, arvad və ingilis cəsusu Mərakeş dövlətinin qanunlarını pozaraq, cürbəcür qanunsuz işlər görərək uşaqları İngiltərəyə aparmağa nail olurlar. Sonralarda uşaqlardan soruşanda ki, Mərakeşdə yaşayiş yaxşıdır, ya İngiltərədə? Uşaqlar cavab verdilər ki, biz həmişə İngiltərədə yaşamağ istəmişik. Ərəb ölkəsində hər şey bizə yad görsənirdi – ərəb dili, ərəb uşaqlar, ərəb qohumlar, ərəb xörəkləri və adətləri, ümumiyyətlə, hər şey.
Məncə, atanın səhvi onda olub ki, o, bu uşaqları, onlar hələ körpə ikən deyil, böyüyəndə Ərəbistana aparıb. Ağlı kəsən yaşa çatdıqdan sonra onlar artıq ingilisin adətinə və həyat tərzinə öyrəşiblər, ingilis olublar. İngilisin adətləri uşaqların qanlarına işləyəndən sonra, artıq müsəlman ata onları itirmiş, qeyb etmişdi.
Bir ingilis televiziya kanalında iki-üç ay ərzində qeyri-adi bir sənədli film göstərmişdilər. Orada, çoxsayda həştad yaşlı qarı nənələr biyabırçı, qalmaqallı e’tiraflar edirdilər. Filmdə, bu ingilis nənələri uşaqlıqda onların başına gələn pisliklərdən söhbət açırdılar. Bu filmi çəkənlər uzun zaman ərzində ciddi araşdırmalar aparıb belə nəticəyə gəldilər ki, qabaqlarda o ölkənin əksər uşağı öz yaxın adamları tərəfindən cinsi zorakırlığa mə’ruz qalmışdı. Bir nənə danışdı ki, atam məni yeddi yaşımdan on dörd yaşıma qədər olan müddət ərzində dəfələrlə zorlamışdi. Mən isə, atamdan qorxaraq bu məsələni anamdan gizlətmişdim. Bir qoca kişi isə danışdı ki, anam məni məcbur edirdi ki, mən onunla cinsi əlaqəyə girim. Başqa nənə danışdı ki, məndən böyük qardaşım mən hələ uşaq olanda məni zorlamışdı. Bu 20-30 hissəli lent elə bu cür biyabırçı e’tiraflardan ibarət idi. Filmin müəllifləri bunun səbəbini onda görürdülər ki, ingilis ailələrinin yaşadığları evlər və mənzillər çox kiçik idi. Bir otaqda və hətta bir yataqda üç-dörd adam yatırdı.
Görünür elə buna görə sonralarda İngiltərədə belə bir qanun çıxdı ki, hər evdə hər uşağın ayrıca yataq otağı olmalıdır və bu qanunla tənzim olmalıdır.
Ancaq mənim bir şübhəm var ki, kanalın rəhbərliyi qalmaqal doğuracaq bu filmi çəkməklə ingilis millətini alçaltmaq, təhgir və biyabır etmək istəyib. Axı bütün ingilis kanallarının rəhbərliyində yəhudi millətinin nümayəndələri, sionistlər dururlar.
Britaniya vəliəhdi Çarlz öz məktəb həyatından danışanda şikayət edirdi ki, onun şagird yoldaşları ona çox zülüm edirdilər, əziyyət verirdilər. Dedi, “Məktəbdə keçirdiyim illər mənə Cəhənnəmi xatırladırdı”. O, varlıların uşaqları üçün nəzərdə tutulan xüsusi bir məktəbdə oxuyurdu. Bu zülümün səbəbi onda idi ki, Çarlz Britaniya vəliəhdi idi. Bizim millətin nümayəndəsi, xasiyyətcə, vəzifəli adama boyun əymək, yaltağlanmaq istəyir. İngilis adamı isə bunun əksini edir, heç kəsə boyun əymək istəmir. Elə bu səbəbdən Çarlzın onlarla birlikdə oxuyacağını öyrənəndə məktəb uşaqları onu özlərindən üstün görmək istəmədilər və şərt kəsdilər ki, heç kəs onunla dostluq etməyəcək və danışmayacaq. Bu belə də oldu, o, məktəbi qurtarana qədər bu vəziyyət davam etdi. O, dedi ki, mən çox əziyyət çəkdim, ancaq sarayda bundan xəbər tutmadılar.
Yalnız bir uşaq bu şərti pozurdu və xəlvət yerlərdə, gizlincə onunla danışırdı. Sonralarda böyüyüb yaşlananda Çarlz bu adamın, keçmiş məktəb yoldaşının bu yaxşılığını unutmadı və onu dövlətin hərbi naziri vəzifəsinə tə’yin etdirdi. Halbuki bu adamın hərbi işlərdən heç bir anlayışı yox idi.
Xəbərlərdə çox eşitmişəm ki, sarayı, şahlıq quruluşunu sevməyən ingilislər dəfələrlə Çarlza yumurta atıb, üst başını bulaşdırırdılar. Lakin bu hərəkətlərinə görə onlara heç nə itməyirdilər. İngilis vətəndaşları ağıllı olurlar, bilirlər ki, daş atsalar, həbs olunacaqlar, onun əvəzinə yumurta kimi yumuşaq şey atsalar isə, onlara heç nə olmayacaq.
Bizim adamlar vəzifəli adamlardan, varlı adamlardan qorxur, onlardan çəkinirlər. İngilislər isə bunun əksini edirlər, qorxmurlar.
İngilis məlikəsi hər il “Askot” adlanan bir cıdır təşkil edir ki, ora cəmiyyətin yuxarı təbəqəsinin nümayəndələri də’vət olunur. Bu adamlar da gözəl libaslar geyinib bu cıdır meydanına gəlirlər, atların qaçışına baxır, qumar oynayır və pivə içirlər.
Bir dəfə telivizorda bu adamların cıdıra getməsini gördüm. Cıdır meydanına gedən yol bir kənddən keçir. Bu yarım kilometrlik yol ayaqla gedilməli idi. Kəndin bütün adamları ensiz bir yolun, çığırın hər iki tərəfində uzun sıra yaratmışdılar ki, də’vət olunmuşlar, əşraf və əsilzadələr onun arasından keçməli idilər. Bunlar keçdikçə kənd sakinləri onların üzərinə bərkdən qışqırır, pis-pis söyüşlər, qarqışlar yağdırırdılar. Söyülənlər isə naəlac bir şəkildə gülümsəyərək yollarına davam edirdilər. İngilisin ağlı burada da işləyirdi. Bu kasıb adamlar bu cür hərəkətlərlə, söyüş ilə varlılardan, özlərindən daha yuxarıda duran təbəqədən qisaslarını aldilar. Fəqət onlar daş tullamır, yumruq atmırdılar. İngilislər yaxşı başa düşürlər ki, indiki Britaniyada tək bir söyüşə görə onlara əsla cəza verilməyəcək.
İngilislər deyirlər ki, Britaniya təbəqələrə bölümmüş cəmiyyətdir, başqa yerlərdən fərqli olaraq bizdə hakim təbəqə mövcuddur. Əvvəllər mən buna e’tiraz edirdim, deyirdim ki, cəmiyyətin təbəqələrə bölünməsi həmişə olub və olacaq. Hər ölkədə, hər cəmiyyətdə təbəqələnmə vardır. Hətta komunist ölkələrdə də təbəqələnmə mövcud idi. Sovet İttifaqında Mərkəzi Komitədə işləyənlər, nazırlər, rəislər hakim təbəqə sayılırdı. Nəzəriyyədə, sözdə deyirdilər ki, fəhlə və kəndlilər sovetin hakim təbəqəsidir, əməldə, həqiqətdə isə bu heç də belə olmayıb. Əməldə bunlar cəmiyyətin ən aşağısında yer tuturdlar.
Əslinə baxanda isə sovetin bu hakim təbəqəsi, yə’ni ki Mərkəzi Komitəsi, nazirləri və rəisləri də fəhlə və kəndli zümrəsindən çıxan adamlar olublar, əsilzadələr olmayıblar.
Sonralarda anladım ki, ingilislər düz deyirlər, həqiqətən İngiltərə təbəqələrə bölünmüş bir cəmiyyətdir, orada hakim təbəqə və qeyriləri var. Oranın hakim təbəqəsi həqiqi hakim təbəqə olub, əşraf və əsilzadələrdən təşkil olunmuşdu.
Məsəl üçün Amerikada böyük sərvət sahibləri o ölkənin hakim təbəqəsidir. Orada yayılmış bir fikrə görə mövqeyindən asılı olmayaraq hər adam varlanıb hakim təbəqədə yer ala bilər. Rusiyada və bizdə də bu, bu cürdür. Düzdür, belə yerlərdə varlanmanın yeqanə yolu vəzifəyə keçməkdədir.
İngiltərədə isə bu belə deyil. Böyük sərvətə malik olsan belə sən hakim təbəqəyə məxsus olan birisi sayılmayacaqsan. Orada padşah nizamı, quruluşu var. İngiltərənin bugünki padşahları mütləq hökmdar olmasalar da, yenə də padşahlar sayılırlar, sözləri keçır. Rəsmən də Britaniya padşah səltənəti sayılır. Məlikə Elizabet ölkənin hökmdarı sayılır. Onun ailə üzvləri hakim təbəqənin başıdır. Ümumiyyətlə qötürülsə əsilzadələrın hamısı birlikdə yuxarı, hakim təbəqəni təşkil edirlər. İngiltərədə bütün cəmiyyət istəsə də, istəməsə də bunları hakim təbəqə kimi qəbul edir. Onu da başa düşmək lazımdır ki, bu o demək deyil ki, onların hamısı varlı adamlardır. Əsla yox. Çox əsilzadələr kasıb yaşayırlar, quru bəylər kimi. Fəqət bununla belə onlar yenə də hakim təbəqəyə məxsus adamlardır. Onların kasıblarını da saraya qonaqlığa dəvət edirlər.
Gürcülərə xəbər çatdı ki, onların keçmiş padşahlarının bir nəticəsi hal-hazırda İspanyada yaşayır. Sıravi gürcülər çox sevindilər və ölkədə şahlıq quruluşunun bərpa edilməsini tələb etdilər. Gürcü xalqı bu adama müraciət edib, onu Gürcüstana də’vət etdi. Ondan padşah kimi Gürcüstanın taxtına oturmasına razı olub, olmamasını öyrənmək istədilər. Razısınızsa, Tiflisə gələ bilərsiniz. O, cavab verdi ki, padşah olmağa razıyam, lakin mən İspaniyada kasıb bir avtomexanik kimi yaşayıram, hərgah Tiflisə qəlmək üçün mənə təyyarə bileti alınsa, onda gələrəm. Lakin Gürcüstanın hakim dairələri onu bu bilətlə tə’min etmədilər. O da Tiflisə gedə bilmədi. Mən o vaxt Londonda yaşayırdım. Pul tapsaydım özüm ona bilet alıb Tiflisə yolladardım ki, Gürcüstanda padşah quruluşu bərpa olunsun.
Londonun sıravi adamları nədənsə məni hakim təbəqəyə məxsus adam sayıb, uzaqdan mənə yumruq göstərir, söyüş söyürdülər, bə’zən də əllərinə keçəni atırdılar. Amma dəqiq bilmədim ki, məni əsilzadəyə, yoxsa sadəcə varlı adama oxşadıb nifrət nümayiş edirdilər. Bəlkə də məni yəhudi bilib bunu edirdilər, çünki mən varlı yəhudilərin məhələsində, Həmpsteddə yaşayırdım.
İngiltərədə qəzetdə bir əhvalat barəsində məqalə oxumuşdum. Orada bir qadının həyatından söhbət gedirdi. Yazılmışdı ki, bu orta yaşlı qadın on beş il əri ilə yaşadıqdan sonra ondan ayrıldı. O, deyirdi ki, ərimi dəlicəsinə sevirdim, lakin on-beş il sonra onun telofonla bir kişi ilə, onun sevgilisi ilə danışığını eşidəndən sonra donub qaldım, böyük bir sarsıntı keçirdim, ərimin pis yolun adamı olduğunu anladım. Başa düşdüm ki, ərim riyakarlıq göstərib uzun illər ərzində böyük bir ustalıqla mənə qarşı sevgi, mehri-məhəbbət nümayiş edirdi. Halbuki, onun həqiqi sevgilisi telefonla danışdığı başqa adam olub. Çətin də olsa, gərəra gəlib, ondan boşandım. İndi doqquz yaşlı oğlumla və on dörd yaşlı qızımla ayrı yerdə yaşayıram. Ərim yaxşı pul qazanırdı. Kasıb yaşadığımıza görə uşaqlar məni qınayırlar, deyirlər ki, atamızın “qey” olmasını qəbul edə bilirik, bu cür kasıb yaşamağımızı isə, yox.
Məncə, bu çox məzəli bir əhvəlatdır. O qadından soruşmaq olar ki, bəs sən on beş il ərzində kimi sevmisən? İndi tanıdığın adamı, yoxsa xəyalında tutduğun adamı?
Məncə dünyanın ən ağıllı adamları ingilislərdir. Məsəl üçün bütün idman oyunlarının qaydalarını onlar yazıb, tərtib ediblər. Buna başqa çoxlu misallar da gətirmək olardı. İngilislərin yaxşı xüsusiyyətlərindən biri odur ki, onlar ağıllı adama hörmət edirlər. Ağlın varsa İngiltərədə onun hesabına qabağa gedə bilərsən, ən uca məqama qalxa bilərsən. İngilis cəmiyyəti ağıllı adamın qabağa getməsinə maneə törətmir, əksinə yolunu açıq edir. İndi ki ingilislər ağıllı adama hörmət edirlər, bu da onu göstərir ki, onlar özləri də ağıllıdırlar, çünki ağıllını axmaqdan ayırd edə bilirlər.
Ağıllı olmaqla bərabər ingilislər, həm də dəlidirlər. Ola bilər ki, onların dəliliyi ağılın çoxluğundandır. Mən Londonda ilk vaxtlar özümü ingilislərin arasında: küçədə, avtobusda, “tyub”da, yə’ni ki metroda çox narahat hiss edirdim. Səbəbini anlamırdım. Qorxdum ki, bəlkə mən dəli olmuşam. Ancaq, nəhayətdə, uzun bir müddət keçəndən sonra başa düşdüm ki, dəli, mən deyil, ingilislərdir. Və rahatlandım. Anladım ki, mən adi, ruhən səlim bir adamam, ətrəfımdakı əcaib insanlar, ingilislər isə dəlidirlər. Ondan sonra daha onların əcaib hərəkətlərinə baxmayıb, öz işlərimlə məşğul olmağa başladım.
Fransızlara, italiyanlara, ispaniyalılara baxanda görürsən ki, bunlar adi, ağıllı başlı adamdırlar. İngilislərə baxanda isə onları anlaya bilmirsən, insana oxşatmırsan, robot və ya səmadan gələn əcaib, qansız məxluqlar sanırsan. Bunun da səbəbi ondadır ki, ingilislər öz hisslərini gizlətməyə çalışırlar, təbii olmaq, istəmirlər. Məsəl üçün ingilis adamı avtobusda, metroda oturanda arşın udmuş birisi kimi düm-düz durur. Dodağında da daima təbəssüm olur. Yə’ni ki, ingilis daima sə’y edərək fikrini-zikrini gizlədir, onu ətrafındakılara göstərmək istəmir.
Mənim kimi xaricdən gələn adam isə qeyri-ixtiyarı olaraq ingilislər kimi durub-oturmaq istəyəcək, lakin bu ona böyük bir narahatlıq verəcək, çünki onun təbiəti bunu qəbul etməyəcək.
Bir dəfə metroda, “tyub”da vaqona girəndə orada bir fransızın oturduğunu gördüm. O, dizləri üstünə qoyduğu qoluna başını söykətmişdi, üzündən, duruşundan kədər hissi keçirtdiyini oxumaq olurdu. O, öz əhvalını ətrafdakılardan gizlətməyə təşəbbüs etmirdi. Bu mənə adi, təbii bir şey kimi görsəndi. O fransızı görəndən sonra mən sağaldım, özümə gəldim, rahatlandım, ingilislərə uyuşmaq fikrindən vaz keçdim.
Məsəl üçün Fransada və ya hər hansı başqa ölkədə birisi bir məclisə gəlib hər-hansı bir nəlayiq, əcaib hərəkət etsə, hamı onu məzəmmət edəcək və oradan kənarlaşdıracaq. İngiltərədə isə belə olmur, hamı durub susur, özlərini elə aparırlar ki, guya hər şey qaydasındadır. Bu səbəbdən, belə yerdə özünü narahat hiss edirsən, elə bil ki, dəlixanaya düşmüsən.
Məsəl üçün, küçədə gedən əlli yaşındakı ingilisə və onun yanındakı on səkkiz yaşındakı qıza baxanda anlaya bilmirsən ki, bunlar kimdir. Bilmirsən ki bunlar ata-baladır, ər-arvaddır, yoxsa kı, bir kişi müştəri və bir fahişə qızdır. Bəlkə də kişi dəyyusdur, qızda onun gəzdırdiyi fahişə. İngilslərin hərəkətlərindən, duruşlarından, üz ifadələrindən bunu qətiyyən anlamaq olmur.
Başqa vaxt, “tyub”un vaqonunda bir dəstə adam, fransızları gördüm. Fransız olduqlarından, dillərini anlamırdımsa da, bunların kim olduğunu ilk baxışdan tə’yin etdim. Başa düşdüm ki, bu qarı və qoca, ər-arvaddırlar, iki uşaq isə onların nəvələridir. Orta yaşlı kişi və arvad isə qarı və qocanın oğlu və gəlininidir. Bunların yerində ingilis ailəsi olsaydı bunu anlamaq olmayacaqdı.
Fransızlarda belə bir ifadə var, “O, mənə bir ingilis baxışı ilə baxdı”. Yə’ni ki, filənkəsin üzündə dəli bir baxış, üz ifadəsi var idi.
İngils həm də adamlarla ünsiyyət qurmağı bacarmır.
Ruslar və fransızlar dostları, yoldaşları ilə birlikdə oturanda uzun söhbətlər aparırlar, dərdləşirlər və bunu etməklə rahatlanır, sakitləşirlər. İngilislərdə isə belə şey qəbul olunmaz bir şey sayılır. Hər şeyi, dərdi-sərini ürəklərində saxlayıb heç bir kəslə bölüşmürlər və ola bilər buna görə də axırda, dəli olurlar.
Londonun küçələrində tez-tez divanələrə rast gəlmək olur. Səbəbi ondadır ki, İngiltərənin səhiyyə naziri dövlətin pulsuz xidmət göstərən ruhi xəstəxanaların müdirlərinə əmr verib ki, az həstə qəbul etsinlər, qəbul edəndə isə qısa bir müddətdən sonra sağlam e’lan edib, evə buraxsınlar. Məqsəd – dövlət puluna qənaət etməkdir. Bir dəfə bir xəstə həkimin yanına gəlib şikayət etdi ki, hansısa bir qüvvə məni adam öldürməyə vadar edir, qorxuram özümü saxlaya bilməyəcəyəm, cinayət törədəcəyəm. Onu bir-nəçə gün xəstəxanada saxlayıb, artıq daha sən sağaldın deyib, evə baraxmaq istədilər. O, nə qədər israr edib, hələ ki, sağalmamışam, desə də onun sözünə baxmadılar. Buraxıldıqdan qısa bir müddət keçir və o, heç bir səbəbi olmadan altı adamı bıçaqlayıb öldürür.
Səhiyyə naziri dövlət puluna qənaət etməkdən ötrü, həm də belə bir qayda qoydu ki, hökumətin pulu hesabına cərrahiyə əməliyyatı keçirmək istəyən adam altı ay gözləməlidir. Təcili cərrahiyyəyə ehtiyacı olanlar, məcbur oldular ki, pullu xüsusi xəstəxanalara müraciət etsinlər. Elə ki, dövlət bu təzə qayda hesabına xeyli pula qənaət etdi.
İngiltərədə kapitalist quruluşu hökm sürür. Bu səbəbdən oranın hökuməti təkcə zəngin dəstənin maraqlarını güdür. Buna bir misal gətirim, dövlət aptek sahiblərindən tələb edir ki, onlar əhaliyə dəva-dərmanı altı qat bahasına satsınlar. Burada məqsəd – dərman istehsal edən şirkətlər daha çox pula qazana bilsinlər. Aptekçilər şikayət edirlər ki, bu qayda həm bizə, həm də ki kasıb-kusuba zərərdir. Təqaüdə çıxmış adamlar aptekə gəlib dərmanın qiymətini eşidəndə, onu baha görüb, almırlar. Halbuki mən dərmanı bir-nəçə dəfə ucuz qiymətə satsam, həm mənə, həm də ki xəstələrə xeyir olar.
Televiziyada bir sənədli film görmüşdüm. Orada dövlət mə’murları bir qoca arvadı öyrədib bir pakistanlının aptekinə göndərdilər. Arvad gəlib gileyləndi ki, istədiyim dərman çox bahadır ala bilmirəm. Pakistanlının ona yazığı gəldi və dərmanı yarı qiymətinə satdı. Bunu gizli kamera ilə yazırdılar. Sonra mə’murlar gəlib apteki bağladılar və bu aptekçiyə, əczaçılıq sahəsində işləmək, ömrünün axırınacan gədağan olundu.
Bir yəhudi əsilli ingilis həkimi qocalara tibbi xidmət göstərirdi. Onun bütün xəstələri tez ölürdülər və ölməmişdən qabaq evlərini, mal-dövlətlərini ona vəsiyət edirdilər. Polislər ondan şübhələndilər və aparılan araşdırmadan, istintaqdan sonra aydın oldu ki, bu həkim xəstələrinə əvvəlcə, öz adına vəsiyyət yazdırırdı, sonra isə onları iynə vuraraq öldürürdü. Məhkəmədə hakim, bu təbibin iki yüz qoca xəstəni öldürdüyünə görə, ağır iş kəsdi. Əslində polislər və müstəntiq onun daha çox, dörd yüz xəstəni öldürdüyündən şübhələnirdi, lakin onlar bunu sübut edə bilmədilər.
Biyabır olduqları üçün bu yəhudi həkimin arvadı və qızı evlərini satıb Fransaya köçməyə məcbur oldular. Yəqin fikirləşdilər ki, orada onları heç kəs tanımayacaq.
İngilislərin cürbəcür əcaib adətləri var. Məsəl üçün, evlərində oturub içki içəndə və içki şüşəsi boşalanda onu otağın o biri başına diyirləndirirlər. Hər halda sıravi adamların hamısı belə edir.
Mən qalan mehmanxanada bir yaşlı ingilis yaşayırdı. Darıxdığından hərdən gəlib, mənim nömrəmdə otururdu. Çöx vaxt gələndə əlində caxır şüşəsini, pivə şüşəsi tuturdu. İçkiləri ıçib qurtaranda, ingilis adətinə görə, onları otağın o biri küncünə diyirlədirdi. O, bunu mənə qarşı hörmətsizlik göstərmək üçün etmirdi, axı o, öz nömrəsində də eynisini edirdi.
İngilislərdən fərqli olaraq heç bir rus içki düşkünü olan fərd, sərxoş belə olsa bunu etməz. Boş şüşələri səliqə ilə yerə qoyar.
Britaniya hökumət dairələri zəncilərdən çox qorxurlar. Səbəbini isə bir ingilis sənədli filminə baxandan sonra bildim. Bu film İngiltərədə baş verən yerli zənci gənclərin üsyanından bəhs edirdi. Təxminən otuz il bundan qabaq London polisləri bir qara adamı öldürmüşdülər. Bunu eşidən zəncilər e’tirazlarını bildirməkdən ötrü ölkənin hər tərəfindən paytaxta axışıb gəldilər. Üç gün ərzində şəhərin küçələri tamamı ilə zəncilərin əlində idi, onlar vurur-dağıdır, yaxıb-yandırırdılar. On minlərlə qara rənglilərin üsyanını yatırtmaq mümkün olmurdu, polis aciz qalmışdı. İngilislər, ağ adamlar qorxu və təşviş içində evlərin pəncərələrindən küçədə baş verən bu iqtişaşı, seyr edirdilər. Bu hadisələrdən sonra dövlət başa düşdü ki, zənci öfkəsi, zənci üsyanı yaman olur. Yaddaşında həkk etdi ki, bu adamlarla çox ehtiyatlı davranmaq lazımdır.
İngilislər çox qənaətçıl adamlar olmaqla bərabər həmdə çox pulgir olurlar. İngilis daşdan pul çıxardan adamdır. O, zir-zibili eşələyib nəsə tapanda, tapdığı şeyi büyük bir məbləğ pula satmağı bacaran insandır. Bizim millətdən olan hər hansı bir adam isə o şeyi tapsa onun bir dəyərsiz bir şey sayar, heç vaxt ağlına gəlməz ki, belə şeyi satıb varlanmaq olar.
Bir ingilis kişisi zibillikdə uzun xovlu məxmər bir ayı oyuncağını tapır. Onun şəklini qəzetdə görmüşdüm. Oyuncağın yırtılmış qarnından bayıra samanlar çıxmışdı. Hələ bir gözü də düşmüşdü. Bu adam sonradan onu 4000 paunda bir oyuncaq muzeyinə satdı. Sən demə o, yüz il bundan qabaq İngiltərədə istehsal olunmuş bir oyuncaqdır. Bü gün dünyanın hər tərəfində istehsal olunan bu ayı oyuncağıni düzəltmək ilk dəfə hansısa bir ingilisin ağlına gəlmişdi.
Londondonun əntiq dükanlarında hər cür mal tapmaq olar. Orada Fransa, Yaponiya, Çin, İtaliya və s. ölkələrin qədim sənət əsərləri satışa çıxarılıb. Elə əntik sənət əsəri var ki, əlli milyona və daha bahasına satılır. Fəqət, əntiq bazarında ən ucuz satılanlar müsəlman sənətinin nümunələridir. Məsəl üçün, başqa millətlərin əntiq sənət nümunəsı on min dollara satılırsa, eyni sənətkarlıqla işlənmiş müsəlman sənət əsəri isə yüz dollara satılacaq, yə’ni ondan yüz dəfə ucuz. Bə’zi hallarda isə min dəfə ucuzuna. Elə ki, cibində mincə dollar pulu olan adam Londonun dükanlarına girsə, o pula o qədər müsəlman əntik sənət əsəri ala bilərki, ondan kiçik bir ev muzeyi düzəltmək olar. Bunun səbəbi ondadır ki, müsəlman adam öz sənətinə qiymət vermir. Varlı ingilislər pullarını antik əsərə yatırmağı sevirlər, çünki bilirlər ki, o, ilbail bahalaşacaq. Baxanda görürsən ki, əntik İslam sənətini pul verib alanlar, evlərində saxlayanlar, əsasən, yəhudilər və ermənilərdir.
Varlı ərəb şeyxləri isə elə şeyə pul verməzlər. Onların marağını cəlb edən şeylər, sifarişlə istehsal olunan, üzərlərinə qızıl suyu çəkilmiş maşınlar, almaslarla bəzənmiş cib telefonları və başqa buna oxşar səfeh şeylər. Bə’zən isə, çox nadır hallarda bu şeyxlər və sultanlar müsəlman əntiq sənət nümunələrini alıb muzey düzəldirlər, ancaq sırf siyasət üçün, camaata özünü müsəlmanların irsinə qiymət verən adam kimi göstərmək üçün.
Az saylı erməni xalqının əntiq sənət əsərləri də həmçinin, müsəlmanınkindən qat-qat baha qiymətə satılır.
Məsəl üçün Londonda miladı tarixlə on ikinci əsrə aid olan nücüm elminə aid bir şəkilli ərəb əlyazması satışa çıxarılmışdı. Kitabda insan və heyvan görünüşündə bütün bürcələrin gözəl rəsmləri var idi ki, bu qiymətli kitab 200 paund pula qiymətləndirilib, satışa çıxarılmışdı. Halbuki, əgər o, Avropaya, Çinə, Yaponyaya aid bir sənət əsəri olsaydı, o, min dəfə bahasına satılacaqdı.
Orada, həm də Şah İsmail sarayının tarixi bir fərmanının həmin pula, yə’ni ki, biabırçı bir ucuz qiymətə satışa çıxarıldığını görmüşdüm.
Eşitmişdim ki, alman dilində yazılmış ən qədim İncil əlyazma kitabını Londonda 30 milyon dollara satışa çıxardılmışdı. Almanya dövləti onu əldə etmək üçün 20 milyon dollar ayırdı. Pulun qalanını isə əhalidən toplanıldı və, nəhayətdə, o kitab alındı.
Əgər müsəlman ölkələrin dövlətlərinin hər biri ildə bir milyon dollar pulu əntiq İslam sənət əsərlərinin alınmasına ayırsa müsəlman sənət əsərləri dərhal qiymətə minəcək, onlar dünyanın hər yerində əvvəlkinə nisbətən yüz qat bahasına satılac, əhəmiyyətli bir şey hesab ediləcəkdır.
İngilislər ev-alıb satmağ işinin hər sirrinə bələd olan bir xalqdır. Onlarda bir ifadə var – “lokeyşn, lokeyşn, lokeyşn”. Bu ifadə ilə onlar demək istəyirlər, “daxman olsun, yaxşı məhəllədə olsun”.
İngiltərənin İşçi partiyası iyirmi ilə yaxın idi ki, hakimiyyətə gələ bilmirdi. Bu firqənin başçısı, Toni Bleyr biclik işlədib “Stadi, stadi, stadi”, yə’ni ki, “Oxumaq, oxumaq, oxumaq” şüarı ilə seçkilərə getdi. O, bu şüarla təbliğat apardı, dedi ki, mən hakimiyyətə gəlsəm varlı ailələrin uşaqlarının getdiyi xüsusi məktəblərlə, imkansız ailələrin uşaqları oxuduğları pulsuz məkəblərin tədris keyfiyyətində olan fərqi sıfra çatdıracağam, elə ki, imkansız uşaqlar da məktəbi qurtardıqdan sonra varlı uşaqlar kimi yüksək məqamlara çata bilsinlər. Və o, bu şüar hesabına seçkilərdən qalib çıxdı. Aydın məsələdir ki, geniş xalq kütləsinə aid olan valideynlər uşaqlarının cəmiyyətdə yüksək məqamlar tutmasını istəyəcək. Ancaq, bu bic siyasətçi seçiciləri hürkütməmək üçün bu bir kommunist şüarı, Leninin şüarı olmasını camaatdan gizlətmişdi.
Amma dövlət başçısı olanda bu adam öz uşaqlarını siravi məktəbə deyil, varlı uşaqlar oxuyan yerdə, bir xüsusi məktəbdə oxutdurur. Hamı onu bu riyakarlığına görə məzəmmət etdi.
Bir dəfə harasa getməyə tələsirdim. “Tyubun” xəzinəsinə yanaşıb orada duran bir gənc adama dedim, mənə filan istiqamətə bir bilet verin. O isə belə dedi, verə bilmərəm. Mən təəcüblə soruşdum ki, nə üçün? O dedi, sehrli sözü deməyi unutduğun üçün. Onda anladım ki, o, mənimlə zarafat etmək istəyib. Və o sehirli sözü, “xahiş edirəm” kəlməsini işlətdim. Onda o, bileti mənə verdi, satdı.
Bizim cəmiyyətdə hər şey qiclik və yaltaqlıq üzərində qurulubsa, İngiltərədə vəziyyət başqa cürdür. Oradanın cəmiyyətində hər şey ağıl üzərində qurulub. Ağıllı vətəndaş, əgər buna layiqdirsə, hər məqamı tuta bilər. Fəqət, orada da çox vaxt ağılı adamı onun bank hesabına görə tə’yin edirlər. Yə’ni ki, pulun çoxdur, deməli ağıllısan. İmtəhası, orada, bizdən fərqli olaraq, qanuni yollarla, biliklərindən istifadə etməklə də böyük sərvət toplamaq mümkündür.
Bir dəfə nə iş üçünsə bir ingilis millət vəkilinin görüşünə getdim. Bu qadın Yaşıllar Partiyasının üzvü idi və həm də Avropa Birliyi parlamentində vəkil idi. Ondan başqa, qadın, bir kitab dükanının sahibəsi idi. Dükanında əyləşib söhbət etdik. O, dedi ki, mən macar əsilliyəm. Ancaq mən başa düşdüm ki, əslində o, macar yəhudisidir.
Ona dedim ki, neft satışı başlayanda respublikamızın gəlirləri artacaq, millət varlanacaq. O, isə bununla razı olmadı, dedi ki, dövlətinizin imzaladığı bu neft sazişinə görə ölkəniz neftini satsa da, əslində heç bir şey qazanmayacaq. Mən, buna e’tiraz etdim necə ola bilər ki, heç nə qazanmayacaq? Axı, lap desək ki, bu neft sazişinin şərtləri bizim üçün çoxda sərfəli olmayıb, lakin, az da olsa nəsə qazanmalıyıq. O, isə yenə tə’kid edib dedi, siz bu sazışə görə heç nə qazanmayaçaqsınız, sizin qazançınız sıfr olacaq. Axı siz mənimlə nə üçün mübahisə aparırsınız. Sizdən fərqli olaraq mən bu işin içindəyəm. İngilis parlamentində bir millət vəkili olduğuma görə mənə hesabat verib, başa salıblar ki, sizin qazancınız heçnə olacaq.
Ola da bilər ki, o, demək istəyirdi ki, neft satmaqdan əldə etdiyiniz pul təzədən Qərb ölkələrinə qayıdacaq, oranın şirkətlərinə və banklarına. Yə’ni ki, bizdə hər hansı bir başqa sənaye, istehsal olmadığına görə biz hər şeyi Qərbdən alacağıq və o pullar təzədən onlara qayıdacaq.
Yay mövsümündə ingilis oğlanlar alt paltarda, əyinlərində bir tək tuman qeyərək küçələrdə gəzişirlər. Elə ki hətta Londonun mərkəzi küçələrində bu cür şəkildə gəzirlər və heç kəsi veclərinə almırlar.
İngiltərənin əksər əhalisi, yə’ni ki aşağı təbəqəsi heç vaxt kərə yağını dadmayıb, xörəkdə bitki yağlarından istifadə edir. Ucuzluğuna görə. İngilislər bu cür yağlara o dərəcədə öyrəşiblər ki, kərə yağını dadsalar, onu bəyənməyəcəklər. Buna görə fəhlə sinfi yaşayan məhəllələrin marketlərində kərə yağı satılmır. Belə dükamlarda təkcə donmuş əti tapmaq mümkündür. İngilislərin yediyi xörəklər az çeşidlidir. Elə şeylər yeyirlər ki, bizdə onların yediyini heç it də yeməz.
Varlı olmayan ingilisin il boyu yediyi əsas xörək “fiş ənd çips” deyilən şeydir. Yə’ni ki, donmuş balıq katleti və kartof. İngilislər bunu gündə üç dəfə yeyirlər və onların fikrinə görə bundan daha dadlı bir xörək yoxdur. Kisə ilə beş kiloluq doğranmış kartofu və balıq katletlərini alıb donduruducuya qoyurlar. Yemək hazırlayanda onları tavaya atırlar, buzu əriyib bişəndən sonra isə onu iştahla yeyirlər. Aşağı sinifin, təbəqənin nümayəndələri xörəyi stol arxasında yeməzlər. Bütün ailə üzvləri bir qayda olaraq boşqabları əllərində tutub və divanda oturub, televizora baxa-baxa xörəyi içəri ötürürlər. Başqa xalqların xörəklərini heç bəyənməzlər. Mən bir ingilis qadınına təklif etdim ki, bişirdiyim yarpaq dolmasını dadsın. O isə dolmaya baxıb üzünü turşutdu və dedi, biz ingilislər belə şeyləri yemərik.
Ancaq bu, zəngin, varlı təbəqəyə aid deyil, çünki onlar Londonun minlərlə sayda italiyan, fransız, hind, yapon və sair xalqların xörəkləri, təamları pişirilən restoranlara gedib, yeyib-içirlər.
Londonun marketlərində təzə quzu ətini almaq olur. Bu, körpə quzunun ən yeməli yerindən kəsilmiş, üzərində piyi və sümüyü olmayan ətdir. Bakıda satılanın tayı deyil; tavaya atan kimi pişir, kişmiş kimi yumşaq olur. Onu Yeni Zelandiyadan gətirirlər. Ancaq necə gətirirlər, anlaya bilmirdim. Axı o ölkə uzaqda, dünyanın qurtaracağındadır. Təyyarə iləmı? Sonradan televizorda mal-qaranın İngiltərəyə necə gətirildiyini gördüm. Deməli, çox nəhəng, 7-8 mərtəbəli, küləyin vurması üçün yan tərəfləri açıq, rəflərə oxşar bir gəmidə.
Varlıların bazarlıq etdikləri marketlərdə, dükanlarda türac əti də satılır. Ovda vurulduğu üçün, ətin içərisində qırma olur. Qızıl balıq İngiltərədə ən yaxşı balıq sayılır.
İngiltərə maşın oğruluğuna görə dünyada birinci yerdədir.
Oranın oğrusu ağıllı olur, Amerkadakı kimi dəlisov deyil. Məsəl üçün ev oğruları oğurluğa gedəndə yanlarında silah aparmırlar, evdə adam olanda ora girmirlər. İngilislər evdə böyük məbləğdə pul saxlamırlar. Buna görə bu xırda oğurluğdur. Bunu törədənlər nəşəxorlardır. Gündəlik tələblərinə görə bunu edirlər. Peşəkər oğrular isə başqa cürdürlər.
Bank oğruları da əksər halda soyğunu silahsız edirlər, çünki anlayırlar ki, əgər silah götürsələr, tutulanda daha uzun müddət həbsə məhkum olunacaqlar. Məsəl üçün, əllərini cibdə tutaraq və ya qəzetə bükülmüş bir şey nümayiş edərək bank işçilərini qorxudurlar, güya ki, orada odlu silah var. Tutulanda isə deyirlər ki, əslində orada heç bir silah olmayıb.
Bir dəfə yaşadığım yerin yaxınlığındakı banka girmişdim. Bir kişi bank işçisi məni görən kimi bərk qormuş halda qaçıb, xəzinə sayılan otağda gizlənir, qapını kilidləyir. Vəziyyəti belə görüb, bankı tərk etməli oldum. Sonradan anladım ki, onu qorxudan mənim başımdakı qara xizəkçı papağı idi. Axı soyğunçular buna oxşar papaqlarla oğurluğa gedirlər.
Ondan başqa qəzedə oxudum ki, o bank şöbəsi axırıncı ay ərzində iki dəfə soyulmuşdu. O vaxtlarda dörd nəfərlik bir quldur dəstəsi altı ay ərzində Londonda 50-60 dəfə bankları qarət etmişdilər. Bir neçə milion paund pul aparmışdı. Elə ki bir bankda yalnız dörd min pul tapanda, bu qənimətdən narazı qalaraq bankın işçisinə dedilər ki, bu çox az puldur, bir başqa vaxt da gəlib bu şöbədən pul aparaçağıq. Bank işçiləri bunu zarafat saydılar. Halbuki oğrular həqiqətən on gündən sonra yenə gəldilər və bir qədər artıq pul əldə etdilər.
Nəhayətdə, polis onları tutdu. Ancaq pullar tapılmadı. Soruşdular ki, bəs pullar necə oldu. Bilindi ki, bu dəstə üzvlərinin hamısı nəşəxorlar idilər və o bir-neçə milion pulu altı ay ərzində nəşəyə, tiryəkə xərcləyiblər.
İngiltərədə ən ucuz uyuşdurucu tiryəkdir. Onu Əfqanıstandan kürdlər (PKK-çılar) gətirirlər. Deyilənə görə tiryək alverçiləri onu hətta məktəblərin qarşısında, məktəb uşaqlarına satırlar. Bə’zən isə onu havayı paylayırlar ki, məktəb uşaqları ona öyrəşsinlər, alışqanlıq yaratmaqdan ötrü. Hökumət isə bu məsələyə biqanə yanaşır. Görünür ki, geniş xalq kütləsinin nəşəxorluğa qurşanması məsələsi hakim dairələrin işlərinə yarayır. Yeni nəsillərin xarab olması, nəşəxor olması İngiltərənin kapitalistlərini qorxutmur, çünki bunun onlar üçün bir təhlükəsi yoxdur, əksinə xeyri var. Axı hökumət ayıq-sayıq, xuşyar adamlardan, inqilab edib, hakimiyyəti ələ keçirmək istəyənlərdən qorxur. Nəşəxorlar isə belələrinə oxşamırlar. Onların bir azarı, bir istəyi var – nəşə tapıb, onu istifadə edib, özünə dünyanı unutdurmaq.
Bir ingilis qadını evdə alman çoban itini saxlayırdı. Bir dəfə it onun körpə oğlan uşağını dişləyib öldürmüşdü, kiçik yaşlı qızını isə şikəst etmişdi. Polislər iti aparıb öldürmək istədilər. Qadın isə köpəyin tərəfini saxlayıb, buna razılıq vermirdi. Dedi ki, günah uşaqların özlərindədir, çox nadincdirlər. Lakin polislər onun sözünə baxmadılar.
İngilislər heyvanları adamlardan daha çox sevirlər. İngilis qızını itin ağzından öpməsini daima görmək mümkündür. Bu qızlar sifətlərini itə yaladırlar. Görünür ki, bu onlara bir zövq verir. Bir qün bir qız yaşadığım yerin yaxınlığında itini gəzdirirdi. Sonra o, başını itə yaxınlaşdırır və üzünü itə yaladır. Sonra mənə baxıb fəhrlə deyir, mənim itim məni çox sevir.
Londonda yaşayan bir seylonlu kişi ingilislərdən gileylənərək dedi, ingilislər itlərini uşaqlarından daha çox sevirlər. Məsəl üçün, küçədə itlə gəzsən ayaq saxlayıb sənə deyəcəklər, “nə gözəl bir itdir”. Uşaqla gəzsən isə, heç vaxt, “nə gözəl uşaqdır” sözünü işlətməzlər.
Əhaliyə yardım etmək üçün failiyyət göstərən hökumət idarələrinin birinci mərtəbələrində rəngli, şəkilli kitabçalar düzülmüş uzun bir masaya rast gəlirsən ki, bu nəşrlərdə ölkənin qanunları vətəndaşlara anlaşdırılır. Hər sahəyə aid kitabçalar olur. Hərə özünə aid olanını tapır. Orada vətəndaşlara və qeyrilərinə onların hüquqları sadə bir dillə başa salınır. Evə ehtiyacın varsa, ərzaq almaq üçün, həkimə verməyə pulun yoxdursa orada yazılanı oxuyub, o şeyləri tələb edə bilirsən. Adam o kitabçanı bir-iki dəqiqəyə oxuyub piləkəni çıxır, sonra isə pəncərə arxasında oturan mə’murdan ona lazım olanını tələb edir. İdarə işçisi desə ki, vermirəm, onda o, kitabçanı göstərir və deyir ki, burada yazılana görə mənim buna haqqım çatır. Özünü ədəbli bir şəkildə aparsa onun tələbini heç vaxt rədd etməzlər.
Bizim idarələrdə isə sıravi vətəndaşı adam yerinə qoymurlar. Dava etməsən və qışqırmasan sənə fikir vermirlər. İngiltərədə isə belə deyil. Orada davakar, baş ağrıdan adamları sevmirlər. Biri idarədə qışqır-bağır salsa oranın qarovulçusu onu bayıra atır. İdarə işçiləri isə qarovulçuya deyirlər ki, bu adamın sifətini yadında saxla bir də gəlsə içəri buraxma. Daha o adam ömrü boyu o idarəyə girib, haqlarını tələb edə bilməz.
FRANSA
Soruşsalar, “Paris gözəl şəhərdimi?”, buna cavab verərəm ki, me’marlıq əsərlərinə, binalarına baxmadım, cünki elə ancaq yerə baxaraq, ayağımı ehtiyatla atamağa çalışırdım ki, ayaqqabım poxa batmasın. İndini bilmirəm, ancaq mən orada olan vaxt Parisin bütün küçələri xalça kimi itin nəcizi ilə örtülmüşdü. Bu da fransızların qayda-qanuna riayyət etməyi sevmədiklərinin göstəricisilərindən yalnız biridir.
Bəlkə hər evdə it saxlanılır. Onları da havaya çıxardanda, bu köpəklər eləcə evin qarşısında asfalta bayıra gedirlər. Məsəl üçün, Almaniyada belə şeyləri görmək mümkün deyil.
Adətən, Parisə səyahət etmək istəyənlərə deyirlər ki, oraya yaz ayında getmək məsləhətlidir. Doğrudur, qışı soyuq və çiskinli keçır, yay havası isə isti və bürkülü olur.
Paris, keçmişdə ingilisləri, almanları və rusları öz pozğunluğu ilə cəlb edirdi. Halbuki, bu gün bu belə deyil, bu barədə Fransanın adı çıxıb, həqəqət isə başqacürdür. Pozğunluqda London, Amsterdam, Moskva, bəlkə də Bakıının özü Parisi çoxdan ötüb, keçib.
Ancaq buna baxmayaraq xaricdən gələn macara axtaran kişilər belə şeylər görmək üçün Parisə axışırlar. Bir nəfər mənə Tolstoyun adını daşıyan bir xeyriyyə cəmiyyətinin ünvanını verdi və dedi ki, Parisdə olanda mütləq oraya get, orada sənə hər cür kömək və məsləhət verə bilərlər. Qapısı bağlı olduğundan, bütün günü ətraf küçələrdə gəzir, sonra təzədən qapıya yanaşırdım və həmişə qapını bağlı görürüdüm. Tərslikdən, bu cəmiyyət Parisin ən bədnam San Deni küçəsində yerləşmişdi ki, ora fahişələrin yığışdığı bir yer, küçədir. Hər hansı tərəfə gedəndə qarşıma fahişələr çıxırdı. Yay olduğuna görə, onlar xüsusi ilə çox idilər, yüzlərçə sayda.
Diqqətimi özünə çəkməməkdən ötrü küçənin o biri tərəfindəki dəhlizin daxilindən bir fahişə məni səslədi, o, bunu hansısa əzizləyici bir sözlə etmişdi. Ona baxanda, plaşının hər iki tərəfini aralayıb, basketbol topu böyüklüyündəki lütlənmiş döşlərini mənə nümayiş edib də, dərhal örtdü. Düşündüm, çox güman ki, onlar sünü döşlər idi.
Fahişəlik Fransada qanunsuz kimidir, lakin hökumət ölkəyə pul gətirən xariciləri şəhərə cəlb etməkdən ötrü belə pozğunluğa mane’ olmaq istəmir. Düşünürəm ki, namusunu itirmiş bu qadınların müştərilərini, fransızlar deyil, əsasən xarici səyyahlar, ruslar, ərəblər və türklər təşkil edir.
Bir başqa dəfə, qışda, axşam tərəfi rusca danışan üç kişiyə rast gəldim. Onlar təzəcə Moskvadan təyyarə ilə Parisə gəlmiş, şeylərini mehmanxanaya qoyub, gəzməyə çıxmışdılar. Biz söhbət etdikdən sonra, onlardan biri soruşdu ki, ora haradadır? Souşdum, “ora” deyəndə haranı nəzərdə tutursunuz? O, isə dedi, sən bilirsən mən haranı soruşuram. Təzədən, yox, bilmirəm, dedim. O isə, yalan danışma sən yaxşı bilirsən ki, mən haranı deyirəm. Onda, başa düşdüm ki, onlar San Deni küçəsini axtarırlar. Mən dedim, axı dediniz ki, arvad-uşağınız var, bu iyrənc fahişələr sizin nəyinizə lazımdır? Onlar cavab verdilər, əgər biz Parisdə olub fahişələrə baş çəkməmış olsaq, Rusiyaya qayıdanda bunu eşidən dostlarımız bizə gülərlər, lağ edərlər.
Mən dedim, o dönqəyə çatanda sağa dönün, sizin axtardığınız küçə odur. Bir az Sen çayı istiqamətinə tərəf getsəniz, onlara rast gələrsiniz.
Xaricilər Parisi pozğun bir şəhər kimi təsəvvür edirlər, halbuki bu belə deyil. Parisdə addım başı kilsəyə rast gəlirsən. Bir bazar günü, günorta çağı oranın küçələrini bom-boş görmüşdüm. Düşündüm deyək ki, istirahət günüdür və fransızlar evdə oturublar, bəs hər gün şəhərin küçələrində dolaşan yüz minlərlə xarici adam haradadır? Uzaqda, “Notr Dam” kilsəsini görəndə, gedib, oranı görmək istədim. İçəriyə girib heyrətləndim, deyəsən, Parisin yarısı orada idi və ibadətlə məşgul idi. Fransızlar ibadət edirdilər, xaricdən gələnlər isə onların şəkillərini çəkirdilər. Bir fransızın amerikalıya acıqla baxdğını gördüm, yə’ni ki, biz namaz qılırıq sən isə foto çəkməklə bizə mane’ olursan. Demək istəyirəm, kim nəyi axtarırsa, onu da tapır. Fahişə axtaran fahişə tapır, kilsə axtaran isə kilsəni.
Nis şəhərində küçədə gəzəndə əyninə su samuru xəzindən bahalı bir kürk geymiş qadının yanından keçəndə, o, mənə fransızca nəsə dedi, anlamayıb yoluma davam etmək istədim. Onda o, dedi, məgər başa düşmürsən mən nə deyirəm? Bir az də gedəndən sonra onun fahışə olduğunu, özünə kişi, müştəri aradığını başa düşdüm. Dönüb, təəcüblə ona bir də baxdım. Axı o, yetmiş yaşında bir qoca arvad idi. Özünü qiymətə mindirməkdən ötrü də əyninə bahalı kürk geymişdi. Düşündüm ki, qocalığını, eybəcərliyini nəzərə alaraq, bu işə görə mənmi ona pul ödəməli idim, yoxsa o, mənə?! Görünür ki, o ürəyində deyirdi, mənim cavan qızlardan nəyim əskikdir, axı?!
Fransada kobudluq hallarına tez-tez təsadüf edirsən. Amma bununla belə orada “pardon” sözündən də çox-çox istifadə etməyi xoşlayırlar. Onlar bu cür üzr istəyəndə səndə gərək bunun qarşılığında “pardon” deyəsən. Bu yaxşı adətdir, gərginlik anlarında hər iki tərəfi sakitləşdirir. Fəqət, gündə 200-300 dəfə “pardon” demək, axırda adamı bezdirir. Məsəl, üçün qapıya yaxınlaşanda, o biri tərəfdən gələnə yol verəndə, o, səndən üzr istəyir. Və ya küçədə gəzəndə birisi ayaq saxlayıb sənə yol verəndə, sən gərək nəzakət göstərib ondan üzr istəyəsən, yə’ni ki “pardon” deyəsən.
Parisdə ayaqyolundan istifadə etmək üçün iki frank vermək lazım gəlirdi. Bu, yarım Amerika dollarından bir az azdır. Bir dəfə küçədə on altı yaşındakı qız məndən iki frank istədi. Ola bilər ki, qız o pulu nəşə almaq üçün istəyirdi. Mən verməyəndə, acıqla, dedi, heç utanmırsanmı?! Qız səndən ayaqyoluna getmək üçün iki frank istədi sən isə simiclik edib vermədin!
Parisdə ayaq üstü çay içmək pulu beş frankdır. O vaxt yə’ni ki, 92-də, bu pul mənə çox böyük bir məbləğ kimi görsənirdi. O çayı oturub içəndə isə səndən on frank alacaqlar. Yayda, forslu adamlar kimi etsən, bayırda duran masaya otursan bir fincan çay sənə əlli franka başa gələcək. Mənim cibimdə min dollara qədər pul olsa da ona əl vurmaq istəmirdim, çünki fikrim vardı təyyarə ilə Amerikaya və ya Kanadaya getməyə bir yol tapım. Bu səbəbdən istədiyim miqdarda çay alıb içə bilmirdim. Yadıma düşdü ki Bakıda evimizdə qonağlara minlərlə dəfə içməyə çay verirdim. Parisdə özümə söz verdim ki, əgər Bakıya qayıtsam hər kim bizim evə gəlib məndən çay istəsə ona deyəcəyəm, hər fincanına dörd dollar verəcəksən!
Bir yay, Almaniyadan Fransaya getmək istəyəndə cibimdə cəmi dörd dollar var idi. Mehmanxanadakı ruslar dedilər, sən lap dəlisən. Almaniyanın bu başından, o başına Fransanın sərhədinə gədər getmək istəyirsən. Hələ oradan da Parisə qədər. Bu pulla onu necə edəcəksən?
Onlar hərəsi mənə iki dollar verdi və mən o pulla (18 dollarla) Parisə qədər getdim və qatarla geri qayıtdım. Hələ də cibimdə bir az da pul qaldı.
Parisdə küçədə gecəməli oldum. Gəzərək, axırda Eyfel gülləsinə çatdım. Onun yaxınlığındakı çəmənlikdə minlərlə mənim kimiləri var idi. Öz-özümə dedim ki, elə bura yaxşıdır, otun üstündə gecələyərəm. Lakin, on-on beş dəqiqə keçmədi ki, bağban gəlib fransızca nəyisə e’lan etdi. Və sonra hər tərəfdən bizə su fışqırmağa başladı. Hamımız durub qaçdıq. Anladım ki, Parisdə kasıb, çox pul xərcləmək istəməyən müsafirlərə bu cür rəftar göstərirlər. Ətraf, bütün məhəllə sulanılmışdı, quru bir yer tapmaq olmurdu. Sen çayının kənarına çıxdım ki, oturmaq üçün quru bir yer tapım. Yolda nümayişçilərə su fışqırdan maşın dayanmışdı. Orada oturan sürüçü mənim bir quru yer tapıb oturduğumu görən kimi uzaqdan mən tərəfə su fışqırtmağa başladı. Oranı da tərk etməyə məcbur oldum.
Fransanın sıravi polislərindən xoşum gəlmədi. Onlar, görünüşlərinə görə mənə oğruları, dələdüzləri xatırladırdılar. Lakin bir iki-üç zabitini görəndə onları sevdim. Həm mənimlə ingiliscə danışdıqlarına görə, həm də hədsiz dərəcədə nazakətlə davrandıqlarına görə.
Nis şəhərin hava limanında gəzəndə isə iki polisdən birisinin gözünə dəydim. Mən nədənsə duruxdum. Polislərdən biri məni işarə edərək yoldaşına dedi, bax, bu İran cəsusudur. Sonra, gülə-gülə yanımdan keçib getdilər. Heç anlaya bilmədim ki, nəyə görə məni iranlıya oxşatdılar.
Parisdə qaldığım qırx gün ərzində dəhşətli bir soyuqdəyməyə tutuldum, “Honq-Konq qripi”nə. Arası kəsilmədən burnumdan su axırdı. Gündə bəlkə beş-altı satıl su. Lap təngə gəlmişdim. Axırda qorxdum ki, öləcəyəm. Bakıya qayıtmaq qərarına gəldim. Fəqət, sovet pasportumu itirmişdim. Rusiya səfirliyinə getdim ki, mənə Bakıdan pasport almağıma yardım etsinlər. Dedilər, indi artıq siz müstəqil olmusunuz, gedin öz səfirliyinizə. Dedim ki, burada bizim səfirlik hələ ki, açılmayıb. Sonra isə soruşdu, bəs Bakıya avtobus yoxdur axı, ora necə gedəcəksən? Dedim, təyyarə ilə. Oranın işçisi dedi, aha, deməli sənin təyyarəyə verməyə pulun var. Onda pul ödəsən bizim səfirlik sənin şəxsiyyətini təsdiq edən bir kağız verər. Ödədim, kağızı aldım.
Ancaq o kağızla mənə təyyarə bileti satmaq istəmədilər. Pasport tələb edirdilər. Onda, Parisin baş polis idarəsinə getdim. Vəziyyəti başa saldım. Bir sarışın qız mənimlə, nədənsə, çox kobud və acıqlı danışdı. Dedilər ki, bir ay gözləsən sənə Fransa dövləti hesabına bilet alıb, o kağızla səni təyyarəyə mindirib, Bakıya yola salarıq. Dedim ki, bir ay gözləməyə halım yoxur. Bileti öz hesabıma da ala bilərəm. Dedilər, onda çıx bayırda bir az gözlə. Sonra bir yaraşıqlı, hansısa kino artistinə oxşayan, bığı burma bir polis işçisi qapıdan çıxdı. Soruşdu, öz xoşuna Fransanı tərk etmək istəyən adam sənsənmi? Bəli, mənəm, dedim. Sən dəlisən, nə sən?! Azərbaycan dediyin yer haradır?! Paris kimi yeri qoyb, başqa yerə gedərlərmi? Mən cavab verdim, Parisdə yaşamaq üçün milyonçu olmaq lazımdır. O isə, bəyəm mən milyonçuyam, görürsən ki yaşayıram. Sənin evə qayıtmaq fikrin heç də ağıllı bir fikir deyil.
Ondan xoşum gəldi. Axı o, tanımadığı birisi üçün bu cür narahat olurdu.
Nəhəyətdə təyyarə bileti alıb, metroya düşdüm. Çantamı yanımda yerə qoyub qatarı gözləməyə başladım. Bir “kloşar” (Fransada evsizlər, küçədə yaşayan avaralar belə adlanırlar) mənim çantamı qapıb, çəkməyə başladı. Mən də onu öz tərəfimə çəkdim. Biz beləçə bir saata qədər dartışdıq. Çantamı ondan çəkib qoparda bilmirdim, çünki, zırı birisi idi, həm də xəstələnərək çox zəifləmişdim. Ara sıra “kloşar” camaata baxaraq və məni göstərib, qışqırırdı ki, bu adam oğrudur (volör), kiminsə çantasını oğurlayıb. Beləcə beş-altı qatar gəlib-keçdi. Belə getsə bilet batacaqdı, uça bilməyəcəydim. Metroda, bəlkə bir milyon fransız var idi, hamısı da bu dilənçi tərəfə idilər, mənə əyri-əyri baxırdılar. Çünki mən dil bilmirdim, fransız deyildim. Bir qız polis çağırmaq üçün nəzərdə tutulan telefonun yanında dururdu. Ondan xahiş etdim ki, telefonla polis çağırsın ki, mən canımı bu dəli, avara fransızdan qurtarım. O, isə çiyinlərini atıb, zəng etməkdən boyun qaçırdı, yə’ni ki, bu, mənə dəxili olmayan bir işdir.
Onda, fransızlardan zəhləm getdi. Anladım ki, bu ölkədə günün ortasında adamı soysalar, öldürsələr, heç kəs ona kömək etməz və yaxın durmaz. Heyfsiləndim ki, bayaqkı gün silah satılan dükandan düyməli bıçaq və beşbarmaq almadım. Elə cana gəlmişdim ki, bıçağım olsaydı onu öldürəcəydim. Sonra qatara minib hava limanına gedərdim, Bakıya uçardım. Tutulmaq qorsusu yox idi.
Axırda, bir yoğun fransız kişi yaxına gəlib qolumdan tutdu, dilənçi isə o biri qolumdan, məni bir oğru kimi yuxarıya çıxartdılar. İki mülki paltar geyinmiş polis gəldi. İkisi də polisdən daha çox dələdüz adamlara oxşayırdılar. Xırtıldayıb gülürdülər. Onlara dedim ki, həm metro biletim var, həm də ki, təyyarə biletim. Məni oğurluqda ittiham edən bu adamdan, “kloşar”dan onun metro biletini soruşun görün, bileti varmı? O, bunu eşidən kimi aradan çıxdı. Məni isə buraxdılar.
Hava limanında, polislər məni gömrükdən keçirtdilər. Çünki, baş polis idarəsindən göstəriş almışdılar. Halbuki, beynalxalq qanunlara görə mənim kimi pasportsuz adamı təyyarəyə mindirməyə haqqları yox idi.
“ƏLTAF ƏL-QÜDS”
MÜQƏDDİMƏ. Həmd olsun o Allaha ki, qüdrətinin nişanələrini öz səmimi qullarına, həm kainatda həmdə öz tənlərində göstərir ta ki, nəhayətdə onlar dərk edə bilsinlər -- Ondan başqa bir həqiqi varlıq yoxdur. Kainatda olan hər şey, istər maddi, istərsə qeyri-cismani olsun, hamısı Ona tabe’dir; O, isə yalnız Öz zatı və sifətləri (keyfiyyətləri) hesabına var olur. Allahdan başqa hər şey yalandır. O, mövcudatı tamamı ilə əhatə edir, hər istiqamətdə, bütün təzahürün son həddinə qədər. Üzünü hansı tərəfə çöndərsən orada Allahın vəchini görəcəksən. Mən şəhadət verirəm ki, Allahdan başqa bir ilahi yoxdur və Məhəmməd (s.ə.s) onun bəndəsi və rəsuludur. Qoy Allah Öz nurunun yağışını onun ailəsinin və səhabələrinin başlarına yağdırsın!
Və Allahın minnətçisi olan bu fəqir bəndə, adı Vəliyullah ibn Əbdülrəhim əl-Ümari Dehləvidir, qoy Allah onu, onun valideynlərini və yaşlılarını himayə eləsin, burada bəyan edib deyir – bu, “Əltaf əl-Qüds, fi Mərifət Lətaif ən-Nəfs” adlanan kiçik həcmli əsər, aşağıda adı çəkilən şeylərin həqiqi mahiyyətini araşdırmaq üçün yazılıb:
Dostları ilə paylaş: |