İslam səNƏTİ



Yüklə 11,59 Mb.
səhifə44/50
tarix26.12.2016
ölçüsü11,59 Mb.
#3530
1   ...   40   41   42   43   44   45   46   47   ...   50
Nəfs dedikdə, biz o şeyi nəzərdə tuturuq ki, o, bədəndə olanda, bədən canlı olur və onu tərk elədikdə, bu onun ölümü ilə nəticələnir.

Gəlin biz nəfsin əsl mahiyyətinə nəzər salaq. Bunu bilmək lazımdır ki, o, üç hissədən ibarətdir.

Birincisi, bu incə bir maddədir ki, hansı ki, həzm olunan şeylərin fərqli ünsürlərinin xəfif buxarlarından əmələ gəlir. Bunun qidalanma, böyümə və hissetmə qabiliyyətləri var. Bunun adı nəfsdir və bu ətin və sümüyün hər yerinə sirayət etmişdir, necə ki, alovun kömürün içinə və ya ətrin qızıl gülün içinə sirayət etməsi kimi. Bax, elə bunun vasitəsilə, ruh bədənə birləşir. Necə ki, bədəndən ruh ayrılanda o can çəkişməsi verir, ruh da bədəndən ayrılanda eyni əzabı çəkir.

Bu incə, xəfif buxarın mənbəyi ürək, beyin və ciyərdir. O, qanın ürəkdə qızışmasından əmələ gəlir. Həkimlər bunu qanın qatılaşmasında və durulaşmasında, təmizlənib və çirklənməsində, artıb və azalmasında müşahidə edirlər. Onlar bu halları təcrübədə müşahidə edib ona münasib olan müalicə üsulunu tətbiq ediblər.

Rabitə kəsiləndə bu ölümlə nəticələnir. Ölü adam kəsilmiş ağaca bənzəyir hansı ki, kökündən kəsildikdə, bütün qidalanma və yeniləşmə imkanını itirir. Fəqət quru ağac gövdəsinin çürüyüb puç olması xeyli vaxt çəkir. Buna oxşar olaraq, nəfsi-natiqə və bu incə buxar arasında olan rabitə, hətta, ölümdən sonra da davam eyləyir, adamın tənində qalmaqda davam edir. Ancaq vaxt keçdikcə bu da, get-gedə, parçalanıb məhv olur.

İkinci hissə nəfsi-natiqədir. Xurma çəyirdəyi torpağa düşəndə, o, hər tərəfdən, suyun, havanın və torpağın əhatəsinə düşür. Bu çəyirdək, Allahın ona verdiyi qabiliyyət hesabına, bu maddələri özünə çəkir və onları təbdil edərək dəyişdirib, özünün, xüsusi, böyüyüb inkişaf etmə işində istifadə eyləyir. Nəhayət yarpaqlanıb budaqlanır və sonra gül açıb meyvə verir. Axırda zəifləməyə başlayır və sonunda məhv olur. İndi görəndə ki, hər çəyirdək öz inkişafını necə müstəqil şəkildə tənzim etməyi bacarır və hər ağacın necə özünə məxsus şəkli var, onda idrakımız bizi bu qənaətə gətirir – nəfsin də özünün lazımı qabiliyyətləri olmalıdır. Buna oxşar şəkildə, kişi tumu arvadın bətninə düşüb yumurtası ilə birləşəndə, qadının ruhu bu qatışmış məhlula öz tə’sirini göstərməyə başlayır, ta ki o vaxta qədər ki, cürbəcür bədən cihazları, ürək, qara ciyər və beyin əmələ gəlir, və nəhayətdə, ruh onun içinə üflənir. Yuxarıda qeyd etdiyimiz halların hər birində gözlə görünən və görünməyən hadisələr baş verir: qarışıq məzaclar öz yeni sürətinə görə (özlərini xassələri ilə bərabər) təzədən quraşdırılır.

Eynilə, elə bir ruh var ki, o bütün insan cinsindən olanları idarə edir və adama küllün qavranmasının qabiliyyətini verir, beş gizli lətifəni (onların nəticələri ilə bərabər) meydana gətirir. Buna isə, nəfsi-natiqə adı verilib. Hər kəsin ruhu əqli-küll bəhri-mühitinin səthində əmələ gələn bir köpükdür. İndi biz, burada bunu daha ətraflı şəkildə təhlil edəcəyik.

Kəşf əhli (sufilər) başa düşüblər ki, kainatda bir ruh var və o, bütün kainatda olanların mütləq məlikidir. Göydə və yerdə hər nə baş verirsə, bu o ruhun tələblərinə görə baş verir ki, ona da əqli-küll deyirlər. Onun təşəbbüsündən doğan xüsusi fəallıq nəzərində onu nəfsi-küll adlandırırlar və bu ruha lazım olan üzvü qurğu vəsiləi-küll adlanır. Kainatda mövcud olan bütün mə’dəni, nəbati, heyvani və ülvi ruhlar hamısı bir bədənin ayrılmaz üzvləri kimidirlər. Onların cümləsi bir vahid ruhda cəmləniblər və bir ümumi tərhə (xəttə) tabe’dirlər. Bu elə o ruhdur hansı ki, yaradılmışın bütün fərqli şəklilərində və hallarında, ya ə’yandır və ya da gizlidir. Buxar mayeyə çevrilir, maye isə buxara; hər iki halda əqli-küll dəyişməyib qalır; sadəcə o, bir halda gizli olub və digər halda özünü büruzə verir. Bu əqli-küll adlanan şey nəfsi-natiqənin, əslikar, həqiqi mə’nasıdır. Şərait imkan verəndə və lazım görəndə nəfsi-natiqə hər hansı bir şəxsiyyət təcəssümündə özünü, möhkəm şəkildə, əqli-küllə birləşdirir. Sonra, nəfsi-natiqə əqli-küllə qərq olur və orada fəna olub gedir.

Üçüncü hissə nəfsi-mələkdir. Əqli-küllün özünəməxsus qabiliyyətləri ondan ibarətdir ki, o, hər hansı bir şeyin mücəssəməsini, hələ o şeyin vücuda gəlməsindən qabaq özündə hifz edə bilir. Bu da insanın, hər hansı bir hadisəni, zahiri aləmdə hələ peyda olmamış fikrinə, xəyalına gətirməsi qabiliyyəti kimidir. Yə’ni ki, müəyyən mə’nada, fikrimizdə mövcud olan şey, zahiri aləmdə vücuda gələn şeyin eynidir. Eynən, belə deyə bilərik ki, əqli-küllün mahiyyətində gizli duran şəkil, şəhadət aləmində, hal-hazırda gördüyümüz şəklin eynidir.

Belə ki, bəşəriyyəti cismani şəkildə xəlq etməkdən çox əvvəl, o vaxt ki, Allah insan cinsini yaratmağa qəsd etmişdi, O, insan növünün ümumiləşmiş görünüşünü (şəklini) əqli-küllün daxildə yaratdı. Böyük müddət keçəndən sonra, bu ümumiləşmiş şəklə rəbbani səxavət mənbəyindən təzə bir qüvvə gəlir və bu tək şəkil misal aləmində ə’yan olur. Gəlin müqayisə üçün təsəvvür edək ki, günəş bir güzgüdə əks olunur, onun ətrafında isə başqa cürbəcür ölçüdə və rəngdə güzgülər qoyulub. Aydın məsələdir ki, günəşin görünüşü (şəkli) hər bir güzgüdə əks olunacaq. Belə ki, bir mə’nada, bütün bu müxtəlif şəklin müstəqil bir varlığı var; başqa mə’nada isə onların hamısının varlığı, yalnızca, ümumi şəklin hesabınladır. O, olmasaydı, bunlar da olmazdı. Belə ki, biz, əks olunmuş bu şəkillərinin hər hansı birini hər hansı bir insanın nəfsinə bənzədə bilərik.

Və çox-çox sonra, bu nüsxəyə əlavə qüvvə gəlir və o, misal aləmindən daha aşağı bir güc səviyyəsinə enir. Nəfs insanın bədəninə üfrülür, əqli-küll bir cəhəti tərk edir ki, o biri, daha məhdud cəhətdə əmələ gəlsin və onda ona nəfsi-natiqə adı verilir. Bu iki cəhət bir-biri ilə yaxın ünsiyyətdədir, necə ki, həcmli maddi bir cismin, onun (həcmli) təsvirinin, şəklinin vəhdəti kimi.

Bax elə ruhun bu hissəsi hesabına adam, gələcəkdə, özünü göy qatında təqdim edə biləcək, harada ki, onun əməlləri qeyd olunur. Əgər o, bir yaxşı əməl görsə ağ ləkə onun bu qarşılıqlı şəklinə düşür, bəd əməl işlətsə qara ləkə düşür. O biri aləmdə adamın cismani şəkli və onun qarşılıqlı şəkli birləşəcək və bunun nəticəsində onun cismani şəkli öz əməllərinin qeydlərini görə biləcək.

Nəfsin ayrı-ayrı hissələrini tanımaqdan ötrü bunu bilmək vacibdir ki, hər hissənin özünə məxsus xassələri var. Həmçinin, hissələrin müxtəlif çarpazlanmaları də əlavə xassələr verir. Adamın ruhu, bu və gələcək həyatda, bu xassələri tərəfindən idarə olunur.


Yüklə 11,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin