İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə43/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   39   40   41   42   43   44   45   46   ...   50
Qəlb

Əql

Nəfs

Ruh

Sirr

Xafi

Əqli-küll

Zat

Bundan əlavə, yuxarıdakıların saflaşdırılmasına dair düzgün üsullar təqdim olunur.

Bu söhbətdə məqsəd vəhy və kəşf məsələləridir ki, bu şeylər şər’i və mə’quli elmlərin nəzər dairəsindən kənardadır.

RUHANİ LƏTİFƏLƏRİN BİLİYİ. Allah, son çağ sufilərinə ruhani lətifələrin biliyini bəxş etməklə, onlara müvazinət saxlama qabiliyyətini verib. Bu lətifələri daha yaxşı tanıyanın onları daha yaxşı saflaşdırmaq bacarığı olar; və hər kəs ki bu lətifələrin fərqli xassələrini tanımağında daha bacarıqlıdır o, bu biliyə talib olanlara daha yaxşı bələdçilik eləyə bilər.

Biz, əyani bir misal kimi, bu lətifələrin biliyinə malik olan bir kəsi qədim ustadların böyük təcrübəsindən əldə olunan üsullara istinad edib, cürbəcür azarları müayinə eləmək qabiliyyətinə malik olan, onların səbəblərini, əlamətlərini və müalicə üsullarını bilən təbibə oxşada bilərik.

Misalı uzadıb, ömrünü təsəvvüfun öyrənilməsinə sərf edib, lakin bu biliyə nail ola bilməyən adamı elə naşı təbibə oxşatmaq olar hansı ki, bu və ya digər dava-dərmanı yazanda güvəndiyi şeylər özünün yanlış təcrübəsi və səhv anlayışları olsun.

Lətifələrlə tanışlığı olan bir adam ömrünü çöl-biyabanı dolaşmaqda keçirən bir bələdçi kimidir, hansı ki hər dağı, hər təpəni gəzib dolaşıb, onlardan keçən hər cığırı tanıyır, istər onlar yaxşı bilinən, istərsə də hələ heç kəsin ayağı dəyməmiş yollar olsun.

Əfsus ki, həvəsin şiddəti bir çox sufiləri əzab-əziyyətlə səhraları dolaşmağa vadar edərək, candan keçmə həddinə çatdırmışsa da onlar, nə axtardıqlarını, qəsd olunan şeyin nə olduğunu bilməmişlər, nə də ki yol tanımışdılar. Elələrinin əksəriyyəti bu səbəbdən məhv olub getmişdilər. Fəqət bə’ziləri isə nəyəsə nail olub geri, evlərinə, öz məmləkətlərinə qayıtmışdılar. Sonra onların hər biri öz səyahətinin naqis təəssüratlarını nəql elədi. Ancaq belə söhbətlər onlara qulaq asan camaatı, sadəcə, mə’yus edib hiddətləndirirdi, çünki belə səyyahların heç birinin sözü o birilərinki ilə düz gəlmir, təzadlıdır, elələri səyahətlərinin hər hansı məkanının harada yerləşdiyini bilib, başa sala bilmirlər.

Sözün qısası, əgər sizin arzunuz o adamların yolu ilə getməkdirsə hansılar ki, təməkkon (sakin olma) dərəcəsinə çatıblar və peyğəmbər mirasının varisi olublar, onda bunu bilmək vacibdir ki, bu iş bu lətifələri tanımayanlar üçün imkan kənarındadır. Həmçinin, əgər siz istəyirsəniz doğru yol tutasınız, səhv yollara gedib boş yerə əziyyət çəkməyəsiniz, onda bu biliklərsiz keçinə bilməzsiniz.

Lətifələrin biliyi böyük bir ne’mətdir ki, o da yaxın zəmanəyə bəxş olunmuşdur. “Bu Rəbbimin verdiyi ne’mətdir. Amma heyf ki, insanların çoxu bu ne’mətə şükür etməz” (Qur’an, Yusif, 12/38).

Əcdadlarından özlərinə miras qalan zikr və riyazət yolunun müasir nümayəndələrini iki ayrı-ayrı sinfə bölmək olar.

Birinci sinfə aid olan şəxs Allaha gedən yolla getməyə meyli olan adamdır. O, bu səbəbdən bu yola çıxıb istədiyi tərzdə irəli gedir və nəhayət xoşuna gəldiyi məqama (dərəcəyə) çatıb durur. Sonra o, bələdçi olmaq arzusuna düşür, haqq yolunu tutmaq istəyənləri özünə cəlb eləyib, ətrafına yığır ki, onları özünün tutduğu dərəcəyə çatmağa kömək eləsin. Ona elə gəlir ki, onun tutduğu məqam yeganə dərəcədir və ondan başqa heç bir məqsəd və kamillik dərəcəsi yoxdur və ola da bilməz. Belə bələdçinin tələbələri yalnız bu yolu tanıyıb, ona güvənirlər. Onların çoxu hər hansı bir dənə şeyə istinad edirlər. Məsələn, ola bilər ki, onların əlaqəsi şövq və qalaq (iztirab) sufi halları vasitəsilə olsun və ya Üveys əl-Qərni üslubu ilə, və ya aşağı səviyyə mələklərlə ünsiyyət yaratmaqla, ola da bilər vəhdət ya səfa fikrinə mübtəla olsunlar və ya onların meyli vəch halına olsun. Buna isə onlar, daim zikr edib dua oxumaq vasitəsi ilə nail olurlar. Əfsus, bütün belə hallarda, onların bütün mərkəzlərdən yalnız bırı, bu vasitənin köməkliyi ilə təmizlənir, qalanları isə saflanmayıb durur. Bu cür adamları, yə’ni ki, yalnızca bir mərkəzi saflandırılmış olanları sifətinin bir yanı ağ o biri yanı isə qara olan fərdə oxşatmaq olar, çünki “onlar yaxşı bir əməli bir pisi ilə qarışdırmışlar (Qur’an, ət-Tövbə, 9/102)”. Onların əksəriyyəti şəriətin hökmlərinə əməl etmirlər və bunu belə izah edirlər ki, bu cür işlər şəriətin zahiri qabığıdır, onlarsa özlərini onun həqiqi məğzini anlamış adamlar kimi qələmə verirlər.

İkinci sinfə aid olan təriqət mürşidləri elə qəbildən olan insanlardandırlar ki, elələri camaata hidayət etmək, yol göstərmək üçün hökuməti-sufiyyə tərəfindən tə’yin olunmuşdurlar. Onların vasitəsi ilə ümmətdə vəhdət və intizam yaranır, Allahın məqsədi dünyada izhar olur. Əvvəlcə onlara ilham gələrək, xəyallarında zühur edir ki, nəyi eyləmək lazımdır. Sonra onlar bu tələb olunan şeyləri öz müridlərinə ötürürlər, nəhayətdə bunlar atadan oğula keçir. Belə ki bu həmin o ulu yoldur ki, hansının minlərlə yolçusu var. Bu cür hadi bələdçilər sufi rahının xəritəsini düzgün çəkmişdilər, hər dərdin dərmanını yazıb, hər müşkülün çarəsini tapmışlar. Ancaq, əgər onların ardıclıları lətifələr elmini dərk edə bilməsələr, onda bu müridlər öz işlərində çoxlu əngəl və çətinliklərlə qarşılaşacaqlar. Bu çətinliklərin bə’ziləri aşağıda izah olunacaq.

Əksər müridlərin öz təbiətlərindən doğan səbəblərdən bir mərkəzləri daha çox güclü olub, o biriləri isə zəifdirlər. Əgər elələri, kor-koryana, eyni zamanda, bütün lətifələrinin tə’limi və saflaşdırılması işinə girişsələr, onda buna olduqca uzun vaxt tələb olunar. Hətta, eləsinin bu, güclü lətifəsi üçün çox uzun vaxt lazımdır ki, o, saflaşdırılsın, gücləndirilsin, qaynama həddinə çatdırılsın və saflaşmanın nişanələrini göstərsin və nəhayətdə salikin niyyət elədiyi məqama çatmağa imkan versin. Ancaq, əgər salik özünün, fitrən, daha güclü olan lətifəsinin qüvvələndirməsinə təşəbbüs göstərsə, o biri mərkəzlərin saflaşdırılması ilə yığcam şəkildə məşğul olsa, onda o istədiyi məqama daha tez çatar, arzuladığı dərəcəyə nail olar. Son məqsədə çatmaqdan ötrü çoxlu məqamları və çeşidli fəna mərhələlərini keçmək lazımdır, bunlar isə, fitrən güclü olan lətifə hesabına nail olunur. Salik cürbəcür mə’nəvi hallarla və çoxlu fəna mərhələləri ilə üzləşir, daimi məqamlara çatır və lakin, o, bu mə’nəvi halların hər birini lazımı, uyğun mərkəzi ilə qavrayıb, yerbəyer edə bilmir. Bunun nəticəsində düşdüyü çaşqınlıq vəziyyəti onu elə qənaətə gəlməyə məcbur edir ki, guya o, əsla, heç nəyə nail olmayıb və bu vaxta qədər ona vaqe’ olan hallar bir heçdir, şeytanın vəsvəsəsindən başqa bir şey deyildir. Bu səbəbdən o daim ümidsizliyə və bədbinliyə qapılıb durur və hətta axırda axtarışlarına son qoyur. Ancaq salik əhvalın, fənanın və sufi məqamının hər birinin mənbəyi hansı ulu mərkəzə aid olduğunu tə’yin edə bilsə, onda o, bədbinliyin daşını atar və rahatlıq tapar.

Salik, övliyaların cürbəcür mə’nəvi hallarını nəzərdən keçirəndə onların sözlərində və əhvalında uyğunsuzluqlara rast gəlir. Nəticədə o, şəkki-şübhəyə düçar olur. Bir gün o, nəzərini bu adamın mə’nəvi halına salır, sabah isə o birisinə və nəhayətdə bundan bezib işini dayandırır. Əksinə, başqa vaxt, o, hər hansı bir adamın hər tərəfli təhqiqi ilə məşğul olur və onun məhdud məqamının həddini görüb elə qənaətə gəlir ki, təriqət yolu elə bundan ibarətdir. Əslində həqiqət bundadır ki, cürbəcür vəlililərin hallarında və sözlərindəki təzadlar, və tutduqları məhdud məqamların səbəbi onların lətifələrinin fitri güclülüklərindən və ya zəifliklilərindəndir.

Məqsəd və hədəfin nə olduğunu qabaqcadan anlayanda iş asanlaşır, kiçik zəhmət də kifayət eyləyə bilir, halbuki, əks təqdirdə böyük bir sə’yə ehtiyac olardı. Salik bunun xeyrini hər gün görəcək, bu məsələləri daha dərindən düşünəcək, idrak qabiliyyətini artıracaq. Bu isə, öz yerində, onun görüşlərini genişləndirəcək. Sözün qisası, bu lətifələrin xüsusiyyətlərini bilməkdən alınan mənfəətləri burada qeyd eləmək mümkün deyil. Bu qısa icmal kifayətdir ki, göstərsin orada nə çox xəzinələr var.

NƏFSİN XÜSUSİYYƏTLƏRİ. Ruhani lətifələrin həqiqi mahiyyətinin və xüsusiyyətlərinin şərh olunması, öz növbəsində, nəfsin həqiqi mahiyyətinin nə olduğunu aydınlaşdırmaqdan asılıdır. Bu məsələ şəriət elmindənsə daha çox həqiqət elminə (təsəvvüf elminə) aiddir. Məhəmməd (s.ə.s.) həqiqət elminə dair heç bir göstəriş verməyib; o, bizə yalnız şəriət elminə və nəfsin saflaşdırılmasına dair mə’lumatlar vermişdir. Bu bir sirr deyil ki, istər ərəb və istərsə qeyri-ərəb olanlar ikinciyə aid məsələlərlə yaxşı tanışlıqları vardır. Birincisinə aid məsələlərə gəlincə, elə bir məclis tapılmaz ki, orada həqiqət elmi haqında uzun-uzadı danışılmamış olsun. Hz. Məhəmməd (s.ə.s.) əshabəyə, bu şərəfli elmlər haqqında, yalnız, ümumi şeylər danışıb və o, bu məsələlərdə, dərinə gedib geniş şərh verməyi qadağan edib. Bu bütün peyğəmbərlər üçün bir qayda olub.

Ancaq bu ona dəlalət eləmir ki, bu elmləri dərk etmək insan üçün qeyri mümkün bir işdir. Bu belə deyil; ancaq belə düşünülüb ki, bu məsələnin faş olunması geniş kütlənin zərərinə gələ bilər. Onda, bu belə görünə bilər ki, bəlkə yaxşısı, bizdə bu barədə sükut saxlayaq, gördüyümüzü görməmiş kimi qələmə verək? Sufilərin bu barədə rə’yləri çox fərqli olub, bu məsələ ətrafında sonsuz mübahisələr aparmaq isə onların bir xüsusiyyətinə çevrilib. Biz qeyd etdiyimiz kimi lətifələr elmi nəfsin həqiqi mahiyyətinin biliyi üstündə qurulub və bundan bir zərurət yaranır necə ki, məsələ görə, zərurət haramı halal eyləyir.


Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin